Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Pedaqoji psixologiyanın XX əsrin 50-ci illərindən sonrakı dövrdə inkişaf tarixi



Yüklə 255,76 Kb.
səhifə9/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   5   6   7   8   9   10   11   12   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

3. Pedaqoji psixologiyanın XX əsrin 50-ci illərindən sonrakı dövrdə inkişaf tarixi

Pedaqoji psixologiyanın təşəkkülünün üçüncü mərhələsi XX əsrin 50-ci illərindən başlanır. Bu mərhələdə pedaqoji psixologiyanın nəzəri və metodoloji əsasları işlənib hazırlandı və müxtəlif təlim nəzəriyyələri, təlimin təşkilinin forma və metodları meydana çıxdı ki, bu da pedaqoji psixologiyanın müstəqil bir elm kimi möhkəmlənməsinin əsas şərtlərindən biri oldu.


1954-cü ildə B.Skinner proqramlaşdırılmış təlim, 1960-cı ildə isə L.N.Landa onun alqoritmik nəzəriyyəsini yaratdı. Bir qədər sonraV.Okon, M.İ.Mahmudov, C.Dyui “Təlim, problemin həllindən keçməlidir” müddəasını, O.Zelsin,K.Dunkerin, S.L.Rubinşteynin, A.Matyuşkinin təfəkkürün xarakteri haqqında müddəalarını ümumiləşdirərək problem təlim konsepsiasını yaratdılar.
1950-ci illərdə P.Y.Qalperinin yeni nəzəriyyəsi (Fikri fəaliyyətin mərhələlər üzrə formalaşması) ortaya çıxdı və bu nəzəriyyə onun özü və şagirdləri tərəfindən inkişaf etdirildi. Bu nəzəriyyənin əsas ideyası ondan ibarət idi ki, şagirdlər fəaliyyət prosesində biliklərə yiyələnmələri onların yerinə yetirdikləri müəyyən iş sistemləri nəticəsində və şəraitində həyata keçir. İnsan fikri fəaliyyəti təbiətdən hazır şəkildə almır, fikirləşməyi öyrənir, fikri əməliyyatları mənimsəyir. Müəllimlərin vəzifəsi bu prosesi bacarıqla idarə etmək, təkcə fikri fəaliyyətin nəticələrinə deyil, onun onun formalaşmasının gedişinə də nəzarət etməlidirlər.
Psixologiyanın əsas prinsiplərindən biri olan şüur və fəaliyyətin vəhdətinə əsaslan P.Y.Qalperin və N.F.Talızina və b. təlimə biliklərin mənimsənilməsi nəticəsində baş verən proses kimi baxırlar.
N.A.Mençinskaya, Q.S.Kostyuk, Ş.A.Amonaşvili və b. tədqiqatlarından aydın olur ki, şagirdlərin materialı effektiv mənimsəmələri və onlarda təfəkkürün inkişafı təlimin xarakterindən, onun məzmunundan və metodlarından asılıdır.

4. Pedaqoji psixologiyanın inkişafında Azərbaycan alimlərinin xidmətləri
Azərbaycan psixoloqlarının da pedaqoji psixologiya elminin inkişaf etdirilməsi sahəsində xidmətləri az olmamışdır. Ana dilinin mənimsənilməsi psixologiyası sahəsində M.Ə.Həmzəyev, M.Ş.Əbdülov, Ş.M.Babayev, təlim prosesində psixi proseslərin inkişaf etdirilməsi sahəsində Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, M.C.Məhərrəmov, Ə.Ə.Qədirov, Q.E.Əzimov, S.İ.Seyidov, təhsildə şəxsiyyətin inkişaf perspektivləri istiqamətində B.H.Əliyev, K.R.Əliyeva, R.V.Cabbarov, M.H. Mustafayev və başqaları sanballı tədqiqatlar aparmış, Azərbaycanda pedaqoji psixologiyanın inkişafına mühüm töhfələr vermişlər.
XX əsrin 50-ci illərindən başlayaraq Azərbaycanda pedaqoji psixologiyanın yeni bir inkişaf mərhələsi başlayır. Bu dövrdə A.K.Abdullayev, Ş.S.Ağayev aspiranturada, Ə.Bayramov, Ə.Ə.Əlizadə, Ə.Ə.Qədirov, M.Ə.Həmzəyev və digərləri psixologiya fakultəsində təhsil almışlar.
İ.Ə.Seyidov, K.S.Əbilov, M.S.Nəcəfov, M.Ə.Həmzəyev, M.M.Hacıyev 50-ci illərdə namizədlik dissertasiyaları müdafiə erirlər. 60-70-ci illərdə sovet psixologiya elmində bir inkişaf mərhələsi başlandı. Psixologiyanın müxtəlif sahələri, o cümlədən pedaqoji psixologiya sahəsi üzrə tədqiqatlar genişləndi. Bu dövrdə Ə.Bayramov, M.Həmzəyev, M.Nəcəfov, Ə.Qədirov, Ə.Əlizadə müxtəlif mövzularda doktorluq dissertasiyaları müdafiə etmişlər. Sonrakı 20 il ərzində Azərbaycan psixologiyası üzrə doktorluq dissertasiyası müdafiə olunmamışdır. Yalnız 90-cı illərin ortalarından başlayaraq Ə.Baxşəliyev, S.Seyidov, B.Əliyev, 2003-cü ildə isə İ.M.Novruzlu doktorluq dissertasiyaları müdafiə etmişlər.
Azərbaycan psixologiya elminin inkişafında görkəmli xidmətləri olan alimlərdən biri, prof. Əbdül Əli oğlu Əlizadədir. Onun yaradıcılığında ailə tərbiyəsi, ailə problemləri daha dolğun şəkildə araşdırılmışdır. Prof. A.Abbasovla birlikdə hazırladıqları “Ailə” dərsliyi pedaqoji ictimaiyyət tərəfindən müstəsna xidməti olan əsər kimi qəbul olunmuşdur. Onun prof. Ə.Bayramovla birgə hazırladıqları “Psixologiya”, “Sosial psixologiya” və s. dərslikləri də çox istifadə olunur.
Azərbaycan psixologiya elmində əvəzsiz xidmərləri olan alimlərdən biri də prof. Müxtar Həmzəyevdir. M.Həmzəyevin “Ailədə uşaqların oyunlarına rəhbərlik”, “Yazı təliminin bəzi xüsusiyyətləri”, “Pedaqoji psixologiya”(1991), “Yaş və pedaqoji psixologiyanın əsasları” (2000) və digər dərslikləri geniş istifadə olunur.
Azərbaycan psixologiya elmində prof. Bəxtiyar Əliyevin öz yeri vardır. O, 1999-cu ildən nəşr olunan “Psixologiya” jurnalının baş redaktoru, BDU-da psixologiya üzrə dissertasiya şurasının sədri və psixologiya kafedrasının müdiridir. Onun pedaqoji psixologiya sahəsi üzrə bir çox elmi məqalələri və Kamilə Əliyeva, Rəşid Cabbarovla birgə 2011-ci ildə nəşr etdirdikləri “Pedaqoji psixologiya” dərsliyinin müəllifidir.


Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin