Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Pedaqoji psixologiyanın X1X əsrin sonlarından XX əsrin ortalarına qədər olan inkişaf tarixi



Yüklə 255,76 Kb.
səhifə8/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   4   5   6   7   8   9   10   11   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

2.Pedaqoji psixologiyanın X1X əsrin sonlarından XX əsrin ortalarına qədər olan inkişaf tarixi

Pedaqoji psixologiyanın inkişaf tarixinin ikinci mərhələsi X1X əsrin sonlarından XX əsrin ortalarına qədər olan dövrü əhatə edir. Bu mərhələdə pedaqoji psixologiya keçmiş yüzillikdəki pedaqoji fikirləri ümumiləşdirərək, psixoloji və psixofizioloji eksperimentlərin nəticələrindən istifadə edərək müstəqil elm sahəsi kimi formalaşır.


Bu mərhələnin başlanğıcı üçün pedaqoji eksperimentlərin meydana çıxması səciyyəvidir. A.P.Neçayev, A.Bine., B.Anri.,M.Offnera., E.Meyman., V.A.Lay., Q.Ebbinhauz, J.Piaje., A.Vallon., C.Frene., E.Klapereda və b. nitqin inkişafı, yaddasaxlamanın xüsusiyyətləri, intellektin inkişafı və vərdişlərin xüsusiyyətləri haqqında bir sıra eksperimental işlər həyata keçirdilər Bu tədqiqatlar içərisində pedaqoji psixologiya üçün çox böyük əhəmiyyət kəsb edən E.Klaperadanın tədqiqatlarıdır. O, özünüinkişaf haqqında ideyalarını ortaya qoyaraq uşaqda anadangəlmə mövcud olan təmayüllərin inkişaf mexanizmlərini müəyyən etdi. Onun fikrincə özünüinkişafın əsas mexanizmi oyundur.
Alman psixoloqu V.Ştern (1871-1938) uşağın şəxsiyyətinin bütöv strukturunun formalaşmasının və uşağın mənəvi inkişafının psixoloji mexanizmlərini öyrənərək, hesab edirdi ki uşağın potensial imkanları hələ tam şəkildə ayırd edilməyib. Onun qənaətincə sosial mühit uşağın özünüdərketməsinə, özünün daxili aləminin təşkilinə kömək edir.
Pedaqoji psixologiyanın bir elm kimi formalaşmasında Avstriya psixoloqu K.Byulerin (1893-1974) çox böyük rolu olmuşdur. O, uşağın psixi inkişafının konsepsiyasını yaratmış və bu konsepsiya pedaqoji psixologiyanın tarixində böyük əhəmiyyətə malikdir. Onun fikrincə uşağın psixi inkişafında bioloji amillər mühüm rol oynayır və inkişaf həmin amillərlə şərtlənmişdir. Uşaqların intellektual inkişafını K.Byuler yaradıcı proses hesab edirdi və özünün “Uşağın mənəvi inkişafı” əsərində onun mahiyyətini açmağa çalışırdı.
Uşaqların psixi inkişafının öyrənilməsində K.Byulerin həyat yoldaşı Ş.Byuler də mühüm rol oynamışdır. Ş.Byulerin vacib kəşflərindən biri böhran yaş dövrlərində psixi inkişafın geriləməsi probleminin müəyyənləşdirilməsidir.
Fransız psixoloqu A.Bine uşaq psixologiyasında testoloji və normativ istiqaməti formalaşdıran banilərdən biri oldu. A.Bine uşaqların qarşısına bir sıra anlayışların müəyyən edilməsi vəzifəsini qoyaraq onlarda eksperimental şəkildə təfəkkürün inkişafını tədqiq edirdi. O, psixi inkişafda geri qalanlar və xüsusi təlimə ehtiyacı olanlar üçün xüsusi metod işləyib hazırladı.
Məhz A.Bine, B.Anri, T.Simon, Fransada, C.Kettel isə Amerikada nəinki uşağın intellektual imkanlarının inkişafına nəzarət, həm də təlim proqramlarının hazırlanmasına, tədris prosesinin bütünlüklə idarə olunmasına imkan verən həqiqi mexanizmlər tapmağa nai oldular.
Bu dövrdə Avropada ümumtəhsil məktəblərinin bazasında laboratoriyalar yaradılmağa başlandı. Almaniyada E.Meymanın rəhbərliyi ilə təlim prosesində bir sıra məsələləri həll etmək üçün cihazlar və metodikalarla təchiz olunmuş laboratoriyalar yaradıldı.
Məşhur uşaq psixoloqu C.Selli məktəblilərin tipoloji xüsusiyyətlərini eksperimental şəkildə tədqiq edərək, 1889-cu ildə “Uşaq psixologiyasına aid oçerklər” kitabını yazdı.
XX əsrin əvvəllərin də Qərb ölkələrində S.Xoll, J.Bolduin, E.Meyman, V.Preyer, V.Ştern, E.Klapered və b. pedalogiya elminin yaranması ilə məşğul olmuşlar. Psixologiya, fiziologiya anatomiya, psixofiziologiya və sosioloji istiqamətləri özündə birləşdirən bu elm müəyyən müddət fəaliyyət göstərmişdir.
Özünün üçcildlik “Genetik məntiq” (1903-1908) əsərində C.Bolduin uşaqların idrakının nikişaf konsepsiyasını əsaslandırdı və sosial əhatənin idraki funksiyalarının formalaşmasında rolunu göstərdi.
Rusiyada Böyük Oktyabr Sosialist İnqilabından sorakı illərdə pedalogiyanın inkişafı üçün əlverişli şərait yaranmışdı. Pedalogiya uşağın öyrənilməsində kompleks elm hesab edilirdi.
ÜİK (b) P MK “Xalq Maarif Komissarlıqları sistemində pedaqoji təhriflər haqqında” 1936-cı il 4 iyul tarixli qərarı ilə pedalogiya bir elm kimi ləğv edildi.
Pedaqoji psixologiyanın təşəkkülündə rus psixoloqu, tarixi- mədəni konsepsiyanın müəllifi L.S,Vıqotskinin də rolu böyükdür.
L.S. Vıqotski uşaq şəxsiyyətinə tarixi- mədəni varlıq kimi yanaşırdı və hesab edirdi ki, cəmiyyətdən, cosial mühitdən, təlimdən kənarda inkişaf qeyri- mümkündür. O, psixi hadisələrin iki səviyyəsini – natural və mədəni səviyyəni fərqləndirirdi. O, belə hesab edirdi ki, birincilər əsasən genetik amillərin təsiri ilə şərtlənir, ikincilər isə bütünlüklə sosial amillərin təsiri ilə təşəkkül tapır.
L.S.Vıqotskiyə görə şagird şəxsiyyətinin öyrənilməsi onun inkişafının potensial imkanlarının böyüklərlə əməkdaşlıqda öyrənmək deməkdir. O, eksperimental – qenetik metod işləyib hazırladı ki, bu metod stimulların köməyi ilə psixi funksiyaların real inkişafının gedişini açmağa kömək edirdi. Bu uşaq şəxsiyyətinin öyrənilməsində və təlim prosesinin qurulmasında yeni yanaşma idi.
L.S.Vıqotskinin yeni yanaşması L.V.Zankovun inkişafetdirici təlim nəzəriyyəsində, P.Y.Qalperinin fikri fəaliyyətin mərhələlər üzrə formalaşması konsepsiyasında, A.V.Zaporojesin ixtiyari hərəkətlərin inkişafı, D.B.Elkoninin təlim fəaliyyəti, V.V.Davıdovun məzmun ümumiləşdirilməsi konsepsiyalarında daha da inkişaf etdirildi.



Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin