Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Təhsildə sosial – psixoloji treninqlərin tətbiqinin nəzəri və metodoloji prinsipləri



Yüklə 255,76 Kb.
səhifə98/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   90   91   92   93   94   95   96   97   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

5.Təhsildə sosial – psixoloji treninqlərin tətbiqinin nəzəri və metodoloji prinsipləri.

Müasir dövrdə standart və ənənəvi təlim üsulları, dərs formalarının effektivliyi son dövrlərdə öz əhəmiyyətini itirməyə başlamışdır. Təlimin yeni qeyri – standart, innivasiya formaları indi daha çox diqqəti cəlb edir və ayrıca götürülmüş ölkələrdə bu təlim formasına daha çox üstünlük verirlər. Görəsən bunun səbəbi nədir? Məgər ənənəvi və standart dərs formaları özünü doğrultmurdumu?


Demək olar ki, keçən əsrin 30-40-cı illərində mövcud olmuş “nəzəriyyə - praktika” paradiqması özünü lazımı şıkildı doğrultmadı. Bu ona görə baş vermədi ki, hər hansı metodoloji məsələlər düzgün qoyulmamışdır. Əslində nəzəriyyədən praktikaya gedən yolda müxtəlif baryerlər var idi və nəzəriyyə - praktikanın inteqrasiyası, vəhdəti təmin olunmadı.Əldə olunmuş nəticələr daha çox nəzəriyyələr kimi özünü təsdiq etməyə başladı. Lakin müasir dövrün tələbləri, demək olar ki, başqadır. Müasir təhsildə yeni qeyri – standart təlim formalarının tətbiqinə ehtiyac duyulur. Başqa sözlə bu nəzəriyyənin praktika ilə birləşdirilməsidir. Keçirilən dərslərdə sosial – psiixoloji treninqin tətbiqi bir çox cəhətdən əlverişlidir. Deyək ki, təhsilin hümanistləşdirilməsi proqramı çərçivəsində tələbəyə, şagirdə şəxsiyyət kimi yanaşılması başlıca vəzifə kimi qarşıya qoyulmuşdur. Təhsil subyektinə şəxsiyyət kimi yanaşılması onun fikirlərinə düşüncəsinə hörmət edilməsi, onun özünütəsdiqinə şərait yaradılmasıdır. Şübhəsiz bu baxımdan psixoloji treninqin əhəmiyyəti danılmazdır.
Sosial – psixoloji treninqlərin təlimin forması kimi tətbiqi zamanı pedaqoji prosesin ayrı-ayrı prinsipləri: həyatla əlaqə, şüurluluq, fəallıq, əyanilik və fərdi xüsusiyyətlərin nəzərə alınması təmin edilir. Bununla bərabər, pedaqoji prosesin tamlığı prinsipi, pedaqoji prosesin konkret situasiyada həyatla əlaqələndirilməsi, proses iştirakçılarının həmrəyliyi və əməkdaşlığı prinsipi də gözlənilir.
Sosial – psixoloji treninqlərin təlim formasında tətbiqinin hansı metodoloji prinsipləri standart üsulların prinsiplərindən fərqlənir?
Qətiyyətlə demək olar ki, burada fərqləndirici ilkin prinsip fəallıq prinsipidir. Məlumdur ki, treninq formasında insanlar xüsusi işlənib hazırlanmış hərəkətlər sisteminə daxil olurlar. Bu hərəkətlər bir situasiyada oyun formasında, digərində isə tapşırıqlar formasında və ya başqalarınınranışına nəzarət xüsusi sxem vasitəsilə həyata keçirilə bilər.











Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin