Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Pedaqoji psixologiyanın başqa elmlərlə əlaqəsi



Yüklə 255,76 Kb.
səhifə6/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   2   3   4   5   6   7   8   9   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

4. Pedaqoji psixologiyanın başqa elmlərlə əlaqəsi

Hər bir elm kimi, pedaqoji psixologiya elmi də öz müstəqilliyini saxlamaqla bur sıra başqa elmlərlə sıx şəkildə əlaqədardır. Bu əlaqə birinci növbədə pedaqoji psixologiyanın obyekti olan gənc nəsli başqa istiqamətdə öyrənən elmlərlə bağlıdır.Bu cür elmlərdən ümumi psixologiyanı, yaş psixologiyasını, fiziologiyanı, pedaqogikanı və xüsusi metodika metodikaları göstərmək olar. Pedaqoji psixologiyanın bir sıra məsələlərinin tədqiqi bu elmlərin nümayəndələrinin iştirakı ilə həyata keçirilir, həmin sahələrdə əldə rdilmiş elmi nəticələrdən istifadə olunur.


Pedaqoji psixologiyanın ümumi psixologiya ilə əlaqəsi daha yaxındır. Hər şeydən əvvəl, pedaqoji psixologiya ümumiyyətlə psixologiya elminin sahələrindən biri olduğuna görə ümumi psixologiya sahəsində əldə edilmiş qanunauyğunluqlara istinad edir, özünün ümumi prinsiplərini, metodlarını ondan alır. Ümumi psixologiya bir çox elmlərlə üzvi əlaqədə olduğuna görə, onun köməyilə pedaqoji psixologiya həmin elmlərlə əlaqəyə girir.
Ümumi psixologiyaya aid biliklərə əsaslanmaqla uşaqların tərbiyəsini müvəffəqiyyətlə qurmaq, onların şəxsiyyətini formalaşdırmaq sahəsində müsbət nəticələr əldə etmək olar.
Bütün bunlarla yanaşı pedaqoji psixologiya sahəsində aparılmış tədqiqatlar ümumi psixoloji qanunauyğunluqları zənginləşdirməyə köməklik göstərir. Ümumi psixologiya bilavasitə təlim – tərbiyə işlərini öyrənməsədə, bu sahəyə dair bir çox faktları pedaqoji psixologiyadan əldə edir.
Pedaqoji psixologiyanın yaş psixologiyası ilə də sıx əlaqəsi vardır. Hər iki elmin tədqiqat obyekti uşaq və gənclərdir. Həmin obyekti yaş psixologiyası yaş dinamikası, inkişaf planında, pedaqoji psixologiya isə şəxsiyyətin inkişafında təlim və tərbiyənin oynadığı rol baxımından öyrənir. Ayrı- ayrı yaş dövrlərinin psixoloji xüsusiyyətlərini, hər bir dövrdə psixi inkişafın qanunauyğunluqlarını nəzərə almadan təlim və tərbiyə işinin səmərə qazanacağı haqqında düşünmək mümkün deyildir.
Pedaqoji psixologiyanın yaş fiziologiyası ilə əlaqəsini də xüsusi olaraq qeyd etmək lazımdır. Hər şeydən əvvəl, ümumiyyətlə fiziologiya elmi psixologiyanın təbii elmi əsasını təşkil etdiyinə görə onların qarşılıqlı əlaqəsini nəzərə almamaq olmaz. Digər tərəfdən yaş fiziologiyası ayrı-ayrı yaş dövrlərində fizioloji proseslərin qanunauyğunluqlarını aşkara çıxarır bunları da təlim – tərbiyə prosesində nəzərə almamaq olmaz.
Pedaqoji psixologiyanın pedaqogika ilə əlaqəsini daha aydın hiss etmək mümkündür. Şübhəsiz, təlim – tərbiyə nəzəriyyəsinə bələd olmadan pedaqoji psixologiya öz predmetini həll etməkdə çətinlik çəkərdi. Həm pedaqogika, həm də
pedaqoji psixologiya gənc nəslin təlim və tərbiyəsini müxtəlif istiqamətlərdə öyrənir.Böyük Rus alimi Belinski yazırdı: “Psixologiyaya əsaslanmayan pedaqogika, anatomiyadan xəbəri olmayan fiziologiya kimi yoxsuldur”.
Nəhayət, pedaqoji psixologiya xüsusi metodikalarla da sıx əlaqəyə malikdir. Ayrı-ayrı fənnlərin təlim – tərbiyə imkanlarını nəzərə almaqla pedaqoji psixologiya həmin fənnlərin tədrisinə, onların tədris metodikalarının təkmilləşdirilməsinə və səmərəliliyinə əsaslı təsir göstərir.


Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin