Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Empirik tədqiqat metodlarına – müşahidə, söhbət, intervyü, eksperiment, testləşdirmə və s. daxildir



Yüklə 255,76 Kb.
səhifə4/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   2   3   4   5   6   7   8   9   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Empirik tədqiqat metodlarına – müşahidə, söhbət, intervyü, eksperiment, testləşdirmə və s. daxildir.
2.Tədqiqatın məqsəd və ardıcıllığına görə pedaqoji psixologiyada tədqiqat metodları iki yerə bölünür:
1)Obyektin, prosesin, hadisənin aktual vəziyyətinin öyrənilməsi metodu.Bu zaman tədqiqatçı qarşısına təsdiqedici və diaqnostik vəzifə qoyur.
2)Obyektin, prosesin, hadisələrin zamanda dəyişilmə dinamikasının öyrənilməsi metodu. Bu logityudal (uzunmüddətli) metod hadisələrin təkamülünü, təşəkkül və formalaşmasını izləməyə imkan verir. Pedaqoji kollektiv bu metod vasitəsilə ümumi tədqiqatçılıq işlərini öyrənə bilər.
3.Tədqiqat obyekti ilə edilən hərəkətlərə görə yaradılan tədqiqat metodu. Bu metodlar üç yerə bölünür: obyekti öyrənmə metodu; əldə olunmuş nəticələrin işlənməsi metodu;prezentasiya metodu.
4.Öyrənilən obyektin xüsusiyyətlərinə görə tədqiqat metodları 3 yerə bölünür:
a)insanın özünün və ya ayrı – ayrı qrupların öyrənilməsi metodu; bu metod vasitəsilə insanların psixi prosesləri, psixi xassələri, psixi vəziyyətləri və fəaliyyət prosesi öyrənilir.Bu metodlar qrupuna müşahidə, söhbət, intervyü və testləşdirmə aiddir.
b)insanın fəaliyyət məhsullarının öyrənilməsi metodu.bu metodlardan pedaqoji psixologiyada təlim fəaliyyətinin məhsullarıənın öyrənilməsində istifadə olunur.
c)ayrıca əlamətlərin öyrənilməsi metodu.Qeyd olunan metoddan davranış göstəricilərinin, fəaliyyət və onun təşkilini, eləcə də asılı olmayan kəmiyyətlərin öyrənilməsində istifadə olunur.
Konkret olaraq pedaqoji- psixoloji tədqiqat metodlarının tətbiqində və ya həyata keçirilməsində 4 mərhələni fərqləndirmək olar:
1.Fərziyənin irəli sürülməsi. Bu mərhələdə hər hansı bir qrupda və ya fərdi şəxslərdə müəyyən psixoloji problemləri öyrənmək üçün fərziyyə irəli sürülür.Fərziyyə empirik faktlara əsaslanmalıdır.
2.Fərziyyənin yoxlanması mərhələsi.Bu mərhələdə artıq əldə olunmuş faktlar təsdiq üçün eksperimental proseduraya keçirilir. Bu zaman nəzəriyyə deyil praktika ön plana keçir.
3. Nəticələrin işlənilməsi mərhələsi. Bu mərhələdə əldə edilmiş faktlar kəmiyyət və keyfiyyət baxımından təhlil edilir.
4.Şərh mərhələsi. İnterpretasiya . Bu mərhələdə materiallar psixoloji nəzəriyyə əsasında şərh edilir fərziyyənin düzgünlüyü və yanlışlılığı yoxlanılır.
Müasir dövrdə pedaqoji psixologiyanın tədqiqat metodlarının təsnifatı müxtəlif istiqamətlərdə aparılır. Pedaqoji psixologiyanın metodlarını nəzəri və empirik metodlara bölürlər.
Nəzəri metodlar idraki fəaliyyətlə və təfəkkürlə bağlıdır.Burada əsasən abstraksiyadan, ümumiləşdirmədən, təsnifatdan istifadə edilir.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin