Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Tədris prosesinin təşkili zamanı psixi proseslərin qanunauyğunluqlarının nəzərə alınması



Yüklə 255,76 Kb.
səhifə17/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   13   14   15   16   17   18   19   20   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

2.Tədris prosesinin təşkili zamanı psixi proseslərin qanunauyğunluqlarının nəzərə alınması
Tədris prosesinin səmərəli şəkildə təşkili birinci növbədə şagirdlərin məntiqi və praktik məsələləri həll etməsi üçün optimal şəraitin yaradılmasını tələb edir. Müəllimin dərsdə bu cür şəraiti yaratması üçün hər bir psixi prosesin qanunauyğunluqlarını bilməsi,anlaması və öz fəalıiyyətində ondan lazımi səviyyədə istifadə etməsi lazım gəlir. Diqqətin, qavrayışın, hafizənin, təfəkkürün, nitqin,təxəyyülün qanunauyğunluqlarını dərindən bilən müəllim təlim fəaliyyətində onları nəzərə alır və beləliklə də şagirdlərin mənimsəmələrinin səmərəliliyi artır. Bəs müəllim tədris prosesində psixi proseslərin hansı qanunauyğunluqlarını nəzərə almalıdır?
Tədris prosesində əvəz olunmaz əhəmiyyətə malik olan psixi proseslərdən biri diqqətdir. Görkəmli Rus pedaqoqu K.D.Uşinski diqqətin təlim prosesindəki rolunu yüksək qiymətləndirərək müəllimə şagirdləri diqqətli olmağa alışdırmağı tövsiyyə edirdi. Hər şeydən əvvəl müəllim diqqətin funksiyalarının həyata keçirilməsinə nail olmalıdır. Müasir psixologiyada diqqətin üç mühüm funksiyası qeyd olunur. Bunlardan birincisi diqqətin seçmə, ikinci saxlama, üçüncü nəzarət etmə, tənzim etmə funksiyalarıdır.
Diqqətin seçmə funksiyasının mahiyyəti ondan ibarətdir ki, tədris prosesində şagird müxtəlif təsirlərə məruz qalır Müəllim çalışmalıdır ki, şagird həmin təsirlər içərisində əhəmiyyətli, tələbatları ilə bağlı, mövcud fəaliyyətə uyğun olan təsirləri seçsin, onun üzərində mərkəzləşsin, ikinci dərəcəli, kənar təsirlərə isə əhəmiyyət verməsin. Əgər bu funksiya həyata keçərsə, onda şagird zəruri təlim vəzifəsini seçmiş olur; deməli mənimsəmə üçün səmərəli şərait yaranmış olar. Lakin təlim fəaliyyətinin müvəffəqiyyəti yalnız əhəmiyyətli təsirləri seçməklə həyata keçə bilməz. Burada diqqətin ikinci funksiyası – idrak fəaliyyəti başa çatanaq qədər həmin fəaliyyət üzərində saxlanması funksiyasının rolu böyükdür. Əgər şagird müəyyən dövr ərzində, başqa sözlə qarşıda qoyulmuş məqsədə nail olana qədər seçdiyi fəaliyyət üzərində cəmləşə biməsə, onun üzərindən yayınsa mənimsəmənin səmərəliliyindən də danışmaq olmaz. Ona görə də təlim prosesində həmin funksiyanın yerinə yetirilməsinə nail olmaq xüsusi əhəmiyyət kəsb edir.
Nəhayət, diqqətin üçüncü mühüm funksiyası fəaliyyətin gedişini tənzim etmək və ona nəzarət etməkdir. Adətən insan, diqqətli olduqda icra etdiyi fəaliyyətin nə dərəcədə düzgün yerinə yetirildiyini dərk e3dir, özünü göstərən kənara çıxma hallarını aradan qaldırır. Eyni hal şagirdin təlim fəaliyyətini yerinə yetirməsi zamanı da özünü göstərir. Həmin cəhətin nəzarə alınması şagirdin idrak fəaliyyətini idarə etməyə imkan verir.
Tədris prosesinin təşkili zamanı diqqətin nəzərə alınması zəruri olan cəhətlərindən biri də onun növləri ilə əlaqədardır.
Diqqətin qeyri ixtiyari və ixtiyari növlərini, son dövrlərdə -ixtiyaridən sonrakı növü də əlavə olunmuşdur. Diqqətin bu növlərindən hər birinin özünəməxsus fərqləndirici xüsusiyyətləri, qanunauyğunluğu vardır Təcrübəli müəllimlər həmin qanunauyğunluqlardan tədris prosenin təşkili zamanı geniş istifadə edirlər. İndi isə həmin qanunauyğunluqlar və onlardan istifadə imkanlarını nəzərdən keçirək.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin