Mövzu İqtisad elmləri sis­te­mində əsas öyrənmə və şərh



Yüklə 141,36 Kb.
səhifə4/8
tarix31.10.2022
ölçüsü141,36 Kb.
#66951
1   2   3   4   5   6   7   8
MOVZU 4

Mezoiqtisadiyyat – makroiqtisadiyyatın yarım sistemidir, bir- biri ilə üzvü bağlı sahələr kompleksidir. Bura ASK, aqrar- biznes, hərbi sənaye kompleksi və s. daxildir. Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə təşkil edir. Hərbi sənaye kompleksi hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.
Mezoiqtisadiyyat istehsalın təmərküzləşməsi və mərkəzləşməsi nəticəsində formalaşır. İri həcmli birliklər, kombinatlar, komplekslər yaranır. Hətta texnoloji cəhətdən əlaqəsi olmayan konqlomeratlar yaranır. Məsələn, avtomobil zavodları birliyi (eyni texnologiyaya əsaslanan müəssisələrin birliyi), toxuculuq kombinatı, kimya kombinatı (burada xammalı eyni mənbədən alan, yaxud birinin məhsulu digəri üçün xammal olan müəssisələrin birliyi) və yaxud maliyyə cəhətdən müdafiə olunmaq üçün müxtəlif sahənin müəssisələrinin birliyi olan konqlomerat (bank, gəmiqayırma, mehmanxana kimi müəssisələr birliyi). İnhisar birlikləri formaları da mezoiqtisadiyyata aiddir.
Payçılıq əsasında yaradılan səhmdar cəmiyyətlər də iştirakçıların böyük həcmdə kapitalı əsasında fəaliyyət göstərir. Müxtəlif inhisar birliklərinin qovuşması əsasında maliyyə kapitalı yaranır və bu kapitalın çoxsaylı filialları fəaliyyət göstərir və ana cəmiyyət qız və nəvə cəmiyyətləri üzərində nəzarəti həyata keçirir. Hazırda dünya iqtisadiyyatında əsas gücə malik olan TMK-da ana cəmiyyətlərə tabedir. İri səhmdar kapital bir neçə səhmdar cəmiyyətin nəzarət paketinə sahib olmaqla onlara rəhbərliyi öz əlinə alır (bu holdinq nəzarəti adlanır).
Maliyyə kapitalı nəinki maddi istehsal sahələrini, bank kapitalını, habelə qeyri-bank maliyyə-kredit təşkilatlarını (müxtəlif fondları, sığorta cəmiyyətlərini və s.) özlərinə tabe edir.
ETİ dərinləşməsi ilə istehsalın və kapitalın daha da mərkəzləşməsi nəticəsində (XX əsrin II yarısında) mürəkkəb strukturlu maliyyə-sənaye qrupları yaranır. Bu mezoiqtisadi sistemdə yeni bir struktur halqası idi. Bu cür qruplara sənaye müəssisələri, maliyyə-kredit idarələri, ticarət təşkilatları, elmi-tədqiqat institutları, konstruktor büroları və s. daxil olur.
XX əsrin II yarısından etibarən ən iri istehsal birliklərində istehsalın diversifikasiyası (lat. müxtəlif və etmək) baş verir, yəni kompaniyaların buraxdığı məhsulların növlərinin sayı artır. Nəticədə istehsal birliyi çoxsahəli mürəkkəb kompleksə çevrilir. Məsələn, ən iri kimya kompaniyaları minlərlə adda məhsul buraxır. Bütün bunlar mezoiqtisadi səviyyə üçün xarakterik olan əmək bölgüsü və əmək kooperasiyası sayəsində mümkün olur.
Mezoiqtisadi səviyyədə inteqrasiya başqa tip mülkiyyət əsasında baş verir. Burada istehsal vasitələri və istehsalın nəticələri payçılıq qaydasında mənimsəməyə əsaslanır.
Mezoiqtisadi sistem bazar münasibətləri dairəsini daraldır. Maliyyə istehsal qrupuna daxil olan müəssisə, təşkilatlar öz aralarında qeyri-bazar əlaqələrinə girirlər. Nəticədə bazar məkanı daralır. Məsələn, trestə və kombinata daxil olan zavod müstəqil bazar əlaqəsini itirir, çünki o iqtisadi cəhətdən müstəqil deyildir. Bir çox hallarda iri korporasiyalar bazarla bilavasitə əlaqə saxlayır və öz məhsullarının satışın başqa, kiçik firmalara həvalə edir və bu françayzinq xidməti adlanır.

Yüklə 141,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin