Mövzu İqtisad elmləri sis­te­mində əsas öyrənmə və şərh



Yüklə 141,36 Kb.
səhifə5/8
tarix31.10.2022
ölçüsü141,36 Kb.
#66951
1   2   3   4   5   6   7   8
MOVZU 4

Françayzinq – baş korporasiya kiçik müəssisələrə lisenziya satmaqla və əmtəə və xidmətlərin istehsalı və satışına icazə verir. Məsələn, 1800 amerika korporasiyası öz əmtəələrini 0,5 mln. kiçik müəssisələr vasitəsilə satmışdır (1985-ci ildə).
Bütün bu deyilənlər mezoiqtisadiyyatın bazarı inhisarlaşdırmağa meylli olduğunu göstərir. Kartel, sindikat, konsern və trest kimi inhisar birliyi formaları da mezoiqtisadi sistemə daxildir..
Nəhayət, mezoiqtisadiyyat iqtisadiyyatı idaər etməyin yeni formalarını yaradır. İri istehsal birliklərində planlı özünüidarə sistemi mövcuddır. Onlar istehsalı da, satışı da planlı həyata keçirirlər. Maliyyə sənaye qruplarına (MSQ) daxil olan çoxsaylı sahələr arasında uyğun proporsiyaların saxlanılması tələbi planlı idarəetməni zəruri edir və bu səviyyədə iqtisadiyyat yüksək dərəcədə planlı idarə olunur.
Göründüyü kimi, mikroiqtisadiyyat və mezoiqtisadiyyatlar öz səviyyələrinə görə fərqlənirlər. Bunu aşağıdakı cədvəldən də aydın görmək olar.



Mezoiqtisadi sistem mikroiqtisadiyyatı makroiqtisadiyyatla birləşdirən aralıq bir halqadır. Mikroiqtisadiyyat da, mezoiqtisadiyyat da hər ikisi makroiqtisadi sistemə, yəni vahid milli iqtisadiyyata daxildirlər. Onlar milli iqtisadiyyatın tərkibinə daxil olan müxtəlif səviyyələrdir və yalnız makroiqtisadi səviyyəyə aid olan münasibətlərlə birlikdə vahid milli iqtisadi sistemin bütövlüyünü təşkil edirlər.
Meqaiqtisadiyyat – dünya təsərrüfatını, yəni beynəlxalq miqyasda iqtisadiyyatı öyrənir.


4.3.Nəzəriyyələr və modellər.
Model – iqtisadi hadisələrin və proseslərin sadələşdirilmiş formada sxematik təsviridir. İqtisadiyyatın necə təşkil olunduğunu və subyektlər arasında əlaqənin necə yarandığını izah edən modelə ehtiyacımız var. Bu model iki subyektin fəaliyyəti arasında tərtib olunacaq: ev təsərrüfatları və müəssisə. Dövlət bir iqtisadi subyekt kimi hələlik nəzərə alınmayacaq. Bu da onunla izah oluna bilər ki, firma və ev təsərrüfatları iqtisadiyyatın daxili, dövlət isə kənar (xarici) subyekti sayılır.
Dövri-axın modeli – ev təsərrüfatları ilə müəssisələr arasında mübadilə prosesinin sxematik təsvirini əks etdirir. Dövri-axın modeli iki istiqamətdən ibarətdir: çöl və iç. Çöl həlqə resursların, məhsul və xidmətlərin axınını, iç həlqə isə müvafiq olaraq gəlirlərin və xərclərin hərəkətini göstərir. Modeldə sadələşdirilmiş iqtisadiyyat yalnız iki təsərrüfat subyektindən ibarət olub, onlar arasında hərəkət edən resursların və nemətlərin (məhsul və xidmətlərin) axınının istiqamətini vizual təsvir edir.



Ev təsərrüfatları gəlir əldə etmək məqsədilə onlara mənsub olan resursları firmalara satmaq üçün təklif edir. Firmalar əmək, torpaq və kapital kimi resursları ev təsərrüfatlarından pulla əldə edərək nemətlər istehsal edir. Resursların alınmasına sərf olunan vəsaitlər firmanın xərcləri kimi biruzə verir, həmin xərclər isə ev təsərrüfatının gəlirlərinə çevrilir. Məhsul və xidmətlərin istehsalından sonra firma onları gəlir əldə etmək məqsədilə ev təsərrüfatlarına mübadilə üçün təqdim edirlər. Ev təsərrüfatlarının məqsədi tələbatları ödəmək olduğuna görə, həmin məhsul və xidmətlər onlar tərəfindən resurslardan əldə olunan gəlirlərin hesabına alınır. Məhsul və xidmətlərin satışından əldə olunan pul vəsaitləri firmanın gəlirlərinə çevrilir. Modeldən görünür ki, məüssisələr və ev təsərrüfatları bir-biri ilə iki dəfə mübadilə əlaqəsinə girir. Resursların mübadiləsində ev təsərrüfatları satıcı, müəssisələr isə alıcıdır.


Ev təsərrüfatları mübadilə zamanı gəlir əldə edən tərəf, müəssisələr isə pul xərcləyən subyekt kimi özünü aparır. Məhsullar və xidmətlər mübadilə olunanda isə hər şey əksinə olur. Müəssisələr satıcı, ev təsərrüfatları isə alıcı rolunda iştirak etdikdə, müvafiq olaraq onların gəlirləri ilə xərcləri yerlərini dəyişir. Sadələşdirilmiş dövriyyə modelindən belə nəticə çıxarmaq olar ki, gəlirlərin və xərclərin axını resursların, məhsul və xidmətlərin axın istiqamətinin əksinə hərəkət edir. Başqa sözlə, vizual şəkildən görünür ki, iqtisadiyyatda bir subyektin gəlirləri başqa subyektin xərcləri deməkdir. Dövriyyə daimi təkrar olunaraq iqtisadiyyatın dayanmayan mühərrikini yaradır. İqtisadi terminalogiya ilə ifadə etsək, iqtisadi sistemin fəaliyyət mexanizmini yaradır.
İnsanı əmək fəaliyyəti ilə məşğul olmağa vadar edən, onu hərəkətə gətirən qüvvə və stimulların müəyyən edilməsi iqtisad elminin ən mühüm problemlərindən biridir. İnsan cəmiyyətinin tarixi ərzində insanı əmək fəaliyyətinə təhrik edən iki əsas üsul məlumdur:
1) qeyri-iqtisadi məcburiyyət;
2) iqtisadi məcburiyyət.
Birinci halda insan işləməyə məcbur edilir, işləməsə döyülür, öldürülür və s. Bu üsulu quldar, mülkədar, feodal, diktator və s. tətbiq edir. İkinci halda insan maddi cəhətdən maraqlandırılır, yaşamaq üçün işləməyə məcbur olur. İnsan öz yaşayışını təmin etmək naminə, kənar məcburiyyət olmadan işləməyə can atır. Bunlara əsasən deyə bilərik ki, insanın əmək fəaliyyəti ilə məşğul olmasına təhrik edən səbəblər (amillər) müxtəlif istehsal üsulları şəraitində eyni deyildir. Və onun xarakteri istehsal resursları (vasitələri) və istehsalın nəticələrinin mənimsənilməsi formasından, yəni mülkiyyət hüququnun hakim formasından asılıdır. İnsanlar çox müxtəlif olduğundan onların əməyə münasibəti, əməyə təhrik edən səbəblər də cürbəcürdür. Bunu əsas götürərək alimlər insan modelini yaratmağa çalışmışlar.

Yüklə 141,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin