Mövzu İqtisad elmləri sis­te­mində əsas öyrənmə və şərh


İqtisadiyyatın əhatə dairəsi. Tədqiqatın miqyası



Yüklə 141,36 Kb.
səhifə2/8
tarix31.10.2022
ölçüsü141,36 Kb.
#66951
1   2   3   4   5   6   7   8
MOVZU 4

4.2.İqtisadiyyatın əhatə dairəsi. Tədqiqatın miqyası.
İqtisadiyyatı öyrənmə, dərketmə baxımdan yanaşdıqda onu mikroiqtisadiyyat, makroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat sahələrinə bölmək olar. İdarəetmə baxımdan da iqtisadiyyat bu hissələrə bölünür:
Mikroiqtisadiyyat – istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarə edilməsi deməkdir. Burada istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb- təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.
Mikroiqtisadiyyat (ingilis dilindən mikro "kiçik" deməkdir) — fərdi iqtisadi obyektlər, ev təsərrüfatlar və firmalar tərəfindən məhdud vəsaitlərin mallar və xidmətlər alver olunduğu bazarlarda bölünməsi haqqında qərarları araşdıran iqtisadiyyatın bölməsi. Mikroiqtisadiyyat bu qərarlar və davranışlar mallar və xidmətlərin qiymətləri təyin edən tələb və təklifə necə təsir etməyini araşdırır və tərsinə qiymətlər tərəfindən təklifə və tələbə təsiri izah edir.
Bu isə "ümumi iqtisadi fəaliyyət, inkişaf, inflyasiya və işsizlik məsələləri araşdıran" makroiqtisadiyyata müqabil durur. Mikroiqtisadiyyat həm də qeyd olunmuş sahələrdə dövlət iqtisadi siyasətinin effektləri ilə işləyir (misal üçün vergi səviyyəsinin dəyişdirilməsi). Lukasın fikrinə uyğun olaraq, müasir makroiqtisadiyyat nəzəriyyəsi "mikromüəssisələrə" əsaslanır, yəni ki mikro səviyyədəki davranışları təsvir edən əsas anlayışlara.
Mikroiqtisadiyyatın məqsədlərindən biri istifadəçilər arasında məhdud vəsaitlərin bölünməsi və mallar və xidmətlər arasında müqayisəli qiymətləri təyin edən bazar mexanizmi təhlil etməkdir. Mikroiqtisadiyyat həm də bazar qüsurunu təhlil edir, yəni ki bazarlar səmərəli nəticələri əldə etmədiyi halları, və ideal rəqabət üçün lazım olan nəzəri şəraitləri təsvir edir. Mikroiqtisadiyyat əhatə etdiyi sahələrin içərisinə ümumi müvazinət, qeyrisimmetrik informasiya ilə bazarlar, naməlumluqda qərarlar və oyun nəzəriyyəsinin tədbiqi daxildir. Malların bazar sistemində elastikliyi də nəzərə alınır.



Yüklə 141,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin