Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

8. BMT-nin ixtisaslaşdırılmış təsisatları. BMT-nin ixtisaslaşdırılmış təsisatları – beynəlxalq 
ə
məkdaşğın bu və ya digər konkret sahəsində (iqtisadi, sosial, mədəni, təhsil, səhiyyə və s.) 
fəaliyyət  həyata  keçirən,  Birləmiş  Millətlər  Təşkilatı  ilə  əlaqəsi  olan  universal  xarakterli 
beynəlxalq höhumətlətarası təşkilatlardır. 
xtisaslaşdırılmış təsisatların BMT ilə əlaqəsi BMT-nin əsas orqanlarından biri olan 
EKOSOK  vasitəsilə  həyata  keçirilir.  EKOSOK  ixtisaslaşdırılmış  təsisatlarla  sazişlər  bağlayır; 
məsləhətləşmələr  aparmaq  və  tövsiyələr  vermək  yolu  ilə  ixtisaslaşdırılmış  təsisatların 
fəaliyyətinin  ümumi  koordinasiyasını  həyata  keçirir;  ixtisaslaşdırılmış  təsisatlardan,  onların 
fəaliyyəti  haqqında  və  verdiyi  tövsiyələrin  icra  olunması  üçün  görülmüş  tədbirlər  haqqında 
məruzələr  alır;  öz  işində  və  ya  yaratdığı  komissiyaların  işində  iştirak  etmək  üçün 
  ixtisaslaşdırılmış təsisatların nümayəndələrini dəvət edir. Hal –hazırda 16 ixtisaslaşdırılmış 
təsisat mövcuddur. Onları aşağıdakı qruplara ayırmaq olar; 
  a)  sosial  xaraqterli  təşkilatlar  –  Beynəlxalq  əmək  təşkilatı  (BƏT),  Ümumdünya  səhiyyə 
təşkilatı (ÜST);  
  b)  mədəni  və  humanitar  xaraqterli  təçkilatlar  –  Təhsil,  elm  və  mədəniyyət  məsələləri  üzrə 
Birləşmiş Millətlər Təşkilatı (YUNESKO), Ümumdünya əqli mükiyyət təşkilatı (ÜƏMT);  

  c) iqtisadi təşkilat – Sənaye inkişafı üzrə  Birləşmiş Millətlər Təşkilatı (YUN DO);  
  ç)  maliyyə  təşkilatları  –  Beynəlxalq  bərpa  və  inkişaf  bankı  (B B)  və  ya  Dünya  bankı  və 
onun  tam  müstəqil  təşkilat  sayılan  üç  filialı  –  Beynəlxalq  maliyyə  korparasiyası,  Beynəlxalq 
inkişaf  assosiasiyası  və  nvestisiya  təminatları  üzrə  çoxtərəfli  agentlik  ( TÇA),  Beynəlxalq 
valyuta fondu (BVF);  
  d) kənd təsərrüfatı sahəsində təşkilat – Ərzaq və kənd təsərrüfatı təşkilatı (ƏKTT). 
  e)  nəqliyyat  və  rabitə  sahəsində  təşkilatlar  –  Beynəlxalq  mülki  aviasiya  təşkilatı  ( KAO), 
Beynəlxalq dəniz təşkilatı ( MO), Ümumdünta poçt ittifaqı (ÜP ), Beynəlxalq elektron rabitəsi 
ittifaqı (BER ); 
  ə)  meteorologiya  sahəsində  təşkilat  –  Ümumdünya  meteorologiya  təşkilatı  (ÜMT). 
xtisaslaşdırılmış təsisatların tərkibinə BMT-nin üzvlərindən başqa digər dövlətlər də daxil ola 
bilər;  lakin  onların  üzvlüyə  qəbul  olunması  üçün  daha  mürəkkəb  mexanizm  müəyyən 
olunmuşdur. 
 
xtisaslaşdırılmış  təsisatların  əsas  fəaliyyət  istiqamətləri  aşağıdakılardır;  beynəlxalq 
əməkdaşlığın  ayrı-ayrı  sahələri  üzrə  beynəlxalq  konvensiya  və  reqlamentləri  işlənib 
hazırlanması; dövlətlərinbu sahədə fəaliyyətnın koordinasiyası; inkişaf etməkdə olan dövlətlərə 
texniki yardımın göstərilməsi; informasiya mübadiləsi və s. 
9.  Regional  təşkilatlar.  Universal  xarakterli  beynəlxalq  təşkilatlardan  başqa,  üzvləri,  əsasən, 
müəyyən  coğrafi  regionu  təmsil  edən  regional  təşkilatlar  da  mövcuddur.  Onlar  regional 
əməkdaşlıq çərçivəsində müxtəlif məsələləri (kollektiv müdafiə, iqtisadi, sosial, mədəni və s.) 
birgə həlli üçün yaradılır. BMT Nizamnaməsinin 52-ci maddəsinə görə, “beynəlxalq sülhün və 
təhlükəsizliyin  qorunub  saxlanması  ilə  bağlı  olan  və  regional  tədbirlər  üçün  münasib  olan 
məsələlərlə məşğul olmaq məqsədilə” regional təşkilatlar təsis oluna bilər. Həmin maddə tələb 
edir ki, bu təşkilatların nizamnamələri və fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının məqsəd və 
prinsiplərinə  uyğun  olmalıdır.  53-cü  maddədə  imperativ  qaydada  göstərilir  ki,  Təhlükəsizlik 
Şurasının  vəkaləti  olmadan  regional  təşkilatlar  tərəfindən  heç  bir  məcburiyyət  tədbiri  görülə 
bilməz. Nizamnamənin IX fəslində (“Beynəlxalq iqtisadi və sosial əməkdaşlıq”) iqtisadi, sosial, 
mədəni  və  digər  xüsusi  sahələrdə  fəaliyyət  göstərən  beynəlxalq  təşkilatlara,  o  cümlədən 
regional  təşkilatlara  qarşı  müəyyən  tələblər  irəli  sürülmüşdür.  Belə  ki,  onların  yaradılması  və 

fəaliyyəti  BMT-nin  məqsəd  və  prinsiplərinə  uyğun  olmalıdır  və  bu  təşkilatlar  iqtisadi,  sosial, 
mədəni və digər problemlərin həllində BMT-yə yardım etməlidirlər. 
  Hal-hazırda  mövcud  olan  çoxlu  sayda  regional  təşkilatların  içərisində  ümumi  səlahiyyətə 
malik  təşkilatlar,  məsələn,  Ərəb  dövlətləri  liqası,  Afrika  birliyi  təşkilatı,  Amerika  dövlətləri 
təşkilatı və b. xüsusi yer tutur. 
  Ərəb  dövlətləri  liqası  (ƏDL).  Ərəb dövlətləri liqası  yaradılması haqqında  müqavilə  (Pakt) 
1945-ci  il  martın  22-də  imzalanmışdır.  Təşkilatın  hal-hazırda  22  üzvü  vardır.  ƏDL-in  əsas 
məqsədi  iqtisadi,  maliyyə,  mədəni  və  sosial  sahələrdə,  səhiyyə  sahəsində,  vətəndaşlıq, 
pasportlar,  vizalar,  məhkəmə  qərarlarının  icrası  ilə  bağlı  məsələlərin  həllində  üzv-dövlətlərin 
əməkdaşlığını təşkil etməkdən ibarətdir (Paktin 2-ci maddəsi).  
  ƏDL-in orqanları aşağıdakılardır: Ərəb ölkələri dövlət və hökumət başçılarının Müşavirəsi; 
Şura; Birgə Müdafiə Şurası;  qtisadı Şura; Ərəb ölkələri informasiya nazirləri Şurası; Komitələr 
(iqtisadiyyat, maliyyə, nəqliyyat, rabitə, mədəniyyət, səhiyyə məsələləri üzrə); Baş Katib başda 
olmaqla  Baş Katiblik. 
  ƏDL-in  Paktına  görə,  üzv-dövlətlər  öz  aralarındakı  mübahisələri  həll  etmək  üçün  Şuraya 
müraciət edə bilərlər. Şuranın qərarları mübahisənin tərəfləri üçün məcburidir. Liqanın üzvləri 
arasında  müharibəyə  gətirib  çıxara  bilən  mübahisələri  həll  etmək  üçün  Şura  öz  xidmətlərini 
təklif edir. Şura, habelə arbitraj və barışdırıcı orqan qismində çıxış edə bilər; bu halda Şuranın 
qərarları səs çoxluğu ilə qəbul olunur (5-ci maddə). 
  Liqanın  üzvü  olan  dövlətlərdən  hər  hansı  birinə  qarşı  təhlükəsi  olduqda,  hücuma  məruz 
qalmış və ya təcavüz təhlükəsi altında olan dövlət Şuranın dərhal çağrılmasını tələb edə bilər. 
Şura  yekdil  razılıq  olduqda,  təcəvüzün  və  ya  təcəvüz  təhlükəsinin  aradan  qaldırılması  üçün 
zəruri tədbirlər müəyyən edir. 
  Afrika birliyi təşkilatı (ABT). Afrika birliyi təşkilatı ən iri regional təşkilatdır. 1963-cü ildə 
yaradılmışdır. Hal-hazırda 53 üzvü vardır. BMT yanında daimi müşaihidəçi statusuna malikdir.  
  ABT-nin  əsas  məqsədləri  aşağıdakılardır:  a)  Afrika  dövlətləri  arasında  əməkdaşlığın 
möhkəmləndirilməsi  və  onların  siyasət,  elm,  texnika,  maarif  və  mədəmiyyət,  səhiyyə,  habelə 
müdafiə  və  təhlükəsizlik  sahəsində  fəaliyyətinin    koordinasiyası;  b)  Afrika  dövlətlərinin 
suverenliyinin,  ərazi  bütövlüyünün  və  müstəqilliyinin  qorunması;  c)  Afrika  qitəsində 

müstəmləkəçiliyin  bütü  növlərinin  ləğv  edilməsi;  ç)  BMT  Nizamnaməsinə  və  Ümumdünya 
nsan  Hüquqları  Bəyənnaməsinə  müvafiq  olaraq  beynəlxalq  əməkdaşlığın  həvəsləndirilməsi 
(ABT-nin Nizamnaməsinin 2-ci maddəsi).  
  ABT  aşağıdakı  sturuktura  malikdir:  Dövlət  və  hökumət  başçılarının  Konfransı;  Nazirlər 
Şurası;  Baş  Katiblik;  Vasitəçilik,  barışdırma  və  agrbitraj  üzrə  Komissiya.  ABT-nin 
Nizamnaməsində  habelə  ixtisaslaşdırılmış  komissiyaların  təsis  olunması  nəzərdə  tutulmuşdur 
(məsələn: iqtisadi və sosial komissiya, maarif və mədəmiyyət üzrə; elm, texnika və tədqiqatlar 
üzrə və s. komissiyalar).  
  Amerika dövlətləri təşkilatı (ADT). 1948-ci ildə yaradılmışdır. Təşkilatın təsis sənədləri üçt 
aktdan ibarətdir: 1) Qarşılıqlı yardım haqqında 1947-ci il Ümumamerika müqaviləsi; 2) ADT-
nin  Nizamnaməsi  (30  aprel  1948-ci  ildə  qəbul  olunmuş,  13  dekabr  1951-ci  ildə  qüvvəyə 
minmişdir). 3) Mübahisələrin dinc həll olunması haqqında 1948-ci il Ümumamerika müqaviləsi 
(Boqota Paktı). Hazırda 35 dövlət ADT-nin üzvüdür.  
  Təşkilatın  əsas  məqsədi  Amerika  dövlətlərinin  həmrəyliyini  möhkəmləndirilməsindən  və 
onların  suverenliyinin,  ərazi  bütövlüyünün  müstəqilliyinin  qorunmasından  ibarətdir  (AD-nin 
Nizamnaməsinin 1-ci maddəsi).  
  Nizamnamə üzv-dövlətlərin kollektiv təhlükəsizliyini nəzərdə tutur. Amerika dövlətlərindən 
birinin ərazi bütövlüyünə və ya siyasi müstəqilliynə qarşı hər hansı bir dövlətin təcavüzü bütün 
qalan  Amerika  dövlətləri  əleyhinə  təcəvüz  aktı  sayılır  (27-ci  maddə).  stənilən  Amerika 
dövlətinin toxunulmazlığı, ərazi bütövlüyü və ya suverenliyi, habelə siyasi müstəqilliyı silahlı 
basqın  nəticəsində  və  yaxud  Amerika  dövlətləri  arasında  münaqişə  nəticəsində  və  yaxud 
Amerikada  sülhü  təhlükə  altına  qoya  bilən  hər  hansı  digər  fakt  və  ya  situasiya  nəticəsində 
pozularsa, Amerika dövlətləri özlərinin kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi 
çərçivəsində tədbirlər görürlər (28-ci maddə). 
  ADT-nin  aşağıdakı  orqanları  vardır:  Baş  Assambleya;  Xarici  işlər  nazirlərinin  Konsultativ 
müşavirəsi;  Şuralar  (Daimi  Şura,  Amerika  qtisadi,  Təhsil,  Elm  və  Mədəniyyət  Şurası); 
Ümumamerika hüquqi komitəsi; Ümumamerika  nsan hüquqları komissiyası; Baş Katiblik. 
  Cənub-şərqi Asiya dövlətləri assosiasiyası (ASEAN). 1967-ci ildə yaranmışdır. ASEAN-ın 
təsis  sənədləri  Cənub-şərqi  Asiyada  dostluq  və  əməkdaşlıq  hüqqında  Müqavilə  və  ASEAN 
Razılıq Bəyannaməsidir. 10 üzvü vardır. 

  ASEAN-in  əsas  məqsədləri  Cənub-şərqi  Asiyada  iqtisadi,  sosial  və  digər  sahələrdə 
əməkdaşlığı təşkil etməkdən, sülhün və sabitliyin bərqərar olmasına yardım etməkdən ibarətdir. 
  Təşkilatın aşağıdakı orqanları vardır: Dövlət və hökumət başçılarının Konfransı; Xarici işlər 
nazirlərinin  Konfransı;  Daimi  komitə  (onun  tərkibinə  üzv-dövlətlərin  xarici  işlər  nazirləri  və 
səfirləri  daxildir);  Katiblik;  sahəvi  komitələr  (ticarət,  sənaye,  kənd  təsərrüfatı,  nəqliyyat  və  s. 
üzrə). 
  ASEAN-in  çərçivədə  hər  il  bu  təşkilat  və  digər  ölkələr  arasında  (ABŞ,  Yaponya,  Kanada, 
Koreya, Rusiya, Çin və s.) Asiya-sakit oken regionunda müxtəlif məsələlərlə bağlı əməkdaşlıq 
barəsində məsləhətləşmələr keçirilir.  
  Avropada  təhlükəsizlik  və  əməkdaşlıq  təşkilatı  (ATƏT).  ATƏT  vahd  təsis  akt  olmayan, 
formalaşmaqda olan regional təşkialatdır. Onun təsis aktları aşağıdakılardır; 1975-ci il Helsinki 
Yekun Aktı; Yeni Avropa üçün Xartiya (1990-cı il); Helsinki (1992-ci il) və Budapeşt (1994-cü 
il) sammitlərinin qərarları. Budapeşt sammitinin qərarlarına müvafiq olaraq, təxminən iyirmi il 
mövcud  olmuş  beynəlxalq  konfrans-Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  üzrə  Müşavirə 
beynəlxalq  təşkilata-Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatına  çevrilmişdir,  onun 
məqsədləri dəqiqləşdirilmiş və strukturu təkminləşdirilmişdr. 
  ATƏT N-in  başlıca  məqsədləri  aşağıdakılardı;  uzunmüddətli  sülhün  təmin  edilməsi  üçün 
şəraitin  yaradılması;  təhlükəsizlik,  tərksilah,  münaqişəli  situasiyaların  qarşısının  alınması, 
iqtisadiyat, mədəniyyət, insan hüquqları və digər sahələrdə əməkdaşlıq və s. 
 
ATƏT  hal-hazırda  belə  sturuktura  malikdir;  iki  ildən  bir  çağrılan  Dövlət  və  hökumət 
başçılarının  müşavirəsi  (ali  orqan);  ildə  bir  dəfə  çağrılan  xarici  işlər  nazirlərindən  ibarət  olan 
Nazirlər Şurası (mərkızi rəhbər orqan); Daimi şura (siyasi məsləhətləşmələrin aparılması və carı 
qərarların  qəbul  edilməsi  üçün  ATƏT-in  sturukturunda  əsas  orqan);  Katiblik  (ona  üç  il 
müddətinə  seçilən  Baş  Katib  başçılıq  edir);  Demokratik  institutlar  və  insan  hüquqları  üzrə 
Büro;  Münaqışələrin  qarşısının  alınması  üzrə  Mərkəz;  Milli  azlıqlar  üzrə  Ali  Komissar; 
Parlament Assombleyası. 
  ATƏT N-in axırıncı zirvə toplantısı 1999-cu ildə  stanbulda olmuşdur. Toplantıda üç sənəd 
qəbul  olunmuşdur:  XXI  əsr  üçün  Avropada  Təhlükəsizlik  Xartiyası,  Adi  silahlar  haqqında 
uyğunlaşdırılmış müqavilə və  stanbul Yekun Bəyannaməsi. 

  Avropa  Şurası.  1949-cu  ildə  on  Avropa  dövləti  tərəfindən  yaradılmışdı.Avropa  Şurasını 
Nizamnaməsi  5  may  1949-cu  ildə  Londonda  imzalanmış,  3avqust  1949-cu  ildə  qüvvəyə 
minmişdir.  Hazırda  (1  sentiyabr  2002-ci  il  üçün)  44  üzvü  vardır.  Azərbaycan  Respublikası 
2000-ci il yanvarın 25-dən bu mötəbər qurumum tam hüquqlu üzvüdür. 
  Avropa Şurasının başlıca məqsədi Təşkilatın “üzvləri arasında, onların ümumi sətvəti olan 
ideal  və  prinsiplərin  müdafiəsi  naminə  daha  sıx  birliyin  əldə  edilməsinə  nail  olmaqdan  və 
onların  iqtisadi  və  sosial  tərəqqisinə  dəstək  verməkdən  ibarətdir”  (Nizamnamənin  birinci 
maddəsi).  Təşkilat  bu  məqsədlə  insan  hüquqlarının  müdafiəsi  və  demokratiyanın 
genişləndirilməsi; hüquq, mədəniyyət, təhsil, informasiya, ətraf mühitin mühafizəsi və səhiyyə 
sahələrində əməkdaşlıq kimi vəzifələri həyata keçirir. 
  Avropa Şurasının Nizamnaməsində bu Təşkilata daxil olmaq istəyən dövlət üçün (Təşkilat 
yalnız Avropa dövlətləri üçün açıqdır) üç başıca şərt göstərilmişdir: plüralist demokratiya, insan 
hüquqlarının  təmin  edilməsi  və  qanunun  aliliyi.  Bundan  əlavə,  Avropa  Şurasının  mərkəzi 
orqanlarının qərarlarına müvafiq olaraq, Mərkəzi və Şərqi Avropa dövlətləri üçün bir sıra əlavə 
tələblr  irəli  sürülür:  milli  azlıqların  hüquqlarının  qorunması;  üzv-  dövlətlərin  ərazi 
bütövlüyünün  tanınması;  Avropa  nsan  Hüquqları  Konvensiyasını  imzalamağa  və  mümkün 
qədər  tez  müddətdə  onu  tatifikasiya  etməyə  hazır  olmaq  və  s.  Avropa  Şurasına  yeni  qəbul 
olunan dövlətlərin üzərinə məyyən müdətlər ərzində yerinə yetirilməli olan konkret öhdəliklər 
qoyulur.  Azərbaycan  üçün  bu  cür  öhdəliklər  Avropa  Şurası  Parlament  Assambleyasının  222 
(2000) nömrəli Rəyində müəyyən olunmuşdur. 
  Avropa  Şurası  çərçivəsində  indiyə  qədər  insan  hüquqlarına  təhsil,  mədəniyyət,  səhiyyə, 
sosial təminat, idman və mülki, inzibati, cinayət hüququ və prosesi məsələlərinə həsr olunmuş 
170-ə  qədər  konvensiya,  protokol  və  saziş  qəbul  olunmuşdur.  Onlardan  ən  əsası  1950-ci  ildə 
qəbul olunmuş və 1953-cü ildə qüvvəyə minmiş Avropa  nsan Hüquqları Konvensiyasıdır. Bu 
Konvensiyasız  və  onun  əsasında  yaradılmış  mexanizmsiz  (Avropa  nsan  Hüquqları 
Məhkəməsi) Avropa Şurasını təsəvvür etmək mümkün deyildir. Konvensiyaya indiyə qədər on 
üç Protokol əlavə olunmuşdur. 11-ci Protokol Konvensiyaya olduqca mühüm dəyişikliklər və 
əlavələr etmişdir. 
  Avropa Şurasını əsas orqanları aşağıdakılardır: Nazirlər Komitəsi; Parlament Assambleyası, 
Avropa yerli və regional hakimiyyətlər Konqresi, Katiblik. 

  Nazirlər  Komitəsi  Şurasının  ali  orqanıdır.  O,  üzv-dövlətlərin  xrici  işlər  nazirlərindən 
ibarətdir.  Nazirlər  səviyyəsində  Komitə  ildə  iki  dəfədən  az  olmayaraq  sessiyalar  keçirir,  üzv-
dövlətlərin  daimi  nümayəndələri  səviyyəsində  isə  müntəzəm  fəaliyyət  göstərir.  Nazirlər 
Komitəsi əməkdaşlığın siyasi asbektlərini müzakirə edir, Avropa Şurasının fəaliyyət proqramını 
işləyib hazırlayıır, cari büdcəni təsdiq edir, Parlament Assambleyasının tövsiyələrini nəzərdən 
keçirir, yekdillik prinsipi əsasında üzv-dövlətlərə tövsiyələr qəbul edir. Müəyyən məsələlər üzrə 
Nazirlər Komitəsinin qərarları məcburi xarakter daşıyır.  
  Parlament Assambleyası məşvərətçi orqandır və qanunvericilik səlahiyyətinə malik deyildir. 
O, hər bir üzv dövlətin parlamentindən seçilən (təyin olunan) nümayəndələrdən ibarətdir. Hər 
bir  nümayəndə  heyəti  öz  ölkəsinin  müxtəlif  siyasi  dairələrini,  o  cümlədən  muxalifət 
partiyalarının  mənafelərini  ifadə  etməlidir.  Dövlətlərin  Parlament  Assambleyasındakı 
nümayəndələrin  sayı  eyni  deyildir  (2-dən  18-ə  kimi);  məsələn,  Almaniya,  Böyük  Britaniya, 
taliya və Rusiyadan – 18,  spaniya, Türkiyə və Ukraynadan - 12, Yunanıstan və Belçikadan – 
7, Azərbaycandan – 6, Moldovadan – 5 və s. Parlament Assambleyası öz sesiyalarını ildə dörd 
dəfə keçirir. O, Nazirlər Komitəsinə və üzv-dövlətlərin hökumətlərinə bu və ya digər məsələlər, 
üzrə tövsiəyələr verir, konfranslar, kollokviumlar təkil edir, Avropa Şurasının Baş Katibini və 
Avropa  nsan Hüquqları Məhkəməsinin hakimlərini seçir. 
  Avropa yerli və regional hakimiyyətlər Konqresi üzv-dövlətlərin müvafiq ərazi qurumlarını 
nümayəndələrindən  ibarətdir.  Nümayəndələrin  sayı  Parlament  Assambleyasındakı  kvotaya 
uyğundur. 
  Katiblik  Avropa  Şurasının  inzibati  orqanıdır.  Ona  Parlament  Assambleyası  tərəfindən  5  il 
müddətinə seçilən Baş Katib rəhbərlik edir.  
 
slam  konfransı  təşkilatı  ( KT).  Bu  təşkilat  regional  təşkilatltr  çərçivəsindən  kənara  çıxır, 
çünki müxtəlif regionalrda yerləşən müsəlman dövlətlərini özündə birləşdirir.  KT 1969-cu ildə 
yaradılmışdır.  Onun  Nizamnaməsi  1972-ci  ildə  qəbul  olunmşdur.  Hal-hazırda  55  dövlət 
butəşkilatın  üzvüdür.  Onların  içərisində  Azərbaycan  da  vardır.  Qeyri-müsəlman  ölkələrindəki 
müsəlman  azlıqları  öz  nümayəndələrini  bu  təşkilata  müşahidəçi  qismində  göndərə  bilərlər. 
Yalnız müsəlman dövlətləri  KT-nin üzvü ola bilərlər. Lakin  KT-ni qətiyyən dini təşkilat hesab 
etmək  olmaz.  Onun  başlıca  vəzifəsi  ən  mühüm  beynəlxalq  problemlər  üzrə  müsəlman 
dövlətlərinin  mövqeyini  yaxınlaşdırmaq,  onların  siyasətini  əlaqləndirməkdir.  KT-nin  BMT 
yanında daimi müşahidəçi statusu vardır.  

 
KT-nin  aşağıdakı  məqsədləri  vardır:  müsəlman  həmrəyliyinin  möhkəmləndirilməsi; 
iqtisadi,  sosial,  mədəni,  elmi  sahələrdə  əməkdaşlığın  inkişafı;  irqçiliyin  və  müstəmləkəçiliyin 
ləğvinə  dəstək  vermək;  beynəlxalq  təşkilatlarda  üzv-dövlətlər  arasında  məsləhətləşmələr 
aparmaq;  müsəlman  xalqlarının,  onların  milli  müstəqillik  uğrunda  mübarizəsində 
birləşdirilməsi;  öz  ərazisinin  azad  edilməsi  uğrunda  mübarizə  aparan  fələstin  xalqına  kömək 
göstərmək. 
 
KT-nin  ali  orqaın  dövlət  və  hökumət  başçılarının  konfransıdır.  Konfrans  üç  ildən  bir 
çağırılır.  Təşkilatın  fəaliyyətinin  cari  problemlərini  müzakirə  etmək  üçün  hər  il  xarici  işlə
nazirlərinin  konfransıçağırılır.
  1980-ci  ildə  daimi  fəaliyyət  göstərən  Nazirlər  Komitəsi 
yaradılmışdır.  Onun  tərkibinə  11  nazir  və  KT-nin  Baş  Katibi  daxildir.  Komitənin  başlıca 
funksiyasi  üzv-dövlətlərin  birində  baş  vermiş  fövqəladə  situasiyanı  və  ya  böhranı  nəzərdən 
keçirmək,  müsəlman  ölkələri  arasında  olan  münaqişə  və  mübahisələri  nizamlamaqdır.  KT 
çərçivəsində  bir  sıra  daimi  komitə  və  komissiyalar  fəaliyyət  göstərir.  Baş  Katibliyə,  iki  il 
müddətinə seçilən Baş Katib rəhbərlik edir. 
Mövzu 8: D PLOMAT YA VƏ KONSULLUQ HÜQUQU 
Plan: 
1. Diplomatiya və konsulluq hüququnun anlayışı və mənbələri 
2. Xarici əlaqələri həyata keçirən dövlət orqanları 
3.Diplomatik nümayəndəliyin anlayışı və funksiyaları 
4. Diplomatik nümayəndəliyin heyəti     
5. Diplomatik missiyanın başlanması və sona yetməsi 
6. Diplomatik korpus 
7. Diplomatik imtiyaz və immunitetlə
8. Dövlətlərin beynəlxalq təşkilatlar yanındanümayəndəlikləri 
9. Xüsusi missiyalar 
10. Beynəlxalq təşkilatların və onların əməkdaşlarının imtiyaz və immunitetləri 
11. Konsulluqlar: anlayışı və funksiyaları                   

12. Konsulun təyin olunması və onun funksiyalarının xitam olunması  
13. Konsulluqların və onların heyətinin imtiyaz və immunitetləri 
 
Ədəbiyyat siyahısı. 
 
  Блищенко И.П. Дипломатическое право. М., 1990. 
  Бобылев Г.В., Зубков Н.Г. Основы консульской службы. М., 1986.  
  Ганюшкин
 Б.В. Дипломатическое право международных организаций. М., 1972. 
  Демин Ю.Г. Статус дипломатических представительств и их персонала. М., 1995. 
  Ковалев А. Г. Привилегии и и ммунитеты в современном международном праве. М., 
1986. 
  Кузнецов С.А. Представители государств в международных организациях. М., 1980. 
  Петренко Р.И. Основы консульского права. М., 1986. 
  Сандровский К.К. Право внешних сношений. Киев, 1986. 
   
 
 
 
1.  Diplomatiya  və  konsulluq  hüquqununanlayışı  və  mənbələri.Diplomatiya  və  konsulluq 
hüququ – dövləti beynəlxalq ünsiyyətdə təmsil edən  
dövlət  orqanlarının  statusunun  və 
funksiyalarını tənzimləyən beynəlxalq hüquq 
normalarının məcmusuna deyilir.   
  Beynəlxalq  hüquq  bu  ən  qədim  və  ənənəvi  sahəsinin  məzmunu  indiki  dövrdə  xeyil 
genişlənmişdir;  diplomatiya  və  konsulluq  hüququna  hazırda  həmçinin  bir  sıra  digər  yeni 
məsələləri,  o  cümlədən  dövlətlərin  beynəlxalq  təşkilatlardakı  nümayəndəliklərinin,  təntənəli 
tıdbirlərdə, danışıqlar aparılmasına və s. iştirak etmək üçün digər dövlətlərə göndərilən xüsusi 

missiyaların  funksiyalarını,  beynəlxalq  təşkilatların  və  onların  əməkdaşlarının  imtiyaz  və 
immunitetlərini nizama salan normalar da daxildir. 
  Diplomatiya  və  konsulluq  hüququnun  əsas  mənbələri  kimi  beynəlxalq  müqavilə  və 
beynəlxalq  hüquqi  adət  çıxış  edir.  Dövlətlər  arasında  diplomatiya  və  konsulluq  münasibətləri 
uzun  tarixi  dövr  ərzində  beynəlxalq  adət  normalarına  söykənmişdir.  kinci  dünya 
müharibəsindən  sonrakı  illərdə  bu  normalar  bir  neçə  universal  konvensiya  şəklində 
məcəllələşdirilmişdir.  Diplomatiya  və  konsulluq  hüququ  sahəsində  əsas  beynəlxalq 
konvensiyalar  aşağıdakılardır:  1)  Diplomatik  münasibətlər  haqqında  1961-ci  il  Vyana 
Konvensiyası;  2)  Konsulluq  münasibətləri  haqqında  1963-cü  Vyana  Konvensiyası;  3)  Xüsusi 
missiyalar haqqında 1969-cu il Vyana Konvensiyası; 4) Beynəlxalq səviyyədə müdafiə olunan 
şəxslər,  o  cümlədən  diplomatik  agentlər  əleyhinə  cinayətlərin  qarşısının  alınması  və 
cəzalandırılması  haqqında  1973-cü  il    Konvensiyası;5)  Dövlətlərin  universal  xaraqterli 
beynəlxalq təşkilatlarla münasibətlərdə nümayəndikləri haqqında 1975-ci Vyana Konvensiyası. 
  Diplomatiya və konsulluq hüququ sahəsində bir sıra digər sənədlər də mövcuddur. Məsələn, 
beynəlxalq təşkilatların imtiyaz və immunitetləri ilə bağlı iki mühüm konvensiyanı göstərmək 
olar:  1)  BMT-nin  imtiyaz  və  immunitetləri  haqqında  1946-cı  il  Konvensiyası  və  2)  BMT-nin 
ixtisaslaşdırılmış  imtiyaz  və  immunitetləri  haqqında  1947-ci  il  Konvensiyası. 
Bundan  əlavə, 
müvafiq normalar beynəlxalq təşkilatların nizamnamələrində və habelə yerləşdikləri dövlətlərlə 
bağladıqları  imtiyaz  və  immunitet  məsələləri  üzrə  ikitərəfli  müqavilələrdə  təsbit  olunmuşdur. 
Diplomatiya və konsulluq hüququnun mənbələri sırasında ikitərəfli konsulluq konvensiyalarını 
da qeyd etmək lazımdır. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin