Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

3.  Beynəlxalq  cinayət  anlayışı.  Beynəlxalq  cinayət  –  ayrı-ayrı  dövlətlərin  hüquqlarını  və 
qanuni mənafelərini,  beynəlxalq  səviyyədə  tanınmış  insan  hüquqlarını  kobud  və  ya  kütləvi 
şə
kildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq 
hüquqa zidd olan əmələ deyilir. 
Beynəlxalq hüquq elmində “beynəlxalq cinayət” və “beynəlxalq xaraqterli cinayət” 
kateqoriyaları fərqləndirilir. Bütövlükdə beynəlxalq hüquq üçün, beynəlxalq məsuliyyət rejimi 
baxımından  və  habelə  siyasi  nöqteyi-nəzərdən  müəyyən  əhəmiyyət  daşısa  da,  fiziki  şəxslərin 
beynəlxalq  məsuliyyətinin  nəzərdə  tutan  beynəlxalq  cinayət  hüququ  çərçivəsində  bu 
fərqləndirmə  prinsipial  əhəmiyyət  kəsb  etmir.  Beynəlxalq  hüquqa  zidd  olan,  cinayət  hesab 
olunan  və  beynəlxalq  fərdi  cinayət  məsuliyyəti  doğuran  hər  bir  əməl  beynəlxalq  cinayətdir 
(yuxarıda  verdiyimiz  beynəlxalq  cinayət  hüququnun  və  beynəlxalq  cinayətin  tərəflərində  biz 
məsələyə  məhz  bu  cür  yanaşmışıq).  Belə  ki,  həm  genosid,  həm  də  saxta  pul  hazırlanması 
“beynəlxalq cinayət” kimi ifadə olunmalıdır; doğrudur, milli sinayət hüququnda nəzərdə tutulan 
cinayətlər kimi (məsələn, adamöldürmə və tutuq ki, yüngül bədən xəsarəti yetirilməsi) onların 
da  vurduğu  zərər  və təhlükəliliyi  müxtəlif  ola  bilər.  Lakin  bu,  göstərilən  hər iki  cinayətin  bir 
terminlə ifadə edilməsinə, yəni “beynəlxalq cinayət” adlandırılmasına heç bir maneə törətmir. 
Digər  tərəfdən,  müxtəlif  terminlərin  işlədilməsi  sırf  praktik  baxımdan  və  habelə  tədris 
məqsədləri üçün də məqsədəuyğun deyildir. 
Beynəlxalq cinayətləri qəsd obyektinə görə bir neçə qrupa ayırmaq olar: 

a) sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlə
(təcavüz, genosid, insanlıq əleyhinə 
cinayətlər, müharibə cinayıtləri, BMT heyətinə qarşı cinayətlər, aparteid, beynəlxalq terrorizm). 
Xüsusilə geniş miqyasda narkotik vasitələrlə qeyri-qanuni alver də bu qrupa aid edilə bilər. 
b) insan ləyaqətinə qarşı yönəlmiş cinayətlə
(köləlik, qul ticarəti, pornoqrafiya yayılması, 
işgəncə, girov götürülməsi və s.).  
c)dövlətlərin  iqtisadi  və  sosial  inkişafına  zərər  yetirən  cinayətlə
(saxta  pul  və  qiymətli 
kağızların hazırlanması, qaçqınçılıq və s.) 
ç)  açıq  dəniz  və  kontinental  şelf  rejiminə  qarşı  yönəlmiş  cinayətlə
(dıniz  gəmiçiliyinin 
təhlükəsizliyi əleyhinə yönəlmiş qeyri-qanuni aktlar, dənizdə kömək göstərməmək, kontinental 
şelf  üzərində  yerləşən  stasionar  platformaların  təhlükəsizliyi  əleyhinə  yönəlmiş  qeyri-qanuni 
aktlar, dənizin zərərli maddələrlə çirkləndirilməsi və s.). 
  d) hava nəqliyyatının təhlükəsizliyinə qarşı yönəlmiş cinayətləvə s. 
  Aşağıda bir sıra xüsusilə təhlükəli beynəlxalq cinayətlərin anlayışı və tərkib ünsürləri ətraflı 
şərh olunmuşdur. 
4. Ayrı-ayrı beynəlxalq cinayətlərin tərkib ünsürləri. 
a) təcavüz  
Təcavüz ən ağır beynəlxalq cinayət hesab olunur. Təcavüzün beynəlxalq cinayət “statusu” və 
beynəlxalq fərdi cinayət məsuliyyəti doğurması, hər şeydən əvvəl, beynəlxalq adət hüququndan 
irəli  gəlir.  Başlıca  maddi-hüquqi  əsas  kimi  1928-ci  il  Brian-Kelloq  Paktını,  Nürnberq 
Tribunalının  Nizamnaməsi  və  Hökmünü  və  müəyyən  mənada,  habelə  hüquqi  xarakterə  malik 
olmayan,  lakin  çox  böyük  əhəmiyyət  daşıyan  “Təcavüzün  tərifi”  haqqında  BMT  Baş 
Assambleyasının  14  dekabr  1974-cü  il  tarixli  qətnaməsini  göstərmək  olar.  Təcavüz  haqqında 
müvaviq müddəalar, həmçinin Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsi 
Layihəsində (16-cı maddə) öz əksini tapmışdır. Hal-hazırda Beynəlxalq Cinayət Məhkəməsinin 
Nizamnaməsinə  uyğun  olaraq,  təcavüz  cinayətinin  tərifi  və  ünsürləri  xüsusi  komissiya 
çərçivəsində  işlənib  hazırlanır  və  iştirakçı  dövlətlər  tərəfindən  qəbul  olunduqdan  sonra 
Nizamnaməyə daxil ediləcəkdir.  
Ümumi beynəlxalq hüquqa görə, dövlət tərəfindən törədilən təcavüzün planlaşdırılmasında, 
hazırlanmasında,  başlanmasında  və  ya  həyata  keçirilməsində  rəhbər  və  yaxud  təşkilatçı  kimi 

fəal  iştirak  edən  və  ya  bu  barədə  əmr  verən  şəxs  təcavüz  cinayətinə  görə  məsuliyyət  daşıyır. 
Qeyd  edək  ki,  təcavüz  aktını  yalnız  müvafiq  hakimiyyət  səlahiyyətlərinə  malik  olan  şəxslər 
törədə bilərlər. Başqa sözlə, bu halda söhbət “rəhbərlərdən” və ya “təşkilatçılardan” getməlidir; 
bu  terminlər  nəinki  hökumət  üzvlərini,  habelə  hərbi  ierarxiyada,  diplomatik  korpusda,  siyasi 
partiyalarda  və  ya  işgüzar  dairələrdə  yüksək  vəzifələr  tutan  şəxsləri  də  əhatə  edir.  Təcavüz 
aktının  törədilməsində  iştirak  qəsdən  olmalıdır  və  təcavüzkar  plan  və  ya  siyasət  çərçivəsində 
bütün işin dərk edilməsilə həyata keçirilməlidir. 
Fiziki şəxsin təcavüz cinayətinə görə məsuliyyəti təcavüzün dövlət tərəfindən törədilməsi ilə 
sıx  və  üzvi  surətdə  bağlıdır.  Əslində  dövlətin  törətdiyi  təcavüz  cinayəti  şəxsin  (şəxslərin) 
cinayət  məsuliyyətinin  yaranması  üçün  zəruri  şərtdir.  Bu  həm  də  o  deməkdir  ki,  dövlətin 
təcavüz törətməsi faktı müəyyən olunması, bu və ya digər fiziki şəxs təcavüz cinayətinə görə 
məsuliyyətə cəlb oluna bilməz. Digər bir tərəfdən, məlum olduğu kimi, BMT Nizamnaməsinin 
39-cu  maddəsinə  görə,  təcavüz  aktının  müəyyən  edilməsi  BMT  Təhlükəsizlik  Şurasının 
müstəsna səlahiyyətinə aiddir. 
Təcavüz cinayəti özündə bir neçə mərhələni ehtiva  edir: 
1)
  təcavüz aktının törədilməsi haqqında əmr verilməsi; 
2)
  təcavüzkar müharibənin planlaşdırılması; 
3)
  təcavüzkar müharibənin hazırlanması; 
4)
  müharibənin başlanması; 
5)
  müharibənin aparılması. 
Praktikada  bu  mərhələlər  bir-birindən  aydın  fərqlənmir.  Bununla  yanaşı,  qeyd  etmək 
lazımdır ki, yalnız bir mərhələdə iştirak cinayət məsuliyyətinin yaranması üçün kifayətdir. 
 
b) genosid 
 
“Genosid”  termini  ilk  dəfə,  əslən  polyak  olan  Rafael  Lemkin  tərəfindən  işlədilmişdir. 
Genosid cinayətinin beynəlxalq fərdi cinayət məsuliyyəti doğurması ilk dəfə olaraq BMT Baş 
Assambleyasının  1946-cı  ildə  qəbul  etdiyi  97  saylı  qətnaməsində  təsbit  olunmuşdur.  Bu 

cinayətin hüquqi əsasını 1951-ci ildə qüvvəyə minmiş Genosid cinayətinin qarşısının alınması 
və cəzalandırılması haqqında Konvensiya
 təşkil edir. 
Konvensiyanın  2-ci  maddəsində  genosidin  tərifi  verilmişdir;  bu  tərif,  demək  olar  ki, 
hamılıqla  qəbul  edilmiş  və  bir  neçə  mühüm  büynəlxalq  sənəddə  (məsələn,  Yuqoslaviya  və 
Ruanda  beynəlxalq  cinayət  tribunallarının  Nizamnamələrində  (müvafiq  olaraq  4-cü  və  3-cü 
maddələr),  Sülh  və  bəşəriyyətin  təhlükəsizliyi  əleyhinə  cinayətlər  məcəlləsinin  Layihəsində 
(17-ci  maddə),  Beynəlxalq  Cinayət  Məcəlləsinin  Nizamnaməsində  (6-cı  maddə)  və  bəzi 
dövlətlərin  cinayət  qanunvericiliyində  olduğu  kimi  əks  olunmuşdur  (bax:  Azərbaycan 
Respublikası  Cinayət  Məcəlləsinin  103  və  104-cü  maddələri).  Həmin  maddədə  deyilir: 
“Genosid cinayət hər hansı bir milli, etnik, irqi və ya dini qrupu bir qrup kimi tamamılə və ya 
qismən məhv etmək niyyətilə törədilən aşağıdakı əməllərdən biridir; 
a)
  belə bir qrupun üzvlərinin öldürülməsi; 
b)
  belə bir qrupun üzvlərinə ciddi bədən xəsarəti və ya əqli pozğunluq yetirilməsi; 
c)
  qəsdən hər hansı belə bir qrup onun tamamilə və ya qismən fiziki məhvinə 
yönəlmiş həyat şəraitinin yaradılması; 
ç) belə bir qrupun içərisində doğumun qarşısının alınmasına yönəlmiş tədbirlər; 
d) zorla uşaqların bir qrupdan başqa bir qrupa verilməsi”. 
 
Gördüyümüz kimi, genosidin anlayışı iki mühüm ünsürdən ibarətdir: 1) zəruri niyyət və 2) 
qadağan olunmuş əməl. 
Genosid  üçün  ən  əhəmiyyətli  ünsür  spesifik  niyyətin  olmasıdır.  Bu,  genosidi,  obyektiv 
cəhətinə  görə  oxşar  olan  digər  beynəlxalq  cinayətlərdən,  xüsusilə  insanlıq  əleyhinə 
cinayətlərdən  və  habelə  müharibə  cinayətlərindən  (silahlı  münaqişə  şəraitində)  fərqləndirən 
başlıca  xüsusiyyətdir.  Genosid  cinayətinin  tövsifedici  əlaməti  kimi,  niyyət  özündə  bir  neçə 
mühüm aspekti ehtiva edir:  
1)  niyyət,  təsadüfən  bu  və  ya  digər  konkret  qrupa  məxsus  olan  bir,  yaxud  bir  neçə  şəxsin 
deyil, qrupun məhv edilməsındən ibarət olmalıdır; 
Fərdin şəxsiyyəti, yox məhz müəyyən qrupa 
mənsubiyyəti genosidin bilavasitə qruplarını təyin etmək üçün həlledici meyardır. 
2)  niyyət,  qrupun  bir  qrup  kimi,  özü-özlüyündə,  başqalarından  fərqlənən  bir  ayrıca  qrup 
kimi  məhv  edilməsindən  ibarət  olmalıdır; 
Bu  baxımından,  genosidlə  adamöldürmə  (homosid) 

cinayəti  arasında  fərq  ondadır  ki,  genosid  bütöv  insan  qruplarının  mövcudluq  hüququnu 
tanımaqdan  imtina,  adamöldürmə  isə  ayrı-ayrı  insan  varlıqlarının  yaşamaq  hüququnu 
tanımaqdan imtina kimi səciyyələnir. 
3) niyyət, qrupun “tamamilə və qismən” məhv edilməsindən ibarət olmalıdır; 
4)  niyyət  yuxarıda  göstərilən  qruplardan  birinin,  məhz  milli,  etnik,  irqi  və  ya  dini  qrupun 
məhv edilməsindən ibarət olmalıdır. Göründüyü kimi, digər qruplar, xüsusilə siyasi və ya sosial 
qruplar  bu  siyahıya  daxil  edilməmişdir.  Qeyd  etmək  yerinə  düşərdi  ki,  bir  sıra  ölkələrin 
(Efiopiya,  Sloveniya  və  b.)  cinayət  qanunvericiliyində  siyasi  qruplar  da  genosid  cinayətinin 
obyekti kimi nəzərdə tutulmuşdur. 
Genosid  haqqında  Konvensiyanın  IV  maddəsində  göstərilir  ki,  bu  cinayət  Konstitusiya 
əsasında məhsul olan məhsul şəxs, vəzifəli şəxslər və ya adi şəxslər tərəfindən törədilə bilər. 
Genosidin  obyektiv  cəhətinə  aid  olan  “məhvetmə”  anlayışı  qrupun  fiziki  və  ya  bioloji 
vasitələrlə fiziki məhv olunmasını bildirir; burada söhbət qrupun milli, dil, dini, mədəni və ya 
digər  özünəməxsusluğunun  məhv  olunmasından  getmir.  Başqa  sözlə,  genosid  cinayətinin 
obyektiv cəhətinə “mədəni genosid” (yəni bu və ya digər qrupun dilini, dinini və mədəniyyətini 
məhv  etmək  məqsədilə  qəsdən  törədilən  istənilən  əməl,  məsələn,  qrupun  dilinin  gündəlik 
həyatda və ya məktəblərdə istifadəsinin və ya bu dildə nəştin qadağan olunması; kitabxanaların, 
muzeylərin,  məktəblərin  tarixi  abidələrin,  dini  sitayiş  yerlərinin  və  digər  mədəni  obyektlərin 
məhv edilməsi və ya istifadəsinin qadağan olunması və s.) aid edilmir. 
Xüsusilə  vurğulanmalıdır  ki,  genosid  cinayətinə  görə  məhsuliyyətin  ortaya  çıxması  üçün 
müəyyən  qrupun  məhv  edilməsindən  ibarət  son  nəticənin  əldə  olunması  tələb  olunmur. 
Kifayətdir ki, yuxarıda haqqənda bəhs etdiyimiz hər hansı əməldən biri müəyyən qrupun özü-
özlüyündə tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilsin. 
c) insanlıq əleyhinə cinayətlə
 
Genosiddən  və  ya  müharibə  cinayətlərindən  fərqli  olaraq,  insanlıq  əleyhinə  cinayətlərin 
universal  müqavilə  əsası  yoxdur  və  onlar,  əsas  etibarilə,  beynəlxalq  adət  hüququna  və  ya 
büynəlxalq tribunalların nizamnamə və hökümlərinə söykənir.  lk dəfə olaraq insanlıq əleyhinə 
cinayətlər  Nürünberq  Tribunalının  Nızamnaməsinin  6-cı  maddəsində  aşağıdakı  kimi  təsbit 

olunmuşdur:  “ stənilən  mülki  əhaliyə  qarşı  müharibədən  qabaq  və  ya  müharibə  dövtündə, 
Tribunalın  yurisdiksiyasında  olan  hər  hansı  cinayətlə  bağlı  törədilən  adamöldürmə,  kütləvi 
qırğın, kölə vəziyyətinə salma, deportasiya və digər qeyri-insani aktlar və yaxud... siyasi, irqi və 
ya dini əsasda təqiblər”. 
Beynəlxalq  praktikanın  və  beynəlxalq  hüquq  elminin  sonrakı  inkişaf  nəticəsində  insanlıq 
əleyhinə  cinayıtlərin  tərkibi  bir  qədər  genişlənmişdir.  nsanlıq  əleyhinə  cinayıtlərin  anlayışı 
mövcud  beynəlxalq  hüquq  normalarına  görə  müəyyən  etmək  üçün  mötəbər  beynəlxalq  sənəd 
olan Beynəlxalq Cinayət Məhkəməsinin Nızamnaməsinə müraciət etmək olar. 
Nızamnamənin 6-ci maddəsində deyilir: “ nsanlıq əleyhinə cinayıt hər hansı mülki əhaliyə 
qarşı  sistematik  və  ya  geniş  miqyaslı  hücumların  tərkib  hissəsi  olaraq  qəsdən  törədilmiş 
əməllərdən hər hansı biri deməkdir: 
a)
  adamöldürmə; 
b)
  kütləvi qırğın; 
c)
  kölə vəziyyətinə salma; 
ç)  deportasiya və ya əhalinin məcburi köçürülməsi; 
d)
  beynəlxalq hüququn əsas normalarına zidd olaraq azadlıqdan məhrum etmə; 
e)
  işgəncə; 
ə)  zorlama, fahişəliyə məcbur etmə və digər cinsi zorakılıq; 
f)  siyasi, irqi, dini və ya etnik motivlər üzrə təqib etmə; 
g)  adamların zorakılıqla yoxa çıxarılması; 
ğ)  apariteid cinayətləri; 
  h)  fiziki və ya pisixi toxunulmazlığa, səhhətə və ya insan ləyaqətinə ciddi zərər  
yetirən digər qeyri-insani əməllər. 
  Gördüyümüz kimi, insanlıq əleyhinə cinayətlərin obyektiv cəhəti olduqca genişdir və buraya 
müxtəlif xaraqterli əməllər daxildir. 
  Diqqətəlayiq  haldır  ki,  Azərbaycanın  Cinayət  Məcəlləsində  (105  –  113-cü  maddələr)  sözü 
gedən  cinayətlər,  Beynəlxalq  Cinayət  Məhkəməsinin  Nızamnaməsində  olduğu  kimi  öz  əksini 
tapmışdır. 

  Nürünberq  Tribunalının  Nızamnaməsindən  fərqli  olaraq,  insanlıq  əleyhinə  cinayətlərin 
müasir  tərəfi  belə  bir  şərti  nəzərdə  tutmur  ki,  əməl  müharibə  zamanı  və  ya  sülh  əleyhinə 
cinayətlərlə,  yaxud  müharibə  cinayətləri  ilə  bağlı  törədilməlidir.  Qüvvədə  olan  beynəlxalq 
hüquqda insanlıq əleyhinə cinayətlərin “avtonom” statusu qəbul olunmuşdur.  
ç) müharibə cinaytləri 
 
  “Müharibə  cinayətləri”  termini  ümumi  anlayış  olub,  silahlı  münaqişə  zamanı  tətbiq 
olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını 
bildirir.  Bəzən  belə  hesab  edirlər  ki,  müharibə  cinayətlərinə  yalnız  Müharibə  qurbanlarının 
müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarında təsbit olunmuş əməllər aiddir (Cenevrə 
Konvensiyalarında bu əməllər “ağır pozuntular” (“grave breaches”) adlandırılmışdır). Əlbəttə, 
bu, yalnış fikirdir, belə ki, həmin əməllər müharibə cinayətlərinin yalız bir hissəsini və özü də 
ən  təhlükəli  və  ciddi  əməlləri  əhatə  edir.  Beynəlxalq  normativ  və  presedent  təcrübəsində  də 
vahid  termindən  istifadə  olunmur.  Məsələn,  Nürünberq  Tribunalı  Nızamnaməsinin  6-ci 
maddəsində “müharibə qanun və ya adətlərin pozuntuları” ifadəsi işlədilmişdi. Bu pozuntulara 
aşağıdakılar daxil edilmiş edilmişdi: “işğal olunmuş ərazinin mülki əhalisinin öldürülməsi, əzab 
verilməsi, köləlik və ya digər məqsədlər üçün aparılması; hərbi əsirlərin və yaxud dənizdə olan 
şəxslərin öldürülməsi və ya onlara əzab verilməsi; girovların öldürülməsi; ictimai və ya xüsusi 
mülkiyyətin  qarət  edilməsi;  şəhər  və  kəndlərin  mənasız  dağıdılması;  hərbi  zərurətdən 
doğmayan talançılıq və digər cinayətlər”. 
Beləliklə, müharibə cinayətlərinə aşağıdakı əmələr aiddir:  
1)
  beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı 
əməllərdən  hər  hansı  biri:  a)  qəsdən  adamöldürmə;  b)  işgəncə  və  ya  qeyri-insani  rəftar,  o 
cümlədən bioloji eksperimentlər; c) ağır əzab-əziyyət və  ya ciddi xəsarət yetirilməsi; ç) hərbi 
zərurətlə  bəraət  qazandırılmayan  və  qeyri-qanuni  və  böyük  miqyasda  törədilən  dağıntılar  və 
əmlakın ələ keçirilməsi; d) hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində 
qulluq etməyə məcbur edilməsi; e) hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və normal məhkəmə 
araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; ə) girov götürülməsi. 
  2) beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən və 
yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri: a) mülki əhalinin və ya 

ayrı-ayrı mülki şəxslərin hücum obyekti edilməsi; b) şəxsin kombatant olmadığını və ya artıq 
sıradan  çıxdığını  (“hors  de  combat”)  bilərək,  onun  hücum  obyekti  edilməsi;  c)  qırmızı  xaç, 
qırmızı  aypara  və  ya  qırmızı  şir  və  günəş  və  ya  xud  digər  tanınmış  fərqləndirmə 
emblemlərindən sui-istifadə edilməsi. 
  3) beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər 
hansı  biri:  a)  işğal  edən  dövlət  tərəfindən  öz  əhalisinin  bir  hissəsinin  işğal  etdiyi  əraziyə 
köçürülməsi; b) hərbi əsirin və ya  mülki şəxslərin geri qaytarılmasının (repatrasiyasının) əsas 
olmadan yubandırılması;  
  4) beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən 
insan ləyaqətinin alçaldan rəftar, zorlama və məcburi fahişəlik;  
  5) müharibə qanun adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: 
a)  zəhərli  silahların  və  yz  lüzumsuz  əzab-əziyyət  törətmək  üçün  nəzərdə  tutulmuş  digər 
silahların tətbiq edilməsi; b) şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi 
zərurətlə əsaslandırılmayan soyğunçuluq; c) müdafiə olunmayan şəhərlərin, kəndlərin, binaların 
və ya yaşayış evlərinin və yaxud hərbisizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman 
edilməsi;  ç)  dini,  təhsil,  incəsənət  və  elm  idarələrinin,  tarixi  abidələrin  və  incəsənət  və  elm 
əsərlərinin  qəsd  edilməsi,  dağıdılması  və  ya  onlara  qəsdən  ziyan  vurulması;  d)  ictimai  və  ya 
xüsusi əmlakın talan edilməsi; 
  6)  beynəlxalq  xaraqter  daşımayan  silahlı  münaqişə  zamanı  tətbiq  olunun  beynəlxalq 
humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: a) adamların 
həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən 
adamöldürmə  və  habelə  işgəncə,  şikəstetmə  kimi  qəddar  rəftar  və  yaxud  bədən  cəzasının 
istənilən  forması;  b)  kollektiv  cəzəlandırma;  c)  girov  götürülməsi;  ç)  terror  aktları;  d)  şəxsi 
ləyaqətin  təhqir  edilmsi,  o  cümlədən  insan  ləyaqətini  alçaldan  rəftar,  zorlama  və  məcburi 
fahişəlik;  e)  hərbi  soyğunçuluq;  ə)  məhkəmə  tərəfindən  bundan  qabaq  elan  olunmuş  qərar 
olmadan  hökm  çıxarılması  və  hökmün  icrası;  f)  silahlı  münaqişə  zamanı,  ətraf  təbii  mühitə 
genişmiqyaslı,  uzunmüddətli  və  ağır  ziyan  vurulması  niyyəti  ilə  hərbi  zərurətlə 
əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi. 
  Yuxarıda  sadalanmış  pozuntulardan  hər  biri  özü-özlüyündə  konkret  cinayət  əməlidir  və 
beynəlxalq cinayət məsuliyyəti doğurur. 

 
 
d) BMT heyətinə qarşı cinayətlə
 
  1994-cü  ildə  qəbul  olunmuş  Birləşmiş  Millətlər  Təşkilatı  heyətinin  təhlükəsizliyi  haqqında 
Konvensiyaya 
görə,  “BMT  orqanları  və  ya  ixtisaslaşdırılmış  təşkilatları  tərəfindən  ezam 
olunmuş və BMT əməliyyatının keçirildiyi ərazidə rəsmi sifətdə fəaliyyət göstərən hərbi, polis 
və  ya  mülki  heyət  əleyhinə,  BMT  mandatının  həyata  keçirilməsinə  mane  olmaq  məqsədilə, 
qəsdən və ya sistematik və ya geniş miqyasda törədilən zorakı cinayətlər”  (yəni adamöldürmə, 
bədən xəsarəti yetirilməsi və s.) sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yeni cinayət tərkibi 
elan olunmuşdur (bax, habelə: Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsi 
Layihəsinin 19-cu maddəsi). 
5.  Fiziki  şəxslərin  beynəlxalq  cinayət  məsuliyyəti.  Anlayışı  və  normativ  məzmunu.  Fiziki 
şəxslərin beynəlxalq cinayət  məsuliyyəti prinsipi  müasir beynəlxalq hüququn  hamılıqla  qəbul 
edilmiş  normalarından  biridir.  Ümumi  beynəlxalq  adət  hüququnda,  universal  konvensiyalarda 
və beynəlxalq məhkəmə qərarlarında öz əksini tapmış bu prinsipin məzmunu ondan ibarətdir ki, 
hər hansı beynəlxalq  cinayəti törətmiş və  yaxud törədilməsində  bu və  ya  digər şəkildə iştirak 
etmiş fiziki şəxs, cəmiyyətdə və dövlət aparatında tutduğu mövqeyindən asılı olmayaraq, həmin 
cinayət əməlinə görə məsuluyyət daşıyır. 
  Beynəlxalq cinayətlərə görə fiziki şəxslrin cinayət  məsuliyyəti birbaşa beynəlxalq hüquqla 
müəyyən  olunur.  Beynəlxalq  fərdi  cinayət  məsuliyyəti,  bu  və  ya  digər  əməlin  milli 
qanunvericilikdə kriminallaşdırmaması faktından asılı olmayaraq yaranır. 
  Beynəlxalq  cinayətlərə  görə  dövlətin  beynəlxalq  məsuliyyəti  və  təqsirkar  fiziki  şəxslərin 
beynəlxalq  cinayət  məsuliyyəti  arasında  qarşılıqlı  əlaqə  belə  bir  ümumi  prinsipə  əsaslanır  ki, 
fiziki şəxslərin məsuliytə cəlb olunması və cəzalandırılması həmin dövlətin beynəlxalq hüquq 
əsasında daşımalı olduğu məsuliyyətini istisna etmir. 
  Beynəlxalq cinayət məsuliyyəti doğuran davranış növləri. Beynəlxalq cinayət məsuliyyəti 
təkcə  hər  hansı  bir  beynəlxalq  cinayətin  fiziki  şəxs  tərəfindən  bilavasitə  törədilməsinə  görə 
ortaya çıxmır. Şəxs, beynəlxalq cinayətin bu və ya digər şəkildə iştirak etdiyinə görə və yaxud 

beynəlxalq  cinayətin  törədilməsinə  cəhd  göstərdiyinə  görə  də  məsuliyyətə  cəlb  oluna  bilər. 
Bundan  asılı  olaraq,  fərdi  cinayət  məsuliyyəti  doğuran  beynəlxalq  hüquqa  zidd  davranışın 
aşağıdakı növlərinin göstərmək olar: a) beynəlxalq cinayətin qəsdən törədilməsi; b) beynəlxalq 
cinayətin  törədilməsinə  əmr  verilməsi;  c)  beynəlxalq  cinayətin  törədilməsinin  qarşısını  almaq 
üçün  vəzifəli  şəxsin  öz  səlahiyyətləri  daxilində  zəruri  tdbirlər  görməməsi;  ç)  beynəlxalq 
cinayətin törədilməsinə birbaşa və əsaslı surətdə bilərəkdən köməklik göstərilməsi və ya başqa 
cür  vasitəçilik  edilməsi;  d)  beynəlxalq  cinayətin  planlaşdırılmasında  və  ya  birgə 
razılaşdırılmasında birbaşa iştirak edilməsi; e) beynəlxalq cinayətin törədilməsinə başqa şəxsin 
(və ya şəxslərin) birbaşa və açıq surətdə təhrik edilməsi; ə) beynəlxalq cinayətin törədilməsinə 
cəhd edilməsi (beynəlxalq cinayətə sui-qəsd). 
Fiziki şəxslərin beynəlxalq cinayət  məsuliyyəti doğuran əməlləri həm hərəkət, həm 
də  hərəkətsizliklə  ifadə  oluna  bilər.  Cinayətkar  hərəkətsizliyə  beynəlxalq  hüquqda  az  rast 
gəlinir  və  buna  başlıca  misal  kimi  hərbi  komandirin  və  ya  yuxarı  vəzifəli  mülki  şəxsin, 
tabeçiliyində  olan  adamlar  tərəfindən  beynəlxalq  cinayətin  törədilməsinə  yol  verməsini 
göstərmək  olar.  Yuxarı  vəzifəli  şəxsin  beynəlxalq  cinayət  məsuliyyəti  haqqında  müasir 
beynəlxalq  hüquq  normasının  məzmunu  belədir:  “Beynəlxalq  cinayətin  öz  tabeçiliyində  olan 
şəxs  tərəfindən  törədilməsi  faktı  yuxarı  vəzifəli  şəxsi  cinayət  məsuliyyətindən  o  halda  azad 
etmir  ki,  əgər,  o,  tabeçiliyində  olan  şəxsin  belə  bir  cinayət  törətdiyini  və  ya  törətməyə 
hazırlaşdığını həmin şəraitdə bilirdi və ya bilməyə əsası vardı və o, həmin cinayətin qarşısını 
almaq üçün öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri görməmişdi”.  
  Beynəlxalq  hüquqda  belə  bir  noma  hamılıqla  qəbul  edilmişdir  ki,  beynəlxalq  cinayət  
törətməkdə  ittiham  olunan  fiziki  şəxsin  hökumətin  göstərişinə  və  ya  yuxarı  vəzifəli 
şəxsinəmrinə  əsasən  hərəkət  etməsi  onu  cinayət  məsuliyyətindən  azad  etmir,  lakin  ədalət 
mühakiməsinin  maraqları  nəzərə  alınmaqla,  cəzanı  yüngülləşdirən  hal  kimi  nəzərdən  keçirilə 
bilər. 
  Müasir  beynəlxalq  hüquq  “dövlət  aktı  doktrinası”nı  qəti  surətdə  rədd  edir.  Bu  doktrinaya 
görə,  dövlət  orqanları  tərəfindən  əməllər  yalnız  dövlətə  aid  edilir  və  bu,  həmin  əməllərin 
icraçılarının  fərdi  təqsirini  istisna  edir.  Şəxsi  cinayət  məsuliyyəti  hazırda  ümumi  beynəlxalq 
hüquq norması kimi qəbul edilə bilər. 

  Beynəlxalq  cinayət  məsuliyyətinin  əsas  prinsipləri.  Fiziki  şəxslərin  beynəlxalq  cinayət 
məsuliyyəti bir sıra mühüm prinsiplərə söykənir. 
  1)  Həmin  milli  hüquq  sistemində,  həm  də  beynəlxalq  hüquqda  cinayət  məsuliyyətinin 
başlıca prinsiplərindən biri ondan ibarətdir ki, əməlin cinayət olması və cəzalandırılması həmin 
əməlin  törədildiyi  vaxt  qüvvədə  olan  qanunla  müəyyən  olunur:  cinayət  qanununun  retroaktiv 
tətbiqinin yolverilməzliyi nullum crimen nulla poena sine lege prinsipində öz əksinin tapmışdır. 
Beynəlxalq  hüquqda  bu  prinsip  bir  sıra  mühüm  xüsusiyyətlərə  malikdir.  Birincisi,  bu  və  ya 
digər  əməlin    beynəlxalq  cinayət  kimi  kriminallaşdırılması  heç  də  mütləq  beynəlxalq 
konvensiya  ilə  həyata  keçirilmir.  Bəzi  beynəlxalq  cinayətlər  yazılmayan  mənbələrə  - 
beynəlxalq-hüquqi  adət  normalarına  və  ya  hüququn  ümumi  prinsiplərinə  söykənir.  kincisi, 
kütləvi  və  xüsusi  təhlükəli  hər  hansı  bir  əməlin  cinayət  xaraqteri  beynəlxalq  hüquqla  əgər 
müəyyən olunmuşsa, cinayətin obyektiv cəhətinin sonradan dəqiqləşdirilməsi mümkün haldır. 
Üçüncüsü, yuxarıda göstərildiyi kimi, beynəlxalq hüquq normaları, bir qayda olaraq, bu və ya 
digər  əməlin  cinayət  xaraqterini  müəyyən  edir,  lakin  konkret  sanksiyalar  haqqında  məsələni 
açıq qoyur. Bu hal ona əsas verir ki, konkret cəza tədbiri ya milli məhkəmələr, ya da beynəlxalq 
tribunal tərəfindən müvafiq əməllər törədildikdən sonra müəyyən olunsun. 
  2)  Bütün  öhdəliklərin  cinayət  qanunvericiliyinə  habelə  bir  prinsip  məlumdur  ki,  cinayətin 
törədildiyi  andan  müəyyən  müddət  keçdiyi  təqdirdə  həmin  əməli  törətmiş  şəxs  cinayət 
məsuliyyətinə cəlb oluna bilməz. Bunun əksinə olaraq, müasir ümumi beynəlxalq hüquqda belə 
bir norma mövcuddur ki, beynəlxalq cinayətlərə onların törətdiyi vaxtdan asılı olmayaraq heç 
bir  müddət  tətbiq  olunmur. 
kinci  dünya  müharibəsindən  sonra  bir  çox  dövlətlər  tərəfindən 
beynəlxalq-hüquqi  adət  kimi  tətbiq  olunmuş  bu  norma  müqavilə  qaydasında  Müharibə 
cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə məsuliyyətə cəlb etmə müddətinin tətbiq olunması 
haqında 1968-ci il Konvensiyasında 
təsbit olunmuşdur. Konvensiyanın 1-ci maddəsində birbaşa 
müəyyən  olunmuşdur  ki,  “heç  bir  müddət”  bu  cinayətlərə  tətbiq  olunmur.  Konvensiyanın 
iştirakçısı olan dövlətlərin üzərlərinə götürdükləri başlıca öhdəlik ondan ibarətdir ki, “qanunla 
və  ya  digər  yolla  müəyyən  edilmiş  məsuliyyətinə  cəlbetmə  müddətinin...  Konvensiyada 
göstərilmiş  cinayətlərə  görə  məsuliyyətinə  cəlb  etməklə  və  cəzalandırmaqla  bağlı  tətbiq 
olunmamasını  təmin  etmək  üçün  zəruri  qanunvericilik  və  ya  digər  tədbirləri  görsünlər” 
(Konvensiyanın 4-cü maddəsi). Azərbaycan Respublikası bu mühüm müqavilənin iştirakçısıdır: 
Konvensiyaya qoşulmaq haqqında aktı parlament 31 may 1996-cı il tarixdə qəbul etmişdir. 

  3) Ümumtanınmış norma tələb edir ki, hər hansı bir cinayət əməlini törətmiş şəxs yalnız bir 
dəfə cəzalandırıla bilər. Bu, non bis inidem prinsipidir. Belə bir sual ortaya çıxır: bir dövlətin 
məhkəməsi  tərəfindən  məhkum  edilmiş  şəxs  sonralar  eyni  əmələ  görə  beynəlxalq  məhkəmə 
tərəfindən  cəzalandərəla  bilərmi?  Beynəlxalq  hüquq  bu  suala  müsbət  cavab  verir;  müasir 
beynəlxalq  hüquqda,  göstərilən  prinsipdən  iki  istisna  mövcuddur.  Belə  ki,  hər  hansı 
beynəlxalqcinayətə görə milli məhkəmə tərəfindən məhkum olunmuş şəxsin işinə  beynəlxalq 
tribunal sonralar o halda baxa bilər ki, 1) onun törətdiyi əməl adi cinayət kimi tövsif edilmişdir 
və  ya  2)  milli  məhkəmə  prosesi  qərəzsiz  və  müstəqil  olmamış,  müttəhimi  beynəlxalq  cinayət 
məsuliyyətindən qorumaq məqsədi daşımış və yaxud işin istintaqı lazımi səylə aparılmamışdır 
(Yuqoslaviya  tribunalı  Nizamnaməsinin  10-cu  maddəsi  və  Beynəlxalq  cinayət  məhkəməsi 
Nizamnaməsinin 20-ci maddəsi). Gördüyünüz kimi, istisnalar non in idem prinsipinə mahiyyət 
etibarilə  xələl  gətirmir  və  beynəlxalq  cinayət  məsuliyyətinin  səmərəli  həyata  keçirilməsinə 
xidmət  edir.  Əgər  doğrudan  da  milli  məhkəmə,  məsələn,  genosid  əməlini  adamöldürmə  kimi 
tövsif edibsə və ya bu cinayəti törətmiş öz vətəndaşını beynəlxalq məsuliyyətindən gizlətməyə 
çalışıbsa,  onda  beynəlxalq  tribunalın  işi  öz  icraatına  götürməsi  beynəlxalq  ədalət 
mühakiməsinin  mahiyyəti  və  təyinatı  baxımından  məntiqi  görünür  və  əslində  təqsirli  şəxsin 
ikinci dəfə cəzalandırılması demək deyildir. 
  4)  Beynəlxalq  fərdin  cinayət  məsuliyyəti  rejimin  əsasında  universal  yurisdiksiya  prinsipi 
dayanır.  Bu  prinsipin  əsas  məzmunu  ondan  ibarətdir  ki,  sülh  və  bəşəriyyətin  təhlükəsizliyi 
əleyhinə, yəni bütün dünya birliyinin mənafeyinə toxunan ağır beynəlxalq cinayətlər törətmiş 
şəxslər dünyanın istənilən dövləti tərəfindən məsuliyyətə cəlb oluna və məhkum oluna bilərlər. 
  Universal  yurisdiksiya  prinsipi  öz  ifadsini  həm  də  ondə  tapır  ki,  beynəlxalq  cinayətlərdə 
təqsirli olan şəxslər siyasi sığınacaq və ya qaçqın statusu almağa iddia edə bilməzlər. 1967-ci il 
dekabrın  14-də  qəbul  edilmiş  Ərazi  sığınacağı  haqqında  Bəyannamənin  1-ci  maddəsinin  2-ci 
bəndində deyilir: “Barəsində sülh əleyhinə cinayət və yaxud insnlıq əleyhinə cinayət törətdiyi 
haqda ciddi əsasların mövcud olduğu şəxs sığınacaq axtarmaq və sığınacaqdan istifadə etmək 
hüququna  istinad  edə  bilməz”.  Analoji  müddəa  Qaçqınların  statusu  haqqında  1951-ci  il 
Konvensiyasında 
təsbit olunmuşdur: 1-ci maddənin “e” bəndinin a) yarımbəndinə görə, həmin 
konvensiyanın müddəaları yuxarıda göstərilən cinayəti törətmiş şəxslərə şamil edilmir. 
  Universal  yurisdiksiya  prinsipi  ilə  üzvi  surətdə  bağlı  olan,  hamılıqla  tanınmış  və  bir  çox 
beynəlxalq sazişlərdə təsbit olunmuş aut dedere aut yudikare prinsipinə əsasən, istənilən dövlət 

müəyyən  beynəlxalq  cinayət  əməli  törətməkdə,  şübhəli  sayılan  və  onun  ərazisində  yerləşən 
fiziki  şəxslə  bağlı  aşağıdakı  suveren  hüquqa  və  vəzifəyə  malikdir:  həmin  şəxsi  ya  müvafiq 
dövlətə  vermək,  ya  da  özü  məsuliyyətə  cəlb  etmək  və  cəzalandırmaq.  Beynəlxalq  cinayət 
törətmiş  şəxsi  cinayət  hüququ  qaydasında  təqib  etmək  və  ya  müvafiq  dövlətə  vermək  həmin 
şəxsin  tutulub  saxlandığı  dövlətin  üzərinə  qoyulur.  “Saxlayan  dövlət”  (“the  custodial  state”) 
bütün tədbirləri görməlidir ki, şəxs ya həmin dövlətin öz müvafiq orqanları tərəfindən, ya da işi 
araşdırmağa  hazır  olduğunu  bildirən  və  ekstradisiya  xahişi  ilə  müraciət  edən  digər  dövlətin 
orqanları tərəfindən mühakimə olunsun. 
  Bundan  əlavə, beynəlxalq  fərdi  cinayət  məsuliyyəti  sahəsində məlum  prosessual prinsiplər 
də mövcuddur: qanunçuluq, ədalət, məsuliyyətin fərdiliyi, məsuliyyətin labüdlüyü və s. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin