Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

6.  Beynəlxalq  fərdi  cinayət  məsuliyyətinin  həyata  keçirilməsi  mexanizmi.Beynəlxalq 
cinayət  törətmiş  fiziki  şəxslərin  cinayət  məsuliyyətinə  cəl  olunmasında  və  mühakimə 
olunmasında  milli  məhkəmələr  əhəmiyyətli  rol  oynaya  bilər  və  əslində  oynamalıdır.  Bir  sıra 
ölkələrin  (Almaniya,  ABŞ,  Fransa,  srail  və  b.)  məhkəmə  orqanları  xüsusilə  kinci  dünya 
müharibəsi dövründə rörədilmiş beynəlxalq cinayətlərlə bağlı xeyli sayda əhəmiyyətli hökümlər 
çıxarılmışdır.  Göstərilən  hüquq  və  vəzifəni  adekvat  həyata  keçirmək  üçün  hər  bir  dövlət  öz 
milli  qanunvericiliyinə  maddi  və  prosessual  hüquqi  mexanizmlər  nəzərdə  tutulmalıdır.  Hər 
şeydən  əvvəl,  bu  o  deməkdir  ki,  dövlət  müvafiq  beynəlxalq  sazişlərin  tələblərindən  çıxış 
edərək,  beynəlxalq  cinayət  tərkiblərini  öz  cinayət  qanunvericiliyinə  daxil  etməlidir. 
Diqqətəlayiq haldır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ayrıca bölmə (Bölmə 
VII)  sülh  və bəşəriyyət  əleyhinə  cinayətlərə  həsr  olunmuşdur.  Digər  beynəlxalq  cinayətlər  də 
Məcəllənin müvafiq maddələrində öz adekvat əksini tapmışdı. 
  Lakin  beynəlxalq  cinayət  yurisdiksiyasının  həyata  keçirilməsi  üçün  ən  optimal  mexanizm 
daimi  fəaliyyət  göstərən  beynəlxalq  cinayət  məhkəməsidir.  Lakin  belə  bir  məhkəmə  bu  günə 
qədər  hələ  fəaliyyətə  başlamamışdır.  Bununla  yanaşı,  konkret  tarixi  şəraitdə  və  konkret 
məkanda baş vermiş hadisələri araşdırmaq və ağır cinayətlər törətmiş şəxsləri mühakimə etmək 
məqsədilə  ad  hoc  əsasda  beynəlxalq  tribunallar  təsis  olunmuşdur.  Bunlar  ikinci  dünya 
müharibəsindən sonra yaradılmış Nürnberq və Tokio tribunalları və müvafiq olaraq 1993-cü və 
1994-cü  illərdə  yaradılmış  Yuqoslaviya  və  Ruanda  tribunallarıdır.  Son  iki  tribunal,  “qalib 
dövlətlər” tərəfindən yaradılan Nürnberq və Tokio tribunallarıdan fərqli olaraq, ilk dəfə idi ki, 

beynəlxalq təşkilatın qərarı, daha doğrusu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 
əsasında yaradılmışdır. 
  Nürnberq  və  Tokio  tribunalları.  Bu  iki  tribunal  beynəlxalq  cinayətlər  törətmiş  şəxsləri 
mühakimə etmək üçün təsis olunmuş ilk beynəlxalq məhkəmə orqanları idi. Onlar ikinci dünya 
müharibəsi  illərində  törədilmiş  misilsiz  vəhşiliklərə  cavab  olaraq  qalib  dövlətlər  tərəfindən 
yaradılmışdı. Nürnberq tribunalı ABŞ, Böyük Britaniya, SSR  və Fransa arasında 1945-ci ildə 
bağlanmış  Sazişdə  nəzərdə  tutulmuşdu.  Sonralar  daha  19  dövlətin  qoşulduğu  bu  Sazişə 
Beynəlxalq hərbi tribunalın Nizamnaməsi ə
lavə olunmuşdu. Uzaq Şərq üçün Beynəlxalq hərbi 
tribunal  11  dövlət  (ABŞ,  Böyük  Britaniya,  SSR ,  Fransa,  Çin,  Avstraliya,  Yeni  Zelandiya, 
Kanada,  Niderland,  Filippin  və  Hindistan)  arasında  1946-cı  ildə  imzalanmış  Sazişə  müvafiq 
olaraq  təsis  olunmuşdu.  Yaponiya  militaris  siyasətinin  aparıcı  fiqurlarını  cəzalandırmaq 
məqsədi daşıyan bu Tribunal Nürnberq tribunalının, prinsip etibarilə, eyni idi. 
  Nürnberq  tribunalının  yurisdiksiyasına  sülh  əleyhinə  cinayətlər,  müharıbə  cinayətləri,  və 
insanlıq əleyhinə cinayətlər aid edilmişdi. Bu Tribunalın Nizamnaməsi və çıxardığı hökümlər 
beynəlxalq  cinayət  hüququnun  inkişafına  əhəmiyyətli  təkan  vermişdir.  Bir  sıra  Nürnberq 
prinsiplri sonralar beynəlxalq adət hüququna daxil olmuşdur; məsəln, müttəhim dövlət başçısı 
və  ya  digər  məsul  vəzifəli  şəxs  olması  onu  göstərilən  cinayətlərə  görə  məsuliyyətdən  azad 
etmir;  cinayətin  yuxarı  vəzifəli  şəxsin  və  ya  hərbi  komandirin  əmrinə  əsasən  törədilməsi 
tabeçilikdə olan şəxsi məsuliyyətdən azad etmir; lakin yüngülləşdirici hal kimi çıxış edə bilər 
və  s.  Nürnberq  tribunalı  nəinki  fiziki  şəxslərin,  habelə  təşkilatların  da  cinayət    məsuliyyəti 
barədə məsələ qaldırmışdı. Tribunal 12 nəfəri ölüm cəzasına, 7 nəfəri azadlıqdan məhrumetmə 
cəzasına məhkum etmiş, 3 nəfərə isə bəraət vermişdi. 
  Yuqoslaviya tribunalı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 23 fevral 1993-cü il tarixli 
808 saylı və  25 may 1993-cü il tarixli 827 saylı qətnamələri əsasında yaradılmışdır. Tribunalın 
öz  Nizamnaməsi  əsasında  fəaliyyət  göstərir.  Nizamnamədə  aşağıdakı  cinayət  tərkibi 
göstərilmişdir: Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarının 
ciddi pozuntuları; müharibə qanun və adətlərinin pozulması (bu, əsasən, beynəlxalq humanitar 
hüququn  “Haaqa  hüququ”  adlanan  hissəsinin  ciddi  pozuntularını  əhatə  edir);  genosid  və 
insanlıq  əleyhinə  cinayətlər.  6-cı  maddəyə  əsasən,  Tribunal  yalız  fiziki  şəxslər  üzərində 
yurisdiksiyaya  malikdir (hüquqi şəxsıər buraya daxil edilmir). Tribunal aşağıdakı orqanlardan 
ibarətdir: 1) iki birinci instansiya palatası və Apellyasiya palatası; 2) Prokuror; 3) Dəftərxana 

(o, həm palatalara, həm də Prokurora xidmət edir). Nizamnamədə, bunlardan əlavə, aşağıdakı 
məsələlər  öz  əksini  tapmışdır:  ibtidai  istintaq  və  ittihamnamənin  təsdiqi;  məhkəmə  baxışı; 
müttəhimlərin  hüquqları,  zərərçəkənlərin  və  şahidlərin  müdafiəsi;  höküm  və  cəza  məsələləri; 
apellyasiya  və  yeni  faktların  aşkara  çıxarılması  ilə  hökmə  yenidən  baxılması;  hökmün  icrası; 
əfv  və  hökümlərin  əvəz  olunması;  əməkdaşlıq  və  hüquqi  yardım;  Tribunalın  imtiyaz  və 
immunitetləri; Tribunalın xərcləri və s.  
  Yuqoslaviya tribunalının olduğu yer Niderlandın Haaqa şəhəridir. 
  Tribunal  artıq  yüzdən  artıq  şəxs  barəsində  ittiham  irəli  sürmüş  və  onlarla  şəxs  barəsində 
hökm çıxarmışdır. 
  Ruanda  tribunalı  1994-cü  il  noyabrın  8-də  Təhlükəsizlik  Şurasının  955  saylı  qətnamsi 
əsasında təsis olunmuşdur. Bu tribunal Ruandada və ona qonşu ölkələrdə qısa müddət ərzində 
törədilmiş  görülməmiş  vəhşiliklərə  cavab  tədbiri  kimi  yaradılmışdır:  1994-cü  ildə  üç  ay 
ərzində, əsasən, tutsi etnik qrupundan olan 500000 adam kütləvi qırğına məruz qalmışdır. Buna 
görə də Ruanda tribunalının yurisdiksiyasına birinci növbədə genosid cinayəti daxil edilmişdir. 
Ruanda tribunalının Nizamnaməsi Yuqoslaviya tribunalının Nizamnaməsini əsasən təkrarlayır. 
  Tribunal  1998-ci  il  sentyabrın  2-də  beynəlxalq  cinayət  hüququ  tarixində  ilk  dəfə  olaraq 
genosidlə  bağlı  hökm  (Taba  rayonunun  meri  Jan  Pol  Akayesuya  qarşı)  çıarmışdır.  Ruanda 
tribunalının  bu  günə  kimi  çıxdığı  10-na  qədər  hökm  genosid  cinayətinin  düzgün  tövsifi 
baxımından olduqca əhəmiyyətlidir. 
  Tribunal olduğu yer Aruşa şəhəridir (Tanzaliya).  
  Beynəlxalq  cinayət  məhkəməsi.  BMT  Beynəlxalq  hüquq  komissiyası  tərəfindən  işlənib 
hazırlanmış  müvafiq  Nizamnamə  layihəsi  1994-cü  ildə  BMT  Baş  Assambleyasının  xüsusi 
Hazırlıq  Komitəsi  tərəfindən  bəyənilmiş  və  1998-ci  ilin  iyul  ayında  Romada  keçirilmiş 
diplomatik  konfransda  böyük  səs  çoxluğu  ilə  qəbul  olunmuşdur.  Nizamnaməyə  görə, 
Beynəlxalq  cinayət  məhkəməsi  fakultativ  yurisdiksiyaya  malik  olacaq,  milli  məhkəmələr 
cinayət yurisdiksiyasını tamamlayacaq daimi beynəlxalq təsisat kimi nəzərdə tutulmuşdur. 
  Beynəlxalq  cinayət  məhkəməsinin  yurisdiksiyası  dövlətlərə  deyil,  yalınz  fiziki  şəxslərə 
şamil ediləcəkdir.  

  Məhkəmənin yurisdiksiyasına aşağıdakı cinayətlər aid edilmişdir: a) genosid; b) təcavüz; c) 
beynəlxalq humanitar hüququn ciddi pozuntuları və c) insanlıq əleyhinə cinayətlər.  
  Nizamnaməyə  görə,  Beynəlxalq  cinayət  məhkəməsinin  yurisdiksiyası  Nizamnamənin 
qüvvəyə mindiyi andan sonra baş vermiş cinayətlərə şamil olunmur. 
  Məhkəmə  öz  yurisdiksiyasını o  halda  həyata keçirə  bilər  ki,  ərazisində  cinayət  baş vermiş 
dövlət  və  yaxud  müttəhimin  vətəndaşı  olduğu  dövlət  ya  Nizamnamənin  iştirakçısıdır,  ya  da 
xüsusi  bəyanat  vasitəsilə  Məhkəmənin  yurisdiksiyasını  qəbul  edir.  Məhkəmənin 
yurisdiksiyasının həyata keçirilməsi üçün təşəbbüskar iştirakçı dövlət, Təhlükəsizlik Şurası və 
ya  Prokuror  olabilər.  Diqqətəlayiq  haldır  ki,  Prokuror  özü  istintaqa  başlaya  bilər.  O,  hətta 
müvafiq  dövlətin  razılığı  olmadan  onun  ərazisində  bir  sıra  məhdud  xaraqterli  istintaq  həyata 
keçirmək səlahiyyətinə malikdir. 
7.  Cinayətkarlıqla  mübarizə  sahəsində  dövlətlərin  əməkdaşğının  təşkilati  mezanizmi. 
Beynəlxalq  cinayətkarlıqla  mübarizə  sahəsində  dövlətlərin  əməkdaşlığının  müxtəlif  təşkilati 
formaları mövcuddur. Əsas etibarilə bu əməkdaşlıq BMT sistemində həyata keçirilir. 
  Birinci  növbədə  Cinayətkarlığın  qarşısının  alinması  və  cinayət  ədalət  mühakiməsi  üzrə 
Komissiyanı (1991-ci ilə qədər – Cinayətkatlığın qarşısının alinması və onunla mübarizə üzrə 
Komissiya) 
göstərmək lazımdır. Cinayətkarlıqla mübarızə üzrə əməkdaşlıq məsəsləri ilə məşğul 
olan  BMT  orqanları  sistemində  bu  Komissiya  mərkəzi  yer  tutur.  Komissiya  EKOSOK 
tərəfindən  üç  il  müddətinə  seçilən  40  dövlətin  nümayəndələrindən  ibarətdir.  Onun  başlıca 
funksiyaları  aşağıdakılardır:  göstərilən  sahədə  BMT-nin  önəmli  prinsiplərinin  işlənib 
hazırlanması;  Cinayətkatlığın  qarşısınınalinması  sahəsində  BMT  Proqramının  (BMT  Baş 
Assambleyasının  46-cı  sessiyasında  qəbul  olunmuşdur)  həyata  keçirilməsi  gedişinə  nəzarət; 
regional və regionlararası təsisatların fəaliyyətinin əlaqələndirilməsi. 
  BMT  Baş  Assambleyasının  1950-ci  ildə  qəbul  etdiyi  qərara  əsasən,  hər  beş  ildən  bir 
Cinayətkarlığın  qarşısının  alinması  və  cinayətkarlıqla  rəftar  üzrə  BMT-nin  Konqresləri 
keçirilir.  Bu  Konqreslərdə  son  beş  il  ərzində  sözü  gedən  sahədə  dövlətlərin  əməkdaşlığının 
nəticələri  təhlil  edilir,  sonrakı  dövr  üçün  fəaliyyət  istiqamətləri  və  konkret  tədbirlər  müəyyən 
edilir. Aşağıdakı məsələlər son dövürdə keçirilmiş Konqreslərin diqqət mərkəzində olmuşdur: 
inkişaf  kontekstində  cinayətkarlığın  qarşısının  alınması  və  cinayət  ədalət  mühakiməsi; 
terrorizm,  mütəşəkkil  cinayətkarlıq  və  çirkli  pulların  yuyulması  kimi  cinayətlərlə  birgə 

mübarizə;  yetkinlik  yaşına  çatmamış  şəxslər  tərəfindən  törədilən  cinayətlərin  qarşısının 
alınması və bu şəxslərə qarşı ədalət mühakiməsinin həyata keçirilməsi və s. 
  Bunlardan  əlavə,  BMT  Katibliyi  çərçivəsində  yaradılmış  osial  inkişaf  və  humanitar 
məsələlər  üzrə  Mərkəzi, 
bu  Mərkəz  yanında  fəaliyyət  göstərən  Cinayətkarlığın  qarşısının 
alinması və cinayəədalət mühakiməsi üzrə Şöbəni 
göstərmək olar. 
  BMT  sistemindən  kəharda  da  cinayətkarlıqla  mübarızə  üzrə  təşkilat  və  orqan  mövcuddur. 
Onların  sırasında  ən  əsası  və  ən  səmərəlisi  Beynəlxalq  Cinayət  Polisi  Təşkilatıdır  ( nterpol). 
nterpolun  əsası  1923-cü  ildə  qoyulmuşdur.  O,  milli  polis  idarələrinin  nümayəndələrindən 
ibarətdir.  nterpolun  əsas  məqsədi  cinayətkarlıqla  mübarızədə  müxtəlif  dövlətlərin  polis 
orqanlarının səylərini birləşdirməyə yardım etməkdir.  nterpol minlərlə təhlükəli cinayətkarların 
kartotekasını aparır. O, aşağıdakı strukrura  malikdir: Baş Assambleya,  craiyyə komitəsi (ona 
Prezident  rəhbərlik  edir),  Baş  katiblik,  ayrı-ayrı  şöbələr  (inzibati,  elmi-tədqiqat,  polis,  texniki 
təminat), yarım şöbələr (ümumi cinayətlər, narkomaniya ilə mübarızə, iqtisadi cinayətkarlıq və 
s.), milli mərkəzi bürolar. Mənzil-qərargahı Fransanın Lion şəhərində yerləşir. 
8.  Cinayətkarların  verilməsi.  Cinayətkarların  verilməsi  (ekstradisiya)  institutu  beynəlxalq 
cinayətlərin  ayrı-ayrı  növləri  ilə  mübarızəyə  həsr  olunmuş  beynəlxalq  sazişlərə,  dövlətlər 
arasında  xüsusi  olaraq  bağlanmış  regional  müqavilələrlə  və  ekstradisiya  və  ya  cinayət  işləri 
üzrə hüquqi yardım göstərilməsi haqqında ikitərəfli müqavilələrlə əsaslanır. 
  Müasir  beynəlxalq  hüquqda  ekstradisiya  yalız  artıq  məhkum  olnmuş  və  ya  cinayətkar 
olduğu  güman  edilən,  yeni  cinatət  törədilməsində  ittiham  edilən  şəxslərə  tətbiq  olunur.  Bir 
qayda olaraq, cinayətkarın verilməsini aşağıdakı dövlətlərdən hər hansı biri tələb edir; güman 
edilən  cinayətkarın  vətəndaşı  olduğu  dövlət;  ərazisində  cinayət  törətmiş  dövlət  və  yaxud 
cinayətdən zərər çəkmiş dövlət. 
  Mövcud  müqavilələrə  əsasən,  cinayətkarlar  bu  şərtlərlə  verilə  bilər;  törədilmiş  əməl 
ekstradisiya  haqqında  müqavilə  ilə  nəzərdə  tutulmuşdur;  əməl  hər  iki  dövlətin  cinayət 
qanunvericiliyi  ilə  bir  ildən  artıq  müddətə  azadlıqdan  məhrumetmə  cəzası  ilə  cəzalandırılır; 
verilən  şəxs  yalız  həmi  cinayətə  görə  mühakimə  edilə  bilər;  əgər    cinayətkarı  verən  dövlətin 
qanunvericiliyində ölüm cəzası nəzərdə tutulmursa, onda verilən şəxsə ölüm cəzası tətbiq edilə 
bilməz. 

  Müəyyən  hallarda  şəxs  başqa  dövlətə  verilmir:  a)  dövlətin  öz  vətəndaşları;  b)  siyasi 
cinayətlər  haqqında  işlər  üzrə;  c)  cinayət,  şəxsi  vermək  xahişi  ünvanlanmış  dövlətdə 
törədildikdə; ç) şəxs sığınacaq hüququ aldıqda və ya artıq həmin cinayətə görə cəza çəkmişsə 
və yaxud məhkəmə tərəfindən bəraət almışsa; d) qanunla müəyyən olunmuş müddət keçdikdə; 
e) cinayət işi xitam edildikdə; ə) verilən şəxsə işgəncə veriləcəyi  təhlükəsi olduqda və s. 
  Müvafiq  dövlətlərarası  sazişlərdə,  bir  qayda  olaraq,  cinayətkarların  verilməsi  proseduru 
müfəssəl təfsir olunur. 
  Cinayət  işləri  üzrə  hüquqi  yardım,o  cümlədən,  cinayətkarların  verilməsi  sahəsində 
Azərbaycan  Respublikası  indiyə  qədər  14  ikitərəfli  saziş  imzalamışdır  (Rusiya,  Gürcüstan, 
ran,Türkiyə,  Bolqarıstan,  Litva,  Ukrayna  və  başqa  dövlətlərlə).  Göstərilən  sahədə  ölkəmizdə 
qəbul olunmuş iki – qanunun “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” 15 
may  2001-ci  il  tarixli  Qanunun  və  “Cinayət  işlərinə  dair  hüquqi  yardım  haqqında”  29  iyul 
2001-ci il tarixli Qanunun böyük əhəmiyyəti vardır. Hər iki Qanunun müddəaları Azərbaycan 
Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda tətbiq edilir. 
Mövzu 10: BEYNƏLXALQ  QT SAD  HÜQUQU 
Plan: 
1.Beynəlxalq iqtisadi hüququn anlayışı 
2. Beynəlxalq iqtisadi hüququn subyektləri 
3. Beynəlxalq iqtisadi hüququn mənbələri 
4. Beynəlxalq iqtisadi hüququn prinsipləri 
5.  Beynəlxalq  iqtisadi  münasibətlərin  ayrı-ayrı  sahələrində  əməkdaşğın  beynəlxalq-
hüquqi tənzimlənməsi 
6. Regional iqtisadi əməkdaşğın təşkilati formaları 
   
                                Ədəbiyyat siyahısı. 
  Альтшулер А.Б. Международное валютное правоМ., 1984. 
  Богатырев А.Г. Инвестиционное право. М., 1992. 

  Богуславский М.М. Международное экономическое право. М., 1986. 
  Буйвалик  Г.Е.  Правовое  регулирование  международных  экономических  отношений. 
Киев, 1977. 
  Вельяминов Г.М. Основы международного экономического права. М., 1994. 
  Войтович 
С.А. 
Принципы 
международно-правового 
регулирования 
межгосударственных экономических отношений. Киев, 1988. 
  Додонов В. Право международной торговлиСловарь-справочник. М., 1997. 
  Ерпылева Н. Международное банковское право. М., 1986. 
  Коробова М.А. Международное право и экономические договорыМ., 1987. 
  Розенберг М.Г. Международная купля-продажа товаров. М., 1995. 
  Ушаков  Н.А.  Режим  наибольшего  благоприятствования  в  международных 
отношенияхМ., 1995. 
  Шатров В.П. Международное экономическое право. М., 1986. 
  Шумилов В. Международное экономическое право. М., 1999. 
 
1.Beynəlxalq  iqtisadi  hüququn  anlayışı.  Beynəlxalq  iqtisadi  hüquq  –  beynəlxalq  ümumi 
hüququn bir sahəsi kimi, dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında iqtisadi 
münasibətləri nizama salır. 
Beynəlxalq iqtisadi münasibətlər sistemi öz subyekt tərkibinə görə müxtəlif cür 
münasibətlərdən ibarətdir və bu faktın özü müxtəlif hüquqi nizamasalma metod və vasitələrinin 
tətbiqini  şərtləndirir.  Bu  münasibətlərin  iki  səviyyəsi  mövcuddur:  birincisi,  dövlətlər  və 
beynəlxalq  hüququn  digər  subyektləri  arasındakı  (məsələn,  dövlətlər  və  beynəlxalq  təşkilatlar 
arasında)  münasibətlər;  ikincisi,  ayrı-ayrı  dövlətlərin  fiziki  və  hüquqi  şəxsləri  arasındakı 
münasibətlər  (buraya,  həmçinin  dövlətlərlə  başqa  bir  dövlətin  fiziki  və  hüquqi  şəxsləri 
arasındakı  münasibətlər  də  daxildir).  Beynəlxalq  iqtisadi  hüquq  yalnız  birinci  səviyyədə  olan 
münasibətləri – dövlətlərarası iqtisadi münasibətləri nizama salır. Dövlətlər beynəlxalq iqtisadi 
əlaqələrin  həyata  keçirilməsi  üçün  hüquqi  əsaslar  müəyyən  edirlər.  Əlbəttə  ki,  beynəlxalq 

iqtisadi  əlaqələrin  əsas  hissəsi  ikinci  səviyyədə  -  fiziki  və  hüquqi  şəxslər  tərəfindən  həyata 
keçirilir.  Bu  əlaqələr  hər  bir  dövlətin  daxili  qanunvericiliyi  ilə,  xüsusilə,  onun  tərkib  hissəsi 
olan beynəlxalq xüsusi hüquq vasitəsilə nizama salınır. Beynəlxalq iqtisadi hüquq bu əlaqələrə 
dövlət vasitəsilə, dövlətlər üzərinə müəyyən öhdəliklər qoymaq yolu ilə təsir edir.  
  Beynəlxalq iqtisadi hüququn nizama salma obyekti daha bir xüsusiyyətə malikdir. Belə ki, 
dövlətlərarası iqtisadi münasibətlər məzmun etibarilə müxtəlif münasibətləri əhatə edir; buraya 
ticarət,  nəqliyyat,  maliyyə,  investisiya  və  digər  münasibətlər  aiddir.  Spesifik  məzmuna  malik 
olduğuna  görə,  bu  münasibətləri  nizama  salan  prinsip  və  normalar  beynəlxalq  iqtisadi  hüquq 
çərçivəsində  ayrı-ayrı  yarımsahələr  əmələ  gətirir:  beynəlxalq  ticarət  hüququ,  beynəlxalq 
nəqliyyat  hüququ, beynəlxalq  maliyyə  hüququ,  beynəlxalq  investisiya  hüququ və s.  Bütün bu 
yarımsahələr  ümumi  nizamasalma  obyektinə,  ümumi  məqsəd  və  prinsiplərə  malik  olan  vahid 
beynəlxalq hüquq sahəsində - beynəlxalq iqtisadi hüquqabirləşir. 
2.  Beynəlxalq  iqtisadi  hüququn  subyektləri.  Beynəlxalq  ümumi  hüququn  bir  sahəsi  olan 
beynəlxalq iqtisadi hüququn əsas subyekti kimi, təbii ki, dövlət çıxış edir. Dövlət xarici iqtisadi 
mülki-hüquqi, kommersiya fəsliyyətində bilavəsitə iştirak edə bilərlər. 
Beynəlxalq  təşkilatlar  (xüsusilə,  iqtisadi  xaraqterli)  öz  təsis  aktlarınamüvafiq  olaraq, 
beynəlxalq  iqtisadi  münasibətlərdə  iştirak  edirlər.  Bu  sırada  dövlətlərin  aşağıdakı  ticarət-
iqtisadi birliklərini də göstərmək olar:  
a)  azad  ticarət  zonaları  (iştirakçı  ölkələr  arasında  bütün  və  ya  ayrı-ayrı  malların  ticarəti 
sahəsində gömrük və digər məhdudiyyətlər ləğv olunur); 
b) gömtük ittifaqları (iştirakçı dövlətlərin milli gömrük tarifləri ləğv olunur və bütün ittifaq 
üçün ümumi tarif tətbiq edilir);  
c) iqtisadi ittifaqlar (ümumi əmtəə, xidmət, kapital və işçi qüvvəsi bazarı yaradır). 
Transmilli korparasiyalar 
da müəyyən hallarda beynəlxalq iqtisadi hüququn subyekti kimi 
çıxış  edə  bilər.  Bu  barədə  yuxarıda,  “Beynəlxalq  hüququn  subyektləri”  fəsilində  söhbət 
getmişdir. 
3.  Beynəlxalq  iqtisadi  hüququn  mənbələri.  Beynəlxalq  iqtisadi  hüququn  əsas  mənbəyi 
beynəlxalq müqavilələr və beynəlxalq adətlərdir.  

Beynəlxalq  müqavilələr içərisində  çoxtərəfli  müqavilələr  mühüm
  rol  oynayır.  Onlara  misal 
olaraq,  1947-ci  ildə  qəbul  olunmuş  Tariflər  və  ticarət  üzrə  Baş  Sazişi  (QATT),  QATT  –ın 
əvəzində  Ümumdünya  Ticarət  Təşkilatının  yaranmasını  nəzərdə  tutan  1994-cü  il  Mərakeş 
sazişlərini
, xammallar üzrə çoxtərəfli sazişləri, beynəlxalq ticarət hüququnun unifikasiyası üzrə, 
nəqliyyat və rabitə üzrə və s. konvensiyaları göstərmək olar. 
qtisadi  əməkdaşlıq  daha  çox  ikitərəfli  müqavilələr  əsasında  həyata  keçirilir.  Bunlara 
aşağıdakılar  aiddir:  a)  çərçivə  xarakterli  siyasi  müqavilələr  (məsələn,  dostluq,  əməkdaşlıq  və 
qarşılıqlı  yardım  haqqında  müqavilələr);  b)  ticarət  müqavilələri  (bu  müqavilələrdə,  adətən, 
dövlətlər  və  onların  fiziki  və  hüquqi  şəxslər  arsındakı  münasibətlərdə  müəyyən  növ  ticarət-
iqtisadi  rejim  müəyyən  edilir);  c)  ticarət-iqtisadi  əməkdaşlıq  haqqında  uzunmüddətli  sazişlər 
(bu  sazişlər  müvafiq  dövlətlər  arasında  əməkdaşlığın  konkret  sahə  və  formalarını  müəyyən 
edir);  ç)  istehsal  sahəsində  əməkdaşğa  dair  sazişlər;  d)  texniki  yardım  göstərmək  haqqında 
sazişlər;  e)iqtisadi  əməkdaşğın  maliyyə-kredit  təminatı  haqqında  sazişlər  (məsələn,  əmtəə 
dövriyyəsi və ödınişlər haqqındd sazişlər; klirinq sazişləri,kredit sazişləri və s.). 
Beynəlxalq iqtisadi hüququn aşağıda nəzərdən keçirəcəyimiz başlıca müddəaları beynəlxalq 
hüquqi  adət
  şəklində  mövcuddur.  Bu  adət  normaları  dövlətlərin  iqtisadi  inkişafınin 
qanunauyğunluqlarına və tələblərinə cavab verir və iqtisadi əməkdaşlığın əsasını təşkil edir. 
Beynəlxalq  iqtisadi  hüquqda  köməkçi  hüquq  mənbələri  kimi  beynəlxalq  təşkilatların 
qətnamələrinin  ə
həmiyyəti  böyükdür.  BMT-nin  orqanları  (Baş  Assambleya,  EKOSOK, 
YUNKTAD  və  b.),  ixtisaslaşdırılmış  təsisatlar  (YUN DO,  ÜƏM   və  b.)  iqtisadi  əməkdaşlıq 
məsələlərinə dair tövsiyələr qəbul edirlər. Bu qətnamələr sırasında BMT Baş Assambleyasının 
qəbul  etdiyi  bir  sıra  müstəsna  əhəmiyyətə  malik  sənədləri  –  Dövlətlərin  iqtisadi  hüquq  və 
vəzifələri  Xartiyasını,  Yeni  beynəlxalq  iqtisadiqayda  haqqında  Bəyannaməni  (1974), 
“Beynəlxalq iqtisadi təhlükəsizlik haqqında” qətnaməni (1985) 
xüsusi ilə qeyd etmək lazımdır. 
Bəzi  regional  iqtisadi  təşkilatların  məsələn,  Avropa  ttifaqının  qərarları  məcburi  xaraqter 
daşıyır. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin