Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
  1   2   3   4   5   6   7   8   9   ...   19

Mövzu 1. Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetmə predmeti 
Plan: 
1. Beynəlxalq hüququn anlayışı 
2.Beynəlxalq hüququn xüsusiyyətləri 
3.Beynəlxalq ümumi hüquq və beynəlxalq xüsusi hüquq 
4.Müasir beynəlxalq hüququn əsas cəhətləri 
 
Ə
DƏB YYAT S YAHISI 
Василенко В.А. Основы теории Международного праваКиев, 1988. 
  Евинтов  В.И.  Международное  сообщество  и  правопорядок  (анализ  современных 
концепций). Киев, 1990. 
  Мовчан
 А.П. Международный правопорядокМ.., 1996. 
  Мюллерсон  Р.А.  Международное  публичное  и  международное  частное  право: 
соотношение  и  взаимодействие  //  Сов.  Ежегодниг  международного  права,  1985.  М.., 
1986. 
  Тункин
 Г.И. Теория международного праваМ.., 1970. 
  Ушаков Н.А. Проблемы теории международного праваМ.., 1988. 
  Черниченко С.В. МеждународноеправоСовременные теоретические проблемыМ.., 
1993. 
  Шестаков  Л.Н.  Понятие  международного  права.  //  Вестник  Московского 
университетаСер. 11. Право1997. № 6. 
  Franck T.M. The Power of Legitimacy Among Nations. Oxford, 1990. 
  Ragazzi M. The Concept of Intenational Obligations ErgaOmnes. Oxford. 1997/ 
  Schachter O. International Law in Theory and Practice.Dordrecht, 1991. 

 
 
1.  Beynəlxalq  hüququn  anlayışı.  Ümumi  hüquq  nəzəriyyəsindən  bizə  məlumdur  ki,  hər  bir 
cəmiyyətin  normal      fəalliyəti  üçün  hüququn,  hüquqi  nizamasalmanın  mövcudluğu  obyektiv, 
zəruri bir haldır, başqa sözlə desək, cəmiyyət olan yerdəhüquq da olmalıdır.Əgər dünyada olan 
dövlətləri  bir  cəmiyyət  kimi,  əgər  belə  demək  mümkünsə,  dünya  dövlətlərinin  ailəsi  kimi 
təsəvvür etsək, onda belə bir məntiqi nəticəyə gələ bilərik ki, bu cəmiyyətin özündə də hüquqa 
obyektiv  ehtiyac  vardır.  Bu  hüquq  beynəlxalq  hüquq  adlanır.  Beynəlxalq  hüquq  ayrı-ayrı 
dövlətlərin  milli  hüquq  sistemlərindən  fərqli  olan  və  onlardan  asılı  olmayaraq  mövcud  olan 
hüquqi  normalar  sistemidir.  O,  məhz  dövlətlər  arasındakı  müxtəlif  xarakterli  münasibətləri 
hüquqi  çərçivəyə  salmaq  üçün  yaranmışdır.  Beynəlxalq  hüquq  normaları  dövlətlərarası 
münasibətlər  sisteminin,  demək  olar  ki,  hər  bir  aspektini  əhatə  edir.  Bu  normalar  vasitəsilə 
dənizdən  hava,  məkanından  bə  kosmik  fəzadan  istifadə  olunması,  beynəlxalq 
telekommunikasiyalar,  poçt  xidmətləri,  mal  və  sərnişinlərin  hava  vasitəsilə  daşınması  və  pul 
köçürülməsi nizama salınır; 
beynəlxalq  ticarət  həyata  keçirilir;  ətraf  mühitin  mühafizəsi,  insan  hüquqlarının  beynəlxalq 
müdafiəsi,  cinayətkarların  təhvil  verilməsi  və  s.  kimi  dövlətlərin  ümumi  mənafeyində  olan  
məsələlər  həll  olunur.  Bununla  əlaqədar  demək  lazımdır  ki, beynəlxalq  hüquq  diplomatiya  və 
xarici siyasətlə üzvi surətdə bağlıdır.
 Xarici siyasətin həyata keçirilməsi və diplomatik təcrübə 
beynəlxalq  hüquqa  uyğun  olmalıdır.  Digər  tərəfdən,  diplomatiya  beynəlxalq  hüquq 
normalarının yaradılmasının ən mühüm vasitəsi kimi çıxış edir. 
Qeyd etmək lazımdır ki, “ beynəlxalq hüquq” termini onun ifadə etdiyi anlamın təbiətini heç 
də  düzgün  əks  etdirmir.  Öz  mənşəyini  hələ  Roma  hüququnda  təşəkkül  tapmış  “jus  gentium” 
(“xalqların  hüququ”)  ifadəsindən  götürdüyünə  görə,  bu  termin  dünyanın  əksər  dillərində  də 
məhz  “xalqlar  arasındakı  hüquq”  mənasında  işlədilir  (məsələn,  ingilis  dilində  -  international 
iaw, fransız dilində - droit international, ispan dilində - derecho international, alman dilində - 
Völkerrecht,  türk  dilində  -  milletlerarası  hukuk,  rus  dilində  -  международное  право  və  s.  ). 
Əslində isə beynəlxalq hüquq anlamı məhz dövlətlərarasıhüquq kimi başa düşülməlidir, çünki 
beynəlxalq hüquq bilavəsitə xalqlar tərəfindən yaradılmır və xalq üçün deyil, mahiyyət etibarilə 
dövlətlər üçün, dövlətlərarası əlaqələrin tənzimlənməsi üçündür. Doğrudur, mövcud beynəlxalq 
hüquq  normalarına  görə,  xalqlar  bilavasitə  beynəlxalq  hüquqdan  irəli  gələn  bəzi  hüquqlara 

malikdirlər,  məsələn,  özünümüəyyənetmə  hüququ  (öz  müqəddaratını  təyyin  etmək  hüququ), 
inkişaf hüququ, sülh hüququ bə s. Digər tərəfdən, sonrakı mövzulardan bizə məlum olacaqdır 
ki,  beynəlxalq  hüquq,  dövlətlərin  müvafiq  razılaşmasından  sonra,  digər  subyektlər  üçün  də, 
məsələn,  beynəlxalq təşkilatlar, transmilli korporasiyalar, fərdlər üçün də beynəlxalq  hüquq və 
vəzifələr  nəzərdə  tuta  bilər.  Bununla  belə,  öz  təbiətinə  görə,  beynəlxalq  hüquq  dövlətlə
tərəfindən yaradılan, əsasən, dövlətlərə yönəlmiş və yerinə yetirilməsi dövlətlərin öz tərəfində
təmin edilən hüquq sistemi olaraq qalır.
 
Beynəlxalq hüquqa onun təbiətini əks etdirən belə bir qısaca tərif vermək olar: 
Beynəlxalq hüquq dövlətlər arasınıdakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı 
razılığı əsasında yaradılan hüquqi normalar sistemidir. 
          2.Beynəlxalq  hüququn  xüsusiyyətləri.  Təbii  ki,  obyektiv  mənada  hüquqa  xas  olan 
əlamətlər beynəlxalq hüquq normaları üçün də səciyyəvidir. Ən əsası, bu normalar da müvafiq 
subyeklər  üçün  hüquqi  ümumməcburi  xarakter  daşıyır  və  onların  yerinə  yetirilməsi  müəyyən 
sanksiya  ilə  təmin  edilir.  Lakin  beynəlxalq  hüquq  onu  dövlətdaxili  (milli)  hüquqdan 
fərqləndirən  bir  sıra  xüsusiyyətlərə  malikdir.  Bu  xüsusiyyələr,  hər  şeydən  öncə,  beynəlxalq 
hüququn  mövcud  olduğu  və  faliyyət  göstərdiyi  dövlətlərarası  mühitlə  və  suveren,  formal 
baxımdan  bir-birindən  asılı  olmayan  dövlətlərin  olması  ilə  əlaqədardır.  Birincisi,  fiziki  və 
hüquqi şəxslər və dövlət orqanları arasıdakı münasibətləri nizama salan dövlətdaxili hüquqdan 
fərqli olaraq, beynəlxalq hüquq dövlətlər və beynəlxalq hüququn digər subyektləri (beynəlxalq 
təşkilatlar  və  s.)  arasıda  yaranan  münasibətləri  nizama  salır.  kincisi,  beynəlxalq  sistemdə 
qanunverici  orqan  yoxdur.  Heç  bir  beynəlxalq  təşkilat  və  ya  orqan,  o  cümlədən  Birləşmiş 
Millətlər  Təşkilatı  dövlətlər  üçün  hüquqi  cəhətdən  məcburi  olan  normalar  yaratmaq 
səlahiyyətinə malik deyildir. Beynəlxalq təşkilatların orqanlarından biri kimi fəaliyyət göstərən 
parlametlər də (məsələn, Avropa  ttifaqıda - Avropa parlamenti, Avropa Şurasıda – Parlament 
Assambleyası  və  s.)  milli  parlamentlərə  xas  olan  bəzi  əlamətlərə  malik  olsalar  da, 
“qanunvericilik”  səlahiyyətindən  məhrumdurlar.  Üçüncüsü,  beynəlxalq  sistemdə,  dövlətin 

daxilində  olduğu  kimi,  mərkəzləşdirilmiş  icra  və  məhkəmə  mexanizmi  yoxdur.  Beynəlxalq 
hüquq normalarının yerinə yetirilməsinin təmin edilməsi dövlətlərin öz ixtiyarına buraxılmışdır; 
beynəlxalq  hüququn  yaradıcısı  və  başləca  təminadçısı  dövlətlərdir.  Lakin  bəzi  hallarda  bu 
funksiyanı  dövlətlər  müqavilələr  vasitəsilə  bu  və  ya  digər  dərəcədə  beynəlxalq  təşkilat  və  ya 
orqanlara həvalə edirlər. BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq sülhə və təhlükəsizliyə real 
qorxu  yaradan  dövlətə  qarşı  hərbi  və  qeyri-hərbi  sanksiyalar  tətbiq  edə  bilər.  BMT-nin 
Beynəlxalq Məhkəməsi ilə bağlı qeyd etmək lazımdır ki, o, bu və ya digər işə yalnız müvafiq 
dövlətlər  buna  razılıq  verdikdə  baxa  bilər.  Sadə  dillə  desək,  ən  ağır  beynəlxalq  hüquq 
pozuntusu  törətmiş  döbləti  belə  onun  razılığı  olmadan  Beynəlxalq  Məhkəməyə  “vermək” 
olmaz. 
  Beynəlxalq  hüququn  xüsusiyyətlərini  düzgün  başa  düşmək  ücün  olduqca  mühim  bir 
məqama  diqqət  yetirmək  lazımdır.  Əslində  biz  burada  beynəlxalq  hüququ  dövlətdaxili 
hüquqdan  fərqləndirən  daha  bir  cəhəti  nəzərə  çatdırmaq  istəyirik.  Söhbət  ondan  gedir  ki, 
səlahiyyətli  dövlət  orqanları  tərəfindən  müəyyən  olunmuş  və  ya  tanınmış  hüquq  normaları 
prinsip  etibarilə  dövlətin  bütün  ərazisinə  və  bu  ərazidə  olan  bütün  hüquqi  bə  fiziki  şəxslərə 
şamil  edilir.  Beynəlxalq  hüquq  isə  belə  yekcins  deyildir  və  ola  da  bilməz.  Bu  baxımdan 
beynəlxalq  hüquq  anlamı  elə  qəbl  edilməməlidir  ki,  söhbət  burada  yalnız  dünyanın  bütün 
dövlətlərini  əhatə  edən,  bütün  dövlətlərin  riayət  etməli  olduğu  hüquqdan  gedir.  Qeyd  edildiyi 
kimi,  beynəlxalq  hüququ  dövlətlər  özü  yaradır  və  bunun  nəticəsində  iki  dövlət  arasında 
bağlanan  ikitərəfli  müqavilə  də,  bütöv  regionu  əhatə  edən  razılaşma  da  və  bütün  dünya 
dövlətləri  ücün  məcburi  olan  norma  da  beynəlxalq  hüquq  deməkdir.  Bunu  nəzərə  almaqla, 
beynəlxalq  hüquq  sisteminin  özündə  ümumi  beynəlxalq  hüququ  vəpartikulyar  beynəlxalq 
hüququ
  ayırmaq  olar.  Beynəlxalq  məhkəmə  təcrübəsində  çox  geniş  istifadə  olunan  “ümumi 
beynəlxalq  hüquq  ”  termini  vasitəsilə  bütün  dövlətlər      məcburi  olan  beynəlxalq  hüquq 
normaları  ifadə  olunur.  Bu  normalara  hamılıqla  tanınmışprinsiplər  və  ya  hamılıqla 
tanınmışnormalar 
da  deyirlər.  Partikulyar  beynəlxalq hüquqa  isə  müəyyən  regionda  və  ya  iki 
dövlət arasında mövcud olan normalar daxildir. Bu baxımdan, məsələn, hər hansı bir dövlətin 
beynəlxalq hüququ pozması dedikdə, biz bunu, daha dəqiq desək, həmin dövlətin bu və ya digər 
səviyyədə öz üzərinə götürdüyü beynəlxalq öhdəliyi pozması kimi başa düşməliyik. 

3.Beynəlxalq  ümumi  hüquq  və  beynəlxalq  xüsusi  hüquq.Bəzən beynəlxalq  hüquq anlamı 
geniş mənada işlədilir və iki müstəqil normativ komleks və elm sahəsi olan beynəlxalq ümumi 
hüquq
 (public international law) və beynəlxalq xüsusi hüquq ( private international law) buraya 
daxil edilir. Beynəlxalq ümumi hüquq dedikdə, yuxarıda anlayışını və təbiətini şərh etdiyimiz 
dövlətlərarasıhüquq başa düşülür. Əslində bu terminə beynəlxalq praktikada, demək olar ki, rast 
gəlinmir  və  o,  əsasən  elmi  tədqiqatlarda  və  tədris  prosesində  beynəlxalq  xüsusi  hüquqdan 
fərqləndirilmək  üçün  istifadə  olunur;  onun  əvəzinə  hamı  üçün  anlaşıqlı  olan  “beynəlxalq 
hüquq”  termini  işlədilir.  Beynəlxalq  xüsusi  hüquqa  gəldikdə  isə,  o,  qeyri-dövlət  xarakterli 
beynəlxalq münasibətləri,
 yəni hər şeydən əvvəl əcnəbi fiziki və ya hüquqi şəxsin iştirak etdiyi 
mülki-hüquqi və ona yaxın olan münasibətləri nizama salan normalar sistemi kimi başa düşülür. 
Beynəlxalq hüquqla (beynəlxalq ümumi hüquqla) beynəlxalq xüsusi hüquq arasında sıx əlaqə 
mövcuddur. Belə ki, a) onlarin hər ikisi beynəlxalq münasibətləri nizama salır; b) hər ikisi digər 
dövlətin  hüquq  subyektliyini  tanıyır;  c)  mülki-hüquqi  münasibətləri  nizama  salan  beynəlxalq 
sazişlər  beynəlxalq  hüququn  əsas  prinsiplərinə  zidd  ola  bilməz;  ç)  bu  sazişlər  çox  hallarda 
dövlətlərarası razılaşmaların həyata keçirilməsi istiqamətində bağlanılır. 
  Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasındakı fərqləri aydın başa düşmək 
üçün Roma hüququndan bizə məlum olan jus publicum və jus privatum bölgüsünü yada salmaq 
lazımdır. Bu fərqlər aşağıdakılardır: 
     1) subyektlərinə görə 
     Beynəlxalq ümumi hüquqda (BÜH) – dövlətlər, beynəlxalq təşkilatlar,                               
     dövlətəbənzər qurumlar və s.; 
     Beynəlxalq xüsusi hüquqda(BXH) – fiziki və hüquqi şəxslər; 
    2) predmetinə görə: 
     BÜH-da - dövlətlərarası hakimiyyət xarakterli münasibətlər; 
     BXH-da – beynəlxalq xüsusi hüquq xarakterli (mülki,ailə,əmək və s.) münasibətlər; 
    3) mənbələrinə görə
     BÜH-da – beynəlxalq müqavilə, beynəlxalq adət və s.; 
     BXH-da – milli qanunvericilik, beynəlxalq müqavilələr, ticarət adətləri və s.; 

     4) nizamasalma metoduna görə
      BÜH-da – müstəqil dövlətlərin razılığa gəlməsi; 
      BXH-da – ayrı-ayrı dövlətlərin qanunvericiliyindəki kolliziyaların aradan       qaldırılması 
(bu səbəbdən hər bir dövlətin özünün beynəlxalq xüsusi hüququ  vardır); 
       5) ortaya çıxan məsuliyyətin xarakterinə görə:                               
BÜH-də – beynalxalq- hüquqi məsuliyyət ; 
       BXH-də – mülki-hüquqi məsuliyyət. 
4. Müasir beynəlxalq hüququn əsas cəhətləri.  Nəhayət,  bu  mövzu  çəçivəsində  daha  bir 
məqamı  da  qeyd  etmək  istəyirik.  Beynəlxalq  hüquq  elmində  və  habelə  praktikada  “müasir 
beynəlxalq hüquq” ifadəsinə tez-tez rast gəlmək olur. Bu ifadə təkcə zaman mənasında deyil, 
daha  çox    keyfiyyət  baxımından  işlədilir.  Bu  gün  qüvvədə  olan  beynəlxalq  hüquq  klassik 
beynəlxalq  hüquqdan  keyfiyyətcə  kəskin  surətdə  fərqlənir.  Müasir  beynəlxalq  hüququn 
səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir: a) bu gün beynəlxalq hüquq təkcə sivil və xiristian 
dövlətlərin deyil, bütün dünya birliyinin ümumi mənafeyni əks etdirən və beynəlxalq sülhün bə 
təhlükəsizliyin  təmin  edilməsi  üçün  xüsusi  mexanizmi  olan  normativ  sistemə  çevrilmişdir;  b) 
müharibə bə istənilən güc tətbiqi birmənalı şəkildə qadağan edilmişdir; c) əsas insan hüquq və 
azadlıqlarına hörmət ediməsi beynəlxalq öhdəlik kimi qəbul edilmişdir bə bununla bağlı olaraq 
fərd  müəyyən  dərəcədə  beynəlxalq-hüquqi  subyekliyə  yiyələnmişdir;  ç)  beynəlxalq  normativ 
sistemdə jus cogens normalarının və erga omnes öhdəliklərinin (yəni bütün beynəlxalq birliyə 
qarşı olan öhdəliklər) olması hamılıqla qəbul  edilmişdir; d) beynəlxalq cina- yətlərə (təcavüz, 
genosid,  müharibə  cinayətləri,  insanlıq  əleyhinə  cinayətlər,  beynəlxalq  terrorizm,  narkotik 
basitələrin  qeyri-qanuni  dövriyəsi  və  b.)  görə  dövlətlərin  bə  fiziki  şəxslərin  beynəlxalq 
məsuliyyəti institutu yaradılmışdır. 
 
 
 
 
Mövzu 3. BEYNƏLXALQ  HÜQUQUN  ƏSAS  PR NS PLƏR  
Plan: 
1.Beynəlxalq hüququn əsas prinsiplərinin anlayışı 

2. Dövlətlərin suveren bərabərliyi prinsipi 
3.Dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi 
4. Güc tətbiq etməmək və ya güclə  hədələməmək prinsipi 
5. Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi 
6. Sərhədlərin pozulmazlığı prinsipi 
 7. Ərazi bütövlüyü prinsipi 
8. Xalqların özünümüəyyənetmə prinsipi 
9. Əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi 
10. Dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi 
11. Beynəlxalq öhdəlikləri  vicdanla yerinə yetirmək prinsipi 
 
Ə
dəbiyyat siyahısı. 
  Баратавшвили  Д.И.  Принцип  суверенного  равенства  государств  в  международном 
правеМ.., 1978. 
  Волова  Л.И.  Принцип  территориалъной  целостностти  и  неприкосновенности  в 
современном международном правеРостов-на-Дону.., 1981. 
  Волова  Л.И.  Нерушимостъ границ –  новый  принцип  международного права. Ростов-
на-Дону.., 1987.  
  Клименко Б.М., Ушаков Н.А. Нерушимостъ границ – условие международного мира
М.., 1978. 
  Левин Д.Б. Принцип мирного разрешения международных споровМ.., 1977. 
  Мартыненко А.П. Права народов в современном международном праве. Киев, 1993. 
  Менжинский В.И. Неприменение силы в международных отношениях. М.., 1976. 

  Талалев А.Н. Хелъсинкипринцнпы и реалъностъМ.., 1985. 
  Тиунов О.И. Принцип соблюдения  международных обязателъствМ.., 1979. 
  Ушаков Н.А. Невмешателъство во внутренние дела государствМ.., 1971. 
  Черникенко С.В. Принцип самоопределения народов (современная интерпретация) // 
Московский журнал международного право1996. № 4. 
 
 
1.Beynəlxalq  hüququn  əsas  prinsiplərinin  anlayışı.  Müasir  beynəlxalq  hüquqda  bir 
sıra xüsusi əhəmiyyətli normalar mövcuddur ki, onlarsız beynəlxalq sistemin normal fəaliyyət 
göstərməsi  praktik  cəhətdən  mümkün  deyilir.  Həmin  normalar  beynəlxalq  hüququn  əsas 
prinsipləridir. 
Beynəlxalq  hüququn  əsas  prinsipləri  bir  sıra  səciyyəvi  xüsusiyyətlərə  malikdir.  Bu 
prinsiplər; 
a)
  beynəlxalq hüququn ən mühüm normalarıdır; 
Beynın əlxalq hüququn əsas prinsipləri beynəlxalq hüquq sisteminin normativ 
hüquqi  əsasını  təşkil  edir.  Dövlətlərin  beynəlxalq  hüquq  normalarının  yaradılması  və  həyata 
keçirilməsi ilə bağlı bütün qarşılıqlı münasibətləri bu prinsiplərə söykənir. 
b)
 öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalarıdır
Beynəlxalq hüququn əsas prinsipləri bir növ ori-yentir rolunu oynayır. Onlar 
dövlətlərin  və  beynəlxalq  hüququn  digər  subyektlərinin  davranışının  ümumi  istiqamətlərini 
müəyyən edir. Bu prinsiplər beynəlxalq münasibətlərin istənilən sahəsinə sirayət edir və dəqiq 
ifadə olunmuş davranış qaydalarında konkretləşdirilir. 
a)
  dünyayın bütün dövlətləri üçün hüquqi cəhtdən məcburi xarakter daşıyan 
ümumtanınmış normalardır; 
Beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT Nizamnaməsinin 2-ci maddəsində BMT-
nin bütün üzvləri üçün məcburi normalar kimi göstərilmişdir. 

Həmin  maddənin  6-cı  bəndində  isə  deyilir:  “Təşkilat  təmin  edir  ki,  onun  üzvü  olmayan 
dövlətlər,  bunun  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanması  üçün  zəruri  ola 
bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər”. 
ç) ən yüksək hüquqi qüvvəyə malik olan imperativ jus cogens normalarıdır. 
Beynəlxalq  hüququn  əsas  prinsipləri  bütövlükdə  beynəlxalq  birlik  tərəfindən  tanınır  və 
qəbul edilir və yalnız beynəlxalq birliyin özü tərəfindən ləğv edilə bilər. Beynəlxalq hüququn 
bütün normaları beynəlxalq hüququnəsas prinsiplərinə uyğun olmalıdır. 
Beynəlxalq  hüququn  əsas  prinsiplərindən  kənarda  və  onlarsız  beynəlxalq  hüququn  özü  də 
yoxdur. 
Beynəlxalq  hüququn  əsas  prinsipləri  bir-biri  ilə  üzvi  surətdə  bağlıdır  və  bir-birini 
şərtləndirir. BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və 
əməkdaşğa aid beynəlxalq hüquq prinsipləri haqqında 1970-ci ilBəyannaməsində qeyd edilir 
ki, bu prinsiplərin tətqiqi və təsfiri zamanı onların hər biri bütün digər prinsiplərin konteksində 
nəzərdən keçirilməlidir. 
Qeyd  etdiyimiz  kimi,  müasir  beynəlxalq  hüququn  bir  sıra  əsas  prinsipləri  BMT-nin 
Nizamnaməsində  (2-ci  maddədə)  öz  əksini  tapmışdır.  Lakin  bunlardan  bəziləri  məqsəd  və  ya 
ümumi  öhdəlik  kimi  ifadə  olunmuşdur.  Sonralar  dövlətlər  bu  prinsiplərin  məzmununu 
dəqiqləşdirməyə  və  onları  məcəllələşdirməyə  çalışmışlar.  BU,  BMT  Baş  Assambleyasının 
qətnaməsi  əsasında  yuxarıda  adı  çəkilmiş  Bəyannamənin  qəbul  olunması  ilə  nəticələnmişdir. 
Doğrudur, Bəyannamədə beynəlxalq hüququnheç də bütün prinsipləri deyil, cəmi yeddi prinsipi 
əks olunmuşdur: 
1) güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi; 
2) beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi; 
3) dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi; 
4) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək prinsipi; 
5) xalqların hüquq bərabərliyi və özünümüəyyənetmə prinsipi; 
6) dövlətlərin suveren bərabərliyi prinsipi; 

  7) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri 
öhdəlikləri vicdanla yerinə yetirməsi prinsipi. 
Avropada  təhlükəsizlik və  əməkdaşlıq üzrə  Helsinki  Müşavirəsinin 1  avqust 1975-ci  il  tarixli 
Yekun aktında isə on prinsip göstərilmişdir; yuxarıda sadalanmış prinsiplərə burada daha üçü 
əlavə olunmuşdur: 
1) sərhədlərin toxunulmamazlığı prinsipi; 
2) dövlətlərin ərazi bütövlüyü prinsipi; 
3) əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi. 
Qeyd etmək lazımdır ki, Helsinki Yekun aktı özü-özlüyündə beynəlxalq müqavilə 
deyildir və regional xarakterli bir sənəddir. Lakin onun təsbit etdiyi prinsiplər, o cümlədən bu 
üç prinsip onun qəbul olunmasına qədər artıq ümumi beynəlxalq adət hüququnun bir hissəsi idi 
və  bütün  dövlətlər  tərəfindən  tanınmışdı.  Yəni  Helsinki  Yekun  aktı,  sadəcə  olaraq,  müasir 
beynəlxalq hüququn hamılıqıa qəbul edilmiş on əsas prinsipini bəyan etmişdir. 
Yadda  saxlamaq  lazımdır  ki,  hər  bir  prinsip  özü  bir  hüquqi  normadır  və  deməli,  özündə 
konkret  normativ  məzmun,  yəni  müəyyən  beynəlxalq  hüquqlar  və  müvafiq  öhdəliklər  ehtiva 
edir. Aşağıda əsas diqqət məhz bu məqama yetirilmişdir 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin