Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   2   3   4   5   6   7   8   9   ...   19

8.  Beynəlxalq  müqaviləyə  qeyd-şərtlər.Beynəlxalq  müqavilənin  məcburiliyinə  hər  hansı 
yolla  razılıq  verərkən  dövlət(və  ya  beynəlxalq  təşkilat)  bəyan  edə  bilər  ki,  müqavilənin  hə
hansı müddəasını qəbul etmək istəmir. Belə bir bəyanat vasitəsilə dövlət həmin müddəanı ya, 
ümumiyyətlə,  qəbul  etmir,  ya  da  onun  məzmununu  özü  üçün  dəyişdirir.  Buna  beynəlxalq 
müqavilələr hüququnda qeyd-şərt deyilir. 
  Müqaviləyə  qeyd-şərt  irəli  sürmək  imkanı  dövlətin  suveren  iradəsinin  ifadəsidir,  belə  ki, 
dövlət  müqavilənin  bütün  mətnini  qəbul  etdiyi  halda,  onun hər  hansı  norması  ilə  razılaşmaya 
bilər.  Lakin  bu  sərbəstlik  qeyri-məhdud  deyil;  əgər:  1)  qeyd-şərt  müqavilənin  obyekti  və 
məqsədi  ilə  bir  araya  sığmırsa;  2)  müqavilə  qeyd-şərtlərin  edilməsini,  ümumiyyətlə,  qadağan 
edirsə  (məsələn,  Dəniz  hüququ  üzrə  1982-ci  il  Konvensiyası;  Köləliyin,  kölə  alverinin  və 
köləliyə oxşar olan institut və adətlərin ləğv edilməsi haqqında 1956-cı il Əlavə Konvensiyası 
və s.) və 3) məhz belə bir qeyd-şərtin edilməsi konkret müqavilədə yol verilmirsə. 
  Qeyd-şərt  yazılı  formada  olmalı  və  müqavilənın  iştirakçısı  olan  bütün  digər  dövlətlərin 
diqqətinə çatdırılmalıdır. 
  Qeyd-şərt  ilə  razı  olmayan  dövlət  müqavilədə  göstərilmiş  müddətdən  gec  olmayaraq  buna 
yazılı  formada  etiraz  edə  bilər.  Lakin  belə  bir  etirazın  edilməsi  bu  dövlətlə  qeyd-şərti  etmiş 
dövlət arasında müqavilənin qüvvəyə minməsinə maneə yaratmır. Bu iki dövlət arasında yalnız 
qeyd-şərtin  aid  olduğu  müddəa  qüvvəyə  minmir.  Bununla  belə,  qeyd-şərtə  etiraz  edən  dövlət 
bəyan edə bilər ki,müqavilə bütövlükdə iki müvafiq dövlətin arasında qüvvəyə minməyəcəkdir.  

  Qeyd-şərt və etirazlar istənilən vaxt, yazılı formada bildirilməklə,geri götürülə bilər. 
  Müqaviləni  imzalayarkən,  ratifikasiya  edərkən  və  s.  dövlətlər  bəzən  bu  və  ya  digər 
müddəanın  necə  başa  düşülməsi  və  ya  onun  əhəmiyyəti  ilə  bağlı  bəyanatlar  verirlər;  bunlar 
qeyd-şərtlərdən  fərqləndirilməlidir.  Belə  ki,  bu  cür  bəyanaylar  müqavilənin  hər  hansı 
müddəasını dəyişdirmir və ya onu aradan götürmür.           
9.  Beynəlxalq  müqavilənin  qeydə  alınması  vədərc  edilməsi.BMT  Nizamnaməsinin  102-ci 
maddəsinə  görə,  BMT  üzvləri  tərəfindən  bağlanmış  hər  bir  beynəlxalq  müqavilə  BMT-nin 
Katibliyində qeydə alınmalıdır. Qeydə alınma müqavilənin hüquqi qüvvəsinə təsir etmir; sadəcə 
olaraq,  bu  cür  qeydə  alınmamış  müqavilələrə  dövlətlər  BMT-nin  orqanlarında  istinad  edə 
bilməzlər. 
  Qeyd alınmış beynəlxalq müqavilələri Katiblik “Treaty Series” adlı topluda dərc edir 
  Bəzi  dövlətlərdə  iştirakçıları  olduqları  beynəlxalq  müqavilələrin  dərc  olunması  qaydası 
qanunvericilikdə müəyyən olunur. 
10.  Beynəlxalq  müqavilənin  qüvvədə  olması.Yalnız  qüvvəyə  minmiş  beynəlxalq  müqavilə 
tərəflər  üçün  məcburi  sayılır.  Müqavilənin  qüvvəyə  mindiyi  an,  adətən,  müqavilənin  özündə 
göstərilir.  Burada  bir  sıra  qaydalar  mövcuddur.  Belə  ki,  ratifikasiya  və  ya  təsdiq  edilməli 
olmayan  müqavilə  aşağıdakı  müddətdə  qüvvəyə  minir:  a)  imzalandığı  andan  etibarən;  b) 
imzalandığı  andan  müəyyən  müddət  keçdikdən  sonra  və  ya  c)  müqavilədə  dəqiq  göstərilmiş 
andan etibarən. 
  Ratifikasiya və ya təsdiq edilməli olan müqavilələrin isə qüvvəyə minməsi qaydası aşağıdakı 
kimidir:  
  1  –  ikitərəfli  müqavilələr:  a)  ratifikasiya  sənədlərinin  dəyişdirildiyi  gündən  və  ya  b) 
ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən müəyyən müddət keçdikdən sonra; 
  2  –  çoxtərəfli  müqavilələr:  a)  depozitariyə  müəyyən  sayda  ratifikasiya  sənədləri  verildiyi 
gündən və ya b) depozitariyə müəyyən sayda ratifikasiya sənədləri verildiyi gündən müəyyən 
müddət keçdikdən sonra. 
Müqavilənin qüvvədə olması müəyyən müddət üçün (məsələn, 5 il, 10 il və s.) və ya 

müddətsiz nəzərdə tutula bilər. Müəyyən müddətə bağlanılan müqavilə həmin müddət bitdikdən 
sonra müqavilənin özündə göstərilən şərtlərlə (məsələn,tərəflərdən biri bu müddət bitən ərəfədə 
müqavilədən  çıxmaq  haqqında  öz  istəyini  bildirməyibsə)  və  ya  tərəflrin  xüsusi  razılığı  ilə 
uzadıla bilər; buna prolonqasiya deyilir. 
Müqavilə müəyyən məkanda qüvvədə olur. Əgər müqavilənin özündə başqa hal 
nəzərdə tutulmayıbsa, o, müvafiq dövlətin ərazisində qüvvədə olur. 
 11.  Beynəlxalq  müqavilənin  təvsiri.Müqavilənin  təvsiri  onun  müddəalarıninmənasının 
aydınlaşdırılması və ya izah edilməsi deməkdir. 
  Beynəlxalq  müqavilənin  təvsiri  bir  sıra  prinsiplərə  söykənir.  Müqavilə  hər  şeydən  əvvəl, 
vicdanla  təvsir  edilməlidir.  Müqavilədə  istifadə  olunan  terminlər  adi  mənasında  və  habelə 
müqaviləninobyekti və məqsədləri kontekstində başa düşülməlidir. Hər hansı terminə yalnız o 
zaman xüsusi məna verilə bilər ki, müqavilənin tərəflərinin məhz belə niyyəti olsun. Müqavilə, 
onun preambulası, əlavələri və ona aid olan istənilən sazişlə birgə, həmin müqavilənin tətbiqi 
praktikası  nəzərə  alınmaqla,təfsir  edilməlidir.  Əgər  müqavilə  hər  biri  autenik  olan  iki  və  ya 
daha  artıq  dildə  tərtib  olunmuşsa,  bu  halda  hər  bir  dildəki  mətn  bərabər  qüvvəyə  malik  olur. 
Lakin  onların  müqayisəsi  zamanı  müxtəliflik  ortaya  çıxırsa,  onda  bu  mətnləri  daha  çox 
uzlaşdıran mənaya üstünlük verir. 
  Təfsirin subyektlərinə görə üç növü vardır: 
  1) müqavilənin ayrı-ayrı iştirakçıları tərəfindən edilən təfsir. 
Bu, birtərəfli aktdır və təbii ki, 
müqavilənin digər iştirakçıları üçün məcburi xarakter daşımır. 
  2)  autentik  təfsir  –
  müqavilənin  iştirakçıları  tərəfindən  razilaşdırılmış  təfsir.  Nota 
mübadiləsi, protokol və s. formada həyata keçirilən bu təfsir məcburi xarakter daşıyır. 
  3)  beynəlxalq  təfsir  –
  beynəlxalq  orqanlar  tərəfindən  həyata  keçirilən  təfsir.  Bəzi 
müqavilələrdə (məsələn, Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 
1948-ci  il  Konvensiyası),  onların  təfsiri  ilə  bağlı  mübahisələrolarkən,  tərəflərin  BMT-nin 
Beynəlxalq  Məhkəməsinə  və  ya  digər  müvafiq  orqana  müraciət  etməli  olması  nəzərdə 
tutulmuşdur. Bu orqanların verdikləri təfsirmübahisənin tərəfləri üçün məcburi xarakter daşıyır. 
  Təfsirin bir neçə üsulu vardır: 

  1) qrammatik təfsir; 
  2) məntiqi təfsir; 
  3) sistematik təfsir; 
  4) tarixi təfsir; 
5) teleoloji təfsir; 
  6) dinamik və ya evolyutiv təfsir. 
12.  Beynəlxalq  müqavilələrin  etibarlılığı.Beynəlxalq  müqavilələrin  etibarlılığı  onun 
məzmununun  və  bağlanması  qaydasının  beynəlxalq  hüquq  normalarına  uyğun  olması 
deməkdir. 
Yalnız  etibarlı  müqavilələr  hüquqi  nəticələr  doğurur  və  tərəflər  üçün  qanuni  hüquq  və 
öhdəliklər yaradır. Beləliklə, beynəlxalq müqavilənin formal qüvvədə olması hələ onun etibarlı 
olması demək deyil. Doğrudur, qüvvəyə minmiş hər bir  beynəlxalq müqavilənin etibarlı olması 
güman  edilir,  yəni  müqavilənin  hüquqi  cəhətdən  etibarsız  olması  hər  bir  halda  müəyyən 
olunmalıdır.  Başqa  sözlə,  beynəlxalq  hüquqda  müqavilənin  etibarlılığı  prezumpsiyası 
mövcuddur. 
  Beynəlxalq müqavilənin etibarsızlığı mütləvə nisbi ola bilər. 
  Mütləq  etibarsızlıq  müqavilənin,  tərəflərin  iradəsindən  asılı  olmayaraq,  yəni  onlar  bu 
müqaviləni  hüquqauyğun  hesab  edib-etməməsindən  asılı  olmayaraq,  bağlandığı  andan  (ab 
initio) tamamilə etibarsız olması deməkdir. Müqavilə aşağıdakı əsaslarla mütləq etibarsızdır: 1) 
əgər  müqavilə  jus  cogens  normasına  ziddirsə;  2)  müqavilə  güclə  hədələmə  və  ya  güc  tətbiqi 
vasitəsilə  bağlanmışsa;  3)  müqavilə  dövlət  nümayəndəsinə  qarşı  məcburiyyət  tətbiq  etməklə 
bağlanmışsa. 
  Nisbi  etibarsızlıq  müqavilənin,  yalnız  tərəfindən  birinin  onun  hüquqauyğunluğunu  şübhə 
altına  alması  ilə  ortaya  çıxır.Nisbi  etibarsızlığın  əsasları  bunlardır:  1)  dövlətdaxili 
qanunvericiliyin,  beynəlxalq  müqavilə  bağlamaq  səlahiyyətini  müəyyən  edən  xüsusi 
əhəmiyyətli  normasının  açıq  şəkildə  pozulması;  2)  müqavilənin  bağlaması  mövcud  olmuş  və 
müqavilənin  məcburiliyinə  razılıq  verməsinin  əsasını  təşkil  etmiş  fakt  və  ya  situasia  ilə  bağlı 

səfin olması; 3) dövlət nümayəndəsinin qeyri-qanuni yolla ələ alınması; 4) dövlətin danışıqlarda 
iştirak edən digər dövlət tərəfindən aldadılması. 
  Etibarsız müqavilənin əsas nəticələri ondan ibarətdir ki, o, öz hüquqi qüvvəsini itirmiş olur. 
Bu  cür  müqaviləyə  pacta  sunt  servanda  prinsipi  şamil  olunmur  və  o,  birtərəfli  qaydada  ləğv 
edilə bilər.  Belə  müqavilənin  əsasında  artıq  hansısa hərəkətlər törədilmişsə,  bu  zaman hər bir 
tərəf,  bu  hərəkətlərin  törədilməsindən  qabaq  mövcud  olmuş  vəziyyətin  (status  quo  antenin) 
mümkün olan dərəcədə bərpa edilməsini tələb edə bilər.  
 13. Beynəlxalq müqavilənin xitam olunması. Beynəlxalq müqavilənin xitam olunması onun 
tərəflər üçün öz məcburi qüvvəsini itirməsi deməkdir. Müqvilə aşağıdakı əsaslarla xitam oluna 
bilər: 
1)
  müqavilənin  bağlandığı müddətin başa çatması.    
Müddətli müqavilə, əgər hər hansı bir yolla prolonqasiya edilməmişsə, o, göstərilən 
müddət bitdikdən sonra xitam olunmuş sayılır. 
2)
  müqavilə öhdəliklərinin icra olunması.                  
Tərəflərin müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərini tam icra etməsi ilə, əgər 
müqavildə bu, xsusi olaraq göstərilibsə, həmin müqavilə xitam olunmuş sayılır. 
  3) müqavilənin bütün iştirakçılarının razılığı ilə.   
  Betnəlxalq müqavilə onun iştirakçılarının ümumi razılığı ilə istənilən vaxt ləğv edilə bilər. 
Məsələn,  Dostluq,  əməkdaşlıq  və  qarşılıqlı  yardım  haqqında  1955-ci  il  Varşava 
Müqaviləsinin  iştirakçısı  olan  dövlətlər  199-ci  il  iyulun  1-də  bu  Müqavilənin  xitam 
olunması barədə protokol imzalamışdılar. 
4) eyni məsələ üzrə və eyni dövlətlər arasında yeni müqavilənin bağlanması. 
Lex posteriori derogat legi priori prinsipinə görə, bu halda əvvəlki müqavilə öz 
hüquqi əhəmiyyətini itirmiş olacaqdır. 
  5) denonsasiya.       

  Denonsasiya dövlətin, müqavilədə göstərilən şərtlərlə, digər iştirakçı dövlətləri qabaqcadan 
xəbərdar etməklə, müqavilədən imtina etməsi deməkdir. Deməli, müqavilənin özündə əgər belə 
imkan nəzərdə tutulmayıbsa, o, denonsasiya oluna bilməz. 
Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyalarında belə bir 
müddəa nəzərdə tutulmuşdur ki, bu Konvensiyaların müharibə zamanı, sülh bağlanana qədər 
denonsasiyasına yol verilmir. 
6) müqavilənin birtərəfli qaydada ləğv edilməsi. 
Bu halda dövlət iştirakçısı olduğu beynəlxalq müqavilədən, ciddi əsas gətirməklə, 
birtərəfli  qaydada  imtina  edir.  Müqavilədən  birtərəfli  imtinaya,  ümumiyyətlə,  yol  verilmir. 
Beynəlxalq hüquq bunu yalnız üç halda mümkün hesab edir. 
1)
  müqavilənin digər iştirakçı dövlət tərəfindəəsaslı pozulması. Lakin bu əsas 
insan hüquqları haqqında beynəlxalq müqavilələrin birtərəfli qaydada xitam 
olunması və bu müqavilələrin qüvvəsinin müvəqqəti dayandırılması üçün istifadə oluna bilməz. 
2)
  müqavilənin bağlandığı vaxt mövcud olmuş halların əsaslı surətdə dəyişməsi 
(rebus sic stantibus prinsipi). 
Lakin buna o zaman istinad etmək olar ki, belə halların mövcud 
olması  vaxtilə  müqavilənin  məcburiliyinə  razılıq  verilməsinin  əsasını  təşkil  etmişdi  və 
vəziyyətin  belə  dəyişməsi  hələ  yerinə  yetirilməli  olan  müqavilə  öhdəliklərinin  həcmini  köklü 
surətdə  dəyişir.  Qeyd  edək  ki,  rebus  sic  stantibus  prinsipi  dövlət  sərhədini  müəyyən  edən 
müqavilələrə  şamil  edilmir.  Bu  prinsip  habelə  o  zaman  tətbiq  olunur  ki,  vəziyyətin  əsaslı 
surətdə dəyişməsi göstərilən prinsipə istinad edən dövlətin öz beynəlxalq öhdəliklərini pozması 
nəticəsində baş vermişdir. 
  3) müqavilənin yerinə yetirilməsinin qeyri-mümkünlüyü.    
Bu, əsasən, müqavilənin obyektinin məhv olduğu və ya yoxa çıxdığı zaman (məsələn, adanın 
suya batması, çayın quruması və s.) baş verir. 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mövzu 7: BEYNƏLXALQ TƏŞK LATLAR HÜQUQU 
Plan: 
1. Beynəlxalq təşkilatlar hüququnun anlayışı və mənbələri 
2.Beynəlxalq təşkilatın hüquqi təbiəti 
3. Beynəlxalq təşkilatların fuksiyaları 

4. Beynəlxalq təşkilatda üzvlük 
5. Beynəlxalq təşkilatların sanksiyaları 
6. Beynəlxalq təşkilatların təşkilati strukturu  
7. Birləşmiş Millətlər Təşkilatı (BMT) 
8. BMT-nin ixtisaslaşdırılmış təsisatları 
9. Regional təşkilatlar  
 
Ə
dəbiyyat siyahısı. 
  Зайцева О. Г. Международные организациипринятие решений. М. , 1989. 
  Костенко М. Л. , Лавренова Н.В. ЕС после Маастрихта: федерация, конфедерация или  
международная организация? //  Государство и право . 1994. №4 
  Кривчикова Э.С. Основы теории  права международных организаций. М., 1979. 
  Крылов Н.Б. Принципы участия государств в системе ООН. М., 1986. 
  Крылов Н.Б. Правотворческая деятельность международных организаций. М., 1988. 
  Маргиев В.И. Внутреннее право международных организаций. Владикавказ, 1995. 
  Международные организации. Под ред. И.П. Блищенко. М., 1994 
  Международные организации системы ООН. Отв. ред. В.Ф. Петровский . М., 1990. 
  Моравецкий В. Функции  международной организации. М., 1976 
  Нешатаева  Т.Н.  Международные  организации  и  право.  Новые  тенденции  в 
международно-правовом регулировании. М., 1998. 
  Правила процедуры многосторонней дипломатииСбдокументов. М., 1986  
  Толстухин А.Э. О национальном характере Европейского Союза //Московский журнал 
международного права1997. №4. 
  Топорнин Б.Н. Европейское право. М., 1988. 

  Шибаева Е.А. Право международных организацийВопросы теории. М., 1986  
  Шибаева
  Е.А.  Поточный  М.  Правовыевопросы  структуры  и  деятельности 
международных организаций. М., 1988. 
  Шреплер Х.А. Международные организацииСпра вочник. М., 1995. 
  Basic Facts About the United Nations. N.Y., 1995. 
  Bowett D.W. The Law of International Institutions.4th  ed. London, 1982. 
  Osmanczyk  F.  The  Encyclopedia  of    the  United  Nations  and  International  Agreements
London, 1985. 
  Simma B.(ed.) The Charter of the United Nations: A Commentary. Oxford. 1995. 
 
1. Beynəlxalq təşkilatlar hüququnun anlayışı və mənbələri. 
Beynəlxalq  təşkilatlar  hüququ  –  dövlətlərarası  (hökumətlərarası)  təşkilatların  statusunu, 
strukturunu,  onların  orqanlarının  səlahiyyətlarini  və  fəaliyyət  qaydasını  nizama  salan 
normalrın məcmusuna deyilir. 
  Dövlətlərarası  əməkdaşlığın  ən  mühüm  təşkilatı  formalarnıdan  biri  kimi  beynəlxalq 
təşkilatlar XIX əsrin ikinci yarısında meydana gəlməyə başlamışdır.  lk beynəlxalq təşkilatlar 
aşağıdakılar idi: 1) Torpağın ölçülməsi üzrə Beynəlxalq ittifaq (1864); 2) Beynəlxalq teleqraf 
ittifaqı (1874); 3) Ümumdünya poçt ittifaqı (1874); 4) Beynəlxalq ölçü və çəki komitəsi (1875); 
5)  Sənaye  mülkiyyətinin  mühafizəsi  üzrə  Beynəlxalq  ittifaq  (1883);  6)  Ədəbi  və  bədii 
mülkiyyətin  mühafizəsi  üzrə  Beynəlxalq  ittifaq  (1886);  7)  Gömrük  tariflərinin  nəşri  üzrə 
Beynəlxalq  ittifaq  (1890);  8)  Köləlik  əleyhinə  Beynəlxalq  ittifaq  (1890);  9)  Dəmiryol  mal 
daşımaları üzrə Beynəlxalq ittifaq (1890). 
  Hal-hazırda  300-dən  artıq  beynəlxalq  hökumətlərarası  təşkilat  mövcuddur.  Geniş  mənada 
beynəlxalq  təşkilatların  (qeyryi-hökumət  təşkilatları  da  daxil  olmaqla)  sayı  isə  4  mindən  də 
artıqdır. 

  Beynəlxalq  təklilatlar  hüququ  sahəsində  vahid  məcəllələşdirilmiş  akt  toxdur.  Ona  görə  də 
beynəlxalq  təklilatların  statusu,  təşkili  və  fəaliyyəti  ilə  bağlı  normaları  müxtəlif  xarakterli 
beynəlxalq müqavilələrdə tapmaq olar: 
1)
  Beynəlxalq təklilatlarin təsis aktları (nizamnaməlri). 
Hər bir beynəlxalq təklilat təsisçi dövlətlərin işləyib hazırladığı və qəbul etdiyi 
beynəlxalq  müqavilə  (nizamnamə)  əsasında  yaradır  və  fəaliyyət  göstərir.  Nizamnamədə 
müvafiq beynəlxalq təklilatın məqsəd və vəzifələri, strukturu, onun orqanlarının səlahiyyətləri 
və  fəaliyyət  qaydası  təsbit  olunur,  təşkilata  üzvlük,  təşkilatdan  çıxarılma,  inzibati  və  büdcə 
məsələləri və s. öz həllini tapır. 
  2)  Beynəlxalq  təklilatların  statusu  ilə  bağlı  ayrı-ayrı  məsələləri  nizama  salan  aşağıdakı 
universal  sazişlər:  Dövlətlərin  universal  xarakterli  beynəlxalq  tışkilatlarla  münasibətlərində 
nümayəndəlikləri  haqqında  1975-ci  il  Vyana  Konvensiyası  və  Dövlətlər  ilə  beynəlxalq 
şkilatlar arasında və beynəlxalq tışkilatlar arasında müqavilələr hüququ haqqında 1986-ci il 
Vyana Konvensiyası. 
  3)  Beynəlxalq  təklilatların,  onların  mənzil-qərargahlarının  yerləşdiyi  dövlətlərlə  bağladığı 
müqavilələr (məsələn, Birləşmiş Millətlər təşkilatı və ABŞ Hökuməti arasında 26 iyun 1947-ci il 
tarixli Saziş
). 
2.  Beynəlxalq  təşkilatın  hüquqi  təbiəti.  Yuxarıda  qeyd  etmişdik  ki,  beynəlxalq  tışkilatlar 
beynəlxalq  hüququn  törəmə  subyektidir;  onların  beynəlxalq-hüquqi  subyektliyi  fuksional 
xarakter daşıyır. Beynəlxalq təklilatların aşağıdakı əlamətləri vardır:  
  a) müqavilə əsasında yaradılır; 
  b) müvafiq təşkilati struktura malikdir;     
  c) müəyyən məqsəd və vəzifələri vardır;                 
  ç) beynəlxalq hüquq və öhdəliklərə malikdir;         
  Beləliklə,  beynəlxalq  təşkilat  –  müəyyən  məqsədləri  həyata  keçirmək  üçün  beynəlxalq 
müqavilə  əsasında  yaradılmış,  daimi  fəaliyyət  göstərən,  müvafiq  orqanlar  sisteminə  malik 
olan, üzv-dövlətlərin hüquq və öhdəliklərindən fərqli hüquq və vəzifələrə malik olan dövlətlə
birliyinə deyilir. 

  Beynəlxalq təklilatların aşağıdakı növləri vardır: 
  I – üzv-dövlətlərin əhatə dairəsinə görə: 
  1) universal təşkilatlar (Birlaşmiş Millətlər Təşkilatı, Beynəlxalq əmək təşkilatı, YUNESKO 
və b.).      
  2) regional təşkilatlar (Avropa Şurası,  slam konfransı təşkilatı, Amirika dövlətləri təşkilatı 
və b.).       
  II – malik olduqları səlahiyyətlərin həcminə və xarakterinə görə:      
  1)  ümumi  səlahiyyətə  malik  təşkilatlar  (Birlaşmiş  Millətlər  Təşkilatı,  ATƏT,  Amirika 
dövlətləri təşkilatı və b.).       
  2)  xüsusi  səlahiyyətə  malik  təşkilatlar  (Ümumdünya  ticarət  təşkilatı,  Beynəlxalq  əmək 
təşkilatı, Ümumdünya səhiyyə təşkilatı və b.).     
  III – təşkilata daxil olma qaydasına görə:     
1)
  açıq təşkilatlar (istənilən dövlət onların üzvü ola bilər)   
2)
  qapalı təşkilatlar (bu təşkilatın üzvlüyünə qəbul təsisçi dövlətlərin dəvəti ilə 
həyata keçirilir; məsələn, NATO).     
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin