Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   2   3   4   5   6   7   8   9   ...   19

2.  Dövlətlərin  suveren  bərabərliyi  prinsipi.  Bu  prinsip  öz  birbaşa  ifadəsini  BMT  nin 
Nizamnaməsini  2-ci  maddəsinin  1-ci  bəndində  tapmışdır:    “Təşkilat  onun  bütün  Üzvlərinin 
suveren bərabərliyi prinsipinə əsaslanır”. 
Suveren bərabərlik prinsipinin məzmunu iki ünsürdən ibarətdir. 
1.  Hər  bir  dövlət  tam  suverenliyə  malikdir  və  öz  siyasi  və  ikdisadi  sistemini  sərbəst  və 
manesiz  olaraq  özü  müəyyən  edir.  Hər  bir  dövlət  bütün  digər  dövlətlərin  suverenliyinə,  o 
cümlədən ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etməlidir. 
2.  Bütün  dövlətlər  ərazisinin  miqyasından,  əhalisinin  sayından,  inkişaf  səviyyəsindən  və 
hərbi-siyasi  potensiallından  asılı  olmayaraq  hüquqi  cəhətdən  bərabərdir.  Beynəlxalq 
təşkilatlarda,  bir  qayda  olaraq,  hər  bir  dövlət  bir  səsə  malikdir.  Beynəlxalq  hüquq  normaları 
dövlətlər tərəfindən qarşılıqlı razılıq yolu ilə bərabərhüquqlu əsasda yaradılır. 

Suveren  bərabərlik  prinsipi  bütün  dövlətlərin  beynəlxalq  məsələlərin  həllində  bərabər 
iştirakını təmin etməyə yönəlmişdir. 
    3.Dövlətlərin  daxili  yurisdiksiyasında  olan  işlərə  qarışmamaq  prinsipi.  Bu  prinsip 
dövlətlərin  suveren  bərabərlik  prinsipi  ilə  üzvi  surətdə  bağlıdır  və  əslində  onu  tamamlayır. 
Prinsipin məğzi ondan ibarətdir ki, dövlətin öz suveren hüquqlarını öz arzu və iradəsinə uyğun 
həyata keçirməsinə heç bir digər dövlət və ya beynəlxalq təşkilat qarışa bilməz. 
BMT  Nizamnaməsinin  2-cı  maddəsinin  7-ci  bəndində  deyilir:  “Bu  Nizamnamənin  heç  bir 
müddəası  Birləşmiş  Millətlərə  səlahiyyət  vermir  ki,  hər  hası  bir  dövlətin  əsas  etibarilə  daxili 
yurisdiksiyasında olan məsələlərə müdaxilə etsin...”. 
Doğrudur,  göstərilən  qadağa  bilavasitə  Birləşmiş  Millətlər  Təşkilatının  üzərinə  qoyulmuşdur. 
Lakin  məntiqi  təfsir  belə  bir  nəticə  çıxarmağa  imkan  verir  ki,  dövlətləin  daxili  işinə 
qarışmamaq öhdəliyi BMT-nin büyün üzvlərinə şamil olunur. Hazırda dünyanın hər bir dövləti 
üçün imperativ xarakter daşıyan bu prinsipin normativ məzmunu bir sıra mühüm sənədiəlrdə, o 
cümlədən  Dövlətlərin  daxili  işlərinəqarışmağın  yolverilməzliyin,  onların  müstəqilliyinin  və 
suverenliyinin qorunmasıhaqqında BMT-nin 1965-ci il Bəyannaməsində,
yuxarıda adı çəkilmiş 
1970-ci il Bəyannaməsində, Helsinki Yekun aktında açıqlanır. 
Qeyd edək ki, “dövlətin daxili yurisdiksiyasında olan məsələlər” onun ərazi daxilində olan 
məsələlər demək deyildir. Dövlətin ərazisində baş verən bir çox məsələlər,- misal üçün, xarici 
səfirliyin  binasına  basqın  edilməsi,  -  heç  də  onun  daxili  işi  sayılmır.  Digər  tərəfdən,  ilk 
baxışdan,  “beynəlxalq”  sayılan  hər  hansı  məsələ,-  misal  üçün,  dövlətin  başqa  bir  dövlət  ilə 
üçüncü  tərəfin  hüquq  və  mənafelərinə  toxunmayan  müqavilə  bağlaması,  -  həmin  dövlətlərin 
daxili işi hesab olunur və ona istənilən müdaxilə qadağandır. Hansı məsələnin dövlətin daxili işi 
olmasını beynəlxalq hüquq müəyyən emir və edə də bilməz. Lakin bir şey aydındır ki, əgər hər 
hansı  məsələ  üzrə  dövlət  öz  üzərinə  beynəlxalq  öhdəlik  götürmüşsə,  bu,  artıq  onun  daxili 
məsələsi  sayıla  bilməz.  Daimi  Beynəlxalq  ədalət  məhkəməsi  1930-cu  ildə  qeyd  etmişdi  ki, 
“dövlətin daxili səlahiyyət dairəsində olan məsələlərin” həcmi sabit deyildir və bu, beynəlxalq 
hüququn inkişafı ilə dəyişə bilməz. Məsələn, o vaxtlar və ondan sonrakı illərdə də dövlətlərin 
sirf  daxili işi  olan insan  hüquqlarının  milli qanunvericilikdə təsbiti və qorunması  məsələsi bu 
gün  prinsip  etibarilə  beynəlxalq  məsələyə  çevrilmişdir.  Nəhayət,  burada  bir  məqamı  da 
vurğulamaq  lazımdır  ki,  əgər  bir  dövlətin  ərazisindəki  daxili  münaqişə  və  ya  situasiya 
beynəlxalq sülhə və təhlükəsizliyə real qorxu yaradırsa, bu, yenə də daxili məsələ sayılmır və 

BMT  Təhlükəsizlik  Şurası  bu  hallarda  BMT  Nizamnaməsinin  VII  fəslinə  müvafiq  olaraq 
məcburiyyət  tədbirləri  tətbiq  edə bilər; təbii ki, həmin  kollektiv  sanksiyalar qətiyyən  dövlətin 
daxili işlərinə qarışmaq deyildir. 
Sözü gedən prinsipin normativ məzmunu aşaıdakılardan ibarətdir: 
1)  dövlətin  suverenliyinə  və  onun  siyasi  və  iqtisadi  əsaslarına  qarşı  yönəlmiş  silahlı 
müdaxilə və digər müdaxilə formaları qadağandır; 
2) heç bir dövlət başqa bir dövlətin, onun öz suveren hüquqlarını həyata keçirməkdə özünə 
tabe  edilməsinə  və  bununla  ondan  hər  hansı  imtiyaz  əldə  edilməsinə  nail  olmaq  üçün  hərbi, 
siyasi və ya istənilən digər məcburiyyət tətbiq edə bilməz; 
3)  başqa  bir  dövlətin  quruluşunun  zorakı  yolla  dəyişdirilməsinə  yönəlmiş  təxribatçı  və  ya 
terrorist fəaliyyətin təşkili və yaxud dəstəklənməsi yolverilməzdir; 
4) başqa bir dövlətdə silahlı münaqişəyə müdaxilə qadağandır; 
5) hər bir dövlət digər dövlətərin (və beynəlxalq hüququn digər subyektlərinin) müdaxiləsi 
olmadan öz siyasi, iqtisadi, sosial və mədəni sistemini seçmək hüququna malikdir. 
4. Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi. Müasir beynəlxalq hüquq üçün 
müstəsna  əhəmiyyətə  malik  olan  bu  prinsip  öz  birbaşa  ifadəsini  BMT  Nizamnaməsinin  2-ci 
maddəsinin 4-cü bəndində tapmışdır. Burada deyilir ki, Birləşmiş Millətlər Təşkilatının bütün 
Üzvləri  “öz  beynəlxalq  münasibətlərində,  hər  hansı  bir  dövlətin  ərazi  bütövlüyünə  və  siyasi 
müstəqilliyinə qarşı, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan 
hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər”. Prinsipi özündə əks 
etdirən  sənədlər  sırasında  Təcavüzün  tərifi  haqqında  BMT  Baş  Assambleyasının  1974-cü  il 
qətnaməsini,  Beynəlxalq  münasibətlərdə  güclə  hədələməkdən  və  ya  onun  tətbiqindən  imtina 
edilməsi  prinsipinin  səmərəliliyinin  artırılması  haqqında  1987-ci  ilBəyannaməsini
  xüsusilə 
qeyd etmək lazımdır.  
“Güc” dedikdə, BMT Nizamnaməsində hərbi, silahlı güc başa düşülür. Ədəbiyyatda bəzən 
rast gəlinən və bu terminin məna yükünün genişləndirilməsi, iqtisadi, və hətta ideoloji gücün də 
bu  termin  vasitəsilə  əhatə  olunmasını  nəzərdə  tutan  fikirləri  birmənalı  qəbul  etmək  olmaz  və 
demək olar ki, bu fikirlər pozitiv beynəlxalq hüquqa söykənmir. 

BMT Nizamnaməsinin göstərilən müddəasının bəzən belə bir təfsiri verilir ki, dövlətin ərazi 
bütövlüyünə  və  siyasi  müstəqilliyinə  qarşı  olmayan,  hər  hansı  “bəraətverici”  məqsədlə, 
məsələn, insan hüquqlarının kütləvi pozulmısı hallarının qarşısını almaq üçün birtərəfli qaydada 
güc  tətbiq  olunması  (buna  “humanitar  müdaxilə  deyilir)  beynəlxalq  hüquqa,  daha  doğrusu, 
sözü  gedən  prinsipə  zidd  deyildir.  Doğrudur,  BMT  Təhlükəsizlik  Şurası  tərəfindən 
sanksiyalaşdırılmamış humanitar müdaxiləyə mənəvi baxımdan, humanizm nöqteyi-nəzərindən 
haqq  qazandırmaq  olar,  lakin  dövlətlərin  müvafiq  praktikası  güc  tətbiqinin,  BMT 
Nizamnaməsində  əks  olunmuş  və  aşağıda  şərh  olunacaq  iki  istisnadan  başqa,  bütün  hallarda 
yolverilməzliyini təsdiq edir. 
Sözü gedən prinsipə görə, aşağıdakı hərəkətlər hüquqazidd hesab olunur: 
•  digər dövlətin beynəlxalq sərhədlərini pozmaq məqsədilə və ya beynəlxalq 
mübahisələri,  o  cümlədən  ərazi  və  yaxud  sərhəd  mübahisələrini  həll  etmək  üçün  güc  tətbiq 
etmək və ya güc tətbiqi ilə hədələmək; 
•  silahlı güc tətbiq etməklə əvəzçıxma təzyiq tədbirləri; 
burada,qadağan  olunmuş  əməllər  sırasında  bir dövlətin  silahlı qüvvələrinin başqa bir  dövlətin 
limanlarını blokadaya almasını (buna “dinc blokada”deyilir) göstərmək olar.  
•  qeyri-nizami qüvvələrin və ya silahlı bandaların təşkili və ya təşkilinə dəstək 
verilməsi; 
•  digər dövlətlərin ərazisində vətəndaş müharibəsinin və yaxud terror aktlarının 
təşkil edilməsi, onlara yardım edilməsi və ya onlarda birbaşa iştirak edilməsi; 
•  digər dövlətin ərazisinin qeyri-qanuni güc tətbiq etməklə işğal edilməsi; 
•  güc tətbiq etməklə və ya güc tətbiqi ilə hədələməklə digər dövlətin ərazisinin ələ 
keçirilməsi; 
•  xalqları özünümüəyyənetmə güququndan, azadlıq və müstəqillikdən məhrum 
edən zorakı hərəkətlərin törədilməsi. 
  Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinin ən ağır pozuntusu silahlı təcavüz 
hesab olunur. Təcavüz və onun ən təhlükəli forması olan silahlı əcavüzü, əlbəttə ki, qarışdırmaq 
olmaz.  Dövlət  aktı  kimi  (fərdin  törətdiyi  beynəlxalq  cinayət  kimi  yox)  təcavüzün  anlayışı 
barədə  beynəlxalq  müqavilə  olmasa  da,  BMT  Baş  assambleyasının  XXIX  sessiyasında  (14 

dekabr 1974-cü il) qəbul olunmuş 3314 saylı qətnamə mövcuddur. “Təcavüzün tərifi” adlanan 
bu qətnaməyə görə, aşağıdakı aktlardan hər biri təcavüz sayılır. 
1)
  bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisinə soxulması və ya 
basqın etməsi, yaxud hər hansı işğal; 
2)
  bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisini bombardıman 
etməsi və ya onun ərazisinə qarşı hər hansı silahın tətbiq edilməsi; 
3)
  bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin liman və ya sahillərini 
blokadaya alması; 
4)
  bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru, dənizz və ya hava 
qüvvələrinə, yaxud dəniz və  hava donanmasına basqın etmısi; 
5)
  bir dövlətin,başqa bir dövlətin ərazisində onunla razılaşma əsasında yerləşən 
silahlı  qüvvələrinin  bu  razılaşmanın  şərtlərini  pozmaqla  istifadə  edilməsi  və  habelə  həmin 
silahlı qüvvələrin bu  razılaşmanın xitam  olunmasından sonra göstərilən  ərazidə qalmaqda hər 
hansı formada davam etməsi; 
6)
  dövlətin öz ərazisini, həmin ərazini üçüncü bir dövlətə qarşı təcvüz aktı 
törətmək üçün istifadə istifadə edən başqa bir dövlətin sərıncamına verməsi; 
7)
  bir dövlət tərəfindən və ya həmin dövlətin adından başqa bir dövlətə qarşı 
hərbi əməliyyatlar hə-yata keçirən silahlı bandaların, qrupların, qeyri-nizami qüvvələrin və ya 
muzdluların göndərilməsi. 
Qeyd  etmək  lazımdır  ki,  təcavüz  aktının  müəyyən  edilməsi  BMT  Təhlükəsizlik  Şurasının 
müstəsna səlahiyyətinə aiddir (BMT Nizamnaməsinin 39-cu maddəsi). Təhlükəsizlik Şurasının 
bu  preroqativi,  habelə  “Təcavüzün  tərifi  haqqında”  qətnamədə  və  Beynəlxalq  cinayə 
məhkəməsinin  Nizamnaməsində  ifadə  olunmuşdur.  Lakin,  yaxşı  məlum  olduğu  kimi,  siysi 
mülahizələr  ucbatından  çoxsaylı  təcavüz  aktları,  birbaşa  basqin  faktları  da  daxil  olmaqla, 
Təhlükəsizlik  Şurası  tərəfindən  lazımi  tövsifini  almışdır.  Buna  ən  bariz  misal  kimi 
Ermənistanın  Azərbaycana  qarşı  törətdiyi  məlum  hərəkətləri  göstərmək  olar.  Bu  açıq-aşkar 
təcavüz  aktları  nəticəsində  Azərbaycan  Respublikası  ərazisinin  20  faizə  qədəri  işğal 
olunmuşdur.  Təəssüflər  olsun  ki,  konfiliktlə  bağlı  Təhlükəsizlik  Şurasının  çıxardığı  dörd 

qətnamənin heç birində (822, 853, 874 və 884) təcavüz aktı barəsində, Ermənistanın təcavüzkar 
dövlət elan olunması barəsində heç nə deyilmir. 
Yuxarıda göstədiyimiz kimi, güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipindən iki 
müstəsna  halmövcuddur,  yəni  beynəlxalq  hüquq  yalnız  iki  halda  silahlı  gücün  tətbiqinə  yol 
verilir: 
1.
  Özünümüdafiə. 
Dövlət  silahlı  basqından  özünü  müdafiə  etmək  məqsədilə  fərdi  qaydada  və  ya  başqa 
dövlətlərlə  birgə  və  proporsionallıq  prinsipinə  əməl  etmək  şərtilə  güc  tətbiq  edə  bilər.  BMT 
Nizamnaməsinin  51-ci  maddəsində  deyilir:  “Bu  Nizamnamənin  heç  bir  müddəası,  əgər 
Birləşmiş  Millətlərin  Üzvünə  qarşı  silahlı  basqın  baş  verərsə,  Təhlükəsizlik  Şurası  tərəfindən 
beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanması  üçün  zəruri  olan  tədbirlə  görülənə 
qədər, ayrılmaz xarakter daşıyan fərdi və ya kollektiv özünümüdaafiə hüququna xələl gətirmir”. 
2.
  Sülhə təhlükə, sülhün pozulması və ya təcavüz aktı olduqda, BMT Təhlükəsizlik 
Şurasının qərarına əsasən. 
BMT Nizamnaməsinin 42-ci maddəsinə müvafiq olaraq, BMT Təhlükəsizlik Şurası “...hava, 
dəniz və ya quru qüvvələri vasitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması 
və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər”. 
 5.  Beynəlxalq  mübahisələri  dinc  yolla  həll  etmək  prinsipi.  BMT  Nizamnaməsinin  2-ci 
maddəsinin  3-cü  bəndinə  görə,  Birləşmiş  Millətlər  Təşkilatının  bütün  Üzvləri  “öz  beynəlxalq 
mübahisələrini  dinc  vasitələrlə  o  qaydada  həll  edirlər  ki,  beynəlxalq  sülh  və  təhlükəsizlik  və 
ədalət təhlükəyə məruz qalmasın”. 
Əsas  bir  cəhəti  qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  mübahisələri  dinc  yolla  həll  etmək 
prinsipi yuxarıda şərh etdiyimiz güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi ilə sıx 
surətdə  bağlılıq  və  onun  məzmununu  tamamlayır.  Doğrudur,  sözü  gedən  prinsip  ümumi 
beynəlxalq  hüquq  norması  kimi  bir  qədər  əvvəl-  hələ  ikinci  dünya  müharibəsindən  qabaq 
formalaşmışdır.  Beynəlxalq  toqquşmaların  dinc  həlli  haqqında1907-ci  il  Haqa 
Konvensiyasında
 (1-ci və 2-ci maddələr) və Millətlər Liqaının Sttutunda (12-ci, 13-cü, 15-ci və 
17-maddələr)  məhdud  çərçivədə  təsbit  olunmuş  bu  prinsip  bu  günkü  anlamda,  yəni  heç  bir 
qeyri-şərtsiz və imperativ  formada  ilk dəfə  olaraq  1928-ci il  Brain-Kelloq  Paktında  öz  əksini 
tapmışdır. Paktın II maddəsində birbaşa göstərilirdi ki, müqavilənin iştirakçısı olan dövlətlər öz 

aralarında  ortaya  çıxan  bütün  mübahisə  və  ya  münaqişələri,  onların  xarakterindən  və 
mənşəyindən  asılı  olmayaraq,  yalnız  dinc  vasitələrlə  həll  etməlidirlər.  Sonralar  BMT 
Nizamnaməsində  təsbit  olunmuş  bu  mühüm  norma,  həmçinin  əsas  regional  təşkilatların 
nizamnamələrində də birbaşa əks olunmuşdur. 
Prinsipin  normativ  məzmununa  keçməzdan  qabaq  “beynəlxalq  mübahisə”  anlayışını 
açıqlamağa ehtiyac vardır. 
Heç  bir  müvafiq  beynəlxalq  sazişdə  ,  o  cümlədən  BMT  Nizamnaməsində  beynəlxalq 
mübahisənin tərifi verilmir. Beynəlxalq Məhkəmə iki dəfə bu məsələ ilə qarşılaşmışdır. Daimi 
Beynəlxalq  ədalət  məhkəməsi    Mavromatis işində  (1924-cü il)  qeyd  edilmişdi ki,  “mübahisə- 
iki şəxs arasında hər hansı hüquq normasına və ya fakta görə fikir müxtəlifliyidir”. Oxşar tərif 
Cənub-qərbi  Afrika  işində  (ilkin  etirazlarmərhələsi,  1962-ci  il)
  də  verilmişdir.  Sadəcə  belə 
demək olar ki, mübahisə o zaman mövcuddur ki, bir dövlət digər dövlətə qarşı iddia irəli sürür, 
o biri dövlət isə bu iddianı rədd edir. Beynəlxalq mübahisənin aşağıdakı əlamətlərini göstərmək 
olar: 
1) iki və ya daha artıq tərəfin – beynəlxalq hüquq subyektlərinin olması; 
  2) mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması; 
3)mübahisə edən tərəfin qarşılıqlı iddialarının olması; 
4) tərəflərin öz aralarında mübahisənin yaranması faktını etiraf etməsi; 
5)mübahisənin taranması anının müəyyən edilməsi. 
     Mübahisə “situasiya” dan fərqləndirilməlidir. Doğrudur, çox zaman bu iki termin 
bir  yerdə  işlədilir.  Misal  üçün,  BMT  Nizamnaməsinin  1-ci  maddəsinin  1-ci  bəndini,  habelə 
Beynəlxalq  sülhə  və  təhlükəsizliyə  qorxu  yarada  bilən  mübahisə  və  situasiyalarınqarşısının 
alınması və aradan qaldırlması
 və BMT-nin bu sahədə rolu haqqındaBəyannaməni göstərmək 
olar.  Situasiyadövlətlərin  maraqlarının  toqquşması  nəticəsində  gərginliyin  yaranmasıdır,  lakin 
bu zaman tərəflər bir-birinə qarşı iddialar irəli sürmürlər. Situasiya zamanı sanki tərəflər olmur, 
yəni qarşılıqlı iddialar yoxdur. 
Belə demək olar ki, hər bir mübahısə situasiyadır, lakin heç də 
hər  bir  situasiya  mübahisə  deyildir.  Mübahisə  və  situasiyanın  fərqləndirilməsi  nəzəri  məsələ 
deyildir; bunun olduqca mühüm praktik əhəmiyyəti vardır. Belə ki, BMT Nizamnaməsinin 27-
ci maddəsinin 3-cü bəndinə görə, mübahisənin tərəfi olan Təhlükəsizlik Şurasının daimi üzvü 

qərar qəbul edilərkən səsvermədə iştirak etməməlidir. Bu müdda situasiyalara şamil olunmur. 
BMT  Nizamnaməsinin  36-cı  maddəsinin  1-ci  bəndinə  əsasən,  Təhlükəsizlik  Şurası  həmin 
mübahisənin, həm də situasiyanın istənilən mərhələsində müvafiq nizamlama prosedurları və ya 
metodları  tövsiyə  edə  bilər.  37-ci  və  38-ci  maddələrə  görə  isə,  Təhlükəsizlik  Şurası  tərəflərə 
situasiyanın  yox,  mübahisənin  həlli  şərtlərini  töfsiyə  edə  bilər.  Nəhayət,  BMT  Beynəlxalq 
Məhkəməsinə iş situasiya ilə deyil, yalnız mübahisə ilə bağlı verilə bilər.  
Lakin  istənilən  halda,  beynəlxalq  mübahisələri  dinc  yolla  həll  etmək  prinsipi  həm 
beynəlxalq mübahisəlrə, həm də beynəlxalq situasiyalara şamil olunur. 
Beynəlxalq  mübahisələri  dinc  yolla  həll  etmək  prinsipinin  məzmunu  dövlətlərin  aşağıdakı 
hüquq və öhdəliklərində öz ifadəsini tapır: 
1.
  Dövlətlər öz mübahisələrini, onların xarakterindən və mənşəyindən asılı 
olmayaraq,  yalnız  yə  yalnız  dinc  vasitələrlə  həll  etməlidirlər.  Lakin  prinsipin  məzmunundan 
belə  alınmır  ki,  dövlətlər  öz  beynəlxalq  mübahisələrini  mütləq  həll  etməlidirlər.  Beynəlxalq 
hüquqda  dövlətlərdən  bunu  imperativ  şəkildə  tələb  edən  norma  yoxdur.  Beynəlxalq  hüququn 
tələb  etdiyi  budur  ki,  əgər  dövlət  öz  mübahisəsini  nizamlamaq  qərarına  gəlibsə,  bunu  yalnız 
dinc yolla etməlidir. 
2.
  Dövlətlər öz mübahisələrini həll edərkən dinc vasitələrdən hər hanı birini 
seçmək hüququna malikdirlər. Lakin dövlətlər qabaqcadan konkret beynəlxalq müqavilədə hər 
hansı  nizamlama  vasitəsinə  razılaşa  bilərlər.  Məsələn,  Dəniz  hüququüzrə  1982-ci  il  BMT 
Konvensiyasında
 mübahisələrin nizamlanmasının dörd məcburi proseduru nəzərdə tutulmuşdur 
ki, bunlardan hər birini hər hansı dövlət Konvensiyanı imzalayarkən və ya ratifikasiya edərkən 
yazılı  bəyanat  vasitəsilə  seçə  bilər:  1)  Dəniz  hüququ  üzrə  Beynəlxalq  tribunal;  2)  BMT-nin 
Beynəlxalq məhkəməsi; 3) Konvensiyaya VII Əlavəyə müvafiq olaraq yaradılan arbitraj və 4) 
Konvensiyaya VIII Əlavəyə müvafiq olaraq yaradılan xüsusi arbitraj. 
3.
  Dövlətlər arasında olan mübahisəni həll olunmaq üçün hər hansı üçüncü tərəfə 
təqdim  etməyə  məcbur  oluna  bilməzlər.  Lakin  bu  norma  beynəlxalq  sülhə  və  təhlükəsizliyə 
qorxu yarada bilən mübahisələrə aid deyildir. 
4.
  Dövlətlər aralarında olan mübahisənin kəskinləşməsinə səbəb ola bilən 

hərəkətlərdən  çəkinməlidirlər.  Mübahisənin  həllini  çətinləşdirə  bilən,  beynəlxalq  sülhə  və 
təhlükəsizliyə  qorxu  yarada  bilən,  habelə  mübahisənin  tərəflərindən  birinin  vəziyyətini 
pisləşdirə bilən hərəkətlər qadağan olunur. 
5.
  Dövlətlər öz mübahisələrini beynəxalq hüquq və ədalət əsaında həll etməlidirlər. 
  6. Sərhədlərin pozulmazlığı prinsipi. Sərhədlərin pozulmazlığı prinsipi güc tətbiq etməmək 
və  ya  güclə  hədələməmək  prinsipi  və  ya  suveren  bərabərlik  prinsipi  ilə  sıx  surətdə  bağlıdır. 
Helsinki Yekun Aktında o, müstəqil prinsip kimi təsbit olunmuşdur. Sərhədlərin pozulmazlığı 
prinsipi digər regionlarda  - afrika və Cənubi Amerikada  da imperativ norma kimi tanınmişdır. 
Dövlətin  razılığı  olmadan  onun  sərhədləri  heç  bir  halda  dəyişdirilə  bilməz.  Azərbaycan 
Respublikasının Konstitusiyasına görə, belə bir razılıq yalnız referendum vasitəsələ ifadə oluna 
bilər.  
  Sərhədlərin pozulmazlığı prinsipinin məzmunu aşağıdakı ünsürlərdən ibarətdir: 
  1) mövcud sərhədlər beynəlxalq hüquqa müvafiq olaraq müəyyən olunmuş 
sayılır; 
2)
  dövlət başqa bir dövlətə qarşı hər hansı ərazi iddiasından imtina etməlidir; 
3)
  dövlət başqa bir dövlətin sərhədlərinə qarşı istənilən qəsdlərdən imtina 
etməlidir. 
 7.  Ərazi  bütövlüyü  prinsipi.  Bu  prinsip  BMT  Nizamnaməsinin  2-ci  maddəsinin  4-cü 
bəndində dolayı yolla əks olunmuşdur. Müstəqil prinsip kimi o, Helsinki Yekun Aktında təsbit 
olunmuşdur.  Göstərilən  prinsipin  başlıca  məzmunu  ondan  ibarətdir  ki,  dövlətlər  bir-  birinin 
ərazi  bütövlüyünə  hörmət  etməlidirlər.  Hər  bir  dövlət  başqa  bir  dövlətin  ərazi  bütövlüyünün 
pozulmasına  yönəlmiş  hüquqazidd  hərəkətlərdən  çəkinməlidir.  Dövlətin  ərazisi  qanunsuz  gqc 
tətbiqi  nəticəsində  hərbi  işğal  obyekti  ola  bilməz.  Ərazi  bütövlüyü  prinsipi  özündə  digər  bir 
prisipi – hələ xıx əsrdə Latın Amerikasında Formalaşmış və 1986- cı ildə Burkina Faso /Mali 
işində 
BMT-nin  Beynəlxalq  Məhkəməsi  tərəfindən  ümumi  beynəlxalq  hüquq  norması  kimi 
xarakterizə edilmiş uti possidetis prinsipini ehtiva edir. Uti prossidest prinsipinin məğzi ondan 
ibarətdir  ki,  müstəmləkələrin  və  ya  federasiya  subyektlərinin  əvvəlki  sərhədləri  tehi  müstəqil 

dövlətlərin beynəlxalq sərhıdləri olur və müvafiq razılıq olmadan dəyişilə bilməz. Azərbaycanla 
bağlı demək olar ki, onun SSR  dövründə malik olduğu ərazisinin bütövlüyünə istənilən iddia 
və ya qəsd sözü sözü gedən prinsipə tamamilə ziddir. 
8.  Xalqların  özünümüəyyənetmə  prinsipi.  Bu  prinsip  BMT  Nizamnaməsində,  Müstəmləkə 
ölkələrinə  və  xalqlarınamüstəqillik  verilməsi  haqqında  1960-cı  il  Bəyannaməsində,  nsan 
hüquqları  haqqında1966-cı  il  Beynəlxalq  Paktlarının
  1-ci  maddələrində,  1970-ci  il 
Bəyannaməsində, Helsinki Yekun aktında, habelə BMT-nin Beynəlxalq Məhkəməsinin bir sıra 
qərar və məsləhət xarakterli rəylərində öz əksini tapmışdır. Şərqi Timor haqqında işdə (1995-ci 
il)  Beynəlxalq  Məhkəmə  qeyd  etmişdir  ki,  xalqların  özünümüəyyənetmə  hüququ  erga  omens 
hüququdur,  yəni  bütün dövlətlər  bu hüquqa hörmət  etməlidirlər  və onun həyata  keçirilməsinə 
maneə törətməməlidirlər. 
  Prinsipin  məzmununu  açıqlamaq  üçün  iki  anlayış  –  “xalq”  və  “özünümüəyyənetmə” 
anlayışlarının məna yükünü düzgün bilmək lazımdır. 
  Göstərilən  prinsipin  kontekstində  və  ümumiyyətlə,  beynəlxalq  hüquqda  “xalq”,  bir  qayda 
olaraq, etnik anlamında başa düşülmür. Beynəlxalq-hüquqi anlayış kimi “xalq” hər hası milli və 
ya  etnik  qrupu  deyil,  məhz  dövlətin  (və  ya  dövlətçilikdən  qeyri-qanuni  məhrum  edilmiş 
ərazinin)  bütün  əhalisini  bildirir.  Yəni  “xalq”  etnos  kimi  deyil,  demos  kimi  başa  düşülmür. 
Yalnız  xalq  bütövlükdə  bu  hüququn  daşıyıcısıdır.  Xalqın  bir  hissəsinin,  o  cümlədən,  milli 
azlıqların belə bir hüququ yoxdur. Bu, beynəlxalq hüquqda birmənalı olaraq qəbul edilmişdir. 
  “Özünümüəyyənetmə”  o  deməkdir  ki,  hər  bir  xalq  xaricdən  müdaxilə  olmadan  sərbəst 
olaraq  özü  öz  siyasi  statusunu  müəyyən  edə  bilər  və  öz  iqtisadi,  sosial  və  mədəni  inkişafını 
həyata  keçirə  bilər. Müstəmləkə  altında olan və  ya  ışğal  olunmuş  ərazinin  bütün  əhalisi üçün 
bu: 
a)
  müstəqillik əldə edilməsində və suveren dövlət qurulmasında; 
b)
  hər hansı bir müstəqil dövlətə qoşulmaqda, yaxud 
c)
  hər hansı bir müstəqil dövlətələ birləşməkdə ifadə oluna bilər. 
Təbii ki, müstəqil dövlətlərin xalqı (əhalisi) da özünümüəyyənetmə hüququna 
malikdir. Həmin xalq üçün özünümüəyyənetmə, hər şeydən öncə, demakratik idarəetməhüququ 
deməkdir.  Yəni  xalq  daxildən  və  xaricdən  təzyiq  və  ya  müdaxilə  olmadan  demokratik 

vasitələrlə  öz  iqtisadi,  sosial  və  mədəni  inkişafını  həyata  keçirmək  imkanına  malik  olmalıdır. 
Əlbəttə ki, bu xalq öz siyası statusunu sərbəst surətdə özləri müəyyən edə bilərlər. 
  Xüsusi  vurğulanmalıdır  ki,  özünümüəyyənetmə  hüququnun  həyata  keçirilməsi  dövlətlərin 
suvernliyi  və  ərazi  bütövlüyü  ilə  uzlaşmalıdır  və  sesessiyanı  (dövlətdən  müəyyən  ərazinin 
ayrılmasını)  sanksiyalaşdıra  bilməz.  Başqa  sözlə,  bu  hüququn  həyata  keçirilməsi  müstəqil, 
demokratik dövlətin parçalanması üçün əsas ola bilməz. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin