Mövzu : Azərbaycan ərazisində ibtidai icma quruluşu. (Mühazirə №1)


Əhalinin məşğuliyyəti, ictimai həyatı və dünyagörüşü



Yüklə 42,77 Kb.
səhifə9/10
tarix29.09.2022
ölçüsü42,77 Kb.
#64311
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Azərbaycan ərazisində ibtidai icma quruluşu (Müh. №1) 2

Əhalinin məşğuliyyəti, ictimai həyatı və dünyagörüşü Azərbaycanan münbit torpaqları, dağətəyi və dağlıq zonaları, su mənbələri hələ neolit dövründən burada təsərrüfatın müxtəlif sahələrinin, xüsusilə əkinçilik və maldarlığın inkişafı üçün zəmin yaratmışdır. Qeyd edək ki, bu günə qədər Cənubi Qafqaz ərazisində öyrənilmiş qədim əkinçi-maldar tayfaların təsərrüfat həyatını əks etdirən abidələrin sayı iki yüzü ötmüşdür. Əkinçilik mədəniyyətinin formalaşması iki mərhələ keçmişdir. Birinci mərhələ neolit dövrünü əhatə edir ki, bu dövrdə əkinçilik ilkin yaranma mərhələsində olur. Onunla bərabər maldarlıq, sənətkarlığın dulusçuluq və toxuculuq kimi sahələri də formalaşmağa başlayır. İkinci mərhələ eneolit dövrünü əhatə edir. Artıq bu zaman təsərrüfat yüksələn xətlə inkişaf etməyə başlayır. Yığıcılıq və ovçuluq nəzərə çarpacaq dərəcədə formalaşır. Məhsuldar qüvvələrin inkişafı istehsalın yeni sahəsinin-metallurgiyanın yaranmasına gətirib çıxarır. Abidələrdən tapılmış quraşdırma oraq dişləri, dən daşı və sürtgəclər, daş toxalar artıq bu dövrdə əkinçiliyin intensiv xarakter daşıdığına işarədir. Əkinçiliyin inkişafı yalnız təbii şəraitlə deyil, həmçinin burada yabanı taxıl bitkilərinin olması ilə bağlı olmuşdur. Azərbaycanda yumşaq və bərk buğda, çoxcərgəli butulkaşəkilli arpa və digər taxıl növlərinə rast gəlinmişdir. I Kültəpədən noxud və darı dənləri də aşkar olunmuşdur.
Neolit və Eneolit dövründə meydana çıxan ibtidai sənətkarlıq Tunc dövründə inkişaf edərək, daha da təkmilləşmişdir. Arxeoloji qazıntılardan əldə edilən müxtəlif əmək alətləri, təsərrüfat əşyaları o dövrdə sənətkarlığın müxtəlif qollarının metallurgiya və metalişləmə, dulusçuluq, daşişləmə, sümükişləmə, dəri və gönişləmə, toxuculuq və s. müxtəlif mərhələlərdə dinamik şəkildə inkişaf etdiyini göstərir. Neolit dövründə dulusçuluq və toxuculuq, Eneolit dövründə bunlarla bərabər metallurgiyanın meydana çıxması, Tunc dövründə isə yuxarıda sadalananlar arasında metallurgiya və metalişləmənin aparıcı yerlərdən birini tutmasına səbəb olmuşdur.
İbtidai icma cəmiyyətinin dağılması.

Yüklə 42,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin