Mövzu : Azərbaycan ərazisində ibtidai icma quruluşu. (Mühazirə №1)


E.ə. II minilliyin axırı – 1 minilliyin



Yüklə 42,77 Kb.
səhifə10/10
tarix29.09.2022
ölçüsü42,77 Kb.
#64311
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Azərbaycan ərazisində ibtidai icma quruluşu (Müh. №1) 2

E.ə. II minilliyin axırı – 1 minilliyin əvvəllərində əhalinin yoxsullara və varlılara ayrılması daha da artmış, İbtidai-icma quruluşunun dağılması sürətlənmişdir. Bu dövrdə Azərbaycanın cənub ərazisində dövlət qurumları, şimal hissəsində iri tayfa ittifaqları mövcud olmuşdur. Bu birliklərə nüfuzlu tayfa başçıları rəhbərlik edirdilər. Daha güclü tayfa ittifaqları əlverişli təbii şəraiti, münbit torpağı olan ərazilərə yiyələnmişlər. Tayfalar daxilində də təbəqələşmə gedirdi. Güclü ailələr, tayfa başçıları və ağsaqqalları, icma şurası üzvləri, nüfuzlu hərbçilər, kahinlər çoxlu var-dövlətə sahib olurdular. İcmanın daha münbit əkin sahələrini, əsas otlaqlarını, mal-qarasını, at ilxılarını varlı ailələr ələ keçirirdilər. Gəncə yaxınlığında, Qarabağda və s. ərazilərdə belə ailələrin yaşayış binalarının qalıqları aşkar edilmişdir. Həmin binalar bir neçə otaqdan ibarət olub, həyətyanı sahə ilə başqalarından ayrılırdı. Azərbaycanda əhalinin belə təbəqələşməsi yoxsul və varlı adamlara məxsus qəbirlərdə (kurqanlar, daş qutular) yaxşı izlənilir. Yoxsul qəbirlərində ölünün yanına az əşya qoyulmuşdur. Varlı adamların dəfn olunduğu kurqanlar həmçinin böyüklüyü, quruluşu və qəbirə qoyulmuş əşyaların zənginliyi ilə fərqlənir. Tunc dövründə əhalinin məişətində və dünyagörüşündə əsaslı dəyişikliklər olmuşdur. Onlar tikinti işində məişət avadanlıqlarının çoxnövlü və yüksək bədii zövqlə hazırlanmasında görünür. Dini təsəvvürlərdə də dəyişikliklər baş vermişdi. Axirət dünyasına inamla bağlı dəfn mərasimlərində də bunlar izlənmişdir. Sitayişlə bağlı bütlər yaranırdı. Səma cisimlərinə, suya, ağaca, ayrı-ayrı heyvanlara və s. sitayiş edilirdi.
İncəsənət yüksək inkişaf tapmışdır. Məişət əşyaları, bəzək əşyaları həndəsi naxışlarla, insan, heyvan və quş təsvirləri ilə bəzədilirdi. Bu dövrə aid qayaüstü rəsmlər təsviri incəsənətin gözəl nümunələri sayıla bilər. Varlı ailələr çoxsaylı mal-qara sürülərinə baxmaq, başqa təsərrüfat sahələrində çalışmaq üçün əlavə işçi qüvvəsindən istifadə edirdilər. Belə işçi qüvvəsi, əsasən var-yoxdan çıxmış icma üzvləri, tayfalar arasında gedən müharibələr zamanı əsir düşmüş adamlar hesabına yaranırdı. Bu dövrdə qullar da olmuşdur. Sahibkarın qullarını da onunla birlikdə dəfn edirdilər. Qəbirlərdən çoxlu silah-nizə, ox ucluqları, xəncər, qılınc, döyüş baltası, paltar zirehləri, toppuz və s. tapılması həmin dövrdə cəmiyyətin həyatında hərb işinin mühüm yer tutduğunu göstərir. Əhali qəfil hücumlardan qorunmaq üçün daha təhlükəsiz yerlərdə məskən salmışlar. Belə yaşayış məskəninin ətrafına möhkəm müdafiə divarı çəkilmiş, dağlıq yerlərdə qalaçalar və müvəqqəti sığınacaqlar tikilmişdir. Bəzi yaşayış məskənləri tayfalar arasında gedən müharibələr zamanı dağıdılıb yandırılmışdır. Qalib tayfa məğlub tayfanı öz tərkibinə qatır və onun var-dövlətini mənimsəyirdi. Hərbi qənimətlərin və əsirlərin çox hissəsi qalib tayfanın başçısının və nüfuzlu hərbçilərin əlinə keçirdi. Beləliklə, iri tayfa ittifaqlarının yaranması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmlənməsi, cəmiyyətin yoxsullara və varlılara parçalanması və s. amillər e.ə. Azərbaycanda e.ə. II minilliyin sonlarında İbtidai icma cəmiyyətinin dağılması və sinifli cəmiyyətə keçid prosesini sürətləndirdi. Xüsusi mülkiyyət və əmlak bərabərsizliyinin meydana çıxması nəticəsində ibtidai icma quruluşu dağıldı, ilk sinifi cəmiyyətlər və dövlət qurumları yarandı. Keçmiş tayfa başçıları döyüşçü dəstələri yaradır, ətraf əraziləri özünə tabe edərək hökmdarlara çevrilirdilər. Artıq e.ə. III minillikdə Azərbaycanın cənubunda ilkin dövlət qurumları yarandı. Azərbaycanın Yaxın Şərqin mədəniyyət ocaqları ilə sıx əlaqədə olan cənub ərazilərində ilk quldar dövlət qurumları daha tez meydana çıxmışdı. İri tayfa ittifaqlarının yaranması, hakimiyyətin nüfuzlu şəxslərin əlində cəmləşməsi və cəmiyyətin yoxsullara və varlılara parçalanması e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Azərbaycanın Şimalında ibtidai icma cəmiyyətinin dağılmasını sürətləndirdi.
Yüklə 42,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin