Mövzu : Azərbaycan ərazisində ibtidai icma quruluşu. (Mühazirə №1)



Yüklə 42,77 Kb.
səhifə8/10
tarix29.09.2022
ölçüsü42,77 Kb.
#64311
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Azərbaycan ərazisində ibtidai icma quruluşu (Müh. №1) 2

Son Tunc və İlkin Dəmir dövrü. Azərbaycanda Tunc dövrünün son mərhələsində İbtidai icma quruluşu dağılmağa başlayır. Bu dövr e.ə. X1Y-XII əsrləri əhatə edir. Son Tunc dövründə cəmiyyətin həyatında yaranmış mühüm yeniliklər Erkən Dəmir dövründə daha güclü şəkildə inkişaf etmişdir. Erkən (İlk) Dəmir dövrü e.ə. X1-YIII əsrləri əhatə edir. Azərbaycanda Son Tunc və Erkən Dəmir dövrünün yaşayış məskənləri, qəbir abidələri (kurqanlar, daş qutular, torpaq qəbirlər) və müdafiə tikililəri, siklopik qalalar tədqiq edilmişdir. Bu abidələrdən məişət əşyaları, əmək alətləri, silahlar və bəzək nümunələri tapılmışdır. Əhali şəhər və kəndlərdə yaşamışdır. İbtidai icma quruluşunun sonunda daha davamlı yaşayış və təsərrüfat binaları tikilmişdir. Binaların bünövrəsi çay daşları və ya qaya parçalarından qoyulur, divarları çiy kərpicdən hörülürdü. Düşmən basqınlarından qorunmaq üçün yaşayış məskənlərinin ətrafına qalın müdafiə divarları çəkirdilər. Ətrafı hasarlı yaşayış yerləri və qalalar Azərbaycanın bir çox rayonlarında aşkar edilmişdir. Bu möhkəm tikililər e.ə. II minilliyin axırında Azərbaycanda memarlığın inkişaf etdiyini göstərir. Son Tunc və Erkən Dəmir dövründə təsərrüfatın ayrı-ayrı sahələri və sənətkarlıq yüksək inkişaf etmiş, qonşu ölkələrlə mübadilə və ticarət əlaqələri genişlənmişdir.
Son Tunc və İlk Dəmir dövründə Azərbaycanda sənətkarlıq sahələri içərisində dulusçuluq xüsusi yer tuturdu. Saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə olunurdu. Məişətdə ərzaq ehtiyatı, süd məhsulları saxlamaq və emal etmək üçün müxtəlif çeşidli saxsı qablar hazırlanırdı. Bu qablar dulusçuluq sobalarında bişirilirdi. Metalişləmə sənətkarlığı böyük rol oynamışdır. Ustalar zərbetmə, oyma, lehimləmə, həkketmə ilə tunc, qızıl və gümüşdən zinət əşyaları hazırlamışlar. Toxuculuq, sümükişləmə, daşişləmə, ağacişləmə, gön-dəri emalı və başqa sənət sahələri də mühüm əhəmiyyət daşımışdır. E.ə. II minilliyin axırı – 1 minilliyin əvvəllərində dəmirdən müxtəlif əşyalar hazırlanmışdır. E.ə. XII əsrdən başlayaraq dəmirdən istifadə geniş xarakter almışdır. Müxtəlif sənət sahələrinin inkişafı ilə əlaqədar, sənətkarların içərisindən sənətkar-tacirlər qrupu ayrılmışdır. Onlar əsasən, hazır məhsulun satışı ilə məşğul olmuş, sonralar peşəkar tacirlərə çevrilmişlər. Beləliklə, tacirlər sənətkarlardan ayrılmışlar. Ovçuluq və balıqçılıq köməkçi məşğuliyyət sahəsi kimi qalırdı. Yaşayış yerlərindən maral, ceyran, çöldonuzu, quş, balıq sümükləri və balıqçılıq alətləri aşkar olunmuşdur.

Yüklə 42,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin