Mövzu : Azərbaycan ərazisində ibtidai icma quruluşu. (Mühazirə №1)


Orta Tunc dövrü. E.ə. III minilliyin axırı və II minilliyin əvvəllərində Orta Tunc dövrü başlanmışdır



Yüklə 42,77 Kb.
səhifə7/10
tarix29.09.2022
ölçüsü42,77 Kb.
#64311
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Azərbaycan ərazisində ibtidai icma quruluşu (Müh. №1) 2

Orta Tunc dövrü. E.ə. III minilliyin axırı və II minilliyin əvvəllərində Orta Tunc dövrü başlanmışdır. Bu mərhələ e.ə. II minilliyin ortalarına qədər davam etmişdir. Orta Tunc dövründə sosial və əmlak bərabərsizliyi artmış, tayfalar arasında əlaqələr genişlənmiş, iri yaşayış məskənləri yaranmışdı. Azərbaycanın bir çox bölgələrindəki Orta Tunc dövrü yaşayış məskənləri, kurqanlar, torpaq və daş qutu qəbirlər, qalalar və qayaüstü təsvirlər öyrənilmişdir. Bu mərhələdə kənd tipli yaşayış məskənləri ilə yanaşı ilkin şəhər mərkəzləri də yaranmışdır.
Azərbaycanda Orta Tunc dövründə əhalinin iqtisadi-ictimai və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir. Əhali əkinçilik, maldarlıq, sənətkarlığın müxtəlif sahələri ilə məşğul olmuşdur. Bağçılıq və bostançılıq kimi yeni təsərrüfat sahələri yaranmışdır. Əmək alətləri xeyli təkmilləşmiş, xış əkinçiliyi genişlənmişdir. Süni suvarma kanalları yaradılmışdır. Bütün bunlar əmək məhsuldarlığını artırmışdır.
Azərbaycanda sənətkarlığın müxtəlif növləri ayrıca peşə sahəsinə çevrilmişdir. Sənətkarlıq məhsullarına olan tələbat artmışdır. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi nəticəsində İbtidai icma quruluşu dövründəki ikinci böyük ictimai əmək bölgüsü baş vermişdi, yəni sənətkarlıq başqa istehsal sahələrindən ayrılmışdır.
Toxuculuq, sümükişləmə, gön-dəri işləmə və daşişləmə sənət sahələri də inkişaf etmişdir. Sadə toxuculuq dəzgahında toxunan parça əhalinin tələbatını ödəyirdi. Arxeoloji işlər zamanı toxuculuğa aid çoxlu əmək alətləri (sümükdən əyircəklər, daraqvari əşyalar, iynə, biz və s.) tapılmışdır. Ovçuluq və balıqçılıq köməkçi məşğuliyyət sahələri idi. Əhali maral, ceyran, çöldonuzu, qulan ovlayır, balıq tuturdu. Ovçuluqda yay, ox, nizə, sapand və tələdən də istifadə olunmuşdur. Orta Tunc dövründə Azərbaycan ərazisində yaşamış qəbilə və tayfalar böyük tayfa ittifaqlarında birləşmişlər. Soykökü etibarilə bir-birinə yaxın olan kiçik tayfalar varlı və güclü tayfaların ətrafında birləşməyə məcbur olmuşlar. İctimai-iqtisadi sahədəki dəyişikliklər adamların dünyagörüşünə və ətraf aləmin münasibətinə təsir göstərmişdir.

Yüklə 42,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin