Mövzu : Azərbaycan ərazisində ibtidai icma quruluşu. (Mühazirə №1)


Erkən Tunc dövrü e.ə. 1Y minilliyin ikinci yarısıfndan III minilliyin sonuna qədər davam etmişdir



Yüklə 42,77 Kb.
səhifə6/10
tarix29.09.2022
ölçüsü42,77 Kb.
#64311
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Azərbaycan ərazisində ibtidai icma quruluşu (Müh. №1) 2

Erkən Tunc dövrü e.ə. 1Y minilliyin ikinci yarısıfndan III minilliyin sonuna qədər davam etmişdir. Bu dövr üçün Azərbaycanda Kür-Araz mədəniyyəti səciyəvidir. Çünki həmin mərhələyə aid olan abidələr ilk dəfə Kür-Araz ovalığında öyrənilmişdir. Bu dövrdə Azərbaycanda əhalinin sayı artmışdır. Düzən ərazidə yaşayan əhali Erkən Tunc dövründə dağətəyi və dağlıq zonalarda da məskənlər salmışlar. Yaşayış məskənlərində bir neçə qəbilənin birləşdiyi tayfalar yaşayırdı. Yaşayış məskənlərinin sahəsi bəzən 3-5 hektara çatırdı. Yaşayış məskənləri həmişə suya yaxın yerlərdə, çox zaman çay kənarlarında, düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə salınırdı. Bəzən yaşayış məskənlərinin ətrafına müdafiə divarı çəkilirdi. Belə abidələr Füzuli rayonunda, Təbriz yaxınlığında, Urmiya gölü ətrafında öyrənilmişdir. Erkən Tunc dövrü yaşayış evləri dairəvi planda olur, bünövrəsi daşdan, divarları çiy kərpicdən tikilirdi. Bəzi bölgələrdə çubuqdan hörülüb suvanmış daxmalarda və yarımqazma evlərdə də yaşamışlar.
Xış əkinçiliyi. Tunc dövrünün ilk mərhələsindən başlayaraq əkinçilik və maldarlıq, habelə sənətkarlıq sahələrində xeyli inkişaf olmuşdur. Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz edilmişdir. Əkin sahələri daha da genişlənmiş, süni suvarma yaranmışdır. Torpağın xışla şumlanması məhsuldarlığı artırmışdır. Şumlama zamanı qoşqu heyvanlarından istifadə edilirdi. Taxılın biçilməsi, döyülməsi və üyüdülməsində daha mükəmməl alətlər tətbiq olunurdu. Taxılın biçilməsində daş lövhələrdən quraşdırılmış oraqlarla yanaşı, tuncdan hazırlanmış bütöv oraqlardan da istifadə edilirdi. Taxıl xüsusi quyularda və böyük təsərrüfat küplərində saxlanılır, həvəngdəstələr, dən daşları (kirkirə) və sürtkəclərin köməyi ilə üyüdülürdü.
Maldarlığın əkinçilikdən ayrılması. Maldarlığın inkişafında mühüm irəliləyiş var idi. Ev heyvanlarının növü və sayı qat-qat artmışdı. Davarların (qoyun, keçi) sayının artması, habelə atdan istifadə nəticəsində maldarlığın yeni sahəsi – köçmə (yaylaq) maldarlığı meydana gəlmişdi. Mal-qara yaz-yay aylarında dağ çəmənlərində otarılır, payızda soyuqlar düşəndə isə qışlaqlara qaytarılırdı. Əkinçilik və maldarlığın belə sürətli inkişafı nəticəsində təsərrüfatın bu sahələri bir-birindən ayrılmışdır. Tarixdə birinci böyük ictimai-əmək bölgüsü baş vermişdi. Maldar və əkinçi tayfalar daha çox öz sahələri ilə məşğul olmağa başlamışlar. Maldar tayfalar əkinçilərə nisbətən daha əlverişli şəraitə malik olduğundan tez varlanmışlar. Maldarlığın sürətlə inkişafı şəxsi tələbatdan artıq məhsul istehsal etməyə imkan vermişdir. Artıq qalan məhsul alış-verişin genişlənməsinə imkan yaratmışdır. Maldarlıqla məşğul olan tayfaların daxilində əmlak bərabərsizliyi meydana gəlmişdir.
Sənətkarlıq. Azərbaycanın Erkən tunc dövrü əhalisi sənətkarlığın dul-usçuluq, metalişləmə, toxuculuq və s. sahələri ilə məşğul olmuşdur. Dulusçuluq daha çox inkişaf etmişdir. Müxtəlif saxsı qab nümunələri hazırlanmış, onların forma və bədii tərtibatına xüsusi diqqət verilmişdir. Onların bir qismi xörək və mətbəx qabları olmuşdur. Ərzaq ehtiyatı və ağartı xüsusi qablarda saxlanırdı. Tuncdan hazırlanan alətlərin, əşyaların keyfiyəti yaxşılaşmışdır. Arxeoloji qazıntılar zamanı Erkən Tunc dövrünə aid abidələrdən metal ərintisini tökmək üçün qəliblər və metalişləmə sənətkarlığı ilə bağlı tunc əşyalar aşkar olunmuşdur. Tuncdan əmək alətləri, silahlar, habelə bəzək şeyləri (muncuq, qolbaq və s.) və məişət əşyaları (biz, iynə, bıçaq və s.) hazırlanmışdır.
Erkən Tunc dövründə əhalinin dünyagörüşündə, dini inam və mərasimlərində də yeniliklər olmuşdur. Axirət dünyasına inam vardı. Qəbir abidələrinin quruluşu və dəfn alətləri bunu sübut edir. Tunc dövründə ölülər yaşayış məskənindən kənarda dəfn edilmiş, bəzi qəbirlərin üzərində kurqanlar (torpaq təpələr) qurulmuşdur. Ölüyandırma və kollektiv dəfnetmə adəti meydana gəlmişdir.

Yüklə 42,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin