Mövz Respublikamızda sülh mənşəli Fövqəladə Hallarda fəaliyyət göstərən Dövlət sistemi


Mülki Müdafiə xidmətləri, qüvvələri, onların təyinatı və yaradılması



Yüklə 308,03 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix14.05.2023
ölçüsü308,03 Kb.
#113485
1   2   3   4   5   6   7   8
dM vzu-5-FH-da-D vl t-sisteminin-rolu-v -v zif l ri

Mülki Müdafiə xidmətləri, qüvvələri, onların təyinatı və yaradılması.
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza- 
xilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin 
nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla 
xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yrtirilməsinə cəlb olunan müxtəlif 
dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.
Mülki müdafiə qüvvələri FH-in nəticələrini aradan qaldırarkən QX və DTİ 
yerinə yetirmək, bu işləri təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa 
vəzifələri icra etmək üçündür. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş 
dəstələr təşkil edir. Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə 
iştirak edən mülki müdafiə qüvvələrinin sayca ən böyük hissələridir.
Xatırladaq ki, mülki müdafiə dəstələri ərazi –istehsalat prinsipi üzrə 
Naxçıvan Muxtar Rspublikasında, rayonlarda, şəhərlərdə, obyektlərdə və yaşayış 
məntəqələrində yaradılır. 
Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə 
bölünür: 
Tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafiə dəstələri. 
Yerinə yetirdikləri vəzifələrə görə - obyektlərdə ümumi məqsədli mülki 
müdafiə dəstələri, xidmət dəstələri(xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli 
obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.
Ümumi məqsədli dəstələr zədələnmə ocağında xilasetmə işləri aparmaq təbii 
fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə 
tutulur. 


Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), 
yığma mexanizasiya dəstələri (komandaları) – ümumi məqsədli dəstələr sayılır. 
Mülki müdafiə xidmət dəstələri – xüsusi təyinatlı dəstələr kəşfiyyat, tibbi 
yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s.xidmət 
dəstələri sayılır. 
Yüksək təhkükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) 
ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş 
dəstələrin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə 
gündəlik hazırlıqda olurlar (24 saat). 

Yüklə 308,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin