Mövz Respublikamızda sülh mənşəli Fövqəladə Hallarda fəaliyyət göstərən Dövlət sistemi



Yüklə 308,03 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix14.05.2023
ölçüsü308,03 Kb.
#113485
1   2   3   4   5   6   7   8
dM vzu-5-FH-da-D vl t-sisteminin-rolu-v -v zif l ri

Birinci rejim – gündəlik fəaliyyət respublikanın ərazisində, o cümlədən də 
rayonda (obyektdə) sənaye – istehsalat fəaliyyəti, radiasiya – kimyəvi şərait, 
həmçinin seysmik, hidrometroloji, sanitar – epidemik vəziyyət normal olan halda 
işləyə bilər. Bu zaman rayonlarda, obyektlərdə planlı surətdə ətraf mühitə, 
potensiallı obyektlərdə daimi müşahidə aparılır, ehtimal edilə bilən fövqəladə 
halların qarşısını almaq, təsirini azaltmaq, nəticələrini aradan qaldırmaq məqsədilə 
əvvəlcədən planlı tədbirlər hazırlanır və yerinə yetirilir. Qüvvə və vasitələrin 
ehtiyatları yaradılır, əhaliyə müvafiq proqramlar əsasında mühafizə, davranış, 
fəaliyyət qaydaları öyrədilir və müvafiq təsərrüfat planları əsasında digər hazırlıq 
işləri görülür.
İkinci rejim – yüksək hazırlıq rejimidir. Bu rejimə fövqəladə hallar baş 
verəcəyi barədə proqnoz alınarkən, normal istehsal fəaliyyəti, radiasiya, kimyəvi 
şərait, epidemik və s. pisləşərkən keçilir. Belə hallarda müvafiq fövqəladə hallar 
komissiyaları aşağıdakı işləri görürlər: 
-vəziyyətin pisləşməsi səbəbini aşkar etmək üçün operativ qruplar yaradır; 
-növbətçi – dispetçer xidmətlərinin fəaliyyətini gücləndirir; 
-müşahidə və nəzarəti artırır; 
-fəaliyyət göstərəcək qüvvə və vasitələri hazır vəziyyətə gətirir və onların 
vəzifələrini konkretləşdirir, əhalinin mühafizəsi üzrə tədbirləri dəqiqləşdirirlər.
Üçüncü fövqəladə rejim – sistem bu rejimə fövqəladə hallar baş verərkən və 
onların nəticələri aradan qaldırılarkən FHN – nin müvafiq orqanları və daimi 
komissiyanın qərarı ilə keçirilir. Bu zaman: 
-əıalinin mühafizəsi təşkil edilir;
-işlərə bilavasitə rəhbərlik etmək üçün daimi komissiyaların operativ qrupları 
fəlakət yerlərinə göndərilir; 
-qüvvə və vəsaitlər fəlakət yerinə gətirilir və xilasetmə işlərinə cəlb edilir; 
-baş vermiş fəlakətin nəticələri aradan qaldırılır; 


-ətraf mühitdə şəraitin dəyişməsinə daimi və ciddi nəzarət qoyulur. 
Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə xilasetmə işlərinə 
bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir: 
- nəticəsi ancaq bir istehsalat binasını əhatə edən qismən fövqəladə hallar 
zamanı – obyekt fövqəladə hallar komissiyası; 
- nəticəsi ancaq bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı fövqəladə 
hallar zamanı lazımi hallarda rayon (şəhər)və sahə fövqəladə komissiyaların 
operativ qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası; 
- nəticəsi rayonun (şəhərin) ərazisini əhatə edən yerli FH zamanı – şəhər 
(rayon) hakimiyyət orqanlarının fövqəladə hallar komissiyası; 
- respublikanın bütün ərazisini əhatə edən bölgə miqyaslı FH zamanı – 
Respublika Fövqəladə Hallar Nazirliyi. 
Fövqəladə halların nəticələrinin aradan qaldırılması işləri adətən aşağıdakı 
ardıcıllıqla təşkil edilir: 
-istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdə əhalinin xəbərdarlıq 
edilməsi və mühafizə olunması; 
-qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi; 
-fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təyin etmək 
üçün kəşfiyyatın təşkili; 
-xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, 
onların hazır vəziyyətə gətirilməsi; 
-xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili; 
-obyektin istehsalat fəaliyyətinin (əhalinin normal həyat fəaliyyətinin) bərpa 
olması. 
İstehsalat qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən 
xilasetmə işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir. 
İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona 
görədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, 
nəqliyyatda və digər sənaye kompleksində qəzaların, təbii fəlakətlərin sayı xeyli 
artmışdır. Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük 
əhəmiyyət kəsb edir. 
Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31- də “ 
Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamə”nin təsdiq 
edilməsi barədə 73 saylı və 1998- ci il aprelin 18- də “Mülki müdafiə haqqında” 
Azərbaycan Respublikası Qanununun ( 30 dekabr 1997- ci il, № 420- İQ ) tətbiq 
edilməsi barədə 700 saylı fərmanı imzalamışdır. 30 aprel 1992-ci il tarixli FH –in 
qarşısının alınması və belə hallarda fəaliyyət üzrə “Azərbaycan Respublikasında 
Dövlət siyasəti haqqında” Nazirlər Kabinetinin 339 nömrəli, “Əhalinin 
mühafizəsinin əsas prinsipləri haqqında” 29 dekabr 1992 –ci il tarixli 700 nömrəli 
qərarı. Azərbaycan Respublikası FHN-nin Mülki müdafiə Qoşunları haqqında 
əsasnamə (29 dekabr 2006-ci il № 511 ) qəpul edilmişdir. Yeni Əsasnamə və 
Qanunda Azərbaycan Respublikasında Mülki müdafiənin əsas məqsəd və 
vəzifələrini habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai 
təşkilatların, eləcə də məsul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə 
vəzifələri müəyyən edilmişdir. 
Azərbaycan Respublikasının Mülki müdafiəsi – sülh və müharibə dövrlərində 
respublikanın ərazisində əhali və təsərrüfat obyektlərini təbii fəlakətlərin, həmçinin 


güclü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin təsirindən 
mühafizə məqsədilə dövlət, təsərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün 
vətəndaşların iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir. 
Mülki müdafiə ilk dəfə Fransanın Paris şəhərində 1931-ci ildə general Sant Pol 
tərəfindən, bir qurum kimi yaradilmışdı. 3 noyabr 1993-cü il tarixindən 
Azərbaycan Respublikası bu təşkilatın üzvidir.
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının 
Fövqəladə Hallar Nazirliyinin orqanları yerinə yetirir. Buraya bütün idarəetmə 
orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, 
təşkilarlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və 
fövqəladə hallarda respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin 
yerinə yetirilməsini təşkil edirlər.
-fövqəladə halların nəticələrindən əhalinin və təsərrüfat obyektlərinin mühafizə 
edilməsi; 
-sülh və müharibə dövrlərində admların həyatı, sağlamlığı üçün təhlükə yarandığı 
barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar 
edilməsi və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar 
edilməsi; 
-fövqəladə halların nəticələri aradan qaldırılarkən qəza-xilasetmə və digər 
təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi; 
-FHN-nin orqanlarının rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin 
fövqəladə hallarda mühafizəyə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin 
təşkili; 
-sülh və müharibə dövrlərindəki fövqəladə hallarda təsərrüfat sahələrinin, 
müəssisələrinin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına 
yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis -texniki və digər 
tədbirlərin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir. 
Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir. 
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, 
mülki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də 
istehsalat və digər təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti 
üzrə planlaşdırılır və yerinə yetirilir. 
Yeni Qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında 
Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Pezidenti 
həyata keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə Respublikanın Baş 
Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri 
həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır. Mülki müdafiə 
tədbirlərini planlaşdırmaq və həyata keçirməsini təşkil etmək, habelə icraya nəzarət 
məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi gündəlik rəhbərlik 
edir. Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər: 
-Naxçıvan Muxtar Respublikasında – Müxtar Respublikasının Milli məclisinin 
sədri;
-Şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə -müvafiq icra hakimiyyəti başcıları 
və onların nümayəndələri; 
-təsərrüfat birliklərdə və obektlərdə -onların rəhbərləri və sahibkarları. 


Mülki müdafiənin vəziyyəti üşün həmin şəxslər tam məsuliyyət daşıyırlar və 
bu, onların vəzifə borcuna daxildir. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa 
dövlət orqanları vasitəsilə yerinə yetirilir. 
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn 
vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün 
yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat 
obyektləri(müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri(müəssisələr)mülki 
müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir. 
Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt 
dedikdə idarə, müssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur. 
Oyektdə (məktəblərdə, universitetlərdə) mülki müdafiənin təşkil edilməsi və 
vəziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır. 
Obyektdə mülki müdafiə - fəhlə, qulluqçu, gəncləri, tələbələri(şagirdləri) 
qabaqcadan müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin 
fövqəladə hallarda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında qəza – 
xilasetmə və digər təxirəsalınmaz işlər (QX və DTİ) görmək, təbii fəlakət və 
istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır. 
Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki müdafiə qərargahı 
yaradılır. Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki 
müdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısısır. Qərargah mülki 
müdafiə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən 
təşkil edilir. 
Xidmətlər 
Ümumi məqsədli 
Köçürmə komissiyası 
Xilasedici
dəstə
(komanda)
Kəşfiyyat
qrupu 
(manqası) 
Sanitar druji-
naların dəstəsi 
(sandrujina) 
Yanğınsöndürən 
komanda (bölmə) 
Xüsusi məq-
sədli dəstələr 
Bitkiləri müha- 
fizə komandası 
(qrupu)
(
Zərərsizləşdirici 
komanda (qrup) 
ətraf mühitin radio-
aktiv müşahidə
postları
Obyektin mülki müdafiəsinin təşkili sxemi. 
Obtektin rəhbəri 
MM rəhbərinin müavinləri 
obyektin 
MM 
qərargahı 3-5 nəfər 
Köçürmə ürə 
Mühəndis-texniki 
hissə üzrə 
Maddi-texniki 
təchizat üzrə 


Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə qüvvə və 
vasitələr hazırlamaq, qəza xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən mülki 
müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün yerlərdə mülki müdafiə 
xidmətləri yaradılır. 
Obyektlərdə xidmətlərin vacib rolu vardır. Onlar obyektin şöbələri, təşkilat və 
laboratoriyaları əsasında yaradılır. Xidmətlərin rəisləri obyektin baş mütəxəssisləri, 
istehsalat rəhbərlərindən təyin edilir. 
Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcm və 
xüsusiyyətlərini, xidmət yaratmaq üçün lazımi maddi bazanın, qüvvə və vasitələrin 
olmasını nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarının qərarı və obyekt 
rəhbərlərinin əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas xidmətləi bunlardır: 
-rabitə və xəbərdarlıq; 
-tibbi; 
-yanğından mühafizə; 
-ictimai asayişi mühafizə; 
-sığınacaq və daldalanacaqlar; 
-mühəndis; 
-avtomobil nəqliyyatı; 
-maddi – texniki təchizat; 
-ticarət və energetika; 
-kimya və radiasiyadan mühafizə və s. 
Lazımi hallarda və müvafiq baza olduqda digər xidmətlər də yaradıla bilər. 
Kənd təsərrüfatı heyvanlarını və bitkilərini mühafizə xidmətləri də yaradılır.

Yüklə 308,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin