Mövz Respublikamızda sülh mənşəli Fövqəladə Hallarda fəaliyyət göstərən Dövlət sistemi



Yüklə 308,03 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix14.05.2023
ölçüsü308,03 Kb.
#113485
1   2   3   4   5   6   7   8
dM vzu-5-FH-da-D vl t-sisteminin-rolu-v -v zif l ri

Rayonun MM dəstələri. Rayonun müəssisələrində, şəhərlərində və 
qəsəbələrində bubdəstələr yaradılır: xilasedici dəstələr (komandalar), kəşfiyyat 
qrupları (manqaları), ətraf mühitin radioaktivliyini müşahidə postları, rabitə 
qrupları, sanitar drujinası dəstələri və sanitar drujinaları, yanğınsönsürən 
komandalar (bölmələr), ictimai asayişi mühafizə dəstələri (komandaları), 
zərərsizləşdirici komandalar(qruplar), kənd təsərrüfatı heyvanlarını və bitkiləri 
mühafizə komandaları (qrupları). 
Dəstələri istehsalat prinsipi əsasında komplektləşdirir və təlimə cəlb edirlər. 


Xilasedici dəstə 2-4 komandadan ibarət olub, obyektin əsas mülki müdafiə 
dəstəsi sayılır. Xilasedici dəstə zədələnmiş adamları axtarmaq, uçqunlar altından , 
dağılmış sığınacaq və binalardan çıxarmaq, həkiməqədər ilk tibbi yardım 
göstərmək, habelə onları zədələnmə ocağından aparmaq üçün nəzərdə tutulur. 
Xilasedici dəstə bir iş növbəsi (8-10 saat) ərzində aşağıdakı işlərdən birini görə 
bilər: zədələnmiş 600 – 1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250- 350 m 
məsafəyə daşımaq; zədələnmiş 120- 240 nəfəri uçqun altından, qismən uçulmuş 
binalardan çıxarıb 250- 350 m məsafəyə aparmaq; qismən dağılmış xəndək və ya 
qazma tipli 60 – 120 daldalanacağın üstünü açıb sökmək. Həmin işləri yerinə 
yetirmək üçün dəstə, adətən, mühəndis texnikası və kənd təsərrüfatı texnikası ilə 
təmin olunur, habelə xüsusi məqsədli dəstələr ilə gücləndirilir. 
Kəşfiyyat qrupu 3- 5 manqadan ibarət olur. Bu qrupun əsas fəzifəsi – 
zədələnmə ocağının hüdudlarını, dağıntıların xarakterini və miqdarını, radiasiyanın 
səviyyəsini, zəhərləyici maddələrin və bakterioloji vasitələrin növünü müəyyən 
etməkdir. Kəşfiyyat bölmələri yanğınların yerini və ölçülərini, dağılmış və 
zədələnmiş 
binaların, 
sığınacaqların 
və 
daldalanacaqların 
vəziyyətini 
müəyyənləşdirir, texnika və nəqliyyatın hərəkəti üçün yararlı marşrutlar tapır. 
Yaralılar olduğu barədə məlumat toplayır və başqa işləriicra edir. 

Yüklə 308,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin