Mövz Respublikamızda sülh mənşəli Fövqəladə Hallarda fəaliyyət göstərən Dövlət sistemi



Yüklə 308,03 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix14.05.2023
ölçüsü308,03 Kb.
#113485
1   2   3   4   5   6   7   8
dM vzu-5-FH-da-D vl t-sisteminin-rolu-v -v zif l ri

İctimai asayişi mühafizə xidməti. Rayon polis şöbəsinin bazası əsasında 
təşkil olunur (xidmət rəisi- rayon polis şöbəsinin rəisidir). Xidmətə: dövlət 
hakimiyyətini və ictimai mülkiyyəti, habelə vətəndaşların şəxsi əmlakını qorumaq; 


çaxnaşmanın qarşısını almaq; nəqliyyatın hərəkətini təmin etmək; əhalinin 
müəyyən edilmiş davranış qaydalarının yerinə yetirilməsinə nəzarət etmək həvalə 
olunur. Xidmət köçürülmə işlərinə, MM siqnalları üzrə əhalinin daldalanmasına 
yardım göstərir, zədələnmə ocağına buraxılma rejiminin və bakterioloji yoluxma 
ocağında karantin tədbirlərinin yerinə yetirilməsini təmin edir. 
Yanğından mühafizə xidməti. Yanğından mühafizə təşkilatlarının bazası 
əsasında yaradılır (xidmətin rəisi- rayonun yanğın müfəttişidir). Bu xidmətin 
vəzifələri: yanğınsöndürən dəstələr hazırlamaqdan, yanğına qarşı profilaktika 
tədbirlərini həyata keçirməkdən, müəssisə, idarə və qəsəbələrin ərazisində su 
hovuzları tikilməsini təşkil etməkdən ibarətdir. Yanğınlar baş verdikdə onların 
məhdudlaşdırılması və söndürülməsi üçün xidmət hər cür tədbir görür. 
Ərzaq və paltarla təchizat xidməti. Rayon istehlak cəmiyyəti və ticarət 
bazası əsasında yaradılır (xidmətin rəisi rayon istehlak cəmiyyətinin sədridir). Bu 
xidmət: anbarlarda, ictimai iaşə və ticarət müəssisələrində saxlanan malların 
zəhərləyici, radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafizəsi 
məsələləri ilə məşğul olur; köçürülən və zərər çəkmiş əhalini və MM dəstələrini
yeməklə təmin edir, onları ən lazımi əşyalarla təzhiz edir;
Heyvanları və bitkiləri mühafizə xidməti. Baytarlıq və aqronomiya 
idarələrinin bazası əsasında təşkil olunur. Xidmət baytarlıq tədbirlərini və 
heyvanların, kənd təsərrüfatı bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi 
zədələnmə vasitələrindən qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı 
bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə vastlərindən 
qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı məhsulları emal edən 
müəssisələrdə bu xidmət həmçinin su mənbələrinin, taxıl, alaf və başqa kənd 
təsərrüfatı məhsullarının mühafizəsi üzrə tədbirlər görür. Heyvanları və bitkiləri 
mühafizə xidməti heyvandarlıq məhsullarının baytarlıq- sanitariya ekspertzasını 
təşkil edir, kənd təsrrüfatı müəssisələrində su məhbələrinin və ərzaq ehtiyatlarının 
vəziyyətinə nəzarət edir. Tibb xidməti, ərzaq və paltarla təchizat xidməti ilə 
birlikdə zəhərlənmiş məhsullardan istifadə olunması qaydalarını müəyyənləşdirir. 
Lazım gəldikdə rayon (respublika) rəhbərliyinin razılığı ilə rayonda yuxarıda 
göstərilənlərdən əlavə başqa xidmətlər də yaradıla bilər. 
Əgər xidmət bir neçə idarənin bazası əsasında yaradılırsa, bu zaman həmin 
idarələrin rəhbərlərindən biri xidmətin rəisi, qalanları isə onun müavinləri təyin 
edilir.
Obyekt dəstələrinin hazırlığına gündəlik rəhbərliyi təmin etmək və mülki 
müdafiə tədbirlərini planlaşdırmaq üçün obyektlərdə 3-5 nəfərdən ibarət qərargah 
(qərargahın heyətinə daxik edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə) 
yaradılır. 

Yüklə 308,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin