MÖMİNLƏRİn analari baş Məsləhətçi



Yüklə 49,39 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix21.04.2017
ölçüsü49,39 Kb.
#15079
1   2   3   4   5   6   7   8   9   ...   16

 
Hz. Aişənin yetişdirdiyi qadın və kişi səhabələ-
rin sayı olduqca çoxdur. Hz. Aişənin otağı elm öy-
rənmək istəyən qadın-kişi və  uşaqlarla dolu olan 
bir mədrəsə, bir elm mərkəzi halına gəlmişdi. Ye-
tişdirdiyi kişi səhabələrdən  İraqın qüdrətli alimi 
sayılan  İmam Nəhai, bacısı  Əsmanın oğlu Urvə 
b. Zübeyr, Mədinənin yeddi fəqihindən biri olan, 
Əbu Bəkrin nəvələrindən Qasım bin Muhamməd, 
Abdurrahman bin Avfın oğlu  Əbu Sələmə,  İraqın 
fəqihlərindən Məsruq, yenə tabeinin böyüklərin-
dən Səid b. Müsəyyəb, Amr b. Meymun, Alqamə 
b. Qays, Abdullah b. Hakim, əl-Əsvəd bin Yezid və 
başqalarının adlarını sadalamaq olar.
 
Qadın səhabələrə  gəlincə onların sayı 30 olub 
bir neçəsinin adını saymaq olar:
Əbu Bəkrin nəvəsi Əsma, Zeynəb binti Sələmə, 
Hafsa binti Əbdirrəhman, cariyəsi Bərirə, Safiyyə 
binti Haris, Safiyyə binti Atıyyə, Fatıma binti Əbi 
Ceyş və başqaları.
Hz. Aişənin qadın səhabələri arasında elmi sə-
viyyəsi  ən yüksək olan Amrə binti Əbdirrəhman 
idi. Bu müsəlman xanım hədis sahəsində etibarlı 
bir insan və söz sahibi bir qadın idi. Alimlər onun 
elmini təqdir edib tərif edərdilər. Zöhri onun haq-
qında belə demişdir: “Amrə, elm və irfanı səbəbilə 
ucu-bucağı olmayan bir dəniz kimi idi. Mən onu 
belə gördüm və belə də tanıdım.”
Hz. Aişə

Möminlərin Anaları
92
Hz. Aişənin elm məktəbində yetişən elm və 
irfan sahibi xanımların  ən məşhur olanlarından 
biri də Safiyyə binti Şeybə idi. Hədis kitablarında 
ondan “ Hz.Aişənin dostu Safiyyə” deyərək bəhs 
edilməkdədir.
 
Hz. Aişənin Hədis Sahəsindəki 
Nailiyyətləri
Hz. Peyğəmbər (s) dini əsasları insanlara təb-
liğ etməklə yanaşı başda Hz. Aişə olmaqla ümmə-
hatul-mumininin (möminlərin anaları deməkdir, 
Əhzab, 6) hər biri bu təbliğdə yer tutmuşdur. Hz. 
Peyğəmbərin xanımlarının qaldığı otaqlar bir məd-
rəsə kimi idi. Çünki müsəlman  ənsar və mühacir 
qadınlar, heyz, zahılıq və qüsl kimi özəl halları 
peyğəmbərdən soruşmağa utandıqları üçün Hz.
Peyğəmbərin xanımlarından rahatlıqla soruşub ət-
raflı məlumat alırdılar.
Bəzən Hz. Aişə müsəlmanlar tərəfindən gön-
dərilən məktublara cavab yazmaq surəti ilə dini 
məsələlərdəki müşkilləri həll etməyə çalışırdı. Aişə 
binti Talha bu mövzuda belə deyir: “Mən Hz. Aişə-
nin himayəsində idim. Hər şəhərdən yanına insan-
lar gələrdi. Yanında hörmətim olduğu üçün yaşlı-
sı-gənci mənim yanıma tez-tez gələr və hədiyyələr 
də gətirirdilər. Müxtəlif şəhərlərdən mənə məktub 
yazırdılar. Mən də Hz. Aişəyə “ Xalacan! Bu fi-
lankəsin məktubu və hədiyyəsidir.” - deyə məktub-
ları bir-bir ona çatdırardım. O da mənə: “Qızım! O 
məktublara cavab ver və hədiyyə də göndər. Əgər 

93
yanında verəcək bir şeyin olmasa, mənə de, mən 
verim.” - deyərdi.
 
 
Ümumiyyətlə  hədis raviləri içərisində  ən çox 
hədis rəvayət edən xanım səhabə Hz. Aişə olmuş-
dur. O Rəsulullahdan 2210 hədis rəvayət etmişdir.
Ahmet Halil Cuma kitabında İmam Zəhəbinin 
Hz. Aişə haqqındakı görüşlərinə belə yer verir:
“Hz. Aişə Rəsulullahdan (s) çox faydalı məlu-
matlar rəvayət etməklə qalmamış, eyni zamanda 
atası Əbu Bəkr, Ömər, Hz. Fatimə, Sad, Həmzə bin 
Amr və Cüddamə binti Vəhbbən də hədis rəvayət 
etmişdir.
Hicab ayəsi nazil olduqdan sonra yanına hə-
dis və açıqlamasını soruşmaq üçün gələnlərə pər-
də arxasından cavab verərdi. Hz. Aişə  və Ümmü 
Sələmə (r.anhumə.) səflərinin ortasında duraraq 
qadınlara namaz da qıldırırdılar.
 
Hz. Aişənin Tibb sahəsindəki Nailiyyətləri
Hz. Aişənin kəskin zəkası və elmi dərinliyi tibb 
sahəsindəki bir sıra məlumatları da ona öyrən-
məyə fürsət vermişdir. Hətta onun bu dərəcə tibbi 
biliklərə yiyələnməsi bacısı  oğlu Urvə b. Zübeyri 
heyrətə salmış: “Anacan! Sənin anlayış  və  zəkana 
heyrət etmirəm, çünki Rəsulullahın zövcəsidir- 
deyirəm.  Şer və  ərəb tarixinə aid sahib olduğun 
məlumata təəccüb etmirəm, çünki insanların bilik-
lisi  Əbu Bəkrin qızıdır deyirəm. Ancaq sənin tibb 
sahəsindəki biliyinə təəccüb edirəm. Bu elmi necə 
Hz. Aişə

Möminlərin Anaları
94
və haradan öyrəndin? - deyə soruşur. Hz. Aişə əlini 
Urvənin kürəyinə qoyaraq: 
-Ay Urvəcik! Rəsulullah (s) ömrünün sonlarına 
doğru xəstələnmişdi. Buna görə hər yerdən heyət-
lər gəlirdi. Onlardan məlumatları alıb Rəsulullahı 
müalicə edərdim. Tibb biliyim burdan irəli gəlir - 
cavabını vermişdir.
Hz. Aişənin tibb sahəsindəki biliyinə, muha-
kimə və zəkasına dəlalət edən bir çox sözü vardır. 
Bunlardan bir-ikisi də budur: 
“Kim xurmanı  tək sayı olaraq yeyərsə, ona 
zərər gəlməz.”
“ Ancaq üç qrup insan yuxusunu alar:
1-Namaz qılan.
2-Gəlin və bəy.
3-Səfərdə olan- buyuraraq bunun xaricində yu-
xuya ehtiyac olunmadığını bildirmişdir.
 
Hz. Aişənin Fitva Vermədə Qüdrəti və 
Müşkilləri Çözmədə Qabiliyyəti
Hz. Aişə sadəcə nəql və hədis rəvayəti ilə deyil, 
eyni zamanda ayeyi-kərimələrin təfsiri və hədisi-şə-
riflərin mənalarının təfsiri ilə  də maraqlanır, Rə-
sulullahdan öyrənirdi. O, Hz. Əbu Bəkr və Hz. Ömə-
rin xəlifəliyi zamanında belə fitva verməkdəydi. 
Hz. Ömər bəzən ona Rəsulullahın (s) sünnələ-
ri haqqında soruşar və məlumat alardı. Osman da 
Aişənin yanına gələr, Rəsulullahın hədisləri haq-

95
qında məlumat alaraq onun elminə böyük rəğbət 
göstərirdi.
Sahabələrin böyük bir qismi hər hansı bir möv-
zuda müşkilə düşdüklərində cavabı Hz. Aişənin 
yanında tapırdılar. Əshabdan:
“İbni Abbas ilə  Əbu Hüreyrənin də içində ol-
duqları bir elm məclisində  “ Hamilə olaraq yolda-
şından dul qalan bir qadın, daha sonra dünyaya uşaq 
gətirərsə, onun iddəti nə qədər olacaqdır? - sualı ortaya 
atılır. Ibni Abbas iki iddətdən hansı daha uzundur-
sa onu gözləməli olduğunu deyir. Əbu Hüreyrə isə 
doğum zamanına qədər iddə gözləməli olduğunu 
deyir. Bu iki fərqli görüş Hz. Aişəyə sorulduğunda 
o da: “Doğum zamanına qədər iddə gözləyəcəkdir” ca-
vabını verərək Əbu Hüreyrənin sözünü təsdiq edir.
 
Ömər bin Xəttab və  bəzi böyük səhabələr ih-
ramdan əvvəl ətir vurmanın müstəhəb olmadığını 
söyləyirlər. Hz. Ömər də ehramlı ikən ətrin qoxu-
sunu qoxlamağın uyğun olmadığı görüşündəydi 
və belə deyirdi:
“Ehramlıdan ətrin qoxusunu hiss etməkdənsə, 
bədənimə qətran sürtsəm, daha yaxşıdır.”
Məsələni Hz. Aişəyə açanda o:
“Mən Rəsulullaha (s) ehrama girəndə və ehramdan 
çıxanda Kəbəyi tavaf etmədən əvvəl əllərimlə qoxu sürt-
müşəm”
 27
 demiş və “ehramlı ikən Rəsulullahın (s) 
saç ayırımındakı  ətrin parıltısı  hələ  də gözümün 
qabağındadır”
 28
 sözlərini də əlavə etmişdi.
27 .
 Buxari, Libas 5930.
28 .
 Buxari, Libas 5923.
Hz. Aişə

Möminlərin Anaları
96
Hz. Aişənin Vəfatı
Əxlaqı Qurandan ibarət olan birisi olan bu mü-
barək qadın, həyatının sonlarına doğru xəstələndi. 
Xəstəliyindən narahat idi. Özünü təsəlli edib Rə-
sulullaha qovuşacağını söyləyənlərə  təbəssümlə 
baxırdı.
Xəstə yatağında ikən yanına Abdullah ibn Ab-
bas girmək üçün icazə istəmişdi. Hz. Aişə:
-Onun məni tərifləməsini istəmirəm” deyərək qəbul 
etmək istəməmişdi. Qardaşının oğlu Abdullah İbn Əb-
durrəhman ona:
-Anacan! İbn Abbas sənin evinin salih insanların-
dandır. Səni ziyarət etmək istəyir” deyincə Aişə girmə-
yinə icazə verdi.
Abdullah İbn Abbas içəri girib Hz. Aişəyə:
-Müjdələr olsun sənə! Vallahi səninlə Hz.Muham-
məd və dostlarına qovuşman arasındakı  şey ruhunun 
cəsədindən ayrılmasından başqa bir şey deyil. Sən Rə-
sulullahın (s) ən sevgili xanımıydın. Rəsulullah (s) da 
daima yaxşını sevərdi.
Abdullah İbn Abbas sözlərinə davam edərək dedi:
-Sənin boyunbağın itmişdi. Rəsulullah (s) ordan 
ayrılmayıb onu axtarmağı  səhabələrinə tapşırdı.Tapa 
bilmədilər. Susuzluq səbəbilə Allah-Təala təyəmmüm 
ayələrini endirdi. Allahın bu ümmətə endirdiyi bu ruxsət 
sənin səbəb və  bərəkətinlə olmuşdur.  İftira hadisəsində 
də Allah-Təala yeddi qat səmanın dərinliklərindən sənin 
təmiz və iffətli olduğunu bildirmişdir. Qurani-Kərimin 

97
sənin haqqında enən ayələri gecə-gündüz məscidlərdə 
oxunur.
Müminlərin anası:
-Ey  İbn Abbas! Bəsdir məni təriflədin. Vallah mən 
unudulub getməyi arzulayıram-demişdi.
 
 Müsəlmanların dini, siyasi və ictimai həyatın-
da dərin izlər buraxan bu böyük qadın, qaynaqlara 
görə vəfat etdiyi zaman altmış altı yaşında idi.
Hicri 58-ci il Ramazan ayının 17-si çərşənbə ax-
şamı vəfat edən bu saliha xanım Baqi məzarlığına 
dəfn edilmişdir. Vəsiyyəti üzrə  cənazə namazını 
Əbu Hüreyrə qıldırmışdır. Yenə öz vəsiyyəti üzərə 
cənazəsi ucuna yağlı parçalar bağlanmış  ağac bu-
daqlarının işığında gecə yarısı Baqi qəbiristanlığına 
götürülmüşdür. Cənazəni Mədinədə misli bərabə-
ri görünməyən bir camaat izləmişdir. Qəbri digər 
möminlərin analarının yanında idi. Beləcə ölüm 
onların arasında mübarizə  və  qısqanclığı ortadan 
qaldırırdı.
Cənazəsini qəbirə bacısı Əsmanın oğlanları Ab-
dullah və Urvə b. Zübeyr ilə onların da oğlanları 
endirdilər.
Hz. Aişənin vəfatını eşidən hər kəs kədərlənmiş-
di. Hz. Ummu Sələmə onun haqqında:  “Allah sənə 
rəhmət eləsin, səni bağışlasın, məni də  səninlə  cənnətdə 
görüşdürsün”deyib təkrarladığı nəql edilmişdir.
Allah ona rəhmət eyləsin. Amin! 
Hz. Aişə

Hz. Щафса

101
Hz. Hafsa binti Ömər bin Xəttab
Hicrətin 3-cü ilində Hz. Peyğəmbər ilə evlənən 
Hz. Hafsa,  Rəsulullahın (s)  sadiq dostu və İslam 
dünyasının ikinci xəlifəsi olan Hz. Ömərin qızıdır. 
Hz. Ömərin soyu bir neçə  nəsil  əvvəldə Pey-
ğəmbərimizlə birləşməkdədir. 
Hz. Hafsanın soyu belədir.  Hafsa binti Ömər 
b. Xattab b. Nüfeyl b. Abdul-Uzza b. Riyah b. Ab-
dullah b. Kurt b. Rizah b. Adiy b. Kab b. Lüey 
əl-Qureyşiyyədir. Anası Osman  b. Mazunun bacısı 
Zeynəb binti Mazun b. Habib b. Vehb b. Huzafə b. 
Cumahdır.
Hz. Ömərdən gələn bir məlumata görə Hz. 
Hafsa Hz. Peyğəmbərə (s) peyğəmbərlik verilmə-
dən beş il əvvəl doğulmuşdur. Miladi 605-ci il ta-
rixində Məkkədə dünyaya göz açmışdır. 
Hz. Hafsa atası kimi əsmər dərili, sərt təbiət-
li, tez əsəbiləşən bir xarakterə sahibdi. Sözləri ilə 
qarşısındakını susdurmağa hazır birisi idi. Bunun 
üçün də Hz. Ömər qızı ilə tez-tez maraqlanar və 
ona məsləhətlər verərdi.
Hz. Hafsa, atası Hz. Ömər  İslamiyyəti qəbul 
etdikdən sonra müsəlman olmuşdur. Hüneys b. 
Huzafə ilə evlənmişdir. İlk əri Hüneys bin Huzafə 
b. Qays b. Adiy b. Sad b. Sehmdir. Əri Hüneys ilə 
Hz

Möminlərin Anaları
102
əvvəl Həbəşistana sonra da Mədinəyə hicrət etmiş-
dir. Huneys  Rəsulullahın (s) əshabından olub, Bə-
dir hərbində  iştirak edənlərdəndir, Mədinədə  və-
fat etmişdir.
 
Cənazə namazı Rəsulullah tərəfindən 
qılınmış olan şəhid Huneysin həyat yoldaşı  Hz. 
Hafsa gənc yaşda dul qalmışdır. Huneys zürriyyət 
buraxmamışdır. 
Hz. Ömər hər dəfə evinə
 
girdiyi zaman qızını 
çox hüznlü görər və özü də çox kədərlənərdi. Gənc 
yaşında dul qalan qızının bu üzüntüsünə bir çarə 
axtarırdı. Tək çıxış yolu onu bu sıxıntılı halından 
qurtarmaq üçün, hər yöndən güvənə biləcəyi birisi 
ilə evləndirmək idi. Bu evlilik təklifini yaxın dost-
ları sayılan Hz. Osmana, sonra da Hz. Əbu Bəkirə 
etdi. Hz. Ömər bu təkliflərdən bir nəticə almadı. 
Peyğəmbərimizin (s) Hz. Hafsa ilə evlənməsi, onu  
həm bu sıxıntıdan qurtarmış, həm də Peyğəmbər 
xanımları arasına qatmış oldu. 
Hz. Peyğəmbərin Cənnətdə də Zövcəsi 
Olacaq Hz. Hafsa ilə  Evlənməsi
Hz. Peyğəmbərin Hafsa ilə evlənməsi bütün 
qaynaqlarda eyni şəkildə keçməkdədir. Şübhə yox-
dur ki, Peyğəmbərimizlə (s) evliliyi, ilk həyat yol-
daşı Bədir qəzvəsində şəhid olduqdan sonra həya-
ta keçmişdir.
Hz. Ömər: “Osman b. Affan ilə qarşılaşdım, 
Hafsa ilə evlənməsini təklif etdim: “İstəsən, qızım 
Hafsanı sənə nikahlayım.” -dedi.  O da: “Hələ ki, 
evlənməyi  fikirləşmirəm” cavabını verdi. Beləlik-
lə,  onun təklifini incə bir şəkildə  rədd etdi. Bun-

103
dan inciyən Hz. Ömər Hz. Əbu Bəkirin yanına ge-
dərək ona da eyni təklifi etdi. Hz. Əbu Bəkir susdu 
və cavab vermədi.”
1
 Bu təklif qarşısında heç bir 
şey söyləməyən Hz. Əbu Bəkirin cavabından da 
yaxşı nəticə almayan Hz. Ömər  şikayət üçün Hz. 
Peyğəmbərin (s) yanına gedib vəziyyəti danışdı. 
Buna görə Peyğəmbərimiz (s):
“Allah-Təala, sənin qızına Osmandan daha xeyirli 
bir ər, ona da sənin qızından daha şərəfli bir xanım təq-
dir buyurmuşdur.”deyərək özü üçün Hz. Hafsaya  
elçilik edir. Hz. Ömər bundan çox məmnun olur və 
qısa bir vaxtda qızını Allahın Rəsuluna nikahlayır.
Bu ərəfədə Peyğəmbərimizin (s) digər qızı, Hz. 
Osmanın ilk xanımı olan Ruqiyyə  vəfat etmişdi. 
Peyğəmbərimiz (s) də  qızı Ümmü Gülsümü Hz. 
Osmana nikahladı. Peyğəmbərimizin iki qızının əri 
olduğu üçün “ Zunnureyn ” yəni “ iki nur sa hibi ” 
ləqəbi verildi.
Hz. Ömər bir neçə vaxtdan sonra  Hz. Əbu 
Bəkirlə qarşılaşınca Hz. Əbu Bəkir ona: “Hər hal-
da Hafsanı  mənə  təklif etdiyin zaman cavab ver-
məyəndə məndən incidin”, - dedi; mən də: “Bəli.” 
dedim. O da: “Bunu bil ki, mənə təklif etdiyin za-
man sənə cavab verməyimə mane olan şey yalnız 
Rəsulullahın (s) onunla evlənməyi düşündüyünü 
bildiyim üçün idi. Rəsulullahın (s) sirrini ifşa edə 
bilməzdim, əgər bu fikrindən dönsəydi, mən təkli-
fini qəbul edərdim”, - demişdi.
2
1 . Sahihi-Buhari, 1606. II, səh.568
2 . Sahihi-Buxari, 1606. II, səh. 568
Hz. Hafsa

Möminlərin Anaları
104
Allahın Rəsulu (s) Hz. Hafsa ilə evlənməklə ona 
“möminlərin anaları”ndan olma şərəfini qazandır-
dı. Hz. Əli və Hz. Əbu Bəkirlə qohum olduğu kimi, 
Hz. Osman və Hz. Ömər ilə də qohumluq bağları 
quraraq ətrafına İslam böyüklərini yığdı. Bununla 
da dostları ilə olan bağını qohumluq bağı ilə daha 
da qüvvətləndirmiş oldu.
Peyğəmbərimizin Xanımlarını Boşama 
Xəbəri
Peyğəmbərimizin (s) xanımlarını “boşadığı xə-
bərinin” yayılması hadisənin əsli haqqında bir neçə 
məlumat keçməkdədir. Bu hadisə haqqında qısa 
məlumat verdikdən sonra bu barədə  İslam alimlə-
rinin fərqli görüşlərini verəcəyik.
Allah-Təala bu mövzudan bəhs edən Təhrim 
surəsində Hz. Peyğəmbərin (s) zövcələri ilə arasın-
da keçən bir çox əsas hadisələrə aydınlıq gətirərək 
həmin məsələlərə işıq tutmaqdadır:
Halal-haram, caiz olan-olmayan, sədd qoyub-qoy-
mamaq haqqında hökm vermək yalnız Alla ha aid-
dir. Digər insanlara, hətta Allah Rəsuluna (s) belə 
bu icazə verilməmişdir.  Əgər Peyğəmbər bir şey 
haqqında halal və ya haram qərarı verirsə, bu müt-
ləqdir ki, Allahın ona işarəti ilə hökm vermişdir. 
Bu işarət, Quranda olduğu kimi açıq bir şəkildə də, 
gizli vəhy ilə  də ola bilər. Ancaq Allahın mübah, 
yəni edilməsində günah olmayan bir şeyi haram 
qılmaq bir peyğəmbərin iradəsi daxilində deyildir.
İslam cəmiyyəti içində Peyğəmbərin həyatı 
böyük bir hissə daşımaqdadır. Onun hər hansı bir 

105
davranışını başqası etdiyində bir məna daşımaz, 
ancaq o edərsə, qanuni bir xüsusiyyət daşıya bilər. 
Bu baxımdan Allah Peyğəmbərin həyatını çox ya-
xından daima bir yoxlama altında tutmuşdur.  Al-
lah öz  razılığı xaricində Peyğəmbərin həyatına bir 
şey daxil olmasın deyə, İslami qayda və qanunları  
doğru bir şəkildə yalnız Allahın kitabında deyil, ən 
gözəl nümunə olan Allah Rəsulunun (s) həyatında 
da sərgiləmişdir. 
Peyğəmbərimiz (s) kiçik xətaya düşdüyündə 
belə xəbərdarlıq edilmiş və bizlərə tərtəmiz həya-
tından, işlədiyi hər hal və davranışı, əmr və irşadı 
bildirilməsi haqdır. Bu da bizlərin həyatına işıq tut-
maqla  İslamı yaşamağımızda yolumuzu aydınlat-
maqdır.
Quranda Hz. Peyğəmbərə (s) hörmət göstəril-
məsi, Allaha imanın bir şərti olaraq bildirilmişdir. 
Bu surədə isə Peyğəmbər xanımlarını məmnun et-
mək üçün halal bir şeyi özünə haram qıldı. Alla-
hın, “möminlərin anaları” olaraq tanıtdığı, müsəl-
manların onlara hörmət göstərmələrini əmr etdiyi 
peyğəmbər xanımları etdikləri bəzi səhvlərindən 
ötrü şiddətli bir xəbərdarlıq edildilər. Həm də giz-
li deyil, açıq şəkildə edilərək, İslam möminlərinin 
gecə-gündüz oxuyacaqları ilahi kitab olan Qura-
ni-Kərimdə qeyd edilmişdir. 
Burada Allahın məqsədi Peyğəmbəri və zöv-
cələrini müsəlmanların gözdən düşürmək deyil, 
möminlərə öz ilahi rəhbərlərinə qarşı hörmət sər-
hədlərini öyrətmək istəməsidir. 
Hz. Hafsa

Möminlərin Anaları
106
Allah Rəsulu (s) xanımlarından birinə sirr ola-
raq söylədiyi bir sözü  o xanımı, tam olaraq sirri 
saxlamayıb tərtəmiz olan zövcləri arasında ən çox 
dost olduğu digər bir yoldaşına xəbər vermiş, bun-
dan xəbərdar olan Hz. Peyğəmbər ona o sirri saxla-
madığını bildirmişdir. Onların Hz. Peyğəmbərdən 
dünya dünya bəzəyi ilə  əlaqədar bəzi istəkləri ol-
muşdur. 
Bu istəkləri səbəbiylə digər xanımları maraq-
landıracaq davranış  sərgiləmələrinə görə Allah 
Rəsulu həm dünya həyatının gözündə əhəmiyyət-
sizliyini izah etmək, həm də ailəsinə dərs verərək 
nəticədə nəyə razı olacaqlarını yoxlamaq üçün on-
ları tərk etmişdir. Özünə halalı haram qılacaq dərə-
cəyə  gətirən and ilə xanımlarıyla  əlaqəni kəsərək 
“məşrəbə” deyilən salamlıq otağında bir ay yalnız-
lığa çəkilmişdir.
Buxari və Müslimin ittifaq etdiyi hədislər-
də bal şərbəti kimi bilinən bu məsələ, qadınların 
qısqanclığının nəticəsi və ya Rəsulullahın xanımla-
rını boşama xəbərinin yayılması kimi tərif edilir. O 
cümlədən bu məşhur hadisə Təhrim surəsinin 1-4 
ayələrinin nuzul səbəbi olmuşdur.
a) Hz. Aişədən belə demişdir: “Hz. Pey  ğəmbər 
(s) Zeynəb b. Çahşın yanında bir müd dət qalıb ora-
da bal şərbəti içərdi. Buna görə mən və Hafsa “Hz. 
Peyğəmbər hansımızın yanına gələrsə: “Sən mə-
ğafir yedin, məğafir qoxursan” söy ləyərik” deyə 
razılaşdıq. Daha sonra birimizin yanına gəldi o da 
razılaşdığımız  şəkildə söylədi. Hz. Peyğəmbər (s) 
“Xeyr, mən məğafir yemədim, Zeynəb b. Çahşın evində 

107
bal şərbəti içmişdim, ancaq bir daha içməyəcəyəm” bu-
yurdu. Buna görə aşağıdakı ayə nazil oldu.
“Ey Peyğəmbər! Zövcələrinin rızasını gözlə-
yə rək Allahın sənə halal qıldığı şeyi nə üçün öz 
nəfsinə haram edirsən? Allah çox bağışlayan, 
çox əsirgəyəndir. Həqiqətən, Allah (halal bir şeyi 
özünüzə haram etmək barəsində içdiyiniz) andla-
rınızı (kəffarə verməklə) geri götürməyi vacib (qa-
nuni) etmişdir. Allah sizin ixtiyar sahibinizdir. O 
(hər  şeyi) biləndir, hikmət sahibidir! Bir zaman 
Peyğəmbər öz zövcələrindən birinə (Hafsaya) giz-
li bir söz (bir daha Zeynəb binti Cahşın yaxud Ma-
riya-Qıbtiyyənin yanına getməyəcəyini) demişdi. 
(Hafsa) bu sözü digər zövcələrdən biri olan Aişəyə 
xəbər verdikdə və Allah bunu ona (Peyğəmbərə) 
əyan etdikdə  (Peyğəmbər) bunun bir qismini 
(Hafsaya) bildirmiş, (alicənablığı üzündən) bir qis-
mini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər) 
əhvalatı (Hafsaya) bildirdikdə o: “Bunu sənə kim 
xəbər verdi? –deyə soruşmuş, o da: “Bunu mənə 
(hər  şeyi) bilən,  (hər  şeydən) agah olan (Allah) 
xəbər verdi! –deyə cavab vermişdi.” (Ey Hafsa, ey 
Aişə!) Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha 
(çox yaxşı olar) tövbə edəsiniz. Çünki (Peyğəmbərə 
əziyyət verməklə, ona xoş getməyən bir hərəkət) 
qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmi-
miliyə, günaha) meyl etdi. Əgər ona qarşı bir-bi-
rinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaq-
da) onun mövlası  (dostu, hamisi) Allah, yardım 
göstərənləri isə  Cəbrail,  əməlisaleh mömilər və 
bundan sonra da (bütün) mələklərdir”.
3
3 . Təhrim surəsi, 66/1-4.
Hz. Hafsa

Möminlərin Anaları
108
Hz. Aişə: “Rəsulullahın xanımları iki qrup 
idilər. Bir qrupun içərisində Aişə, Hafsa, Safiyyə və 
Sevda digər qrupda isə Ummu Sələmə ilə Rəsulul-
lahın digər xanımları vardı.”, - söyləmişdir.
Digər hədis isə belədir.
Hz. Aişə nəql edir: “Hz. Peyğəmbər (s) bal şər-
bətini və halvanı sevərdi.  İkindi namazından gəl-
dikdən sonra xanımlarının otaqlarına girər və on-
larla yaxından maraqlanırdı. Bir dəfə Ömərin qızı 
Hafsanın otağına keçdiyində normal qaldığı vaxt-
dan çox qaldı. Buna görə mən qısqandım və bu sə-
bəbi araşdırdım, sonunda öyrəndim ki: “Hafsaya 
qohumlarından bal hədiyyə edildi, o da Rəsululla-
ha (s) bal şərbəti içirib.” Mən də “Vallahi, ona bir 
oyun oynayacağıq”, - dedim, sonra da Sevda binti 
Zemaya: (Rəsulullahı nəzərdə tutaraq) “O, bir az-
dan sənə yaxın olacaq, sənə yaxınlaşanda deyərsən 
ki: “Məğafir yemisən?” O da sənə  “Xeyr” deyə-
cəkdir. Onda sən də Ona: “Bəs o zaman səndən 
gələn bu qoxu nədir?” soruşduğunda cavabında 
sənə: “Hafsa mənə bal şərbəti içirdi”, - deyəcək. 
“Elə isə arı balı Urfut ağacından şirə çəkmişdir”, - 
deyərsən. Mən də belə deyəcəyəm. Ey Safiyyə sən 
də belə söyləyərsən, - dedim.” Sevda belə deyir: 
“Vallahi, səndən çəkindiyim üçün Rəsulullah (s) 
qapıya gələr-gəlməz Ona dediklərini həmin anda 
söyləmək istədim.” 
Hz. Peyğəmbər (s) ona ya xınlaşdığında Sevda: 
“Ey Allahın Rəsulu, məğafir yemisən?” - dedi, O 
da “Xeyr”, - dedi. Sevda: “Yax şı, onda səndən gələn 
bu qoxu nədir?” - dedi, Rə sulullah  (s):  “Hafsa mənə 

109
bal şərbəti içirtdi”- de di. Mənim yanıma gəldiyində 
eynisini mən də söylədim, Safiyyənin yanına get-
diyində o da eyni şeyləri söylədi. Sonra Hafsanın 
yanına döndüyündə “Ey Allahın Rəsulu, sənə yenə 
bal şərbəti verməyimi istəyirsən?”- dedi. O da “Ona 
ehtiyacım yoxdur”,- dedi. Sevda: “Vallahi, Peyğəm-
bəri o baldan məhrum etdik”,- dedi, mən də ona 
“Sus!” - dedim.” 
4
a) Bu mövzu ilə əlaqəli olaraq başqa bir rəvayət 
də vardır ki, Nəsəi onu Ənəs b. Malikdən nəql edir: 
Hz. Peyğəmbərin (s) bir cariyəsi vardı. Hz. Aişə və 
Hafsa yanından ayrılmamalarına görə peyğəm-
bər özünü ondan məhrum buraxmışdı. Bu səbəb-
lə  Əziz və  Cəlil olan Allah “Ey Peyğəmbər! Zöv-
Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin