MÖMİNLƏRİn analari baş Məsləhətçi


“Ey Peyğəmbər! Zövcələrinə de ki; “Əgər siz



Yüklə 49,39 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix21.04.2017
ölçüsü49,39 Kb.
#15079
1   2   3   4   5   6   7   8   9   ...   16

“Ey Peyğəmbər! Zövcələrinə de ki; “Əgər siz 
dünya həyatını  və zinətini istəyirsinizsə, gəlin 
sizə talağınızı verim və sizi gözəl bir şəkildə bo-
şayım. Yox əgər Allahı və peyğəmbərini və axirət 
yurdunu seçirsinizsə, şübhəsiz, Allah sizdən yax-
şılıq edən qadınlar üçün böyük bir mükafat ha-
zırlamışdır.”
 16
16 .
 Əhzab surəsi, 33/23-28.

77
Hz. Peyğəmbər (s) “Təhyir” ayəsini digər xa-
nımlarına oxuduğu kimi Hz. Aişəyə  də oxuyub 
onun ailəsi ilə məsləhətləşərək bir qərara gəlməsini 
istəyincə  Hz. Aişənin verəcəyi cavab bu idi: 
- Ya Rasulullah! Mən seçimim xüsusunda ailəm-
ləmi qərar verəcəyəm? Təbii ki, mən Allah və Rəsu-
lunu seçirəm. Amma Səndən bir şey xahiş eləyirəm. 
Mənim bu seçimimi xanımlarına deməyəsən.
Rəsulullah (s):
-Allah məni kobud və  şiddət göstərən birisi olaraq 
göndərmədi. O, məni öyrədən və asanlaşdırıcı olaraq 
göndərdi. Onlardan biri mənə sənin seçimini soruşarsa, 
söyləyəcəm - dedi.
Bu hadisə İbn Abbasdan da eyni şəkildə rəvayət 
edilmişdir. Onun rəvayətində Aişənin “Vallah Rəsu-
lullah mənim valideynlərimlə məsləhətləşdiyimdə ondan 
ayrılmamamı söyləyəcəklərini bildiyi üçün belə demiş-
di” ifadəsi də yer alır.
Daha sonra İbn Abbas rəvayət edir: “Rəsulul-
lah (s) bütün xanımlarını seçim xüsusunda sərbəst 
buraxmış, onlar da eyni ilə Hz.Aişənin dedikləri 
kimi cavab vermişdilər”
Hz. Aişənin Fəziləti və Digər Xanımlar 
Arasında Üstünlüyü
Hz.Aişə zərif bədənli, iri gözlü, dalğalı saçlı, sa-
rışın, bəyaz üzlü gözəl bir xanım idi. Rəsulullah on-
dan başqa bakirə bir qadınla evlənməmiş, heç bir 
qadın ona Hz. Xədicədən sonra sevimli olmamışdı. 
O heç bir müsəlman xanımın əldə edə bilmədiyi fə-
Hz. Aişə

Möminlərin Anaları
78
zilətlərə sahib olmuşdur. Hz. Aişə Hz.Peyğəmbərlə 
evləndiyi gündən bəri Onun qəlbində xasiyyət və 
fitri qabiliyyəti, Hz.Peyğəmbərə bəslədiyi sevgi və 
qayğısı ilə müstəsna bir yeri tutmuşdur. Bu xüsu-
siyyətləri ilə o, Hz. Peyğəmbərin digər xanımların-
dan fərqli bir mövqeyə yüksəlmişdir. 
Rəsulullah (s) ona qarşı yumşaq davranar, ara-
da bir də zarafatlaşardı. Bununla əlaqəli bir hadisə-
ni də burada qeyd etmək yerinə düşər. Hz. Aişə 
özü rəvayət edir ki:
Bir gün Rəsulullah (s) Baqi qəbiristanlığından qa-
yıdırdı. İçəri girəndə mən baş ağrısından əziyyət çəkir, 
“vay başım, vay başım” deyirdim. Rəsulullahın da başı 
ağrıyırdı. Mənə dönüb:
-“Vallah, ay Aişə! Əksinə mən “vay başım” demə-
liyəm - dedi. Mənim zarıdığımı görüncə bu səfər:
-“ Nə zərəri var. Məndən əvvəl ölsən, mən baş ucun-
da durub səni kəfənləyib cənazə namazını da qılaram və 
özüm də dəfn edərəm - deyib zarafatlaşdı.
Rəsulullah onunla zarafatlaşdığı kimi arada bir 
onunla yarışlara da gedər və yaxud özü onunla ya-
rışardı. Hz. Aişə rəvayət edir ki: 
-Bir gün Rəsulullah mənimlə qaçma yarışına girdi 
və mən onu keçərək qalib gəldim. Bir müddət sonra mən 
kökəldim. Onunla yarışa girişəndə bu dəfə o, məni ötdü.
 
Üstün  şəxsiyyətinin və  fitri qabiliyyətinin ol-
ması Hz. Aişənin istərsə Hz.Peyğəmbər, istərsə 
də  səhabə arasında hörmətə layiq biri olduğunu 
göstərmişdir. Rəsulullah (s.əs.) şəxsən özü Aişənin 

79
xüsusiyyət və  fəzilətlərini zikr edərək onu əshabı 
və digər müsəlmanlarına mədh etmişdir.
 
Məhz bu yüksək məziyyət və xislətlərə sahib ol-
ması onun Allah Rəsulunun yanında sevgi və hör-
mətini artıran əlamətlərdən idi. İbn Həcər Rəsulul-
lahın (s) Hz.Aişəyə olan sevgisinə diqqət çəkərək 
ikisi arasında varid olan hadisəni belə nəql edər:
Hz. Aişə bir gün Rəsulullaha (s):
-Ya Rəsulullah! Cənnətdəki xanımların kimlərdir? – 
deyə soruşmuş, Rəsulullah (s) da:
-“Sən də onlardansan” - cavabını verərək dünyada 
ikən onu cənnətlə müjdələmişdir.
Hz. Aişə özünə  bəxş edilən bu fəzilətlərin 
fərqindədir ki, bu üstünlüklərini belə sıralamışdır:
Rəsulullah məndən başqa bakirə bir qadınla evlən-
məmişdir.
Allah-Təala ta səmadan enən ayə ilə  məni təmizə 
çıxarmışdır.
Cəbrail mənim rəsmimi Hz.Peyğəmbərə göstərərək: 
“Bu, sənin dünya və axirət zövcəndir” demişdir.
Rəsulullah sadəcə  mənim otağımda mən yatarkən 
namaz qılmışdır.
Rəsulullaha yalnız mənim otağımda ikən vəhy nazil 
olmuşdur.
Rəsulullah mənim atam ilə hicrət etmişdir.
Rəsulullah mənim qucağımda ikən ruhunu təslim 
etmişdir.
Hz. Aişə

Möminlərin Anaları
80
Rəsulullah mənim növbəm olan gündə vəfat etmişdir.
Rəsulullah mənim otağımda dəfn edilmişdir.
Aşağıdakı hədis də Hz.
 Aişənin digər xanımla-
rı arasında fəzilət yönündən üstünlüyünü bir daha 
ortaya qoymaqdadır:
Əshab Peyğəmbərin (s) Hz.Aişəyə olan sevgi-
sini bildikləri üçün hədiyyələri Aişənin günündə 
gətirərdilər. Peyğəmbər (s) də  gələn hədiyyələ-
ri Aişənin otağında bölərək digər xanımlarına da 
göndərərdi. Xanımları hər dəfə hədiyyələrin Aişə-
nin otağına gəlməsindən narahat olduqlarından 
aralarında bir plan hazırlayırlar. Ummu Sələməni 
Rəsulullaha göndərərək: “Get Rəsulullaha de ki, 
xalq hədiyyələrini vermək istədiklərində gün araş-
dırmadan Hz. Peyğəmbər hansı xanımının yanın-
daysa o gün gətirsinlər!- deyirlər. Ummu Sələmə 
qadınların ona dediklərini Rəsulullaha çatdırır. 
Lakin Rəsulullah cavab vermir. Xanımlar Ummu 
Sələməyə nəticəni soruşduqlarında o, Rəsulullahın 
cavab vermədiyini onlara bildirir. Bunun üzərinə 
xanımlar bir daha danışması üçün Ummu Sələmə-
dən xahiş edirlər. Ummu Sələmə vəziyyəti bir daha 
açanda Rəsulullah (s) Ummu Sələməyə:
-Aişə mövzusunda məni incitməyin. Həqiqət bura-
sındadır ki, mənə heç bir qadının günündə vəhy gəlməz, 
ancaq Aişənin otağında və günündə ikən vəhy gəlir - deyir
Ummu Sələmə bunun üzərinə peşmançılığını 
bildirərək: 
-Ya Rəsulullah! Sizi incitməkdən tövbə edib Allaha 
sığınıram - dedi və  vəziyyəti xanımlara xəbər verərək 

81
onu bu işə qatmamalarını bildirir.
   
Xanımlar bununla 
kifayətlənməyib vəziyyəti atasına çatdırmaq üçün bu 
dəfə qızı Fatımədən yardım istəyirlər. Fatimə onların bu 
istəyini qəbul edib Hz. Peyğəmbər (s) Aişənin otağında 
ikən yanına gəlib:
- Ata! Xanımların məni sənin yanına göndərdilər. 
Onlar İbn Əbi Kuhafənin (Əbu Bəkr) qızı ilə özləri ara-
sında adil davranılmasını istəyirlər - dedi. Rəsulullah:
- Qızım, sən mənim sevdiyimi sevmirsənmi? - deyə 
soruşur. Fatimə:
- Əlbəttə, sevirəm - deyir. Bunun üzərinə Rəsulul-
lah (s):
-Elə isə, bunu da sev - deyərək Aişəni göstərir. 
Fatimə xanımların yanına dönərək atasından 
eşitdiklərini olduğu kimi onlara danışır. Onlar Fa-
timəyə yenidən danışması üçün getməsini istəyir-
lərsə də, Fatimə:
Allaha and olsun ki, bu mövzuda bir kəlmə də olsun 
atama söz deməyəcəyəm” deyərək onların istəyini qəbul 
etmir.
 
Hadisənin davamında Hz. Fatimədən sonra Hz. 
Peyğəmbərin xanımlarından Zeynəb binti Cahşın 
da bu məsələni danışmaq üçün Hz. Peyğəmbərin 
yanına gəldiyi, Hz.Peyğəmbərin onun danışdıqla-
rına səsini çıxarmaması, danışığında bir az irəliyə 
get məsi nəticəsində Hz. Aişənin Zeynəbə müda-
xilə edərək susdurması, bunun üzərinə Rəsululla-
Hz. Aişə

Möminlərin Anaları
82
hın Hz. Aişə üçün “O,  Əbu Bəkrin qızıdır” deməsi 
haqqında rəvayətlər də mövcuddur.
 17
Hz. Peyğəmbəri  ən çox qısqanan xanımların-
dan olan Hz.Aişənin bu halı onun fəzilət və əxlaq 
yönündən digər xanımları arasında üstünlüyünü 
zədələməmiş, bir maneə  təşkil etməmişdir. Bəzən 
də bu qısqanclıq halı xüsusilə Hz.Peyğəmbər (s) 
tərəfindən özünə xatırladılırdı. Hz. Aişədən gələn 
rəvayətə görə bir gecə Peyğəmbər (s) durub çölə 
çıxmış, geri qayıdanda Aişə onun harda olduğunu 
soruşmuş və Hz. Peyğəmbər (s):
-“Nə olub, ey Aişə! Qısqandınmı?” deyə soruşmuş-
du. Aişə:
-“Neyləyim, sənin kimi birini qısqanmamaq müm-
kün deyil”-cavabını vermişdi.
 18
Hz. Aişə Peyğəmbərin (s) xanımları arasında 
davam edən qısqanclıq yarışına işarət edərək rə-
vayət edir:
-“Zeynəb Peyğəmbərin (s) digər xanımları ara-
sında mənimlə  ən çox rəqabətə girən idi. Buna onun 
Peyğəmbərin yanındakı qədr-qiymət və mərtəbəsi səbəb 
olmaqdadır. Buna baxmayaraq iman və təqva yönündən 
Zeynəbdən daha xeyirli, doğru sözlü və daha çox sədəqə 
verən bir qadın görmədim.”
 19
Hz. Aişənin Peyğəmbər (s) nəzdində xüsusi 
bir yeri olduğunu gələn rəvayətlərdən də anlamaq 
17 .
 Buxari, Hibə 6; Muslim, Fədailus-Səhabə, 13.
18 .
 Muslim, Sıfatul-Münafiqin, 16.
19 .
 Muslim, Fədailus sahabə,13.

83
olar. Belə ki, əshabdan Amr b. As Peyğəmbərdən 
(s) bir gün soruşur:
-“Ya Rəsulullah!  İnsanlar içində  sənə  ən sevimli 
olan kimdir? Peyğəmbər (s):
“ Aişə” cavabını verir. Amr. b. As: “ Bəs kişilərdən 
ya Rəsulullah?” soruşunca:
“ Aişənin atası”- cavabını verir.
 20
 
Hz. Aişənin fəzilətinə dair bir çox rəvayət var-
dır ki, bunlardan biri də belədir:
 Bir gün Rəsulullah (s):
“ Ey Aişə! Bu yanımdakı Cəbraildir, sənə salam de-
yir” dedi. Aişə:
“Salam, Allahın rəhmət və bərəkətləri onun üzərinə 
olsun. Mənim görmədiyim Cəbraili sən görürsən” de-
yir.
21
Hz. Peyğəmbər (s) ilk xanımı Hz. Xədicədən 
sonra xanımları içərisində Hz. Aişəni daha çox sev-
mişdir. Lakin bu sevgi onun Allaha olan sevgisini 
və vəzifə və təbliğindəki bağlılığını azaltmamışdır. 
Əbu Musa əl-Əşaridən gələn rəvayətə görə Hz. 
Peyğəmbər (s) belə buyurmuşdur:
“Kişilərdən bir çoxu fəzilət və kamillikdə kəmala çat-
mışdır. Halbuki qadınlardan İmran qızı Məryəm ilə Fi-
rovunun arvadı Asiyə və Xədicə bin Xuveyliddən başqa-
sı kəmala çatmamışdır. Ümmətimin qadınları içərisində 
20 .
 Buxari, Fədailu Əshabin-Nəbi, 3662.
21 .
 Buxari, Bədil-Xalq, 3217
Hz. Aişə

Möminlərin Anaları
84
isə Aişənin fəziləti tirit
22
 yeməyinin digər yeməklərə olan 
üstünlük və fəziləti kimidir”
23
Hz. A
işə  Mədinədə Peyğəmbərimizin hərbi 
səfərlərində iştirak etmiş və digər səhabə xanımla-
rı kimi hərbdə yaralıların müalicəsi ilə məşğul ol-
muşdur. Uhud qəzvəsində çiynində su və yemək 
daşıyaraq Hz. Peyğəmbərə (s) hər zaman dəstək 
olmuşdur. 
Hz. Aişənin fəzilət nümunələrindən birisi də 
onun  şanına təyəmmüm ayəsinin enməsidir.  Belə 
ki, Hz. Aişə bir dəfə bacısı Əsmadan taxmağa bir boyun-
bağı almışdı.(bir rəvayətdə isə o boyunbağını ona anası 
vermişdi.) Hz. Peyğəmbərlə (s) birlikdə  Məkkə ilə  Mə-
dinə yolu üzərində Beyda və Zatul Ceyşə çatdıqlarında 
Aişənin boynundakı boyunbağı  qırılıb hara isə düşdü. 
Rəsulullah tapılması üçün o yerdə bir müddət dayandı. 
Hər kəs də gözləməyə başladı. Dayandıqları yerdə su da 
yox idi. Dəstədən bir neçə nəfər gəlib Əbu Bəkirə: “Ey 
Əbu Bəkr! Aişənin nə etdiyini görürsənmi? Rəsulul-
lahı və hər kəsi yolundan elədi. Su başında da dayanıl-
mayıb. Heç kəsin yanında su da yoxdur”- dedilər. Əbu 
Bəkr Aişənin yanına gəldi. Aişə oturmuş, Rəsulullah da 
başını dizinə qoyub yuxulamışdı. Aişəyə acıqlanmağa 
başladı. Aişə Rəsulullah yatdığı üçün səsini çıxarmadı. 
Səhər olanda Rəsulullah oyandı. Ətrafda su yox idi. O 
an Allah-Təaladan təyəmmüm ayələri nazil olmağa baş-
ladı. Hər kəs təyəmmum edərək ibadətini elədi. Üseyd b. 
Xudayr Aişəyə: “Allah səni xeyir ilə mükafatlandırsın! 
Sənin başına elə bir iş gəlmir ki, onda Allah-Təala sənin 
22 .
  Ətlə bişirilən bir yeməkdir. Müxtəlif  bölgələrdə bu yeməyə 
sərid də deyirlər.
23 .
 Buxari, Əhadisul-Ənbiya, 3411.

85
üçün də, müsəlmanlar üçün də xeyir və  bərəkət ehsan 
etməsin-dedi. Rəsulullah (s) da: “Sənin  bu boyunbağı-
nın nə böyük bərəkəti var imiş” deyir. Getmək üçün yola 
düzələndə boyunbağını Aişənin dəvəsinin altında qaldı-
ğını görürlər.
 24
 
Hz. Peyğəmbərlə Hz. Aişə arasındakı ailə bağı 
sevgi üzərində qurulmuşdu. Bu baxımdan Hz. 
Peyğəmbər (s) Hz. Aişəyə böyük hörmət və yaxın-
lıq göstərirdi. Amma burada onu da qeyd etmək la-
zımdır ki, Peyğəmbərin (s) xanımları arasında Hz. 
Aişəni çox sevməsi və  tərifləməsi, digərlərindən 
üstün tutması səbəbiylə deyildir. Peyğəmbərin (s) 
ona bu dərəcə bağlanmasının səbəbi Hz. Aişənin 
ona qarşı  rəftarından irəli gəlirdi. Yəni Hz. Aişə-
nin Peyğəmbərə (s) göstərdiyi sevgi, təslimiyyət və 
bağlılığının bir nəticəsi olaraq Rəsulullah da onun 
bu davranışına biganə qalmamış və ona sevgi his-
ləri ilə bağlanmışdır. Bunun ən gözəl nümunəsi-
ni Hz. Peyğəmbərin xanımlarına ya dünya malını 
və zinətini istəmələri, ya da Allahı, Rəsulunu və 
axirəti seçmələri üçün düşünməyə vaxt verdiyində 
Hz. Aişənin heç düşünmədən ikinci şərti seçərək 
peyğəmbəri məmnun etdiyi hadisəsində görmək 
olar
.
Hz. Aişədən rəvayət edildiyinə görə Rəsulullah 
(s) bir gün ona:
“Ey Aişə! Mən sənin məndən razı olduğun və mən-
dən incidiyin zamanı yaxşı bilirəm”- dedi. Hz. Aişə 
bunu necə bildiyini ondan soruşanda Rəsulullah (s):
24 .
 Buxari, Fədailu Əshabin-Nəbi, 3773; Müslim, Təyəmmüm 367.
Hz. Aişə

Möminlərin Anaları
86
“Məndən razı olduğun vaxtlar xeyir, “Muhammə-
din Rəbbinə and olsun”; məndən incidiyin zaman isə 
“İbrahimin Rəbbinə and olsun!” deyirsən. Hz. Aişə də:
“Bəli, Allaha and olsun ki, incidiyim zaman sadəcə 
sənin adını tərk eləyirəm” cavabını vermişdi.
 25
Hz. Aişənin fəzilət və üstünlüklərini təkcə Al-
lah Rəsulu deyil, eyni zamanda xanımları da etiraf 
edib təqdir edərdilər. İfq hadısəsində Rəsulullahın 
(s) Aişə haqqında sorğu-suala çəkdikləri arasında 
xanımlarından Zeynəb binti Cahş da var idi. Allah 
Rəsulu ondan da Aişə haqqında bildiyi və gördüyü 
şeylərin olub olmadığını soruşanda Zeynəb Rəsu-
lullaha belə cavab vermişdi: 
“Ey Allahın Elçisi! Mən qulağımla eşitmədiyim, 
gözümlə  də görmədiyim  şeylər xüsusunda Allahdan 
qorxuram. Ancaq Allaha and olsun ki, Aişə haqqında xe-
yirdən başqa da heç nə bilmirəm” .
 26
Hz. Aişənin hər xüsusda mükəmməlliyi, xüsu-
silə də İslami elmlər sahəsindəki elmi dərinliyi bir 
çox islam alimləri tərəfindən qəbul edilmişdir. İbn 
Teymiyyə  və  tələbəsi  İbni Qayyuma görə; “Əgər 
üstünlük axirətdə kəmalat dərəcəsinə görədirsə, o 
halda bunu yalnız Allah bilir. Lakin dünyəvi nöq-
teyi nəzərdən baxıldığında həqiqi olan mükəmməl-
liklər pillə-pillə artaraq müxtəlifdir: Əgər mükəm-
məllik nəslin  əsalət və  nəcabəti yönündən isə o 
zaman Fatimətuz-Zəhra hamısından üstündür. 
Əgər peyğəmbərə imanda öndə olması, onun yax-
şılığı və səadəti üçün yardım və fədakarlıq göstər-
25 .
 Buxari, Fədailus sahabə, 5228.
26 .
 Buxari, Şəhadət, 15

87
məsi, İslamın ilk dönəmlərindəki sıxıntı və çətinlik-
lərə sinə gərməsi yönündən isə o zaman Xədicətul 
Kübranın kəmalatı hamısını aşmaqdadır. Bununla 
bərabər əgər zəkası və ədəbi üstünlüyü, dinə xid-
mətləri, Hz. Peyğəmbərin öyrətdiklərini, söylədik-
lərini və tətbiq etdiklərini yaşamasını nəzərə alsaq, 
o zaman Aişə Siddiqənin rəqibi yoxdur.
 
 
Hz. Aişənin Elm Öyrənmədə 
Əzmi və Bacarığı
Hz. Peyğəmbər (s) elm və təbliğdə təkcə səha-
bələri ilə deyil, öz ailə fərdləri, əhli-beytindən olan 
möminlərin anaları olan zövcələrinin maariflən-
məsi ilə də yaxından maraqlanmışdır. 
Rəsulullahın
 
(s) xüsusi həyatını  və  İslamı necə yaşadığını bizə 
ən yaxşı tanıdan Hz. Aişədir. Digər xanımların nə 
qədər hədis rəvayət etdiklərini gördükdən sonra 
rahatlıqla demək olar ki, Hz. Aişə olmasaydı, Rə-
sulullahın (s) şəxsi həyatının bir çox mərhələsi bizə 
qapalı qalacaqdı. Onun dərin elm dəryasından ən 
cox faydalanan zövcələrindən olan Hz. Aişəni xü-
susilə qeyd etmək lazımdır . Hz. Aişənin Peyğəm-
bərlə (s) evliliyində gözə çarpan ən önəmli xüsus 
bir müəllim-tələbə  əlaqəsidir. Hz. Aişə o dərəcə 
mükəmməl yetişmişdir ki, Hz. Peyğəmbərdən son-
ra onun evi qadın-kişi, böyük-kiçik bir çox insanın 
hüzuruna gəlib onu dinlədiyi, sual soruşub cava-
bını aldığı bir elm və irfan ocağı olmuşdur. Hz. 
Aişə Peyğəmbərdən (s) aldığı bilgilərlə həm səha-
bələrə, həm tabiunlara, həm də sonrakı müctəhid 
imamlara işiq tutacaq bilgilər nəql etmişdir. O, Hz. 
Peyğəmbərin (s) sünnəsini nəql etmək və açıqla-
Hz. Aişə

Möminlərin Anaları
88
maqla qalmamış, eyni zamanda onun doğru anla-
şılması xüsusunda elmi tənqid anlayışını da ortaya 
qoymuşdur. Səhabələr arasında çox sayda mövzu-
da fitva verməsi ilə məşhur olan yeddi səhabədən 
biridir. Hz. Peyğəmbərdən (s) 2210 hədis rəvayət 
etmişdir.
 
Hz. Peyğəmbərin (s) Hz. Aişə ilə bağladığı ni-
kah əqdinin əsas səbəblərindən biri də İslam dini-
nin incəliklərini özündən sonra səriştəli birinə dövr 
edilməsi idi. Allah Rəsulu (s) İslam dininin gələcə-
yi və çatacağı hədəflər hələ tam məlum olmadığına 
görə ona tabe olan insanların aqibəti barəsində ha-
mıdan çox narahatlıq keçirirdi. İslam dininin əsas-
larını  və hökmlərini zərif cinsin nümayəndələri 
arasında izah edib, başa salaçağı ağıllı və çalışqan 
bir qadına ehtiyac var idi. Hz. Aişə isə bütün bu 
xüsusiyyətləri özündə cəmləşdirən bir qadın idi və 
kişik yaşda olmasına baxmayaraq Hz. Peyğəmbə-
rin də bu mənada diqqətini cəlb etmişdi. Həmçi-
nin kiçik yaşda olduğuna görə Hz. Peyğəmbərin 
də ona öyrətmək istədiyi məlumatları və qazandır-
maq istədiyi vərdişləri də mənimsəmək üçün əlve-
rişli mənəvi təbiətə sahib idi. 
Hz. Aişə  Rəsulullahla birlikdə olarkən daima 
dərin mənalı suallar verir, izah olunan məsələnin 
hərtərəfli başa düşülməsi üçün Peyğəmbərlə (s) 
əhatəli müzakirələr edirdi. Bu xüsusiyyətləri baxı-
mından o, Əbu Bəkrin övladları içərisində xüsu-
silə seçilirdi. Həqiqətən də, nəsil məsələsinə böyük 
əhəmiyyət verən  ərəb zadəganlarında evlilik bağ-
ları iki ailə, yaxud da iki qəbilə arasında sıx əlaqələ-

89
rin qurulmasında və qarşılıqlı yardımlaşmada çox 
böyük rol oynayırdı.  Əbu Bəkr  İslam dinini ilk 
qəbul edən bir neçə  nəfərdən biri idi və peyğəm-
bərə olan sədaqəti və bağlılığı nəticəsində “Siddiq” 
ləqəbini almışdı. Qızına nişanlı axtaran Əbu Bəkr 
Rəsulullahdan gələn evlilik təklifinə sevinclə razı 
olmuşdu. Belə ki, o əsnada Hz. Əbu Bəkrin qəl-
bindən keçirdiyi gəncin “məni zorla İslam dininə 
gətirməyə çalışmayın” sözlərindən çox incimiş və 
qəlbi qırılmışdı. 
Qısacası, Hz. Muhammədin (s) Hz. Aişə 
haqqında bəslədiyi bütün ümidlər artıqlaması ilə 
həyata keçmişdi. O, İslamda yetişmiş  ən böyük 
hüquq alimlərindən biri olmağa müvəffəq olmuş-
du. Həmçinin tarix, bəlağət (natiqlik) və şer sahələ-
rində də öz sözünü demişdi. Mədinədə tam doqquz 
il Peyğəmbərin (s) ən yaxın və səmimi rəfiqi olmuş, 
bunun təbii nəticəsi olaraq da Rəsulullahın həyatı 
barəsində bir çox hədis rəvayət etmişdir. Eyni za-
man da Hz. Aişə hərbi səfərlərdə də iştirak etmiş, 
döyüş əsnasında əsgərlərə tibb bacısı kimi xidmət 
göstərmişdir. Onun hüquq, tibb, riyaziyyat, ədə-
biyyat və tarix elmlərində, eyni zamanda ərəb folk-
loru sahəsində nə qədər qabiliyyətli olduğu hamı-
ya məlumdur. 
Tabiunun  İmamı  əl-Məsruqa: “Hz. Aişə miras 
hüququnu yaxşı bilirdi?” soruşanda: 
“Əlbəttə! Vallah canım əlində olan Allaha and 
olsun ki, Rəsulullahın  əshabından yaşlı olanların 
belə Aişədən miras hüququ barəsində məlumat al-
dıqlarını gördüm” - cavabını vermişdir.
Hz. Aişə

Möminlərin Anaları
90
İbn Həcər “əl-İsabə”də Zübeyr b. Bəkkarın rə-
vayətini nəql edir:
“Mən Urvədən daha gözəl  şeir deyən birini 
görmədim.” Ona:
“Şeri kimdən rəvayət edirsən?” soruşduğumda 
mənə: “Rəvayət etdiyim şeirlər Aişədəndir. Onun 
yanında hər hansı bir hadisə yaşandığı zaman müt-
ləq onu şeir ilə deyərdi” - cavabını vermişdir.
Hişam ibn Urvə bin Zübeyr də Hz. Aişə haqqın-
dakı sözlərini belə nəql edir: “O, hədisi, Quranı və 
şeiri insanlar arasında ən yaxşı bilən idi. O ölmədən 
əvvəl dedim: “Əgər Aişə ölərsə, ona soruşmadığım 
məsələlər üçün peşmançılıq çəkərəm”.
Qubeysa b. Züeyb rəvayət edir ki: “Hz. Aişə 
xalqın ən alimi idi. Ürvə b. Zübeyr (Hz. Aişənin ba-
cısı  oğlu) Hz. Aişənin yanına getdiyindən həmişə 
elmdə bizə qalib gələrdi. Buna görə biz Ürvə b.Zü-
beyrə qibtə edərdik.” 
Hz. Aişə, hücrəsinin (otağının) Məscidi Nəbə-
viyə bitişik olması səbəbilə Rəsulullahın məsciddə 
verdiyi sohbət və xütbələri, təlim və irşadlarını öy-
rənmək, başa düşmədiklərini də Rəsulullahdan so-
ruşmaq surətilə yetişən və elmini kamala çatdıran 
bir şəxsiyyət olmuşdur. 
İmam Zöhri: “Bütün xanımların elmi ilə Pey-
ğəm bərin digər xanımlarının elmi bir araya gəti-
rilsə, yenə də Hz. Aişənin elmi hamısından üstün 
gələr” buyurmuşdur.
Əbu Musa əl-Əşari də onun elmi fəzilətinə və 
üstünlüyünə diqqət çəkərək: “Biz, Peyğəmbərin əs-

91
habının bir hədis üzərində bir müşkilimiz olanda 
Hz. Aişəyə gedər və mütləq o hədisin cavabını on-
dan alardıq.” - buyurmuşdur.
Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin