MÖMİNLƏRİn analari baş Məsləhətçi



Yüklə 49,39 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix21.04.2017
ölçüsü49,39 Kb.
#15079
1   2   3   4   5   6   7   8   9   ...   16

Vəfatı
Həzrət Sevdanın Peyğəmbərimizin vəfatından 
sonrakı həyatı haqda tarixi qaynaqlarda geniş mə-
lumat yoxdur.
Həzrəti Sevdanın Həzrəti Ömərin xəlifəliyinin 
son ilində hicri 22, miladi 643-cü ildə Mədinədə və-
3 . Müslim, Həcc, 49
4 . İbn Macə, Mənasik, 62
Hz. Sevda

Möminlərin Anaları
42
fat etmişdir və baqi qəbiristanlığında dəfn edilmiş-
dir.
Həzrəti Sevda vəfat etdiyində 70 yaşı var idi.
Allah Həzrəti Sevda anamızdan razı olsun! 
Amin
 

Hz. Aишя

45
Hz. Aişə binti Əbi Bəkr əs-Siddiqə
Hz. Aişənin Ailəsi
Hz. Aişə binti Əbi Bəkr Hz. Muhammədə (s) 
ilk iman edən, Onun ən sadiq dostu Hz. Əbu Bəkr 
əs-Siddiqin qızı  və Hz.Peyğəmbərin zövcəsidir. 
Siddiqə  ləqəbi ilə  məşhurdur. Ummul-muminin 
və Ummu Abdullah təxəllüsü ilə  də çağırılmaq-
dadır.
 1
 Hicrətdən səkkiz il əvvəl Məkkə-i Mükər-
rəmədə doğulmuşdur. Anası Kinanə qəbiləsindən 
Ummu Ruman binti Amir İbn Uveymirdir. “Mən 
ailəmi tanıyandan bəri onların müsəlman olduğu-
nu gördüm”
 2
 sözü Hz. Aişənin çox kiçik yaşların-
dan müsəlman olduğunu və bisətdən əvvəl doğul-
duğunu göstərir. Uşaqlığı haqqında çox məlumat 
yoxdur.
Hz. Peyğəmbərin (s) zövcəsi olaraq “Um-
mul-muminin” şərəfini qazanan Hz.Aişə istər atası, 
istərsə də anası tərəfindən əsil-nəcabəti yönündən 
bir çox üstünlükləri olan tanınmış bir ailəyə mən-
subdur. Atası Əbu Bəkr Bəni Teym qəbiləsindəndir 
1 .
 Övladı olmadığına görə  Rəsulullah ona bacısı  oğlu Ab-
dul lahın adı ilə  təxəllüs götürməyini məsləhət görmüş, bu 
sə bəbdən də Ummu Abdullah kimi tanınmışdır. Geniş  mə-
lumat üçün bax: Mehmed Emre, Hanımların Din Rehberi, Çile 
yayınları, İstanbul 1998.
2 .
 Buxari, “Kəfalət”,4
Hz

Möminlərin Anaları
46
ki, bu qəbilənin kişiləri qadınlarına qarşı yaxşı dav-
ranan və haqlarına riayət edən kişilərdəndi.  Əbu 
Bəkr həlim xasiyyətli, insanlarla yaxşı münasibət-
ləri olan və buna görə daima insanların məşvərə-
tinə ehtiyac duyulduğu bir insan idi. Rəsulullahın 
(s) daima özü ilə  məsləhət etdiyi və bu səbəbdən 
əshabdan bəzilərinin “Rəsulullahın vəziri” adını 
qazanmış olan Əbu Bəkr ticarətlə  məşğul olan və 
hər zaman insanlara əl tutduğu üçün comərdliyi və 
səxavəti ilə tanınırdı.  İslama girişi ilə daha sonra 
müsəlmanlar arasında salihə qadın kimi tanınan 
anası Ummu Ruman hicrətin altıncı ilində Mədinə-
də vəfat etmişdir. Rəsulullah (s) özü onun dəfnində 
iştirak etmiş, qəbrinə enmiş və :
“Hurilərdən bir qadına baxmaq kimi sevindirərsə, o, 
Ummu Rumana baxsın” buyurmuşdur.
 
Hz. Aişənin Peyğəmbərlə (s) İzdivacı
Hz. Peyğəmbərin (s) Hz. Aişə ilə nikahı hic-
rətdən  əvvəl Məkkədə  qıyılmışdır. Alimlərin bu 
evliliyin tarixi mövzusunda fərqli  fikirləri vardır. 
Məvdudi,  İmam Nəvəvi və  Əllamə  Qəstalaninin 
Aişənin hicri tarixlə II ildə  ər evinə köçdüyünü 
qeyd edirlər. Məvdudi də bu görüşə qatılaraq bu 
məlumatın doğruluğunu Buxaridə keçən Urvə b. 
Zubeyrdən gələn rəvayətə istinadən təsdiq edir. 
Belə ki, Urvə b. Zubeyrin nəql etdiyinə görə: Hz. 
Xədicə hicrətdən üç il əvvəl vəfat edincə Rəsulul-
lah (s) iki il subay qaldıqdan sonra Hz. Aişə ilə ni-
şanlanmışdır. O ərəfədə Aişənin təqribən altı yaşı 
var idi. Nikah qıyıldıqdan üç il sonra da hicri II 

47
ildə Rəsulullahla zifafları olmuşdur. İbn Həcər də 
bu məlumatların doğruluğunu isbatlayaraq Hz. 
Aişənin nikahlanarkən altı yaşlarında olduğunu, 
Şəvval ayının 1-i zifafa girərkən doqquz yaşlarında 
olduğunu qeyd edir.
 
Afzalur Rahmanın ifadələrinə görə Hz Aişə-
nin doqquz yaşında ikən Rəsulullahla evlənməsi 
o dövrün şərtlərinə görə  təbii bir hal idi. Belə ki, 
o zamanlar belə bir evliliyin qınandığına dair qay-
naqlarda məlumat yoxdur. Əgər bu evlilik bir neçə 
il geciksəydi, Hz.Peyğəmbərin (s) həyatından yüz-
lərcə səhnə məchul ola bilərdi.
Eyni zamanda o dövrdə evlilik yaşı, şübhəsiz, 
iqlim  şərtləri, o yerin coğrafiyası  və irqinə görə 
nəzərə alınırdı. İsti iqlimi olan ölkələrdə insanların, 
xüsusilə qızların çox erkən inkişaf dövrünə girdik-
ləri açıqdır ki, ərəbistan yarımadası da qadınların 
erkən böyümə yönündən başda gələn bölgələrdən-
dir. 
Bütün bunlarla yanaşı peyğəmbərlə çox gənc 
yaşda evlənəcək olan Aişənin xüsusi olaraq yetiş-
dirilməyə başlandığı özü tərəfindən rəvayət edi-
lir: Anası onu bir an əvvəl peyğəmbərlə evləndirə 
bilmək üçün qızına inkişafına faydalı olan qidalar 
yedirtməyə başlayır. O mövsümdə yetişmiş xurma 
və acur (xiyar) ilə bəsləyir. Hz. Aişə bu xüsusi bəs-
lənmə nəticəsində özünün kökəlib yetkinləşdiyini 
rəvayət edir.
 
Hətta qızlarının artıq toya hazır olduğunu 
görən ailəsi Hz. Peyğəmbərin toyu gecikdirməsi-
nin narahatçılığını keçirməyə başlayır. Belə ki, bir 
Hz. Aişə

Möminlərin Anaları
48
gün Peyğəmbərdən toyu gecikdirməsinin səbəbini 
soruşan Hz. Əbu Bəkr Peyğəmbərin (s) mehir pulu-
nu düzəldə bilmədiyinə görə gecikdirdiyini öyrən-
diyində ona 500 dirhəm borc təklif edir. Bununla 
yanaşı Hz. Peyğəmbərin verdiyi mehrin nə  qədər 
olması məsələsində fərqli rəvayətlər vardır.
3
 
Anaların əksəriyyəti qızlarını tez gəlin görmə-
yi xoşlayırlar. Hz.Aişənin anasının da bu istəkdə 
olduğu anlaşılır. Hadisəyə Hz. Peyğəmbər tərəfin-
dən baxacaq olsaq, onun belə bir narahatçılığının 
olmadığı görülməkdədir.
 
Bilindiyi kimi Rəsulullahın Məkkədən Mə-
dinəyə hicrəti və oraya yerləşməsi kimi səbəblər 
Hz. Aişə ilə izdivacının üç il təxir edilməsinə gəti-
rib çıxarmışdır. Bu arada Hz. Aişə də qardaşı Ab-
dullahla birlikdə  Mədinəyə  gəlmiş  və atası  Əbu 
Bəkrin evinə yerləşmişdir.
Hicrətdən sonra Əbu Bəkr, Zeyd bin Harisə və 
Əbu Rafini Peyğəmbərimizin qızlarını, xanımı Hz.
Sevdanı  və Ümmü Eymənlə Üsaməni Məkkədən 
Mədinəyə  gətirmək üçün vəzifələndirir. Onlarla 
birlikdə yol rəhbəri Abdullah bin Uraykıta iki vəya 
üç dəvə verib bunları oğlu Abdullaha verməyi tap-
şırır. Hz.Əbu Bəkr oğluna bir məktub da göndərir. 
3 . Aişə anamızın mehri haqqında fərqli rəvayətlər var. Bə-
ziləri onun 50 dirhəm dəyərində bir ev olduğunu (Bax: İbn 
Macə, “Nikah” 17; Təbərani, “əl-Mücəmül-Əvsat” 1/146; İbn 
Cad, “Müsnəd”, 1/301; Müslim, “Nikah” 78 (1426); Hakim, 
“Müstədrək” 4/5; İbn Sad, 8/59, 161), bəziləri isə bu məbləğin 
dörd yüz dirhəm (Bax: İbn Hişam, “Sirə” 6/57;) olduğunu 
bildirir. Hər halda bu gələn məlumatların fərqli olması nağd 
verilən pulla tikilən ev arasında seçimdən qaynaqlanır.

49
Məktubda Abdullahın anasını, bacıları Aişə və Zü-
beyrin xanımı Əsmanı da götürüb Mədinəyə hicrət 
etmək zərurətindən bəhs edilir.
 
Çox keçmədən deyilənlər yerinə yetirilmiş  və 
iki ailənin Məkkədə qalan üzvləri də yola çıxaraq 
hicrət yolçuluğuna başlamışdılar. Minaya çatan-
da yolda Talha bin Ubeydullahla rastlaşırlar. O da 
onlara qoşularaq birlikdə yollarına davam edirlər. 
Mədinəyə gətirilən peyğəmbərin ailəsi onlar üçün 
inşa edilən öz otaqlarına, Hz. Aişə isə atasının evinə 
yerləşir. Yol səyahətində ürəkləri ağızlara gətirəcək 
bir hadisə də yaşanır. Belə ki, Hz. Aişənin mindi-
yi dəvə birdən-birə dəstədən ayrılıb qaçmağa baş-
layır. Anası Ümmü Ruman təşvişə düşərək təlaş 
içində  qışqırır, övlad sevgisini dilə  gətirib qızının 
xoşbəxtliyi (toyunu görəcəyi) ümidiylə dolu ikən 
başına belə bir işin gəlməsindən duyduğu kədəri 
ifadə edirdi. Yaxşı ki, qafilədəkilər Aişəyə: “Dəvə-
nin yüyənini tut!”- deyə qışqırdılar. Aişə tez dəvə-
nin yüyənindən tutub özünə tərəf çəkdi. Dəvənin 
üstündə dönməyə başladı. Dəvənin arxasınca qa-
çaraq özlərini dəvəyə çatdıranlar dəvənin yüyə-
nindən tutub sakitləşməsini gözlədilər. Təhlükə 
sovuşmuş, dəvə artıq sakitləşmişdi. Qafilə yenidən 
Mədinə yolçuluğuna davam etməyə başladı.
Rəsulullahın (s) Hz. Aişə ilə izdivacının ilahi 
bir ilhama dayandığından bəhs edilir. Belə ki, Hz 
Muhammədə (s) bir gün yuxusunda Aişə göstəril-
miş və Cəbrailin üç gecə dalbadal onun şəklini ipək 
bir parçaya sarılmış halda gətirib “bu sənin zöv-
cəndir” dediyi nəql edilir. İbn İshaq isə: Cəbrailin 
Hz. Aişə

Möminlərin Anaları
50
Aişəni iki dəfə röyada Peyğəmbərə (s) göstərdiyini, 
birinci röyada ağappaq, xalis ipəyə bürünmüş hal-
da gətirdiyini qeyd edərək belə nəql edir: Rəsulul-
lah (s): “Üzündən örtüyü çəkdiyi zaman onun Aişə 
olduğunu görür və “Əgər bu, Allahdan isə həqiqətə 
çevirsin”- deyə dua edir. Tirmizidən nəql edilən 
rəvayətə görə  də Hz.Aişə belə demişdir: “Cəbrail 
mənim şəklimi yaşıl ipək bir parçada Rəsulullaha 
(s) gətirmiş və: “ Bu sənin dünya və axirətdə zöv-
cəndir” - demişdir. Parçanı açınca Cəbrailə:
“Kimdir bu qadın?” -deyə Rəsulullah (s) soruş-
du. Cəbrail:
- “Bu, Aişədir. Dünyada və axirətdə sənin zöv-
cəndir. Ürəyindəki üzüntünün bir hissəsini o sənə 
unutduracaqdır. O, Xədicəyə qarşılıqdır.”
 
- cavabı-
nı vermişdir.
Bilindiyi kimi Hz. Xədicənin vəfat ilinə “Hüzn 
İli” adı verilmişdir. Hz. Xədicənin vəfatından son-
ra ev işlərinin daha kiçik yaşda olan Hz. Fatımənin 
boynuna düşməsi Rəsulullahı çox narahat edirdi. 
Onun bu kədərli halını hiss edənlərdən biri Osman 
bin Mazunun xanımı Havlə binti Hakim olmuşdur.
Havlə qadın səhabələr arasında təqvası ilə ta-
nınan zahidə bir xanım idi. Rəsulullahın (s) hər cür 
xidmətini etməyi özü üçün böyük bir şərəf və ülvi 
bir vəzifə olaraq görərdi. 
Bir gün Rəsulullahın (s) evinə gəlib:
-Ey Allahın Rəsulu! Evə girəndə Xədicənin ək-
sikliyi evdə hiss olunur-dedi. 

51
 Rəsulullah (s):
Bəli, Xədicə həm uşaqlarımın anası, həm də evimin 
gözətçisiydi- dedi. 
-Sizə  çətin günlərinizdə dayaq olacaq və ev 
işlərinə yardım edəcək bir xanıma ehtiyac vardır. 
İstəyirsinizsə, sizin evlənməyinizə vasitəçi olum? 
-deyə Havlə soruşdu. Allah Rəsulu (s) ona:
Kiminlə? -dedi.
Havlə:
-Qız istəsən qızla, dul istəsən dulla –cavabını 
verdi. Rəsulullah (s):
-Qız kimdir? - deyə soruşdu. Havlə binti Hakim:
-Allahın bəndələrindən sənə  ən layiq olan qız  
Əbu Bəkrin qızı Aişədir - dedi.
Bəs dul olan kimdir? - deyə Rəsulullah soruşan-
da Havlə:
-Sevda binti Zemadır. Sənə iman etmiş  və di-
nində Sənə tabe olmuşdur - dedi.
 
Bu  fikri uyğun görən Rəsulullah (s) Havləni 
Hz.  Əbu Bəkrin evinə göndərdi. Havlə Aişənin 
anası Ümmu Rumanın yanına gələrək dedi:
- Ey Ümmü Ruman! Allahın xeyir və  bərəkət 
olaraq sizə nəyə qərq etdiyini bilirsənmi? 
-Nədir ki o elə? -deyə Ummu Ruman soruşdu. 
Havlə:
-Rəsulullah (s) Aişəyi istəmək üçün məni sizin 
yanınıza göndərdi - deyincə Ümmü Ruman :
Hz. Aişə

Möminlərin Anaları
52
-Əbu Bəkrin gəlməyini gözlə - dedi.
Bir az keçmiş Əbu Bəkr evə gəldi. Havlə binti 
Hakim:
-Ey Əbu Bəkr! Allahın xeyir və bərəkət olaraq 
sizi nəyə  qərq etdiyindən xəbərin varmı? - dedi. 
Əbu Bəkr:
-Nədir o? - deyə soruşdu. Havlə binti Hakim:
- Rəsulullah (s) Aişəyi istəmək üçün məni sizə 
göndərdi. Əbu Bəkr:
- Bu uyğundur ki? Axı Aişə qardaşının qızı sa-
yılır- dedi. 
Havlə Rəsulullaha gələrək Əbu Bəkrin sözünü 
ona çatdırdı. Rəsulullah (s): 
-Get  Əbu Bəkrin yanına de ki: O, İslamda mənim 
qardaşımdır.” dedi.
Havlə binti Hakim deyilənləri Əbu Bəkrə xəbər 
verəndə o, düşünmək üçün zaman istədi. Təbii ki, 
bunda Əbu Bəkrin tutarlı səbəbləri var idi. Belə ki, 
Mutim  İbn Adiyy Aişəni oğlu Cübeyr ibn Mütim 
üçün istəmiş, Əbu Bəkr da razılıq verərək söz kə-
silmişdi.
Amma Əbu Bəkrin bu sözə könlü razı deyildi. 
Qəlbindəki nigarançılığa son vermək üçün Mutim 
bin Adiyyin evinə getdi. Mutim bin Adiyy və zöv-
cəsi Ümmü Cübeyr birlikdə oturmuşdular.  Əbu 
Bəkr sözü açdı:
-Aişənin evlənməsi haqqında nə düşünürsü-
nüz?

53
 Mütim bin Adiyy xanımına dönüb:
- Xanım nə deyirsən?-dedi. Mutimin xanımı:

Hərhalda oğlumuzu sənin qızınla evləndir-
sək, onu da yəqin dinimizdən çıxarıb öz dininə sa-
larsan - dedi. Əbu
 Bəkr Mütim ibn Adiyyə dönüb:
-Sən də belə düşünürsən? - soruşunca Mütim 
ibn Adiyy:
-O, eşitdiyin (mənim də eyni fikirdə olduğum) 
sözləri deyir-cavabını verdi.
 Bunu eşidən  Əbu Bəkr verdiyi sözdən özü 
dön mədiyi üçün Allaha həmd edir. Könül rahatlı-
ğı ilə evinə qayıdıb Havləni çağırtdıraraq Rəsulul-
lahın (s) gəlməsini istəyir və Hz. Aişəni altı və ya 
yeddi yaşında ikən  Şəvval ayında Rəsulullaha (s) 
nikahlayır.
Rəsulullahın (s) şəvval ayında nikah qıydırma-
sının hikməti vardır. Bu izdivac üçün şəvval ayının 
seçilməsi boşuna deyildi. Çünki o dövrdə belə bir 
yanlış adət var idi ki, guya şəvval ayında qurulan 
ailələr uğursuz olur, ər-arvad bir-biri ilə yola get-
mir, dolayısilə, bu nikahların ömrü uzun çəkmir. 
Bu inamın kökündə isə neçə illər əvvəl taun xəstə-
liyinin yayılması və o zaman bir çoxlarının həyatını 
itirməsi dayanırdı. Şəvval ayında kəsilən nikahları 
həmin taunun baiskarı sayır və bir daha bu cür mü-
sibətə düçar olmamaq üçün, xüsusən, bu ayda ailə 
qurmaqdan çəkinirdilər.
4
4 . İbn Sad, «Təbəqat» 61-60/8. Məhz bu səbəbdən hələ də cə-
miy yətdə mövcud olan bu düşüncənin büsbütün silinməsi 
üçün Aişə anamız gəncləri şəvval ayında ailə qurmağa təşviq 
Hz. Aişə

Möminlərin Anaları
54
Salih Suruc şəvval ayında nikah qıyılması-
nın uğursuzluğa səbəb olmamasını belə izah edir: 
“Bayram cümə gününə rast gələrsə, bayram nama-
zı ilə cümə namazı arasında nikahın qıyılması mü-
nasib deyil. Çünki bayram gününün təlaşı çoxdur. 
Nikahı da bu iki bayramın arasına sıxışdırmaq yax-
şı deyildir. Ancaq bunu etdiyi təqdirdə  hər hansı 
bir haram iş də görülmüş sayılmır”.
İki  əziz və  vəfakar dost arasında qohumluq 
əlaqəsinin qurulmasına dair xəbərlərin ortaya çıxı-
şı məkkəliləri təəccübləndirmədi. O dövrdə qızla-
rın evlənərkən yaşının az olması normal və təbii bir 
hadisə sayıldığından  İslam düşmənləri buna bir 
söz tapa bilmədilər. Rəsulullahın ən qatı düşmən-
ləri belə onun Hz.Aişə ilə evlənilməsində yanlış bir 
hərəkət və ittiham ediləcək bir nöqsan tapa bilmə-
dilər. Halbuki onlar iftira və zülm də olsa, bunu 
edərdilər.
Rəsulullaha (s) Mədinədə otaqlar inşa edilmiş 
və ailəsi oraya köçürülmüşdü. Amma Hz.Aişə ilə 
Məkkədə söz kəsilməsinə baxmayaraq Rəsulullah 
(s) evlilik məsələsini uzadırdı. 
Bir gün Əbu Bəkr Rəsulullahdan (s) soruşur:
-Ya Rəsulullah! Ailəni yanına gətirməkdə sənə 
mane olan nədir? Rəsulullah:
- Mehirdir - cavabını verir. 
edir və xoşbəxt həyatını nümunə göstərməklə insanları bun-
dan qorxmamağa çağırırdı. Bax: Müslim, «Nikah», 1423) 73); 
Tirmizi, «Nikah», 1093)  9); Əhməd ibn Hənbəl, «Müsnəd», 
25757) 206/6); İbn Macə, «Nikah», 1990) 53).

55
Bunun üzərinə Hz.Əbu Bəkr ona 500 dirhəm 
borc verir. Allah Rəsulu bunları Aişəyə mehir ola-
raq verib Şəvval ayında onunla evlənir.
Aişə öz toyunu belə rəvayət edir: 
-Rəsulullah (s) evimizə  gələndə  ənsardan bir 
neçə qadın və kişilər də toplandılar. Mən ənsar qız-
ları ilə iki xurma ağacı arasından asılmış yelləncək-
də yellənirdim. Anamın evdən çıxıb mənə yaxın-
laşdığını görəndə  nə edəcəyini bilmədiyim üçün 
iki  əlimi qarnımın üstünə qoydum. Anam məni 
evə gətirib saçlarımı düzəltdi və bir az su ilə üzü-
mü yudu.
 
Daha sonra anam məni Rəsulullahın (s)yanın-
da oturdub:
-Bunlar sənin ailə üzvündür. Allah onlarda sə-
nin üçün bərəkət xəlq etsin, onlar üçün də  səndə 
bərəkət ehsan etsin- deyə dua etdi.
Sonra qadınlar və kişilər qalxıb getdilər. Onla-
rın toyunda nə bir dəvə, nə də bir qoyun kəsilmədi. 
Sadəcə Sad b. Übadə daha əvvəl də Hz.Peyğəmbərə 
(s) göndərdiyi böyük bir qabda onlara toy yeməyi 
göndərmişdi.
 
Hz. Aişənin Rəsulullahla Keçən Sadə 
Həyatı və Ev Əşyası
Hz. Aişənin həyatı başından sonuna qədər qə-
naət, təqva və səxavətin ən parlaq örnəkləri ilə do-
ludur. 
Hz. Aişə

Möminlərin Anaları
56
Onun gəlin olaraq girdiyi və  həyatının sonu-
na qədər yaşadığı hücrə  Məscidi Nəbəvinin  şam 
tərəfinə düşən, qapısı  məscidə açılan genişliyi 6-7 
arşından, kərpicdən, tavanı xurma lifləri ilə örtülü 
(hurma bölmələri) və yarpaqlarından ibarət uzun-
luğu bir adam boyu yüksəkliyində bir otaq idi. 
Yağışın sızmasının qarşısını almaq üçün tavanın 
üzərinə yun örtülmüşdü. Qapısı da ardıç və ya saç 
deyilən bir ağacdan və ya örtükdən idi. 
Bu sadə hücrədəki əşyalar: Bir sədir, bir həsir, 
bir qatlı yataq, bir yastıq, un və xurma qoymaq 
üçün iki çanaq və dəridən olan bir su tulubu idi.
Əhli-beytin üç gün dalbadal müntəzəm bir 
yemək yediyi görülməmişdi.  Əksər hallarda xur-
ma və su ilə dolanardılar. Bəzən elə ay olurdu ki, 
bu mütəvazi hücrədə  qəndil yanmaz, bacasından 
tüstü çıxmazdı.
Rəsulullah (s) Hz. Aişənin hücrəsində olduğu 
vaxtlar yeməyə bir şeyin olub-olmadığını soruşar, 
o da bir şey olmadığını deyincə o günü oruclu ola-
raq keçirərdilər və yaxud mədinəli müsəlmanlar-
dan biri bir miqdar süd göndərər və bu südlə ke-
çinərdilər.
Rəsulullahın (s) vəfat etdiyi gün Hz. Aişənin 
evində bir günlük yeməyi belə yox idi.
Hicrətin doqquzuncu ilində  Mədinəyə  gələn 
mallar və qənimətlərin sayı çoxalmasına baxmaya-
raq Allah Rəsulunun xanəsində  həyat tərzi dəyiş-
məmiş, dəyişdirilməmişdir.

57
Xeybərin fəthindən sonra möminlərin anaları-
na ayrılan  ərzaq belə, kasıblara verilən sədəqə  və 
qonaqlara ziyafət səbəbilə vaxtından qabaq qurta-
rar, əhli-beyt ac qalardı.
Hz. Aişənin Cömərdliyi və Səxavəti
Qənaətkar və təvazökar olması ilə yanaşı bu sa-
lihə xanım eyni zamanda da çox cömərd və əliaçıq 
idi. Yetim və kasıb uşaqları himayəsinə alar, onla-
rın təlim və  tərbiyələrinə xüsusi diqqət yetirərdi. 
Bir çox kölə və cariyə azad etdiyi, bunların sayının 
altmış iki olduğu qaynaqlarda qeyd edilir.
Əlinə pul keçən kimi onu sədəqə verən Hz. 
Aişə səxavətindən heç geri durmazdı. Oruclu oldu-
ğu bir gündə Abdullah b. Zübeyrin ona göndərdiyi 
100 min dirhəm pulun hamısını bir gündə sədəqə 
vermişdir. Evinə bir dirhəm belə saxlamayan Hz. 
Aişə cariyəsinin “Kaş ki bu dirhəmlərdən bizə bir 
dirhəmlik  ət alsaydın” sözü üzərinə, “daha əvvəl 
desəydin istədiyini almaq üçün bir miqdar kənara 
qoyardım” deyərək nə  qədər səxavətli olduğunu 
sübut etmişdir. Əslində bunda təəccüblənəcək bir 
şey yox idi. O, bütün malını bir gündə Allah yolun-
da bağışlayan, Rəsulullahın: “Bəs evə nə saxladın” 
sualı üzərinə, “Allah və Rəsulunu” cavabını verən 
Əbu Bəkrin qızı deyildirmi?
Ahmet Halil Cüma, İmam Zəhəbinin Hz.A-
işə haqqında “Möminlərin anası, zəmanəsinin  ən 
comərdi idi. Comərdlik xüsusunda onunla əlaqəli 
bir çox məlumat vardır” dediyini nəql edir.
Hz. Aişə

Möminlərin Anaları
58
Hz. Aişənin cömərdliyi ilə  əlaqəli Yusuf Qan-
dəhləvi “Hayatus-Sahabə” isimli əsərində belə bir 
hadisəni nəql edir:
Bir gün Hz. Aişə oruclu ikən bir yoxsul gəlib 
Allah rızası üçün bir şey istəyir. Hz. Aişənin evində 
çörəkdən başqa bir şey yox idi. Cariyəsinə:
-Çörəyi ona ver, - dedi.
-Axşama iftara bir şeyiniz qalmır - deyərək ca-
riyə çörəyi verməkdə tərəddüd edir.
Hz. Aişə cariyəyə deyir:
-Sən çörəyi ona ver. 
Hadisəni nəql edən cariyə deyir ki, “Hz. Aişə-
nin əmri üzərinə çörəyi o yoxsula verdim. Axşam 
düşəndə biri bizə bişmiş qoyun əti, bir az da çörək 
göndərdi. Hz. Aişə məni çağırdı və:
“Gəl ye, bu sənin çörəyindən daha yaxşıdır” - 
dedi”.
5
İmam Malik Hz. Aişə ilə  əlaqəli digər bir rə-
vayəti isə belə nəql edir:
“Eşitdiyimə görə bir dilənçi Hz. Aişənin yanına 
gələrək ondan bir şey istəyir. Hz. Aişənin önündə 
də üzüm var idi. Yanındakılardan birinə:
-Üzümdən bir dənə ona ver –deyir.
Yanındakı adam “Bir üzüm dənəsi heç verilər-
mi?” düşüncəsi ilə Hz. Aişənin üzünə baxaraq təəc-
cüblənir. Hz. Aişə:
5 . Beyhəqi, Şuabul-İman, 3/260 (3482)

59
-Niyə belə  təəccüblə baxırsan? Bu bir dənədə 
nə qədər zərrə var bilirsənmi? - deyir.
6
 (Hz. Aişə bu 
sözü ilə Allahın “kim zərrə qədər yaxşılıq edərsə, 
savabını alar” ayəsinə işarət etmək istəmişdir. Zil-
zal surəsi, 7.)
 
Hz. Aişənin  əliaçıq və  və  səxavətli olduğunu 
çox yaxşı bilən bacısı oğlu Abdullah b. Zübeyr yenə 
bir gün onun nəyisə satdığını və yaxud bağışladı-
ğını eşidincə “vallahi ya Aişə bundan əl çəkər, ya 
da mən onun əlini bağlayaram (verməsinə mane 
olaram)” deyir. Bu söz Hz. Aişənin qulağına çatır.
Hz. Aişə “nəzir edirəm bir daha Abdullahla 
danışmayacağam” deyərək and içir. Bir müddət 
keçəndən sonra Hz. Aişənin onu bağışlamayacağı-
nı anlayan Abdullah b. Zübeyr onun yanına şəfaətçi 
olaraq dostlarını göndərir. Ancaq Hz.Aişənin onu 
bağışlamayacağına and içdiyini bildirərək onları 
geri qaytarır. Bu səfər Abdullah bin Zübeyr, Mis-
vər bin Mahrəmə və Əsvəd bin Yəqus ilə danışıb:
“Siz bir yolunu tapıb məni onun yanına salın. 
Mənimlə danışmayacağına söz verməsi halal deyil-
dir.” - deyə yoldaşlarından xahiş edir.
Bunun üzərinə Misvər və  Əsvəd Abdullahı 
yanlarına alaraq Hz.Aişənin evinə doğru yollanır-
lar. Evə çatdıqlarında salam verib:
-“İçəri girməyə icazə varmı?” - deyə Hz. Aişə-
dən izn istəyirlər. O da:
-“Girin” - deyir. 
6 .  İmam Malik, Muvatta, II, 997.
Hz. Aişə

Möminlərin Anaları
60
-“Hamımız girəkmi?” - deyə soruşduqlarında 
Hz. Aişə:
-“Bəli, hamınız girin” deyərək girmələrinə 
icazə verir. Abdullah ibn Zübeyrin yanlarında ol-
duğundan xəbəri olmur.
İçəri girdiklərində Abdullah Hicaba (Hz. Aişə-
nin olduğu pərdə ilə bağlı olan otağa) girib xala-
sının boynuna sarılıb ona and verməyə başlayır. 
Misvər və Abdurrahman da pərdə arxasından Hz. 
Aişəyə Allah adına and verərək və Rəsulullahın üç 
gündən artıq din qardaşına küskün qalmamasını 
ona xatırladaraq bağışlamasını xahiş edirlər. Hz. 
Aişə  də  ağlayaraq küskün duracağına and içdiyi-
ni ona deyir. Onların davamlı israr və yalvarma-
ları nəticəsində Abdullah bin Zübeyri bağışlayaraq 
andını pozan Aişə (r. anhə) bunun müqabilində 
kəffarəsini ödəməyə  məcbur olur. Abdullah bin 
Zübeyr xalasına on kölə göndərir. Aişə (r. anhə) 
bunların hamısını azad edir. Beləliklə Hz. Aişənin 
andını pozmanın qarşılığı olaraq tam 40 kölə azad 
etdiyi rəvayət edilir. Yadına düşdükçə etdiyi vədə 
görə peşmançılıq hisləri keçirən Hz. Aişə:
-And içdiyim zaman kaş ki vaxt qoysaydım- 
deyə üzüldüyünü tez-tez ifadə edərdi.
Hz. Aişə  Rəsulullahın (s) vəfatından sonra da 
sadə və təvazökar bir hayat yaşadı. O, gəlir etibarı 
ilə Hz. Peyğəmbərin (s) digər xanımlarından üstün 
olmaqla birlikdə əlinə keçən bütün mal və pulları 
sədəqə olaraq paylayırdı. Digər xanımlara verildiyi 
kimi ona da Beytul Maldan bir miqdar pul ayrıl-
mışdı. Hz. Aişə ona ayrılan aylıq gəlirini də kasıb 

61
və miskinlərə paylayardı. Hişam bin Urvə (bacısı-
nın nəvəsi) Hz. Aişənin öz paltarı yamaqlı olduğu 
halda 70 min dirhəmi bir gündə paylayıb özünə 
heç bir şey saxlamadığını rəvayət edir.
Hz. Aişə özünə aid olan bir evi satıb pulunu eh-
tiyac içində olanlara payladığı da gələn rəvayətlər 
arasındadır. Atası Hz. Əbu Bəkr ona bir bağ hədiy-
yə etmişdi. Xalq ona Rəsulullahın xəlifəsi olaraq 
beyət edəndə o, Hz. Aişəni yanına çağırıb ona:
-“Qızım! Sənə bir bağ hədiyyə etmişdim. Lakin 
içimdə bir şübhə var. Onu mirasçılara verərsənmi? 
- deyə soruşmuş, Hz. Aişə də heç düşünmədən:
-“Əlbəttə, dediyini yerinə yetirəcəm” - deyərək 
bağı hədiyyə etmişdi.
Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin