MÖMİNLƏRİn analari baş Məsləhətçi


Hz. Safiyyənin Nəsli və Ailəsi



Yüklə 49,39 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix21.04.2017
ölçüsü49,39 Kb.
#15079
1   ...   8   9   10   11   12   13   14   15   16

Hz. Safiyyənin Nəsli və Ailəsi
Hicrətin yeddinci ilində baş verən Xeybər Sə-
fə rindən
 
sonra Hz. Muhammədin (s) xanımı ol ma 
şərəfinə nail olan Hz. Safiyyə bint Huyeyyin nəsli 
İsrailoğullarındandır. Peyğəmbərimiz (s) onu, xü-
susilə  yəhudilərlə uzlaşmanı  təmin et mək məqsə-
dilə
1
 özünə həyat yoldaşı olaraq seç miş dir. 
Hz. Safiyyə, Hz. Musa ilə birlikdə peyğəmbər 
olaraq Yəhudi qövmünə göndəri lən Hz. Harun bin 
İmranın nəslindəndir. Qay naqlarda onun nəsli tam 
olaraq belə göstərilir: Sa fiyyə binti Huyeyy b. Ax-
tab b. Sayə b. Amir b. Ubeyd b. Kab b. Hazrəc b. 
Əbi Habib b. Nadir b. Nuhham b. Yenhum. Anası 
isə, Bəni Qureyzadan olan Bərra bint Samueldir.
Hz. Safiyyənin Mədinə  şəhərində doğulduğu 
bildirilməkdədir.
 
Atası Huyeyy bin Axtab, Bəni 
Nadir Qəbiləsinin başçısı idi. Anası Bərrənin atası 
Samuel, Ərəbistanda şücaət və cəsarətiylə məşhur 
idi. Hz. Safiyyənin nəslinin üstünlüyü, gözəlliyi, 
üstün əxlaqı və namusu hər kəsə məlum idi. 
Qaynaqlarda Hz. Safiyyənin əsl adının Zeynəb 
olduğu bildirilir. O dönəmdə  qənimət hüququna 
görə, “safiyy haqqı” deyə bir qanun tətbiq edilir-
1 . Peyğəmbərimizin (s) evlilikləri ümumiyyətlə şəxsi ehtiyacları sə-
bə biylə deyil, İslama xidmət məqsədilə olmuşdur.
Hz

Möminlərin Anaları
208
di. Bu qanuna görə, Zeynəb də “safiyy haqqı” kimi 
Hz. Muhammədin payına düşmüşdü. Məhz bu sə-
bəblə, Zeynəbin adı Safiyyə olaraq dəyişmişdir.
O, Hz. Muhammədlə (s) nikahlanmazdan əv-
vəl iki dəfə ailə həyatı qurmuşdur. Xeybərdə əvvəl 
məşhur  şair və komandir olan yəhudi Səllam bin 
Mişkəm əl-Quraşi ilə evlənmiş, ondan ayrıldıqdan 
sonra isə, Xeybərin ən məşhur qalası “Şəmmus Qa-
lasının” komandiri və eyni zamanda çox zəngin 
olan Kinanə bin Rəbi bin Əbil-Huqayq ilə ailə hə-
yatı qurmuşdur. Hətta Hz. Safiyyə Kinanəylə yeni 
evliykən yuxusunda “bir ayın Mədinə  tərəfdən sü-
zülüb gələrək öz otağına, hətta, qucağına düşdüyünü” 
görmüşdü. Bu yuxunu Kinanəyə danışdığında isə, 
o: “Sən ancaq Hicazın hökmdarı Muhammədi istəyir-
sən”, - deyib, üzünə bir sillə vurmuş, bundan da 
onun gözü göyərmişdi.
Hz. Muhammədin (s) Hz. Safiyyə İlə 
Nikahlanmasına Səbəb Olan Xeybər Savaşı
Hicrətdən sonra Hz. Muhammədin (s) Mədinə-
də qurduğu dövlət sisteminə görə fərqli inanc sahi-
bi insanların bir yerdə sülh və əminamanlıq içində 
yaşamalarını  təmin etmək üçün bəzi müqavilələr 
bağlanmışdı ki, buna sadiq qalındığı müddətcə heç 
bir qeyri müsəlmanın ibadət həyatına, cəmiyyətin 
ümumi prinsiplərinə zidd olmadığı təqdirdə həyat 
tərzinə müdaxilə edilmirdi. Günümüzdə  də tole-
rantlıq olaraq adlandırılan və demokratik dövlət-
lərdə tətbiq edilən bu sistem sayəsində ilk dönəm-
lərdə bir çox batil inanc sahibi insan haqq dinin 

209
İslam dini olduğunu dərk edərək səhabə olma şərə-
finə layiq olmuşdur. Təəssüf ki, həqiqəti görmək 
istəməyənlər hər zaman mövcuddur. Bəzən,  Əhli 
Beytin və  Səhabənin mükəmməl  əxlaqını oxuyub 
öyrəndiyi zaman, bir çox insan “biz də o üstün əxlaq 
nümunəsi Hz. Muhammədin (s) yanında ola bilsəydik, 
onlar kimi olardıq” deyə düşünməyə başlayır. Hal-
buki Peyğəmbərimizlə qapı qonşusu olduğu halda, 
bir süfrə arxasında  əyləşib  İslama dəvət edildiyi 
halda, onu təhqir edən Əbu Ləhəb kimi insanlar da 
vardı, etdiyi andlaşmaya sadiq qalmayan qəbilələr 
də vardı. Bunlardan biri də elə Hz. Safiyyənin ata-
sının başçılıq etdiyi Bəni Nadir qəbiləsi idi. Hz. 
Muhammədin (s) Hz. Safiyyə anamızla tanış olub 
evlənməsinə gətirən hadisə də məhz bu müqavilə-
nin yəhudilər tərəfindən pozulması nəticəsində or-
taya çıxan savaşdır.
Hz. Muhamməd (s) Məkkədən Mədinəyə hic-
rət etdiyində Mədinədə üç Yəhudi qəbiləsi yaşayır-
dı: Bəni Qaynuka, Bəni Nadir və Bəni Qureyza. Bu 
üç qəbilə  Mədinəyə  gəldiklərində orada yaşayan, 
iki qardaşın nəslindən gələn  Ərəb qəbilələri olan 
Evs və Həzrəcdən icazə istəyərək Mədinədə məs-
kunlaşmağa başladılar. Bir müddət sonra, həmin 
Mədinəli yəhudilər, bu iki yerli Ərəb qəbiləsini 
bir-birinə qarşı, aralarında qanlı savaşlar çıxacaq 
dərəcədə  ədavətli hala gətirdilər. Məhz Peyğəm-
bərimizin (s) Mədinəyə hicrəti bu qanlı savaşlarla 
eyni vaxta düşdü. Hz. Muhamməd (s) əvvəlcə bu 
iki qəbilənin arasını düzəltdi, sonra da yəhudilərlə 
bir müqavilə bağladı.
Hz. Safiyyə

Möminlərin Anaları
210
Bağlanan müqaviləyə  əsasən Bəni Nadir qə-
biləsi Qureyş müşriklərilə bir olub Hz. Muhammə-
din (s) əleyhinə  çıxmayacaqlarına, onunla birlik-
də olacaqlarına və  hər nə olursa olsun, müştərək 
vətənləri olan Mədinəni qoruyacaqlarına söz ver-
mişdilər. Buna baxmayaraq, qısa vaxtdan sonra 
əhdlərinə  vəfa göstərməyərək andlaşmanı poz-
muşdular. Buna görə də onların bir qismi Şama, bir 
qismi də Xeybərə sürgün edilmişdi. Hz. Safiyyənin 
atası Huyeyy bin Ahtab Xeybərə gedənlərin arasın-
da idi. Əhzab savaşında Huyeyy də Bəni Qureyza 
ordusunda müsəlmanlara qarşı savaşmış, Bəni Qu-
reyza ordusu məğlub olmuş, özü də orada öldürül-
müşdü.
Mədinədən sürgün edilən yəhudilər Şam yolu 
üzərində yerləşən Xeybər qalalarına yerləşərək 
Müsəlmanların ticarət yolunu təhdid etməyə baş-
lamışdılar. Hər dəfə verdikləri sözdən dönmələri 
və təhlükə təşkil etmələri səbəbilə Hz. Muhamməd 
(s) hicrətin yeddinci ili (miladi 629) Məhərrəm ayı-
nın onunda Hudeybiyədən Xeybərə  hərəkət etdi. 
Bu hərəkətə  qənimət  əldə etmək arzusuyla deyil, 
ancaq Allah yolunda cihad etmək istəyənlərin gəl-
məsini əmr etdi. Bu səfərə 1400 piyada, 200 süva-
ri, yaralılara baxmaq üçün təxminən 20 nəfər yaş-
lı qadın iştirak etmişdi. Möminlərin anası Ümmü 
Sələmə də Hz. Muhammədlə (s) birlikdə bu səfərə 
çıxmışdı.
Xeybərə gecə çatdıqları halda, Hz. Muhamməd 
(s) səhərin açılmasını gözlədi. Səhər açılanda «Alla-
hu Əkbər, xaraba qaldı Xeybər ...” nidalarını yüksəlt-

211
məyə başladı. Bununla da mücahidlər həyəcana 
gəldi və ruhən savaşa hazır oldu.
Uzun sürən mühasirə ərəfəsində müsəlmanla-
rın ərzaqları azalmış, gücləri tükənmişdi. Bu əsna-
da Hz. Muhamməd (s) buyurdu: “Sabah bayrağımı 
elə bir şəxsə verəcəyəm ki, onun əliylə Allah Xeybərin 
fəthini nəsib edəcək. O kəs, Allahı  və  Rəsulunu sevir, 
Allah və Rəsulu da onu sevir!” Bu xəbəri eşidən sə-
habələrin hər biri Allahın və Rəsulunun sevdiyi o 
bayraqdar olmaq istədi. Ertəsi səhər Hz. Muham-
məd bayrağı Hz. Əliyə verdi və  fəth onun əliylə 
oldu. Xeybərin səkkiz qalasından ikisi heç müba-
rizə aparılmadan alındı. Bu mücadilədə yəhudilər 
doxsan üç ölü, möminlər isə on beş şəhid verdilər.
Hz.  Əlinin böyük qəhrəmanlıqlar göstərdiyi 
bu savaş, həm müsəlmanların əhvali-ruhiyyələrini 
yüksəltdi, həm də bir çox qənimət əldə etmələrinə 
səbəb oldu.
Hz. Peyğəmbərin (s) Hz. Safiyyə İlə 
Nikahı və Mehiri
Müsəlmanlar Xeybəri 629-cu (H. 7) ildə  fəth 
etdi. Hz. Safiyyənin atası və əri öldürülüb, özü də 
əsir alındı. Əsirlər bölüşdürüldüyü zaman Hz. Sa-
fiyyə səhabənin istəyi ilə Peyğəmbərimizin (s) payı-
na düşdü. Rəsulullah (s) Safiyyəni azad etdi. İman 
etdikdən sonra da Hz. Muhammədin (s) nikahıyla, 
başqa bir ifadəylə desək, Qurani-Kərimin ‘mömin-
lərin anası
2
 xitabıyla şərəflənən xanımlardan oldu.  
2 . əl-Əhzab/6.
Hz. Safiyyə

Möminlərin Anaları
212
Yuxarıda bəhs etmişdik ki, Hz. Safiyyə gördüyü 
yuxu səbəbiylə əri Kinanə tərəfindən döyülmüş və 
bunun da izi qalmışdı. Bu hadisə yeni baş vermişdi 
ki, Xeybər hadisəsi baş vermiş, Kinanə öldürülmüş 
və Hz. Safiyyə  də  əsir düşmüşdü. Hz. Safiyyəni 
Hz. Muhammədin (s) hüzuruna gətirdikləri zaman 
həmin iz hələ  də qalmışdı. Peyğəmbərimiz (s) izi 
gördüyündə: “Bu nəyin izidir?” - deyə soruşdu. O 
da yuxusunu və baş verən hadisəni danışdı. Rəsu-
lullah (s), Hz Safiyyəyə İslamiyyəti tanıdıb: “Biz, öz 
dinində qalmağa davam etsən, nə sənə zorla bir şey qəbul 
etdirməyə çalışmayacağıq, nə də bu halına görə səni qı-
namayacağıq. Əgər İslamı, Allahı və Allahın Rəsulunu 
seçsən, mən səni azad edəcəm və özümə həyat yoldaşı ola-
raq seçəcəyəm. Əgər yəhudiliyi seçsən, səni azad edərəm 
gedib öz qövmünə qovuşarsan”, - deyə buyurdu.
Hz. Safiyyə, bu şəkildə azad edilib, “Peyğəm-
bər xanımı olaraq qalmaq” və ya “qövmünün ya-
nına dönmək” şərtlərindən birini seçməkdə sərbəst 
buraxılınca, azad edilib Peyğəmbərimizin xanımı 
olmağı istədi və:  “Ya Rəsulallah! Sən məni islamiy-
yətə  dəvət etmədən  əvvəl, mən müsəlman olmağı istə-
mişdim və  səni təsdiqləmişdim. Mənim nə  yəhudilikdə 
bir işim, nə də Xeybərdə bir atam və ya qardaşım var! 
Sən məni küfr ilə islamiyyətdən birini seçməkdə sərbəst 
bıraxırsan! Allah və Allahın Rəsulu mənə azad olmam-
dan və qövmümün yanına dönməmdən daha sevimlidir! 
Bəli! Mən, Allahı  və  Rəsulunu seçirəm!”- dedi. Bun-
dan sonra, Hz. Muhamməd (s) onu azad edib, zöv-
cəliyə qəbul etdi. Onun mehri də elə bu əsirlikdən 
azad edilməsi oldu. Bu ərəfədə Hz. Safiyyənin 17 
yaşında dul olduğu bildirilir.

213
Bəzi səbəblərə görə Xeybərdə ikən və oradan 
altı mil uzaqlıqdakı Sibarda toy mərasimi edilmə-
di. Bunlardan birisi, Hz. Muhammədin (s) ölüm 
təhlükəsi ilə qarşı qarşıya qalma ehtimalının ol-
ması  səbəbiylə Hz. Safiyyənin istəməməsi idi. 
Bunu, Hz. Muhammədə (s) verdiyi cavabdan bi-
lirik:  “Ya Rəsulallah! Yəhudilərin yaxınında sənə bir 
zərər gələ biləcəyindən qorxmuşdum. Onlardan uzaq-
laşınca əmin-amanlığa qovuşdum!”-dedi. Bununla da 
Peyğəmbərimizin (s) yanında etibarı artdı.
Toy Xeybərdən 12 mil uzaqlıqda yerləşən Sahba 
adlı yerdə oldu. Həmin gün, Hz. Safiyyəni bu xüsu-
si günündə Ənəs bin Malikin anası Ummu Suleym 
hazırlamışdı. “Hz. Muhamməd (s) sabahı günü, 
çadırdan çıxdığı zaman, gecə  səhərə  qədər onun 
çadırının yanında  əlində  qılınc keşik çəkən  Əbu 
Eyyub Xalid b. Zeydul-Ənsari onu görər görməz 
təkbir gətirməyə başladı. Peyğəmbərimiz (s) onun 
bu halını görüncə, “Ey Əbu Eyyub! Nədir bu halın?” 
- deyə soruşdu. Əbu Eyyub əl-Ənsari: “Ya Rəsulal-
lah! Bu qadından sənə bir zərər gələcəyindən qorxdum. 
Bu qadından ki, atasını, qardaşını, ərini, əmisini və bü-
tün qövm və  qəbiləsini döyüşdə öldürmüşdün. Özü də 
bir az əvvəl küfr üzərə idi, yeni müsəlman oldu. Buna 
görə qorxdum, sənə ondan zərər gəlməyəcəyindən əmin 
olmadım!”- dedi. Hz. Muhamməd güldü və! “Allah 
səni xeyrə qovuşdursun! Ey Allahım! Məni qoruyaraq 
gecələdiyi kimi, Sən də Əbu Eyyubu qoru!”- deyə dua 
etdi. Bundan sonra, Peyğəmbərimiz! “kimin yanın-
da  əlavə qida varsa gətirsin”, -dedi. Səhabədən birisi 
un qovurmasıyla xurma və kərə yağı gətirdi. O biri 
səhabələr də yanlarında olan yeməklərdən, kimisi 
Hz. Safiyyə

Möminlərin Anaları
214
pendir, kimisi yağ, kimisi də xurma gətirdilər. Bir 
xeyli qida toplandı. Bununla da Hz. Muhamməd 
(s) kiçik dəri süfrə üzərində toy yeməyi hazırlatdı. 
Ardından  Ənəs bin Malikə:  “Ətrafdakılara xə-
bər ver!” - buyurdu. Gələnlərə kərə yağı, pendir və 
tumu çıxarılmış xurmanın bir-birinə qarışdırılması 
ilə hazırlanan “Hays” adlanan bu yeməklə, ərəblər 
arasında ‘səvik’ olaraq bilinən un və ya arpa qovur-
ması və xurma təqdim edildi. Peyğəmbərimiz özü 
də, onlarla birlikdə süfrədə oturub yemək yedi. 
Sahbada 3 gün qaldıqdan sonra yola davam etdilər.
Mədinədə Hz. Safiyyəyə Qarşı 
Münasibət
Mədinəyə gəldiklərində Mədinə qadınları Hz. 
Safiyyəni görmək və evliliklərini təbrik etmək üçün 
onun yerləşdiyi evə gəlib getməyə başladılar. Baş-
lanğıcda yəhudi qızı olması  səbəbiylə  tərəddüdlə 
qarşılanan Hz. Safiyyəni tanıdıqca, hər kəs sev-
məyə başladı. Bu mövzuda Hz. Muhamməd (s) də 
ona dəstək oldu. Belə ki,
Hz. Aişə Hz. Safiyyəni gördükdən sonra Rasu-
lullah dedi: “Necə gördün (bəyəndinmi)?” 
Cavabında: “Yəhudi qızı yəhudi gördüm”, - dedi. 
Hz. Muhamməd (s) “Elə demə! O artıq müsəlman 
oldu!”, - dedi. 
Peyğəmbərimizin digər xanımları Hz. Safiyyə-
nin yəhudi nəslindən gəlməsi səbəbiylə ilk başda 
özlərini ondan üstün tutsalar da, Hz. Muhamməd 
bu məsələni xoşluqla həll etdi. Bir gün Rəsululla-

215
hın xanımlarından Hz. Aişə və Hz. Hafsa özlərinin 
Peyğəmbərimizlə eyni nəsildən gəldikləri üçün, 
Hz. Safiyyədən daha üstün olduqlarını söylədilər. 
Bunu şikayət edən Hz. Safiyyəyə, Hz. Muhamməd 
(s), təskinlik verərək belə buyurdu: “Sən də desəy-
din ki, həyat yoldaşım Muhamməd, atam Harun, əmim 
Musa olduğu halda, siz məndən necə üstün ola bilərsi-
niz?”
Bu hadisə Hz. Ənəsdən belə nəql edilir: “Hz. Sa-
fiyyəyə, Hz. Hafsanın “yəhudi qızı” - dediyi xəbəri gəlir. 
Bu sözü eşidən Hz. Safiyyə ağlayır. Elə bu zaman Hz. 
Peyğəmbər (s) yanına girir və: “Niyə ağlayırsan?”- deyə 
soruşur. Safiyyə: “Hafsa mənə “Sən yəhudi qızısan!” - 
dedi” söyləyir. Rəsulullah aleyhissəlatu vəssəlam: “Sən 
bir peyğəmbər qızısan. Sənin əmin də bir peyğəmbərdir. 
Bundan başqa, bir peyğəmbərin də nikahı altındasan. Elə 
isə, onlar sənə qarşı nələri ilə iftixar edir ki?” - deyərək 
onu təsəlli etdi. Sonra da o birinə: “Ey Hafsa! Allahdan 
qorx!” dedi”.
Hz. Safiyyənin Vəfatı
Mədinədə, 670-ci (H. 50) ildə, altmış yaşında 
ikən vəfat etmiş, Baqi qəbirstanlığında dəfn edil-
mişdir.  Ondan 100 000 dirhəm dəyərində daşın-
maz və daşına bilən növ sərvət qalmışdır. Bu mira-
sın üçdə biri öz vəsiyyəti ilə bacısı oğluna verilmiş, 
geri qalanı isə  sədəqə olaraq paylanmışdır. Bacısı 
oğlunun yəhudi olaraq qalması  səbəbi ilə mira-
sın ona verilməsinin doğru olmayacağı söylənsə 
də, nəticədə, ilk zamanlarda Peyğəmbərimizin (s) 
onunla evlənməsini qəbul edə bilməyən Hz. Aişə-
Hz. Safiyyə

Möminlərin Anaları
216
nin məsələni  ədalətli bir şəkildə aydınlatmasıyla 
vəsiyyət yerinə yetirilmişdir.
Səhabələrin Möminlərin Anasına Hörməti
Səhabələrin Peyğəmbərimizin xanımlarına hör-
məti zənn etdiyimizdən daha da böyük idi. İkrimə-
dən nəql edilən bir rəvayətlə bu sevgi və hörmətin 
dərəcəsini daha yaxşı başa düşmək olur. Rəvayət 
belədir: “Rəsulullahın (s) zövcələrindən biri Mədinədə 
vəfat etmişdi. (İshaq  İbnu Rahuyə demiş: “Zənnimcə, 
ravi (hədisi rəvayət edən), onun Safiyyə Binti Huyeyy 
olduğunu söyləmişdi)
3
 Mən tez gedib bunu İbn Abbasa 
xəbər verdim. O, xəbəri eşidər eşitməz səcdəyə qapandı. 
Ona: “Günəş daha doğmadan səcdəmi edirsən?” - dedim.
  İbnu Abbas: “… Sən Rəsulullahın (s): “Bir ayə
4
 
gördüyünüz zaman tez səcdə edin buyurduğunu bil-
mirsənmi?”  - dedi. Burada, Hz. Muhammədin (s) 
zövcəsinin vəfatının İbn Abbas tərəfindən Allahın 
ayələrindən birisi olaraq saydığını görürük. Çünki 
o xanımlar, zövcəlik şərəfinə, səhabəlik şərəfini də 
əlavə edərək üstün bir yer tutmuşdular. Bu mövzu-
da, Hz. Muhamməd (s): “… Mən əshabıma zaminəm, 
mən getdimmi, əshabıma vəd edilən (müsibət və fitnələr) 
gələcəkdir, əshabım da ümmətim üçün bir əmniyyətdir, 
onlar da getdimi, ümmətimə  vəd edilən gələcəkdir”, - 
buyurmuşdur. 
3 . Bu hadisə Hz. Sevdə haqqında da nəql edilir.
4 . Burada ayə sözü ilə, qorxulu bir əlamət nəzərdə tutulmuşdur. 
Alimlərin fikrincə, bundan məqsəd, bəla və sıxıntıların enişini xə-
bər verən xəbərdar edici bir əlamətlərdir ki, Allah bunlarla qullarını 
qorxudur.

217
Bu hədisə görə  Rəsulullahın xanımlarının və-
fatları da bu qarantini ortadan qaldıran səbəblər-
dəndir. Qarantinin qalxması isə, qorxuducu səbəb-
lərdəndir. Həm Peyğəmbər xanımı, həm də əshab 
olma xüsusiyyətini daşıyan bu xanımların vəfatla-
rı, ən böyük ayə olaraq görülmüşdür. Çünki onlar 
bərəkət sahibləri idilər. Onların həyatda olmaları 
belə, xalqdan əzabın dəf olması üçün kifayət idi. 
Buna görə  də, səhabə, onların getməsi ilə,  əzabın 
gəlməsindən qorxmuş  və  bərəkətlərinin kəsilmə-
siylə də, Allahın zikrinə yönəlib səcdə etmişlər ki, 
zikr və namazın bərəkəti ilə gələcək əzab dəf edil-
miş olsun.
Hz. Safiyyənin Fəziləti
Hz. Safiyyənin üstün əxlaq sahibi olduğunu, 
elə ilk günlərdə  sərgilədiyi davranışlarından gör-
mək mümkündür. Yuxarıda bəhs etmiş olduğu-
muz kimi, Hz. Muhammədə (s) zərər gəlməsindən 
qorxaraq zifafın Xeybərdə olmasına razı olmaması 
buna bir misaldır. 
Yenə yuxarıda qeyd etmişdik ki, Hz. Safiyyəyə 
Hz. Hafsa “yəhudi qızı” deməsi səbəbiylə Hz. 
Muhamməd (s) onu qorumuş, tərəfini tutmuşdur. 
Eyni zamanda, Hz. Aişənin “yəhudi qızı” demə-
sinə Peyğəmbərimizin (s) verdiyi cavabı da bir az 
əvvəl görmüşdük. Bütün bunlar, Rəsulullahın (s) 
onun fəzilətlərini bildiyini və digər möminlərə də 
bildirdiyini göstərməkdədir. 
Hz. Safiyyə  ağıllı bir qadın idi. İslam diniy-
lə  şərəfləndikdən sonra da səmimi bir müsəlman 
Hz. Safiyyə

Möminlərin Anaları
218
oldu. Vaxtını ibadət və zikrlə keçirməyə başladı. 
Yaşamağa layiq olan həyatın axirət həyatı olduğu-
nu bildiyi üçün, tək məqsədi axirət səadətini qa-
zanmaq idi. Zinət  əşyaları çox olduğundan bunu 
Peyğəmbərimizin (s) digər xanımları  və  qızı Hz. 
Fatimə arasında bölüşdürdü. Xüsusilə, Hz. Fa-
timəyə yaxın olmaq üçün, qızıl sırğalarını ona hə-
diyyə etdi.
Hz. Muhammədə (s) qarşı çox dərin məhəb-
bət bəsləyirdi. Rəsulullah (s) xəstələndiyi zaman 
bütün xanımları görməyə  gələrdi. Hz. Safiyyə  də 
gəldiyində: “Ya Nəbiyyullah! Kaş ki sizin yerinizə bü-
tün ağrılarınızı, acılarınızı mən çəksəydim”, - deyərdi. 
Onun bu sözlərinə digər xanımları gülmüşdülər. 
Çünki onun səmimi olmadığını düşünürdülər. On-
ların bu halını görən Rəsulullah (s): “Vallahi o doğru 
söyləyir” - buyuraraq onun sözündə və niyyətində 
doğru olduğunu bildirdi.
Çox yardımsevər olub, daima fədakarlıq edir-
di. O, Hz. Muhammədə sadiq həyat yoldaşı olduğu 
kimi, onun sünnəsinə uyğun olaraq öz qohumları-
na qarşı da vəfalı idi.
Hz. Safiyyə, başqalarına yardım göstərər, çox 
fədakarlıqlar edərdi. 655-ci (H. 35) ildə fitnə çıxıb, 
Hz. Osmanın evi mühasirəyə alınmışdı.O, evindən 
çıxa bilmirdi. Hz. Safiyyə onun bu halına çox mə-
yus olub, ziyarətinə getmək istədi. Hz. Osmanın 
evinə gedərkən, onu tanımayıb mindiyi qatıra hü-
cum etmişdilər. Buna baxmayaraq, o, öz dəstəyini 
əsirgəmədi. 

219
Hz. Safiyyə sanki bir elm xəzinəsiydi. Bir çox 
insan onun yanına gələrək onunla məsləhətləşər-
di. Həcc mövsümündə  bədəvi qadınlar gəlib on-
dan dini məsələləri soruşar, öyrənərdilər.  İmam 
Zeynəl-Abidin,  İshaq bin Abdullah, Müslim bin 
Safvan, Kinanə, Yezid bin Mutəb və başqaları Hz. 
Safiyyədən hədis rəvayət etmişdir. Digər dinləri 
bilməsinə  əlavə olaraq, İslam Dininin hökmlərini 
də yaxşı öyrəndiyi üçün ziyarətinə gələnlərə doğru 
olanları tövsiyə etmişdir. Dörd il sürən evlilikləri 
boyunca, Rəsulullahdan (s) on hədisi şərif rəvayət 
etmişdir. Bunlardan biri Buxari və Müslimin ittifaq 
etdiyi hədisdir.
Allah ondan razı  olsun! 
Hz. Safiyyə

Hz. Умму 
Щябибя

223
Hz. Ummu Həbibə Binti Əbi Sufyan
Rəsulullahın (s) mübarək xanımlarından biri 
də əsl adı Rəməl olan Ummu Həbibədir. O, bisət-
dən (Hz. Muhammədin (s) peyğəmbərliyindən) on 
yeddi il əvvəl dünyaya gəlmişdir. Atası  Əbu Suf-
yan bin Hərb bin Umeyyə, anası Hinddir. Ummu 
Həbibə Hz. Müaviyyənin bacısıdır.
Ummu Həbibənin nəsli Peyğəmbərimizin (s) 
babası Əbdumənafa birləşməkdədir. 
Ərəb adətlərinə görə, ilk evliliyindən dünyaya 
gələn Həbibə adlı övladına  görə ona, Ummu Hə-
bibə ləqəbi verilmişdir. Birinci evliliyi Rəsulullahın 
bibisi Ümeymə binti  Əbdulmüttalibin oğlu Ubey-
dullah bin Cahş ilə olmuşdur. 
Ummu Həbibə İslam dini gəlmədən əvvəl Hə-
nif
1
 dininə bağlı idi. Ummu Həbibənin neçənci ildə 
İslamı  qəbul etdiyi qəti olaraq bilinməməkdədir. 
Bununla yanaşı o, əri Ubeydullah ilə birlikdə,  İs-
lamı qəbul edən ilk müsəlmanlardan idilər. Bu sə-
bəblə müşriklərin əzab və təzyiqlərinə ən çox mə-
ruz qalanlarından bir də onlar idi. Ubeydullah bu 
1 . İbrahim əleyhissalamın dininə “Həniflik” deyilmişdir. Hənif kəl-
mə si,  lüğətdə əyriliyi buraxıb doğruya gedən, istiqamət üzərə olan, 
baş qa  dinlərdən, batil inanclardan uzaqlaşıb tək bir olan Allaha 
iman edən deməkdir.
Hz

Möminlərin Anaları
224
çətinlikdən xilas olmaq üçün xanımı Ummu Həbi-
bə ilə birlikdə  Həbəşistana hicrət etmişdi. 
Dini üçün hər  şeyi fəda etməyə hazır olan 
Ubeydullah bin Cahş, Həbəşistanda keşişlərin təb-
liğatlarına aldanıb, kasıblıqdan xilas olaraq dünya 
malına qovuşmaq üçün dinindən dönüb mürtəd 
oldu.
Ummu Həbibə  Həbəşistanda olarkən gecə 
yuxusunda  ərininin üzünü qapqara bir halda gör-
dü. Yuxusu haqqında çox düşünmək istəmədi.
 
An-
caq ərində meydana gələn dəyişikliklərin fərqində 
idi. Lakin hələ  əmin olmadığı  üçün bir şey deyə 
bilmirdi. Nəhayət ərinin “Əvvəllər din mövzusun-
da çox düşünmüşdüm. Xristianlıqdan daha xeyirli 
bir din görməyib xristian olmuşdum. Sonra Mu-
hammədin dinini qəbul etdim və indi təkrar xris-
tianlığa döndüm” sözləri ilə ərinin,  həqiqətən, İs-
lamdan çıxdığını anlamış oldu.
 Ubeydullah bin Cahş, Ummu Həbibəni də, zən-
gin olmaq üçün  dinindən  çıxmağa  məcbur etdi. 
Ummu Həbibə kasıblığa, ölmə razı olacağını, lakin 
Muhamməd əleyhissalamın dinini  və sevgisini bü-
tün dünyaya dəyişməyəcəyini bildirdi. Ubeydullah 
bin Cahş, Ummu Həbibəni kasıblıq və ehtiyac için-
də qalsın deyə boşadı. Lakin özü içki aləmlərinə 
dalıb bir müddət sonra  sərxoş  bir halda vəfat etdi.
Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin