MÖMİNLƏRİn analari baş Məsləhətçi


Ummu Həbibənin Peyğəmbərimizlə (s)



Yüklə 49,39 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix21.04.2017
ölçüsü49,39 Kb.
#15079
1   ...   8   9   10   11   12   13   14   15   16

Ummu Həbibənin Peyğəmbərimizlə (s) 
Nikahlanması
Ummu Həbibə əri Ubeydullah bin Cahşdan bo-
şandıqdan sonra bir çox çətinliklərə dözmək məc-

225
buriyyətində qalmış,  ərinin bütün təklif və israr-
larına baxmayaraq, dinindən dönməmişdi. Lakin 
Ummu Həbibə bu diyarda böyük çətinliklərə düş-
dü. Günlərlə davam edən bu çətin anlarında dü-
şüncələr onu narahat edirdi; vətənindən, ana-ata-
sını və yaxınlarını nə üçün tərk etmişdi? Bütün bu 
çətinliklər nə üçündür? Özü ilə birgə gələn əri nə 
üçün xristian olmuşdu? Bu sıxıntlı günlərin birin-
də gecə yuxusunda vəfat etmiş ərini görür: “Sanki 
gedir və mənə “Ey Ummul-Möminin! yəni Ey mö-
minlərin anası” - dəyə səslənirdi.” O da bunu Rə-
sulullahın özüylə evlənəcəyi şəklində şərh etdi. Bu 
yuxudan sonra Ummu Həbibə az da olsa sakitləşdi. 
Peygəmbərimiz (s) bütün səhabələriylə ya-
xından maraqlanır və onları təqib edirdi. Onlardan 
xəbər alaraq onlara qol-qanad gərib himayə altına 
almağa çalışırdı. Bu xanım səhabəsinin başından 
keçənləri də xəbər aldı. Ummu Həbibənin imanın-
dan dönməməsinə, dinini dünyaya dəyişməməsinə 
çox məmnun oldu. İmanını qorumaq üçün göstər-
diyi mübarizələrindən ötrü möminlərin anası ol-
maq şərəfiylə təltif etmək, mükafatlandırmaq istə-
di.
 
Bu səbəblə  Həbəşistan kralı  Nə caşiyə  məktub 
yazıb: «Oradakı Ummu Həbibə ilə evlənəcəyəm. 
Nikahımı et! Sonra da onu bura göndər !» - deyə 
tələb etdi.
Ərəb adət-ənənələrinə görə, bir qadınla ev-
lənmək üçün əvvəl atasına, o yoxsa əmisinə və ya 
əmisinin oğullarına müraciət edilərdi. Ancaq Hz. 
Peyğəmbərin (s) Hz. Ummu Həbibə ilə evləndiyi 
dövrdə Əbu Sufyan hələ müsəlman olmadığı üçün 
Hz. Ummu Həbibə

Möminlərin Anaları
226
bu evlilikdən xəbəri olmamışdı. Qızının onunla 
məsləhətləşmədən düşməniylə evlənməsi Əbu Süf-
yanın qəzəbinə səbəb olacağı gözlənilərkən, əksinə 
Hz. Muhamməd üçün: «O, rədd edilməyəcək bir 
kişidir», - dəyərək bu evliliyi təsdiq etmişdir.
Ummu Həbibə peyğəmbərimiz (s) ilə olan izdi-
vacını belə nəql edir:
Ərimin vəfatından sonra iddə
2
 müddətimin 
yenicə tamam olduğu bir vaxt idi. Birdən Nəcaşi-
nin elçisi qapımın önünə  gəlib içəri girmək üçün 
icazə istədi. Gələn elçi Nəcaşinin Əbrəhə  adındakı 
cariyəsi idi. O, Nəcaşinin patlarlarına və ətirlərinə 
baxmaqla vəzifəli idi. Əbrəhə icazə istədikdən son-
ra içəri  girdi və belə dedi:
- Allahın Rəsulu Həbəş kralı  Nəcaşiyə  səninlə 
evlənmək istədiyini xəbər verən bir məktub yazıb 
Mən də ona: 
- Allah səni də xeyir xəbərlərlə müjdələsin, - de-
dim.
Lakin dediklərindən əmin olmaq üçün bir neçə 
dəfə təkrarlatdım. 
-Nəhayət Əbrəhə! «Kral nikahını qıymaq üçün 
bir vəkil təyin etməyini istəyir»,- dedi. Bunun üzə-
rinə dərhal Səid bin Asın oğlu Xalidi çağırdım və 
onu özümə vəkil təyin etdim. O anda sevincimdən 
üzərimdə olan gümüş iki bilərzik ilə bir cüt gümüş 
2 . İddə: Evliliyin ölüm, boşanma və ya fəsx (ləğv etmə) səbəblərin-
dən biri ilə sona çatması halında qadının yenidən evlənə bilmək 
üçün gözləmək məcburiyyətində olduğu müddətdir.Hamdi Döndü-
ren, Dəlilləriylə Ailə İlmihalı, İpəkyolu Nəşriyyatı, səh 329 

227
xalxalı (ayaq bilərziyi) və ayaq barmaqlarımdakı 
bütün gümüş üzükləri hədiyyə olaraq Əbrəhəyə 
verdim. 
Söz kəsildiyinin sabahısı günü Nəcaşi, Cəfər b. 
Əbi Talibə orada olan bütün müsəlmanları topla-
masını  əmr etdi. Qısa bir çıxış etdikdən sonra: “Rə-
sulullahın istəyi üzərinə Əbu Süfyanın  qızı Ummu 
Həbibəni dörd  yüz dinar mehirlə Onunla (s) ev-
ləndirdim”,- dedi.
Hicrətin yeddinci ilində nikah edildi. Beləliklə, 
Ummu Həbibə imanın mükafatına qovuşaraq ora-
da zəngin və rahat oldu. Onun sayəsində oradakı 
müsəlmanların da rahatlığı təmin olundu.
 Cənnətdə qadınlar ərlərinin yanında olacaqları 
üçün cənnətin  ən yüksək dərəcəsi ilə müjdələnil-
miş oldu ki, dünyanın bütün zövq və nemətləri bu 
müjdə yanında çox kiçik qalır. 
  Ummu Həbibənin Peyğəmbərimizlə (s) ailə 
qurması, atası Əbu Süfyanının qəlbinin yumuşalıb 
gələcəkdə müsəlman olmasını hazırlayan  səbəb-
lərdən biri oldu. Bu nikah Rəsulullahın ağılının, zə-
kasının, dahiliyinin lütfkarlığının və mərhəmətinin  
dərəcəsini bir daha  göstərməkdədir.
Nəcaşinin Nikah Xütbəsi və 
Toy Hədiyyələri
Söz kəsildiyinin sabahısı günü Həbəşistan kralı 
Nəcaşi, Cəfər b. Əbi Talibə  orada olan bütün müsəl-
manları toplamasını  əmr etdi və belə bir çıxış etdi. 
“Həmd-səna Allaha yaraşar ki, o Məlik,  Quddus, 
Hz. Ummu Həbibə

Möminlərin Anaları
228
Salam, Mömin, Mühəymin,  Əziz və Cabbardır. 
Mən şahidlik edərəm ki, Allahdan başqa ilah yox-
dur və Muhamməd də Allahın qulu və Rəsuludur. 
Onun gələcəyini  İsa bin Məryəm də müjdələmiş-
dir. Rəsulullah mənə məktub yazaraq Əbu Süfya-
nın qızı Ummu Həbibəni özü ilə evləndirməyimi 
istədi. Mən də Allah Rəsulunun bu istəyinə uyğun 
olaraq onun adına dörd yüz dinar  mehir verirəm”. 
Nəcaşinin çıxışından sonra Ummu Həbibənin 
vəkili Xalid bin Səid sözə başladı: “Həmd Allaha 
məxsusdur. Ondan kömək və bağışlama diləyirəm. 
Allahdan başqa heç bir məbud olmadığına şahid-
lik edirəm. Muhamməd (s) Onun qulu və elçisidir. 
Müşriklər xoş görməsə də, Allah Onu (s) hidayət və 
haqq dinlə üstün etmək üçün göndərmişdir. Mən 
də  Rəsulullahın bu istəyini qəbul etdim. Ummu 
Həbibəni Onunla evləndirdim. Allah bu evliliyi 
onun haqqında xeyirli etsin.”
Nəcaşi dörd yüz dinarı Xalid bin Səidə verdi. 
Nikah mərasiminə toplananlar durub getmək istə-
dikdə, Nəcaşi: “Oturun, nikahdan sonra verilən 
yeməyin yeyilməsi peyğəmbərin sünnəsi və adəti-
dir”, - dedi. Dərhal yemək gətirtdi. Orada olanlar 
yeməyi yedikdən sonra getdilər. 
Nikahdan sonra “Ummul-möminin” (mömin-
lərin anası) olaraq səhərləyən Ummu Həbibə əlinə 
mehir keçdiyi zaman özünə müjdəni gətirən ca-
riyə  Əbrəhəni çağırtmış  və “O gün əlimdə olanı 
vermişdim, başqa pulum yox idi. İndi Allah mənə 
bu mehri lütf  etdi. Mehrimdən əlli dinar götür”, - 
dedi. Əbrəhə verilən pulu qəbul etmədiyi kimi, Hz. 

229
Ummu Həbibənin daha əvvəl verdiyi dörd gümüş 
bilərziklə ayaq barmaqlarındakı gümüş üzükləri 
də geri qaytardı. Çünki Nəcaşi, ondan Hz. Ummu 
Həbibədən heç bir şey qəbul etməməsini istəmiş-
di. Ayrıca Nəcaşi xanımlarına yanlarındakı bütün 
gözəl ətirləri Hz. Ummu Həbibəyə göndərmələrini 
əmr etmişdi. Hz. Ummu Həbibənin mehri də bütün 
cehizləri də Nəcaşi tərəfindən təmin edilmişdir.
Nikahın sabahısı günü Ummu Həbibə Nəcaşi-
nin təmin etdiyi gəmilərdən birinə minərək digər 
mühacirlərlə birlikdə Mədinəyə yola çıxdı. Car li-
manına qədər gəmilərlə gəldikdən sonra, dəvələr-
lə yola davam edib Mədineyi Münəvvərəyə çatdı-
lar. Hz. Ummu Həbibə  Mədinəyə  gəldiyində Hz. 
Peyğəmbərə nikah mərasimindən danışmış, özünə 
hədiyyə edilən gözəl  ətirləri Ona (s) göstərmişdi. 
Rəsulullah (s) da bunların istifadə edilməsini qada-
ğan etməmişdi.
Ummu Həbibə Anamızın Əxlaqi 
Keyfiyyətləri
Ummu Həbibə anamız imanda səbir və sədaqət 
mükafatını dünyada ikən gördü. Möminlərin anası 
oldu. Çəkdiyi əzab və cəfaları unutduracaq bir sev-
giyə qovuşdu.  İki cahan günəşi peyğəmbərimizin 
(s) səadətxanasında xoşbəxt bir həyat yaşadı. Hü-
zur və səadət içində dörd il keçirtdi. Ummu Həbi-
bə anamız qovuşduğu bu nemətin şükrünü yerinə 
yetirə bilmək üçün Rəsulullaha (s) olan xidmətin-
də son dərəcə diqqətli və  həssas davrandı. Onun 
sevgisində və xidmətində fani oldu. Onun sevgisi-
Hz. Ummu Həbibə

Möminlərin Anaları
230
ni çox üstün tutdu. Oturduğu əşyaya belə hörmət 
etdi. Hər davranışında, hər sözündə bu həssaslığı 
göstərdi. Atası ilə arasında keçən bu hadisə onun 
bu incə düşüncəsini və həssaslığını bir ibrət lövhəsi 
olaraq nə gözəl göstərməkdədir. 
Hadisə belə cərəyyan etmişdi:
Məkkəli müşriklər Hüdeybiyə sözləşməsini 
pozduqdan sonra narahatlığa qapılıb, sözləşməni 
yeniləmək istədilər. Bu iş üçün o zaman hələ müsəl-
man olmamış Əbu Süfyanı Mədinəyə göndərdilər.
Əvvəlcə Hz. Əbu Bəkir və Hz. Ömər ilə gö-
rüşdü. Onlardan özünə bu mövzuda kömək tapa 
bilmədi. Qəmli bir şəkildə qızının qapısını döydü. 
Atasını birdən qarşısında görən Hz. Ummu Həbi-
bə anamız bir anlıq nə edəcəyini bilmədi.  İçəriyə 
dəvət edib etməməkdə tərəddüd etdi. Bir müddət 
düşündükdən sonra evə dəvət etti. Nə də olsa ata-
sı idi. Əbu Sufyan yorğun idi. Uzun və yorucu bir 
yoldan gəlmişdi. Yerdəki döşəyə oturmaq istədi. 
Lakin qızı icazə vermədi. Çünki o, Peyğəmbərimi-
zin (s) hər zaman üzərində oturduğu bir döşək idi. 
Atası qızının bu etdiyinə bir məna verə bilmədi və 
belə dedi:
Qızım anlaya bilmədim sən döşəyi mənə layiq 
görmürsən, yoxsa mənimi döşəyə layiq görmür-
sən?
 Hz. Ummu Həbibə anamız atasına etdiyi işin 
şüurunda olduğunu söyləyərək bu ibrətli cavabı 
verdi:

231
- Ata bu Rəsulullahın (s) döşəyidir. Sən bu mü-
barək yerə oturmağa layiq deyilsən. Müşrik bir 
adamın Rəsulullahın döşəyində oturmasına kön-
lüm razı olmaz. Əbu Süfyan qızının dininə bağlı-
lığına, Peyğəmbərə (s) qarşı olan sevgisinə heyrət 
etdi. 
Daha əvvəl də qeyd edildiyi kimi, Əbu Sufyan 
müsəlman olmasa da, Hz. Peyğəmbərin (s) öz qızı 
ilə evlənməsindən sonra müsəlmanlara qarşı qəlbi 
yavaş-yavaş yumşalmışdı. Bu hadisədən əvvəl Cə-
nabı Haqq bu ayəni vəhy etmişdi. “(Ey möminlər!) 
Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz 
kimsələr  (Məkkə müşrikləri) arasında  (onları is-
lam dininə gətirməklə) dostluq (məhəbbət) yarat-
sın. Allah hər şeyə qadirdir. Allah bağışlayandır, 
rəhm edəndir.”
3
Zamanla qəlbi yumuşalan Əbu Süfyan Məkkə-
nin fəthində müsəlman oldu.
Məkkənin fəth edildiyi gün Rəsulullahın (s) qa-
dınlarla etdiyi sözləşməsində xanımı Ummu Həbi-
bə də iştirak edirdi. O da digər xanımlar kimi beyət 
etdi. 
Peyğəmbərimizin (s) vəfatından sonra səha-
bələr Hz.Ummu Həbibəyə çox hörmət göstərərdi. 
Hz. Ömər ona, dolanışığını təmin edə bilməsi üçün 
illik maaş bağladı.
 Ummu Həbibə çox kamilə bir xanım idi. Pey-
ğəmbərimizdən (s) bir çox hadisəyə şahid olub otuz 
3 . Mumtəhinə surəsi, 60/7
Hz. Ummu Həbibə

Möminlərin Anaları
232
hədisi  şərif rəvayət etdiyi bildirilməkdədir (Bəzi 
qaynaqlarda 65 hədis rəvayət etdiyi bildirilir). 
Ummu Həbibənin Rəvayət Etdiyi 
Hədislərdən Bəziləri
Hz. Ummu Həbibə  hədisi  şəriflərə çox diqqət 
yetirərdi. Bu xüsusda onunla məsləhətləşərdilər. 
Qardaşı oğlu Əbu Sufyan ibni Səidə dəstəmazlı ol-
mağı tövsiyə edib bu hədisi-şərifi rəvayət etdi: “Hər 
kim bir şey bişirəcək olsa, dəstəmaz alsın”. 
Ummu Həbibə  “Bir kimsə  hər gün on iki rükət 
nafilə  namaz qılsa, o kimsə üçün cənnətdə bir ev hazır-
lanar” hədisi-şərifni rəvayət etdikdən sonra “Mən 
bunu eşitdikdən sonra, o namazları  həmişə  qılı-
ram.”- demişdir.
Ummu Həbibədən rəvayət olunan başqa bir 
hədisi şərifdə “Allaha və axirət gününə inan bir qadı-
na, əri öldüyü zaman dörd ay on gün yas tutmasından 
başqa heç bir ölü üçün üç gündən çox yas tutması halal 
olmaz”,- buyurulmuşdur. Bununla islamda yas mə-
rasiminin üç gündən artıq olmadığını bildirmişdi.
Hz. Ummu Həbibənin Vəfatı
Hz. Ummu Həbibə qardaşı Müaviyənin xilafəti 
dövründə yetmiş yaşında ikən (bəzi qaynaqlarda 
73 keçir) hicrətin 44-cü ilində Mədinədə vəfat etdi. 
Hz. Aişədən gələn bir xəbərə görə Hz.Ummu Hə-
bibə ölüm döşəyində ikən Hz. Aişəni çağırtdırmış 
və: “Aramızda müəyyən anlaşılmazlıqlar və incin-
liklər olmuşdur. Bu mövzuda olanlardan ötrü Al-
lah məni və səni bağışlasın”,- demişdir.  Hz. Aişə 

233
də: “Haqqımı halal etdim”,- deyincə, Hz. Ummu 
Həbibə: “Məni çox sevindirdin, Allah da səni se-
vindirsin”, - demişdir. 
O, sevgisi, səmimiyyəti və  nəzakətində son 
nəfəsinə qədər nümunə oldu. Davranışlarında nə-
zakət və gözəl  əxlaqı heç bir zaman əldən burax-
mamağa səy göstərdi. Fani dünyadan əbədi aləmə 
bu nəzakətli davranışıyla köçüb getdi.
Cənnətul  Baqi qəbiristanlığına dəfn edildi.
Allah ondan razı olsun.
 
Hz. Ummu Həbibə

Hz. Меймуня

237
Hz. Meymunənin Nəsli və Ailəsi
Hz. Muhammədin (s) xanımlarının sonuncu-
su Meymunə binti Haris bin Hazn əl-Hilaliyyədir. 
Onun nəsli tam olaraq belə verilir:
Meymunə binti Haris b. Hazn b. Buceyr b. 
Huzm b. Ruveyb b. Abdullah b. Hilal b. Amir b. Sa-
saa b. Muaviyə b. Bəkr b. Mansur b. İkrimə b. Hafsa 
b. Qays b. Mudar əl-Amiriyyə əl-Hilaliyyə.
Qurani-Kərimin “möminlərin anası”
1
 xitabıy-
la şərəflənən xanımlardan ən sonuncusu olan Hz. 
Meymunənin 590-cı ildə Məkkədə doğulduğu bil-
dirilir. Anası Hind (Havlə) bintu Avf b. Zuheyr b. 
Harisdir. 
O, Peyğəmbərimizin (s) “möminə bacılar” ola-
raq adlandırdığı doqquz bacıdan birisi olan Haris 
qızı Bərrədir. Əsl adı Bərrə olan bu anamızın adını 
sonradan Rasulullah (s) “Meymunə” olaraq dəyiş-
dirmişdir. Bərrə, “qüsursuz, xeyirli qadın” mənası-
na gəlir. Bu isə, insanın öz-özünü tərifləməsi kimi 
anlaşıldığı üçün Peyğəmbərimiz (s) sanki bu adı 
dəyişdirərək bizə də bir mesaj göndərmişdir. Mu-
hammədul  Əmin olan Hz. Muhamməd (s), yed-
di ildən sonra, nəhayət qorxusuzca, əman içində 
1 . Əhzab surəsi, 33/6.
Hz

Möminlərin Anaları
238
Məkkəyə girə bilməsinin ‘meymənəti’ - uğuru mə-
nasında ona, “Meymunə” adını vermişdir. 
Hz. Meymunənin Əsma binti Umeys adlı bacı-
sı Hz. Cəfər bin Əbi Talibin (Cəfər Təyyar) xanımı 
idi. Digəri isə Uhudda şəhid olan Həmzə bin Ab-
dulmuttalibin yoldaşı Səlma binti Umeysdir. Bu iki 
bacısı ana bir, ata ayrı bacılarıdır. Özündən böyük 
olan doğma bacısı Ummul-Fadl isə, Abbas b. Ab-
dulmuttalibin həyat yoldaşıdır. Bu xanım, Hz. Xə-
dicədən sonra müsəlman olan ilk qadın idi. Eyni 
zamanda, köləni döydüyü üçün vurub Əbu Ləhə-
bin başını yaran cəsur möminə xanım da odur.
Məkkədə  Bəni Hilal qəbiləsinə  mənsub olan 
Hz. Meymunə cahiliyyə dövründə Məsud bin Amr 
bin Umeyr-əs-Səqafi ilə evlənmişdi. Ondan ayrıl-
dıqdan sonra Əbu Ruhm bin Abduluzza ilə nikah-
lanmış, daha sonra ikinci yoldaşı öldüyü üçün dul 
qalmışdı. 
Hz. Muhammədin (s) Hz. Meymunəylə 
Nikahı və Mehri
Rasulullah (s) 629-cu (h. 7) ildə Xeybərin fəthin-
dən sonra Zilqədə ayında Ümrətul Qəza niyyətiylə 
yola çıxdı. Cuhfədə ikən Hz. Abbasla görüşdü. Bu 
görüşdə Hz. Abbas: “Ya Rəsulallah! Bərrə binti Haris 
dul qaldı. Onu özünə xanım olaraq alsan olmazmı?” - 
deyə təklif etdi. Bundan sonra Hz. Muhamməd (s) 
Əbu Rafi ilə Ənsardan bir nəfəri Məkkəyə elçiliyə 
göndərdi. Hz. Meymunə, Hz. Muhammədin (s) el-
çilik xəbərini aldığı zaman dəvəsinin üzərində idi. 
Elə oradaca: “Dəvə  də, üzərindəki də  Rəsulullahındır 

239
(s)”, - deyə cavab verdi. Özünü Peyğəmbərimizə 
(s) hədiyyə etdi. Bu evlilik hazırlıqları üçün edil-
məli olan işləri də bacısı Ummul Fadla, o da həyat 
yoldaşı Hz. Abbasa tapşırdı. Bununla da Hz. Abbas 
Hz. Meymunənin nikahlanmasında vəkil oldu. Bu 
ərəfədə Hz. Meymunənin 36 yaşı vardı.
Hz. Abbas Peyğəmbərimizdən (s) bir rəvayətə 
görə, 400 (dörd yüz) və ya 500 dirhəm mehir alaraq 
öz evində Hz. Meymunəni Rəsulullaha nikahla-
dı. Nikahın Mədinədə bağlandığını  nəql edən rə-
vayətlər olsa da, Məkkədə bağlandığını bildirən rə-
vayətlər üstünlük təşkil etməkdədir. Fikrimizcə, də 
bu görüş daha doğrudur. Çünki nikah olmuşdur 
ki, Hz. Muhamməd, toy mərasiminin də Məkkədə 
edilməsini istədi. Müşriklər icazə vermədiyi üçün, 
oradan çıxdıqdan sonra Sərifdə edildi. Buxarinin 
nəql etdiyi İbn Abbasdan gələn rəvayət də bu fikri 
təsdiqləyir. Hədis-i  Şərifdə belə buyurulur: “Nəbi 
(s) Hz. Meymunəni ihramlı ikən (Məkkədə) nikah edib, 
ihramdan çıxdıqdan sonra da zifaf olmuşdur. Meymunə 
Sərifdə vəfat etmişdir.”
Mehrin miqdarına gəlincə, Əsqəlaninin və İbn 
Hişamın verdiyi məlumata görə, 500 (beş yüz) dir-
həmdir. Bəzi qaynaqlarda isə, ona mehir verilib ve-
rilmədiyi mövzusu mübahisəli olsa da, İbn Kəsir və 
onun kimi düşünən digər alimlər mehirin verilmiş 
olduğuna dəlil olaraq Əhzab surəsi 50-ci ayədə:  
“Ey Peyğəmbər! Mehirlərini verdiyin xanımları-
nı sənə halal etdik… və bir də Peyğəmbər onunla 
evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə 
Hz. Meymunə

Möminlərin Anaları
240
hədiyyə edən mömin qadını,…”
2
 ifadəsiylə  bəh-
si keçən mömin qadının Hz. Meymunə olduğunu 
göstərirlər.
Hz. Muhammədin (s) Qəza Ümrəsindən 
Sonra Məkkədən Çıxması
Hz. Muhamməd (s) Hudeybiyyə müqaviləsinə 
əsasən 3 gün ərzində Umrə ziyarətini başa çatdırıb 
Məkkədən çıxmalı idi. Rəsulullah (s) Umrə ziyarə-
tini etdikdən sonra, toy mərasimini də Məkkədə et-
mək istədi. Peyğəmbərimizin (s) məqsədi Qureyşi 
İslama isindirmək, daha dostca bir əlaqə qurmaq 
idi. Bununla da, küfrdə inadçı davranan bu camaa-
tın İslam dininə girərək qurtulanlardan olmalarını 
arzulamışdı.
Bu arzusunu həyata keçirmək üçün, O, Qureyş 
müşriklərinə: “istəsəniz ailəmlə evlənmə mərasimi et-
mək üçün burada üç gün də qalım və toy ziyafətinə sizi 
də çağırım?”- deyə Hz. Osmanla xəbər göndərdi. 
Aradakı düşmənliyi sona çatdıracaq bu təklif qar-
şısında Qureyş müşrikləri tam əksini etdilər. Belə 
ki, Hz. Əlinin yanına gəldilər və “Artıq, yanımızdan 
ayrılıb gedin! Müddət dolmuşdur! – deyə, - get ağana 
söylə!”- dedilər. Bununla da kifayətlənməyib, Hz. 
Muhammədi (s) öz yurdundan qovmaq üçün Hu-
vaytıb b. Abduluzza və Süheyl b. Amr adlı iki təm-
silçi göndərdilər. 
Peyğəmbərimiz Mədinəli Mü səlmanların məc -
lis lərindən birində oturub danış dığı vaxtda, Qu-
reyş  təm silçiləri  “Ya Muhamməd! Müddətin dol-
2 . Əhzab surəsi, 33/50.

241
muşdur. Artıq yanımızdan çıx get,!”- dedilər. Bunun 
cavabında O, gözəl  əxlaq nümunəsi:  “Mən sizdən 
bir qadını nikahlamışdım. Onunla evlənmə  mərasimi-
ni edənə qədər qalmağımdan sizə nə zərər gələr ki? Nə 
olardı, qoysaydınız toy mərasimini sizinlə birlikdə etsəy-
dim, toy yeməyində siz də iştirak etsəydiniz? Belə etmək 
sizə yaraşmazdımı?”- buyurdu. Qureyş  təmsilçiləri 
isə: “Sənin toy yeməyində iştirak etmək bizə lazım de-
yil! Bizə nə sən, nə də toy yeməyin lazımdır! Tez çıx get 
artıq yanımızdan! Toprağımızdan mütləq çıxıb gedəcək-
sən, - deyə aramızda müqavilə bağlamadıqmı? Artıq o üç 
günlük müddət də dolmuşdur”, - dedilər. 
Bu sözlərə dözməyən səhabə Sad b. Ubadə 
müşrik Süheyl b. Amra “... Yalan deyirsən! Bura nə 
sənin torpağındır, nə  də atanın torpağıdır! Vallahi O, 
buradan ancaq müqaviləyə uyaraq, öz razılığı ilə gedər. 
Yoxsa zorla çıxıb getməz!” - dedi. Sad b. Ubadənin 
bu sözləri qarşısında Huvaytıb b. Abduluzza və 
Süheyl b. Amr qorxdular və susdular. Peyğəmbəri-
miz (s) gülümsədi. Sonra da “Ey Sad! … qövmümüz-
dən bizi ziyarətə  gələnləri incitmə!” -deyə buyurdu. 
Hz. Muhamməd (s): “Müsəlmanlardan heç kəs axşam 
burada qalmayacaq, yola çıxacaqdır!” - deyə camaa-
ta bildirməsini  Əbu Rafiyə  əmr etdi. Özü də  dər-
hal dəvəsinə mindi və hazırlanıb çıxmağa yetişən 
müsəlmanlarla birlikdə  Məkkədən ayrılaraq Sərif 
adlı yerdə gözlədi. Geridə qalan müsəlmanlar da 
gəlib çatdılar, toplandılar.
Hz. Meymunənin Məkkədən çıxarılmasını 
Hz. Muhamməd (s) Əbu Rafiyə tapşırmışdı.  Əbu 
Rafi axşama qədər Hz. Meymunənin köç hazırlığı 
Hz. Meymunə

Möminlərin Anaları
242
ilə  məşğul oldu. Peyğəmbərimizin ardınca axşam 
çıxan qrupla birlikdə Məkkədən yola çıxdılar. Yol-
da müşriklər möminlərə sataşdılar. Etdikləri bu 
hərəkət qarşısında Əbu Rafi onlara: “Siz bizdən nə 
istəyirsiniz? Budur, Vallahi, süvarilər və silahlar Bat-
nı Yəcəcdə gözləyir!
3
 Siz müqaviləni pozmaqmı istəyir-
siniz?” - dedi. Bundan sonra müşriklər başlarını 
aşağı salaraq qayıdıb getdilər. Nəhayət,  Əbu Rafi 
və yanındakı qrup Batnı  Yəcicə  gəldilər. Oradakı 
süvarilərlə birlikdə bütün gecə yol getdilər. Axır ki 
Sərifə çatdılar. Hz. Meymunənin Məkkədə baş tut-
mayan toy mərasimi və zifaf elə burada oldu. 
Hz. Meymunə, Hz. Muhammədin (s) nikahıyla 
şərəflənərək son xanımı oldu. Pey ğəmbərimiz bun-
dan sonra bir daha evlənmədi.
Meymunənin Vəfatı
Möminlərin anası Hz. Meymunə  Məkkədə 
xəstələndi:  “Məni Məkkədən çıxardın! Çünki, Rəsu-
lullah mənim Məkkə xaricində bir yerdə vəfat edəcəyimi 
xəbər verdi”, - dedi. Onu Məkkədən çıxartdılar və 
Rəsulullahla evlilik mərasiminin qeyd edildiyi yer-
də də vəfat etdi. Cənazə namazını bacısı oğlu Hz. 
Abdullah bin Abbas qıldırdı. Qəbrə də İbn Abbas 
ilə Zeyd bin Asam endirdilər.
Hz. Meymunənin vəfat tarixi haqqında fərqli 
görüşlər var. Əsqəlaninin bildirdiyinə görə bir rə-
vayətdə h. 51-ci ildə vəfat etmişdir. Onun bildirdi-
3 . Hz. Muhəmməd (s) tədbir məqsədi ilə silahlı dəstə ilə yola çıx-
mış dı. Bu dəstə  Məkkəyə üç mil yaxınlıqda olan Batn-ı Yəcəcdə 
göz lədilər.

243
yinə görə Hz. Meymunənin vəfatı haqqında söy-
lənən h. 49, 61 və 63-cü il tarixləri doğru deyildir. 
Çünki bir rəvayətdə h. 51-ci il başqa rəvayətdə isə 
h. 61-ci ildə vəfat etdiyi bildirilsə də, Əsqəlani bi-
rinci rəvayəti daha doğru hesab edir və öz fikrini 
belə sübut edir: İkinci rəvayətdə eyni zamanda, Hz. 
Meymunənin Peyğəmbərimizin ən son vəfat edən 
xanımı olduğu bildirilir. Bu isə digər üzərində itti-
faq edilən rəvayətlərin verdiyi məlumatlara ziddir. 
Yenə Əsqəlaninin bildirdiyinə görə, Hz. Aişə 60-cı 
ildən əvvəl vəfat etmişdir. Nəticə olaraq, ikinci fik-
rin deyil, birinci fikrin doğru olduğunu, yəni, Hz. 
Meymunənin H. 51-ci ildə vəfat etdiyini qəbul edir. 
Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin