MÖMİNLƏRİn analari baş Məsləhətçi


Övlad Götürmənin Qadağan Edilməsi



Yüklə 49,39 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix21.04.2017
ölçüsü49,39 Kb.
#15079
1   ...   8   9   10   11   12   13   14   15   16

Övlad Götürmənin Qadağan Edilməsi
Övlad edilmə adəti cahiliyyə dövründən da-
vam edən, ərəblər arasında ciddi qəbul edilən əsas 
adət lərindən biri olmuşdu. 
Hz. Zeynəb binti Cahş

Möminlərin Anaları
180
Cahiliyyə dövründə  kim övlad götürsəydi, in-
sanlar ona həmin  şəxsin övladı kimi rəftar edər, 
onun oğlu kimi çağırılardı, öz canından olmasa 
da, o şəxsin mirasçılarından sayılırdı. Allah-Təala 
hadisələrin baş verməsinə görə ayələrini nazil edib 
hökmlərini qoyardı. Bu evliliklədə cahiliyyə adəti 
olan “ övlad edinmə”ni ortadan qaldırmaq üçün 
dinə yeni bir hökm gəlmiş oldu. Allah-Təala övlad-
lığın  qadağan etdiyini bildirən bu ayəni nazil etdi. 
“Muhamməd aranızdaki kişilərdən heç biri-
nin atası deyildir (Oğul odur ki, kişinin öz belin-
dən əmələ gələ!). Lakin o Allahın Rəsulu, Peyğəm-
bərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” 
8
Bu ayə ilə də İslamiyyətdə övlad edinmə əmri 
ortadan qalxması ilə  bərabər digər tərəfdən də 
Peyğəmbərimiz (s) haqqında haqsız  danışılanlara 
ən gözəl bir şəkildə cavab vermiş oldu.  
Övlad edilmənin qadağan edilməsinin üç məq-
sədi vardır.
Nəslin qorunması
Məhrəmiyyətin qorunması 
Miras haqqlarının qarışmasının qarşısı alınmaq 
üçün.
Peyğəmbərimizin (s) Qurani-Kərimdə dörd 
yerdə “Muhamməd” ismi şərifi şəxsən keçməkdə-
dir. Həmdə Peyğəmbərimiz (s) “Peyğəmbərlərin 
sonuncusu” mənasında keçən “Xatəmul-Ənbiya” 
8 . Əhzab surəsi 33/40

181
ismi şərifi də bu ayədə “Əhzab 40” da dəlil olaraq 
da zikr edilməkdədir.
İslamın övladlıq məsələsini qadağan etməsi ye-
tim, yoxsul, kimsəsiz və ya tapılmış uşaqlarla ma-
raqlanmamaq mənasına gəlməz. Bu kimi uşaqlar 
ailələr nəzdində və ya uşaq evlərində himayə altına 
alına bilər. Baxılar, təlim tərbiyə, təhsil verilər, sənət 
və peşə sahibi edilər və evləndirilər. Bir mömin bu 
cür saleh əməllərlərinə görə savab alar. Sadəcə uşa-
ğı qohumluq bağı edə bilməz və yetkinlik çağına 
gəldikdə görüşmələr  İslamı ölçü çərçivəsi içində 
olmalıdır. Belə bir uşağın nəsli, soyu bilinməmiş 
olsa belə, ona xor və alçaldıcı nəzərlərlə baxılmaz. 
Çünki ana və atanın səhvinə görə  uşaq günahkar 
tutula bilməz. Uşağa kömək olub, himayə edən 
kimsə, ona mənəvi ana-atalıq etməklə o uşağın 
sevgi və hörmətini qazanmış olur. Əsas olan da bu 
sevgi, şəfqət və hörmətdir. Ayrıca axirətdə böyük 
bir mükafata nail olacaqdır.
Kimsəsiz bir uşağı himayə edən kəs ona sağlığın-
da ikən bağışlama
 
yolu ilə dilədiyi qədər, vəsiyyət 
yolu ilə isə malının üçdə biri qədərini buraxa bilər. 
Toy Ziyafəti və O Gecədəki Möcüzə
Kainatın Fəxri Peyğəmbərimiz (s) ilə Zeynəb 
anamızın evləndikləri gecədə Peyğəmbərimizin bir 
möcüzəsi müşahidə edilmişdir. Peyğəmbərimizin 
bu möcüzəsi dini terminlə  təbərrük sayılan  toy 
yeməyinin bərəkətləndiyi görülmüşdür.
Duasının bərəkətiylə az yemək çoxaldı. Bü-
tün dəvətlilər yediyi halda Ənəs bin Malikin anası 
Hz. Zeynəb binti Cahş

Möminlərin Anaları
182
Ummu Süleymin göndərdiyi yemək heç azalma-
dı.  Ənəs bin Malik: “Üç yüz nəfərə qədər adamın 
yemək yediyi halda, Peyğəmbərimizin yeməyi gö-
türün buyurmasıyla qabdakı yeməyin ortaya qo-
yulduğu zamanmı çox idi, yoxsa götürdüyüm za-
manmı başa düşə bilmədim”, - buyurmuşdur. 
Hicab Ayəsinin Nüzul Səbəbi
Buxari və Müslimin ittifaq etdiyi nikah bölü-
mün dəki hədislərə  nəzər saldığımızda Hz. Pey-
ğəm bərin (s)! “Bir qoyunla belə olsa, toy yeməyi ve-
rin”, - deyə tövsiyə etdiyi görülür. Hz. Peyğəmbər 
(s) Zeynəb bint Cahşla evləndiyində verdiyi toy 
zi yafəti digər xanımıyla evləndiyində verməmişdi. 
Ənəs b. Malik belə  nəql edir: “Rəsulullah (s) 
Zeynəb bint Cahş ilə evləndiyində xalqa dəvət ver-
di. Gələnlər yemək yedikdən sonra oturub söhbət 
etməyə davam etdilər. Allah Rəsulu (s) qalxarkən 
onunla birlikdə qalxanlar oldu. Ancaq üç nəfər 
oturmuşdular. Rəsulullah xanımlarının otaqlarını 
gəzib xanımlarına baş çəkib gələndə o üç nəfər hələ 
də oturmaqda idilər. Sonra onlarda qalxdılar. Mən 
də Allahın Rəsuluna (s) onların durduqlarını xəbər 
verdim. O gəldi və içəri girdi, məndə arxasıyla gir-
mək istəyəndə özü ilə mənim arama pərdə çəkdi. 
Bu zaman Uca Allah bu ayələri nazil etdi.”
“Ey iman gətirənlər, Peyğəmbərin evləri nə 
daxil olmayın, amma əgər yemək üçün sizə izin 
verilsə, bu istisnadır. (Erkən gedərək) onun (yemə-
yin) hazırlanmasını gözləməyin. Lakin də vət olun-
duğunuz zaman daxil olun və təamı ye dikdən son-

183
ra söhbətə qapılmayıb dağılışın. Çün ki (sizin) bu, 
(rəftarınız) Peyğəmbəri incidir və o, sizdən xəcalət 
çəkir (və heç bir şey demir). Hal buki Allah həqiqət-
dən xəcalət çəkməz.  Əgər onlardan (Peyğəmbərin 
zövcələrindən məişət ləvazimatlarından) bir şey 
istəsəniz, pərdə arxasından istəyin ki, bu, həm si-
zin qəlbləriniz üçün, həm də onların qəlbləri üçün 
daha təmiz olar. Sizə yaraşmaz və caiz deyil ki, 
Peyğəmbərə əziyyət verəsiniz və onu incidəsiniz. 
(Və əsla caiz deyil ki,) ondan sonra zövcələri ilə ev-
lənəsiniz,  şübhəsiz, bu, (iş) Allahın yanında çox 
böyükdür (böyük bir günahdır) .”
9
 “Ey iman edənlər! Sizə icazə verilmədən 
Peyğəmbər evinə girməyin...” Ümmətin Peyğəm-
bər ilə əlaqəli vəziyyəti iki şəkildə bildirilməkdədir: 
biri Peyğəmbərlə başbaşa olduqları vəziyyətdir. O 
zaman vacib olan onu narahat etməməkdir. Əhzab 
surəsinin 53 ayəsi olan “Ey iman edənlər Peyğəm-
bərin evinə çağrılmadan vaxlı-vaxtsız girməyin” 
əmri ilə bildirməkdədir. İkinci olan isə Peyğəmbər 
(s)  insanların arasında olduğu vaxtdır. O zaman da 
vacib olan  ona hörmət göstərməkdi. O cümlədən 
Peyğəmbər xanımlarına da hörmətlə yanaşmalı, 
hətta onlarla danışmaq məcburiyyətində qaldıqda 
pərdə arxasından danışın bildirilir.
Hz. Zeynəbin Vəfatı
Peyğəmbərimizin (s)  vəfatından sonra  bildir-
diyi kimi, Ona ilk olaraq  qovuşan xanımı Hz. Zey-
nəb binti Cahşdır.
9 . Əhzab surəsi, 33/ 53
Hz. Zeynəb binti Cahş

Möminlərin Anaları
184
Hədis kitablarının bəzisində Hz. Aişə anamız-
dan nəql edilən belə bir hədis rəvayət edilir: “Bir 
dəfə Peyğəmbərin (s) bəzi xanımları: “Ya Rəsulul-
lah, sənin vəfatından sonra ilk olaraq hansımız sənə 
qovuşacağıq?” - deyə soruşdular. O da cavab verdi: 
“Əli uzun olanınız”, -  buyurdu. Hz. Aişə sözə da-
vamla deyir: “Əlimizə bir qamış çubuk aldıq, qol-
larımızı ölçməyə başladıq. İçimizdən ən uzun qollu 
olan Sevda binti Zemanın olduğunu gördük. Sonra 
öyrəndik ki, uzun qollu demək bol sədəqə verən, 
əli açıq, comərd kimsə deməkdir (Buxari, Nəsai 
və Müsnəd). Vaqidinin rəvayətinə görə bu qadı-
nın Zeynəb binti Cəhş olduğu bildirilir.” Başqa rə-
vayətlərdə Sevda binti Zema da olduğu söylənilir. 
Peyğəmbərimizin (s)  axirətə köçməsindən sonra 
ilk əvvəl Zeynəb  vəfat etmişdir. Vəfatı Hz. Ömərin 
xilafəti zamanında olmuşdur. Hz. Sevda isə  Mua-
viyə zamanında h.54-cü ildə vəfat etmişdir. 
Qolu uzun ifadəsinin ən çox sədəqə verən mə-
nasına gəldiyinin Hz. Zeynəbin vəfatıyla başa dü-
şülmüşdü. Çünki O, bədəncə uzun birisi olmadığı 
üçün qolu da digər analarımıza görə uzun deyildi. 
Amma o, istər öz əl əməyi ilə qazandığını, istərsə 
Peyğəmbər ailəsindən biri olması  səbəbiylə  xə-
lifələrin özlərinə təqdim etdiyi pulu ən qısa zaman-
da fəqirlərə paylamaqdan böyük zövq alardı.   
Zeynəb xəstə düşüncə ona xidmət etməyə sa-
dəcə Peyğəmbər xanımları icazəliydi. Cənazəsini 
onların yumasını istədi. Zeynəb kəfənini hazır-
lamışdı. Ancaq Hz. Ömər kəfən göndərincə, özü 

185
üçün saxlamış olduğu kəfəni sədəqə verildi. Hz. 
Ömər cənazə namazını qıldırdı.
Cənazəsini qəbrə dəfnetmə işini Usamə b. Zeyd 
ilə Muhmməd b. Ubeydullah b. Cahş kimi yaxınla-
rı ifa etdi. Vəfatı isti bir yay günlərinə rast gəlmişdi. 
Qovurucu günəşdən Baki qəbirstanlığındaki məza-
rı özünə sığınaq olmuşdu. Hz. Ömər mahal üzərinə 
geniş bir kölgəliyin edilməsini əmr etmişdi. 
M. Asim Köksalın qaynaqlardan aldığı  məlu-
mata görə, Hz. Zeynəb hicrətin 20-ci ilində 53 ya-
şında olduğu halda vəfat etmiş, cənazəsi tabutla 
daşınan ilk müsəlman qadındı.  Miladi təqvimlə 
641 ildə axirət aləminə köç etmişdir.
Zeynəb binti Cahşın Əxlaqı Keyfiyyəti
Peyğəmbərimizin (s)  comərtliyi  yönü ilə  tə-
rif etmiş olduğu Zeynəb binti Cahşın  həyatından 
özümüzə pay çıxaracağımız bir çox gözəl vəsfləri 
vardır ki, bu üstün vəsfləri Peyğəmbərimiz və xa-
nımları tərəfindən də etiraf edilmişdir. 
Hz. Zeynəb kəskin və  sərt təbiətli birisi idi. 
Bəzən Peyğəmbərin (s)  hüzurunda cəsuranə da-
nışardı. Peyğəmbərin (s) bibisi qızı olmasını və ni-
kahlarının Allah tərəfindən olduğundan istifadə 
edərdi. Bir səfərində Hz. Aişə Zeynəbi təkzib etmək 
istədi, ancaq Hz. Peyğəmbər ona səssiz qalmasını 
söylədi.  Əksi təqdirdə bu, könüllərin qırılmasına, 
incikliyə  səbəbiyyət verəcəkdi.  Ən  əsası  təmiz və 
pak zövcələrinin diqqətlərini Allaha bağlılıqdan 
başqa şeylərə çevirəcək, hüzürunu və zehin rahat-
lığını itirmiş olacaqdı.   
Hz. Zeynəb binti Cahş

Möminlərin Anaları
186
Zeynəb böyük bir bağlılıq və Allah qorxusuy-
la daima ibadətlə  məşğul olurdu. Bir səfərində 
Peyğəmbərimiz (s) mühacirlər arasında qənimət 
paylayırdı. Bu arada Zeynəb, Peyğəmbərimizə sərt 
bir şey söylədi. Orada olan Hz. Ömər onu azarladı, 
fəqət Peyğəmbərimiz belə dedi: “Ey Ömər, heç bir 
şey söyləmə, çünki O, Allahdan çox qorxar və çox içdən 
yalvarır (Əvvahdır)”. Orada olanlardan biri: “Əvvah 
nədir?” -  deyə soruşdu.
Peyğəmbərimiz “Namazda alçaq könüllü və mütə-
vazi, Allaha içdən yalvarıcı  və yalnız Ondan diləyici”, 
dedi. Sonra bu ayəni oxudu! “Doğrusu  İbrahim 
çox içli, yumuşaq huylu və özünü Allaha vermiş 
kimsə idi.”
10
  Bu surətlə Hz. Peyğəmbər onu bu 
vəsflə İbrahim Peyğəmbərlə qiyasladı.
Hz. Peyğəmbər ona həmişə məhəbbətlə və nə-
zakətlə davranardı. Bu səbəblə Hz. Peyğəmbərin 
bir neçə xanımı öz adlarına vəkalətən qızı Fatma-
nı  Peyğəmbərimizə göndərdiklərində O, vəzifəsini 
bacarmadan geri döndü. O zaman təmsilçi olaraq 
Zeynəbi göndərdilər. Rəvayətin bu yerində Hz. 
Aişə deyir: “Peyğəmbər (s)  xanımları içində mənə 
rəqib olan sadəcə Zeynəbdir”. Dini yaşama mövzu-
sunda Zeynəbdən daha xeyirli bir qadın görmədim. 
Allahdan onun qədər qorxan, onun qədər doğru 
söyləyən, onun qədər qohumlarıyla maraqlanan, 
onun qədər sədəqə verəni və verdiyi sədəqələri 
Onun qədər az və dəyərsiz görən  və beləcə Allah 
rızasını qazanmağa çalışan birini daha bilmirəm. 
Yalnız çox hiddətlənib tez əsəbiləşir, sonra da tez 
10 . Hud surəsi, 11/75 

187
hiddəti sönərdi. Zeynəb içəri girmək üçün icazə 
istədi, girdi. Digər xanımların təmsiçisi olduğunu 
söyləyərək Aişə haqqında danışmağa bir xeyli şey-
lər söyləməyə başladı. Bu arada Hz. Aişə Rəsulul-
lahın gözünə baxar, görəsən, qarşılıq vermək üçün 
mənə fürsət verəcəkmi. Peyğəmbər hirslənmədiyi-
ni görüncə, Hz. Aişə qarşılıq verməyə başladı  və 
Hz. Zeynəbi susdurdu. Bunu görən  Peyğəmbəri-
miz (s)  gülümsəyərək:  “O,  Əbu Bəkirin qızıdır!” , 
- buyurdu.
Ummu Sələmə  də,  Zeynəb  haqqında; “Zey-
nəb saliha, otuc tutan ibadətlərlə vaxt  keçirən bir 
xatundu.” buyurdu.  Çox həssas idi.  Qüvvətli bir 
ədəbiyyatçı idi. On bir hədis rəvayət etmişdir. 
Hz. Zeynəblə rəqib olan Hz. Aişə haqqında or-
taya atılan iftira hadisəsində  Zeynəbin düşüncəsi 
qibtə ediləcək bir doğruluq örnəyidir. Buxarinin 
Səhihində təfsilatlı bir şəkildə bildirilən ifq hadisə-
sindən bəhs edərkən Hz. Aişə belə deyir: 
“Rəsulullah, ilk hadisəsində mənim haqqımda 
Zeynəb binti Cahşdan soruşur.  “Ey Zeynəb sən nə 
gördün, nə öyrəndin?” Ancaq o: “Ya Rəsulullah! Mən 
qulağımla gözümü, eşidib görmədiyim  şeydən 
mühafaizə edirəm.  Allaha and olsun ki,  mən Aişə 
haqqında xeyirdən başqa bir şey bilmirəm”, - deyə 
gözəlcə  fikir söyləyir. Hz. Aişə sözlərinə bunu da 
əlavə edib deyər:  “Zeynəb mənimlə rəqabət edən 
bir qadın, fəqət təqvası səbəbiylə Allah onu (iftira-
cılara qatılmaqdan) qorudu”.
Yuxarıda bildirdiyimiz kimi, Peyğəmbərimiz 
toy ziyafətində hədiyyə edilən yeməyin bu izdivac-
Hz. Zeynəb binti Cahş

Möminlərin Anaları
188
la bərəkətlənməsi və bir çox insanın bu yeməkdən 
yeyib doyması, digər xanımlarla evliliklərində bu 
halın olmaması Hz. Zeynəb anamızın bir fəzilətini 
də ortaya qoymaqdadır.
Əbu Bəkir b. Hazm, Abdullah amir əl-Əslə-
miyə belə dedi: “Peyğəmbərin türbəsinin ən ucuna 
yaxın sütundan babun-Nəbiyə doğru olan yer Zey-
nəb binti Cahşin otağı idi.  Peyğəmbər (s)  dualarını 
burda edərdi. ”
Hz. Zeynəb anamızın digər bir fəziləti də orta-
ya çıxmaqdadır. O, öz əl əməyi ilə qazandıqların-
dan sədəqə verərdi. 
Zeynəb çox uzun boylu deyildi. Əli hər işə ya-
tırdı. Kəsilən heyvanların dərilərini üzər, təmiz-
ləyər və günəşdə qurudardı. Tikiş və paltar düzəlt-
mə  işində  də mahir idi. Otağında emal etdiyi hər 
şey satılır, qazanılan pulları da kasıblar və möhtac-
lar arasında paylayardı.
Hətta Muhamməd b. Kabdan edilən rəvayətə 
görə, “Zeynəb binti Cəhşin maaşı on iki min dir-
həm idi. Fəqət Zeynəb bir ildə başqa maaş almadı. 
Hər zaman: “Allahım, gələcək il bu mal əlimə yetişmə-
sin, çünki mal fitnədir”, -deyirdi.
Aldığı o maaşı da öz qohumlarına və möhtacla-
ra paylayardı. Hz.  Ömər bunu öyrənincə: “Cənabı 
Haqq bu qadın haqqında böyük bir xeyir diləmişdir,- 
dedi və üzərində duraraq bu səfər paylamayıb özünə 
saxlamaq şərtiylə ona min dirhəm daha göndərdi. 
Nə var ki, Zeynəb, Hz. Ömərin sözünü dinləməyib 
özünə göndərilən min dirhəmi də ehsan etdi.”  

189
Zeynəb binti Əbi Sələmə belə demişdir: Qarda-
şının vəfat etdiyi vaxtlarda Zeynəb b. Cahşın yanı-
na girdim. Bir ətir istədi və onu üstünə sürdü, son-
ra “Allaha and olsun, mənim qoxu sürtmək istəyim 
yox idi”. Ancaq Rəsulullah minbərdə:        Allaha və 
axirət gününə inanan bir  qadının ərinin vəfatına görə 
dörd ay on gün iddət gözləməsi xaricində üç gündən çox 
yas tutması halal deyildir”- buyurmuşdur.
Zeynəb b. Cahşın namaza çox bağlı olduğunu 
bildirən bu hadisə onun ibadətlərə nə qədər dəyər 
verdiyinin bir misalıdır. Ənəs b. Malikdən rəvayət 
edildiyinə görə, Peyğəmbərimiz (s) məscidə girdi-
yində iki dirək arasıda bir ipin çəkilmiş olduğunu 
gördü. “Bu ip nədir?” - deyə soruşunca əshabı: 
“Bu Zeynəbin ipidir. Zeynəb (namazda ayaq 
üstə durmaqdan) yorulunca bu ipdən tutar”, - de-
dilər. Buna görə Hz. Peyğəmbər  “Xeyr ibadətdə 
belə çətilik etmək olmaz, bu ipi kəsin. Sizdən biri-
niz gücü və qüvvətli olduqca namazı ayaq üstə qıl-
sın. Yorulunca da otursun”, - buyurdu. Görüldüyü 
kimi, Hz. Zeynəb bu mövzuda ifrat dərəcəsinə ça-
tan bir şəkildə namaz qılmağa çalışsa da, Peyğəm-
bərimiz onu bundan uzaq etmişdir.
Ümumi olaraq Peyğəmbərimizin (s) həm bibisi 
qızı, həm də möminlərin anası olma bəxtiyarlığı-
na nail olan zövcəsi Zeynəb binti Cahşın həyatına 
nəzər salanda bir çox ibrətamiz nümunələr vardır. 
Peyğəmbərimzin tərbiyəsi ilə İslami bir qadın kimi 
yetişən Peyğəmbər xanımları biz mömin qadınlar 
üçün necə  də gözəl bir nümunədirlər. Peyğəmbə-
rimiz (s) bu xanımları içində İslam çərçivəsində fə-
Hz. Zeynəb binti Cahş

ziləti ilə yer alan Zeynəb b. Cahş anamızın həyatını 
araşdıraraq oxuyucularımızı  məlumatlandırmağa 
çalışdıq.  İnşallah oxuduqlarımızdan ibrət çıxarıb, 
həyatımıza tətbiq edərik.
 Allah ondan razı olsun! (Amin...)
 
Möminlərin Anaları
190

Hz. Жувеyриййя

193
Hz. CUVEYRİYYƏ BİNT əl-HARİS
Əsl adı Bərrə binti Haris bin Əbi Dırar bin Ha-
bib bin Aiz bin Malik bin Cəzimə əl-Hüzaiyyəd ir. 
Atası  Bəni Müstəliq qəbiləsinin başçısı olan Haris 
bin Əbi Dırardır. Əmisinin oğlu Muşafi bin Safvan 
bin Zişşefr ilə evlənən Cuveyriyyə  ərinin vəfatın-
dan sonra dul qalmışdı. Rəsulullah (s) onunla hic-
rətin beşinci ili Bəni Müstəliq qəzvəsindən sonra 
evlənmişdir. İbn Həcər əl-Asqalani, bu mübarək iz-
divacdan sonra Rəsulullahın (s) onun adını dəyiş-
dirib “Cüveyriyyə” qoyduğunu yazır. Cuveyriyyə 
ərəbcə “balaca quş”, “kiçik qız” mənasına gəlir. 
Hz. Peyğəmbərin (s) Hz. Cuveyriyyə ilə izdivacı-
nın səbəblərini bilmək üçün bu izdivaca səbəb olan 
tarixi hadisələrə nəzər salmaq yerində olardı.
Hicrətin beşinci ili idi. Müsəlmanlar müşriklə-
rin hücumlarının qarşısını almaq üçün Mədinənin 
ətrafında xəndək qazaraq özlərini düşmən hücüm-
larından Allahın yardımı ilə qorumuşdular. On-
ların yorğun və  zəif düşdüklərindən sui-istifadə 
edən Bəni Müstəliq qəbiləsinin rəisi Haris bin Dırar 
Mədinə  ətrafındakı  bəzi müşrik  Ərəb qəbilələrini 
də ətrafında toplayaraq müsəlmanların üzərinə yü-
rümək üçün hazırlaşırdı. Aləmlərə  rəhmət olaraq 
göndərilən  İslam Peyğəmbəri müsəlmanların var-
lığını davam etdirmək, regionda sülh və  əmina-
Hz

Möminlərin Anaları
194
manlığı təmin etmək üçün böyük təhdid meydana 
gətirən bu hücumun qarşısını almağı planlaşdırdı. 
Haris bin Əbu Dırarın müsəlmanların üzərinə hü-
cum edəcəyini dəqiqləşdirən Hz. Peyğəmbər (s) 700 
nəfərlik ordunun başında hücum edən qəbilələri 
qabaqlayaraq əl-Mureysi adlı suyu başına gəldi. Bu 
hadisə  əl-Mureysi quyusu başında baş veridiyinə 
görə İslam tarixində bu yürüşə əl-Mureysi döyüşü 
adı da verilmişdir.
Haris bin Əbu Dırarın əsgərləri Hz. Peyğəmbə-
rin (s) 700 nəfərlik bir ordu ilə Mədinədən hərəkətə 
keçdiyi xəbərini alanda təşvişə düşdü və qorxula-
rından Haris bin Əbu Dırarın ordusundan ayrıldı-
lar. Bunlar Haris bin Əbu Dırarın dəvət etdiyi ət-
raf qəbilələr olub, böyük bir hissəsi bədəvilərdən 
təşəkkül etmişdi. Onlar müşrik ordusundan ay-
rıldıqlarında Harisin dəstəsində sadəcə öz qəbilə-
sinin adamları, yəni Bəni Müstəliqlilər qalmışdı. 
Müsəlmanlar onları  əl-Mureysi quyusu başında 
qarşıladı.
Əsgərləri ilə bərabər əl-Mureysi deyilən su qu-
yusunun başına gələn Rəsulullah (s) burada or-
dugahını qurdu. Su başına toplanan müsəlmanlar 
səflərə düzülərək döyüş taktikasını aldılar. Hz. 
Peyğəmbər (s) döyüşdən  əvvəl Hz. Öməri və-
zifələndirərək Bəni Müstəliq qəbiləsinə göndərdi 
və onların müsəlman olduqları  təqdirdə  sərbəst 
buraxılaraq bağışlanacaqlarını, malları  və canla-
rının muhafizə ediləcəklərinin xəbərini çatdırdı. 
Lakin Bəni Müstəliq qəbiləsinin üzvləri İslamı qə-
bul etmədiklərini atdıqları oxlarla bildirmiş oldu-

195
lar. Düşmən tərəfindən atılan oxlara qarşılıq verən 
müsəlmanlar Rəsulullahın (s) əmri ilə hücuma 
keçdilər. Bəni Müstəliq qəbiləsi müsəlmanların 
qarşısında dayana bilmədi. Onlardan iyirmi nəfər 
öldürüldü. Müsəlmanlar isə sadəcə bir şəhid ver-
dilər. Müsəlman ordusunun qarşısında tab gətirə 
bilməyən Bəni Müstəliq qəbiləsi təslim olmaq məc-
buriyyətində qaldı. Hz. Peyğəmbər Bəni Müstəliq 
üzərində qələbəsini xalqa xəbər vermək üçün Əbu 
Nəmlə ət-Taini Mədinəyə göndərdi. Beləliklə, Bəni 
Müstəliq qəzvəsi müsəlmanların qalibiyyəti ilə nə-
ticələndi.
Bəni Müstəliqdən beş min qoyun, iki min dəvə 
və bir çox əsir Mədinəyə  gətirildi.  Əsirlər arasın-
da Bəni müstəliq qəbiləsinin rəisi Haris bin Əbi 
Dırarın qızı Cuveyriyyə  də var idi. Əldə edilən 
qənimətlər və  əsirlər  əsgərlər arasında bölüşdü-
rüldü.  İbn Həcər Bəni Müstəliq səfərinin hicri V 
vəya VI ildə baş verdiyini qeyd edərək nəql edilən 
hadisənin Hz. Aişə  tərəfindən rəvayət edildiyini 
yazır: “Əsir alınan Cuveyriyyə  də Sabit bin Qeys 
bin Şəmmasa düşmüşdü. Cuveyriyyə azad olması-
nın qarşılığında on qızıl verəcəyi barədə Sabit bin 
Qeyslə razılaşdı. Lakin bu miqdarı haradan tapa-
cağı onu dərin-dərin düşündürürdü. Yeganə çarə 
Rəsulullaha (s) baş vurub ondan yardım istəməkdi. 
Bu düşüncələrlə Cuveyriyyə Rəsulullahın (s) qapı-
sını döydü. Hz. Aişə bundan sonrakı cərəyan edən 
hadisəni belə rəvayət edir:
Qapıda bir nəfər qadının Allah Rəsulu ilə da-
nışmaq üçün icazə istədiyi xəbəri gəldi. Onun kim 
Hz. Cuveyriyyə

Möminlərin Anaları
196
olduğunu öyrənmək üçün bayıra çıxdım. Qapıda 
təqribən iyirmi yaşlarında gözəl və gənc bir qadı-
nın həyəcanlı bir halda dayanıb gözlədiyini gördü. 
Hz. Aişə deyir ki: “Onu görəndə  Rəsulullahın (s) 
yanına girməyini istəmədim. Lakin qadının israrı 
ilə içəri girməsinə razılıq verdim.” İçəri girən bu 
qadın əsalətinə yaraşan bir şəkildə:
“Ey Allahın Elçisi! Mən Bəni Müstəliq qövmü-
nün rəisi Haris bin Əbu Dırarın qızıyam. Əsir ola-
raq Sabit bin Qeysin hissəsinə düşmüşəm. Azad 
olmağım qarşılığnda Sabitə on qızıl (9 uqıyyə) 
verməyi razılaşdırmışıq. Ancaq verəcək pulum 
yox dur. Bunun üçün sizdən kömək istəməyə  gəl-
mişəm”, – dedi.
Rəsulullah (s) bu əsil-nəcabəti yönündən tə-
miz və  şərəfli, üstəlik azad ikən kölə  vəziyyətinə 
düşən bu qadının halına ürəyi yandı. Çünki ömrü 
boyu azad yaşayan, hələ bir qəbilənin başçısı-
nın qızı kimi bir insanın indi kölə olaraq satılma-
sı onun üçün ağır bir hal idi. Rəsulullah (s) onun 
və əsir alınan digər qadınların da sərbəst buraxıl-
ması üçün bir çarə düşünməyə başladı. O dövrün 
şərtlərinə görə əsir alınanlar əsgərlər arasında bö-
lüşdürülər, istəyən onu xidmətçisi kimi yanında 
saxlayar, istəyən də  təyin edilən müəyyən bir bir 
məbləğ qarşılığında azad edərdi. Allah Rəsulu (s) 
hər zaman insan qazanmaq, hidayətinə  vəsilə ol-
maq məqsədini həyata keçirdiyi üçün əsirlərin isla-
mı qəbul etmək qarşılığında sərbəst qalmasını istə-
yirdi. Bu əsirlərin qurtularaq azadlığa qovuşmaları 
həm də İslamın yayılması üçün əlverişli bir fürsət 

197
idi.  Əshabını çox yaxşı tanıyan hz. Peyğəmbər (s) 
onlara heç bir şey demədi. Çünki görəcəyi iş onla-
rın da eyni şəkildə davranmalarına səbəb olacaqdı. 
Cuveyriyyəyə dönüb:
-Sənə bundan (yəni puldan) daha xeyirli bir şey 
təklif edə bilərəm, – dedi. Gözləmədiyi bir sual ilə 
qarşılaşan Cuveyriyyə :
-Nədir ki o elə, ey Allahın Elçisi? – deyə soruş-
du. Rəsulullah (s):
-Sənin azad olmağının qarşılığı olan miqdarı 
mən ödəyib səninlə evlənə bilərəm, - dedi. Bu ca-
vab Cuveyriyyəni həyəcandırmışdı. Bir az əvvəl 
sərbəst qalmaq üçün müxtəlif yollara baş vuran, 
yenə  əvvəlki hürriyətinə qovuşmaq üçün çarələr 
axtaran bu qadın gözlənilməz olduğu kimi, bir o 
qədər həyəcanlandıran bir təklif qarşısında donub 
qalmışdı. Bu təklif həm onun azad olması, həm də 
Rəsulullahın (s) zövcəsi olmaq şərəfini əldə edərək 
“möminlərin anaları” sıralarına qatılmaq demək 
idi. Sevincini gizlətməyən Cuveyriyyə:
-Mən razıyam, ya Rəsulullah, – cavabını verdi.
Cuveyriyyənin bu evliliyə heç düşünmədən 
razılıq bildirməsini gördüyü yuxu ilə əlaqəli oldu-
ğu da qeyd edilir. Belə ki, Cuveyriyyənin özünün 
etdiyi rəvayəti belə  nəql edir: “Peyğəmbərin gəli-
şindən üç gün əvvəl yuxuda gördüm ki, sanki ay 
Mədinədən çıxaraq gəlib qucağıma düşdü. Bunun 
qövmümdən heç kəsə demək istəmədim. Nə vaxt 
ki, biz əsir alındıq, gördüyüm yuxunu xatırlayıb 
çin çıxması üçün ümidlənməyə başladım. Sonra 
Hz. Cuveyriyyə

Möminlərin Anaları
198
Rəsulullah (s) məni azad etdi və mənimlə evləndi. 
Allaha and olsun ki, Rəsulullah (s) mənimlə evlən-
dikdə qövmümün bağışlanması haqqında ona heç 
bir şey demədim. Daha sonra müsəlmanlar Rəsu-
lullahın (s) mənimlə evləndiyi xəbərini eşidəndə 
özləri  əsirləri azad etdilər. Bu xəbəri mənə  əmim 
qızı deyəndə Allaha həmd etdim”.
Rəsulullahın (s) Cuveyriyyə ilə izdivacı xəbəri 
tezliklə camaat arasında yayıldı. Heç gözləmədik-
ləri halda Bəni Müstəliq qəbiləsi Rəsulullahın (s) 
qohumu olmuşdu. Bu evlilik xəbərini eşidən səha-
bələr tarixdə görünməyən bir alicənablıq nümunə-
si göstərərək özlərinin hissələrinə düşən  əsirlərin 
hamısını sərbəst buraxdılar. Çünki artıq Rəsululla-
hın (s) əqrəbaları sayılan bu insanların əsir olaraq 
qalması Rəsulullaha (s) qarşı hörmətsizlik sayılar-
dı. Həmin gün əshabın bu qohumluğun hörmətinə 
yüz ailəni azad etdikləri rəvayət edilir.
O  əsnada Mədinədə baş verənlərdən xəbərsiz 
olan Cuveyriyyənin atası Haris bin Əbi Dırar qızı-
nın sərbəst buraxılması üçün dəvələrlə  Mədinəyə 
doğru yola çıxmışdı. Əqiq adlanan vadiyə çatanda 
dəvələrə baxdı. Tamahı güc gələrək ikisini vadidə 
iki dağ arasında bir yerədə gizlətdi. Digərlərini də 
götürüb yola düzəldi. Mədinəyə çatıb Rəsulullahın 
(s) hüzuruna girdi və:
-Ey Muhamməd, qızım əsir alındı, bu dəvələri 
onun sərbəst buraxılması müqabilində gətirmişəm, 
– dedi.
Rəsulullah (s) Haris bin Əbi Dırardan:

199
-Bəs  Əqiqdə iki dağ arasında gizlətdiyin o iki 
dəvə hanı? – soruşanda Əbu Dırar təəccübünü giz-
lədə bilməyərək:
-Vallahi, bunu Allahdan və məndən başqa heç 
kəs bilmirdi. Mən  şəhadət edirəm ki, Allahdan 
başqa ilah yoxdur. Şübhəsiz, Sən də ey Muham-
məd Allahın Rəsulusan, - deyərək müsəlman oldu. 
Bu şəkildə Haris bin Əbi Dırarın iki oğlu və yanın-
dakılar da İslamı  qəbul etdilər. Haris daha sonra 
adam göndərərək o iki dəvəni də Əqiqdən gətirtdi 
və onları Rəsulullaha verdi. Bəzi alimlər İslam ta-
rixi mənbələrindəki məlumatlara  əsaslanaraq Hz. 
Cuveyriyyənin öz istəyi ilə Allah Rəsulunu (s) seç-
mə xüsusunda sərbəst buraxıldığını qeyd edərək 
bu mövzuda bir digər rəvayəti belə rəvayət edirlər:
“ Hz. Cuveyriyyənin atası Haris bin Əbi Dırar 
Rəsulullaha (s) gələrək: 
-Bu mənim qızımdır, onu digər əsirlər kimi bir 
tutmayın, sərbəst buraxın, - deyir. Rəsulullah (s) 
da onun bu istəyini qəbul edib qızını seçim qarşı-
sında buraxdığını, nə istərsə, onu qəbul edəcəyini 
söyləyəndə Haris bin Əbu Dırar buna çox məmnun 
olur. Cuveyriyyəni çağırdıqlarında atası ondan so-
ruşur:
-Bax, bu adam səni azad edir. Sən kimi seçir-
sən? Bizi rüsvay etmə. Cuveyriyyə isə heç tərəd-
düd etmədən belə cavab verir:
-Vallahi, mən Allah Rəsulunu seçirəm. Bu ca-
vabdan sonra atası: “Bizi rüsvay elədin”, - deyərək 
ona hirslənir”.
Hz. Cuveyriyyə

Möminlərin Anaları
200
Rəsulullah (s) Cuveyriyyənin fidyəsi ödəndiyi 
üçün onu atasına təslim etdi. Daha sonra birini ara-
ya vasitəçi qoyaraq onu atasından istədi. Atası Cu-
veyriyyənin də razılığı ilə dörd yüz dirhəm gümüş 
mehir müqabilində onu Rəsulullaha (s) nikahladı.
Cuveyriyyə müsəlman olaraq Rəsulullahla (s) 
evləndikdən sonra Hərb zamanı Allahın müsəl-
manlara yardım üçün göndərilən mələkləri müşa-
hidə etdiyini belə rəvayət edir:
“Rəsulullah (s) bizim tərəflərə  gəldiyi  ərəfədə 
biz əl-Mureysi quyusunun yanındaydıq. Çox keç-
məmiş gözümə  təsvir və  tərif edə bilməyəcəyim 
qədər çox insanlar, atlar və silahlar görünmüşdü. 
Müsəlman olub Rəsulullahla (s) evləndikdən sonra 
baxdım ki, onlar əvvəl gördüyüm qədər çox deyil-
lərmiş. Başa düşdüm ki, bu, Allah tərəfindən müş-
riklərin qəlblərinə qorxu salmaq üçün belə göstə-
rilmişdi.
Bəni Müstəliq qəbiləsindən birisi də: “Biz  o gün 
atlar üzərində ağ geyimli elə adamlar görmüşdük 
ki, onlara daha əvvəl heç rast gəlməmişdik. Ancaq 
müsəlman olduqdan sonra da onları heç görmədik.
Beləcə Cuveyriyyənin Rəsulullahla (s) evliliyi 
əsir və kölələrin qurtularaq azadlığa qovuşmala-
rına səbəb olmuşdu. Hətta savaşdan qaçaraq əsir 
olmaqdan canını qurtaran kişilər belə Rəsulullahla 
(s) qohumluğu və qövmlərinin rəisinin də müsəl-
man olduğunu eşitdikdə gəlib İslamı qəbul etmiş-
dilər. Tanınmış Türk tarixçisi professor Ziya Kazıcı 
Rəsulullahın (s) bu izdivacı həyata keçirməklə bir 
qövmün  əsirlikdən qurtulmasına və hidayətə çat-

201
masına səbəb olacaq diplomatik siyasət yürütdü-
yünü irəli sürərək deyir: “ Hz. Cuveyriyyə ilə ev-
lənməklə Hz. Peyğəmbər (s) çox gözəl planlanmış 
müdrik bir siyasət yürüdərək bir dahilik nümunə-
liyi göstərmişdir. Belə ki, o dövrdə ərəblər arasın-
da əqrəbalıq bağları çox sıx idi. Cuveyriyyə ilə ev-
lənməklə  qəbilələr arasında sıx qohumluq bağları 
qurulacaqdı. Allahın  əmrini sevdirərək insanlara 
çatdırmağın və qan tökmədən qəbul etdirməyin 
bundan gözəl bir yolu ola bilməzdi. 
Buna görə də Hz. Peyğəmbər o ərəfədə 58 yaş-
larında ikən belə bir evliliyi həyata keçirmə  məc-
buriyyətini duymuşdu. Heç bir maddi və cinsi 
bir mənfəət güdmədən həyata keçirilən bu evlilik 
nəticəsində bir çox insan əsir və kölə olmaqdan 
qurtulduğu kimi, böyük bir qəbilənin müsəlman 
olmasına səbəb olmuşdu. Belə ki, Hz. Peyğəmbər 
(s) istəsəydi o dövrdə yayğın olan adətə görə, Hz. 
Cuveyriyyəni cariyə kimi saxlayar, onunla evlən-
məzdi. Lakin o, bunu istəmirdi.  İnsanların azad 
olaraq yaşamaları Hz. Peyğəmbər (s) üçün yeganə 
qayə idi. Hz. Peyğəmbərin həyata keçirdiyi bu evli-
lik, onlarla əqrəbalıq bağları qurmaq və əsir alınan 
insanları azad etmək üçün idi.”
Hz. Cuveyriyyə Hz. Peyğəmbərlə (s) evlənmək-
lə qəbiləsini əsir olmaqdan qurtarmaqla qalmamış, 
eyni zamanda onların bir çoxunun müsəlman ol-
masına da vəsilə olmuşdur. Hz. Aişə: Onun üstün-
lüyünü “Qövmü üçün Cuveyriyyədən daha xeyirli 
olan bir qadın tanımıram”, onun vasitəsilə yüz ailə 
müsəlman olmuşdur - sözləri ilə ifadə etmişdir. Bu 
Hz. Cuveyriyyə

Möminlərin Anaları
202
xüsusiyyətləri səbəbi ilə o, hər zaman Rəsulullahın 
(s) Əhli-Beyti içində təqdir edilən bir xanım olma 
dərəcəsinə yüksəlmişdir. 
Cuveyriyyə çox xeyir işlər görən, özü ac oldu-
ğu halda əlindəkini yetimə, yoxsula yedirən çox 
çömərd bir xanım idi. Bir gün Rəsulullah (s) Hz. 
Cuveyriyyənin otağına gəlmişdi. Ondan yeməyə 
bir şeyi olub-olmadığını soruşduqda bu cavabı al-
mışdı:
-Xeyr! Vallahi evdə yemək olaraq heç nə qalma-
yıb. Bir az mal ətinin sümüyündən var idi. Onu da 
azad etdiyimiz qadına verdim, – dedi.
Çoxlu nafilə namaz qılan, Allahı çox-çox zikr 
edən bir qadın olan Hz. Cuveyriyyə tez- tez oruc 
tutmaqla gününü keçirərdi. Bu səbəblə Rəsulullah 
(s) cümə günü onun tutduğu nafilə oruclara mü-
daxilə edər və orucu pozmasını söylərdi.
Müslimdən rəvayət edilən bir hədis də Hz. Cu-
veyriyyənin ibadətə düşkün bir xanım olmasını sü-
but edir:
“Bir gün Rəsulullah (s) səhər namazını qıldıq-
dan sonra onun yanından ayrılmış, duha vaxtı keç-
dikdən sonra yanına girəndə onun hələ də oturdu-
ğu yerdə Allahı zikr etdiyini gördükdə:
-Sən hələ  də Allahı  təsbeh edirsən? - deyə so-
ruşmuş, o da! “Bəli”,- deyincə:
-Mən səndən sonra üç dəfə elə dörd kəlmə söy-
lədim ki, bu gün səhərdən bəri sənin söylədiklərin-

203
lə tərəzidə çəkilsə, onlardan daha ağır gələr, - de-
miş və bu duanı ona öyrətmişdir:
Üç dəfə “Sübhanallahi va bihamdihi adədə 
xalqihi” (Allahı yaratdıqlarının sayı  qədər təsbeh 
edirəm), üç dəfə “Sübhanallahi va rıda nəfsihi” 
(Allahı rızası üçün təsbeh edirəm), üç dəfə  “Süb-
hanallahi va zinətə arşihi” (Allahı ərşinin ağırlığın-
ca təsbeh edirəm), üç dəfə də “Sübhanallahi va mi-
dədə  kəlimətihi”(Allahı  kəlmələrinin mürəkkəbi 
qədər təsbeh edirəm”, - de.
Rəsulullahın (s) Hz. Cuveyriyyəyə Xeybər gəli-
rindən 80 vesq xurma ilə 20 vesq arpa təyin etdiyi 
bildirilir. Cuveyriyyə  Rəsulullahla (s) altı il ömür 
sürmüşdür. Ondan cəmi 7 hədis rəvayət etmişdir. 
Bunlardan ikisi Buxaridə, ikisi də Müslimdə keçir.
Hicri 50 və ya 56-ci ildə fani dünyaya gözünü 
yuman bu mübarək xanım vəfat etdiyi zaman 65 və 
yaxud 70 yaşlarında idi. Cənazə namazını Mədinə 
valisi Mərvan bin Hakəm qıldırmışdır.
Allah rəhmət eyləsin! Axirətdə də möminlərin 
anası olaraq onun məkanını cənnət eyləsin. Amin!
Hz. Cuveyriyyə

Hz. Сафиййя

207
Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin