S. C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının XI sinif şagirdi



Yüklə 12,77 Kb.
tarix26.04.2023
ölçüsü12,77 Kb.
#102864

Həsənov Fuad
S.C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının XI sinif şagirdi

Ulu öndər və müasir Azərbaycan təhsili

Xalqımızın böyük oğlu, dünya şöhrətli ictimai-siyasi xadim, Ümummilli lider Heydər Əliyevin 80 illik ömrü tariximizə qızıl hərflərlə həkk olunmuş, dünya tarixində layiqli yer tutmuş, nadir şəxsiyyətlər cərgəsində dayanmışdır. Yarım əsrdən çox xalqına əvəzsiz xidmət göstərmiş, ömrünü Azərbaycanın, azərbaycanlıların xoşbəxtliyi naminə şam kimi əritmiş, 20- ci əsrin sonlarında Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etmiş, sivil bir dövlət qurmuş dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyev fonemi haqqında ona layiq söz demək, xidmətlərini sadalaya bilmək qeyri-mümkündür.

Xalqımız məhz onun sayəsində mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə qədəm qoymuşdur. Təhsil sistemi Azərbaycanın gələcəyini təmin edən bir sistemdir. Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi, iqtisadiyyatının inkişafı, elminin inkişafı, təhsilinin inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır.



Azərbaycan Respublikasının orta təhsil sistemində ən ciddi problemlərdən biri, təbii ki, məktəb tikintisi, ümumtəhsil məktəblərinin təmiri və avadanlıqlarla təchizatı idi. Heydər Əliyev 2000-ci il iyunun 13-də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" yeni fərman imzaladı. Fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı.

Qeyd etmək lazımdır ki, təhsilə, elmə, mədəniyyətə böyük qayğı Heydər Əliyev şəxsiyyətinin aparıcı əlaməti, onun daxili ziyalılığının, maarifpərvərliyinin mühüm təzahürü olub, xalqını, millətini sivil dünyanın inkişaf etmiş xalqlarından biri kimi görmək istəyinin parlaq ifadəsi idi.
Yüklə 12,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin