Ministry of agriculture of azerbaijan republic



Yüklə 1,31 Mb.
səhifə15/16
tarix07.01.2017
ölçüsü1,31 Mb.
#4943
1   ...   8   9   10   11   12   13   14   15   16

Zaqatala BTS-ə 170 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 142,0 hektarı əkinə yararlıdır. 2015-ci ildə 99,1 hektar taxıl sahəsindən 215,0 ton ümumi taxıl məhsulu, ondan 129,0 ton toxum istehsal olunmuşdur. 33,0 hektar qarğıdalı sahəsindən isə 8,0 ton qarğıdalı toxumu istehsal olunmuşdur.

Şəki DM-ə 150,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 104,0 hektarı əkinə yararlıdır. 2015-ci ildə 147,1 ton ümumi taxıl məhsulu, ondan 86,1 ton toxum istehsal olunmuşdur.

Abşeron YTT-na təhkim olunmuş 172 ha torpaq sahəsinin 71 hektarı əkinə yararlıdır. 35,5 ha taxıl sahəsindən 78,9 ton taxıl məhsulu istehsal olunmuşdur ki, ondan 55,9 ton toxum alınmışdır. Orta məhsuldarlıq 24,1 s/ha olmuşdur.

Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu. İnstitutun tabeliyində 3 bölgə təcrübə stansiyası, 1 dayaq məntəqəsi və 1 yardımçı təcrübə təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatlara cəmi 437,4 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 358,0 hektarı kənd təsərrüfatına yararlıdır. 2015-ci ildə kənd təsərrüfatına yararlı torpaq sahəsinin 32,4 hektarında bostan-tərəvəz əkilərək 408,1 ton ümumi tərəvəz məhsulu, ondan isə 0,61 ton toxum, 16,2 hektarında kartof əkilərək 173,2 ton ümumi məhsul, 99,2 ton kartof toxumu, 203,8 hektarında taxıl əkilərək 434,9 ton ümumi taxıl məhsulu istehsal olunmuşdur.

Qusarçay BTS-in 150,0 hektar əkinə yararlı torpaq sahəsinin 125,0 hektarı payızlıq taxıl, 15,0 hektarı yonca, 10,0 hektarı toxumluq tərəvəz bitkiləri altında olmuşdur.

2015-ci ildə təsərrüfatda 248,0 ton taxıl, 25,0 ton ümumi tərəvəz məhsulu, ondan 0,225 ton tərəvəz toxumları istehsal olunmuşdur. Təsərrüfatda tərəvəzçiliyi inkişaf etdirmək üçün geniş imkanlar vardır. Hesabat ilində lobyanın ilkin toxumçuluğuna başlanılmışdır.



Lənkəran BTS-ə 65 hektar əkinə yararlı torpaq sahəsi təhkim olunmuşdur. 2015-ci ildə 356,0 ton ümumi tərəvəz məhsulu, həmçinin 310 kq tərəvəz toxumu istehsal olunmuşdur.

Tovuz BTS-ə 60,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 42,0 hektarı əkinə yararlıdır. 2015-ci ildə 10,0 hektar kartof sahəsindən 123,3 ton ümumi kartof məhsulu, ondan isə seçmə üsulu ilə 52,8 ton yüksək reproduksiyalı toxum istehsal olunmuşdur.

Şəmkir DM-nə daimi təhkim olunmuş 30,0 hektar torpaq sahəsinin 6,2 hektarında 2015-ci ildə kartof əkilərək 46,4 ton kartof toxumu, 18,8 hektarında taxıl əkilərək 38,8 ton taxıl istehsal olunmuşdur.

Abşeron YTT-nın daimi istifadəsinə 98,0 hektar torpaq sahəsi təhkim olunmuşdur. 2015-ci ildə 6,8 hektar tərəvəz əkini sahəsindən 0,072 ton tərəvəz toxumları istehsal olunmuşdur.

Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstiututunun tabeliyində 1 təcrübə sınaq stansiyası, 2 dayaq məntəqəsi, 2 yardımçı təcrübə təsərrüfatı fəaliyyət göstərirdi. Indi bu institut ƏETİ-nun tərkibinə birləşdirilmişdir.

Həmin təsərrüfatlara 746,4 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 332,2 hektarı əkinə yararlı olmuşdur.



Kürdəmir Təcrübə Sınaq Stansiyasına təhkim olunmuş 150,0 hektar torpaq sahəsi, kənd təsərrüfatına yararlıdır.

2015-ci ildə bu torpaqların 61,0 hektarında taxıl əkilərək 67,1 ton ümumi məhsul istehsal olunmuşdur. 41,0 hektar yonca sahəsindən 2,5 ton yonca toxumu istehsal olunmuşdur. Yonca toxumu istehsalı keçən illə müqayisədə 0,9 ton çox olmuşdur.



Ağstafa Yardımçı Təcrübə Təsərrüfatına təhkim olunmuş 63,0 hektar torpaq sahəsinin 54,0 hektarı kənd təsərrüfatına yararlıdır. 2015-ci ildə təsərrüfatda 27,0 hektar yonca sahəsindən 125,4 ton quru ot, 1,5 ton yonca toxumu, 2,0 hektardan 0,6 ton xaşa toxumu, 8,0 hektar taxıl sahəsindən isə 9,8 ton taxıl istehsal olunmuşdur.

Şəki DM-ə 125,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 65,0 hektarı əkinə yararlıdır. 2015-ci ildə Dayaq Məntəqəsinin 30,0 hektar taxıl sahəsindən 49,2 ton taxıl məhsulu alınmışdır. Təsərrüfat yemçiliklə məşğul olmamışdır.

Gədəbəy Dayaq Məntəqəsinə 20,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun 8,7 hektarı əkinə yararlıdır. Təcrübələrlə bərabər, 5,1 ton taxıl istehsal olunmuşdur. Məhsuldarlıq 19,6 sentner olmuşdur, ötən illə müqayisədə bu 10,8 s/ha çoxdur.

Abşeron Yardımçı Təcrübə Təsərrüfatına 388,4 ha torpaq sahəsi təhkim olunmuşdur. Bunun 290,6 hektarı kənd təsərrüfatına, 59,0 hektarı əkinə yararlıdır. 4 ha yonca sahəsindən 9 ton quru ot tədarük olunmuşdur (məhsuldarlıq 22,5 s/ha), 25 ha taxıl sahəsindən 20 ton məhsul istehsal olunmuşdur ki, məhsuldarlıq 8 s/ha təşkil edir, bu da digər təsərrüfatlarla müqayisədə çox aşağı göstəricidir.

Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu. İnstitutun tabeliyində 1 elmi-təcrübə bazası, 3 dayaq məntəqəsi, 1 çay filialı, 1 təcrübə stansiyası və 1 yardımçı təcrübə təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatlara 657,15 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 607,0 hektarı kənd təsərrüfatına yararlı olmaqla 313,0 hektarı çoxillik əkmələr altındadır. 2015-ci ilin məhsulu üçün 198,0 hektar taxıl əkini altında istifadə olunmuş, 354,9 ton taxıl istehsal edilmişdir. Bununla yanaşı, hesabat ilində 383,2 ton tumlu, 34,21 ton çəyirdəkli, 86,79 ton subtropik meyvə, 3,39 ton çay yarpağı və 18500 ədəd ting istehsal olunmuşdur.

Zərdabi adına Quba elmi-təcrübə bazasına 150,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da hamısı kənd təsərrüfatına yararlıdır. Bu sahənin 46,0 hektarı məhsuldar bağ sahələridir. 2015-ci ildə təsərrüfatda orta məhsuldarlıq: tumlu – 60 s/ha, çəyirdəkli – 33 s/ha.

Quba Yardımçı Təcrübə Təsərrüfatına 205,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 191,0 hektarı kənd təsərrüfatına yararlıdır. Bu torpaqların 43,5 hektarı çoxillik əkmələr altındadır. Məhsuldar bağların 38,9 hektarı tumlu, 0,8 hektarı çəyirdəkli, 3,9 hektarı qərzəkli meyvə bağlarıdır.

Göyçay Dayaq Məntəqəsinin yardımçı təcrübə təsərrüfatına 97,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 80,0 hektarı kənd təsərrüfatına yararlıdır. 2015-ci ildə orta məhsuldarlıq 21,4 s/ha olmuşdur. 66,9 hektar bağ sahəsi vardır.

Zaqatala Dayaq Məntəqəsinə 62,75 hektar torpaq sahəsi təhkim olunmuşdur. Onun 56,0 hektarı kənd təsərrüfatına yararlıdır. Həmin torpaqların 32,1 hektarı bağ altındadır. Ondan 19,22 hektarı bar verən bağlardır. Burada da meyvə istehsalı tapşırıqlarına tam əməl olunmamışdır. Qərzəkli meyvənin orta məhsuldarlığı 5,4 s/ha təşkil etmişdir ki, bu da çox aşağı göstəricidir.

Qəbələ Dayaq Məntəqəsinə təhkim olunmuş 50,0 hektar torpaq sahəsinin hamısı kənd təsərrüfatına yararlıdır. Təsərrüfatda olan 33,2 hektar çoxillik əkmələrdən 20,25 hektarı bar verən bağlardır.

Lənkəran Çay filialına 73,4 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 69,4 hektarı kənd təsərrüfatına yararlıdır.

Filialda 2015-ci ildə məhsul istehsalı proqnozlarına orta hesabla 74% əməl olunmuşdur.



Abşeron Təcrübə Stansiyasının yardımçı təcrübə təsərrüfatına 19,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun 17,0 hektarı kənd təsərrüfatına yararlıdır. 2015-ci ildə təsərrüfatda çoxillik əkmələr 11,3 ha olmuşdur. Bu təsərrüfatda meyvə bağlarının məhsullarının artırılmasında təxirəsalınmaz tədbirilər görülməlidir.

Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu. İnstitutun tabeliyində 1 təcrübə stansiyası, 1 yardımçı təcrübə təsərrüfatı, 1 dayaq məntəqəsi və 3 DKTİM fəaliyyət göstərir.

Şamaxı TS-na 18,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 15,0 hektarı kənd təsərrüfatına yararlıdır. Yararlı sahənin 3,5 hektarında üzüm bağı salınmışdır. 2015-ci ildə 2,0 hektar məhsuldar üzüm bağından 2,0 ton üzüm toplanmışdır.

Abşeron Yardımçı Təcrübə Təsərrüfatına 22,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 19,0 hektarında üzümün genofond bağı salınmışdır. 2015-ci ildə həmin sahədən 18,6 ton üzüm toplanmışdır. 20000 ədəd ting istehsal edilmişldir.

Cəlilabad üzüm tingliyi üzrə DKTİM-ə 150,0 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi təhkim olunmuşdur. 2015-ci ildə təsərrüfatda 115,0 hektarda taxıl əkilərək 254,2 ton ümumi məhsul istehsal olunmuşdur. Üzüm bağının sahəsi 3,5 hektardır. 9100 ədəd ting istehsal edilmişldir.

Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu. İnstitutun tabeliyində 2 təcrübə stansiyası vardır. Bu təsərrüfatlara 412,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 375,0 hektarı kənd təsərrüfatına yararlıdır. 2015-ci ildə bu torpaq sahəsinin 28,0 hektarında pambıq, 140,0 hektarlında taxıl, 124,8 hektarında yonca əkilmişdir. Bu sahələrdən 84,2 ton pambıq, 290,4 ton taxıl və 690,0 ton quru yonca otu istehsal olunmuşdur.

Mil (Beyləqan) Təcrübə Stansiyasına 235,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 180 hektarı əkinə yararlıdır. 2015-ci ildə 20,0 hektar pambıq sahəsindən 68,0 ton ümumi məhsul, 15,0 ton toxum, 60,0 hektar taxıl sahəsindən 150,4 ton ümumi taxıl məhsulu, 68,0 ton toxum, 100,8 hektar yonca sahəsindən 605,0 ton quru yonca otu istehsal olunmuşdur.

Şirvan (Ucar) Təcrübə Stansiyasına 140,0 hektar kənd təsərrüfatına və əkinə yararlı torpaq sahəsi təhkim olunmuşdur. 2015-ci ildə 8,0 hektar pambıq sahəsindən 16,2 ton xam pambıq, 80,0 hektar taxıl sahəsindən 140,0 ton taxıl, 24,0 hektar yonca sahəsindən 85,0 ton quru ot istehsal olunmuşdur. Pambıq toxumu istehsalı 3,54 ton olmuşdur.

Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu. İnstitutun Göygöl Yardımçı Təcrübə Təsərrüfatına 2114,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 2033,0 hektarı kənd təsərrüfatına yararlıdır. Bundan 263,0 hektarı əkinə yararlıdır.

Təsərrüfatda 2015-ci ildə əvvəlki ildə olduğu kimi taxılın məhsuldarlığı aşağı olmuşdur. Yem bitkilərinin istehsalı istiqamətində tədbirlər görülməlidir.

Kənd təsərrüfatında, elmi-texniki proqramların aparılan islahatlara uyğunlaşdırılması, alınan elmi nəticələrin istehsalatda tətbiqinin daha da yaxşılaşdırılması məqsədi ilə Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il tarixli 190 saylı qərarının icrası çərçivəsində 2000-2002-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrləri ilə yaradılmış 8 regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə 1611,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 1319,7 hektarı kənd təsərrüfatına və 1180,3 hektarı əkinə yararlıdır. 2015-ci ildə həmin torpaqların 507,7 hektarında taxıl, 107,0 hektarında pambıq, 177,0 hektarında yonca əkilmişdir ki, bunlardan 1233,5 ton ümumi taxıl məhsulu və 571,7 taxıl toxumu, 199,3 ton xam pambıq və 44,6 ton toxumluq çiyid və 1040,5 ton quru yonca otu və 1,5 ton yonca toxumu istehsal olunmuşdur.

Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinə 721,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 700,0 hektarı əkinə yararlıdır. 2015-ci ildə təsərrüfatda 480,0 hektar taxıl əkin sahəsindən 1584,1 ton ümumi taxıl məhsulu, ondan da 1030,4 ton yüksək reproduksiyalı taxıl toxumları istehsal olunmuşdur. Taxılın orta məhsuldarlığı 33,0 s/ha təşkil etmişdir. İstehsal edilmiş 203,1 ton elit taxıl toxumlarından 124,7 tonu buğda, 78,4 tonu arpa toxumu olmuşdur. 80,0 hektar tərəvəz sahəsindən 500,0 ton tərəvəz məhsulu toplanmışdır.

Azərbaycan Aqrar Elmi” jurnalı


2015-ci ildə “Azərbaycanda Aqrar Elmi” jurnalının 4 nömrəsi çap olunmuşdur. Jurnalda kənd təsərüfatı üzrə elmi-tədqiqat institutlarının, Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyi İnstitutları əməkdaşlarının 350 elmi məqaləsi dərc edilmişdir.
Respublika Elmi Kənd Təsərrüfatı

Kitabxanası
REKTK-sı 1921-ci ildə Xalq Torpaq Komissarlığı tərəfindən yaradılmışdır. 1923-cü ildə aprelin 12-də XTK-nın 47/213 saylı əmri ilə rəsmiləşdirilmiş mərkəzi Kənd Təsərrüfatı Kitabxanası kimi fəaliyyətə başlamışdır.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin Respublika Kənd Təsərrüfatı Nazirliyi nəzdində Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası kimi öz fəaliyyətini davam etdirir. Bu gün REKTK Respublika Prezidentinin Fərman və Sərəncamlarını təbliğ edən, respublikanın nazirlik, şirkət, idarə və müəssisələri, elmi-tədqiqat və layihə institutlarının, elm və texnika, kənd təsərrüfatı sahəsində tədqiqat aparan ayrı-ayrı mütəxəssislərə, tələbələrə, aspirantlara və magistratura pilləsində təhsil alanlara məlumat-biblioqrafiya və kitabxana xidməti göstərən respublika mərkəzi hesab olunur.

REKTK-sı ənənəvi kitab təbliği və kitabxana biblioqrafiya xidmətlərindən əlavə xarici ölkələrin jurnallarını, dövrü və ardı davam edən nəşrləri, avtoreferatları, plakatları və digər sənədləri özündə əks etdirən, metodiki fəaliyyətlə məşğul olan böyük bir müəssisədir.

Hazırda kitabxananın ümumi fondu 1005954-ə yaxındır. Kitabxanada fəaliyyət göstərən soraq-məlumat aparatı, kataloq və kartotekalar sistemi vasitəsilə kitabxana fondları haqqında operativ məlumat verilir. Müxtəlif ensiklopediyalar, lüğətlər, ünvan-soraq kitabları daim oxucuların istifadəsindədir.

Il ərzində 12870-dən artıq oxucu kitabxananın xidmətindən istifadə edir. Qabaqcıl kitabxana təcrübəsinin öyrənilməsi və yayılması metodik sənədlərin hazırlanması, kitabxana kadrlarının ixtisas səviyyəsinin yüksəldilməsi, seminar, praktikumun keçirilməsi.

REKTK-sı kitabxanalararası mübadilə yolu ilə MDB-nin k/t kitabxanalarının 47-si ilə kitab mübadiləsi aparır. Eyni zamanda Beynəlxalq kitab mübadiləsi yolu ilə Polşa, Koreya, Fransa, Almaniya, Türkiyə və b. ölkələrin kitabxanaları ilə sıx əlaqə saxlayır.

REKTK M.Ə.Rəsulzadə adına BDU-nun kitabxanaçılıq fakültəsi tələbələrinin tədris-istehsalat bazası hesab olunur.

REKTK işçiləri mütəmadi olaraq lazımi informasiya və elmi metodiki köməklik göstərmək məqsədilə ezamiyyələrdə olurlar. Respublika daxilində və respublikadan kənarda mövcud olan lazımi informasiyaları və biblioqrafik vəsaitlərin göndərilməsini təşkil edirlər.

Hal-hazırda Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasında 5 şöbə, 3 bölmə fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:

Şöbələr: 1. Metodiki şöbə; 2. Xidmət şöbəsi; 3. Komplektləşmə, Kitabiləşmə və kataloqlaşdırma şöbəsi; 4. Məlumat-biblioqrafiya şöbəsi; 5. Depozitar fondunun mühafizəsi şöbəsi.

Bölmələr: 1.Sistemli və əlifba kataloqu üzrə bölmə; 2. Mərkəzləşdirilmiş komplektləşmə üzrə bölmə; 3. Nadir nüsxələr fondu üzrə bölmə.
2015-ci ildə kitabxananın iş fəaliyyətinin statistik məlumatları


İşin adı


2015-ci il

Fondun həcmi

Ümumi fondun həcmi (filiallarla birlikdə)

REKTK-nın ümumi fondunun həcmi

Əsas fondun həcmi

Mübadilə fondunun həcmi (filiallarla birlikdə)

O cümlədən REKTK

REKTK-nın depozitar mühafizə fondunun həcmi


1005954


373303

348420

999


797

24081


Sahəvi aspektlər üzrə fondun tərkibi (filiallarla birlikdə)

O cümlədən REKTK

91332

68669

Kənd təsərrüfatı üzrə (filiallarla birlikdə)

O cümlədən REKTK



671981

235091


Elmlər üzrə qarışıq ədəbiyyat (filiallarla birlikdə)

O cümlədən REKTK



195164

25987


Qeyri ədəbiyyat (REKTK)

18673

Abonomentlə xidmət üzrə

İllik qeydiyyat uçotuna görə oxucuların sayı (filiallarla birlikdə)

O cümlədən REKTK

12924


10154

İstifadəçilərin ümumi sayı (filiallarla birlikdə)

O cümlədən REKTK



130121

48632


Verilmiş ədəbiyyatın miqdarı

O cümlədən REKTK

Biblioqrafik məlumatlar


811472

498578


212540

2013-cü ildə REKTK-ya daxil olan

Yeni ədəbiyyatlar

Dövrü nəşrlər

Kitablar



1359

1000


359


Respublika Kənd Təsərrüfatı Muzeyi
Hesabat ili ərzində muzeydə aşağıdakı işlər görülmüşdür:


  • 2015-ci ilin respublikamızda “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar muzeydə geniş tədbirlər planı tərtib olunmuş və həyata keçirilmişdir;

  • 20 yanvar faciəsinin 25 illiyi və Xocalı faciəsi ilə əlaqədar sərgi təşkil olunmuş, anım mərasimi keçirilmişdir;

  • Milli və dövlət bayramları, xüsusi günlər münasibətilə tədbirlər hazırlanmış­dır;

  • “Kənd təsərrüfatı ili” ilə əlaqədar olaraq muzey tərəfindən işlənən Azər­baycan Kənd Təsərrüfatı Ensiklopediyasının I cildi tam şəkildə hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmuşdur;

  • Muzeyin yeni bələdçi kitabçası çap edilmişdir;

  • Böyük Vətən Müharibəsinin 70 illik yubileyi ilə əlaqədar həmin illərdə arxa cəbhədə fə­dakar­lıq­la çalışaraq ordunu ərzaq məhsulları, müdafiə fondunu silah-sursat alması üçün pul, qızıl-zinət əşyaları ilə təmin edən kənd əməkçilərimizdən bəhs edən geniş sər­gi hazırlanmışdır. Eyni zamanda ziyarətçilərə və dəvət olunan qonaqlara bu möv­zu­da mühazirələr oxunmuşdur;

  • “Kənd Təsərrüfatı ili” ilə bağlı kənd təsərrüfatı üzrə əmək qəhrəmanları S.Qa­zi­ye­vanın 75, S.İmrəliyevin 85 illik yubileyləri həm muzeydə, həm də fililalda (S.Qa­zıyevanın Beyləqan rayonundakı xatirə muzeyi) sərgi və digər tədbirlərlə qeyd olunmuşdur;

  • Kənd Təsərrüfatı Nazirirliyinin tabeliyində olan elmi-tədqiqat institutlarının yubi­leyləri ilə bağlı onların fəaliyyətindən bəhs edən sərgilər təşkil edilmişdir;

  • Muzeyin reklamı ilə əlaqədar kütləvi informasiya vasitələri – televiziya kanal­la­rı, qəzet və jurnallarla əlaqələr yaradılmış və muzeyin fəaliyyəti, burada həyata ke­çirilən tədbirlər, yeniliklər haqqında ətraflı məlumatlar verilmişdir;

  • Muzey turizmini inkişaf etdirmək və I Avropa oyunlarının respublikamızda keçirilməsi ilə əlaqədar turistləri muzeyə cəlb etmək məqsədilə reklam tədbirləri həyata keçirilmişdir;

  • Bu ilin IV rübündə muzey yeni ünvana köçürülmüşdür. Bu məqsədlə onun yeni eks­pozisiya və bədii tərtibat planı hazırlanmışdır. Bu plana uyğun şəkildə muzey yenidən təşkil edilmişdir;

  • Muzeyin yenidən hazırlanması zamanı ekspozisiya zalının və bədii tərtibatın daha da zəngin olması və kənd təsərrüfatı tariximizin dolğun ifadə edilməsi məqsədilə respublikanın bütün bölgələrindən taxılçılığa, texniki bitkiçiliyə, heyvandarlığa, uzumçülüyə, məişət və etnoqrafiyaya aid 400-ə yaxın yeni eksponat alınmışdır;

  • Bir neçə ay gərgin iş nəticəsində muzey “Baytarlıq şəhərciyində” yenidən tərtib olunmuş və təhvil verilmişdir. 28 dekabr 2015 - ci il tarixində Azərbaycan Res­publikasının Prezidenti İ.Əliyev və kənd təsərrüfatı naziri H.Əsədov muzeyin yenidən açılışında iştirak etmişlər;

  • Zədələnmiş eksponatların bərpası məqsədilə Azərbaycan Respublikası Elmi-Bər­pa Mərkəzilə əlaqə yaradılmışdır;

  • Muzeyin fəaliyyətinin dünya standartlarına uyğunlaşdırılması, ekskursiya xidməti işinin yaxşılaşdırılması və ekspozisiyanın yenidən qurulması ilə əlaqədar olaraq fərdi və tematik ekskursiya planları yenidən işlənmişdir;

  • Kənd təsərrüfatına aid yeni ədəbiyyatlarla tanış olmaq məqsədilə Azərbaycan Respublikası Elmi Kənd Təsərrüfatı Kitabxanası ilə əlaqə yaradılmışdır;

  • Təcrübə mübadiləsi məqsədilə muzeyin əməkdaşları respublikamızın qabaqcıl muzeylərini ziyarət etmişlər;

  • Muzeyşünaslığa aid yeni təlimatlar, qanunlarla tanış olmaq məqsədilə Mədəniy­yət və Turizm Nazirliyinin Muzeylər üzrə Metodiki Mərkəzilə əlaqə yaradıl­mış­dır;

  • Gənc nəslin təlim-tərbiyəsində yaxından iştirak etmək, tariximizi onlara tanıt­maq, əməyi sevdirmək məqsədilə təhsil müəssisələri ilə əlaqələr daha da genişlən­diril­mişdir.


BEYNƏLXALQ ƏLAQƏLƏR
Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası aqrar sahənin bir hissəsi olaraq dövlət proqramlarına uyğun, təbii ehtiyatların bolluğu, düzgün qurulmuş iqtisadi siyasət sayəsində respublikanın iqtisadiyyatının son illərdə inkişafını durmadan gücləndirir. Beynəlxalq aləmə inteqrasiya, elmdə əldə olunan yeniliklərlə bəhrələnmək və ilk növbədə uyğun beynəlxalq təşkilatlarla təcrübə mübadiləsi əlaqələrinin yaradılmasını və inkişaf etdirilməsini tələb edir. Bu baxımdan Aqrar Elm Mərkəzi və onun struktur bölmələrinin CGİAR Konsorsiumuna daxil olan 9 beynəlxalq mərkəzlə (CİMMYT, CİP, İCARDA, İPGRİ, İLRİ, “Bioversity İnternational”, IWMI və s.), bir sıra ölkələrin müvafiq elmi müəssisə və təşkilatları ilə əməkdaşlıq əlaqələri 2015-ci ildə də davam etdirilmişdir. Bu əlaqələr əsasən elmi təcrübə mübadiləsi, kadr hazırlığı, seleksiya materallarının mübadiləsi, kənd təsərrüfatında toxumçuluğun, tingçiliyin və damazlıq işinin regional inkişafı beynəlxalq standaratlara uyğunlaşdırılması, yeni texnologiyaların tətbiqi, texnika və aqreqatların sınağı və bir çox digər məsələləri əhatə etmişdir.

Hesabat ilində Aqrar Elm Mərkəzi sistemindən 20-dən çox əməkdaş bir çox ölkələrdə (Moldova, Pakistan, Moskva, Yaponiya, Koreya, Latviya, Gürcüstan, İtaliya, İran, Türkiyə, Avstraliya, Çin, Tacikistan, Fransa, İtaliya və s.) təşkil olunan müxtəlif konfrans, sərgi, seminar, təlim kursu və s. tədbirlərdə iştirak etmişlər.



Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Quraq Bölgələrdə Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi (İCARDA), Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutu (İPGRİ), Yarım-Quraq Tropiklərdə Kənd Təsərrüfatı Bitkiləri üzrə Beynəlxalq Tədqiqat İnstitutu (İCRİSAT), Kənd Təsərrüfatında Bioşorlaşma üzrə Beynəlxalq Mərkəz (İCBA) və s. beynəlxalq təşkilatlarla sıx əlaqələri mövcuddur. Bu əlaqələr ildən-ilə daha da genişlənməkdə davam edir.

7-8 may 2015-ci il tarixində Daşkənddə İCARDA-nın təşkilatçılığı ilə keçirilən “Sarı pasa Davamlı payızlıq buğda sortlarının müasir vəziyyəti və Mərkəzi, Cənubi Qafqaz” (MACQ) regionun ölkələrində tətbiqi”nə həsr edilmiş beynəlxalq seminarda İnstitutun direktoru Cavanşir Təlai “Azərbaycanda sarı pasa davamlı payızlıq buğda sortlarının müasir vəziyyəti və tətbiqi mövzusunda çıxış etmişdir.

2015-ci il 25-27 may tarixlərdə Payızlıq Buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Proqram (IWWIP) çərçivəsində Beynəlxalq səyyar seminar keçirildi. Seminarın təşkilatçıları Türkiyə Respublikası Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi, Quraq Bölgələrdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi (ICARDA), Buğda və Qarğıdalının Seleksiyası üzrə Beynəlxalq Mərkəz (CIMMYT) və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutu olmuşdur. Keçirilən seminarda məqsəd Mərkəzi və Qərbi Asiya regionu ölkələri üçün yeni payızlıq və fakultativ buğda sortlarının yaradılması idi. Təşkilat hər il 50 ölkənin 100-dən artıq müvafiq tədqiqat müəssisələri ilə əməkdaşlıq edir, onları seleksiya materialları ilə təmin edirlər. 

Hər iki ildən bir keçirilən IWWIP səyyar tarla seminarı 2015-ci ilin 27-29 may tarixlərində Gürcüstanda keçirildi. Tədbirdə 13 ölkəni təmsil edən 50-yə yaxın nümayəndə iştirak etmişdir. Azərbaycan ET Əkinçilik İnstitutundan A.Abdullayev, X.Rüstəmov, K.Aslanova H.Həmidov, S.Əsədullayev, H.Məmmədova və Ş.Sadıqov seminarda iştirak etdilər. Tədbir iştirakçıları Gürcüstanın “Lomtagora” özəl seleksiya və toxumçuluq müəssisəsində təcrübə sahələrində və Aqrar Elm Mərkəzində oldular.

2015-ci ilin 14-15 iyul tarixlərində Bakı şəhərində Avropa Birliyində Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) və AMEA Botanika İnstitutu Bioloji Məhsuldarlığın Fundamental Problemləri Şöbəsinin təşkilatçılığı ilə "Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində Biotəhlükəsizlik və Biomüdafiə İmkanlarının gücləndirilməsi" Proqramı çərçivəsində "Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulları molekulyar diaqnostikasi" layihəsi üzrə beynəlxalq elmi seminar keçirildi. Seminarda Əkinçilik ET İnstitutu ilə yanaşı AMEA-nın, Türkiyənin Ankara Universitetinin, Fransa Milli Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin alim və mütəxəssisləri iştirak edirdilər. Əkinçilik İnstitutunu Tofiq Allahverdiyev, Namilə Əzizova, Könül Aslanova, Şəhriyar Sadıqov və Atabəy Cahangirov təmsil edirdilər. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edildi.

Cari ilin 11-26 avqust tarixlərində institutun bitki seleksiyası şöbəsinin elmi işçisi Həlimə Rafiz qızı Məmmmədova YPARD-ın təşkilatçılığı ilə Almaniyanın Herşinq şəhərində keçirilən Kənd Təssərüfatındakı Gənclərin 27-ci Beynəlxalq Liderlik Seminarında iştirak etmişdir. Beynəlxalq seminar 1962-ci ildən etibarən hər iki ildən bir Almaniyada keçirilir. Ölkəmiz ilk dəfə olaraq bu il seminara qatılmışdır. 

2015-ci ilin 01-04 sentyabr tarixlərində Türkiyə Respublikası Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatlar İdarəsinin və Şərq Aralıq Dənizi Keçid Qurşağı Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunun birgə təşkilatçılığı ilə Türkiyənin Kahramanmaraş şəhərində 4-cü beynəlxalq "Torpaq və Su Ehtiyatlarının" istifadəsi konfransında Elxan Əliyev, Təmraz Təmrazov, Aslanova Könül iştirak etdilər.

Cari ilin 17-20 sentyabr tarixlərində Avstraliyanın Sidney şəhərində dünya şöhrətli Norman Borlauqun adı ilə bağlı keçirilən taxılçılığın inkişafına həsr edilmiş beynəlxalq tədbirdə institutun xəstəlik və zərərvericilərə nəzarət laboratoriyasının elmi işçisi Aslanova Könül iştirak etmişdir.

Cari ilin 01-05 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində Beynəlxalq bitki seleksiyası konqresi (IPBC) və Yağlı və proteinli bitkilər bölməsi konfransı (EUCARPIA) keçirilmişdir. Tədbirin seleksiya hissəsində Əkinçilik Elmi Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcübə Stansiyasının direktoru Atabəy Cahangirov, bitki fiziologiyası və biotexnologiya şöbəsinin aparıcı elmi işçisi Tofiq Allahverdiyev, bitki seleksiyası şöbəsinin kiçik elmi işçisi Şəhriyar Sadıqov apardıqları tədqiqat işlərinin mövzuları üzrə çıxış etmişlər. Əməkdaşlarımızın çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanmış, geniş müzakirə və təhlillər aparılmışdır.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin