Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığın



Yüklə 22 Kb.
Pdf görüntüsü
tarix21.04.2017
ölçüsü22 Kb.
#15096

«Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə 

sahəsində əməkdaşlığın

 

aktual məsələləri» mövzusunda seminarın açılışında 



Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi 

Xidmətinin direktoru Adışirin Qasımovun nitqi  

 

 

Hörmətli xanımlar və cənablar

 

hörmətli tədbir iştirakçıları, 

 

əziz qonaqlar! 

 

10 noyabr 2010 

 

Mən  sizin  hamınızı  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  yanında 



Maliyyə Monitorinqi Xidməti adından salamlayıram, qonaqlarımza «xoş gəlmisiniz» 

deyirəm.  

Bildiyiniz kimi  bu tədbirdə bizimlə birlikdə Pakistandan gələn qonaqlarımız da 

iştirak  edirlər.  Mən  onları  xüsusilə  salamlayıram  və  bildirmək  istəyirəm  ki, 

Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra Pakistan 

bu  müstəqilliyi  tanıyan  ilk  dövlətlərdən  biri  olmuşdur.  Ona  görə  Pakistandan  gələn 

dostlarımızı bu tədbirdə görməyə çox şadıq. 

Dünya  Bankı,  Beynəlxalq  Valyuta  Fondu  və  BMT  Narkotiklər  və  Cinayət 

idarəsi  tərəfindən  Azərbaycanda  təşkil  olunan  3  günlük  seminar  «Pulların 

yuyulmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  sahəsində 

əməkdaşlığın

 

aktual məsələləri» mövzusuna həsr olunub.  



Artıq  dünən  Maliyyə  Monitorinqi  Xidmətinin  əməkdaşlarının  və  Pakistanlı 

həmkarlarımızın iştirakı  ilə  birinci  seminarımız  çox  maraqlı və  məhsuldar  keçirildi. 

Əminəm ki, seminarın növbəti iki günü də kifayət qədər maraqlı və faydalı olacaqdır. 

Qlobal  miqyasda  mövcud  olan  pulların  yuyulması  və  terrorçuluğun 

maliyyələşdirilməsi  problemi  azad  vətəndaş  cəmiyyətinin  formalaşdırılması,  liberal 

və  rəqabətli  bazarların  yaradılmasına  istiqamətlənmiş  beynəlxalq  səyləri  sarsıdır  və 

milli  iqtisadiyyatların  inkişafına  mane  olur.  Qeyd  ediləm  problemlərin  aradan 

qaldırılması üçün həm ölkədaxili, həm də beynəlxalq səviyyədə geniş əhatəli strateji 



fəaliyyətə,  intensiv  əməkdaşlığa  və  səmərəli  koordinasiyanın  təmin  olunmasına 

ehtiyac vardır. 

Bildiyimiz  kimi,  həm  Azərbaycan,  həm  də  Pakistan    regional  münaqişələrdən, 

silahlı  separatizmdən,  ekstremizmdən  və  terrorçu  qrupların  təcavüzündən  əziyyət 

çəkən  ölkələrdir.  Buna  görə  də  həm  Azərbaycan  həm  də  Pakistan  dövləti 

terrorçuluqla və terrorçuluğun maliyyələşdirilməsi ilə aktiv şəkildə  mübarizə aparır, 

beynəlxalq antiterror fəaliyyətini bütün vasitələrlə dəstəkləyir.  

Maliyyə  sisteminin  şəffaflığının  və  etibarlılığının  artırılması,  iqtisadi 

cinayətkarlıq  və  korrupsiya  yolu  ilə  qanunsuz  gəlirlərin  əldə  edilməsinə  qarşı 

mübarizə  sahəsində  də  Azərbaycan  dövlətinin  siyasəti  aydın  hədəflərə  malik  olan 

strategiyaya  və  qabaqcıl  beynəlxalq  standartların  tətbiqinə  əsaslanır.  Azərbaycanda 

2004-2006-cı illər ərzində Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı qəbul 

edilərək  uğurla  icra  edilib.  Bu  Proqramın  davamı  kimi  «Şəffaflığın  artırılması  və 

korrupsiyaya  qarşı  mübarizə  üzrə  Milli  Strategiya»  və  bu  Strategiyanın  həyata 

keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı qəbul edilib, taməhatəli 

implementasiya olunur. 

Sözsüz ki, bu proqram və strategiyaların uğurla reallaşdırılması nəticəsində əldə 

edilən  nailiyyətlərin  bir  istiqaməti  də  Azərbaycanda  beynəlxalq  standartlara  uyğun 

pulların  yuyulmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

sisteminin  formalaşdırılması  ilə  bağlıdır.  Ölkəmizin  bu  sahədə  nailiyyətləri 

beynəlxalq  səviyyədə  müsbət  qiymətləndirilir.  Təsadüfi  deyil  ki,  bu  günlərdə 

Azərbaycan  FATF-ın  xüsusi  monitorinq  rejimindən  tam  çıxarıldı.  ABŞ  Dövlət 

Departamentinin  terrorçuluqla  qlobal  mübarizəyə  dair  sonuncu  hesabatında 

Azərbaycanın  terrorçuluqla  və  terrorçuluğun  maliyyələşdirilməsi  ilə  mübarizə 

sahəsində  nailiyyətləri  xüsusi  vurğulanmışdır.  USAID-in  Azərbaycan  ofisi  Maliyyə 

Monitorinqi Xidmətinin kollektivini PL/TMM sahəsində effektiv təlim proqramlarını 

həyata  keçirdiyinə,  beynəlxalq  standartların  tətbiqində  qazandığı  nailiyyətlərə  görə 

“Uğur Sertifikatı”na layiq görmüşdür 

Ölkədə  effektiv  PL/TMM  sisteminin  formalaşdırılması  baxımından  prioritet 

fəaliyyət  istiqamətlərindən  biri  də  təlim  və  maarifləndirmə  tədbirlərinin  həyata 



keçirilməsidir.  PL/TMM  sahəsində  dövlət  siyasətini  icra  edən  və  əlaqələndirməni 

həyata  keçirən qurum  olaraq  Maliyyə  Monitorinqi  Xidməti  bu  istiqamətdə  səmərəli 

şəkildə fəaliyyət göstərir.   

Təkcə bir faktı bildirmək istəyirəm ki, bu günkü təlim-seminar 1 il ərzində bizim 

bu  istiqamətdə  həyata  keçirdiyimiz  45-ci  tədbirimizdir.  O  cümlədən,  bizim 

beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən 9-cu təlim-seminarımızdır. Beynəlxalq 

tərəfdaşlarımızın  dəstəyi  ilə  keçirilən  bu  tədbirin  xüsusi  bir  əlamətdarlığı  həm  də 

ondadır ki, qeyd etdiyim kimi bu tədbirdə yerli mütəxəssislərlə yanaşı dost ölkə olan 

Pakistandan  gələn  qonaqlar  da  iştirak  edirlər.  Yəni  bu  tədbir  beynəlxalq  seminar 

statusuna malikdir. 

Tədbirin  daha  bir  əlamətdarlığı  isə  bu  tədbirin  pulların  yuyulması  və 

terrorçuluğun  maliyyələşdirilməsi  ilə  mübarizədə  birbaşa  iştirak  edən  hüquq-

mühafizə orqanlarının nümayəndələrinin geniş tərkibdə iştirakı ilə keçirilməsindədir. 

Müxtəlif dövlət orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın təmin edilməsi,  

məlumat  bazalarından  birgə  istifadə  və  məlumat  mübadiləsinin  həyata  keçirilməsi 

ölkədə effektiv PL/TMM sisteminin formalaşdırılmasının  əsas şərtlərindən biri kimi 

çıxış edir. Buna görə də mən fürsətdən istifadə edərək bir daha bu dövlət orqanlarının 

rəhbərliyinə əməkdaşlıq üçün dərin təşəkkürümü bildirirəm. 

Xanımlar  və  cənablar,  icazənizlə  belə  mötəbər  tədbirin  təşkil  edilməsi  üçün 

verdikləri dəstəyə görə Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun və BMT-nin 

Narkotiklər  və  Cinayətkarlıqla  Mübarizə  İdarəsinin

 

nümayəndələrinə,  xüsusilə  də 



cənab Klaudio Stroligoya öz dərin təşəkkürümü bildirmək istərdim. 

Mən  əminəm  ki,  bu  tədbir  həm  Maliyyə  Monitorinqi  Xidmətinin  əməkdaşları, 

həm hüquq-mühafizə orqanlarının əməkdaşları, həm də xarici qonaqlarımız üçün çox 

faydalı  olacaq.  Bir  daha  bütün  iştirakçılara  öz  salamlarımı  çatdırmaq  istəyirəm  və 

tədbirə uğurlar arzulayıram. 

Diqqətinizə görə çox sağ olun! 



Yüklə 22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin