Ministry of agriculture of azerbaijan republic


Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi-Nəzarət İnstitutunda



Yüklə 1,31 Mb.
səhifə10/16
tarix07.01.2017
ölçüsü1,31 Mb.
#4943
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi-Nəzarət İnstitutunda 2015-ci hesabat ili ərzində 2013-2015-ci illər üçün nəzərdə tutulmuş mövzu planına uyğun yeddi mövzu üzrə elmi iş aparılmışdır.

Depolaşdırılmış və yeni əldə edilmiş mikroorqanizmlərin istehsalat, nəzarət və epizootik ştammlarının bioloji xüsusiyyətlərinin öyrənilməsi T.Əliyevanın rəhbərliyi ilə R.Səfərov və M.Bağırova tərəfindən aparılmışdır.

Hal-hazırda AzDBPENİ-nin bankında virus və bakteriyaların 20 istehsalat və nəzarət ştammları, identifikasiya edilməmiş 20 quduzluq virusunun, 5 salmonelyoz və 1 nodulyar dermatit virusunun epizootik ştammları saxlanılır.

Xəstə heyvanlardan alınmış, lakin identifikasiya edilməmiş quduzluq virusunun 20 epizootik ştammları isə aşağıdakı rayonlardan alınmışdır: Balakən (itdən) -1, Balakən iri buynuzlu heyvandan (İBH-dan) -1, Zərdab (itdən) -1, Quba (İBH-dan) -1, Şəki (itdən) -1, Qəbələ (İBH-dan) -1, Oğuz (itdən) -1, Qax (İBH-dan) -1, Qax (itdən) -1, Zaqatala (itdən) -1, Ağcabədi (atdan) -1, Bakı şəh. (atdan) -1, Tərtər (itdən) -1, Abşeron (İBH-dan) -1, Abşeron (atdan) -1, Daşkəsən (İBH-dan) -1, Kürdəmir (İBH-dan) -1, Laçın (atdan) -1, Ağsu (İBH-dan) -1, Şabran (itdən) -1. Heyvanlardan təcrid edilmiş quduzluq virusunun identifikasiya edilməmiş ştamları da institutun ştammlar bankına daxil edilmişdir. Hesabat dövründə identifikasiya edilməmiz 5 salmonelyoz və 1 nodulyar dermatit virusunun izolyatkarı alınmışdır.

Virus preparatları laboratoriyasında 11 istehsalat, nəzarət, muzey və 20 epizootik virus ştammları saxlanılır. Hesabat dövründə quşların Nyukasl xəstəliyi virusunun “H” vaksin ştammı, quşların Nyukasl xəstəliyi virusunun “La-Sota” vaksin ştammı, quşların çiçək virusunun “Bakı” vaksin ştammı, quduzluğun fiks-virusunun “KP-85” və “CVS” nəzarət ştammları təzələnmişdir. Eyni zamanda toyuqların infeksion bronxit virusunun “H-120” (serotip Massaçusets) “Masacusets”, toyuqların infeksion bronxiti virusunun “Bronvaks” (serotip Konnektikut), quşların infeksion larinqotraxeiti virusunun “VNIITIBP” vaksin ştammları təzələnmişdir.

Hesabat dövründə quşların Nyukasl xəstəliyi virusunun “La-Sota” vaksin ştammını təzələmək məqsədilə 9-10 günlük rüşeymlərdən kecirilmiş və virusun bioloji xüsusiyyətləri yoxlanılmışdır. Virus ştammları hal-hazırda dondurucuda (mənfi 80 0C) saxlanılır.

Quşların çiçək virusunun “Bakı” vaksin ştammının təzələnməsi üçün 11-12 günlük rüşeymlərdən istifadə edilmişdir.

Quşların çiçək xəstəliyi virusunun “Bakı” ştammının iki variantı (embrional və kultural) dondurucuda (mənfi 80 0C) saxlanılır.

Ştammlarla aparılan bütün işlər jurnalda qeyd olunmaqla pasportlaşdırılıb və eyni zamanda “Patogen Ehiyatlarına Nəzarət Sistemi” adlı xüsusi elektron informasiya sistemində (“Pathogen Asset Control System” - PACS) qeydə alınıb.

Təqvim planına uyğun olaraq 2015-ci ildə AzDBPENI-nun bankında saxlanılan 9 bakteriya: Brucella abortus №19, Pasteurella multocida 796, Salmonella abortus ovis 372, S.typhimurium 371, E.coli serotip 0-2; 0-78; 0 -138; 0 -141, B. Anthracis bakteriyaların istehsalat ştammların təzələnməsi və işçi vəziyyətdə saxlanması istiqamətində işlər yerinə yetirılmişdir.

İstehsalat ştammları təzələnmiş və liofilizasiya üsulu ilə qurudulması üçün toplanıb hazırlanmışdır.

Hesabat dövründə bölgələrdən gətirilmış patoloji materiallardan 5 identifikasiya edilməmiş salmonelyoz izolyatı əldə edilmişdir.

Baytarlıq preparatlarının qablaşdırılması və təkrar qablaşdırılması qaydalarının işlənilməsi İ.İbrahimovun rəhbərliyi altında N.Sadıqova, M.Babayeva, E.Məmmədova, R.Mehdiyev, Z.Zaxarov tərəfindən aparılmışdır.

2015-ci il üçün nəzərdə tutulan mərhələsi yerinə yetirilmişdir. Normativ-texniki sənədlərin işlənməsi üzrə mövzunun nəticə sənədi olan “Baytarlıq preparatlarının qablaşdırılması və təkrar qablaşdırılması qaydaları”-nın layihəsi işlənmiş və təsdiq edilməyə təqdim etmək üçün hazırladı. 10 bölmədən ibarət olan bu qaydalar normativ sənəd olmaqla preparatın qablaşdırılması və təkrar qablaşdırılması üzrə bütün işləri əhatə edir.

Azərbaycanın müxtəlif təbii-iqlim zonalarından alınmış quduzluq virusunun molekulyar-bioloji xüsusiyyətlərinin öyrənilməsi T.Əliyevanın rəhbərliyi A.Fərəcov, K.Yusifova, R.Əliyeva, T.Həsənov tərəfindən aparılmışdır.

Hesabat dövründə bir neçə rayon (Kürdəmir, Daşkəsən, Ağcabədi, Qax, Zaqatala, Şəki, Tərtər, Abşeron, Balakən) ərazisindən FAT və SİT üzrə pozitiv test nəticəsi olan heyvanlardan toplanmış 10 beyin nümunəsi virusun molekulyar xarakteristikasının aparılması üçün seçilmişdir və Heyvan Sağlamlığı və Baytarlıq Laboratoriyaları Agentliyi (HSBLA) Epizootik xəstəliklər üzrə Beynəlxalq Təşkilatın (EXBT) Məlumat Laboratoriyasına təqdim edilmişdir. Nəticələrin təhlili göstərdi ki, nümunələrin hamısı son iki əsr ərzində insanın köç etməsi vasitəsilə bütün dünyaya yayılmış olduğu düşünülən quduzluq virusunun hər bir yerdə yaranan növünə xasdır. Aparılmış tədqiqatlar nəticəsində Azərbaycanın müxtəlif coğrafi-iqlim zonalarında dövr edən quduzluq virusunun molekulyar-bioloji xüsusiyyətlərin öyrənilməsi davam edəcəkdir. Əldə edilmiş nəticələr əsasında vəhşi heyvanların immunizasiyası üçün ən effektiv quduzluq əleyhinə oral vaksini təklif ediləcək, onun istifadəsi üzrə tövsiyələr işlənib hazırlanacaqdır.

Quşların çiçək virusuna (Bakı ştammı) müxtəlif hüceyrə kulturaların həssaslığının öyrənilməsi T.Əliyevanın rəhbərliyi ilə R.Səfərov, K.Yusifova tərəfindən aparılmışdır.

Hüceyrə kulturaları ümumi qəbul olunmuş üsulla hazırlanır - 7 günlük toyuq və yapon bildirçini rüşeymlərindən istifadə olunub.

Hal-hazırda çiçək virusunun (“Bakı” şt.) bildirçin və toyuq rüşeym hüceyrə kulturalarında növbələmə passajları aparılır. Ümumilikdə 25 passaj əldə olunmuşdur.

Quşların çiçək virusu “Bakı” ştammına hüceyrə kulturalarında toplanması, adsorbsiya vaxtından aslılığı, neqativ koloniyaların əmələ gəlməsi təkrar təcrübədən keçirilərək öyrənilmişdir.

Hesabat ilində müəyyənləşdirilmişdir ki, quşların çiçək virusu “Bakı” ştammına adsorbsiya vaxtından aslı olaraq hər iki hüceyrə kulturalarında toplanma dinamikası düz mütənasib şəkildə artır. Belə ki, virusun adsorbsiya vaxtı artdıqca, virusun aktivliyi vaxt etibarı daha qısa müddətdə yüksək titrlər müşahida olunur. Hüceyrə kulturalarında virusun titri adsorbsiya müddətindən asılı olaraq 1/32 – 1/512 HAV/0,5ml aralarında dəyişmişdir. Bu təcrübələr təkrarlanmışdır və eyni nəticələr əldə olunmuşdur.

Azərbaycan Respublikasında salmonellyoz xəstəliyinin epidemiologiyası M.Bağırovanın rəhbərliyi ilə K.Ağalarova, Ü.Hüseynova, E.Niyazova, Ə.Hüseynov, S.Həsənova tərəfindən öyrənilmişdir.



Salmonellyozlar - kənd təsərrüfatı və xəzdərili heyvanların, quşların və əsasən insanların böyük qrup infeksion xəstəlikləridir. Salmonellyozlar polimorf kliniki gediş (polietioloji xəstəlik- kliniki nişanəsiz  bakteriyadaşıyıcılıqdan manifest, ağır septiki formalara qədər), əsasən mədə-bağırsaq traktının zədələnməsi, müxtəlif dərəcəli ümumi intoksikasiya və susuzlaşma ilə səciyyəvidir.

Salmonellyozun törədiciləri Enterobacter ailəsinə Salmonella cinsinə aid müxtəlif növ bakteriyalardır, xırda qrammənfi hərəkətsiz fakultativ anaerobdurlar. Hazırda 2300-dən çox serovarları və 52 seroqrupları mövcuddur.

Təqvim planına uyğun olaraq 2015-ci ildə Respublikada salmonellyoza görə epidemioloji vəziyyət müəyyənləşdirilmiş  və  analizi aparılmışdır.

Yoxlama nəticəsində kolbasa məhsullarında E.coli, toyuq ətində isə stafilokokk aşkar edilmişdir.

Laboratoriyada biotəhlükəsizliyə və aparılan işlərə aid SƏP-lərin hazırlanması işi davam etdirilir.

Nodulyar dermatit xəstəliyinin virusoloji, epizootoloji, kliniki və digər xüsusiyyətlərinin öyrənilməsi R.Səfərov, S.Qurbanov, R.Əliyeva, A.Əsgərov, K.Əliyev tərəfindən aparılmışdır.

Azərbaycanda iri buynuzlu heyvanlar arasında ilk dəfə yayılmış Nodulyar dermatit xəstəliyinin törədicisinin yerli ştammının təcrid edilməsi və identifikasiyası çox vacib olduğu üçün 2015-ci hesabat ilində hazırlıq işləri görülmüşdir. Respublika Baytarlıq laboratoriyasının əməkdaşları tərəfindən nodulyar dermatit virusunun izolyatı əldə edilmişdir. Həmin izolyat hazırda AzDBPENİ-in mikrorqanizmlər bankına təhvil verilmişdir. Nodulyar dermatit virusu izolyatının tədqiqinə başlanmışdır.

ELMİ NAİLİYYƏTLƏRİN TƏBLİĞİ VƏ TƏTBİQİ

Azərbaycan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin elmi tədqiqat müəssisələri tərəfindən 2015-ci ildə 17 kitab, 1 kataloq, 5 monoqrafiya, 449 məqalə, tezis, bukletlər və plakatlar dərc edilmiş, televiziya və radio vasitəsi ilə çoxsaylı çıxışlar olunmuş, müvafiq məsləhətlər verilmişdir. Nazirliyin və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin rəhbər işçilərinin, alimlərin, mütəxəssislərin, müxtəlif istehsal qurumlarının iştirakı ilə elmi-praktiki seminar, müşavirələr, tarla günləri, təlim kursları və s. keçirilmişdir.

Qəbələ rayonunda “Tarla Günləri” Qəbələ-2015 Açıq Hava Sərgisində 5 ET institutu (ETƏİ, ETTİ, ETYÇOİ, ETÜŞİ və ETBSBİ) və 8 RAEM tərəfindən 29 bitki növünün 57 sortu nümayiş etdirilmişdir.

5 fevral 2015-ci il tarixində Əkinçilik ET İnstitutunda F.Xudayevin rəhbərliyi ilə Gənc Alimlər Şurasının toplantısı (GAŞ) keçirildi. Toplantıda AEM və onun strukturu tabeliyində fəaliyyət göstərən Azərbaycan ET Əkinçilik, Tərəvəzçilik, Yemçilik, Çəmənçilik və Otlaqlar, Bitki Mühafizə, Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Gənc Alimlər Şurasının üzvləri iştirak etdilər. Tədbirdə Gənc Alimlər Şurasının bir il ərzində gördüyü işlər və nailiyyətlər haqqında geniş məlumat verildi. 2015-16-cı illərdə isə institutlar arasında müştərək həyata keçirilə biləcək layihələrin təklifləri irəli sürüldü və geniş müzakirə edildi.

May ayının 18-də Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Gənc Alimlər Şurası arasında birgə əməkdaşlığa dair Memorandum imzalanıb.

8-11 iyun 2015-ci il tarixlərində Gəncə Şəhərində “ARIÇILIĞIN İNKİŞAFINA DAİR AZƏRBAYCAN-TÜRKİYƏ ELMİ-TƏDQİQAT ƏMƏKDAŞLIĞI” toplantısı – II və ARKTN-nin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin “GƏNC ALIMLƏR ŞURASININ II BEYNƏLXALQ KONFRANSI” keçirilmişdir.

Noyabrın 9-10-da Lənkəran şəhərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Gənc Alimlər Şurasının “Aqrar sahənin inkişafına gənclərin marağının artırılması və şagirdlərin bilik dairəsinin genişləndirilməsi” mövzusunda regional tədbir keçirilmişdir.

20 fevral 2015-ci il tarixində Bərdə rayonunda regional müşavirə keçirildi. Müşavirədə Kənd Təsərrüfat Nazirliyinin, Aqrar Elm Mərkəzinin, icra orqanlarının nümayəndələri, rayonlarda fəaliyyət gostərən 200 nəfərə yaxın fermer və sahibkar iştirak etdi. Tədbirdən sonra müşavirə iştirakçıları Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər BTS-ində fermerlərə yazda aparılacaq qulluq işləri əyani şəkildə göstərildi.

12 mart tarixində Biləsuvar rayonunda “”Yaz tarla işlərinə hazırlıq və məhsuldarlığın yüksəldilməsi üçün qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirildi. Müşavirədə C.Təlainin “Yeni taxıl sortlarının məhsuldarlığı və ona təsir edən amillər” mövzusunda çıxışı oldu.

30 mart 2015-ci il tarixində Qəbələ rayonunda “Tarla günləri” adlı sərgiyə hazırlıq məqsədi daşıyan respublika səviyyəsində seminar keçirildi. Seminarda institutun direktoru Cavanşir Təlai “Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda yaradılmış bitki sortlarının nümayişi” adlı təqdimatla çıxış etdi.

30 mart və 2 may 2015-ci il tarixlərində Qəbələ rayonunda “Elmi nəticələrin təsərrüfatlarda tətbiqi” mövzisinda keçirilən tarla seminarında ET Əkinçilik institutun əməkdaşı Əmirov Lütfiyar iştirak etdi.

8 aprel 2015-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyinin tapşırığı ilə Samux rayonunda “Yazlıq bitkilərin əkini və payızlıq əkinlərdə aqrotexniki qulluq işlərinin təşkili” mövzusunda regional müşavirə keçirildi. Müşavirədə İnstitutun direktoru Cavanşir Təlai “Yeni taxıl sortlarının potensial məhsuldarlığı və ona təsir edən amillər” mövzusunda çıxış etdi.

14 aprel 2015-ci il tarixində Samux rayonunda elmi nəticələrin təsərrüfatlarda tətbiqi fermer təsərrüfatlarında dənli bitkilərin yüksəldilməsi məqsədilə keçirilən seminarda Əmirov Lütfüyar iştirak etdi.

8-15 may 2015-ci il tarixlərində Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda “Dənli bitkilərin toxumçuluğu və aprobasiyası”na dair seminar keçirildi. Seminarda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi M.Əhmədov və AEM-dən Rəsul Babayevin cıxışları olmuşdur.

23 may 2015-ci il tarixində İlkin toxumçuluq və toxumun keyfiyyəti laboratoriyasının müdiri Əliyev Arif Abşeron və Sabunçu rayonlarında aprobatorların hazırlanması mövzusunda elmi seminar keçirmişdir.

26 may 2015-ci ildə Qobustan BTS-də Elmi Tədqiqat Əkinçilik İnstitutunun Bitki seleksiya şöbəsinin baş elmi işçisi, proqram rəhbəri Abdin Abdullayevin rəhbərliyi ilə Beynəlxalq payızlıq buğdanın yaxşılaşdırılması üzrə səyyar seminar keçirildi. Fermer Əli Cahangirovun iştirakı ilə keçirilən seminarda 60 nəfər iştirak etmişdir.

27 may 2015-ci il tarixində Tərtər BTS-də Elmi Tədqiqat Əkinçilik İnstitutunun Bitki seleksiya şöbəsinin baş elmi işçisi, proqram rəhbəri Abdin Abdullayevin rəhbərliyi ilə keçirilən seminarda 70 nəfər iştirak etmişdir.

28-29 may 2015-ci ildə Gürcüstanın Marneuli və Msxeti rayonlarında proqram rəhbəri Abdin Abdullayevin, Kaxa Laşhi və Avtandil Koroxaşivilinin rəhbərliyi ilə buğdanın seleksiyasında beynəxalq təcrübəsinin informativ mücadiləsi və yeni elmi nailiyyətlərlə tanışlıq məqsədilə keçirilən seminarda 160 nəfər iştirak etmişdir.

25-27 may 2015-ci il tarixində payızlıq buğdanın yaxşılaşdırılması üzrə Beynəlxalq Proqram (IWWIP) çərçivəsində AZ.ET.Əkinçilik İnstitutunda Beynəlxalq səyyar seminar keçirildi. Seminar iştirakşıları proqrama uyğun olaraq Elmi Tədqiqat Əkinçilik İnstitutunda Qobustan, Tərtər Bölgə Təcrübə Stansiyalarında milli seleksiya proqramı çərçivəsində aparılan elmi tədqiqat işlərini yüksək qiymətləndirmişlər.

2015-ci il 30 may tarixində Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında "Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları" mövzusunda ümumrespublika tarla müşavirəsi keçirilmişdir.

14-15 iyul 2015-ci il tarixində Bakı şəhərində “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların, müxtəlif xəstəliklərin və GMO məhsullarının molekulyar diaqnostikası” mövzusunda keçirilən seminarda ET Əkinçilik İnstitutu fiziologiya şöbəsinin əməkdaşları iştirak etmişdir.

Cari ilin 27 iyul tarixində KTN-nin Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi Üzrə Dövlət Komissiyasında FAO-nun təşkilatçılığı ilə riyazi statistik analizlərə həsr edilmiş milli seminar keçirilmişdir. FAO-nun və UPOV-un Orta Asiya və Qafqaz regionu üzrə mütəxəssis X. Şirvek tərəfindən seminar iştirakçılarına təlim keçirilmişdir. Seminarda Əkinçilik ET İnstitutunu Zöhrab Qəribov, Tarverdi İslamzadə və Şəhriyar Sadıqov təmsil etmişlər. Seminarda sahə təcrübəsində istifadə edilən Dispersiya analizi üzrə praktiki məşğələlər keçirilmişdir.

Seminarda KTN-nin tabeliyində fəaliyyət göstərən ET İnstitutları ilə yanaşı AMEA-nın strukturuna daxil olan institutların da gənc mütəxəssisləri iştirak edirdilər.



Cari ilin 28 avqust tarixində Qəbələ rayonunda "Tarla günləri" çərçivəsində respublika miqyaslı məhsul bayramı keçirildi. Aqrar sektorda son yenilikləri və imkanları özündə əks etdirən bağlanış mərasimində 50 yerli və xarici şirkət, o cümlədən, 2000-dən çox nümayəndə heyəti iştirak etmişdir. Məhsul bayramı aqrar sektordakı son innovativ yenilikləri və imkanları təqdim etməklə yanaşı, elmi tədqiqat müəssisələri və özəl bölmənin bir araya gətirilməsində və birgə əməkdaşlığın perspektivlərinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edirdi. 

"Tarla günləri" layihəsi çərçivəsində 28 hektar torpaq sahəsinə bostan-tərəvəz, dənli taxıl və paxlalı bitki növlərinə məxsus müxtəlif sortlar nümayiş etdirilmişdir. Tədbirdə Əkinçilik ET İnstitutunun rayonlaşmış "Zaqatala 68", "Zaqatala 420", "Zaqatala yerli yaxşılaşdırılmış" qarğıdalı, "Sultan" noxud və "Çərəz" yer fındığı sortları nümayiş etdirilmişdir. Nümayiş olunan bitki sortları, onların üstünlükləri tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Tədbirdə "Tarla günləri" layihəsi çərçivəsində ən uğurlu nailiyyətlərə görə təşkilatçılar tərəfindən 4 müəssisənin, o cümlədən, Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlaiyə "Qızıl Zəhmətkeş" Fəxri Diplomu təqdim edilmişdir. 

Azərbaycan ET Əkinçilik İnstitutunun Elmi Əsərlər Məcmuəsinin XXVI cildinin elektron versiyası  nəşr olunmuşdur.

Bitki seleksiyası şöbəsinin kiçik elmi işçisi Şəhriyar Sadıqovun "Yerli və introduksiya olunmuş buğda sortlarının sarı ləkə törədicisinə (Pyrenophora tritici-repentis) davamlılığına görə qiymətləndirilməsi" mövzusunda layihəsi Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gәnc alim vә mütәxәssislәrin 3-cü qrant müsabiqәsinin (EİF/GAM-3-2014-6(21)) qalibi olmuşdur. Layihə 1 il müddətində icra olunacaqdır.

2015-ci ilin 21 oktyabr tarixində “Hilton-Baku” otelində Elmin İnkişafı Fondu (EİF) Gənc alim və mütəxəssislərin 3-cü qrant və Qarabağ tədqiqatları üzrə 3-cü Şuşa qrantı müsabiqələrinin qalib layihələrinin rəhbərləri ilə görüş keçirmişdir. İnstitutun bitki seleksiyası şöbəsinin kiçik elmi işçisi Ş.Sadıqov qalib layihənin rəhbəri kimi tədbirdə iştirak etmişdir.

01 noyabr kənd təsərrüfatı işçiləri günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2015-ci il tarixli sərəncamına əsasən institutun direktoru Cavanşir Təlai, bitki seleksiyası şöbəsinin aparıcı elmi işçisi Abidin Abdullayev və Şəki Dayaq Məntəqəsinin direktoru Məclum Şükürov kənd təsərrüfatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşlar.



ET Tərəvəzçilik İnstitutunun əməkdaşları Ə.Babayev, V.Abdullayev, Z.Əliyeva 23-24 oktyabr 2015-ci il tarixdə - 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd Təsərrüfatı ili” elan edilməsinə həsr olunmuş “Aqrar elmin və təhsilin innovativ inkişafı: dünya təcrübəsi və müasir prioritetlər” mövzusunda Gəncə şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişlər.

R.Abbasov 12 fevral 2015-ci il tarixdə Bakıda keçirilən Kənd Təsərrüfatı Nazirliyinin “Kənd təsərrüfatının texniki təminatının bazar iqtisadiyyatının tələblərinə uyğun və etibarlı təşkilinə dair” seminarda iştirak etmişlər.

9-11 iyun 2015-ci il tarixdə R.Nəbiyev, N.Hüseynzadə Gəncə şəhər icra hakimiyyəti və Azərbaycan ET İpəkçilik İnstitutunun Arıçılıq laboratoriyası Arıçılığın inkişafına dair Azərbaycan Türkiyə elmi-tədqiqat əməkdaşlığı toplantısı və KTN-nın Aqrar Elm Mərkəzinin Gənc Alimlər Şurasının II Beynəlxalq konfransda iştirak etmişlər.

13 oktyabr 2015-ci ildə Ş.Quliyev, Ə.Əsədova “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” mövzusunda FAO-nun layihəsi, ekoloji təmiz məhsul istehsalı sahəsində texniki potensialın yaradılmasına dair təlim seminarında iştirak etmişlər.

16 oktyabr 2015-ci ildə Ş.Quliyev, Ə.Əsədova Sosial müdafiə və kənd təsərrüfatına dair konfransda (Dünya ərzaq günü və beynəlxalq torpaq ilinin qeyd olunması) iştirak etmişlər.

27-29 oktyabrda Ş.Quliyev, Ə.Əsədova Toxum nümunəsi götürülməsi və təmizlik analizi üzrə təlim kursunda iştirak etmişlər.



ET Bağçılıq və Subtropik Bitkilər İnstitutunda 2015-ci ildə elmi nailiyyətlərin istehsalata tətbiqi institutun Elmi Şurasının 10 aprel 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş 6 mövzu üzrə yerinə yetirilir. Tətbiq işləri 3 təsərrüfatda (Quba YTT, Zərdabi adına ETB MMC-də və “Ün Aqro” MMC) 215 hektar sahədə tətbiq olunur. Tətbiq mövzuları üzrə təsərrüfatlarla müqavilələr bağlanılmış və onların icra vəziyyəti daima nəzarət altında olmuşdur.

İnstitutun alim və mütəxəssisləri tərəfindən mərkəzi (AzTV, İTV, Xəzər TV) və yerli (RTV, Xəyal və Qütb) televiziya kanallarında 45 dəfə çıxış edilmiş, fermer və özəl bağ sahiblərinə 800-dən çox yaxın məsləhət xidməti həyata keçirilmişdir.

16 yanvar 2015-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm Mərkəzi və Az.ETB və SBİ-nin birgə təşkilatçılığı ilə institutda “Meyvəçilikdə mütərəqqi beçərmə texnologiyalarının tətbiqi və tingçiliyin inkişafı” mövzusunda regional müşavirə keçirilmişdir. Müşavirədə 100-ə yaxın fermer və sahibkar, Nazirliyin və Aqrar Elm Mərkəzinin nümayəndələri iştirak etmişdir.

15 aprel 2015-ci il tarixdə Xaçmaz rayonunda Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bölgə müşavirəsində institutun direktoru İ.S.Qurbanov “Çoxillik əkmələrə aqrotexniki qulluq işlərinin təşkili” mövzusunda çıxış etmişdir. Müşavirədə 100-ə yaxın fermer və sahibkar iştirak etmişdir.



Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu informasiya-monitorinq sisteminin formalaşdırılması üzrə aparılan tədqiqatları davam etdirir, ixtisaslaşdırma və elektron kənd təsərrüfatının yaradılması ilə bağlı nazirlik tərəfindən verilən tapşırıqların icrası ilə də məşğuldur. İnstitutun əməkdaşları respublika üzrə ayrı-ayrı təşkilatlarda keçirilən tədbirlərdə fəal iştirak etməklə bərabər, müzakirə olunan məsələlərə dair fikir və təkliflərini bildirmiş, çıxışlar etmişlər. Əməkdaşlar aqrar qanunvericiliyin hazırlanmasında və təkmilləşdirilməsində də fəaldırlar, Milli Məclisin Komissiya­larında müzakirələrə dəvət olunurlar dəyərli təkliflərini verirlər.

2015-ci ilin iyun ayının 9-11-də “LPİS (torpaq sahələrinin identifikasiyası sistemi) Məqsədləri üçün Rəqəmsal Ortofoto Təsvirlərin foto-interpretasiyası “mövzusunda Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil olunan kursda İqtisadiyyat institutun əməkdaşları fəal iştirak etmişlər.



ET Heyvandarlıq İnstitutu – 2015-ci ilin “Kənd təsərrüfatı ili elan olunması ilə” əlaqədar 8-10 iyun tarixdə Aqrar Elm Mərkəzinin GƏNC ALİMLƏR ŞURASININ Gəncə şəhərində keçiriləcək II BEYNƏLXALQ KONFRANSA institutun elmi əməkdaşları dəvət olunmuşlar.

İnstitutun gənc alimlərindən kiçik elmi işçi Ş.Q.Əliyeva yazdığı “Aborigen Bozax qoyun cinsinin bioloji təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi” adlı məqaləsi ilə, kiçik elmi işçi Ş.S.Həsənova yazdığı “Azərbaycan Zebu malı ilə qaramal cinsləri arasında aparılan hibridləşmənin əhəmiyyəti” adlı məqaləsi ilə, aqrar elmlər üzrə fəlsəfə doktoru, N.B.İsmayılov,kiçik elmi işçi S.A.Abbasova (gənc alim) yazdığı “Yarımqaba yunlu ləzgi mənşəli qoyunların təkmilləşdi-rilməsi” adlı məqaləsi ilə, biologiya elmi üzrə fəlsəfə doktoru Z.Ə.Ələsgərov, elmi işçi N.R.Əhmədov (gənc alim) yazdığı “Ərzaq təhlükəzliliyi və heyvanların infeksion xəstəliyinə qarşı qoruyucu vasitələrin tətbiqi” adlı məqalə ilə konfransda iştirak etmişlər. Təqdim olunan materiallar konfransın proqramına salınmışdır.



ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun direktoru Ç.Əliyev və bir qrup institut əməkdaşı 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi ilə bağlı KTN tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində aprel ayının 4-dən oktyabrın 10-dək Qəbələ rayonunda keçiriləcək "Tarla günləri" açıq hava sərgisi layihəsinin iş planına uyğun olaraq KTN-nin təşkilatçılığı və "Aqroplatforma" şirkətinin dəstəyilə 30 mart 2015-ci il tarixində Qəbələ rayonunda sərgiyə hazırlıq məqsədini daşıyan seminarda iştirak etmişdir.

İnstitutun bir qrup əməkdaşı institutun direktoru Çingiz Əliyevin rəhbərliyi altında 27.05.2015-ci il tarixdə isə Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında "Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları" mövzusunda ümumrespublika tarla müşavirəsində  iştirak etmişdir.

ET Baytarlıq İnstitutunun əməkdaşlarından S.Bayramov quşların askaridioz və heterakidozuna qarşı anthelmint təsirli Alben və Askazin kimyəvi dərman preparatlarını Masallı rayonunun quşçuluq təsərrüfatlarında tətbiq etmişdir.

A.Süleymanova balıqların akantosefalyozuna qarşı 20,0% tetramizol qranulyat preparatını Çaykənd qızılbalıq artırma zavodunun balıqçılıq təsərrüfatlarında tətbiq etmişdir.



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin