Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   ...   24   25   26   27   28   29   30   31   32

Səmərəli qidalanmaın islami prinsipləri 

 

Müasir  elmdə  əsas  tutulan  səmərəli  qidalanmanın 



prinsipləri  14  əsr  öncə  Islamda  təlqin  olunan 

buyuruqlarda və Peyğəmbərimizin (s.ə.v.) hədislərində 

deyilmişdir. Hədislərdə qidalanma haqqında çox dərin 

elmi  əsası  olan,  lakin  14  əsr  öncə  insanlara  izah 

edilməsi  qeyri-mümkün  olan  fikirlər  günah  və  savab

halal

 və haram baxımından söylənilmişdir:  

“Acmamış süfrəyə oturmayın”,  

“Çox yemək pis şeydir”,  

“Ümmətim üçün ən çox qorxduğum şeylər köklük, 

çox yatmaq və tənbəllikdir”,  

“Yeməyi  qəbul  etməzdən  əvvəl  və  sonra  əlləri 

yuduqda yeməyə xeyir-dua verilir”,  

“Qonşusu ac olan dindar doyunca yeməz”,  

“Insan  oğlunun  mədəsini  doldurmasından  daha 

zərərli  bir  şey  yoxdur.  Adəm  nəslinə  belini 

doğruldacaq  bir  tikə  loxma  bəsdir.  Əgər  çox  lazım 

olarsa, onda mədənin üçdə birini yemək, üçdə birini su 

və üçdə birini tənəffüs üçün ayırın”. 

“Üç şey rədd olunmaz – biri süd, biri yumurta, biri 

də  yağ”.  Bu  yağ  yerdən  çıxan  yağdır,  yəni  bitki 

yağıdır. 

ə

l-Muminun surəsində buyurulur: “Sina dağından 



çıxan  bir  ağac  da  yaratdıq  ki,  o  yeyənlər  üçün 

zeytun və (çörəyin üstünə yaxılan, xörəyə qatılan) yağ 

bitirər”. (əl-Muminun, 23/20). 

Peyğəmbərimiz  (s.ə.v.)  də  bu  xüsusda  “Zeytun 



yağı yeyin və ömür sürün” kəlamını buyurmuşdur. 

“Kişi  həzm  edəməyəcəyi  qədər  yeyərsə,  zərər 

görər. Süfrədən doymadan qalxmaq lazımdır”.  


 

358


Yeməyi aramla yemək, xırda tikələr şəklində ağıza 

qoyub  lazımınca  çeynəməklə  doyumluq  hiss  etmək 

mümkündür.  Bu  zaman  qida  yaxşı  həzm  olunur. 

Bəziləri belə hesab edirlər ki, düzgün qidalanma daha 

çox  və  dadlı  yeməklər  qəbul  edilməsinə  əsaslanır. 

Yağlı, şirin və unlu məmulatla qidalanmaqla kökəlmək 

insan orqanizminə ziyandır. 

ə

l-Əraf  surəsi  31-ci  ayədə  buyurulur:  “…yeyin-



için,  lakin  israf  etməyin,  çünki  Allah  israf  edənləri 

sevməz”,  kəlamı  da  səmərəli  qidalanmaya  bir 

nəsihətdir.  

Kök  bir  adama  işarə  ilə  Peyğəmbərimiz  (s.ə.v.) 

buyurmuşdur:  

“Kaş  ki,  qarnın  belə  kök  olmayaydı,  sənin  üçün 

daha xeyirli olardı”.  

“Çox  yeməklə  sağlıq  və  sağlam  olmaq  bir  arada 

ola bilməz”.  

“Mədəni  yemək  və  içməklə  tikəbasa  doldurmaq-

dan çəkinin. Çünki belə yemək bədəni pozar, xəstəliyə 

səbəb olar. Eyni zamanda Allah piylənmiş kök bədəni 

olanları sevməz”. 

Bir başqa hədisdə buyurmuşdur:  

“Çox  yeyib-içməklə  qəlblərinizi  öldürməyin.  Zira 

qəlb  bir  əkin  tarlası  kimidir,  çox  su  basınca  toxumu 

kəsər və çürüdər”.  

“Qəlbin daralması toxluqdandır”. Həzrəti Ömər də 

köklüyə qarşı belə deyir:  

“Kökəlməkdən  çəkinin.  Çünki  köklük  vücudu 

boğur, xəstəlik gətirir”. 

Müasir dövrdə insanların rahatsızlığına səbəb olan 

amillər  –  yağlı  diyet,  duzlu  diyet  və  köklükdür.  Insan 

həmişə  öz  qidasına  fikir  verməli,  nə  yediyini,  necə 


 

359


yediyini və nə üçün yediyini dərk etməlidir. 

Ə

bəsə surəsi 24-32-ci ayələrdə buyurulur: “Insan 



hələ  bir  yeməyinə  baxsın  (görsün  ki,  ona  necə  ruzi 

verdik).

  Həqiqətən,  biz  yağışı  bol  yağdırdıq.  Sonra 

yeri  yardıq.  Belə  ki,  orada  dən  (dənli  bitkilər)  gö-

yərtdik:  üzüm  və  yonca;  zeytun  və  xurma  bağları; 

ağacları  bir-birinə  sarmaşan  bağçalar;  növbənöv 

meyvələr və ot, ələf yetişdirdik. (Bütün bunlar) sizin 

və heyvanlarınızın istifadəsi üçündür!”. 

“Qurani-Kərim”in  ayələrində  qida  məhsulları  və 

qidalanma  haqqındakı  buyuruqlar  müasir  elmi 

tədqiqatlarla  hələ  tam  açılmamışdır.  Ona  görə  də  bir 

kiçik  yazıda  onların  dəryada  bir  damcısını  izah etmək 

baxımından  öz  bildiklərimizi  oxuculara  çatdırmaq 

istədik. Əgər səhvə yol vermişiksə, Allah-Təala bizi öz 

dərgahında bağışlasın və günahımızdan keçsin. 

Bu mövzuda yazımı Ulu Peyğəmbərimizin (s.ə.v.) 

bir hədisi ilə qutarmaq istərdim:  

“Hər  şeyin  gözəlliyi  vardır.  Dünyada  sağlamlığın 

gözəlliyi  dörd  şeydir.  Az  danışmaq,  az  yatmaq,  az 

yemək, az cinsi yaxınlıq etməkdir” 

 

Səmərəli qidalanmanın müasir prinsipləri 



 

Insanın yaşadığı yerdən və yediyi xörəklərdən asılı 

olmayaraq  ərzaq  məhsullarının  tərkibindəki  qidalı 

maddələr  insanın  həyat  fəaliyyəti  üçün  enerjinin, 

orqanizmdəki  toxumaların  inkişafı  və  bərpasında  üzvi 

materialın,  maddələr  mübadiləsinin  tənzimlənməsində 

bioloji fəal maddələrin mənbəyi hesab edilir. Bunlarsız 

həyat  ola  bilməz.  Çünki  orqanizmdə  gedən  proseslərə 

daim enerji və materiya sərf edilir. Enerji, orqanizmdə 

karbohidratlar, yağlar və zülallar oksidləşdikdə yaranır, 



 

360


bunları əmələ gətirən isə maddələrdir. Bu maddələrdən 

başqa  orqanizmə  vitaminlər  və  mineral  duzlar, 

sellüloza,  ekstraktiv  və  başqa  dad  və  tamverici 

maddələr lazımdır. 

Gün  ərzində  qəbul  ediləcək  qida  payının  enerji 

dəyərini  və  keyfiyyət  tərkibini  işin  xarakterindən, 

insanın  yaşından,  bədənin  uzunluğundan  və  kütlə-

sindən,  orqanizmin  fizioloji  vəziyyətindən  (hamiləlik, 

uşaq  əmizdirmək),  iqlim  şəraitindən  və  başqa 

amillərdən  asılı  olaraq  təyin  edirlər.  Sağlam,  səmərəli 

qidalanma  üçün  əsas  şərtlərdən  biri  orqanizmə  lazım 

olan  qida  maddələrinin  optimal  miqdarda  və  vaxtlı-

vaxtında qəbul edilməsidir. 

Insan nə üçün  yediyini, hansı məhsulları nə qədər 

və  necə  yeməyi  mütləq  bilməlidir.  Eyni  tərkibli  qida 

məhsulları ilə hər gün qidalanmaq orqanizmə ziyandır, 

çünki bu zaman qidada bir qrup maddələr çoxluq təşkil 

edir, digərləri isə çatışmır. 

Bəziləri  belə  hesab  edirlər  ki,  düzgün  qidalanma 

daha çox və dadlı yeməklər qəbul edilməsinə əsaslanır. 

Ə

slində isə belə deyil. Bunun üçün səmərəli qidalanma 



prinsiplərini,  iqlim  şəraitini  və  əməyin  xarakterindən 

asılı olaraq enerji sərfini nəzərə almaq lazımdır. 

Müxtəlif  qida  məhsulları  ilə  insan  minə  qədər 

maddə  qəbul  edir,  bunlardan  100-ə  qədəri  orqanizmin 

normal  həyat  fəaliyyəti  üçün  vacibdir.  Zülal,  yağ, 

karbohidrat,  su  və  mineral  maddələrlə  yanaşı  bir  çox 

ə

vəzedilməz  amillər  vardır.  Bunlara  əvəzedilməz 



aminturşuları,  polidoymamış  yağ  turşuları,  ballast 

karbohidratlar,  makro-,  mikro-  və  ultramikro-

elementlər,  vitaminlər,  vitaminəbənzər  maddələr,  bir 

çox  bioloji  fəal  maddələr  aiddir.  Bu  maddələrin 



 

361


gündəlik  qida  rasionunda  çatışmaması  insanın 

sağlamlığına  mənfi  təsir  göstərir.  Bunların  miqdarı 

heyvanat  və  bitki  mənşəli  məhsullarda  müxtəlifdir. 

Ona  görə  də  qida  rasionunun  kaloriliyi,  mənimsənil-

məsi və orqanizmə xeyri onun tərkibindən asılıdır. 

Qidalılıq və enerji dəyəri həm də məhsulun dad və 

tamlılıq  məziyyətlərindən  asılıdır.  Xeyirli  qida 

məmnuniyyətlə  yeyilməlidir.  Ona  görə  də  səmərəli 

qidalanmanın  ümumi  prinsipləri  ilə  yanaşı  milli 

ə

nənələr də nəzərə alınmalıdır. 



Qida  normaları  və  qidalanmanın  səmərəliliyi 

nəzərə alınmaqla əsasən 7 şərtə əməl olunmalıdır: 



B i r i n c i   ş ə r t . Qida ilə orqanizmə daxil olan 

enerji  ilə  orqanizmin  sərf  etdiyi  enerji  arasındakı 

bərabərlik,  başqa  sözlə  enerji  balansı.  Əgər  insan 

orqanizminə  qida  maddələri  ilə  sərf  etdiyi  enerjidən 

artıq enerji daxil olursa, kökəlmə baş verir və maddələr 

mübadiləsi  pozulur.  Əksinə,  sərf  etdiyindən  az  daxil 

olursa,  insan  arıqlayır.  Yaşlı  insan  bədəninin  stabil 

çəkidə  qalması  səmərəli  qidalanmanın  bu  «qızıl  qay-

dası»-na  əməl  olunduğunu  göstərir.  Bu  cəhətdən 

Azərbaycan  xalqının  öz  xüsusiyyətləri  vardır.  Gündə 

üç  dəfə  qida  qəbulu,  müxtəlif  ərzaq  məhsulları  ilə 

qidalanmaq xalqımıza xas olan adətdir. 

Qeyd etmək lazımdır ki, islam dininə əsasən insanın 

doyumdan  artıq  yeməsi  və  acmamış  qida  qəbul  etməsi 

günah hesab edilir. Bu, Azərbaycan xalqı üçün səmərəli 

qidalanmanın birinci prinsipinin əsasını təşkil edir. 

Qida  ilə  qəbul  olunan  1  q  zülal  orqanizmdə 

oksidləşdikdə  4,0  kkal  (16,7  kCoul),  1  q  karbohidrat 

3,75  kkal  (15,7  kCoul),  1  q  yağ  isə  9,0  kkal  (37,7 

kCoul) enerji verir. Əgər sutkalıq qida rasionunda 80,0 



 

362


q zülal, 80,0 q yağ və 500,0 q karbohidrat olarsa, onda 

belə  rasionun  ümumi  enerji  dəyəri  2915  kkal  və  ya 

12196  kCoul  olur  (1  kkal  =  4,186  kCoul).  Qidanın 

tərkibini  bilməklə  onun  enerji  dəyərini  hesablamaq 

olar. 

100  q  müxtəlif  ərzaq  məhsulları  aşağıdakı 



miqdarda kkal ilə enerji verir: 

 

Çovdar çörəyi - 170  



Bişmiş kartof - 82 

Buğda çörəyi - 240    

Alma - 39 

Pirojna - 320-570   

Bişmiş mal əti - 254 

Şə

kər - 379   



 

1 ədəd yumurta - 63 

Süd - 59 

 

 



Bişmiş treska - 78 

Inək yağı - 749 

 

Pivə - 40-50 



Günəbaxan yağı - 899 

Turş şərab - 65-71 

 

Ə

sas  enerji  balansında  sakit  həyat  tərzi  keçirən 



insanlar  üçün  enerji  itkisi  gündə  kişilər  üçün  1600, 

qadınlar  üçün  1400  kkal-dır.  Bundan  başqa  müxtəlif 

fiziki aktivlikdə enerji itkisi də müxtəlifdir. 

 1  saatda  kütləsi  60  kq  olan  orta  yaşlı  adam  üçün 

enerji itkisi kkal ilə aşağıdakı kimidir. 

Yuxuda olarkən - 50                   Laboratoriyada  ayaq 

Yuxulamadan uzanarkən – 65    üstə işlədikdə-150-170 

Bərkdən oxuyarkən - 100 

     Sakit yeridikdə -190 

Laboratoriyada oturan  

     Bərk yeridikdə - 300 

yerdə işlədikdə -110                Qaçdıqda - 360 

Ev işləri gördükdə - 120-140      Üzdükdə - 180-400 

 

Insanın  qida  ilə  qəbul  etdiyi  enerji  onun  işinə, 



həyat tərzinə uyğun olmalıdır. Nə qədər enerji orqaniz-

mə daxil olursa, bir o qədər də enerji sərf olunmalıdır. 



 

363


I k i n c i   ş ə r t .  Orqanizmin  tələbinə  uyğun 

olaraq  qidanın  keyfiyyətcə  tam  dəyərli  olması.  Başqa 

sözlə,  gündəlik  qida  rasionunda  bütün  qida 

maddələrinin  –  zülalların,  yağların,  karbohidratların, 

vitaminlərin  və  mineral  maddələrin  həm  kəmiyyət  və 

həm də keyfiyyətcə olması. 

Qidanın keyfiyyət tərkibi dedikdə onun tərkibində 

orqanizmə  lazım  olan  bütün  maddələrin  olması  və 

bunların optimal tarazlığı nəzərdə tutulur. 

Orta  yaşlı  adam  üçün  lazım  olan  əsas  qida 

maddələrinin  q-la  miqdarı  aşağıdakı  kimidir:  zülal  – 

85;  yağ  –  102;  həzm  olunan  karbohidratlar  –  382;  o 

cümlədən mono- və dişəkərlər – 100; mineral maddələr 

(mq-la):  kalsium  –  800;  fosfor  –  1200-1500;  maqne-

zium  –  400;  dəmir  –  14-15;  vitaminlər  (mq-la):  B

1

 



(timain)  –  1,7;  B

2

  (riboflavin)  –  2,0;  PP  (nikotin 



turşusu,  niasin)  –  19;  B

6

  (piridoksin)  –  20;  B



12

 

(sianokobalmin)  –  3  mkq;  C  (askorbin  turşusu)  –  70 



mq; B

9

 (fol turşusu, folasin) – 200 mkq; E (tokoferol) – 



10 mq və ya 15 BV; A (retinol) – 1600 mkq; D – 2,5 

mkq və ya 100 BV. 

Vətənimizdə  meyvə-tərəvəz  bolluğu  qidamızın 

mineral  və  vitamin  tərkibinin  zənginləşməsinə  imkan 

verir.  Bununla  yanaşı  gündəlik  istehlak  olunan  zülal-

ların  tərkibində  mütləq  8  əvəzedilməz  aminturşuları 

ideal aminturşuları şkalasına uyğun olmalıdır. 

Ə

vəzedilməz  aminturşular  ət,  süd,  yumurta 



zülallarında  vardır.  Qida  ilə  orqanizmə  daxil  olan 

yağların tərkibində həm doymamış və həm də doymuş 

yağ turşuları vardır. Əgər orta hesabla gündə 100 q yağ 

qəbul ediriksə, onun tərkibində doymamış yağ turşuları 

daha  çox  olan  bitki  yağlarının  miqdarı  ən  azı  30  q 


 

364


olmalıdır. Ümumiyyətlə, yağlarla orqanizmə gündə 2-6 

q  polidoymamış  yağ  turşularından  linol,  linolen  və 

araxidon turşuları daxil olmalıdır. 

Azərbaycan milli kulinariyasında bitki yağları çox 

az  istifadə  olunur.  Lakin  bir  çox  kulinar  məmulatları, 

milli  xörəklərimiz  və  Azərbaycan  şirniyyatı,  qoz, 

fındıq,  badam  ləpəsi  əlavə  edilməklə  hazırlanır.  Bun-

ların  tərkibindəki  yağlar  (45-60%)  polidoymamış  yağ 

turşuları  ilə  zəngindir  və  bu  baxımdan  orqanizmə 

xeyirlidir. 

Gündəlik qida ilə qəbul olunan karbohidratlar 365-

400  q  təşkil  edir.  Bunun  50-100  q  şəkərin,  10-15  q 

ballast  karbohidratların,  o  cümlədən  6-10  q  sellülo-

zanın, 5-6 q pektin maddələrinin payına düşməlidir. 

Qida  maddələrinin  qəbulu,  onların  keyfiyyət  və 

kəmiyyətcə  miqdarı  insanın  yaşından,  cinsindən, 

ə

məyin  xarakterindən,  iqlim  şəraitindən  və  başqa 



amillərdən asılıdır. 

Ü ç ü n c ü   ş ə r t .   Müxtəlif  çeşidli  ərzaq 

məhsullarından  və  emal  üsullarından  istifadə  etməklə 

qidanın  tərkibini  zənginləşdirmək.  Bu  prinsipə 

Azərbaycan milli kulinariyası tam uyğun gəlir. 

Milli xörəklərimizin əksəriyyəti ət və ət məhsulları 

ilə  hazırlanır.  Bunlara  əsasən  qoyun  əti,  nisbətən  az 

mal əti, ev və ov quşları və balıq daxildir. Ət müxtəlif 

formada,  ən  çox  qızardılmış  və  pörtlədilmiş  şəkildə 

istehlak edilir. Azərbaycanlılar ət qiyməsindən (döyül-

müş  ətdən)  hazırlanan  xörəklərə  daha  çox  meyl 

göstərirlər. 

Kulinariyamız  tərəvəz  bolluğu  ilə  məşhurdur. 

Müxtəlif  göyərtilər,  badımcan,  pomidor,  şirin  istiot 

(bibər),  kələm,  paxla;  meyvələrdən  alma,  heyva, 



 

365


qurudulmuş  ərik  və  kişmiş  ilə  hazırlanan  milli 

xörəklərimiz  zəngin  kimyəvi  tərkibə  malik  olmaqla 

orqanizm üçün faydalıdır. 

Qafqazın başqa xalqlarının kulinariyasından fərqli 

olaraq  Azərbaycan  kulinariyasında  müxtəlif  ətirli 

göyərti,  ədviyyat  və  tamlı  qatmalar  çox  işlədilir.  Bu 

onunla  əlaqədardır  ki,  hələ  qədim  zamanlarda  Şərq 

ölkələrindən  Avropaya  ədviyyat  Azərbaycan  ərazisin-

dən  keçirilərək  aparılmışdır  və  bunlar  söz  yox  ki,  o 

dövrdən  milli  kulinariya  məhsullarının  tərkibinə  daxil 

olmuşdur.  Məs.,  darçın,  badyan,  qara  və  ətirli  istiot, 

mixək, muskat cövüzü, hil, zəncəfil, sarıkök və s. 

Xörəklərimizdə müxtəlif tamlı qatmalardan (abqo-

ra, narşərab, albuxara, qora, nar, alçaşərab, əzgilşərab, 

limon,  qaysı,  lavaşana,  sumaq,  zoğal  axtası,  alça 

turşusu  və  s.),  ədviyyələrdən  istifadə  olunması  onlara 

xoşa  gələn  dad  və  ətir  verməklə  yanaşı,  həm  də  bitki 

mənşəli  bioloji  aktiv  maddələrlə  onları  zənginləşdirir. 

Ə

dviyyələr  və  tamlı  qatmalar  iştahanın  artmasına  və 



qidanın  yaxşı  mənimsənilməsinə  müsbət  təsir  edir. 

Iştaha  isə  səmərəli  qidalanmanın  və  sağlamlığın 

açarıdır. 

D ö r d ü n c ü   ş ə r t .  Qidanı  düzgün  bişirmək, 

ona  xoşagələn  dad  və  ətir,  cəlbedici  xarici  görünüş 

verməklə  iştahanın  artmasını  və  qidanın  mənimsənil-

məsini  təmin  etmək.  Bu  prinsipə  müvafiq  olaraq 

Azərbaycan  kulinariyasında  xörəklərin  hazırlanmasına 

ciddi  fikir  verilir.  Burada  pörtmək  və  bişirmək, 

qovurmaq və qızartmaq, yarımhazır bişirmək və dəmə 

qoymaq,  müxtəlif  kombinələşmiş  emal  üsullarından 

istifadə  edilir.  Qidanın  xoşagələn  dada  və  ətrə  malik 

olması  ədviyyələrin  və  tamlı  qatmaların  geniş  istifadə 



 

366


edilməsini nəzərdə tutur. 

Azərbaycan kulinariyası xörəklərini süfrəyə verər-

kən  onları  zövqlə  tərtibə  salır,  xoş  görünüş  verirlər. 

Xörəyi  tərtibə  saldıqda  onun  hansı  qabda  süfrəyə 

verilməsi böyük əhəmiyyət kəsb edir. Gözəl qab-qacaq 

içərisində  zövqlə  tərtibə  salınmış  yemək  süfrəyə 

cəlbedici görünüş verir, bu da öz növbəsində iştahanın 

artmasına  və  qəbul  edilən  qidanın  həzminə  və 

mənimsənilməsinə müsbət təsir göstərir. 

B e ş i n c i   ş ə r t .  Qida  qəbulu  rejiminə  əməl 

olunması. Ancaq müəyyən saatlarda  yemək və  yeyilə-

cək  qidanı  hər  dəfəyə  düzgün  bölüşdürməklə  qidalan-

ma rejiminə əməl olunması sağlamlığın rəhnidir. 

Nəzərə  alınmalıdır  ki,  qidalanma  rejimi  xalqın 

həyat  tərzi,  yaşadığı  iqlim  şəraitindən  asılıdır.  Azər-

baycanlılar gündə 3 dəfə – səhər yeməyi, nahar və şam 

yeməyi – qida qəbul edirlər. Lakin bəzi alimlər gündə 

4-6  dəfə  qidalanmanın  tərəfdarıdırlar.  Belə  güman 

edirlər ki, az miqdarda, lakin tez-tez qida qəbulu insanı 

kökəlməyə qoymur. 

Qidalanma  rejimi  dedikdə  qidanın  müəyyən 

saatlarda  yeyilməsi  və  gün  ərzində  yeyiləcək  qidanın 

bütün  günə  düzgün  bölüşdürülməsi  başa  düşülür. 

Qidanın  ancaq  müəyyən  saatlarda  yeyilməsi  iştahanın 

yaxşılaşmasına  və  qidanın  həzm  olunmasına  kömək 

edir.  Qida  qəbulu  arasındakı  fasilə  5  saatdan  artıq 

olmamalıdır.  Qida  qəbulu  gecikdikdə  beyin  qabığının 

oyanması  zəifləyir,  əmək  qabiliyyəti  azalır,  həzm 

vəzilərinin  ahəngdar  fəaliyyəti  pozulur.  4  saatdan  bir, 

gündə dörd dəfə  yeyilən qida daha  yaxşı həzm olunur 

və əmək qabiliyyəti saxlanılır. 

Qidalanma  rejiminin  də  öz  növbəsində  4  prinsipi 


 

367


vardır: 

1.  Günün  eyni  vaxtında  qida  qəbulu.  Üç  dəfə  – 

səhər saat 9-da, günorta saat 14-də və axşam saat 19-da 

qida qəbul edilir. 

2.  Gün  ərzində  qidanın  düzgün  bölünməsi.  Bu, 

insanın  həyat  tərzindən,  iş  üslubundan  və  gündə  neçə 

dəfə  qida  qəbul  etməsindən  asılı  olaraq  miqdarca 

bölünür. 

3. Hər dəfə qida qəbulunda səmərəli qidalanmanın 

təşkili. Başqa sözlə, çalışmaq lazımdır ki, səhər, nahar 

və  şam  yeməyinin  tərkibində  zülal,  karbohidrat,  yağ, 

mineral maddə və vitaminlər mütləq olsun. Bu baxım-

dan azərbaycanlılar səhər pendir, qaymaq, süd, yumur-

ta və s. məhsullarla qidalanırlar. Nahar və şam yeməyi 

üçün  ət,  toyuq,  balıq  və  süd  məhsullarından,  kartof, 

tərəvəz əlavə etməklə qidalı xörəklər hazırlayırlar. 

4.  Qida  payının  gün  ərzində  fizioloji  cəhətdən 

bölünməsi.  Qida  qəbulu  arasında  müəyyən  fasilənin 

olması. 

Səhər  yeməyi  –  sutkalıq  qidanın  kalori  cəhətdən 

20-dən  30%-ə  qədərini  təşkil  edir.  Səhər  çox  dadlı 

yeməklər – xörəklərdən nümrü qayqanaq, ballı qayqa-

naq, südlü düyü sıyığı, həlimaşı və s. bu kimi xörəklər 

yemək, isti çay, kakao və qəhvə içmək yaxşıdır. 

Ikinci  qəlyanaltı  və  ya  ikinci  səhər  yeməyi 

sutkalıq  qida  payının  10-dan  25%-ə  qədərini  təşkil 

edir.  Bu  zaman  salat,  buterbrot,  çayla  peçenye  və  s. 

yemək olar. 



Nahar  –  bir  qayda  olaraq  sutkalıq  qida  payının 

40-50%-ni  təşkil  edir.  Iş  günü  qurtardıqdan  sonra 

nahar  etmək  məqsədəuyğundur.  Naharda  xörəkləri 

aşağıdakı  ardıcıllıqla  yemək  məsləhətdir:  soyuq 



 

368


qəlyanaltı,  duru  (sulu)  isti  xörək,  quru  (ikinci)  isti 

xörək və şirin təam. 

Duru  xörək  ət,  düyü,  yarma  və  ya  makarondan 

hazırlandıqda, quru xörək ev və ov quşlarından, balıq-

dan  hazırlanmalı,  yanında  tərəvəz  və  kartofdan  qarnir 

verilməlidir.  Əksinə,  duru  xörək  kartof  və  ya 

tərəvəzdən  hazırlandıqda  quru  xörək  üçün  yarma  və 

makarondan qarnir (löküt) verilməlidir. 

Insan  naharda  quru  xörək  yedikdən  sonra  doyur, 

lakin  xörəklərdən  sonra  şirin  təam  yedikdə  fizioloji 

cəhətdən  daha  çox  ləzzət  almış  olur.  I.N.Pavlov  bu 

barədə  yazır:  «Qidaya  tələb  nəticəsində  məmnuniy-

yətlə 

başlanmış 



yemək, 

məmnuniyyətlə 

də 

qurtarmalıdır,  tələbin  ödənilməsinə  baxmayaraq  bu 



tələbin  son  obyekti  özünə  qətiyyən  həzm  işi  tələb 

etməyən şəkər olmalıdır». Bu baxımdan hələ qədimdən 

Azərbaycanda  nahar  və  şam  yeməyi  şərbət  və  ya 

ş

irniyyatla başa çatdırılır. 



Ş

am yeməyi – yüngül olmalı və sutkalıq kalorinin 

ə

n  çoxu  15-20%-ni  təşkil  etməlidir.  Şam  yeməyi  asan 



həzm  olunan  və  sinir  sistemini  oyatmayan  karbohid-

ratlı-südlü yeməkdən ibarət olub yatmazdan ən azı 1,5-

2 saat əvvəl qəbul olunmalıdır. 

A l t ı n c ı   ş ə r t .   Yeyinti  məhsullarını  qəbul 

etdikdə,  daşıdıqda,  saxladıqda  və  bişirdikdə  sanitariya 

qaydalarına  əməl  etmək,  qidanı  zərərsizləşdirmək, 

bununla  da  qida  ilə  zəhərlənmənin  və  infeksiyanın 

qarşısının  alınmasını  təmin  etmək.  Bu  prinsipə  əməl 

olunması  əvvəla  Azərbaycan  kulinariyasında  istifadə 

olunan qab-qacaqdan başlanır. 

Azərbaycanın  milli  xörəkləri  qədimdən  mis 

qazanlarda  hazırlanır.  Indi  yenə  də  Azərbaycanın  bir 


 

369


çox  rayonlarında  və  kənd  yerlərində  xörəyi  mis 

qazanlarda bişirirlər. Bu zaman xörək daha dadlı olur. 

Bəzi  milli  xörəkləri  mis  qazan  olmadan  hazırlamaq 

mümkün  deyildir.  Keçmişdə  olduğu  kimi  indi  də  mis 

qazanları  və  qabları  vaxtaşırı  qalaylayırlar  ki,  xörəyə 

və  eləcə  də  orqanizmə  həddindən  artıq  mis  düşməsin. 

Çünki  qida  məhsullarında  misin  miqdarı  5-8  mq/kq-

dan  çox  olmamalıdır,  qalayın  isə  120-150  mq/kq-a 

qədər olmasına standart üzrə yol verilir. 

Milli xörəklərin bir qismi, məsələn, piti aşxana və 

restoranlarda  xüsusi  gil  qablarda  (piti  qablarında) 

bişirilir və onun içərisində də süfrəyə verilir. 

Müasir  dövrdə  qidanın  zərərsizləşdirilməsi  böyük 

ə

həmiyyət  kəsb  edir.  Ekoloji  vəziyyətin  pisləşməsi, 



meyvə-tərəvəzin  yetişdirilməsində  gübrələrdən  və 

müxtəlif  pestisidlərdən  istifadə  olunması  onların 

tərkibində  nitratların  və  nitritlərin,  ksenobiotiklərin 

normadan  çox  olmasına  səbəb  olur.  Bütün  bunlar 

müasir qidalanmada nəzərə alınmalıdır. 


Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin