Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

gedən günlərin orucunu tamamlayasınız və sizi düz 

yola  yönəltməsinə  görə  ona  (“Allahu  əkbər” 

deməklə)

 təzim və şükr edəsiniz”. (əl-Bəqərə, 2/185). 

Oruc tutmaq niyyəti ilə dan yerinin ağarmasından 

günəş  batıncaya  qədər  bir  şey  yeyib-içmək,  dadına 

baxmaq  kimi  şeylərdən  özünü  məhrum  etmək  surətilə 

bədənlə edilən bir ibadətdir.  

Yetkinlik  yaşına  gələn,  ağıllı  hər  bir  müsəlmanın 

Ramazan ayında bir ay oruc tutması fərzdir.  

Oruc dəlilərə, uşaqlara fərz deyildir. 


 

283


Qadınların  aybaşı  və  zahılıq  vaxtlarında  oruc 

tutmaları  haramdır.  Xəstələrin,  yolçuların  (səfərdə 

olanların),  əmzikli  qadınların  Ramazanda  oruc 

yemələrinə  izn  vardır.  Yedikləri  günlərin  oruclarını 

Ramazandan başqa bir zamanda tuta bilərlər.  

Oruc tutmaq üçün niyyət etmək, niyyətin başlama 

və  bitmə  zamanı  bilmək,  dan  yerinin  ağarmasından 

günəş  batıncaya  qədər  orucu  pozan  şeylərdən 

çəkinmək orucun fərzlərindəndir.  

Ödənən  Ramazan  orucu  ilə,  diləmə  və  kəffarət 

(cəza)  oruclarında  günəşin  batmasından  dan  yerinin 

ağarmasınadək  niyyət  etmək  lazımdır.  Niyyət  qəlb  ilə 

olur. Dillə söylənilməsi savabdır.  

Orucun növləri aşağıdakılardır.  



Fərz olan oruclar: Ramazan ayında tutulan oruc-

la, sonradan ödənən (qəza edilən) Ramazan orucudur.  



Vacib  olan  oruclar:  Diləmə  orucu,  bilərək  yeyi-

lən diləmə oruclarının ödənilməsi (qəzası) vacibdir. 



Sünnət  olan  oruclar:  Fərz  və  vacib  olmayan 

oruclardır. Məhərrəm ayının 9 və 10-cu günləri tutulan 

oruclar kimi. 

Müstəhəb  olan  (xeyirxah  bir  iş  kimi)  oruclar

Qəməri ayların 13, 14 və 15-ci günləri tutulan oruclar. 



Məkruh olan oruclar: Novruz günü və Məhərrəm 

ayının yalnız 10-cu günü tutulan oruclar. 



Haram  olan  oruclar:  Ramazan  bayramının  ilk 

günü  ilə,  Qurban  bayramının  birinci  4  günləri  oruc 

tutmaq haramdır.  

Oruc  tutmaq  istəyən  şəxslər  oruc  tutacağı  günün 

axşamı  və  ya  səhəri  sübh  azanından  qabaq  niyyət 

etməlidir.  Niyyəti  dilə  gətirməsi  şərt  deyil,  qəlbindən 

keçirsədə kifayət edər. Axşam və ya sübh namazından 


 

284


qabaq  niyyət  etməyi  unutduqda,  günorta  namazına 

qədər  niyyət  edə  bilərlər.  Əgər  niyyət  etmədən  bütün 

batil edən şeylərdən  çəkinsə belə və  günortadan sonra 

yadına  düşərsə,  orucu  batil  olar.  Ramazan  ayının 

niyyətini  hər  axşam  səhəri  gün  üçün,  ya  da  Ramazan 

ayının  birinci  axşamı  bütün  ay  üçün  etmək  olar.  Oruc 

tutmağa  başlamazdan  əvvəl  kimin  boynunda  qüslü 

olarsa, onu almalı və sonra orucunu tutmalıdır.  

 

Orucu pozan şeylə

 

Orucu batil edən hallar aşağıdakılardır:  



1.  Oruc tutan şəxs bilərəkdən bir şey yeyib-içərsə, 

orucu  batil  olar.  Əgər  unutqanlıq  üzündən  nəsə 

yeyərsə,  orucu  batil  olmaz.  Baş  və  sinəsinin  bəlğəmi 

ağızın  içinə  daxil  olmayıbsa,  onu  udmaq  orucu  batil 

etməz, daxil olduqda isə onu udmaması vacibdir. Ağız 

suyunu udmaq isə, istər az olsun, istərsə də çox, orucu 

batil etməz.  

2.  Bilərəkdən cinsi əlaqədə olmaq orucu batil edir. 

Unutqanlıq üzündən olduqda isə batil etmir. Əgər cinsi 

yaxınlıq  zamanı  oruc  olduğu  yadına  düşərsə,  davam 

etməməli və dərhal dayanmalıdır, cinsi  yaxınlıq etmə-

dən  mazaqlaşmaq  isə  orucluq  vaxtı  bəyənilməyən 

ə

məllərdəndir. 



3.  Insanın  ananizm  ilə  məşğul  olması  haram 

olmaqla yanaşı, onun orucunu da batil edir. Lakin əgər 

yuxuda  ikən  ondan  sperma  xaric  olarsa,  bu  hal  orucu 

batil  etməz.  Bu  zaman  sübh  namazına  qədər  qüsl 

alınmalıdır.  

4.  Yaxşı olar ki, insan oruc tutduğu vaxtlarda bu-

xar  və  tüstünün  də  boğazına  çatmasına  imkan  ver-

məsin.  Bu  hal  qeyri-ixtiyari  olaraq  baş  verdikdə  oruc 



 

285


batil olmur. 

5.  Unutqanlıq  və  ya  məcburiyyətdən  başını  suya 

batırdıqda  isə  orucu  batil  olmur.  Lakin  dənizdə  və  ya 

hovuzda başı suya batırmaq orucu batil edir.  

6.  Allahın,  Peyğəmbərin  (s.ə.v.)  və  Məsum 

Imamların (ə) adından yalan danışmaq orucu batil edir, 

yəni  Quranda  olmayan  hər  hansı  bir  ayəni  Quranla 

ə

laqələndirmək  və  ya  Peyğəmbər  (s.ə.v.)  və  Məsum 



Imamların  (ə)  demədikləri  bir  sözü  onlara  aid  etmək 

orucu  batil  edir.  Yaxşı  olar  ki,  insan  dəqiq  bilmədiyi 

Quran  ayəsini,  Peyğəmbər  (s.ə.v.)  və  Məsum 

Imamların (ə) hədislərini də bilmədən deməsin. Bu işi 

səhvən gördükdə orucu batil olmur. 

7.  Məcburiyyət  və  ya  müalicə  üzündən  olsa  belə, 

imalə  orucu  batil  edir.  Bu  müddət  ərzində  oruc  tuta 

bilməyən  şəxslər  sağaldıqdan  sonra  tutmadıqları 

günlərin müqabilində qəza orucları tutmalıdırlar.  

8.  Cənabət  və  ya  heyz  halında  bilərəkdən  sübh 

namazına  qədər  qüsl  almamaq  da  orucu  batil  edir. 

Sübh azanından sonra yuxudan oyanaraq boynuna qüsl 

gəldiyini  görən  şəxslər  cənabət  qüslü  alaraq 

namazlarını  qılıb  oruclarını  davam  edə  bilərlər.  Heyz 

qanı görən qadınlar eyni qaydada olaraq sübh azanına 

qədər qüsl alıb oruclarını davam etməlidirlər. 

9.  Orucu  batil  edən  şeylərdən  biri  də  qusmaqdır. 

Bu  iş  qeyri-ixtiyari  olaraq  baş  verdikdə,  orucu  batil 

etmir. 

 

Orucu pozmayan şeylə



 

1.  Unudaraq  bir  şey  yeyib-içmək.  Yada  düşüncə 

dərhal dayandırılmalıdır.  

2.  Yuxuda  cünüb  (natəmiz)  olmaq,  cünub  olaraq 



 

286


səhər  ayağa  qalxmaq  və  qüsl  almaq,  özündən  asılı 

olmayaraq boğaza, buruna toz və duman kimi şeylərin 

girməsi orucu pozmaz. 

3.  Sahura  (obaşdanlıq)  qalxmaq,  sahuru  gec 

yemək,  iftara  hazırlaşmaqda  tələsmək  və  dua  oxumaq 

savabdır.  

4.  Oruc Yaradanımıza qarşı bədənlə edilən böyük 

bir ibadətdir. Orucun əcrini Allah özü verir. 

5.  Orucun bədən və ruh sağlığınız baxımından da 

bir çox faydaları vardır.  

 

IMSAK (SABUR) VƏ IFTAR YEMƏYI 

HAQQINDA 

 

Allahın bəşər övladına bəxş etdiyi nemətlərdən ən 

önəmlisi can sağlıdır. Can sağlığı isə daha çox səmərəli 

qidalanmadan asılıdır. Islam mötədil dindir. Hər şeydə 

olduğu  kimi,  yemək-içməkdə  də  mötədil  olmağı 

tövsiyə edir. 

Tibbi  cəhətdən  orucluğun  insan  orqanizminə 

müsbət və mənfi təsiri vardır. Bu ilk növbədə imsak və 

iftarda yeyilən qidalardan asılıdır. 

Məlumdur  ki,  insanlar  susuzluğa  daha  az  dözüm-

lüdürlər,  nəinki  aclığa.  Insan  aclığa  40  gün  tab  gətirə 

bilsə  də,  susuzluğa  müəyyən  əziyyətlə  üç  gün  dözə 

bilir.  Xüsusən,  yay  aylarında  xarici  temperatur  bədən 

temperaturuna  yaxın,  hətta  daha  artıq  olduğundan, 

bədəndən  çoxlu  miqdarda  maye  xaric  olunur  və 

orqanizm də bunun əvəzinə, təbii ki, su tələb edir.  

Qəbul  olunan  qidalar  özlərinin  həzm  prosesində 

ə

mələ  gələn  aralıq  məhsulların,  şlakların  aradan  götü-



rülməsində  su  tələb  etdiyindən,  səhər  imsak  (sahur) 

yeməyi,  ilk  öncə,  mümkün  qədər  kalorili,  daha  asan 



 

287


həzm  olunan,  susuzluq  gətirməyən  qidalar  olmalıdır. 

Duzlu  və  çox  şirin  yeməklər,  ət  xörəkləri,  müxtəlif 

qızartmalar  susuzluq  gətirən  qidalar  olduğundan,  bun-

lardan az istifadə etmək daha məqsədəuyğundur. Yaxşı 

olar  ki,  imsakda  kəsmik,  xama,  kərə  yağı,  qaymaq  və 

ya  soyutma  yumurta  yeyilsin.  Bu  şərtlə  ki,  bütün  qi-

dalarda  duzdan  az  istifadə  olunması  gözlənilsin.  Istə-

nilən  qədər  maye  (su,  çay,  şirə)  qəbul  oluna  bilər. 

Lakin  qəbul  edilən  bütün  mayenin  miqdarı  üç  stə-

kandan  çox  olmamalıdır.  Azərbaycanlılar  bir  qayda 

olaraq qara məxməri çaydan daha çox istifadə edirlər. 

Lakin  həm  susuzluğu  yatırmaq,  həm  də  orqanizmə 

müsbət  təsirləri  baxımından  yaşıl  çay  daha  xeyirlidir. 

Yaşıl çay immuniteti gücləndirir, insanın susuzluğa dö-

zümünü  artırır,  bundan  əlavə,  orqanizmə  sakitləşdirici 

təsir  göstərir.  Ona  görə  də,  səhər  yeməyi  (imsak) 

zamanı yaşıl çaydan istifadə etmək məqsədəuyğundur. 

Bəzi  insanlar  imsakda  şirin  çay,  yağ  və  pendirlə 

(duzu az olsa, daha yaxşıdır) çörək yeyir, digərləri bal-

yağla  çay  (şit  çay),  çörək  yeyirlər.  Belə  yemək  insanı 

ağırlaşdırmır və gün ərzində insan susuzluqdan əziyyət 

çəkmir. 


Imsakda və iftarda kolbasa və sosislərdən istifadə 

olunmasına  diqqəti  artırmaq  məsləhətdir.  Kolbasa  və 

sosislərin  nə  dərəcədə  halal  olması  sual  altındadır. 

Oruc  tutanlar  bu  məhsulları  alanda  və  yeyəndə  son 

dərəcə diqqətli olmalıdırlar. Hisə verilmiş kolbasaların 

tərkibində  duz  və  ədviyyatlar  olduğundan,  bunlar  in-

sanda susuzluq yaradır. Ona görə də kolbasa və sosis-

lərdən istifadə etdikdə, əsasən halal olaraq hazırlanan-

lardan, tərkibində duz və ədviyyatlar nisbətən az olan, 

hisə  verilməmiş,  bişmiş  kolbasalardan  (məsələn, 



 

288


“həkim”, “pəhriz”, “dana” və s. halal kolbasa növləri) 

istifadə edə bilərlər. 

Imsakdan  sonra  dərhal  yatmaq  orqanizm  üçün 

ziyandır.  Yaxşı  olar  ki,  yüngül  fiziki  işlə  məşğul  ol-

sunlar,  açıq  havada  gəzsinlər,  yaxud  mütaliə  etsinlər. 

Bunlardan  ən  önəmlisi  Quran  oxumaqdır.  Kim  ərəbcə 

bilirsə, hər gün imsakdan sonra bir cüz (yəni 20 səhifə) 

oxusa, etdiyi ibadətlər Allah-Təala tərəfindən daha çox 

savaba yazılar. 

Bir-iki  saat  vaxt  keçdikdən  sonra  və  ya  10-11 

radələrində  (və  yaxud  günorta  namazından  sonra)  bir 

qədər uzanıb yatmaq olar. 

Imsak  bitdikdən  sonra,  “Hələ  vaxtım  var,  yata 

bilərəm”  -  deyə  yatıb  gec  durmaq,  əlbəttə  ki,  insan 

orqanizminə  mənfi  təsir  göstərir.  Ümumiyyətlə,  səhər 

saat  5-8  arası  havada  ozon  daha  çox  olur.  Belə  hava 

insan  orqanizmini  sağlam  və  gümrah  etdiyi  üçün  açıq 

havada gəzmək çox yaxşı olar. 

Iftar  vaxtı  barədə  xüsusi  cədvəllər  var  və  bu 

cədvəllərə  ciddi  riayət  edilməlidir.  Bəziləri  hesab 

edirlər  ki,  orucu  iftarın  vaxtından  yarım  saat,  bir  saat 

gec  açsalar,  daha  da  savab  olar.  Amma  bu,  səhv 

fikirdir. Orucluq o demək deyil ki, insan özünə əziyyət 

versin.  Əgər  axşam  azanı  vaxtı  oruc  tutan  şəxs  yolda 

və  ya  işdə  olarsa,  azandan  dərhal  sonra  orucunu 

açmalıdır. Bu zaman 1-2 ədəd xurma yemək, bir qədər 

su içmək kifayətdir. 

Gün ərzində insan ən çox suya ehtiyac duyduğun-

dan, iftar vaxtını səbirsizliklə gözləyir ki, susuzluğunu 

yatırsın. Qeyd etmək lazımdır ki, axşam azanına 20-30 

dəqiqə  qalmış  iftar  süfrəsi  hazırlanmalıdır.  Oruc 

tutanın  hazırlanmış  iftar  süfrəsi  başında  oturub  axşam 



 

289


azanını gözləməsi savab sayılır. Bunun elmi açıqlaması 

fikrimizcə  belədir:  Ac  insan  süfrədəki  təamlara  baxıb 

gözlədikcə onda şərti refleks yaranır, mədəaltı vəzi şirə 

ifraz  etməyə  başlayır  və  beləliklə  də  iftarda  yeyilən 

qidanın  həzminə  və  mənimsənilməsinə  müsbət  təsir 

göstərir. 

Orucu  açan  zaman  yaxşıdır  ki,  ilk  olaraq  soyuq 

mayelər yox, qaynanmış ilıq su, süd və ya çay içsinlər, 

ə

lbəttə  yaşıl  çay  olsa,  daha  yaxşıdır.  Əgər  qara 



məxməri çay içirsinizsə, çox tünd olmamalıdır. Mayeni 

“susuzam”  deyib,  birnəfəsə  yox,  aramla,  tədricən 

udum-udum içmək lazımdır. 

Bəzən  oruc  tutanlar  iftarı  1-2  ədəd  xurma  və  bir 

stəkan  su  ilə  açır,  axşam  namazını  qıldıqdan  sonra 

yemək yeyirlər. Yaxşı olar ki, oruc açanda, ilk növbədə 

bir az da olsa (200-250 ml) duru yemək yeyilsin, 5-10 

dəqiqədən  sonra  ikinci  yemək  də  yeyilə  bilər.  Bir-

birinin ardınca çox yemək olmaz. Mədənin birdən-birə 

yüklənməməsi  və  qidanın  daha  rahat  həzm  olunması 

üçün  iftarı  50-60  dəqiqə  davam  etdirmək  məsləhətdir. 

Yeməkdən sonra dərhal su və çayı çox içmək məsləhət 

görülmür. 

Meyvə-tərəvəz  və  çərəz  yeyilməsini  iftardan  1,5-

2,0  saat  sonra  yemək  daha  yaxşı  olar.  Iftar  açan  kimi 

uzanmaq  və  yatmaq  olmaz.  Müsəlmanların  Ramazan 

ayında axşamlar (iftardan təxminən 2 saat sonra) təra-

viq namazı qılmaları iftarda yeyilən qidanın daha yaxşı 

həzm  olunmasına  və  qidalı  maddələrin  daha  bəsit 

maddələrə  parçalanıb  qana  sovrulmasına  müsbət  təsir 

göstərir. 

 

 



 

 

290


Qədr gecəsi 

 

“Qurani Kərim”in Qədr gecəsində nazil olması, əl-

Qədr  surəsində  buyurulmuşdur.  Surədə  buyurulduğu 

kimi:  


“Qədr  gecəsi  (savab  cəhətdən)  min  aydan  daha 

xeyirlidir!  (O  Ramazan  ayının  on  doqquzuna,  iyirmi 

birinə,  iyirmi  üçünə,  iyirmi  beşinə,  bir  rəvayətə  görə 

isə iyirmi yeddisinə təsadüf edir)”

. (əl-Qədr, 97/3). 

 

Qədr gecəsi və orucluq haqqında hədislə

 

Ə



bu  Hüreyrədən  (A.o.r.):  Peyğəmbər  (s.ə.v.) 

buyurmuşdur: 

1.  “Kim ki, Qədr gecəsinə inanaraq (onun böyük-

lüyünü, ehtiva etdiyi savab və bağışlanma imkanlarını) 

düşünərək keçirərsə, onun bütün günahları bağışlanar”. 

2.  “Kim  ki,  Ramazan  orucunu  inanaraq  və  (onun 

savab  və  rəhmət  amilini)  nəzərə  alaraq  tutarsa,  bütün 

keçmiş günahları əfv edilər”. 

3.  “Sizin  hər  hansı  biriniz  müsəlmanlığını  yaxşı 

yerinə  yetirərsə, hər etdiyi bir savabın əvəzinə ona on 

qatı  yazılır.  Bu,  yeddi  yüz  dəfəyə  qədər  artır.  Hər 

etdiyi günah (isə ancaq) bir günah (olaraq) yazılır”. 

4.  “Oruc bir qalxandır! (Həmin günlərdə) heç kim 

çirkin  söz  danışmasın,  özünü  nadan  kimi  aparmasın, 

bir  adam  onunla  döyüşmək  istəyərsə  və  ya  onu 

söyərsə, iki dəfə “Mən orucam!” deyin. Nəfsim əlində 

olana  (Allaha)  and  içirəm  ki,  oruc  olanın  ağız  qoxusu 

Allahın  dərgahında  müşk  qoxusundan  da  yaxşıdır! 

Yeməkdən,  içməkdən  və  şəhvətindən  mənə  görə  əl 

çəkin…  Oruc  Mənim  üçündür.  Onun  mükafatını  Mən 

verəcəyəm.  Bir  savab  əvəzinə  on  savab  verilib 


 

291


hesablanacaq”. 

5.  “Kim  Allahın  yolunda  iki  axca  (belə)  xərclə-

yərsə,  Cənnət  qapılarından  ona;  “Ey  Allahın  qulu,  bu 

bir xeyirdir!” - deyə nida gələcək, əgər o, namaz qılan 

olarsa,  namaz  qapısından  çağırılar,  mücahid  olarsa, 

cihad  qapısından  çağırılar,  oruc  tutandırsa,  (Reyyan) 

qapısından çağırılar, zəkat verəndirsə, zəkat qapısından 

çağırılacaqdır”. 

6.  “Ramazan  ayı  girəndə  Cənnətin  bütün  qapıları 

açılır…”. 

7.  “Ramazan  girəndə  səma  qapıları  açılır, 

Cəhənnəm qapıları bağlanır və şeytan isə zəncirlənir”. 

8.  “Kim ki, Qədr gecəsi (ona) inanıb, (ülviyyətini) 

nəzərə  alaraq,  əhya  edərsə,  onun  günahları 

bağışlanar…”. 

9.  “Kim  ki,  Ramazan  orucunu,  (ona)  inanaraq  və 

(mükafatını)  nəzərə  alaraq  tutarsa,  onun  keçmiş 

günahları əfv edilir”. 

10.  “Allahın  yalan  sözdən  və  onu  işlətməkdən 

çəkinməyən  şəxsin  yeməkdən  və  içməkdən  əl 

çəkməsinə ehtiyacı yoxdur”. 

11. “Adəm  oğlunun  hər  əməli  onun  özü  üçündür. 

Təkcə oruc müstəsnadır… Şübhəsiz ki, o, Mənim üçün-

dür. Və onun mükafatını (şəxsən) Mən verəcəyəm. Oruc 

tutanın  iki  sevinci  (anı)  vardır  ki,  onlarla  könülü  şad 

olur:  iftar  etdiyi  zaman  sevinməsi  və  Rəbbinə 

qovuşacağı zaman oruc tutduğuna görə sevinməsi”. 

12.  “Ayı görən kimi oruc tutun və təzə ayı görən 

kimi  (də  orucu)  qurtarın!  Sizə  gizli  qalarsa,  Şaban 

ayını otuz (günə) tamamlayın!”. 

13.  “Kimsə  unudaraq  yeyib-içərsə,  orucunu 

axıradək  davam  etdirsin.  Çünki  onu  Allah  yedirib-



 

292


içirmişdir”. 

14.  “Sizin  hər  biriniz  cümə  günü  qətiyyən  oruc 

tutmasın,  amma  ondan  bir  gün  əvvəl  və  ya  bir  gün 

sonra tutsun…” (Əlbəttə ki, bu Ramazan ayının  cümə 

günlərinə aid deyil – Ə.C.Ə.). 

15.  “Iki  oruc  və  iki  alış-veriş  qadağan  edilir: 

Ramazan  bayramı  ilə  Qurban  bayramında  oruc 

tutmaq…  Əl  toxundurmaqla  yaxşıca  baxmadan, 

seçmək  imkanı  və  sərbəst  olmayan  alış-veriş, 

Munabaza etmə (görmədən alıb-satma)…”. 

16.  “Kim  ki,  Ramazana  (gecələrinə)  inanıb  və 

(savabını dərk edib) səhərə qədər oyaq qalarsa, (bütün) 

onun keçmiş günahları bağışlanar”. 

17.  “Kim ki, Qədr gecəsinə, (ona) iman gətirərək 

(və  əzəmətinə)  əhya  edərsə,  (bütün)  keçmiş  günahları 

ona bağışlanar”. 

18.  “Peyğəmbər  (s.ə.v.)  hər  Ramazanın  (son) 

onuncu günü (başlayanda) etikafa girərdi. Vəfat etdiyi 

ildə isə etikafda iyirmi gün qalmışdır”. 

19.  Dostum (s.ə.v.) mənə üç şeyi tövsiyə etmişdi: 

“Hər  ayda  üç  gün  oruc…  Iki  rükət  duha  namazı… 

Yatmazdan əvvəl vitr namazı qılmaq…”. 

20.  Ey  millət!  Allahın  ayı  sizə  tərəf  üz  tutub 

gəlmişdir (Biharul-ənvar). 

21. Əziz Peyğəmbərimiz (s.ə.v.) hər vaxt Ramazan 

ayı  yaxınlaşanda  buyurardı:  -  Sübhənallah.  Nə  qədər 

böyük  bir  ayı  qarşılamağa  gedirsiniz  və  nə  qədər 

ə

zəmətli bir ay sizə tərəf gəlir (Biharul-ənvar). 



22.  Əgər  insan  Ramazan  ayında  nə  etməli 

olduğunu bilsəydi, arzu edərdi ki, ilin hamısı Ramazan 

olsun (Biharul-ənvar). 

23.  Səma  qapıları,  yəni  Allahın  rəhmət  qapıları 



 

293


Ramazan  ayının  əvvəl  gecəsində  açılar  və  axır 

gecəsinədək bağlanmaz (Biharul-ənvar). 

24. Ramazan ayı elə bir aydır ki, əvvəli rəhmətdir, 

ortası  məğfirət  (bağışlanma),  axırı  isə  Cəhənnəm 

odundan qurtulmaq (Biharul-ənvar). 

25.  Ramazan  ayına  ona  görə  Ramazan  deyilib  ki, 

bu ay günahları yandırar (Kənzül-ümmad). 

26.  Ramazan  ayı  gələndə  Cəhənnəm  qapıları 

bağlanır. Cənnət qapıları açılır və şeytanlar zəncirlənir 

(Biharul-ənvar). 

27. Əgər bir nəfər Ramazan ayında bağışlanmasa, 

hansı ayda bağışlanar? (Biharul-ənvar). 

28.  Oruc  tutun,  sağlam  olarsınız.  Mədə  bütün 

xəstəliklərin evi, oruc isə dərmanıdır (Biharul-ənvar). 

29.  Bir  gün  Həzrət  Muhəmməd  (s.ə.v.)  minbərə 

çıxdı və buyurdu: - “Amin”. Sonra bunun səbəbini belə 

açıqladı: “Ay  camaat! Həzrət Cəbrayıl mənim  yanıma 

gəlib  dedi:  -  Ey  Muhəmməd  (s.ə.v.),  kim  Ramazan 

ayını dərk etsə və bağışlanmamış ölsə, Allah-Təala onu 

öz rəhmətindən məhrum edər” (Biharul-ənvar). 

30. Həqiqi bədbəxt o şəxsdir ki, bu əzəmətli ayda 

Allahın  bağışlanmasından  məhrum  qala  (Biharul-

ə

nvar). 


Peyğəmbərimiz (s.ə.v.) buyurmuşdur:  

1.  “Cənnətdə Riyan (sirab olmuş) adlı bir qapı var. 

Oradan  yalnız  oruc  tutanlar  daxil  olacaq”.  Şeyx  Səduq 

hədisin şərhində yazır: “Cənnətə belə bir ad oruc tutanın 

daha çox susuzluqdan əziyyət çəkdiyi üçün verilmişdir. 

Oruc tutanlar bu qapıdan daxil olduqları zaman elə sirab 

olarlar ki, bir daha susamazlar”. 

2.  “Əgər  ümmətim  Ramazan  ayının  orucunun  nə 

qədər  fəzilətli  olduğunu  dərk  etsəydi,  ilin  bütün 


 

294


günlərini oruc tutmaq istərdi”. 

Ə

mirəl-möminin Imam Əli (ə) buyurmuşdur: 



1.  “Allah-Təala orucu insanlarda sağlam bədən və 

sağlam ruh tərbiyə olsun deyə, vacib etmişdir”. 

2.  “Insan  Ramazan  ayında  yemək-içməkdən  uzaq 

olduğu kimi, bütün haramlardan da uzaq olmalıdır”. 

3.  Səhabələri  Peyğəmbərdən  (s.ə.v.)  soruşur: 

“Şeytanın  bizdən  uzaq  olması  üçün  nə  etməliyik”?.  O 

Həzrət buyurur: “Oruc tutmaq şeytanın üzünü qaraldır, 

Allah yolunda sədəqə vermək belinə qırar, Allaha xatir 

sevmək  və  davamiyyətli  halda  əməli-saleh  işlər 

görmək  quyruğunu  kəsər,  Allahdan  bağışlanmağı 

diləmək ürəyinin damarını qırar”. 

Aişədən (A.o.r.): 

1.  Qureyşilər  cahiliyyə  (dövründə)  Aşura  günü 

oruc  tutardılar.  Allahın  elçisi  (s.ə.v.)  də  Ramazan 

orucu fərz qılınanadək həmin gün oruc tutulmasını əmr 

etmiş  və  belə  buyurmuşdur:  “Istəyən  onu  (Aşura 

orucunu) tutsun, istəməyən tutmasın!”. 

2.  Bilal  gecə  (sübh  çağı)  azan  oxuduğu  zaman 

Allahın  elçisi  (s.ə.v.)  belə  buyurdu:  “Ibn  Ümmi 

Məktum əzan oxuyana qədər yeyin-için. Çünki o, Fəcr 

(vaxtı) çatanadək azan oxumur…”. 

3.  “Peyğəmbər  (s.ə.v.)  oruc  olarkən  öpərdi  və 

qucaqlayardı.  Onun  şəhvəti  hamımızın  şəhvətindən 

çoxdur.  Çünki  oruc  olarkən,  cinsi  əlaqədən  başqa, 

öpmək və qucaqlamaq kimi hallar orucu pozmur”. 

4.  “Peyğəmbər  (s.ə.v.)  Ramazanda  (əlaqədən 

sonra) sübh (çağına qədər) yatır və (o, səhər) yuyunub 

orucunu tuturdu”. 

5.  Həmzə  b.  Amr  əl-Əsləmi  (çox  oruc  tutan  bir 

şə

xs idi) Peyğəmbərdən (s.ə.v.) soruşdu: “Səfərdə oruc 



 

295


tutummu?. 

“Istəyirsən 

tut, 

istəyirsən 



tutma! 

(sərbəstsən)” deyə buyurdu». 

6.  Allahın  elçisi  (s.ə.v.)  buyurmuşdur:  “Kim  oruc 

borcu  olduğu  halda  ölərsə,  valisi  (himayəçisi)  onun 

yerinə tuta bilər”. 

7.  “Allahın  elçisinin  (s.ə.v.),  Ramazan  ayını 

çıxmaq  şərtilə  bir  ay  ərzində  oruc  tutduğunu  heç 

görməmişəm.  Şaban  ayında  tutduğu  orucdan  da  artıq 

oruc 

tutduğunu 



görməmişəm 

(yəni 


Ramazan 

orucundan  sonra,  gün  hesabı  ilə,  ən  çox  oruc  tutduğu 

ay Şaban ayı idi…)”. 

8.  “Allahın  elçisi  (s.ə.v.)  Aşura  günü  oruc  (tut-

mağı)  əmr  etmişdir.  Ramazan  (orucu)  fərz  edilən  kimi 

(Aşura  günü  orucunu)  istəyən  tutdu,  istəməyən  tut-

madı”. 

9.  “Allahın  elçisi  (s.ə.v.)  Qədr  gecəsinin 



Ramazanın son on günündə olmasına əmin idi və belə 

buyurmuşdu:  “Qədr  gecəsini  Ramazanın  son  on 

günündə axtarın!””. 

10.  “Peyğəmbər (s.ə.v.) (son) on gün girdiyi vaxt 

Hizarını  bağlayardı  (yəni,  zövcələrinə  yaxınlaşmazdı). 

Gecəni oyaq keçirər və ailə üzvlərini də oyadardı”. 

11.  “Peyğəmbər  (s.ə.v.)  məsciddə  yanında 

oturduğum  vaxt,  başını  mənə  tərəf  əyərdi,  mən  də 

heyzli olduğum halda onun başını darayardım”. 

12.  “Peyğəmbərin  (s.ə.v.)  bədəni  bədənimə  mən 

heyzli  olduğum  vaxt  dəyərdi.  O,  etikafda  olduğu 

zaman  başını  məsciddən  çıxarardı  və  mən  heyzli 

olduğum halda onun başını yuyardım”. 

13.  “Peyğəmbər  (s.ə.v.)  vəfat  edənə  qədər 

Ramazanın son on günündə etikafa girərdi. Sonra onun 

ardınca zövcələri də etikafa girərdilər”. 



 

296


14.  Allahın  elçisi  (s.ə.v.)  buyurmuşdur:  “Qədr 

gecəsini  Ramazanın  son  on  günündəki  tək  (gündə) 

axtarın!”. 

Iman Sadiq (ə) buyurmuşdur: 

1.  “Allah-Təala  Tövratı  Ramazan  ayının  6-da, 

Incili  Ramazan  ayının  12-də,  Quranı  isə  Qədr 

gecəsində nazil etmişdir”. 

2.  “Oruc  tutmaq  tək  insanın  özünü  yemək-içmək-

dən saxlaması deyil”. Bir vaxtlar Həzrət Isanın (ə) anası 

Həzrəti  Məryəm  dedi:  “Allaha  xatir  oruc  tutmağı  nəzr 

etdim. Yəni Allaha pərəstiş etməkdən savayı ağzıma söz 

alıb  danışmayacağam”.  “Oruc  tutduğunuz  zaman 

dilinizi  haramdan  qoruyun  (qeybət  etməyin,  yalan 

danışmayın  və  s.),  oruc  tutduğunuz  zaman  gözünüzü 

haramdan  qoruyun,  haram  şeylərə  baxmayın.  Bir-

birinizlə çəkişməyin, bir-birinizə həsrəd aparmayın”. 

3.  Ravi (A.o.r.) rəvayət edir ki: “Hişan ibn Həkəm 

Iman  Sadiqdən  (ə)  orucun  nə  üçün  vacib  olduğunu 

soruşur.  Imam  Sadiq  (ə)  cavabında  buyurur:  “Oruc 

Allah  tərəfindən  varlı  ilə  kasıb  bərabər  olsun  və  varlı 

yoxsulun il boyu keçirdiyi aclıq və susuzluq hisslərini 

keçirməsi  üçün  vacib  edilmişdir.  Çünki  varlılar, 

adətən,  istədiklərinə  sahib  olarlar.  Allah-Təala 

bəndələri  arasında  bərabərlik  bərqərar  olmasını  və 

varlıların yoxsullara rəhm etmələrini istəyir””. 

Imam  Rza  (ə)  buyurmuşdur:  “Insanlar  oruc 

tutmağa  əmr  olunmuşlar  ki,  aclıq  və  susuzluğun  nə 

olduğunu  dadıb,  onun  vasitəsilə  Axirət  dünyasının 

yoxsulluq və çarəsizliyini dərk etsinlər”. 

Talha b. Ubeydullahdan (A.o.r.): Saçları bir-birinə 

qarışmış  bir  (bədəvi)  ərəb  Allahın  elçisinin  (s.ə.v.) 

yanına  gəlib  ondan:  “Allah  mənə  aid  nəyi  fərz 



 

297


etmişdir?”  -  deyə  soruşdu.  Peyğəmbər  (s.ə.v.):  “Beş 

dəfə namazı! Əlavə də qıla bilərsən!” - deyə buyurdu. 

“Oruca aid nəyi fərz etmişdirsə mənə bildir!”. 

“Ramazan  orucunu!  Əlavə  oruc  da  tuta  bilərsən! 

(yəni nafilə oruc da tuta bilərsən!)” - deyə buyurdu. 

Ibn  Ömərdən  (A.o.r.):  Peyğəmbər  (s.ə.v.)  Aşura 

orucu  tutardı  və  (onu  tutmağı)  əmr  etmişdi.  Ramazan 

orucu  (Allah  tərəfindən)  vacib  edilən  kimi,  Aşura 

orucu tutulmadı. 

Səhldən (A.o.r.): Peyğəmbər (s.ə.v.) buyurmuşdur: 

“Cənnətdə “Ər-Reyyan”Ü adlı bir qapı vardır. Qiyamət 

günü  o  qapıdan  ancaq  oruc  tutanlar  girəcək,  onlardan 

başqa isə heç kim girə bilməz!”. 

Ə

bu  Bəkir  (A.o.r.)  demişdir:  “Ata-anam  sənə 



qurban  olsun,  Ey  Allahın  Elçisi,  beləcə  ayrı-ayrı 

qapılardan  çağrılmaq  zəruridirmi?  Kimsə  bu  qapıların 

hamısından (eyni vaxtda) çağrıla bilərmi?”. 

“Bəli! Ümidvaram ki, sən onlardan olacaqsan…”. 

Ibn Ömərdən (A.o.r.): “Onu (ayı) gördüyünüz vaxt 

oruc  tutun,  onu  gördüyünüz  vaxtda  da  orucu  açın, 

görməsəniz,  onu  (ayı)  təxmin  edin”  (və  ya  başqa  bir 

hədisdə deyildiyi kimi, otuz gündə tamamlayın). 

Abdullahdan  (A.o.r.):  Peyğəmbərlə  (s.ə.v.)  bir 

yerdə idik. Belə buyurdu: “Evlənməyə gücü çatan şəxs, 

evlənsin.  Çünki  o  (evlilik)  gözü  haramdan  çəkindirən 

ə

n  gözəl  vasitədir.  Fərci  (cinsiyyət  orqanını)  də 



(haramdan)  ən  yaxşı  qoruyandır…  Buna  gücü 

çatmayan  şəxs  isə  oruc  tutmalıdır.  Çünki  orucun 

şə

hvəti söndürən bir gücü vardır…”. 



Abdullah  b.  Ömərdən  (A.o.r.):  Allahın  elçisi 

(s.ə.v.) Ramazan haqqında söhbət edərək belə buyurdu: 

“Ayı  görməyincə  oruc  tutmayın  və  onu  görməyincə 


 

298


orucluqdan çıxmayın! Əgər görə bilməsəniz, (o zaman) 

onu (yaxşı-yaxşı) hesablayın (təxmin edin)!”. 

Abdullah  b.  Ömərdən  (A.o.r.):  Allahın  elçisi 

(s.ə.v.)  buyurmuşdur:  “Ay  iyirmi  doqquzuncu  gecə 

(çıxır).  Onu  görməyincə  oruc  tutmayın.  Əgər  görə 

bilməsəniz, sayı otuza çatdırıb (oruc tutun)!”. 

Ibn  Ömərdən  (A.o.r.):  Peyğəmbər  (s.ə.v.)  buyur-

muşdur: “Şübhəsiz ki, biz yazıb-oxumağı bilməyən bir 

millətik,  yazmırıq,  hesablamırıq…”.  Ay  barədə: 

Belədir-elədir… Onun gah iyirmi doqquz, gah da otuz 

(gün) olduğunu nəzərdə tutun… 

Səhl  b.  Saddan  (A.o.r.):  Ailə  üzvləri  ilə  birlikdə 

sahura qalxırdım və sonra isə Allahın elçisi (s.ə.v.) ilə 

səcdələrə (namaza) çatmaq üçün tələsirdim.  

Zeyd b. Sabitdən (A.o.r.): Peyğəmbərlə (s.ə.v.) sa-

hura qalxdıq (yeyib-içəndən) sonra namaza durduq. So-

ruşdum  ki:  “Əzanla  obaşdan  arasında  nə  qədər  var?”. 

Buyurdu ki: “50 ayə (oxunacaq) qədər (bir vaxt)”. 

Abdullahdan  (A.o.r.):  Peyğəmbər  (s.ə.v.)  iftar 

etmədən  orucu  tutmuşdur;  insanlar  da  belə  etdilər. 

Sonra  bu  onlar  üçün  çətin  olduqda  Allahın  Elçisi 

(s.ə.v.) (bunu) onlara qadağan etdi. Dedilər: “(Axı) sən 

belə edirsən!”.  

“Mən  sizin  kimi  deyiləm,  şübhəsiz  ki,  mən  həm 

yedirilirəm, həm də içirdilirəm” - deyə buyurdu. 

Ə

nəs  b.  Malikdən  (A.o.r.):  Peyğəmbər  (s.ə.v.) 



buyurmuşdur:  “Sahur  edin.  Şübhəsiz  ki,  sahurda 

bərəkət vardır”. 

Ibn  Abbasdan  (A.o.r.):  deyib  ki,  “Peyğəmbər 

(s.ə.v.) oruc olduğu halda qan aldırmışdır”. 

Ibn  Abbasdan  (A.o.r.):  Allahın  elçisi  (s.ə.v.) 

Ramazanda  Məkkəyə  səfərə  çıxdı.  Məkkəyə  çatdığı 



 

299


zaman  (camaatla  birgə)  orucunu  dayandırdı  (yəni 

səfərdə olduqları üçün oruc tutmadılar). 

Ə

bu Dərdadan  (A.o.r.):  Peyğəmbər (s.ə.v.) ilə isti 



bir  gündə  səfərə  çıxdıq.  Elə  isti  idi  ki,  adam  günəşin 

yandırıcı  şüasından  qorunmaq  üçün  əli  ilə  başını 

tuturdu. Aramızda Peyğəmbərlə (s.ə.v.) Ibn Rəvahadan 

başqa oruc tutan bir adam yox idi.  

Cabir  b.  Abdullahdan  (A.o.r.):  Allahın  elçisi 

(s.ə.v.)  bir  səfərdə  idi.  Böyük  bir  izdiham  gördü.  Bir 

nəfərin  üstünə  kölgə  salmaq  (üçün  örtük)  çəkilmişdi. 

Peyğəmbər (s.ə.v.): “Bu nədir belə?” - deyə soruşdu. 

“Oruc tutmuş bir nəfərdir!” - dedilər.  

“Səfərdə  oruc  tutmaq  təqvaya  aid  deyil!”  -  deyə 

buyurdu. 

Ə

nəs  b.  Malikdən  (A.o.r.):  “Biz  Peyğəmbərlə 



(s.ə.v.) səfərə çıxardıq; nə oruc tutan tutmayanı, nə də 

oruc tutmayan tutanı məzəmmət etməzdi…”. 

Ə

bu Said əl-Xudridən (A.o.r.): Peyğəmbər (s.ə.v.) 



buyurmuşdur:  “Qadın  aybaşı  olduğu  zaman  namaz 

qılmır,  oruc  tutmur,  elə  deyilmi?  Bax  bu,  onun  dində 

nöqsan olmasıdır”. 

Ibn  Abbasdan  (A.o.r.):  Bir  nəfər  Peyğəmbərin 

(s.ə.v.) yanına gəlib dedi: “Ey Allahın elçisi, anam, bir 

aylıq  orucu  qaldığı  halda  vəfat  etdi.  Olar  ki,  onun 

ə

vəzinə, orucun qəzasını mən tutum?”. 



“Bəli,  Allahın  borcunu  ödəməyə  ən  layiq  olan 

(budur)!” - deyə Peyğəmbər (s.ə.v.) buyurdu. 

Səhl  b.  Saddan  (A.o.r.):  Allahın  elçisi  (s.ə.v.) 

buyurmuşdur: “Iftarda tələsdikcə, insanlar xeyirlədir”. 

Ibn  Abbasdan  (A.o.r.):  Allahın  elçisi  (s.ə.v.) 

buyurmuşdur:  “Ramazandan  başqa,  heç  bir  ayda  tam 

oruc tutmayıblar”. 


 

300


Abdullah b. Əmr bin Aslan (A.o.r.): Allahın elçisi 

(s.ə.s.)  bizə  gəldi  və  belə  buyurdu:  “Şübhəsiz  ki, 

qonağının sənin üstündə haqqı var. Zövcənin də sənin 

üstündə haqqı var”. 

“Davud  (ə)  orucu  necədir?”  -  (deyə  ondan) 

soruşdum.  

“Dəhril (zamanın) yarısı qədər, (yəni bir gün oruc 

tutardı, bir gün tutmazdı) deyə buyurdu”. 

Abdullah b. Ömərdən  (A.o.r.): Peyğəmbər  (s.ə.v.) 

buyurmuşdur: ”Hər ayda üç gün oruc tut!”. 

Ə

bu  Səyyiddən  (A.o.r.):  Peyğəmbər  (s.ə.v.) 



Ramazan  bayramı  ilə  Qurban  bayramında  oruc 

tutulmasını qadağan etmişdir.  

Ibn  Ömərdən  (A.o.r.):  Qurban  bayramının  birinci 

üç  günündə  oruc  tutmağa  icazə  verilmədi.  Ancaq 

qurban tapmayan adama izn verilmişdir.  

Səlim  atasından  (A.o.r.):  rəvayət  edir:  Peyğəmbər 

(s.ə.v.) buyurmuşdur: “Aşura günü istəyən (adam) oruc 

tuta bilər…”. 

Sələmətə  b.  Əl-Əkvədən  (A.o.r.):  Allahın  elçisi 

(s.ə.v.)  Əsləm  qəbiləsindən  olan  bir  nəfərə  hamıya 

bunu  elan  etməyi  əmr  etdi:  “Hər  kim  yeyibsə,  günün 

qalanını oruc tutsun, yeməyibsə, orucunu tutsun. Çünki 

bu gün Aşura günüdür”. 

Ibn  Ömərdən  (A.o.r.):  Qədr  gecəsi  Peyğəmbərin 

(s.ə.v.)  səhabələrinin  bir  hissəsinə  (ayın)  son  yeddi 

günündə  göstərildi.  Bunu  izah  edərək  Allahın  elçisi 

(s.ə.v.)  buyurmuşdur:  “Görürəm  yuxunuz  son  yeddi 

günə  uyğun  oldu.  Belə  olduğu  halda,  kim  onu 

axtarırsa, son yeddi gündə axtarsın”. 

 


Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin