Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

 

 

301


Orucluq haqqında kəlamlar 

 

1.  Hər bir dövlətin konstitusiya günü olduğu kimi, 

Qədr  gecəsi  böyük  dövlətimizin  (dünyanın  –  Ə.C.Ə.) 

qanun günüdür. 

2.  Orucluq  insan  mexanizminin  saflaşması  üçün 

ə

n mühüm proseslərdən biridir, yəni vacib əməldir. 



3.  Orucluq  sənin  sənlə  bağlılıq  açarın,  böyük 

cihadın, qələbə bayramıdır. 

4.  Orucun fəziləti on bir aydır. 

5.  Özünü tanımaq istəyirsənsə, oruc tut. 

6.  Orucluq  böyük  iradə,  gözəl  əxlaq,  saf 

vicdandır. 

7.  Ramazan  –  orucluq  ayı  böyük  məktəb  içrə  bir 

məktəb,  alimi  Allah,  müəllimi  Peyğəmbər,  tələbələri 

isə möminlərdəir. 

8.  Ey insanlar! Ramazan gözəl əxlaq, böyük iradə, 

saf  vicdan  payı,  Qədr  gecəsi  isə  ali  qanun  və  illik 

hesabat günüdür. 

9.  Ramazan  səbr  ayı,  bu  ayda  Allah  qəlblərə 

Hakim, həm də Həkim kəsilər. 

10.  Ramazan  sənin  sənə  olan  hörmətin  və 

qiymətindir. 

11.  Ramazan 

sağlam 


düşüncə, 

rəhm 


və 

bağışlanmaqdır. 

12.  Ramazan  şeytanı  tam  inkar  etmə  və  Allaha 

tabe olmaqdır. 

13.  Ramazan  fiziki  bədənə  dinclik  və  əmin-

amanlıqdır. 

14.  Oruc  Allahın  sizə  əmanəti  və  sizin  ona 

sadiqliyinizdir. 

15.  Ramazan  təkmilləşmə  ayı,  oruc  isə  böyük 


 

302


iradə və kamilləşməyə təkandır. 

16.  Orucluq  sənin  Allah  qarşısında  həm 

nümayişin, həm də vədindir. 

17.  Oruc böyük səbr və gözəl əxlaqdır. 

Ramazan  mənəvi,  həm  də  fiziki  sağlamlıq  ocağı, 

sən xəstə, oruc dərmanın, Allah isə həkimindir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

303


ŞƏ

RABIN HARAM OLMASI HAQQINDA 

 

“Qurani-Kərim”in  9  surəsinin  11  ayəsində  şərab 



haqqında Allah kəlamları buyrulmuşdur. 

 

Sıra  



sayı 

Surənin 

nömrəsi 

Surənin adı 

Ayələrin nömrəsi 

2  


ə

l- Bəqərə 

219 

ə



n-Nisa 

28, 43 


ə



l-Maidə 

90, 91 


ə



l-Ənam 

132 


ə



t-Tövbə 

111 


16 


ə

n- Nəhl 


67 

18 


ə

l-Kıəf 




70 


ə

l-Məaric 

19 

74 


ə

l-Muddassir 

38 

 

Məlum  olduğu  kimi,  alkoqollu  içkilər  Peyğəmbə-



rimiz  (s.ə.v.)  tərəfindən  “Içki  bütün  pisliklərin  ana-

sıdır!”  deyə  səciyyələndirilmişdir.  Doğrudan  da,  elm 

və  texnologiya  inkişaf  etdikcə,  bunun  bir  həqiqət  ol-

duğu ortaya çıxmışdır. Lap yaxın zamanlara qədər “az 

miqdarda  içki  insan  bədəni  üçün  faydalıdır”  deyənlər 

indi  həmin  söylədiklərinin  səhv  olduğunu  etiraf 

etməkdən çəkinmirlər. 

Içki  sadəcə  insan  səhhətinə  zərərli  olmaqla  qal-

mayıb, bu gün yol və iş qəzalarını da törədən ən böyük 

səbəblərdəndir.  Ailə  narazılıqları  və  boşanmaların  ən 

böyük  səbəblərindən  biri  də  alkoqollu  içkilərin  mey-

dana  gətirdiyi  rahatsızlıqdır.  Alkoqollu  içkilər  adam 

öldürmə,  soyğunçuluq  və  s.  kimi  hər  cür  cinayətin  də 

meydana gəlməsində ən mühüm amillərdən biridir. Bu 

gün  bütün  bu  həqiqətlər  statistik  nəticələrə  görə  də 



 

304


müəyyənləşdirilmişdir.  Doğrudan  da  “Içki  bütün 

pisliklərin anasıdır!”. 

Dinimizdə  alkoqollu  içkilər  qəti  surətdə  haram 

edilmişdir.  ancaq  bu  işdə  dinimiz  tədricən  tərgitmə 

qaydasını,  yəni  yavaş-yavaş  pis  vərdişin  aradan 

qaldırılması  üsulunu  seçmişdir.  Çünki  insanlar 

ə

vvəlcədən  qazandıqları  vərdişlərindən  asanlıqla  əl 



çəkə  bilməzlər.  Bu  mövzuda  tədricən  gələn  ayələrlə 

içkinin  zərərləri  başa  salınmış,  ən  nəhayətdə  isə  qəti 

surətdə  haram  edilmişdir.  çki  birdən-birə  qəti  surətdə 

haram  edilmiş  olsa  idi,  içkiyə  mübtəla  olmuş,  bu  pis 

vərdiş sümüklərinə qədər işləmiş olan o əsrin insanları 

islamiyyəti  qəbul  edəndə  tərəddüd  edə  bilərdilər, 

qazandıqları vərdişi buraxmaq istəməzdilər. Bu baxım-

dan  insanı  yaradan,  hər  bir  xüsusiyyəti  ilə  insanı  ta-

nıyan böyük Allah bu dünyada təbiətə,  yəni yaradılışa 

uyğun  üsulla  əmr  etmiş,  alkoqollu  içki  vərdişlərini 

tədricən qadağan etmişdir. Bu mövzuda ən axırda nazil 

olan ayələr “Maidə” surəsinin 90 və 91-ci ayələridir.  



“Ey iman gətirənlər! Şərab da (içki də), qumar 

da,  bütlər  də,  fal  oxları  da  Şeytan  əməlindən  olan 

murdar  bir  şeydir.  Bunlardan  çəkinin  ki,  nicat 

tapasınız!”.  “Şübhəsiz  ki,  Şeytan,  içki  və  qumarla 

aranıza ədavət və kin salmaqdan və namaz qılmaq-

dan  ayırmaq  istəyir.  Artıq  bu  işə  son  qoyacaqsı-

nızmı?”.(əl-Maidə, 5/90-91) 

Bu  son  ayələr  ilə  alkoqollu  içkilər  qəti  surətdə 

haram  edilmişdir.  Peyğəmbərin(s.ə.v.)  müasirlərindən 

həzrəti  Enes  deyir:  “Biz  içki  aləmində  idik.  Mən 

paylayırdım. Bir adam gəlib, “Içki haram edildi”, dedi. 

Yoldaşlar  dərhal  “Bu  içkini  qablardan  yerə  tök  və 

qabları  da  təmizlə”  əmrini  verdilər.  O  xəbərdən  sonra 


 

305


heç kim ağzına içki almadı”. 

Içki  haqqında  Peyğəmbərimizin  (s.ə.v.)  bir  çox 

hədisləri vardır. Ən mötəbər hədis kitablarında olan bu 

hədisi-şəriflərdən bir neçəsi aşağıda verilmişdir. 

“Hər  sərxoşluq  verən  şey  haramdır  (içkidir)  və 

sərxoşluq verən hər şey haramdır” (Buhari və Müslim). 

“Bir  şeyin  çox  miqdarda  qəbul  edilməsi  insana 

sərxoşluq verirsə, onun azı da haramdır” (Əbu Davud, 

Tirmizi). 

“Bu  məlumdur  ki,  içki  dərman  deyildir.  Əksinə 

mərəzdir  (xəstəlik  törədicidir)”  (Əbu  Davud,  Tirmizi, 

Müslim). 

“Rəbbim  ümmətimə  haram  etdiyi  şeylərdə 

(ümmətimin)  şəfasını  verməz”  (Tacul  Usul,  cild  3, 

səhifə 142). 

Həzrəti  Osmanın  rəvayət  etdiyi  digər  bir  hədisi-

şə

rifdə:  “Içki  pisliklərin  anasıdır”.  Digər  bir  rəvayətə 



görə isə “Içkidən çəkinin, çünki içki hər cür pisliklərin 

anasıdır”  deyilmişdir  (Həzrəti  Osmandan  alınmışdır. 

Sünəni-Nəsaidə). 

Yenə  Həzrəti  Osmanın  rəvayət  etdiyi  başqa  bir 

hədisi-şərifdən: “Içkidən çəkinin. Allaha and olsun ki, 

içki  ilə  iman  bir  yerdə  birləşməz.  Yəni  biri  digərini 

aradan çıxardır” (Həzrəti Osmandan alınmış Nəsaidə). 

“Həm sərxoşluqverici, həm də narkotik maddələr-

dən  istifadə  etməyi  ümmətimə  qadağan  edirəm” 

(Buhari). 

Dinimizdə  alkoqollu  içkilər  qəti  surətdə  qadağan 

olunarkən,  alkoqolun  zərərlərini  tam  mənası  ilə 

göstərəcək  bu  günkü  texniki  imkanlar,  şübhəsiz  ki,  o 

ə

srdə mövcud deyildi. Bununla belə, insanı möcüzəli və 



antik bir saat kimi yaradan böyük Allah əzəli olan elmi 

 

306


ilə  alkoqolun  insan  bədəninə  ola  biləcək  zərərini  təyin 

etmiş və alkoqollu içkiləri haram buyurmuşdur. Inkişaf 

edən texniki imkanlar, aparılan tədqiqatlar, Islamiyyətin 

bu  hökmünü  təkzib  etməmiş,  əksinə  təsdiq  etmişdir. 

Daha  doğrusu,  buradan  onu  başa  düşməliyik  ki, 

Islamiyyət insanlar üçün nəyi əmr etmişdirsə, o insanın 

faydasınadır  və  Islamiyyət  insanlar  üçün  nəyi  qadağan 

etmişdirsə, o da insanların zərərinədir. 

Bu mövzudakı digər bir fövqəladəlik Peyğəmbərin 

(s.ə.v.)  alkoqollu  içkiləri  o  zamanın  inadcıl  və 

mühafizəkar  qəbilələrində  aradan  qaldırmasındakı 

xariqüladə  müvəffəqiyyətindən  ibarətdir.  Padşah 

Sultan IV Muradın yaşadığı əsrdə yayılmış olan siqaret 

çəkmək adətini aradan qaldırmaq üçün çox çalışmasına 

baxmayaraq,  yenə  də  buna  tam  müvəffəqiyyət  ola 

bilmədiyi  tarixi  bir  həqiqətdir.  Bu  gün  də  siqaret 

çəkməyi tərgitməyin nə qədər çətin olduğu çox adama 

məlumdur. Halbuki, Peyğəmbərimizin (s.ə.v.) gətirdiyi 

iman  nuru  o  əsrdə,  o  cahillik  dövründə  o  qəbilələrin 

sümük  və  iliklərinə  qədər  işləmiş  olan  bir  çox  pis 

adətləri  aradan  qaldırmağa  müvəffəq  olmuşdur.  Alko-

qollu  içkilərin  aradan  qaldırılması  məhz  bunların  bir 

nümunəsidir.  Maraqlıdır,  yüzlərcə  alim  və  fazil 

adamlar  getsələr,  illərlə  çalışsalar,  Peyğəmbərimizin 

(s.ə.v.)  o  vaxt  bir  ildə  gördüyü  işin  yüzdə  birini  görə 

bilərlərmi? 

Bu  həqiqəti  müdafiə  edən  xarici  ölkələrdən  bir 

nümunə  göstərmək  istəyirəm.  Amerika  Birləşmiş 

Ş

tatlarında alkoqollu içkilərin cəmiyyətə verdiyi böyük 



zərərlərin qarşısını almaq üçün 1919-cu ildə alkoqollu 

içkilərin  istehsalı  və  onlardan  istifadə  edilməsi  dövlət 

tərəfindən qadağan olunmuşdu. Bunun da, yəqin ki, bir 


 

307


faydası  olmuşdu.  Məsələn,  o  illərdə  serrozdan  ölüm 

faizi  ABŞ-da  xeyli  aşağı  düşmüşdü.  Bununla  belə,  bu 

qadağa  heç  bir  zaman  qəti  bir  çarə  olmamışdır.  Daha 

doğrusu,  içki  qadağan  olunduğu  zaman  da  gizli 

emalatxanalarda emal edilib satılmışdır. Bununla bağlı 

gizli  içki  istehsalı  ilə  məşğul  olan  qaçaqçılar  ortaya 

çıxdı. Zaman-zaman belə emalatxanalar dağıdılıb, içki 

çəlləkləri  sındırıldı.  Içkiyə  olan  tələbatın  qarşısının 

alınması  mümkün  olmadığına  görə,  alkoqollu  içki 

istehsalı  və  işlədilməsi  1933-cü  ildə  yenidən  sərbəst 

buraxıldı.  Məhz  bu  məsələdə  aciz  qaldıqlarını  etiraf 

edərək,  Istanbul  Universitetinin  Tibb  fakültəsində 

illərlə  sanitariya-gigiyena  dərsi  vermiş  olan  amerikalı 

müəllim  Ord.prof.Dr.Julius  Hirsh  öz  dərs  kitabında 

aşağıdakıları yazmışdır: “Həzrəti Muhəmməd Peyğəm-

bərimizin (s.ə.v.) quran vasitəsilə içkini qadağan etmiş 

və əsrlərlə böyük insan kütlələrini içkinin zərərlərindən 

qoruya  bilmişdir.  Bu  nəticə  20-ci  əsrdə,  inkişaf  etmiş 

Amerikada,  hər  cür  təbliğata  və  texnoloji  tərəqqiyə 

baxmayaraq əldə oluna bilməmişdir”. Göründüyü kimi, 

amerikalı  alim  bu  işdə  aciz  qaldıqlarını  səmimiyyətlə 

etiraf  etmişdir  (J.Hirsh,  Hifzis-sıhha  dərs  kitabı, 

Istanbul Universiteti, Yay.No:34, 1938, səhifə 242). 

Ə

n böyük fəzilət odur ki, düşmənlər də onu təsdiq 



etsinlər.  Məhz  xaricdən  gəlmiş  professor  da  bu  işi 

görmüşdür. 

Belə  bir  nəticə  insanların  sadəcə  olaraq  qadağa-

larla bu və buna bənzər zərərli vərdişlərdən əl çəkmə-

sinin  nə  qədər  çətin  olduğunu  göstərir.  Daha  doğrusu, 

insanlara qüvvətli bir iman şüuru verilmədikcə, bu cür 

vərdişlərdən uzaqlaşmayacaqları aydındır. 

Pis  vərdiş  yaradan  maddələr  deyincə,  insanın 



 

308


ağlına  əvvəlcə  alkoqol  gəlir.  Bu  isə  hər  cür  alkoqollu 

içki  deməkdir.  Alkoqollu  içkilərdən  başqa  da  insanda 

müəyyən  bir  pis  vərdiş  yarada  bilən  maddələr  vardır. 

Bunlara  morfi,  həşiş,  kokain  və  s.  əlavə  edilə  bilər. 

Hətta  tibbdə  dərman  kimi  istifadə  olunan  narkotik 

maddələr,  müxtəlif  keyidici  vasitələr  də  diqqətsiz  və 

uzun müddət işlədildikdə pis vərdiş əmələ gətirir. 

Içki və narkotik maddələrdən istifadə etməyin pis 

bir  vərdişə  çevrilməsi  deyincə  nəyi  başa  düşməliyik? 

Məsələn,  bir  çoxumuz  qəhvə  və  ya  çay  içməyə  də 

vərdiş etmişik. Siqaret də buna əlavə oluna bilər, çünki 

bu da bir növ vərdişdir. Bununla bərabər, sözün həqiqi 

mənasında  farmokologiyada  çay,  qəhvə  içmək  vərdi-

ş

indən  bəhs  olunmaz.  Pis  vərdiş  yaradan  dərmanlar 



aşağıdakı kimi səciyyələndirilə bilər: Həmin maddələr 

mərkəzi  sinir  sistemində,  yəni  beyin,  beyincik  və 

onurğa beynində əhəmiyyətli dərəcədə dəyişiklik və ya 

depressiya  yaradır.  Bunun  nəticəsində  isə  insanın 

təfəkküründə,  xasiyyətində  və  zehni  qabiliyyətində 

dəyişikliklər  olur,  davranışı,  bədənində  gedən  maddə-

lər  mübadiləsi  pozulur.  Sərxoşun  səndələyərək  güclə 

yeriməsi kimi. Bir sözlə, zərərli vərdişlərə belə bir tərif 

verilə bilər:  Bir maddənin vücuda və  ya mərkəzi sinir 

sisteminə təsiri, o maddənin tibbi bir məqsəd olmadan 

israrla istifadə olunmasından ibarətdir. 

 

Şə



rab içməyin günahları haqqında 

 

Spirtli  içkilər  və  sərxoşluq  insan  həyatının  böyük 

və ən qədim düşmənidir. 

nsanın  cismi  və  ruh  sağlamlığını  təmin  edən, 

insanın  saədətini  düşünən,  insan  və  cəmiyyətin 

təkamülü  üçün  ən  mütərəqqi  qanunlar  verən  islam 



 

309


dininin  sərxoşluq  və  spirtli  içkilərin  zərər  –  ziyanı 

haqqında  etdiyi  xəbərdarlıqlar  insan  həyatının 

sağlamlığında  çox  əhəmiyyətlidir.  Öz  vaxtında  bn-

Sina şərab haqqında belə demişdir. 

Şə

rab sərxoşun düşməni, mötədilin dostudur. 

Az miqdarda zəhərə çarə, çox miqdarda zəhərdir. 

Ata məşvərəti kimi acı, Ata öyüdü kimi faydalıdır. 

Ağıllıya icazə, səfehlərə qadağandır. 

Təkcə islam dini deyil, bütün səmavi dinlər Allah 

Təbarəkə  Təala  tərəfindən  göndərilən  peyğəmbərlər, 

alimlər  və  həkimlər  spirtli  içkiləri  pisləyib  insanı 

ondan  çəkindirmişlər.  çki  ağlın  düşmənidir.  Hansı 

ağıllı insan öz ağlını öz əli ilə puç edər?  nsanın böyük 

məziyyəti onun ağlıdır, insan bu qüvvəni və məziyyəti 

ə

ldən verdikdə öz insanlığını itirir və hətta heyvandan 



da  alçaq  mərtəbəyə  enir.  Sərxoş  olanlar  nəinki  öz 

sağlamlıqlarını,  əxlaq  və  ağıllarını  da  pozurlar,  hətta 

başqalarına da təhlükəli olurlar.  

Müqəddəs kitabımızda sərxoş edən içkilər, qumar 

və  digər  şeytan  fitnə  -  fəsadlarına  aid  olan  buyruqlar 

çoxdur. “Qurani Kərim”də bu barədə 11 surədə  və 20 

ayədə  Allah  kəlamları  vardır.  Bunlar  dünyada  və 

axirətdə  insanların  varlığına  və  ruhuna  təsir  edən  əks 

amillərdir.  Şərab  və  qumar  haqqında  olan  ayələr 

müxtəlif  vaxtlarda  nazil  olmuşdur.  Bu  barədə  bir  çox 

kitablarda və risalələrdə bəzi yazılara rast gəlmək olar. 

Həmin  ayələr  Muhəmməd  Peyğəmbərə  (s.ə.v.)  onun 

peyğəmbərliyi dövründə (23 il ərzində) nazil olmuşdur. 

Bu  mənada  əsasən  şərab  nəzərdə  tutulur.  Ərəbcə 

“sakar”  və  ya  “şakar”  hərfi  mənada  sərxoş  edən  içki 

kimi  tərcümə  olunur.  Bu  haqda  birinci  ayə  Məkkədə 

nazil  olmuşdur,  lakin  şərab  içməkdən  çəkindirmək 


 

310


haqqında  ayə  Mədinədə  nazil  olunub.  Ona  görə  də 

şə

rabın  haram  edilməsini  daha  dəqiq  bilmək  üçün  bu 



barədə  nazil  olunan  ayələri  xronoloji  qaydada  izah 

etmək vacibdir. 



“Siz  xurma  ağaclarının  meyvəsindən  və 

üzümlərdəşərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş

mövüc,  bəhməz,  quru  xurma  və  s.

)  düzəldirsiniz. 

Ş

übhəsiz  ki,  bunda  da  ağılla  düşünənlər  üçün  bir 



ibrət vardır.” (ən – Nəhl, 16/67). 

Qeyd  etmək  lazımdır  ki,  bu  ayə  içki  haram 

edilməzdən əvvəl Məkkədə nazil olub. 

Bu ayə Məkkədə nazil olmuşdur və ayənin mənası 

ondadır  ki,  üzümün  emalından  alınan  və  insanları 

sərxoş edən şərab onu içməyi bacaranlar üçün nəzərdə 

tutulur.  Bəs  onu  içməyin  həddini  kim  bilir?  Bunun 

həddini  hamı  bilməlidir.  Artıq  əl  –  Bəqərə  surəsində 

Muhəmməd  Peyğəmbərdən  (s.ə.v.)  şərab  haqqında 

soruşduqda Allahın belə buyurduğunu demişdir:  



(Ya Muhamməd!) Səndən içki və qumar (meysir) 

haqqında sual edənlərə söylə: “Onlarda həm böyük 

günah,  həm  də  insanlar  üçün  mənfəət  (dünya 

mənfəəti)

  vardır.  Lakin  günahları  mənfəətlərində

daha böyükdür”! ...(əl – Bəqərə, 2/219).  

Bu surə Mədinədə nazil olmuşdur və qeyd olunur 

ki, şərab içməkdə xeyrdən çox, günah var. Bəs nə üçün 

şə

rabın  içilməsi  birdəfəlik  qadağan  edilmirdi?  ş 



burasındadır  ki,  “Qurani  Kərim”  nazil  olana  qədər 

insanlarda şərab içməyə və qumar oynamağa meyillilik 

vardı. “Qurani Kərim”in hikməti hər işdə tədricilik və 

ardıcıllıq  (məntiqlik)  göstərilməklə  daimiliyə  nail 

olmağa  çağırışdır.  Əgər  bu  və  ya  digər  iş  qədim 

dövrdən mövcud olmaqla ictimai ənənələrə, adətlərə və 



 

311


qaydalara  toxunursa,  onların  dəyişdirilməsinə  və  ya 

qadağan edilməsinə ehtiyatlı olmaq lazımdır. Ona görə 

də  şərab  haqqında  olan  Allah  kəlamlarını  insanlara 

incəliklə  anlatmağa  çağırılır.  Ayədə  deyildiyi  kimi 

şə

rabda  xeyirdən  çox  ziyan  (günah)  var.  Məhz  buna 



görə də Yaradan öz buyruğunu, onun fikrini insanların 

dərk etməsini istəmişdir.  



“Allah  istər  ki,  üzərinizdə  olanı  (ağırlığı) 

yüngülləşdirsin, çünki insan (şəhvətini cilovlamaq və 

itaətin 

çətinliyinə 

dözmə

baxımından)

 

zəif 

yaradılmışdır”. (ən – Nisa, 4/28). 

Ə

n  –  Nisa  surəsində  deyilir  ki,  insan  çox  zərif 



yaranıb.  Buradan  aydın  olur  ki,  insanın  ruhu  ilə  onun 

fiziki  hissiyyatı  arasında  münaqişə  yaranır.  Nəticədə 

insan  şərab  içməyə  meyl  edir.  Şərab  içdikdən  sonra 

başı  dumanlanır  və  sərxoş  olur.  Nəticədə  insanın 

zəifliyi aşkar təzahür edir. Elə ona görə də insan sərxoş 

vaxtı  Yaradana  müraciət  etməsin  deyə  xüsusi  ayədə 

vurğulanmışdır.  

“Ey  iman  gətirənlər!  Sərxoş  ikən  nə  dediyinizi 

anlamayana  qədər  və  cunub  (murdar)  olduğunuz 

zaman – yol ötən müsafirlər müstəsnadır- qüsl edə-

nədək  namaza  (namaz  qılınan  yerə)  yaxınlaşmayın. 

Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri 

ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş 

(yaxınlıq  etmiş)

  olduqda  (qüsl  və  dəstamaz  üçün)  su 

tapmadığınız  zaman  pak  bir  torpaqla  təyəmmüm 

edin,  (ovuclarınızı)  üzünüzə  və  əllərinizə  sürtün! 

Ş

übhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!” (ən – 

Nisa, 4/43). 

Görüldüyü  kimi,  “Qurani-Kərim”  necə  ehtiyatla, 

ardıcıllıqla  şərabdan  imtina  etməyə  çağırır.  Lakin 


 

312


bunlar  hələ  şərabın  qadağan  olunması  demək  deyil. 

Qeyd  olunan  ayədəki  buyruqlar  bir  daha  insanlara 

dəqiq  göstərir  ki,  Allah  Təbarəkə  Təala  şərab  içməyi 

təqdir etmir (icazə vermir), tövsiyə etmir. Bəs nə üçün 

belə  olur?  Əgər  “Qurani  Kərim”də  sərxoş  halda  na-

maza  durmamaq  buyurulursa,  deməli  belə  hallar 

ə

vvəllər mövcud olmuşdur. 



“Qurani-Kərim”  bunun  səbəbini  bizə  açıq  aydın 

göstərir.  Şeytan  axirət  gününə  qədər  Allah  Təaladan 

ə

bəs yerə möhlət istəməmişdi. Şeytan insanı yolundan 



çıxardır.  Bu  barədə  Əl  –  Maidə  surəsində  deyilir:  Ey 

insan, şeytanın fitvasına qarşı dayana biləcəksənmi? 



Şübhəsiz  ki,  Şeytan  içki  və  qumarla  aranıza 

ə

davət  və  kin  salmaqdan  və  namaz  qılmaqdan 



ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (əl 

– Maidə, 5/91). 

Bu  ayənin  məzmunu  da  şərabın  tam  qadağan 

olunmasını  demir.  “Artıq  bu  işə  son  qoyacaq-



sınızmı?” deyilir. 

Ə

gər  şərabın  içilməsinə  qadağa  qoyulmursa,  ona 



ə

məl  olunmursa  və  ona  qarşı  birbaşa  izahat  və 

müraciət  yoxdursa,  onda  bəs  nə  qalır?  Bunun  Allah 

Təalanın  xoşuna  gəlməyən  əməl  olduğu  elan 

edilməlidir.  Yenə  də  insan  seçim  qarşısındadır. 

“Qurani-Kərim”də buyrulur. 



Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin