Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc


Cədvəl 1. Balın orta hesabla t



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə21/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

Cədvəl 1. Balın orta hesabla tərkibi 

 

Qida maddələri 

(tərkib hissələri) 

100 q baldakı 

təxmini miqdarı 

Su 


17,1 q 

Cəmi karbohidratlar 

82,4 q 

O cümlədən: 



 

 Fruktoza 

38,5 q 

 Qlükoza 



31,0 q 

 Maltoza 

7,2 q 

 Saxaroza 



1,5 q 

Kalorinin cəmi 

304 kkal 

Protein  

0,7 mq 

Vitaminlər: 



 

 B

1



 (tiamin) 

<

0,01 mq 


 B

2

 (riboflavin) 



<

0,3 mq 


 Nikotin turşusu 

<

0,3 mq 


 Pantoten turşusu 

-0,25 mq 

 B

6

 (piridoksin) 



<

0,02 mq 


 B

9

 (Foll turşusu) 



<

0,01 mq 


 C (askorbin turşusu) 

<

0,5 mq 


Minerallar: 

 

Natrium  



2,85 mq 

Kalsium  

4,8 mq 

Dəmir  


0,25 mq 

Sink  


0,15 mq 

Kalium  


50,0 mq 

Fosfor  


5,0 mq 

Maqnezium  

2,0 mq 

Selen  


0,01 mq 

Mis  


0,05 mq 

Xrom  


0,02 mq 

Manqan  


0,15 mq 

Mineral tozu (kül) 

0,2 q 

 


 

245


Bal haqqında hədislə

 

Peyğəmbər (s.ə.v.): 

1.  Bal dərmandır. 

2.  Iki şəfadan – bal və Qurandan istifadə edin. 

3.  Təzə  doğan  qadınlar  üçün  təzə  xurma,  xəstə 

üçün isə bal kimi dərman yoxdur. 

4.  Allah-Təala  bərəkəti  balda  verib.  Onda 

xəstəliklərin  şəfası  var  və  yetmiş  peyğəmbər  onun 

faydasının davamiyyətli olmasını Allahdan istəyib. 

5.  Bal şərbətindən üstün olan bir dərman yoxdur. 

6.  Bal  nə  yaxşı  içəcəkdir:  ürəyi  qoruyur,  sinənin 

soyuqluğunu aradan qaldırır. 

7.  Bal şəfadır. O, yeli və qızdırmanı qovur. 

8.  Əgər  bir  şeydə  şəfa  varsa,  o,  ya  qan  alanın 

ülgücündə, ya da bal yeməkdədir. 

9.  Ərəb,  qan  alanın  qan  almasından  və  ya  bal 

yeməkdən yaxşı bir şeylə müalicə olunmayıb. 

10.  Əgər sizin dərmanlarınızda xeyir varsa, bu ya 

bal  yeməkdə,  ya  qan  alma  alətində,  və  ya  da  odla 

dağlamaqdadır, amma mən dağlamağı sevmirəm. 

11.  Şəfa  üç  şeydədir:  bal  yeməkdə,  qan  almaqda 

və  odla  dağlamaqda.  Amma  mən  ümmətimə  özlərini 

dağlamağı qadağan edirəm. 

Imam Əli (ə): 

1.  Xəstə  bal  qədər  yaxşı  olan  başqa  bir  şeylə 

müalicə olunmayıb. 

2.  Bal  bütün  xəstəliklərin  dərmanıdır,  özündə  isə 

heç bir dərd yoxdur. O, bəlğəmi azaldır, qəlbi açır. 

3.  Bir  qaşıq  bal  bütün  xəstəliklərin  dərmanıdır. 

Allah-Təala  buyurur:  “...Onların  (arıların),  qarınla-



rından  insanlar  üçün  şəfa  olan  müxtəlif  rəngli  bal 

 

246


çıxar...”.(ən-Nəhl,  16/69)  Bal  yemək,  Quran  oxumaq 

və buxur çeynəmək bəlğəmi kəsir. 

4.  Balda şəfa var. 

Imam Kazim (ə): 

1.  Hər  kəsin  bel  suyu  (sperması)  dəyişikliyə 

məruz qalarsa, ona sağılmış südlə bal faydalıdır. 

2.  Balı şanısından ayırsan da, o bütün xəstəliklərin 

dərmanıdır. 

“Kafi”  -  Həmzə  bn  Təyyar  Imam  Kazimdən  (ə): 

Insanlar  qan  almaq  və  bir  müzə  bal  yeməkdən  daha 

faydalı olan bir metodla müalicə olunmayıblar. 

Mən  soruşdum:  -  Sənə  fəda  olum,  müzə  bal  nə 

olan şeydir? 

Dedi: - Bir qaşıq bal. 

“Imam  Rzanın  (ə)  fiqhi”:  Imam  Kazim  (ə) 

buyurdu: “Balda bütün xəstəliklərin şəfası var. Hər kəs 

acqarına bir qaşıq bal yeyərsə, bəlğəmi kəsilər, sarılığı 

yatar,  zərdabın  qarşısı  alınar,  zehni  saflaşar.  Buxurla 

yeyildikdə hafizəsi yaxşılaşdırar”. 

Imam  Rza  (ə):  Hər  kəs  bütün  qışı  zökəmə 

tutulmaq istəmirsə, hər gün üç loxma bal şanısı yesin. 

Imam Hadi (ə): 

1.  Günaşırı  baş  verən  qızdırma  haqqında  soruşul-

duqda: Bal və qara çörəkotu qatışdırılıb yeyilsə, qızdır-

ma aradan qalxar. Onların hər ikisi mübarək qidalardır. 

Allah-Təala  bal  haqqında  belə  buyurur:  “Onların 



(arıların), 

qarınlarından  insanlar  üçün  şəfa  olan 

müxtəlif rəngdə bal çıxır”. (ən-Nəhl, 16/69). 

2.  Iki  gündən-bir  qızdırması  qalxan  şəxs  üçün  ən 

faydalı  dərman  həmin  gün  baldan  hazırlanmış  və 

zəfəranı  çox  vurulmuş  şərbət  içməkdir  və  həmin  gün 

başqa heç nə yeməməkdir. 


 

247


“Möcəmül-əvsət”  -  Saib  ibn  Yəziddən:  Allahın 

Rəsulu  (s.ə.v.)  qan  almağı  əmr  etdi  və  dedi:  “Insanlar 

üçün  qan  almaq  və  bal  yeməkdən  yaxşı  xəstəlikləri 

çıxartma vasitəsi yoxdur”. 

“Dəməşqin  tarixi”  -  Amir 

bn  Malikdən: 

Qızdırmalı  olduğuma  görə  bir  nəfəri  Peyğəmbərin 

(s.ə.v.)  yanına  göndərdim,  ondan  dərman  və  şəfa 

istədim. Həzrət də mənə bir qab bal göndərdi. 

“Dəməşqin  tarixi”  -  Abdulla  bn  Bureydədən: 

Amir  bn Tüfeyl Amirinin əmisi mənə danışdı ki, Amir 

bn Tüfeyl Allahın Rəsuluna (s.ə.v.) bir at hədiyyə etdi 

və  Həzrətə  bir  məktub  yazdı:  “Bədənimdə  böyük  bir 

çapıq əmələ gəlib, mənə bir dərman göndər”. 

Peyğəmbər  (s.ə.v.)  onun  atını  qaytardı,  çünki  o, 

müsəlman olmamışdı, amma ona bir qab bal göndərdi 

və dedi: “Bununla müalicə olun!”. 

Imam  Baqir  (ə):  Ərəbin  tibbi  yeddi  şeydədir: 

qanalma  alətində,  imalədə,  hamamda,  burunotunda 

(buruna  tökülən  dərmandır),  qusmaqda  və  bal 

yeməkdə. Axırıncı dərman dağlamaqdır.  

 

BAL TƏFSIRI 

 

 

Belə  rəvayət  edirlər  ki,  Həzrəti  Əli  (ə)  əfəndimiz 



bir gün qalibiyyətlə hərbdən evinə dönür. Həzrəti Əbu 

Bəkir (ə), Həzrəti Ömər(ə) və Həzrəti Osman (ə) onun 

evinə  gəlir:  “Qələbən  mübarək  olsun,  ey  Allahın 

aslanı” deyərək təbrik edirlər.  

Həzrəti  Əli  (ə)  əfəndimiz  büllur  kimi  parıldayan, 

işıq  kimi  yanan  haşiyəli  bir  tabaqda  bal  gətirib 

müsafirlərinə  ikram  edir.  Həzrəti  Əbu  Bəkir  (ə) 

ə

fəndimiz  əlini  uzadıb  baldan  yemək  istədikdə  balın 



içində  bir  uzun  tük  (qıl)  olduğunu  görür  və  onu  balın 

 

248


içərisindən  çıxarmaq  istəyir.  Həzrəti  Ömər  (ə)  mane 

olub  deyir:  “Ya  Əbu  Bəkir  dəymə.  Bizlər  Allah 

Rəsulunun ən yaxınlarıyıq. Umulur ki, bizləri təcrübə-

dən  keçirmək  üçün  bu  qıl  buraya  qoyulmuşdur.  Bu-

nunla bağlı gəlin hər birimiz bu bal haqqında bir təfsir 

söyləyək”. 

Həzrəti Əbu Bəkir (ə) əfəndimiz öz təfsirində belə 

söyləyir:  “Namaz  qılan  möminlərin  qəlbi  bu  tabaqdan 

nurludur.  Dünya  məşğuliyyətlərini  yada  salmadan 

namaz  qılmaq  bu  baldan  dadlıdır.  Məxluqatdan  tam 

uzaq  olmaq  şərtilə  Cənabi  Haqqa  yönəlmək  bu  qıldan 

incədir”. 

Həzrəti  Ömər  (ə)  əfəndimiz  öz  təfsirində  belə 

söylədi: “Müsafirlərini sevən ev sahibinin qəlbi bu ta-

baqdan nurludur. Müsafirlərlə səmimi söhbət etmək bu 

baldan  dadlıdır.  Müsafirlərin  qəlbi  bu  qıldan  da 

incədir”. 

Həzrəti  Osman  (ə)  əfəndimiz  öz  təfsirində  belə 

söylədi:  “Alimlərin  qəlbi  bu  tabaqdan  nurludur. 

Alimlərlə  söhbət  etmək  bu  baldan  dadlıdır.  “Qurani-

Kərim”ə məna vermək bu qıldan incədir”. 

Həzrəti  Əli  (ə)  əfəndimiz  öz  təfsirində  belə 

söylədi: “Islam dini uğrunda döyüşə gedən möminlərin 

qəlbi  bu  tabaqdan  nurludur.  Kafirlərlə  vuruşub  qalib 

gəlmək  bu  baldan  dadlıdır.  Qul  kimi  əsir  düşməyib 

evinə qayıtmaq bu qıldan incədir”. 

Bütün  bu  hikmətli  təfsirləri  dinləyən  Həzrəti  Fat-

ma  (A.o.r.)  çox  duyğulanmış  və  özünə  görə  aşağıdakı 

təfsiri  söyləmişdir:  “Qocasını  məmnun  edən  qadının 

qəlbi  bu  tabaqdan  nurludur.  Qocasına  əzab-əziyyət 

vermədən  gözəl  həyat  sürmək  bu  baldan  dadlıdır. 

Qocasının  tələbini  yerinə  yetirmək  və  onu  məmnun 



 

249


etmək bu qıldan incədir”. 

Bu  anda  Rəsulullah  əfəndimizə  xəbər  verildi.  Bu 

sıradan  Rəsulullah  “Dostlarım,  bir  təfsir  də  mən 

deyim”  buyurdu:  “Ümmətimin  qəlbi  nurludur  bu 

tabaqdan. Kövsər şərabı dadlıdır bu baldan. Şəriətimin 

yolu incədir bu qıldan”. 

Bu əsnada Cənabi Haqq Cəbrayılı (ə.) göndərmiş-

di.  Cəbrayıl  da  bir  təfsir  söylədi:  “Qardaşım  Ya  Mu-

həmməd! Sənin peyğəmbərliyin nurludur bu tabaqdan. 

Gələcək  Qiyamət  günündə  ümmətinə  şəfaət  etmən 

dadlıdır bu baldan. Sirat körpüsü incədir bu qıldan”. 

Bu  hikmətli  təfsirlərdən  sonra  cümləsi  əl  qaldırıb 

amin  dedi.  Rəsulullah  da  belə  dua  buyurdu:  “Ya 

Rəbbi!  Bu  bal  təfsirini  oxuyana,  dinləyənə  iki  yüz 

iyirmi dörd min peyğəmbər savabı ver” buyurdu. Hamı 

birlikdə amin dedi. 

Cənabi  Haqdan  xitab  gəldi:  “Ya  Muhəmməd! 

Qullarımdan  hər  kəs  bu  bal  təfsirini  oxuyarsa,  yaxud 

oxudarsa  və  yaxud  yazdırıb  yanında  daşıyarsa,  yaxud 

yazdırıb  ümmətimə  hədiyyə  edərsə,  izzəti  cəlalım 

haqqı  üçün  o  qullara  224  min  peyğəmbər  savabı 

verərəm” buyurdu. 

Indi bir kimsə bu bal təfsirini özü üçün yazıb və ya 

yazdırıb  hər  gün  oxusa  və  oxumağa  davam  etsə, 

keşməkeşli  dünya  darlığı  görməz.  Dünyada  zərurətə 

düşməz.  Ölərkən  iman  ilə  ölmək  nəsib  olar.  Hüsnü 

xatimə  ilə  ölmək  iman  salamatilə  axirətə  getmək 

deməkdir. Bu səbəbdən uca Cənabi Haqq onu gələcək 

bəla və qəzalardan mühafizə edər. 

Açıqlama:  Ey  Cənnət  Yolçusu  Qardaş!  Bu  bal 

təfsirindəki  hikmət  və  incəlik,  dörd  böyük  xəlifələri-

mizin  hikmətli  izah  və  təfsirləri,  Həzrəti  Fatimə 



 

250


Valideynimizin  ibrət  dolu  təfsirləri,  Rəsulullahın 

(s.ə.v.)  mübarək  təfsirləri  və  Cəbrayılın  (ə.)  təfsir  və 

izahlarının  gözəlliyidir.  Bunun  əsası  olaraq  Islam  bir 

bütün olaraq yaşamaqdadır. 

Namaz  ibadəti  bir  mömin  üçün  əsasdır.  Insan 

ibadət  üçün  yaradılmışdır.  Həzrəti  Əbu  Bəkir  (ə) 

ə

fəndimiz bu incəliyi dilə gətirməkdədir. 



Islamda  müsafirlik  çox  önəmli  bir  amildir.  Bu 

incəliyi Həzrəti Ömər (ə) əfəndimiz dilə gətirməkdədir. 

Alim  və  elm  əhlini  digərlərindən  fərqləndirmək 

Islamda çox mühümdür. Həzrəti Osman (ə) əfəndimiz 

bu önəmə işarə etməkdədir. 

Islamda  Cihadın  önəmini  bilməyən  yoxdur. 

Həzrəti Əli (ə) əfəndimiz çox önəmli olan bu əsası dilə 

gətirməkdədir. 

Həzrət  Fatimə  valideynimizin  işarət  buyurduğu 

incəlik Islam ailəsinin təməlidir. Bir xanımın qocasına 

olan böyük sayqısı və qocaya olan haqqını yerinə yetir-

mək təfsiri, doğrusu cildlər dolusu izah və açıqlamaları 

özündə əks etdirən vacib və lazımlı bir təfsirdir. 

Rəsulullahın (s.ə.v.) mübarək izahları isə, mömin-

lərin  könüllərinə  sonsuz fərəh  bəxş  etməkdədir.  “Sirat 

qıldan  incə,  qılıncdan  kəskindir”  demişdir.  “Dinimiz 

qıldan  incə,  qılıncdan  kəskindir”  deyimləri  hələ  də 

incəliklə dayanmaqdadır.  

Hələ  Cəbrayılın  təfsirindəki  “Qiyamət  günü 

Rəsulullahın (s.ə.v.) ümmətinə şəfaət etməsinin dadı və 

zövqü, əlbəttə ki, dünya balında ola bilməz”. 

Dini  işlərdə  savab  və  fəzilət  əldə  edtmək  üçün 

niyyətlərin düzgün və Allah üçün olması gərəkdir. Bir 

iş Allah üçün edilərsə, Allah qullarının qəlbindəki niy-

yətləri  çox  yaxşı  bildiyindən,  o  qulunun  niyyətlərinə 


 

251


görə  müamilə  yapacaqdır.  Allah  eşqinə  iş  tutanlar, 

Allahdan  sonsuz  mükafat  alacaqlar.  Biz  müsəlmanlar 

buna inanırıq. 

 

Şə

kər haqqında 

 

Şə

kər  qamışı  və  şəkər  istehsalının  vətəni  Cənub-



Şə

rqi  Asiya  sayılır.  Şəkər  qamışı  Hindistanda 

eramızdan  3000  il  əvvəl,  Yaxın  Şərqdə,  Aralıq  dənizi 

ölkələrində və Çində VI əsrdən becərilir. 

 Makedoniyalı  Iskəndərin ordusu Hindistan torpa-

ğ

ına  qədəm  basdıqda  gördükləri  çoxlu  möcüzələr  içə-



risində bir şey onların diqqətini cəlb etmişdi. Hindlilər 

xoş  şirin  dada  malik  olan  ağ  rəngli  bərk  məhsul 

yeyirdilər.  Makedoniyalı  Iskəndərin  silahdaşlarından 

biri  o  vaxt  yazmışdı  ki,  Hindistanda  yetişən  qamış 

arısız  bal  verir.  Sonralar  Çinə  gətirilən  həmin  məhsul 

Daş  bal,  Misirdə  isə  Hind  duzu  adlanırdı.  Beləliklə 

şə

kər  istehsalı  Hindistanda  başlamış,  sonralar  Irana 



keçmiş və VII əsrdə ərəblər onu Avropaya aparmışlar. 

Rus  dilində  “Caxap”,  indusca  “Sarkara”  və  ya 

“Sakkara” sözündən yaranmışdır. 

Şə

kər  qamışının  tərkibində  20%-dək  şəkər  (saxa-



roza) olur. Şəkər qamışından şəkər alınması qədimdən 

məlumdur.  Sənaye  üsulu  ilə  şəkər  qamışından  şəkər 

istehsalına  Hindistanda  XVI  əsrdə  başlanmışdır. 

Hazırda  Dünyanın  100-dən  çox  ölkəsində  istehsal 

olunan  şəkərin  təxminən  55%-i  subtropik  və  tropik 

iqlim  şəraitində  yetişən  şəkər  qamışından,  45%-i  isə 

şə

kər çuğundurundan alınır. 



1746-cı  ildə  Alman  alimi  Andrey  Markqraf  ilk 

dəfə  çuğundurda  saxaroza  olduğunu  kəşf  edir  və  bu 

barədə  Berlin  Elmlər  Akademiyasına  məlumat  verir. 


 

252


XVIII  əsrin  axırlarında  bu  bitkiyə  maraq  artır  və 

demək  olar  ki,  Avropanın  bir  çox  ölkələrində  onun 

becərilməsinə  başlanır.  Şəkər  çuğundurundan  ilk  dəfə 

zavod şəraitində şəkəri almanlı F.K.Aşar almışdır. 

Təqdirə  layiq  haldır  ki,  artıq  «Azersun  Holdinq» 

ş

irkətlər qrupunun tərkibində fəaliyyət göstərən “Azər-



baycan Şəkər Istehsalat Birliyi” (AŞ B), başqa sözlə 

Imişli  Şəkər  Zavodu  nəinki  respublikanın  şəkərə  olan 

tələbatını  ödəyir,  hətta  xarici  ölkələrə  də  şəkər  ixrac 

edir. 


Şə

kər  əsas  qida  maddələrindən  biridir.  Şəkərdən 

kulinariyada, qənnadı sənayesində, spirtsiz içkilər, mü-

rəbbə,  cem  və  digər  konservləşdirilmiş  meyvə-gilə-

meyvə məhsulları istehsalında istifadə edilir. 

Insanların  qidalanmasında  şəkərin  böyük  əhəmiy-

yəti vardır. Şəkər orqanizmdə yaxşı mənimsənilir (95% 

və  çox)  və  yüksək  qidalılıq  dəyərinə  malikdir.  100 

qram  şəkər  374  kkal  və  ya  1565  kCoul  enerji  verir. 

Şə

kərin  qidalılıq  dəyərinin  yüksək  olması  ondan  irəli 



gəlir ki, o suda yaxşı həll olur və tezliklə qana sorulur. 

Şə

kər  gündəlik  qida  rasionuna  daxildir.  Qeyd 



etmək  lazımdır  ki,  1-11  yaşlı  uşaqlar  gündə  50-60 

qram, 11-14 yaşlı yeniyetmələr 60-70 qram, yaşlılar isə 

70-90  qram  şəkər  yeməlidirlər.  Digər  məhsullarla 

qəbul  olunan  saxaroza  da  nəzərə  alınmaqla  sağlam 

insan gündə 100-125 qram şəkər qəbul edə bilər. Lakin 

artıq  miqdarda  şəkər  qəbul  edildikdə  qan  qlükoza  ilə 

doyur,  maddələr  mübadiləsi  və  eləcə  də  şəkər 

mübadiləsi pozulur, mədəaltı vəzinin işi çətinləşir. Yu-

xunun  pozulması,  iltihab  proseslərinin  inkişafı  da 

çoxlu  şəkər  qəbul  edilməsi  ilə  əlaqədardır.  Lakin 

şə

kərin  insan  orqanizmi  üçün  fizioloji  əhəmiyyəti 



 

253


böyükdür. 

Şə

kər  haqqında  “Qurani-Kərim”də  heç  bir 



buyuruq  yoxdur.  Lakin  imamların  hədislərində  şəkər 

çuğunduru  və  şəkər  haqqında  bir  neçə  kəlamlara  rast 

gəlmək olur. 

 

Şə



kər haqqında hədislə

 

Imam Cəfər Sadiq (ə) buyurub: “Mənim şəkərdən 



artıq sevdiyim bir şey yoxdur”. 

Imam Rza (ə) buyurub:  

1.  “Hər  kəs  yatanda  iki  tikə  şəkər  yesə,  ölümdən 

qeyri bütün xəstəliklərdən şəfa tapar”. 

2.  “Əgər  bir  kişinin  min  dirhəm  pulu  olsa  və  o, 

pulun  hamısını  verib  şəkər  alsa,  o  şəxs  israf 

etməyibdir”. 

3.  “Qızdırma  xəstəliyinə  görə  on  dirhəm 

ağırlığında şəkər götürüb ac qarına su ilə içginən”. 

4. “Üç şey var ki, adamların çoxuna zərər verməz: 

raziqi üzümü, qənd qamışı, bir də alma”. 

5.  “Qənd  qamışı  qəbzliyi  açar,  onda  heç  bir  dərd 

və ya təhlükə yoxdur”. 

Şə

kər çuğunduru. Imam Rza (ə) buyurub:  

1.  “Sizə  şəkər  çuğundurunu  tövsiyə  edirəm.  O 

Firdövs Behiştində bir çayın kənarında bitir. Onda hər 

dərdin  dərmanı  var.  Əsəbi  bərkidir,  qanın  hərarətini 

söndürür və sümükləri qalınlaşdırır”. 

2.  “Xəstələrinizə  çuğundur  yedirdin  ki,  onda  şəfa 

var,  amma  heç  bir  dərd  yoxdur.  O  xəstəyə  yuxu  bəxş 

edir”. 

Imam Cəfər Sadiq (ə) buyurub: “Şəkər çuğunduru 



yeyən şəxs cüzamdan arxayın olar”. 

 

 

254


Xörək duzu haqqında 

 

Xörək duzu yeyinti məhsulu kimi həm şəxsi isteh-

lak  üçün  və  həm  də  sənaye  məqsədləri  üçün  geniş 

miqyasda istifadə olunur. Xörək duzu müxtəlif yeyinti 

məhsullarının  konservləşdirilməsində  bir  konservant 

kimi tətbiq olunur.  

Dünyada duz ehtiyatı çoxdur. Okean sularında 38 

trilyon  ton  natrium-xlor  ehtiyatı  vardır.  Yer  altındakı 

daş duz ehtiyatı isə 34 trilyon tona qədərdir. Beləliklə, 

insanlar  milyon  illər  bundan  sonra  da  duzla  təmin 

olunacaqlar. 

Insan  bədəninin  təxminən  0,5  kq-ı  natrium-xlorid 

duzu təşkil edir. Bu duzun orqanizmdə çatışmamazlığı 

nəticəsində  həyati  əhəmiyyəti  olan  bir  sıra  fizioloji 

proseslər pozula bilər. Xörək duzu qana daxil olmaqla 

bərabər  orqanizmdə  olan  hüceyrə  protoplazmalarında, 

qanda,  limfalarda  osmotik  təzyiqin  yaranmasını  təmin 

edir.  Bunun  sayəsində  qanın  iştirakı  ilə  müxtəlif 

toxumalardan maddələr mübadiləsi normal surətdə baş 

verərək,  hüceyrə  və  toxumaların  həyat  fəaliyyətini 

mühafizə edir. 

Insanın mədəsinin selikli qişa vəziləri xörək duzun-

dan  mədə  şirəsinə  lazım  olan  duz  turşusunu  hazırlayır 

ki, bu həzm prosesləri üçün çox əhəmiyyətli sayılır. 

Insan  orqanizmi  hər  gün  müəyyən  miqdarda 

natrium-xlorid  duzu  qəbul  etməlidir,  çünki  orqanizm-

dən müntəzəm olaraq natrium-xlorid xaric olunur. 

Beləliklə,  bütün  fizioloji  funksiyanın  normallığını 

təmin  etmək  üçün  insan  hər  gün  bütün  yeməklərlə 

birlikdə  10-15  q  xörək  duzu  qəbul  etməlidir.  Lakin 

müasir  təbabət  gündə  7-8  qramdan  çox  duz  qəbul 


 

255


etməyi  məsləhət  görmür.  Xüsusən  yaşlılar  və  qan-

damar xəstəliklərindən əziyyət çəkənlər duz istehlakını 

azaltmalıdırlar. 

 Xörək duzu təbiətdə 2 tipdə olur: 

1.  Mə

dən  duzu – bərk kristallı mineraldan ibarət 

olub, yer altında böyük yataq şəklində olur. Bu növ du-

za mineralogiyada qalit adı verilir. Yeyinti sənayesində 

və ticarətdə belə duza Daş duz deyilir. 

2.  Şora  –  yalnız  suda  həll  olmuş  halda  göllərdə, 

dənizdə,  hövzələrdə  olur.  Bunun  alınma  üsulları 

müxtəlifdir. 

Duz yataqlarının xarakterindən və duzun alınması 

texnologiyasından  asılı  olaraq  xörək  duzu  aşağıdakı 

növlərə ayrılır: 

1.  Daş  duz.  Bu  duzu  yeraltı  duz  yataqlarından  iri 

parça  halında  çıxarıb  duz  dəyirmanlarında  xırdalayır-

lar. Naxçıvan MR-da daş duz yataqları vardır. 

2.  Çökdürülmüş  duz  və  ya  hövzə  duzu.  Bu  duzu 

süni  surətdə  düzəlmiş  hövzələrdə,  dəniz  suyunu 

buxarlandırıb çökdürməklə əldə edirlər.  

3.  Şoran duzu və ya göl duzu. Bu duzu duzlu göl-

lərin  dibindən  çıxarırlar.  Abşeronda  şoran  duz  yutaq-

ları  vardır.  Masazır  gölü  ən  böyük  şoran  duz  mənbə-

yidir.  


4.  Buxarlandırılmış duz. Bu duzu  yer altından çı-

xarılmış  duzlu  suyun  buxarlandırılması  nəticəsində 

ə

ldə edirlər. 



5.  Yodlaşdırılmış duz. Bu duzu adi xörək duzuna 

kalium-yodat duzu qatmaqla hazırlayırlar. 

“Azersun  Holding”  şirkətlər  qrupunun  tərkibində 

fəaliyyət  göstərən  “Azərbaycan  Duz  Istehsalat 



Birliyi”  QSC  müasir avadanlıqların köməyi ilə dünya 

 

256


standartlarına cavab verən texnologiyanı tətbiq etməklə 

yüksək keyfiyyətli duz istehsalını təşkil etmişdir.  

Masazır  gölündəki  şoran  duzunun  analizləri 

göstərmişdir ki, bu duz tərkibinə  görə MDB-nin  digər 

bölgələrindəki şoran duzlardan çox az fərqlənir.  

Zavodda  müxtəlif  çeşiddə  xörək  və  süfrə  duzu 

istehsal olunur. 

 Duz haqqında “Qurani-Kərim”də heç bir buyuruq 

yoxdur.  Lakin  Peyğəmbərimizin  (s.ə.v.)  və  imamların 

hədislərində duz və duzun istifadəsi haqqında bir neçə 

kəlamlara rast gəlmək olur. 

 

Xörək duzu haqqında hədislə

 

 Rəsuli-Əkrəm  (s.ə.v.)  Əliyə  (ə)  etdiyi  vəsiyyətlə-



rində buyurur:  

1. “Ya Əli, duz ilə yeməyə başla, duz ilə də qurtar. 

Duzda  yeddi  xəstəliyə  şəfa  var:  dəlilik,  cüzam,  alalıq, 

boğaz ağrısı, diş ağrısı, qarın ağrısı”. 

2. “Kim yeməkdən qabaq və yeməkdən sonra duz 

yesə,  Allah-Təala  ondan  üç  yüz  otuz  növ  bəlanı 

uzaqlaşdırar. Belə ki, onların ən yüngülü cüzam olar”. 

Imam  Cəfər  Sadiq  (ə)  buyurub:  “Hər  kəs  təamın 

ə

vvəlinci  loxmasına  duz  səpsə,  üzündə  olan  çillər 



gedər”. 

Imam Rza (ə) öz səhabələrindən soruşdu ki, hansı 

“çörək qatığı” yaxşıdır? Onların bəzisi dedi: - ət, bəzisi 

dedi: - zeytun yağı. Sonra o Cənab (ə) buyurdu: “Yox, 

o  duzdur.  Bir  dəfə  biz  gəzməyə  çıxmışdıq,  qulam 

yaddan  çıxarıb  duz  götürməmişdi.  Təam  yeyəndə  heç 

bir şey duzu əvəz etmədi”. 


Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin