Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

“Ey iman gətirənlər! Şərab da (içki də), qumar 

da,  bütlər  də,  fal  oxları  da  Şeytan  əməlindən  olan 

murdar  bir  şeydir.  Bunlardan  çəkinin  ki,  bəlkə

nicat tapasınız!” (əl – Maidə, 5/90). 

“Qurani-Kərim” ciddi surətdə xəbərdarlıq edir: Bu 

işdən  uzaqlaşın!  Bu  işdən  çəkinin!  Əgər  siz 

doğurdanda  Allahı  sevirsinizsə  və  özünüzə  xoşbəxtlik 



 

313


arzulayırsınızsa, onda onun buyruqlarına əməl edin. Bu 

anda “Qurani-Kərim”dən bir ayə də yada düşür. Ayədə 

buyurulur: 

“Allah,  şübhəsiz  ki,  Allah  yolunda  vuruşub 

öldürən  və  öldürülən  möminlərin  canlarını  və 

mallarını  Tövratda,  ncildə  və  Quranda  haqq 

olaraq  vəd  edilmiş  Cənnət  müqabilində  satın 

almışdır.  Allahdan  daha  çox  əhdə  vəfa  edə

kimdir?  Etdiyiniz  sövdəyə  görə  sevinin.  Bu  böyük 

qurtuluşdur (uğurdur)!” (ət-Tovbə, 9/111). 

Bu  o  deməkdir  ki,  sizin  xoşbəxtliyinizin  ölçüsü 

sizin  Allaha  sevginizin  dərəcəsi  ilə  təyin  olunur.  Nə 

üçün  belədir?  Ayənin  digər  hissəsində  buyurulur: 



“Allahdan  daha  çox  əhdə  vəfa  edən  kimdir?”. 

Deməli biz hərəkətlərimizin seçimini özümüz müəyyən 

etməliyik.  Ali  –  mran  surəsində  deyildiyi  kimi:  “Bu 

sizin  özünüzdədir”.  Buna  cavab  yenə  “Qurani-

Kərim”də verilir.  



 “Hər  kəs  öz  əməlinin  girovudur!  (Hərə  öz 

ə

məlinin əvəzini alacaqdır!

 ).” (əl – Muddassir, 74/38). 

nsan  haqqında  söylənilən  bir  söhbət  çox  düzgün 

deyilib.  “Qurani-Kərim”də  insanın  xarakteristikası 

haqqında digər buyruq var.  



“Həqiqətən  insan  (sərvətə)  çox  həris  (tamahkar 

və kəmhövsələ)

 yaradılmışdır!” (əl-Məaric, 70/19)  

Bəs  necə  olmaq  lazımdır?  Dünyada  görüldüyü 

kimi müxtəlifliklər çoxdur. Qurani Kərimdə buyurulur.  

“Biz  yer  üzündə  olanları  onun  (sakinləri,  yer 

ə

hli)



  üçün  (və  ya  onun  özünəməxsus)  bir  zinə

yaratdıq  ki,  onlardan  hansının  daha  gözəl  əmə

sahibi  olduğunu  yoxlayıb  ayırd  edək”.  (əl-Kəhf, 

18/7). 

 

314


Deməli, “Qurani-Kərim” izah edir, bizi başa salır, 

köməklik  göstərir  ki,  biz  həyatda  atdığımız  hər  bir 

addım  üçün  özümüz  cavabdeh  olaq.  Ona  görə  də 

“Qurani-Kərim”dən  şərab  haqqında  deyilən  bütün 

buyruqlar  insanı  öz  seçiminə  buraxır.  Əgər  bizlərdən 

kimsə  şeytanın  fitnəsinə  davam  gətirməyib  şəraba 

qurşanırsa,  nə  olacaq?  Bu  barədə  “Qurani-Kərim”də 

belə buyrulur: 



“Hər  kəs  üçün  etdiyi  əməllərə  görə  dərəcələr 

(müxtəlif  mükafatlar  və  cəzalar)

  vardır.  Rəbbin 



onların  nə  etdiklərindən  qafil  deyildir!”  (əl-Ənam, 

6/132). 

Lakin Peyğəmbərimizin (s.ə.v.) hədislərində şərəb 

içilməsi  haqqında  daha  kəskin  və  qəti  qadağalar 

qoyulmuşdur.  

 

Şə

rab haqqında hədislə



 

Şə

rab  haqqında  Muhəmməd  Peyğəmbərin  (s.ə.v.) 



və imamların bir çox hədisləri vardır. 

bni  Tariq  Həzrəti  Peyğəmbərdən  (s.ə.v.)  şərab 

haqqında soruşdu: 

Həzrəti Peyğəmbər (s.ə.v.) onu çəkindirdi. 

O dedi: “Dərman üçün istehsal edirəm”. 

Həzrəti  Peyğəmbər  (s.ə.v.)  buyurdu:  “Şərab 

dərman deyil dərddir.” 

Həzrəti Peyğəmbər – in (s.ə.v.) şərab haqqında 

hədisləri.  

“Allah Təala şərabı, onu istehsal edəni, hazırlaya-

nı, istehlak edəni, təklif  edəni, satanı,  alanı, qiymətin-

dən  istifadə  edəni,  daşıyanı  və  yiyələnən  şəxsi 

lənətləndirmişdir.”  

“Şərab  içənin  ürəyindən  iman  işığı  məhv  olub 



 

315


gedər.” 

“Şərabla  iman  bir  yerə  yığışmaz,  şərab  içənin 

qəlbində iman olmaz.” 

“Qəlbində  Allahın  bir  kəlamı  ya  ayəsi  olan  şəxs 

şə

rab içməklə onu bulandırsa, qiyamət günündə Quran 



ona qarşı duracaqdır.” 

“ nsan  nə  qədər  ki,  şərab  içməyibdir  dinin  qapısı 

onun üzünə açıq olar, şərab içəndən sonra Allah onun 

örtüyünü yırtar, şeytan onun dostu, gözü və qulağı olar, 

onu pisliklərə yönəldib yaxşılıqlardan çəkindirər.” 

“Şərabxorun 

sözünü 

təsdiq 


etməyin, 

elçi 


göndərdikdə  ona  qız  verməyin,  xəstələndikdə  onu 

yoluxmayın,  öldükdə  dəfnində  iştirak  etməyin,  ona 

ə

manət tapşırmayın, ona bir əmanət tapşırılan şey itib – 



batsa,  Allah  onun  əvəzini  verməyəcəkdir,  onu  bir  işə 

qəbul etməyin. Çünki, Allah Quranda buyurmuşdur ki, 

öz  mallarınızı  səfehlərə  (kəmağıllara)  tapşırmayın, 

şə

rabxor isə daha səfehdir.” 



“Allah  şərabxora  salam  verən,  onunla  kef  -  əhval 

edən və görüşən şəxsin 40 illik əməlini məhv edər.” 

 “Yəhudi  və  xristiana  salam  verin,  lakin  şərab 

içənə  salam  verməyin  və  əgər  o,  sizə  salam  versə, 

salamını almayın.” 

 “Yəhudi  və  xristianla  qonşu  olmaq  şərabxorla 

qonşu olmaqdan yaxşıdır. Şərabxorla dostluq etməyin, 

onunla dostluq etmək peşmançılıq gətirər.” 

“Namazı  yüngül  sayan  şəxs  mənimlə  deyildir, 

Allaha  and  olsun  o,  Kövsər  bulağında  mənə 

qoşulmayacaqdır, həmçinin şərab içən şəxs də məndən 

deyildir.  And  olsun  Allaha  ki,  o  da  Kövsər  bulağında 

mənə qoşulmayacaqdır.” 

“Allaha,  qiyamət  gününə  inanan  şəxs  ortasında 



 

316


şə

rab olan süfrənin başında oturmaz.” 

“Bir azacıq (qaşıq) belə şərab içən şəxsə - ona 80 

zərbə şallaq vurun.” 

“Şərab içən şəxsə şallaq vurun, əgər bir daha etsə, 

yenə şallaq vurun, əgər dördüncü dəfə olaraq içsə, onu 

öldürün.” 

“Şərabxor  Allahın  rəhmətindən  uzaqdır.  O 

bütpərəstlər  kimidir,  qiyamət  günündə  Firon  və 

Hamunla məşhur olacaqdır (məhşərə gələcəkdir).” 

“And olsun məni haqq olaraq göndərənə, şərabxor 

susuz  öləcək,  qəbirdə  də  yanğın  olacaq,  qiyamət 

günündə  isə  susuz  qalxacaq  və  min  ilə  kimi  su  deyib 

bağıracaq.” 

“And olsun məni haqq olaraq göndərənə, şərabxor 

qara  üzlə,  göyərmiş  gözlə,  əyri  dodaqla  qiyamətə 

gələcəkdir.  Ağzının  suyu  ayaqlarına  axan  bir  halda 

gələcək, onu görən napak biləcəkdir.” 

“Şərabxor  qəbirdən  duranda  alnında  yazılmış 

olacaqdır ki: “Allahın rəhmətindən uzaq düşmüşdür”. 

“Mənim  şəfaətim  sərxoş  şəxsə  yetişməz.  And 

olsun 


Allaha 

o, 


Kövsər 

bulağında 

mənə 

qoşulmayacaq.” 



“Allah  qiyamət  günü  4  dəstəyə  baxmayacaq. 

Valideynlərə ağ (nankor) olana, minnət vurana, qəza – 

qədəri yalan hesab edənə və şərabxora.” 

“Allah şərabxora 360 növ əzab verər.” 

“Şərab  bütün  pisliklərin  köküdür;  şərab  içənin 

namazı 40 gün qəbul olunmaz. Şərab içmiş halda ölsə, 

cahiliyyət dövrü ölüsü kimi hesab olar.” 

“Sərxoş  halda  yatan  şəxs,  yatdığı  gecə  şeytanın 

gəlini olacaqdır.” 

“Dörd şeydən biri hər hansı bir evə daxil olsa, o ev 



 

317


birtəhər xarab olar və bərəkətlə belə düzəlməz. O dörd 

ş

ey  bunlardan  ibarətdir:  xəyanət,  oğurluq,  içki  içmək 



və zina (pis işlə məşğul olmaq).” 

“Allah  şərab  içən  şəxsin  namazını  40  gecə  qəbul 

etməz,  əgər  tövbə  etsə,  3  dəfəyə  kimi  tövbəsini  qəbul 

edər, əgər 4 – cü dəfə içsə, Allah haqlıdır ki, onu xibal 

arxından suvarsın. Soruşuldu ki, xibal necə bir arxdır? 

Buyurdu:  Cəhənnəm  əhlinin  irin  –  çirklərindən 

ibarətdir.” 

“Ey  bni  Məsud!  Məni  haqq  olaraq  göndərən 

Allaha  and  olsun;  bir  zaman  gələr  ki,  camaat  şərabı 

halal bilər və ona “nəbiz” deyərlər. Allahın, mələklərin 

və  insanların  lənəti  onlara  olsun,  mən  onlara  qarşı 

nifrət edirəm, onlar məndən uzaqdırlar.” 

“Şərab  pisliklərin  kökü  və  ən  böyük  günahdır. 

Şə

rab içən şəxs ola bilər ki, anasına, bibisinə, xalasına 



da belə təcavüz (cinsi yaxınlıq) etsin.” 

“Şərabdan çəkinin ki, ondan başqa günahlar əmələ 

gələr, necə ki, ağacdan ağac göyərər.” 

“Şərab  günahlara  batmağa  amil  olan,  pisliklərin 

qaynağı və çirkin işlərin açarıdır.” 

“Şərab içənlə oturub durmayın, onların xəstələrini 

yoluxmayın,  cənazələrini  müşayiət  etməyin,  ölülərinə 

namaz qılmayın, onlar cəhənnəmin itləridirlər. Necə ki, 

Allah Qurani Kərim də buyurub: “Rədd olun, mənimlə 

danışmayın”.” 

Şə

rab haqqında imamların hədisləri. 

Həzrət Əli (ə) buyurub: 

“Şərabxor Allahla bütpərəst kimi görüşər. Hücrub-

nu  Ədiy  soruşdu:  Ya  Əmirəl  –  möminin  şərabxor 

kimdir?  Həzrət  buyurdu:  Əlinə  şərab  keçdikdə  şərab 

içən şəxsə deyilir. 



 

318


Həzrət  Əlidən  (ə)  soruşuldu  ki,  şərab  içmək,  zina 

etmək  və  oğurluqdan  pisdirmi?  Həzrət  buyurdu:  Bəli, 

şə

rab  içən  həm  zina  edər  və  həm  də  oğurluq,  həm 



adam öldürər və həm də namazı tərk edər. 

mam Riza (ə) buyurub: 

“Allah  hər  bir  peyğəmbəri  məbus  etdikdə 

(göndərdikdə)  şərabı  haram  etmiş  və  ona  etiraf 

etdirmişdir ki, Allah hər nə istəsə onu edər.” 

Həzrət  mam Sadiq (ə) buyurub: 

“Şərabxorla  bir  yerdə  oturmayın,  ona  görə  ki, 

Allahın  lənəti  gələndə  orada  olan  bütün  şəxsləri əhatə 

edər.” 

“Dörd  dəstə  cənnətə  daxil  olmayacaqlar:  1  – 



Cadugarlıqla  məşğul  olan;  2  –  Münafiqlər;  3  – 

Şə

rabxor; 4 – Söz gəzdirən.” 



Müfəzzəl  deyir  ki,  Həzrəti  mam  Sadiqdən  (ə) 

soruşdum  ki,  nə  üçün  şərab  haram  olmuşdur:  mam 

Sadiq (ə) buyurdu:  

“Allah Təala şərabı bir sıra pozğunluqlar və mənfi 

təsirlərinə  görə  haram  etmişdir,  ona  görə  ki,  şərab 

içmək  azğınlığa  çəkər  və  insanlığı  aradan  aparar. 

Comərdliyi  yox  edər,  insanı  günaha  batmağa,  qan 

tökməyə və zina etməyə vadar edər.  nsan sərxoş olan 

vaxt ola bilər ki, bilməyərəkdən öz məhrəm adamlarına 

təcavüz  (cinsi  yaxınlıq)  etsin  və  nəhayət  şərab  adamı 

bütün bədbəxtliklərə salar.” 

Bir  şəxs  mam  Sadiqdən  (ə)  soruşdu:  “Şərab 

içmək pisdirmi, yoxsa namaz qılmamaq?”  mam Sadiq 

(ə) Həzrətləri buyurdu: 

“Şərab  içən  namaz  qılmayandan  daha  pisdir, 

bilirsən  niyə?  O  şəxs  dedi:  Bilmirəm.  mam  buyurdu: 

O  şəxsdə  elə  vəziyyət  irəli  gəlir  ki,  nə  böyük  Allahı 


 

319


tanıyır və nə də bilir ki, onu kim yaradıbdır.” 

Həzrəti  mam Sadiq (ə) buyurub: 

“Allah  Təala  bütün  pisliklərə  qıfıl  vurmuşdur. 

Şə

rab isə bu qıfılların açarıdır.” 



“Üç  dəstə  cənnətə  daxil  olmayacaqlar:  1  –  Qan 

tökən; 2 – Şərab içən; 3 – Söz gəzdirən.” 

Həzrət  mam Baqir (ə) buyurub: 

“Allah  şərab  içənin  namazını  qırx  gün  qəbul 

etməz. Bu qırx gündə namazını tərk etmiş olsa, namazı 

tərk etdiyinə görə əzabı iki qat artar.”  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

320


SIQARETIN  ZƏRƏRLƏRI  HAQQINDA 

 

 

1.  Siqaret  tütün  bitkisinin  (Nicotina  tabacum



qurudulmuş  olan  yarpaqlarından  hazırlanır.  Tütün 

müxtəlif vasitələrlə, yəni burunotu ilə, trubka ilə çəkilə 

bilir. Tütün istər trubka, istər müştüklə çəkilsin, istərsə 

də  tütünün  yarpaqlarından  hazırlanmış  uzun  və  qalın 

siqarlardan  istifadə  olunsun,  bütün  bunlar  nikotinin 

insan  orqanizminə  göstərdiyi  zərərli  təsirin  qarşısını 

ala bilməz. Tütünün və hər cür siqaretin zərərsiz olanı 

çəkilməyənidir.  Bir  sözlə,  insan  orqanizmi  üçün  ən 

zərərli  olan  şey,  heç  şübhəsiz  ki,  siqaret  çəkmək 

vərdişidir. 

2.  Siqaretin  tüstüsündə  4000-ə  qədər  kimyəvi 

maddənin  olduğu  müəyyənləşdirilmişdir.  Gördüyünüz 

kimi, siqaretin tüstüsündəki 4000-ə qədər mövcud olan 

maddənin  heç  birinin  insan  orqanizminə  bir  faydası 

yoxdur  və  bunların  hamısı  zərərlidir.  Bunlardan  ən 

zərərli  olanları  isə  nikotin,  qətran,  karbon  monoksid 

(CO)  və  xərçəng  yarada  bilən  (kanserogen) 

maddələrdən ibarətdir. 

Nikotindən tibbi məqsədlər üçün istifadə olunmur 

və o, zəhərli bir maddə olan sianidlə müqayisə ediləcək 

dərəcədə  təsirlidir.  Əgər  100-120  mq  miqdarında 

nikotin  hər  hansı  bir  şəxsin  damarına  vurularsa,  bu, 

həmin  şəxsin  ölümünə  səbəb  ola  bilər.  Burada  məsə-

lənin maraqlı cəhəti həmin həcmdə olan, yəni 100-120 

mq miqdarındakı nikotinin iki qutu siqaretdə olmasıdır. 

Məlumdur  ki,  gündə  iki  qutu  siqaret  çəkən 

insanlar  çoxdur.  Onlar  bəs  nə  üçün  zəhərlənmirlər?  – 

deyə soruşula bilər. Buna cavab olaraq onu göstərmək 



 

321


lazımdır ki, əslində bütün siqaret çəkənlər yavaş-yavaş 

zəhərlənir. Siqaret çəkənlərin birdən-birə zəhərlənərək 

ölməmələrinin  səbəbi  isə  onların  siqareti  yandıraraq 

çəkmələridir.  Daha  doğrusu,  siqaret  yandırılarkən, 

siqaretdəki  nikotin  havaya  yayılır  və  yalnız  nikotinin 

müəyyən  bir  hissəsi  insan  orqanizminə  keçir.  Sadəcə 

bir siqaret çəkən hər hansı bir şəxsin orqanizminə 1,2-2 

mq miqdarında nikotin keçə bilir. 

3.  Nikotin  böyrəküstü  vəzilərdən  adrenalin  və 

noradrenalin  hormonlarının  ifraz  olunmasına  səbəb 

olur.  Belə  bir  vəziyyət  isə  bir  müddətdən  sonra  mədə 

yarasının  yaranmasına  gətirib  çıxardır.  Bundan  başqa, 

siqaret çəkənlərin ürəyi daha sürətlə döyünür və bunun 

nəticəsində isə qan təzyiqi yüksəlir. 

4.  Davamlı  olaraq  siqaret  çəkən  adamlar  bir 

müddət siqaret çəkmədikdə, bu zaman əl və ayaqlarına 

az  qan  gedir  və  həmin  orqanlarda  temperatur  aşağı 

düşür. Belə vaxtlarda  yalnız siqaret çəkildikdən 15-20 

dəqiqə  sonra  əl  və  ayaqlardakı  temperatur  normal 

səviyyəsinə çatır. 

5.  Nikotinin  mərkəzi  sinir  sisteminə  təsiri 

nəticəsində  qusma,  baş  gicəllənməsi  kimi  hallar 

meydana gələ bilir. 

6.  Əgər  bir  şəxsin  damarına  2  mq  nikotin 

vurulursa  (bu,  təqribən  yalnız  bir  siqaretin  çəkilməsi 

ilə orqanizmə qəbul olunan miqdardır), bu zaman ürək 

bir dəqiqə ərzində 15 dəfə daha çox döyünür. Ürəkdən 

vurulan qanın həcmi 10 litr olduğu halda, 12 litrə qədər 

artır. Belə bir halda siqaret çəkən şəxsin ürəyi, yerində 

sakit  bir  vəziyyətdə  oturduğu  və  ya  dayandığına 

baxmayaraq, sanki şəxs ağır bir iş görürmüş kimi daha 

çox işləyir. Buraya bir şeyi də əlavə etmək lazımdır ki, 



 

322


ə

vvəllər infarkt keçirmiş şəxslərdə ürək ağrıları siqaret 

çəkməklə yenidən başlaya bilir. 

7. Göründüyü kimi, nikotin sakitləşdirici bir vasitə 

deyil, əksinə orqanizmi yoran bir maddədir. 

8.  Uzun  illər  boyu  siqaret  çəkənlərdə  müxtəlif 

xəstəliklər  özünü  göstərə  bilir.  Belə  xəstəliklərdən 

aşağıda qısaca bəhs olunur. 

 

Siqaretin həzm sistemi ilə əlaqədar zərərləri 

 

1. Siqaret çəkmək iştahanı pozur. 



2. Həzm prosesini çətinləşdirir. 

3. Dişləri saraldır. 

4. Mədə yarasına səbəb olur. 

5.  Dodaq,  dil  və  yemək  borusu  xərçənglərinə 

səbəb olur. 

 

Siqaretin tənəffüs sistemi ilə əlaqədar zərərləri 

 

1.  Öskürdür və bəlğəm əmələ gətirir. 



2.  Xroniki bronxitə və emfizemaya səbəb olur. 

3.  Qırtlaq  və  ağciyər  xərçəngləri  siqaret  çəkənlər 

arasında daha çox müşahidə edilir. 

4.  Ağciyər və qırtlaq xərçəngi hadisələrinin əmələ 

gəlməsinin 90%-nin səbəbi siqaretdir. 

 

Siqaretin qan dövranı sistemi ilə əlaqədar zərərləri 

 

1.  Damar  divarlarının  elastikliyinin  azalmasına 



səbəb olur (Ateroskleroz). 

2.  Qol  və  qıç  damarlarında  tıxanmalar  əmələ 

gətirir.  Qanqren  olur.  Əl  və  ayaqların  kəsilməsinə, 

ş

ikəstliyə gətirib çıxardır. 



 

323


3.  Beyni  qidalandıran  damarlarda  da  elastikliyin 

azalmasına  səbəb  olur.  Iflicolma  (insult)  hadisələri 

meydana gələ bilir. 

4.  Ürək  xəstəliklərinin,  xüsusilə  də  ürək  əzələsi 

infarktının  əmələ  gəlməsinə  zəmin  yaradır.  Miokard 

infarktı bu gün ölkəmizdə və bütün dünyada ölümə ən 

çox  səbəb  olan  xəstəliklərdən  biridir.  Siqaret  çəkənlər 

arasında  çəkməyənlərlə  müqayisədə  həm  infarkt,  həm 

də  infarktdan  ölüm  hadisələri  10  dəfə  çox  müşahidə 

edilir. 


 

 

Siqaretin digər zərərləri 

 

1.  Hafizə  zəifləyir.  Ona  görə  ki,  damarlarda 



kirəclənmə (arteriyoskleroz) baş verir. 

2.  Əhvali-ruhiyyə  pozulur,  yuxusuzluq  əmələ 

gəlir. 

3.  Dəridə qırışlar yaranır. 



4.  Hamilə  qadınların  hələ  doğulmamış  uşaqları 

ana bətnində zərər çəkir: cılız, zəif uşaqların doğumu, 

hətta ölü doğum ehtimalı artır. 

5.  Uşağını  əmizdirən  analarda  nikotin  ana  südü 

vasitəsilə  körpəyə  keçir  və  bunun  ona  mənfi  təsirləri 

olur. 


6.  Siqaret  çəkənlərin  yanında  oturanlar  da 

siqaretdən  zərər  çəkir.  Evdə  siqaret  çəkən  bir  ata  öz 

uşaqlarını da zəhərləyir. 

7.  Siqaret çəkməyin zərərləri, şübhəsiz ki, burada 

göstərilənlərdən  daha  çoxdur.  Indiyə  qədər  siqaret 

çəkməyin  faydasını  heç  kim  görməmişdir.  Nəticə 

olaraq da aşağıdakıları söyləmək istəyirik: 

Siqaret çəkməyə vərdiş etməyənlər heç bir zaman 

bu işə başlamasınlar, çəkənlər isə tərgitməyin yollarını 


 

324


axtarsınlar. 

Bir  tək  siqaret  belə  ürək  ağrılarını  sürətləndirmək 

üçün  kifayətdir.  Siqaret  çəkən  şəxsin  orqanizmi,  heç 

bir  iş  görmədən  belə  yorulur.  Bununla  birlikdə, 

ə

vvəldən  infarkt  xəstəliyi  keçirənlərin  ürək  ağrıları 



siqaret çəkdikdən sonra yenidən başlaya bilir. 

 

Siqaret çəkənin gücü, qüvvəti azalır 

 

Siqaret  çəkən  bir  şəxsin  yaşa  dolduqca  müxtəlif 



xəstəliklərə  tutulması  işin  yalnız  bir  tərəfidir.  Burada 

məsələyə  bir  də  başqa  bir  cəhətdən  baxmaq  lazımdır. 

Məsələn,  eyni  yaşda  olan  iki  şəxsi  müqayisə  edək. 

Onlar  hər  ikisi  istər  fiziki,  istərsə  də  digər  potensial 

imkanlarına  görə  eyni  bir  səviyyədə  olsunlar.  Bunlar-

dan siqaret çəkən şəxs siqaret çəkməyənlə müqayisədə 

gücdə, qüvvətdə, müxtəlif atletik hərəkətlərdə, hər cür 

iş  görməkdə  daima  geri  qalacaqdır.  Ona  görə  ki, 

siqaret  orqanizmin  hər  cür  məhsuldarlığını  20% 

nisbətində aşağı salır. 

Bir  sözlə,  insanın  gücünü,  qüvvətini  azaldan  bir 

maddəyə  gənclərin  böyük  həvəs  göstərməsini  heç  cür 

izah etmək mümkün deyildir. 

 

Siqaret əleyhinə kompaniya 

 

Siqaretin insan səhhətinə olan zərərli təsirləri başa 



düşüldükdən  sonra,  başda  ABŞ  olmaqla,  bir  çox  qərb 

ölkələrində  siqaret  çəkməyin  əleyhinə  böyük  bir 

təbliğat  kompaniyası  başladılmışdır.  Məsələn,  30  il 

ə

vvəl  Amerikada  siqaret  reklamları  televiziya 



verilişlərindən  çıxarılmış  və  siqaret  qutularının  üstünə 

«Siqaret  çəkmək  səhhətiniz  üçün  zərərlidir!»  cümləsi 

yazılmışdır.  Bu  cür  təbliğat  vasitələrinin  təsiri  zaman 


 

325


keçdikcə özünü göstərmişdir. Bu gün Amerika xalqının 

ə

ksəriyyətinin  siqaret  çəkmədiyi  müəyyənləşdiril-



mişdir.  Ölkəmizdə  də  siqaret  əleyhinə,  kifayət  dərə-

cədə olmasa da, bəzi tədbirlər həyata keçirilməyə baş-

lanmışdır.  Məsələn,  siqaret  çəkməyənlər  üçün  qatarda 

ayrıca vaqon  ayrılması, təyyarədə də onlara ayrıca bir 

yer  verilməsi  bu  baxımdan  təqdirəlayiqdir.  Bundan 

başqa,  siqaret  qutularının  üstündə  «Səhiyyə  Nazirliyi 

xəbərdarlıq  edir.  Siqaret  çəkmək  səhhətiniz  üçün 

zərərlidir!»  cümləsi  yazılmışdır.  Arzumuz  bu  cür 

tədbirlərin daha da genişləndirilməsindən ibarətdir. 

Gündə sadəcə bir qutumu siqaret çəkirsiniz? Bir il 

müddətində  həmin  qutuların  kiçik  bir  təpə  əmələ 

gətirdiyini  heç  ağlınıza  gətirdinizmi?  Yanıb  kül  olan 

pullarınızı, 

vaxtsız 


itirilən 

sağlamlığınızı 

heç 

düşündünüzmü? 



 


Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin