“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə20/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   16   17   18   19   20   21   22   23   ...   105
bAyTArlıq

   Elmi-praktik jurnal

16

yoluxma yerindən və heyvanların növündən 



asılı  olaraq  4  formada  keçir:  ildırımsürətli, 

iti, yarım iti, dəri və ya karbunkulyoz (dəri 

şişləri) formada. 

Xəstəliyin inkubasiya dövrü 1-3 gündür. 

Qoyun və keçilərdə xəstəlik olduqca sürətlə 

keçir və heyvan bir neçə saat ərzində tələf 

olur.  Qarayaranın  bu  cür  çox  kəskin  keçən 

formasına ildırımsürətli forma deyilir.

Qarayaranın ildırımsürətli forması qara-

malda da tez-tez təsadüf edilir. Bu formada 

heyvan ya qəflətən, heç bir klinik əlamət aş-

kar  olmadan  ölür.  Heyvanlarda  yüksək 

bədən temperaturu, gözlərin qeyri-adi parıl-

tısı  və  qorxmuş  kimi  baxış  əla mətlərinə 

təsadüf  etmək  olur  və  selik  qişaları  adətən 

göyərir. Qaramalda xəstəliyin kəskin forma-

sına  da  tez-tez  təsadüf  edilir.  Bu  formada 

bədən temperaturu 41-42°-yə çatır, tənəffüs 

tezləşir  və  çətinləşir.  Göv şəmə  dayanır, 

suya tələbatı çoxalır. Ağız, burun selikli qi-

şası  tünd-qırmızı  rəngdə  və  göyərmiş  olur. 

Qaramalda  xəstəliyin  iti  formasında  da 

kəskin  formada  təsvir  olunan  kliniki 

əlamətlər  müşahidə  olunur.  Bu  formada 

heyvan xəstəliyin 2-3-cü günü olür. Dəri və 

ya  karbunkulyoz  formada  qaramalda 

bədənin müxtəlif nahiyyələ rində (boyun, çi-

yin, çənəaltı, qarın, yelin və s.) tez böyüyən 

şişlər  əmələ  gəlir.  Belə  şişlər  əvvəlcə  isti 

ağrılı olur, sonra soyuyur və ağrısız olur.

Davarlarda xəstəlik əsasən ildırım sürətli 

və  iti  formada  keçir.  Bu  formada  bədən 

temperaturu  çox  yüksək  (42°C  və  yuxarı) 

olur.  Adətən  xəstəliyin  birinci  əlaməti  üzə 

çıxdıqdan bir neçə dəqiqə, yaxud da bir-iki 

saat sonra heyvan ölür.

Xəstəliyin  iti  formasında  qoyun  və  ke-

çilər  çox  vaxt  yerə  yıxılır,  burnunun  ucu, 

qulağının  dərisi  qızarır  və  heyvan  qıc  ha-

lında ölür. Bu formada xəstəlik 2-3 gün da-

vam  edir.  Qarayaranın  karbunkulyoz  for-

ması davarda az təsadüf edilir. 

Atlarda xəstəliyin ildırımsürətli forması 

çox  vaxt  sancı  ilə  başlayır.  Ölümündən  bir 

az  qabaq  ağız  və  burnundan  qanlı  maye, 

anusundan  isə  qan  axır.  Heyvan  çox  tez 

ölür.

İti və yarım iti formalarda atların bədən 



temperaturu  42,5°C-yə  çatır.  Yarım  iti 

forma ən cox atlarda olur.

Xəstəliyin  karbunkulyoz  forması  qara-

malda, donuzlarda, atlarda daha çox təsadüf 

edilir. Xəstəlik bu formada 8 saatdan 8 günə 

qədər davam edir və ölümlə nəticələnir.

Xəstəliyin xroniki forması 2-3 ay cəkir. 

Bu formaya ən çox donuzlarda rast gəlinir. 

Donuzların  qulaq  dibi  vəzilərində  və 

çənəaltında  həmişə  şişlərə  təsadüf  olunur. 

Bəzən  xəstə  donuzun  başı  da  şişir.  Udlaq 

nahiyyəsində əmələ gələn şiş inkişaf edərək 

boyun və döş nahiyyəsinə sirayət edir.

Xəstəliyin  abortiv  formasında  tempera-

turun  qalxması,  halsızlıq,  süd  məhsul-

darlığının azalması, iştahanın itməsi, heyva-

nın  arıqlaması  ilə  xarakterizə  olunur. 

Xəstəlik  2  həftə  və  daha  çox  çəkir.  Xəstə 

heyvanlar bir qayda olaraq sağalırlar. 

Beləliklə, kənd təsərrüfatı heyvanlarında 

qarayaranın  əsas  kliniki  əlamətləri  bədən 

temperaturunun  yüksəlməsi,  heyvanın  kef-

sizliyi,  tənəffüsün  çətinləşməsi,  əzələlərin 

qıc olması, ağız, burun, göz selikli qişasının 

tünd-qırmızı  olması,  köpmə  və  sancı  kimi 

halların  müşahidə  edilməsi,  sidik  və  nəcis 

ilə  qan  ifrazı,  bə dənin  müəyyən  nahi-

yələrində  şiş  əmələ  gəlməsi  ilə  xarakterizə 

edilir.

Patoloji  prosesin  lokalizasiya  yerindən 

asılı olaraq xəstəlik dəri, ağciyər, bağırsaq, 

anginoz formalara ayrılır. 

Xəstəliyə  dəqiq  diaqnoz  qoymaq  üçün 

epizootoloji  xüsusiyyətləri,  klinik  əlamət-

ləri  nəzərə  alınmaqla  əsasən  bakterioloji, 

seroloji, allerji, patoloji-anatomik və bioloji 

üsullardan istifadə olunur. Bakterioloji üsul 



17

Elmi-praktik jurnal   




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin