“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”


kənd TəSərrüfATı HeyvAnlArındA



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə19/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   15   16   17   18   19   20   21   22   ...   105
kənd TəSərrüfATı HeyvAnlArındA 

qArAyArA xəSTəliyi və OnunlA MübArizə

Əzimov İ.M., professor, baytarlıq elmləri doktoru 

Azərbaycan Dövlət Baytarlıq Preparatlarına 

Elmi Nəzarət İnstitutu

Əsgərov C.Ə., baytarlıq elmləri namizədi  

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu

AÇAr SÖzlər: insan, qaramal, qoyun, müalicə, profilaktika

keyWOrdS: humans, a cattle, sheep, treatment, profilaktikas


15

Elmi-praktik jurnal   



bAyTArlıq

XV əsrdə bu xəstəliyin epizootiyası Av-

ropa  və  Sibirdə  heyvandarlığa  çox  ağır 

zərbə vurmuşdur.

Rus  təbiblərindən  S.S.Andreyevski 

(1786-1789)  qarayara  xəstəliyinə  tutulmuş 

heyvandan götürdüyü materialı özünə yolux-

durmuş, bununla xəstəliyin heyvan və insan 

üçün  ümumi  olduğunu  qəti  sübut  etmiş  və 

xəstəliyin  əsasən  Sibirdə  öyrənilməsini  nə-

zərə alaraq ona “Sibir yarası” adı vermişdir. 

Rusiyanın  Avropa  hissəsində  1864-cü 

ildə  90  min  heyvan,  1875-ci  ildə  Sibirdə 

100  min  at,  1879-cu  ildə  isə  Rusiyanın 

cənub  hissəsində  125  min  qoyun  həmin 

xəstəlikdən  tələf  olmuşdur.  Hər  il  bu  xəs-

təlikdən  külli  miqdarda  kənd  təsərrüfatı 

heyvanlarının  tələf  olması  ilə  bərabər,  in-

sanlar da xəstələnirdilər.

Ədəbiyyat məlumatına görə hazırda qa-

rayara  Yer  kürəsinin  bütün  qitələrində 

müşahidə olunur. 

MBD  ölkələrində  heyvanların  ildən-ilə 

kütləvi  peyvənd  edilməsi  qarayara  xəstə-

liyinin  kəskin  surətdə  azalmasını  təmin  et-

mişdir.  Lakin  qarayara  törədicisinin  spor 

halında  xarici  mühitdə  (yemdə,  suda)  çox 

davamlı  olması,  onların  torpaqda  50  ildən 

də  artıq  yaşaması,  həmişə  qarayara  xəstə-

liyinin baş verməsi təhlükəsi yaratdığı üçün 

bu  xəstəlik  baytarlıq  və  səhiyyə  mütəxəs-

sislərinin, həm də bu sahədə çalı şan alimlərin 

diqqət mərkəzində olmalıdır.

Xəstəliyin  törədicisi  (Bas.  anthracis

çöpşəkilli,  qram  müsbət  boyanan,  spor  və 

qılaf əmələ gətirən hərəkətsiz mikroblardır.

Qılafı,  adətən,  qarayara  ilə  xəstələn-

miş  heyvanın  orqanlarından,  yaxud  onların 

qanından  və  törədicinin  köhnə  (bir  neçə 

günlük)  kulturasından  hazırlanmış  yaxma-

larda  mikrobun  sporlaşmış  forması  aydın 

görünür.


Qarayara törədicisi fakultativ aerob qrup 

mikroblara  aiddir.  Onlar  süni  qida  mühi-

tində, oksigen çox olan şəraitdə daha yaxşı 

yetişirlər.  Oksigen  olmayan  şəraitdə  ye-

tiş mə zəif olur.

Bu mikrobların süni qida mühitində yaxşı 

yetişməsi üçün optimal temperatur 35-37°C, 

ph isə 7,2-7,6 olmalıdır.

Qarayara  çöpləri  orqanizmdən  kənarda, 

neytral, zəif qələvi və oksigen olan şəraitdə 

15-42°C temperaturda oval formalı spor əmə-

 lə gətirir. Mikrobun spor forması xarici mü-

hit amillərinin təsirinə olduqca davamlıdır.

Bunlar  torpaqda,  yemdə,  peyində  uzun 

müddət,  xüsusən  suda  uzun  illər  qala  bilir. 

Sporlar 120-140°C teperatur və quru şəraitdə 

2-3  saatda,  avtoklavda  110°C-də  5-10  dəq. 

qaynatdıqda  1  saat  müddətində  məhv  olur. 

Dezinfeksiyaedici maddələrdən 5%-li xlorlu 

əhəng məhlulu, 4%-li formaldehid məhlulu, 

10%-li  xloramin  məhlulu  və  10%-li  qaynar 

natrium  qələvisi  məhlulla rından  istifadə 

etmək əhəmiyyətlidir.

Azərbaycanda qarayara xəstəliyinə görə 

qeyri-saglam məntəqələrdə həmin infeksiya 

ilə mübarizə məqsədilə tədbir lərin aparılması 

və  natrium  hipoxloritin  köməyi  ilə  antra-

koid (3%-li fəal xlor) və qarayara STİ vak-

sin  ştammı  sporlarının  (10%-li  fəal  xlor) 

zərərsizləşdirilməsi öyrənilmişdir (Ə.A.Ən-

nağıyev,  C.M.Daşdəmirov,  H.A.Rəhimova, 

A.H.Yusifov, Q.H.Dilbazi).

Tərkibində 8% fəal xloru olan DP-2 pre-

paratı,  3%-li  yodez  və  s.  mikrobun  zərər-

sizləşdirilməsində yaxşı nəticə verir.

Qarayara  xəstəliyi  bütün  növ  kənd 

təsərrüfatı  heyvanlarına  yoluxur.  Lakin  qa-

ramal, davar, at, dəvə və şimal maralları bu 

xəstəliyə daha çox, donuzlar isə az həs sas-

dırlar. Qarayara ilə ətyeyən vəhşi heyvanlar 

da  xəstələnirlər.  Yaşlı  it  və  pişiklərin  xəs-

tələnməsinə nadir hallarda təsadüf olunur, it 

küçükləri isə qarayaraya çox asan yoluxur-

lar. Quşlar təbii şəraitdə bu xəstəliyə həssas 

deyildir.

Qarayaranın kliniki əlamətləri xəstəli yin 

formasından,  törədicisinin  virulentli yindən, 




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin