Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild


Toro  h jih   /ıp y r o r o   HapoAa  n p e * a e   Bcero



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

Toro 
h jih   /ıp y r o r o   HapoAa  n p e * a e  
Bcero 
h   jryMiue 
Bcero 
MO*eTb  Bbipa
3
HTbca 

$ o p M e   c b o ö o ä h o to   rocynapcT B a»  H
3
  a o k ji. 
A.LJajiHKOBa.
200
alarla,  “molla”  zərdləri  ilə  nə  işləri?  Aşkardır  ki,  burada  əmələ  dər- 
dindən  də,  burjua  dərdindən  də,  molla  ilə  qadın  qayğısmdan  da  baş- 
qa birdərd, başqa bir qayğı vardır.  Federasiya əsası üzərinə qurulmuş 
xəlq  cümhuriyyətindən  kimsəyə  qorxu  yoxdur.  Çünki  dəfələrlə  de- 
dik, yenə təkrar ediyoruz. Zatən bəllidir ki, qanun əsası mucibincə hü- 
quqi-bəşəriyyə  ilə  siyasiyyə  bütün  federasiyalarda  təmin  edilmiş  ola- 
caq. Diyorlar ki, “bu ançaq kağız üzərində olacaq”. Fəqət böylə bir irad 
muxtariyyətsiz cümhuriyyət həqqində də mövcud olamazmı?
Topraq  məsələsi  bu  günün  məsələlorindəndir.  Ehtimali  ki,  rus 
Məclisi-Müəssisanı  özü  bu  məsələni  həll  edəcək.  Fəqət  məsələ  fede- 
rasiyalarm həllino buraxılarsa ilk illərdə həll olunmayıb qalsa da son- 
ralar  haman  demokratiyamn  istədigi  kibi  həll  olunacaq.  Bu  kürsüdən 
dedilər  ki,  İdil  boyundakı  tatarlar  yersizdirlər.  Halbuki  Türküstan 
səhraları  adamsızdır.  Və  dedilər  ki,  Türkistan  ərazisi  bölündükdə  o 
yerlər  öz  yersiz  millətdaşlarına  verilsin.  Fəqət bu  məsələ  ümumi  Ru- 
siya məclisində  həll  olunursa  kim təmin  edə bilər ki,  Türküstana  İdil 
boyundakı  tatar  degil,  başqaları  göndərilməyəcək  və  bu  təmin  han- 
ki  bir məntiqə  istəniləcək.  Şübhəsiz  ki,  yer onu  əkənin  əlinə  keçməli. 
Foqət hanki  əkənin?  Bunda heç  bir fərq yoxmudur? Federasiya  əmələ 
məsələsi,  əmələ  hərəkətinin  iləriləməsini  təmin  edən  qanunları  əngəl 
edə bilir -  dedilər. Bən birinci dokladımda bu iradı qatşılayaıaq Alma- 
niya kpnfederasiyasım nişan vermiş, ən müvafiq işçi qanununun bura- 
da tətbiq olunduğu ilə Almaniya əmələsinin ən müntəzəm təşkilata ma- 
lik  bir  əmələ  olduğunu  göstərmişdim.  Bir  həftədən  bəri  davam  edən 
müzakirələri diqqətlə dinlədim. Arada syezd əzalarma dərs üçün gələn 
“professor”a  da  qulaq  verdim,  bu  dəqiqəyə  qədər  yuxarıdakı  fikrimi 
cərh edəcək bir şeyə təsadüf etmədim. Kimsə buna cavab verəmmədi.
Əfəndilər, sizi burada yalmz qorxutmaqla qalmadılar. Ən rəqiq his- 
siyyatımza  belə  icrayi-təsir  etmək  istədilər.  Məlum  a,  qadınlar  bizcə 
möhtərəmdir.  Xatirləri  sayılır.  Onlar ağladıqda ürək davam edəmiyor, 
mütəəssir oluyor.
Bir şəklə malik olan muxtariyyət məqsədi daha müvafiq görülməzmi? 
Salim  məntiqlə  düşünülürsə  əlbəttə ki,  böylədir.  Fəqət müarizim  öylə 
düşünəmiyor, diyor: “çünki milli hökumət şəkli mümkün degildir, ona
201

görə  də  mərkəziyyətə,  muxtariyyətsiz  cümhuriyyətə  tərəfdar  olmalı- 
dır” -  nərədə məntiq?
Fəqət  məntiqsizlik  bir  bu  degildir,  mərkəziyyət  nəzəriyyəsində 
də  müarizimiz  muxtariyyət  məsələsindəki  tənaqüzü  işlədiyor.  Bizə 
tarixlər,  hekayələr,  dəlillər,  sübutlar,  rəqəmlər,  ədədlər  nişan  veri- 
yor;  sabit  etmək  istiyor  ki,  dünyanxn  tərəqqisi  dövlətlərin  bir  mər- 
kəzdən  i d a f   olunmasxna  müncərdir.  Bugünki  federativni  hökumətlər 
əvvəlcə  konfederasyon  imişlər.  İmdi  də  tamamilə  birləşib  “unitarm” 
olmaq meylində  imişlər.  Ən mükəmməl  şəkli-idarə  mərkəziyyət  imiş. 
Böylə ikən gözlənirdi ki, dokladçx Rusiya xəlqi bir cümhuriyyət olmaq- 
la  bərabər  eyni  zamanda  mərkəziyyət  üzərinə  dəxi  binalanacaq.  Mə- 
gərsə öylə gəlmiş bu cümhuriyyət ədəmi-mərkəziyyət üzərinə bina olu- 
nub da vilayətlərə  geniş  surətdə  idareyi-məhəlliyə ixtiyarları  verilməli 
imiş.  Görünüyor ki, mərkəziyyət aşiqi olan müarizimiz idealxna yaxm- 

laşdıqca özü dc qprxıjyor. Nabələd bir yolçu kibi uçurum kənarma ça- 
tınca haman şəndələyib dayanır. Federasiya dünyanm tərəqqisinə mane 
və mərkəzdən  qaçmaq qüvvətıni  artırxcx  bir əsas  ikən rədd edildikdən 
sonra  hanki  məntiqlədir  ki,  başqa  növdən  bir  “ədəmi-mərkəziyyət” 
istəmiİT. Bu da b« təzad degilmidir?
Əgər bu “ədəmi-mərkəziyyət” mərkəziyətə getmək üçün bir “rəhlə” 
isə onda nədən ftdcra ?iya əvvəlinci bir “mərhələ” kibi qəbul edilmiyor. 
İştə, bir suat? Dokladın bundan başqa biri-digərini cərh edən maddələri 
yenə  də  yox  değil.  Fəqət  mətləbin  kəşfi  üçün bu  ikisi  də  bəsdir,  zənn 
edirəm.  Əsas mətləb yalnış və mütənaqis fıkirlər üzərinə qurulduğu ki- 
bi  müdafiəsi  də  haman  mütənaqis  dəlillərə  istinad  ediyor.  Sizə  təklif 
olunan  qətnamədə  deniliyor  ki,  federasiya  kəndçinin,  əmələnin,  mol- 
lanm,  tacirin,  qadınların,  xülasə  bütün  sünufi-millətin  arzularma  və 
faidələrinə müzürrdür. Böylə ikən doğrusu bəndən ötrü qeyri-müntəzir 
bir  surətdə  bağrılıyor  ki,  “federasiya  zəhmətkeş  xəlq  əleyhində  olub 
ancaq  varlılara və  bir  takım  baylarla  burjualara  və  mürtəce  mollalara 
faidəlidir”. Yenə haman sual -  nərədə məntiq?
Burada  o  qədər  də  məntiq  yox  degil,  var.  Bütün  sinifləri  qorxut- 
maq lazım. Kəndçilər,  federalistlər sizi mülkdarlara satmaq, onlara qul 
etmək istiyorlar. Əmələlər, sizi burjualara satıyorlar.  Mollalar sizi alda- 
dıyorlar.
III
202
İştə,  sizi  riqqətə gətirmək üçün şu cins lətif nümayəndələri kürsiyi- 
xitabəyə  çıxardılar.  Fcderasiya  bizi  məhv  edər,  dedilər.  Qırğızıstanda 
qadınları  satxyorlar,  Qafqasiyada  onlarx  syezddən  qovub  xəncərlərlə 
təhdidliyorlar  -   deyə  ah-vay  etdilər.  Fəqət  bir  az  düşününüz.  Yenə 
muxtariyyətli  cümhuriyyətin  demokratik  əsaslar  üzərinə  qurulacağı- 
nı unutmayımz. Nazik qəlbli olduqlarmdan qadmcığazlar bittəbii o biri 
siniflərdən daha çox qorxmuşlar. Fəqət bica biz görüyoruz ki, qırğızlar 
kəndi  aralarmdan nümayəndə  olaraq məclisimizə  qadm  göndərmişlər. 
Həm  bu,  qadınlarm  degil  qırğız  cəmaətinin  nümayəndəsi,  Qafqasiya 
xanım  vəkilləri  də  buradadırlar.  Qafqasiya  qurultaymdan  qadmların 
qovulduğu  doğru  degildir.  Doğru,  orada  qadmlar  əleyhində  idareyi- 
kəlam edildi. Fəqət bu idareyi-kəlam edən zat şəhərin ən möhtərəm bir 
şəxsi  ikən məclis  parlaman  admdan xaric  olsa da kəndisinə  damşmaq 
imkanı  vermədi  və  nəhayət  iştə,  bu  qətnaməyi  qəbul  etdi:  “Qafqasiya 
müsəlman qurultayı müsəlman qadmımn imdiki əhvalmı nəzərə alaraq 
və  bu  əhvalı  olduqca  qeyri-təbii  bularaq  müsəlman  qadımnm  hüquqi- 
vətəniyyə,  ictimaiyyə  və  siyasiyyədən  istifadə  edəcək  bir  hala  qoyul- 
masmı lazım bilir”.
Əgər köhnə Qırğızıstanda  “qadınları  satmaq”  eybini  muxtariyyətli 
Qırğızıstan  hesabına  çıxmaq  olarsa  o  zaman  üçün  Rasputin  kibi  bir 
hərif  der  ki,  köhnə  mərkəzi  Rusiyadakı  rüsvayçılıqlarmı  gələcək 
mərkəziyyətli cümhuriyyət hesabına qoymaq olmasın?
Əfəndilər,  görüyorsunuz  ki,  qorxuyu  qüvvətləndirmək  üçün  vaqe- 
ələr nə kibi rənglərlə sizə təqdim olunuyor.  Fəqət qorxmaymız, bərfərz 
qadmlarm halı muxtariyyətlərdə ibtidai halda fəna olsa da,  getdikcə is- 
lah  olunacaq.  Buna mütəhəmmil  olmayıb  kəndi  evinin  islahmı başqa- 
larmdan  gözləmək, öz övladmdan naümid olub da yad  ellərə  müraciət 
etmək  analarımızın  şanına  yaraşmaz.  Bərfərz  Türkiyə,  İran  qadm- 
ları  əhvalımız  fənadır,  deyə  Avropa  dövlətlərinə  müraciət  edib  də 
müdaxilələrini  istəməyi  vicdanlarına  rəva  görmədikləri  kibi  Rusi- 
yadakı  bacılarma  dəxi  sırf kəndi  mənfəətlərini  düşünərək  federasiya 
əleyhinə çıxamazlar. Bunu analıqlarma, qadmlıqlarmarəva görəməzlər.
M uxtariyyətə  hazır  degiliz,  cəmaətimiz  əvamdır,  deyən  əfəndilər 
görüyorum  ki,  mərkəzdəki  xəlqin  idrakma  çox  güvəniyorlar.  Hətta 
bu  kürsüdən  dedilər  ki,  böyük  Kerenskinin  vicdanxna  inanalım  da
203

müqəddəratıımzı  Rusiya  demokratiyasma  təslim  edəlim.  Kerenskiyə 
bən  də  ehtiram  edirəm.  Bütün  syezdə  ehtiram  edər.  Bu  ehtiramımı- 
zı  bateleqraf kəndisinə  dəxi  bildirdik.  Yalnız  bununla  bərabər  demək 
istərəm  ki,  Kerenski  vicdanma  olduğu  qədər  millətin  də  vicdamna 
inanmaq lazım.  Onun  özünü  idarə  edə biləcəginə  dəxi  ehtiram  gərək. 
kəndisindən naümid olub bütün diləklərini başqalarmdan gözləyən bir 
millət, millat olaraq yaşayamaz.
Məlumi-alinizdir ki, burada islamiyyət bir din və bir beynəlmiləliyyət 
(internasyonalizm)  ikən  onu  bir  millət  yapdılar.  Müsəlmanlar  bir 
millətdir  -   dedilər  və  bu  milləti  rahi-nicatə  çıxarmaq  üçün  Rusiya 
mərkəzində bir yer və topraq xaricində milli muxtariyyət əsası üzərində 
binalanmış bir parlaman təsis etmək istədilər və dedilər ki, bu məclisdo 
yanacaq “məşəli-mədəniyyət” bütün aləmi-islamı işıqlandıracaq. Buna 
görə  də  istiyorlar  ki,  ayrı-ayrı  islam  millətləri  və  ayrı  türk  qövmləri 
muxtariyyətli məclislərə  malik olmayıb bu “mərkəzi-səadətə” tabe  ol- 
sunlar.  Böylə  ikən,3caba.  bu  xəyalçılar  nədən  islam  aləminin  hasarı- 
nı  Rusıya həddı'Iə çəfcmək  istiyorlar.  Məntiq  icab  etməzmi  kı',  İran da, 
Türkiyə  də bütün  sair  islam  məmləkətləri  də  bu  “mərkəzi-səadət”dən 
feyziyab  olsunlar.  O  halda  nədən  İstanbulun  ilhaqmı  istəmiyoruz? 
Nədən islam məmləkətlərinin istiqlalına qarşı xəyanət bəsləyən Avropa 
imperializmini protest ediyoruz? Nərədə məntiq?
Yox  əfəndilər,  islam  admda  bir  millət  yoxdur.  İslam  dinində 
m ilh th r  vardır.  Bu  millətlərin  mərkəzi-səadətləri  özlərində,  öz  mil- 
li  hökumətlərindodir.  İslamı  parladacaq  bu  şey  məsud  millətlər  ara- 
smda  təmin  etdigi  irtibati-mədəniyyədir  ki,  o  da  bir  millət  degil  -  
beynəlmilliyyətdir.
Rusiya milli-məhəlli  əsaslar üzrə  muxtariyyətlərə  bölününcə  Rusi- 
ya türk-tatarlığı  Türküstan,  Qazaxıstan,  Başqırdıstan  və  Azərbaycan- 
Dağıstan kibi bir neçə muxtariyyətlərə bölünəcək, bunlar birər türk sü- 
tunu təşkil edib də onlar üzərində müəzzəm bir tağ qurulacaqdır ki, bu 
da müştərək mədəni-milli  və  dini  məsələlərin  həlli  ilə  məşğul  olacaq, 
bir müəssisə halında bulunacaqdır.
Məhəlli muxtariyyət fikri Rusiya millətlərinin əksəri tərəfindən qal- 
dırılmış bir şüardır (lozunqdur). Bu lozunqu Qafqasiya, Türküstan, Qa- 
zaxıstan  kibi  böyük türk  elləri  də  qalxızmışlar.  Kazandakı  müsəlman
204
müəllimlərinm  syezdi  ilə  müsəlman  tələbələrinin  Moskvada  bulunan 
syezdi  də  bu  şüarı  qəbul  eləmişlərdir.  Əksər vilayətlərdən  gələn  dilək 
dəftərləri dəxi bu tələbi qeyd ediyorlar. Böylə ikən muxtariyyət əsasını 
müdafiə  edənlərə  müarizim  çıxıb  da  siz  kimsiniz?  xitabını  vermək 
cəsarətində  bulunuyorlar.  Fəqət  unudurlar  ki,  buna  qarşı  daha  böyük 
səlahiyyətlə həqlidir desələr ki:
-  Siz kimsiniz?
Əfəndilər,  vəqtim bundan  artıq  söyləşməgə  müsaid  degildir.  Buna 
görə  daha  çox  söyləyəcəklərimdən  sərf-nəzər  edərək  bu  kürsüdən 
getmədən  əvvəl  sizə  demək  istərəm  ki:  milli-şəxsi  muxtariyyət 
(HauHonajibHo-nepcoHajibHaa 
aBTOHOMHa) 
nəzəriyyəsini 
müda- 
fiə  edərək  burada  “Şpinger-Bauer,  Bauer-Şpinger”  deyə  bir  kitabı 
vərəqlədilər.
Bunların alim olduqlarma söz deməyərək burasını söyləməliyəm ki: 
bu nəzəriyyə ilə təskin bulub da kəndi milli məsələsini həll edə biləcək 
və o hala qane olacaq dünyada bir millət vardır ki, nə yeri var, nə yurdu. 
Bu -  yəhudi millətidir. İlahülhəmd bizim yerimiz də var, yurdumuz da!
Dəfələrlə  şiddətli  alqışlarla qət olunub  sürəkli  alqışlar içərisində ta- 
mam  olan  bu  nitqdən  sonra  biri  məhəlli  muxtariyyəti,  digəri  məhəlli 
muxtariyyətsiz xəlq cümhuriyyətinə məxsus iki qutu qoyulub, gizli rəy 
vasitəsilə səslər toplanmayabaşlanmış və səhər saət 4-də dan yeri ağar- 
dığı zaman ümummüsəlman qurultayınm 271  rəyə qarşı 446 rəy əksə- 
riyyətlə  milli-məhəlli  muxtariyyət  üzərinə  qurulu  xəlq  cümhuriyyəti 
lehinə olduğu elan olunmuşdur.
Yeddinci məclis -  8 may
Bugünki qurultay saət  12-də açıhb Xocayev rəislik ediyor. Məclisin 
proqramını,  bu  gün  baxılacaq  məsələləri  elam  ediyor.  Məclis  açıl- 
dıqda  doktor  Cavad  bəy  Orucov  növbətdən  xaric  söz  alaraq  əski 
hökumətin  müsəlmanlar  həqqində  tutduğu  yollar  barəsində  mühüm 
bir doklad oxuyur.  Nikolay zamanında Rusiya müsəlmanları həqqində 
icra  edilən  tədbirlərin  nə  yolda  olduğunu  və  1906-cı  ildə  hökumətin 
müsəlmanlar  arasında  elm  və  m əarif nəşr  etməgə  nə  cürə  baxdığını 
bəyan  ediyor.  1906-cı  ildə  hökumət  rəsmi  surətdə  verdigi  əmrdə  di-
205

yordu ki, müsəlmanlar içmədiklərinə görə onların bu işdən məmləkətə 
təxminən  ildə  70  milyon  zərər  oluyor.  Bu  isə  onların  arasında  ülum 
və  məarifin  nəşr  olmasından  iləri  gəliyor.  Ona  görə  bu  gündən  onla- 
rm  arasmdan ülum və fünunun götürülməsi lazımdır.  Sonra imperator 
Böyük  Petronun məlumi  vəsiyyətini  oxuyur.  Bu vəsiyyətə  görə  Rusi- 
ya məmləkəti  padşahlar padşahı  olub  bütün  Şərqi  istila  etməlidir,  de- 
niliyordu ki, bütün İslam məmləkətləri və bütün İslam topraqları onun 
əlində olub,  İstanbul böyük Rusiyanm paytəxti  olmalıdır.  Ondan son- 
ra  Milyukovun  siyasətindən,  onun  müsəlmanlara  nə  cürə  baxmasın- 
dan söyləyib alqışlanıyor.
Bundan  sonra  Zakir  əfəndi  Qadiri  m əarif komissiyası  tərəfindən 
dokJad oxuyur.  Dokladm maddələri bunlardır:
\) Mədəmyyət və m əarif işləxi hor millətin öz idarəsində  olmalıdır. 
2) Hər  millətin  mədəniyyət və  m əarif işləri  o  millətin  özü  tərəfindən 
təşkil edilmış müəssisələr əlində olmalıdır. 3) Rusiya müsəlmanlarmm 
ibtidaı, orta və alı məktəblərı'ndə təlim ana dı’Iində olmalıdır.  4) Məlum 
b'ır  yaşa  çatan  bütün  balalar  üçün  İbtidai  məktəblərdə  təlim  ümu- 
mi  və  məcburi  olmalıdır.  5)  İbtidai  məktəblər  bir  tipdə  olub  dini  və 
dünyəvi  deyə  ayrılmazlar.  6)  Məktəblərimiz  öylə  bir  surətdə  tərtib 
ediləcəkdir  ki,  mütəəllimlər  ibtidai  məktəblərdən  orta  məktəblərə  və 
orta məktəblərdən ali məktəblərə imtahansız olaraq qəbul ediləcəkdir- 
lər. 7) Məktəblərimizdə rus dili ancaq bir dil olaraq oxunacaqdır. 8) Ru- 
siyada olan bütün mütəəllimlərin və müəllimlərin hüququ hər cəhətdən 
bir  olacaqdır.  9)  Hər  bir  millətin  mədəniyyət  və  m əarif üçün  tutula- 
caq məsrəfi dövlət və məhəlli idarələr tərəfindən təmin edilir.  10) Mil- 
li orta məktəblərimizi tamam edən şagirdlər rus ali məktəblərinə imta- 
hansız  olaraq  qəbul  olunurlar.  11)  Məktəblərin yamnda  özünə  moxsus 
ən azı altı  desyatin yer verilir.  12)  Başqa millətlər məktəblərində  oxu- 
yan müsəlman balalarmm  sam  8-ə çatdıqda xəzinə və məhəlli  idarələr 
tərəfindən  onların  özünə  məxsus  din  və  ana  dili  müəllimi  təyin  edi- 
lir.  13)  Dini  mədrəsələr  dini  idarələr  nəzarətində  olurlar.  14)  Məktəb 
vəqtinə  qədər  və  həm  də  məktəbdən  xaric  tərbiyə  almaq  üçün  elmi 
müəssisələr  və  müsəlman  məktəblərinə  müəllimlər  yetişdirmək  üçün 
darülmüəllimin və  darülmüəllimat,  təlim və tərbiyə kursları  açılır.  15) 
Müsəlmanlar  üçün  açılan  seminariyalar  və  kurslara  təyin  edilən  bü-
206
[|
j  
tün varidat bina və  mülklərilə  bərabər  yerli  müsəlmanlar  əlinə  alınır.
16) M ümkün olan yerlərdə bu ildən etibarən müsəlman orta məktəbləri 
və həm ixtisas məktəbləri  açılır.  17)  O rta məktəblərimizə tiz oxucular 

yetişdirmək  üçün  müvəqqəti  ali  kurslar  və  rus  ali  məktəblərində  ka-

fedralar  açılır.  18)  1917-18-ci  dərs  ilindən  etibarən  milli  məktəblərin
hər  növündə  oxuyanlar  öz  dərəcələrində  rus  məktəblərində  oxuyan- 
lar  ilə  bir  hüquqda  olub,  onlar ilə  bir vəzifə  alırlar.  19)  Əcnəbi  dövlət 
təbəələrindən  olan  müəllimlərin  müsəlman  məktəblərində  təlim 
etmələrinə  heç  bir  cəhətdən  məmaniət  edılməməlidir.  20)  Məclisi- 
Müəssisanda  milli-mədəni  muxtariyyət  və  həm  federasiya  məsələsi 
həll edilincəyə qədər zemstvo və şəhər idarələri hüzurunda mədəniyyət

və  m əarif işlərimizi  idarə  üçün jməhəlli  heyətlər  tərtib  edilir.  Bu  iki

idarə  olmayan  yerlərdə  mədəniyyət  və  m əarif  işlərimizə  baxmaq

üçün xüsusi heyətlər düzəliyor.  21)  Müəllimlər yetişdirmək üçün açıl-

mış müəssisələrdən şəhadətnamə alanlar və ya ki məzkur üç  müəssisə

xüsusunda  açılmış  ali  heyətlər  hüzurunda  imtahan  vermiş  adamlar
i  
məktəblərimizdə müəllimlik etməgə həqli  oluyorlar.  22) Hərb xəttində
və mühafizə yerlərində olan müsəlman müəllimləri azad edilməlidirlər.
Burada tənəffüs elan edilir.

Tənəffüsdən sonra Topçubaşov cənabları növbədən xaric olaraq söz
alıb  diyor  ki:  “Gecə  Qafqasiyadan  teleqram  aldıq.  Qafqasiya  cəmaəti 
arasında təşvişli  hallar başlanmış,  fəna  nəticələr  olacağı  mümkündür. 
Qafqasiya  müsəlmanlarma  heç  bir  vəqt  hökumət  etibar  etmədi.  Bizi 
əsgərligə almadılar. İmdi də bizdən əskər yerinə bədəl alırlar. Bu bizim 
üçün nöqsandır.  Çünki müsəlmanlar əskəri təlimatdan məhrumdurlar. 
Fəhlə və soldat şuralarında bizdən vəkil yoxdur.  Başqa millətlər əskəri 
xidmətdə olduqları üçün onların vəkilləri var. Bizdən əskər almamağm 
səbəbləri  böyük  idi.  Guya  müsəlmanlar  silahlansalar  xristianlara  hü- 
cum  edərlər,  filan  edərlər,  deyə  qorxuya  düşüb bizi  sıxıyorlardı.  Milli 
nöqteyi-nəzərdən ol qorxuya yer var idi. Çünki misyonerlər: müsəlman 
qanını  qaynadır,  xəlqimiz  isə  səbrli  və  qorxaq  edilər.  İmdi  İrəvan, 
Bakı  ətrafmdan  və  Türkiyədən  alınan  yerlərdə  müsəlmanlara  qarşı 
hərəkət başlanmış; xristianlar və ələlxüsus xristian soldatlar firqəsi pək 
müntəzəm  qaidə  ilə müsəlmanlara  qarşı  ayaqlanmışlar.  Bunlara  qarşı 
nə tövr olsa da çarə  etmək lazımdır.  Xəbərdən anlaşıldığma görə xris-
207

tianların  müsəlmanları  qarət  etməiəri  göziəniyor.  Efmənilər  ayaqia- 
nıb  təhrikata  başlamışiar.  Ehtimal  bu  dəhşət  bütün  Qafqasiyayı  istila 
etsin.  Bu  xüsusda  tez  addımlar  intixab  edib  Petroqrada  hökumət  ilə 
danışmağa,  hərbiyə vəzirinə xəbər verməgə,  fəhlə və  soldat şuraiarına 
yetirməgə çalışmaq iazımdır”.
Topçubaşovun bu sözləri vəkiliərə artıq dərəcə təsir etdigindən ora- 
daca qurultay  adından Petroqrada göndərilmək üçün aşağıdakı  adam- 
lar  seçildi:  Əiimərdan  bəy  Topçubaşov,  Mirzə  Əsədullayev,  Səlim 
Gəray Canturin,  Soltan bəy Mamliyev, polkovnik Hacı Mərdan əfəndi 
bu vəkillər 9-u mayda Petroqrada azim olduiar.
Sokki/inci məclis -  9 may
Ayaz  əfəndi  İshakov  rəislik  ediyor.  Bugünki  iclasda  idareyi- 
ruhaniyyə,  yer  işləri,  işçilər  məsələsi  müzakirə  olunuyor.  İdareyi- 
ruhaniyyə  həqqində  Ufa  vəkili  Salehcan  Qazturmanov  pək  uzun  bir 
məTuzə  oxuyur.  Bu məruzə xuhanilər  komitəsində  5-6  gün müzakirə 
edılib qayət diqqət ilə baxıldığmdan bir ağızdan qəbul ediliyor.
Məruzənin maddələri bunlardır:
1)  Orenburq  məhkəməyi-şəriyyəsinə  tabe  olmaq  istəyən  kazakla- 
rın dini ehtiyaclarını təsviyə üçün Orenburq məhkəməyi-şəriyyəsində 
müvəqqəti yeni heyət düzəltmoli və onlarm xidmətlərini nəzərə alma- 
lıdır.
2)  Gələcəkdə  din  hökumətdən  ayrılsa  da,  ayrılmasa  da  dini 
idarələrimizin  nə  qaidə  üzrə  və  haralarda  olmasının  lazım  olduğu- 
nu  nəzərdə  tutmalıdır.  (Bu  xüsusdä  komitəyə  məxsus  bir  məruzə  ha- 
zırlıyor).  Salehcan  Urmanovun  tnəhkəməyi-şəriyyənin  hazırki  işləri, 
müvəqqəti  heyət və  xidmətləri  həqqindəki  məruzə  və  layihəsi  komitə 
məclislərində müzakirə edilib bəzi təbdillər ilə qəbul edilmişdir.
Məhkəməyi-şəriyyənin müvəqqəti işləri
1)  Adi  işlər.  2)  Müsəlmanların  bəzi  dini  işlərinə  nəzarət:  məsələn, 
iniam və müəzzinləri təsdiq, onları əzl, məhəllə təşkil etmək və məscid 
bina  etmək  işlərinə  rüsxət vermək.  3)  Vəqfləri  təsdiq etmək.  4)  İslam
208
dininə girənlər həqqində  lazım olan  tədbirlər görmək.  5)  Məhkəməyi- 
şəriyyələrdə  tətil  günlərini,  cümə  və  başqa  dini  və  milli bayram  gün- 
lərini tərtib etmək.  6) Məhkəməyi-şəriyyə öz arasında və həm onun ilə 
müsəlmanlar arasında olan müxabirə və yazı işləri türk və tatar dilində 
olmalıdır.  7) Məhəllə təşkilatı düzəltmək üçün imdidən başlamalıdır.
Məhkəməyi-şoriyyənin müvəqqəti heyəti
Bu vəqtə qədər müsəlman syezd və ictimailərinin verdikləri qərarlara 
görə  bu  qaidə  üzrə  olmalıdır:  1)  Bir  müfti  və  altı  qazidən  ibarət  olub 
bunların bəzisi üiəmadan olur.
Qeyd:  Qazilərdən  birisi  İçəri  Orda kazaklarından  bulunsun -  deyə 
kazak vəkilləri öz diləklərini bəyan etdilər. Bu dilək komisyə tərəfmdən 
məqul görüldü. Müfti və qaziləri imdidən şyezd göstərməli. Heyət üçün 
cümləsi 7 kişi seçiliyor. Onlar öz aralarından birisini rəis intixab edirlər. 
Lakin bu fikir komisyə tərəfindən rədd edildi.  2)  Dini məktəb və məd- 
rəsələrə  nəzarət  etmək  üçün  müfti  və  qazilərin  məsuliyyəti  ilə  mütə- 
xəssis kişilər dəvət edilir.  Dini məktəb və mədrəsələri  idarə üçün məx- 
susi bir m əarif heyəti təsis edilməlidir. Bunlar müftinin rəyasəti ilə məh- 
kəməyi-şəriyyə hüzurində dini məktəb və mədrəsələri idarə ediliyorlar. 
(Onlar syezd göstərsin deyə xahiş etdilərsə də, rədd edildi). Məhkəməyi- 
şəriyyə məarif işlərində mütəxəssis zatlardan ibarət ictima düzəldib on- 
iarın razılıqlarilə qərarlar veriyor və buna müvafiq əməl ediyor.
Yuxarıda  sayılan  xidmətlərin  məhkəməyi-şəriyyə  əlinə  verilməgi 
qərarlaşdırılmış  və  məhkəməyi-şəriyyə  ilə  məhəllə  arasmda vasitə  ol- 
maq üçün yenə bir idarənin təsisinə lüzum görülmüşdür.  Buna binaən 
50  min  nüfus  idarənin  imam  və  mütəvəlliləri  tərəfindən  bir möhtəsib 
təyin  ediliyor  və  məhkəməyi-şəriyyə  tərəfindən  təsdiq  olunur.  Hər 
möhtəsibə bir sekretar veriliyor. Həmçinin iazım olursa möhtəsibə yar- 
dım etmək üçün bir neçə adam intixab edilib təyin olunur.
Möhtəsibin xidmətləri
1) 
Məhkəməyi-şəriyyənin  hər  bir  əmr  və  tədbirlərini  imam  və 
mütəvəllilərə  yetirir,  metrik  dəftərlərini  mollalar  arasında  dağıdar  və
209

Ililr B.l II  11
onları  yığıb  məhkəməyi-şəriyyəyə  göndərir,  təsdiq  edilmiş  imam  və 
müəzzinlərə  məhkəməyi-şəriyyə  tərəfindən  göndərilən  əmrləri  verər. 
Dini  məktəb  və  mədrəsələrə  nəzarət  kibi  işlər,  ailə  nizailəri,  təqsim, 
tərkə  məsələləri  həqqində  məhkəməyi-şəriyyə  tərəfindən  verilən 
təlimat  üzərinə  əməl  edər.  2)  Vəqflərə nəzarət  edib  hesablarına baxar 
və bunları məhkəməyi-şəriyyəyə göndərir. Dini məktəb və mədrəsələrə 
və  həmçinin  rus  məktəblərində  və  ümumən  dünyəvi  məlumat  verən 
məktəblərdə  din  dərslərinə  nəzarət  edər.  Müsəlman  əskərlərinin  dini 
ehtiyaclarını görüb əskəri imamlara nəzarət edər.
M əhkəməyi-şəriyyə üçün smcta
Sənəcfə müffiya 6.000 manat
Qazüara (cümtesmə) 8.000
Katib və m əarif işləri mütəxəssislərinə  14.000 manat.
Məhkəməyi-şəriyyənin xadimlərinə yanacaq, işıq, sığorta və başqa- 
larına 65.000 manat.
M öhtəsibə maaş
Hər dairə  üçüa  bir möhtəsibs maaş m əhkəm əyi-şənyyə  tərəfmdən 
verilir (6.200),  məhəlləyə  təxminən 20 möhtəsib  lazım olur,  ildə  1.200 
manatdan 7.200 manat (katib və möhtəsibə müavin təyin etsələr,  onla- 
ra o dairə zəlqi özləri maaş verir)
Bütün məxaric  185.000 manat
Hesabı tamamlatsaq 200.000 manat
***
İdareyi-ruhaniyyə  məsələsindən  sonra  işçilər  məsələsi  müzakirəyə 
qoyulur.  Bu  barədə  qafqasiyalı  Hacıyev  rusca  məruzə  oxuyor. 
İşçılər  şöbəsi  namindən  oxuduğu  bu  məruzəsində  Hacıyev  işçilərin 
tələbnaməsilə syezdi aşina edərək diyor ki, bu məclis bu məsələləri həll 
etməgə  səlahiyyətdar  degildir.  Bu  məsələ  əmələ  syezdində  həll  olun- 
malıdır.  Məruzə oxunub  tamam olduqdan  sonra  şiddətli  surətdə  alqış- 
lanıyor. Bədə bu məruzə həqqində Ömər Terequlov səs alaraq diyor ki,
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin