Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild


Qafqasiya qurultayı



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

149

Qafqasiya qurultayı
Yarın  Bakı,  Qafqasiya  müsəlman  həyatında  Azərbaycan  türkünün 
ömründə görünməz bir gün görüyor.
Qafqasiya  müsəlman  ictimai  açılıyor.  Biz  bu  ictimaə  -   və  bu  kibi 
ıctimailərə -  qurultay adı vermək meylindəyiz. Rusiya müsəlmanhğınm 
az  istisna  ilə  hamısmı  təşkil  edən  türk-tatar milİətinin  tarixi  ilə  aşina 
olanlar rusların  “veçe”sinə bənzər  əski  zamanlarda türklərdə  qurultay 
olduğunu bilərlər.  (Qurultay qurulur xan göstərərdi, yəni seçərdi).
İstibdad, bu Şərqdə hürriyyət cəlladı olan çar istibdadı hürr iyyətpərvər 
Rusiya cəmaətlərinin  qeyrətli  zərbəsi  ilə  sərnigün  olduqdan  sonra bü- 
tün  vətəndaşların,  tamam  millətlərin  əl-qollarındakı  zəncirlər  açıl- 
dı;  hər  kəs,  hər  heyət,  hər  sinif və  millət  qüvvəti  yalmz  birləşməkdə, 
bərkişməkdə görüb toplaşmaya başladı. Qafqasiya müsəlmanları, Azər- 
baycan türkləri  də bunu hiss etdilər.  Qurultay qurmaq istədilər.
İştə,  bu  şərəf Bakmın  hissəsinə  düşüyor.  Bu  gün birinci  Qafqasiya 
qurultayı qurulur.
Bu  qurultay bütün  Qafqasiya müsəlmanlarınm  ovzai-hazirə  müna- 
sibəti ilə keçirdikləri hal və hissiyyatə tərcüman olub onun siyasi, mil- 
li və modəni  ideallarımn baş mətləblərini aydın surətdə elan etməlidir.
Şübhəsiz  ki,  bu  günlərin  hökmündə  yığılan  bütün  ictimailər  kibi 
birinci  Qafqasiya  qurultaymın  tərtib  və  dəvətində  qüsurlar  ola  bilər. 
Fəqət bu qüsur onu hər halda müsəlman hal və hissiyyati-siyasiyyəsini 
göstərəcək bir müəssisə olmaqdan salamaz.
“İsmailiyyə” binasmda yüksələcək  səslər  şübhəsiz ki,  millətin  ara- 
sındakı  əfkari-həyatinə tərcüman olacaqdır.  Qoy o səslər millətin bila- 
istisna hamı  sinif və  cərəyanlarınm kamil bir səlahiyyətlə  söylənilmiş 
sözü olmasm.  Hər halda təxminən olsa da, onun diləklərini, istəklərini 
və  keçirməkdə  olduğu  hal  və  hissiyyatım  göstərəcəkdk.  Bu  nöqteyi- 
nəzərdən  belə  qurultayın  qiyməti  böyükdür.  Onun  alacağı  qərarlar 
mənən  bütün  Qafqasiya  müsəlmanlarmm  rəyi  tələqqi  olunacaq.  Buna 
görə  də ümid edilir ki, bu böyük məclisdə  söz söyləyəcək millətdaşlar 
zaman  və  məkanı  ətraflıca  vəzn  edərək  mətləblərini  mütəntən  və 
cəsarətlə  bəyan  edəcək.  Amali-siyasiyyə  və  milliyyələrini  nümayiş
150
etdirməklə  bərabər  siyasətdə  əsl  olan  üsul  və misal  əndişəligindən  də 
uzaqlaşmayacaqlar.  Azərbaycan  türkünün  rüşdi-siyasinə  Qafqasiya 
müsəlmanxnm  mədəniyyətcə  yetişməsinə  bağladığımız  ümidi  biz  bu 
xüsusda əmin edə biləriz.
Əvət,  bu  gün  Qafqasiya  qurultayı  hər  şeydən  əvvəl  bizə  hürriyyət 
bəxş  edən  qəhrəmani-hürriyyətə  bəyani-şükran  edəcək,  hürriyyət  ni- 
gahbanlanna  etimad  və  etibarmı  bildirəcək.  Azad  Rusiyanm  yalnız 
millətlərin  azad bir  surətdə  vaqei-etilaf və  yarışmaları  sayəsində  pay- 
dar ola biləcəgini də qüvvəti-qəlb və imanla söyləyəcəkdir.
Yaşasın  millətlərin  hüquqi-mədəniyyə  və  siyasiyyəsini  təmin  edən 
cümhuriyyəti-ənam torəfdarı olacaq Qafqasiya qurultayı!
M.Ə.RəsuIzadə 
“Açıq söz”,  14 aprel  1917, JV»450
151

I
Qafqasiya müsəlman qurultayında 
siyasi-milli məqsədlər
Bu mövzu Qafqasiya müsəlman qurultaymm ruznameyi-müzakira- 
tında əvvəlinci idi.  Qurultay sair məsəlolər kibi bu məsələni də əvvəlcə 
bilatərəf  mübahisə  olunmaq  üçün  şöbəyə  vermiş  idi.  Bu  məsələyə 
məşğul  olan  birinci  şöbəyə  üç-dörd  cür  cərəyana  mənsub  müqtədir 
nümayəndələr daxil olmuşlardı. Üç gün davam edən müzakiratdan son- 
ra birinci  şöbə  naminə Məhəmməd Əmin Rəsulzadə tərəfindən aşağı- 
dakı məruzə qurultaym 4-cü iclasma təqdim edildi:
Millətdaşlar!  Siyasi-milli  məqsədlər  həqqindəki  nəzərlərə  baxmaq 
üçün  seçdiginiz  şöbənin  bütün  əfradı  arasmda  gələcək  Rusiya  üsuli- 
idarəsinin mütləqa cümhuriyyəti-ənam olacağmda danışıq belə olmadı. 
Bunun böylə  olacağı  bir əmri-təbii  idi.  Bir adamm keyfi  ilə  idarə  olu- 
nan Rusiyadan hər bir millətdən ziyadə müsəlmanlar zülm görmüşlərdi. 
Buna  görə  də  bunlar  cümhuriyyəti-ənamdan  başqa  bir  idarəyə  meyl 
göstərə  bilməzlərdi.  Onlar bilərlərdi  ki,  məşrutiyyət əsası üstündə  da- 
yansa da, padşah daima cəmaət əleyhinə hərəkət edən  sünufi-məxsusə 
əlində  olacaq  və  padşah  dərbarı  məmləkət  həyatmı  zəhərləyən  bir 
mənbə olub qalacaq,  orada cücərən mikroblar Rusiya vücudunu təkrar 
istibdadla  azarlamaq  təhlükəsinə  sala biləcəkdir.  Bu  mülahizələr  şöbə 
əzasını təşkil edən bütünümüzcə gün kibi aşkar və dəlil  istəməz aydın 
bir  həqiqət  olduğu  üçüri  cümhuriyyəti-ənamdan  başqa  bir  üsuli-idarə 
kimsənin xatirindən belə keçmədi.
Bütün  şöbənin  ittihadı  ilə  qəbul  olunub  üstündə  iki  rəy  olma- 
yan  ikinci  bir məsələ  də var idi ki,  o  da Rusiya böyüklügündə,  Bəhri- 
Mühiti-Şimalidən tutub  İrana,  Saxalindən başlayıb  Qara dənizə  qədər 
sərilən və dünyanın altıdan birini təşkil edib müxtəlif millətlərə malik 
olan böyük bir məmləkətin bir nöqtədən, bir mərkəzdən idarə olunması 
mümkün olmadığı idi. Hamısı qəbul ediyordu ki, bu məmləkət gərəkdir 
ədəmi-mərkəziyyət üsulu ilə idarə olunsun.
İştə, burada şöbə əzası arasında iki rəy görülüyor, nəzərlər ayrılıyor- 
du. Ədəmi-mərkəziyyəti bir qismi coğrafıya, məişət, ticarət və sənaətcə 
bir halda  olan  vilayətlərə  məxsus  geniş  səlahiyyətli  idareyi-məhəlliyə 
şəklində  başa  düşüyor,  digər  qismi  isə  Rusiyayı  muxtariyyətlər  (fede- 
rasiya) üzərinə qurulu müttəfiq bir dövlət şəklində təsəvvür ediyordu.
152
Məlumdur ki, muxtariyyət ilə genış idareyi-məhəlliyə arasında osaslı 
bir  fərq vardır.  İdareyi-məhəlliyədə o  məhəllin  idarəsinə  aid  olan bəzi 
məhəll  xozaystvosuna  (alış-veriş,  şosse  yolları,  kənd  işləri,  sənaət  və 
ticarət xüsusları) məxsus səlahiyyətlər aşkar olunur. Yerdə qalan dövləti 
işlərin  hamısı  isə  mərkəzi  hökumət  əlində  qalıyor.  Halbuki  muxtariy- 
yətlər  üzərinə  qurulan  müttəfiq  dövlətlordə  iş  bunun  əksinodir.  Ora- 
da mərkəzi hökumətin görəcəgi işlər təyin olunub, o təyin xaricində nə 
varsa hamısı  daxili  işlərində  muxtar  olan  hökumətlərə  mühəvvəl  olu- 
nur.  Məsələn,  dava  elan  eləmək,  sülh  imzalamaq,  quruda,  dənizdəki 
hərb qüvvətlərini idarə etmək, gömrük, sövqəlceyş nöqteyi-nəzərindən 
çəkilən  dəmir  yollar,  sikkə,  xarıci  ticarət  qanunları,  əmələyə  aid  qa- 
nunlar,  müxtəlif muxtariyyətlər arasmda çıxan ixtilafların həlli,  bütün 
məmləkətdə siyasi azadlıqlarm təmini, məmləkət qanuni-əsasiyyəsınin 
mühafizəsi kibi ümumi işlər həp bütün muxtariyyətlər tərəfmdən seçil- 
miş ümumi məclisə və bu ümumi məclisdən ayrılan ümumi  hökuməto 
aiddir.  Burasmı  ayrıca qeyd etmək istiyoruz ki, muxtariyyətlərdən heç 
birisi  ümumi  qəvainin-əsasiyyəcə  təyin  və  təmin  olunan  azadlıqlar- 
dan  heç  birisini  fəsx  və  ya  ilğa  etmək  həqqinə  malik  degildir.  Yuxa- 
rıda sayılan xüsuslardan əlavə nə qədər işlər varsa hamısı muxtariyyət- 
lərə tapşırıhr ki, öz aralarından seçdikləri məclislərində onlar həqqində 
qanunlar qoyub  öz hökumətləri  tərəfindən  idarə  olunurlar.  Bütün mil- 
li, mədəni, məhəlli və ədli qanunlar muxtariyyətlərin öz əllərində olur.
Muxtariyyət hanki mənada  olsun va  məhəlli nə kibi  əlamətlərlə  cı- 
zılsın üstündə də qurultayın birinci bölgüsündə (şöbəsində) iki rəy var- 
dır. Rəylərdən birisi muxtariyyətlərin hüdudunu milliyyət üzərinə təyin 
etməyi təklif edib, o bırisi isə bu hüdudun iqtisadi və coğrafi olamətlərlə 
təyinini tələb ediyordu.
Milliyyət  zərurətini  iləri  çəkənlər  diyorlardı  ki,  mədəni  bir  dövlət 
azad  fərdlərin  azadlığına  vaqe  olan  ittifaqmdan  əmələ  gələr.  Dövlət 
mədəni bir surətdə birləşə bilmək üçün vətəndaşlarmı tamamilə müstəqil 
ediyor,  yəni  ayırıyor.  Bir  şəxs  həqqındə  möveud  olan  nəzəriyyə,  bir 
ailə,  bir millətə  dəxi  aiddir.  Çünki  millət bir şəxsiyyəti-mənəviyyədir. 
Rusiya  azad  və  qüvvətli  bir  dövləti-mədəniyyə  olmaq  istərsə  birər 
şəxsiyyəti-mədəniyyə təşkil  edən millətlərin hər növ hüquqi-bəşəriyyə 
və  siyasiyyəsini  təmin  etməlidır.  Bu  isə  yalnız  məhəlli  milli  prinsip
153

f
üzərino qurulan muxtariyyot və bu muxtariyyotbrin ittifaqından ibarot 
olan  muxtariyyotli  cümhuriyyət  osası  ilə  hasil  olur.  Bu  nəzoriyyoyi 
müdafio  edonlor dünyanın  ən  modoni  və  mütərəqqi  momləkətlərindən 
olan  İsveçrə,  Amerika  və  Almaniya  dövlotlərinin  haman  federasiya 
əsası  üzərinə  qurulduğunu  və  dünya  istiqbalmın  dəxi bu  əsasda  oldu- 
ğunu  iddia  ediyorlardı.  Onlar  hətta  diyorlardı  ki,  böyük  müslihlərin 
təsvir elədigi ictimaiyyət, o səadəti-bəşər dəxi bu yol ilə hasil olacaq və 
dünya böyük bir səltənət şəklində qurulacaq. Bu səltənət mütləqa millət 
əsası üzərinə qurulmuş federasyondan ibarət olacaqdır.
Milliyyət məfhumunun  mənasına  gəlincə  yenə rəylər  ayrılırdı.  Bir 
tərəf diyordu ki,  milliyyət  dil  birligi,  tarix,  adat və  ənənat  şərikligi  ilə 
təyin  olunur.  Buna görə  də  Rusiyada yaşayan müsəlmanlar əksəriyyət 
etibarilə  türkdürlər.  Bu  türklük  əsası  dəxi  iləri  tutulmalıdır.  Sair  Da- 
ğıstan  millətləri  kibi  müsəlman  olan  xırda  millətlər  isə,  öz  xahişləri 
ı'lə  olmazsa  mütləqa  türk  olan  müsəlmanlarm  təmsilinə  məruz  qal- 
mayıb  milliyyətlərini  mühafizə  etmək  surətilə  türk  olan  müsəlman 
muxtariyyətləri  cüzinə  daxil  olurlar.  Rusiya  türklügünə  gəlincə  hər 
bir xüsusda  tobi) yoldan  çıxmaq  istoməyən  bu  csrəyan  bütün  äünya- 
nm  ittihadını  ayrılmaq  surətilə  birləşməkdə  gördügü kibi  türklərin  it- 
tihadxnı  da  o  vasitə  ilə  təmin  etmək  istiyordu.  Diyordu  ki,  türklər  bir 
gün  gələcək  müttəhid  olacaqlar.  Fəqət  bu  ittihad  müxtəlif  şivələri, 
ayrıca  xüsusiyyətləri  boğmaq  surətilə  olmayacaq.  Azərbaycanlı 
bir  türk  Füzulisindən,  Nəvaisindən,  Mirzə  Fətəli  Axundovundan 
əl  çəkə  bilməyəcəgi  kibi,  tatar  da  öz  mətbuatı,  ədəbiyyatı,  Abdul- 
la Tuqayevindən  sərf-nəzər  edə  bilməyəcəkdir.  Öylə  də  qazax  (qırğız) 
“Alaşı” ilə “qazax”ını iləri çəkəcəkdir.  Bunları mən etmək nə faidəlidir, 
nə  də  lazım.  Qoy  hər  kəs  öz  şivəsi,  öz  xüsusiyyəti  dairəsindo  tərəqqi 
eləsin.  İbtidai  məktəblərdə  doğma  dilləri  və  yazıları  ilə  tərbiyə  olun- 
sunlar.  Böylə  ayrı  bir  xüsusiyyət  üzrə  tamamilə  birləşib  mədəni  bir 
qüvvət təşkil etdikdən sonra türklük ittihadı bittəbii daha sühulətlə ha- 
sil olar. Necə ki  almaıı ittihadı hasil olmuş,  necə ki  slavyanlıq ittihadı- 
mn  imkanı  o  surətlə təsəvvür edilməkdədir.  Bundan ötrü də türkçülər 
Azərbaycan  ilə  Dağıstan,  Türküstan,  Qırğızıstan  və  Başqırdıstan 
üçün  ayrı  muxtariyyətlər  istiyorlardı.  Mədəni  və  milli  məsələlərdə 
ümumtürkləri  birləşdirmək  qəsdilə  isə  türk  muxtariyyətləri  arasın-
154
da  ümumi  bir  türk  şurası  təsisini  Iazım  görüyorlardı,  türk  ittihadım 
böylə  təsəvvür  edən  türkçülər  ittihadi-islamı  da  böylə  anlıyorlar.  On- 
lar  diyorlar  ki,  islamiyyət  bir  milliyyət  degil,  beynəlmiləliyyət  vücu- 
da  gətiriyor.  İslama  daxil  olan  millətlərə  göz  örtüb  də  hamı  millət- 
ləri  bir  şəklə  qoymaq  və  onları  bir  milləti-vahidə  təsəvvür  eləmək 
məhaldır.  Millətlər  ibtidai  halda  bulunduqları  zaman  milliyyətlərini 
din şəklində hiss edirlər və bu hiss kəndilərini din ətrafında birləşdirə 
bilər.  Fəqət  bir  millət  tərəqqi  etdikcə  milliyyət  hissi  də  tərəqqi  edər,
o  zaman  din  ilə  cinsiyyətin  ayrı-ayrı  qüvvətlər  olduğu  anlaşılır.  Av- 
ropa  millətləri  bu  halı  çoxdan  keçirmiş,  müsəlmanlar  isə  imdi  mil- 
li  duyğularla  hislənməgə  başlamışlardır.  Hər  bir  müsəlman  milləti 
öz  dili,  tarixi,  adat  və  ənənatı  ilə  birləşib,  mədəni  bir  qüvvət  təşkil 
etməli.  Hər bir müsəlman  milləti  özü-özlügündə  bir milliyyət  “yaşa- 
ğı”  vücuda  gətirməli,  tainki  islamiyyət “dərz”i  asanlıqla  bağlana bil- 
sin.  İslamiyyət  hər  din  kibi  öz  mədəniyyətlərində  bir  növ  ümumilik 
tərbiyə  ediyor  ki,  bu  da  millət  degil,  beynəlmiləliyyətdir.  Xristian 
beynəlmiləliyyəti  olduğu kibi  müsəlman beynəlmiləliyyəti var.  Fəqət 
Almaniya,  Fransa  və  yainki  rus  millətinə  qarşı  qoyulacaq  müsəlman 
milləti, müsəlman dili yoxdur.
***
Buna  cavab  olaraq  müsəlmanlığı  bir millət  kibi  tələqqi  edənlər  di- 
yorlardı  ki,  islam başqa  dinlərə bənzəməz.  Başqa  dinlər  yalnız  ibadət 
qisminə  aiddirlər.  Halbuki  dini-islam  müsəlmanlarm  dini  və  dünyəvi 
hər bir xüsusiyyatım tənzim ediyor. O müamelatə də, ticarətə də, dünya 
işlərinə  də qarışıyor, müsəlmanın hər bir hərəkətini qaidə  altına alıyor. 
Buna görə onda öylə bir qüvvə vardır ki, müsəlmanlar hanki milliyyətə 
mənsub olsalar da onlara bir növ milliyyət rəngi veriyor. Odur ki, hanki 
müsəlmana sorsanız, türkəm degil, müsəlmanam der. Demək ki, bu tövr 
müsəlmanlar  özlərini  bir kütləyə  mənsub  olmaq üzrə  hiss  edirlər.  Bu 
hiss isə hamımızm bir millət olmasmı göstərməgə kafidir. Bunun üçün 
də  Rusiyada  yaşayan  müsəlman  millətlərinə  ayrı-ayrı  muxtariyyətli 
idarələr  lazım  olmayıb  bu  muxtariyyətlər  ancaq  müsəlmanlıq  əlaməti 
üzərinə təyin olunmalıdır.
155

Bu  iki  əsas  fikir  arasında  üçüncü  bir  fikir  dəxi  vardı  ki,  o  da 
dünyanm  tərəqqisini  iki  cəhotində  görüyordu.  Biri  milli  və  ruha- 
ni  amildə,  digəri  də  iqtisadi  tərəqqiyatda.  Dünyanm  iqtisadi  tərəq- 
qiyyatını  tezləşdirmək  üçün  bu  cərəyan  məmləkətlərin,  muxtariyyət- 
lərin  milliyyət  hüdudu  ilə  ayrılmalarmı  müvafiq  görmüyordu.  Çünki 
2  parçalanmalarm  böyük  sinif mübarizəsinə  mane  olacağım  düşünü- 
yordu.  Bunun  üçün  muxtariyyətləri  geniş  idarcyi-məhəlliyə  şəklində 
təlaqqi  edərək  onu  milliyyət  əlaməti  ilə  degil,  əhvali-iqtisadiyyə  və 
məişət  cəhəti  ilə  təyin  etmək  istiyordu.  Milli  və  mənəvi  cəhətlərin 
təmini  cəhətinə  gəlincə  milli  şəxs  muxtariyyət  əsasmı  məqbul  görü- 
yordu.  Şəxsiyyotçilərcə milliyyət toprağa mərbut degildir. Millət əfradı 
hər yanda olursa öz həqqi-milliyyətini təmin edə bilməlidir.  Buna görə 
bütün Rusiya müsəlmanlarından ötrü qanun qoymaq səlahiyyətinə ma- 
lik  bir  ümumi  moclis  əmolə  gətirilməlidir  ki,  o  məclis  və  o  məclisin 
məhəllərdəki  şöbəsi  vasitəsilə  bütün  Rusiya  müsəlmanlarmın  milli 
və  ruhani  işlərinə  baxılsm.  Buna  qarşı  isə  milli  məhəlli  muxtariyyət 
istəyənlər  diyorlardı  ki,  milliyyət  yalnız  mədəni  və  ruhani  xüsuslar- 
da  degil,  hüquqi  və  idari  cəhətlərdə  də  muxtar  olmalıdır.  Çünki  bun- 
suz  hakimiyyoti-milliyyə  bərqərar  olamaz  və  onsuz  da  muxtariyyəti- 
milliyyə  söz  olub  qalar.  Muxtariyyəti-milliyyə  sinif  mübarizəsinə 
mane  olur,  keyfiyyətə  gəlincə  Almaniyanı  nümunə  göstərərək  orada- 
kı yarımmüstəqil müttəfiq dövlətlərin qətiyyən buna mane olmadığmı, 
biləks ən mütorəqqi sinif mübarizəsinin başqa yerdə degil, ancaq orada 
olduğunu göstəriyorlardı.
Bunlardan  əlavə  bir  mülahizə  dəxi  vardır  ki,  Qafqasiyaya  məxsus 
bir  muxtariyyət  tələb  olunsun.  Qafqasiyaya  məxsus  ümumi  parlaman 
olsun. Digər millətlər öz dairələrində muxtar qalaraq Qafqasiya fcdera- 
siyasmı  təşkil eləsinlər.  Rusiya ilə mərbutiyyət isə ancaq Ümumqafqa- 
siya parlamanma aid olsun.
Muxtariyyətin ruhu, mənası və şəkli hoqqində bu kibi nəzəri ixtilaf- 
lar varlığı  siyasi  komisyonda  cızılmış  idi.  Fəqət  komisyon  əzaları  hər 
nə qədər öz fikirlərində sabit və bu fikirlərini yeritməkdə cahid idisələr 
də,  bu  mühüm  zamanda  müsəlmanlarxn,  türklərin  birligini  pozacaq 
qərarlardan  sakınmağa da  o  qədər qeyrət  ediyorlardı.  Onlar çox yaxşı 
biliyorlardı ki, türklük və müsəlmanlıq həqqində olan əsaslı nəzəriyyələr
156
Rusiya  müsəlmanlarma  aid  olunca  bir  növ  elmi  mübahisədon  ibarət 
olub qalıyor.  Çünki otuz milyonluq müsəlman kütləsindən  29 milyonu 
türkdür. Yerdə qalan bir milyon da komişyon danışıqları əsnasında qəti 
surətdə  aşkar oldu ki,  ciddiyyəti-tamamilə türk mədəniyyətinə  qovuş- 
maq  istiyorlar.  Çünki  kəndi  başlarına  müstəqil  bir  həyati-siyasiyyə 
yaşayamıyacaqlarma  qənaət  ediyorlar.  İştə,  bu  xüsusları  nəzərə  ala- 
raq komisyon bütün cərəyanları birləşdirə biləcək bir əsas üstündə sö- 
zünü  bir  elədi  və  muxtariyyətin  hanki  əsas  və  hüdud  daxilində  ola- 
cağı  məsələsinin  həllini  açıq  buraxaraq  müsəlman  millətlərinin 
bəqasmı təmin üçün Rusiyadan ötrü ən müvafiq üsuli-idarənin məhəlli 
muxtariyyət üzərinə qurulu cümhuriyyəti-ənamdan ibarət olduğunu it- 
tihadi-ara ilə qəbul etdi.
Bununla  bərabər komisyon bütün  Rusiya müsəlmanlarmm mədəni 
və  ruhani  işlərini  idarə  üçün  dəxi  qanun  qoymaq  səlahiyyətinə  malik 
ümumi bir məclis təsisinə ehtiyac olduğunu dərk etdi.
Komisyon  müzakirənizə  təklif  elədigi  bu  mətləbləri  yarından 
etibarən tətbiq olunacaq bir qərar şəklində dcgil, böyük bir arzu və amal 
surətində  tələqqi  olunmasmı  ayrıca  rica  edər.  Biz  Rusiyanm  məhəlli 
muxtariyyət üzərinə cümhuriyyəti-ənam şəklində idarə olunması ama- 
lmdayız. Fəqət biliyoruz ki, bu arzumuz ancaq Rusiya məmləkətinin əsl 
sahibi  olan  Məclisi-Müəssisanda  bəravərd  olacaq.  Məclisi-Müəssisan 
qərarı  olmayınca  bittəbii  kimsənin  əqlindən  belə  keçməz  ki,  qalxıb 
özbaşına  muxtariyyət  elan  eləsin.  Qoy  qəbul  edəcəgimiz  bu  qərar bi- 
zim işıqlı yıldızımızı təşkil eləsin və bu yıldızı özümüzə rəhbər ittixaz 
edərək Məclisi-Müəssisana o surətlə hazırlaşaq. Oraya göndərəcəgimiz 
vəkilləri  məhəlli  muxtariyyətli  cümhuriyyəti-ənam  tələbində  olan 
səxslərdən göndərək.
“Açıq söz”, 25, 26 aprel  1917, JNs457,458
Dərbar -  padşah sarayı 
Müslih -  islah edən
Mühəwəl -  həvalə olunmuş; dəyişdirilmiş 
Sühulət -  asanlıq
İlğa -  ləğv etmə 
Məhal -  qeyri-mümkün, çətin
Bəravərdə -  icra edilmiş, əmələ gəlmiş 
Cahid -  çalışan, cəhd edən
Dərz -  qovuşuq, calaq yeri 
Müamelat -  kommersant
157

tranda rus çarizmi
“Utro  Rossii”  qəzetəsinin  rus-İran  işlərinə  və  1909  sənəsində  İran 
inqilabı zamanmda Azərbaycan və Tehram  gəzmiş  olan mühərriri Ar- 
dov  Rusiya  diplomasi  nümayəndələrinin  İranda  nə  qədər  fənalıqlar 
yapdığmı,  Rusiya  çarizminin  İranı  nə  qədər  əzdigini  təsviredici  bir 
məqaləsində yazıyor ki:
İnqilabdan  sonra  İranda  rus  konsullarımn  dəgişməsi  rus  nüma- 
yəndəliginin yox dərəcəsinə gətirilməsi ilk nəzərdə bəlkə həqarət sam- 
lar;  böylə də olmalı idi -  fəqət əgər biz adi qomşu kibi dolanmış olsay- 
dıq.  ITalbuki həqiqətdə əhval öylədir ki, biz buna qarşı  etiraz  etməyib, 
hətta şad olmalıyız. Çünki inqilabdan sonra yeni xariciyyə vəzarəti özü 
bu konsulları  dəgişdirməli  idi.  Rusiyanm  mənafeyi  bunu tələb  ediyor- 
du.  Zira bizim  siyasi  mazimizdə Rusiyamn  “İran siyasəti”ndən  əqlsiz, 
rüsvay bir şey olamaz.
Bir  vəqt  tarix  Rusiyanın  İran  siyasətini  tamamilə  açar.  O  zaman 
“Rusiyanm  milli  siyasətindən”  hamı  hcyrətə  gəlib  konsullanmızm  az 
bir zamanda dost məmləkəti düşmənə döndərib Rusiyanın adım mənfur 
etdiklərini  və  Azərbaycanda  əskərlərimizin  qan  axıtmasmı  tələb  edən 
vəziyyət hazırladıqlarmı görər.
Rusiya  çarizmi  öz  xəfif qorxaqlığmı  İrana  da  gətirərək  etimadına 
açıqcasına  mədəniyyət  gözləyən  Azərbaycanı  Qərbdən  hücuma  qar- 
şı  gözəl  bir bufer (hail)  etmək  əvəzinə  biləks  haili  pozub  dağıtdı,  İra- 
nı  iqtisadən  güclü,  siyasətən  dost  etmək  əvəzinə  fitnə,  fəsad,  rüşvət, 
təcavüz, hətta qətl və sairə kibi məlum vasitələr ilə İranı daha zəif sal- 
dı; onların müqəddəsatmı,  vətənpərvərlik hissini ayaq altına aldı.
Rusiya təbələrinin mənafeyini mühafizə naminə Təbrizdə icra edil- 
miş  olan  qırğın  Təbrizdə  “dövlət xainləri”  adı  ilə  məşhur müctəhidlər, 
mollalar və  sairlərinin  asılması,  Məşhəddə  müqəddəs  məscidlərin  top 
qumbaraları  ilə  atəşə  tutulması  və  hədsiz-hesabsız  cəbrlər,  zülmlər, 
həbs və təqidlər, təcavüz və tovhinlər heç vəqt unudulmaz.
Bir çox illərdən bəri Rusiyanm böylə siyasətini diqqətlə təqib edərkən 
bən bu  “siyasəti” sükutla keçə bilməyib bəzi  vəqt həqiqəti  açmaq isti-
158
yordum,  fəqət Petroqrad teleqraf agentəligi həmişə onu məharətlo giz- 
liyordu.
Rusiya  isə  həmişə  İrandan  uzaq  qalıb  İranı  əsla  tanımıyor,  an- 
lamıyordu,  Rusiyanm  fikrinə  yerləşdirilmişdi  ki,  “İran  binizamlıq və 
quldurluq  məmləkətidir”.  Rusiya  öylə  aldanmışdı  ki,  heç  yerdən  səs 
çıxarılmıyordu.  Biz  də  məcbur  oluyorduq  ki,  Rusiyanın  adını  qan  və 
palçıq  içinə  salmış  olanlar  müqabilinə  İngiltərə  və  Fransa  mətbuatı 
vasitəsilə  mübarizə  edək.  Rusiyada  heç  şeydən  xəbərləri  olmuyordu, 
güman  ediyorlardı ki,  Rusiya İranda “sülh və  müsalimətlə”  özünə yer 
açıb  mədəniyyət  yolunda  işliyor,  iranilərin  protestolarına  “vəhşilər” 
xəyalı  kibi  baxıyorlardı.  Halbuki  eyni  zamanda bütün dünyanın  qəze- 
tələri  rusların  İrandakı  vəhşilikləri  həqqində  bütün  sütunlar,  səhifələr 
dolduraraq məqalələr dərc ediyorlardı.
Bu  şeylər  xariciyyə  vəzarətinə  təqdim  ediliyordu.  Fəqət  o  vəqt- 
ki  xariciyyə  vəzarəti  özünə  zəhmət  verib  öz  siyasətinə  bir  nəzər  sal- 
maq istəmiyordu.  Biləks  İranda rus  diplomasi  nümayəndəsi  olan  “çar- 
cığaz”lara geniş meydan veriyordu.
Nəticəsi  də pək  fəna  çıxdı.  Rusiyamn nüfuzu  bilmərrə  məhv  oldu, 
Rusiyaya  qarşı  nifrət,  almanlara,  türklərə  qarşı  məhəbbət  hasil  oldu. 
Hətta rusun qırmancı iranlıların hissiyyatmı belə öldürdü.
Bu  müharibə  vəqti  də  haman  siyasətdən  dolayı  bir  çox  əskər  qa- 
nı  axdı.  Nəhayət,  bir  dərəcəyə  yetişdi  ki,  rus  siyasi  nümayəndəliginin 
adı belə iranlılar üçün nifrətamiz bir surət aldı.  Fəqət ruslar nə siyasəti 
dəgişmək istədilər, nə siyasətçiləri.
İmdi inqilabdan sonra ruslar ilə iranilər uzlaşdı, anlaşdı və rus kon- 
suliarını  çıxararaq  yerlərinə  konsulxana  əvəzinə  icra  komitələri  təsis 
etdilər.  Bəlkə burada bəzi nöqsanlar görülər. Fəqət bu işdə də təqsir bi- 
zim hökumətimizdədir.
“Açıq söz”, 9  may  1917, JV»468
Hail -  maneə, hasar 
Təbid -  uzağa sürgün etmə 
Mazi -  tarix, keçmiş 
Tovhin -  töhvə
159

Qəflət zamanı  dcgil!
Bu gün  seçki  günü barəsində hər uçastokda ictimailər  olacaq,  ora- 
da aym  21-də uçastok komitələrindən və  onların  tərzi-təşkil və  intixa- 
bmdan  bəhs  ediləcəkdir.  Vətəndaşlar!  Hamınız  o  ictimailərə  gəlməli, 
dinləməli,  fəqət  tamam  zehin  və  fikriniz  ilə  dinləməlisiniz.  Məsələ 
xeyli  mühüm  məsələdir.  Bu  ictimailərdə  bir  çox  məsələlərdən  danışı- 
lacaqdır.
Müsəlman arvadlarınm seçki həqləri vo onlarm tərz və təşkili barə- 
sində,  seçkilərin nə cür olması barəsində və digər bir çox məsələlərdən 
bəhs ediləcəkdir.
Əvvəla,  bu  seçkilərdə  mütləq  arvadlarımızm  seçkidə  iştirak 
etmələrini tələb etməlidir.
Müsəlman arvadlarından ötrü xüsusi bir mənzildə və yainki kişilərin 
seçki  seçdikləri mənzillərində kişilərdən  iləri və ya sonra seçki  icrası- 
na nəzarət edənlərin də  arvad olduqlarmı  tələb  etməlidir.  Bizim imdi- 
ki  məhəllə  seçkisi  üsulu  ilə  Bakıda  əhalinin  əksəriyyətini  təşkil  etdi- 
gimiz  halda  əqəliyyət  də  qalmağımızın  qorxusu  vardır.  Əgər  arvad- 
larımız  da  iştirak  etməzsə,  o  zaman  səsimiz  heç  dərəcəsinə  enəcək, 
bundan  sonra  həm  məhəllə  komitələrində  və  həm  də  şəhər  upravasın- 
da əksəriyyət degil, əqəliyyətin ədna dərəcəsində qalacağız. Gələcəkdə 
əqəliyyətdə  qalmamaq və  işimizin  ixtiyarı  əlimizdən  çıxmamaq  üçün 
bundan  sonra  ediləcək seçkilərdə nisbəti  gözləməlidir.  Yəni hər millət 
öz  sayına  görə  səs  verməlidir.  O  zaman  bir  yerdə  yaşayan  millətlərin 
heç  birinin  hüququ  itməz.  Hər kəs  öz  miqdarma,  öz  hesabma  görə  öz 
seçdigi  adamlarmı  verər və heç kəsin  də ürəgi  qalmaz və heç kəsin də 
hüququna  təcavüz  edilməz.  Bu  üsul  Avropanın  ən  demokratik  hesab 
edilən  İsveçrə  məmləkətində  də  icra  ediliyor.  Hərgah  Rusiya  doğru- 
dan da arvadlara hüquq verəcək əndazə demokrat məmləkəti cümləsinə 
girmişsə,  cəmi  Rusiyada  bu  demokratik  nisbi  (proportsionalnı)  seçki 
qaidəsini  icra  etməlidir,  ta  ki  Rusiyada  yaşayan  hər  bir  millət  ədalət 
üzrə özünün payına düşən adamları bundan  sonrakı Rusiyanm dövləti 
və məhəlli idarələrinə verə bilsin.
160
Rusiya kibi müxtəlif millətli  məmləkətdə bu seçki üsulundan başqa 
ədalətə və həqqaniyyətə layiq heç bir seçki üsulu ola bilməz. Buna görə 
də biz bugünki seçkilərdə imdiki məhəllə seçkilərinin nisbi (proportsi- 
onalnı) olmasım və bundan sonra cəmi Rusiyada seçkinin nisbi olması- 
nı və arvadlarımız üçün də kişilərdən ayn seçkilərdə iştirak etmək həq- 
qini istəməliyiz.
Bu  bizim  həqqimizdir  və  bizim  bu  demokratik  həqqimizi  Rusiya- 
nm azad hökumətindən tələb  etməlidir.  Əgər bu tələbimizdə ciddiyyət 
göstərsək,  guşəginlik,  boşluq  göstərməsək,  yəqin  edirəm  ki,  bu  həqqi 
bizə verərlər və buna məmaniət göstərməzlər.
Vətəndaşlar!  Unutmaymız,  sabah  ictimailərə  külliyyətlə  gəliniz  və 
bu  arzularınızı  o  ictimailərdə  bir  tələb  surətində  bələdiyyə  idarəsinə 
veriniz.
Bizim milli ehtiyaclarımıza bu iki şey çarə edə bilər.
Əvvəlincisi seçkilərdə arvadlarımızm kişilərdən ayrı iştirak etməsi, 
ikincisi  öz  sayımıza  nisbət  bizə  seçki  həqqi  verilməsi.  Arkadaşlar! 
Arvad  məsələsində  cahilanə  təəssüb  etməyiniz.  Çünki  bu  təəssüb 
nəinki  müsəlmançılığımıza  və  millətimizə  xidmət  etməz,  bəlkə  bizi 
seçkidə  əqəliyyətdə  buraxmaq  ilə  ixtiyarımızı  əlimizdən  alar  ki,  bu 
da  ki  nə  şəriətə  və  nə  də  millətə  müavinət  degil,  zərər  yetirər  və  bu 
da  bizi  şəriət  və  milliyyətimiz  qarşısmda  məsul  və  xəcil  edər.  Biz  də 
böylə məsuliyyətli və tarixi zamandä bu məsuliyyəti  və bu xəcaləti  öz 
öhdəmizə götürməməliyiz.
Arvadlı kişili seçkilərdə iştirak etməli və öz işlərimizin ixtiyarını öz 
əlimizə almalıyız.
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin