Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə1/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
  1   2   3   4   5   6   7   8   9   ...   37
7137

Məhəmməd Əmin Rəsulzadə
Əsərləri
IV cild
(1917- aprel  1918)
-
■' 
• ^ .ıd e - ıtın ın
;B a k ı- 2 0 1 3 ----------

A ra ş d ın b   toplayanı,  ərəb əlijbasından 
latın qrafıkasına çevirəni,  ön sözün  miiəllifı,  lüğətin  tərtibçisi 
Ş İR M Ə M M Ə D   IİÜ S E Y N O V
T ransliterasiya redaktorları:  p ro fesso r  Ş A M İL  V Ə L İY E V
elm i işçi  S A M İR   M İR Z Ə Y E V
K itabın texniki  redaktorları: 
f d .   A Y G Ü N   Ə Z İM Ö V A
elm i işçi S A M İR  M İR Z Ə Y E V
K ita b   Q a n u n   N o şriy y a tı  h c s a b m a   n ə ş r  o lu n u b
R ə su lza d ə   M .Ə .
Ə S Ə R L Ə R İ,  IV  c il d ,,
Bakı,  Q anun N oşriyyatı,  2013  456  soh.,  tiraj  500
Oxuculara  təqdim  olunan  «Əsərlər»in  IV   cildinə  Azərbaycan  Xalq 
Ciimhuriyyətinin yaradılmasına  başçüıq  etmiş,  X X yüzilliyin görkəmli  ic~ 
timai-siyasi  və  dövlət xadimlərindən  olan  M.Ə.Rəsulzadənin  1917-ci  ilin 
yanvar-1918-ci  ilin  aprelinə  qədərkı  mürəkkəb  və gərgin,  'ışıqiı  vəfaciəli 
dövründə  qələmə  aldığı yazıları,  qurultay,  yığıncaq  və  mitinqlərdəki  nitq 
və çıxışlarının,  məruzələrinin mətbuatda dərc olunmuş mətnləri daxil edil- 
mişdir.
Zənnimizcə,  bu cilddəki əsərlər də Azərbaycan,  Qafqaz və Rusiya,  həm- 
çinin  bütövlükdə I  Diinya  miiharibəsi dövriinün  tarixi  ilə,  Rıısiyada  milli 
azadlıq hərəkatı təcriibəsi ilə maraqlananlar üçün faydalı vəsait olacaqdır.
ISBN 978-9952-26-419-7
© Q anun N əşriyyatı, 2013
Bakı,  A Z  1102, Tbilisi pros.,  II A latava 9
Tel.:  (+994  12) 431-16-62;  431-38-18
M ob.:  (+994 55)  212 42  37
e-mail:  info@ qanun.az
ww w.qanun.az
Ön söz
A zərbaycan  milli  qurtuluş  hərəkatınm   ideoloqu  və  tanınm ış  lide- 
ri  M əhəm m əd  Əm in  Rəsulzadənin  əsərlərinin  IV  cildinə  onun  1917- 
ci ilin yanvar  1918-ci  ilin aprelinə qədərki dövrdə m ətbuatda dərc edil- 
miş əsorləri,  çıxışları, m əruzə və müsahibələri, nitqləri və s.  daxil edil- 
mişdir.  Bir il üç aylıq zam an zərfi təkcə Azərbaycan, Qafqaz və Rusiya 
tarixində  deyil,  üm um dünya  tarixində  çox  təhlükəli,  faciəli  hadisələr 
və qarşıdurm alar, iqtisadi, ictimai-siyasi böhranlar, həm  də sürotli milli 
oyamş,  azadlıq və  istiqlal hərəkatları  ilə müşayət olunmuşdur.
Rusiya  və  dünyada  cərəyan  edən  mürəkkəb  hadisoləri  diqqətlə 
izləyən M .Ə.Rəsulzadə  hələ  1916-ci  ilin  oktyabrm da “Açıq  söz”  qəze- 
tində  yazırdı.  “Ey  qadiri-küll  olan  zaman  sən nələr yapmaz,  nələr ya- 
pamazsan,  “görülən  hallar  bahar  olmasa  da,  baharın  golmosini  gös- 
tərən günlərdir,  intibah  dövrünün sürətlə başa gəlməkdə olduğu görül- 
məkdədir.
M əlum dur ki,  1917-ci  ildə  Rusiyada iki-fevral və oktyabr aylarında 
inqilablar baş  verdi.  M.Ə.Rəsulzadə bunlardan birincisini Rusiya inqi- 
labı,  ikincisini  isə rus inqilabı hesab edirdi.  Fevral inqilabı Azərbaycan 
türk xalqı üçün də xilasedici  səciyyə daşıyırdı və onu çarizm  dövründə 
boğulduğu  tilsim ləşm iş  dairədən  xilas  yolu  açırdı.  M.Ə.Rosulzadə ya- 
zırdı:  “H ürriyyət günəşi doğmuş, azadlıq baharı gəlm işdir”.
M .Ə.Rəsulzadə  xatırladırdı  ki,  köhnə  Rusiyada  demək  olar  ki,  və- 
təndaş  yox  idi.  A ncaq  rəiyyətlər  vardı.  Bütün  Rusiya  millətləri  çariz- 
min rəiyyoti idilərsə, qeyri-rus deyilən millətlər rəiyyətin rəiyyətlori idi. 
“Qula qul olm aq iştə köhnə Rusiyada yaşayan m üsəlmanm , yəhudinin... 
sair “ögey” m illətlərin çəkilməz faciəsi” olmuşdur.  (“Açıq söz” JVb 433)
3

Rusiyada  Roraonovlann  raütloqiyyət  rejimi  dcvrilso  do  bu  onun 
osrlnr boyu yaratdığı  qlobal probleralor qalmaqda idi.  Hom  do Olimor- 
dan boy Topçubaşovun  1917-ci ilin raaymda Ümumrusiya müsolmanla- 
rmın  qurultaymda  söybdiyi  kimi  “6  yiiz  ildnn  bori  Rusiya  tabeiyyə- 
tində  bulunan  müsəlmanlar  bu  güno  qədordo  hökümotdon  bir  xoş  söz 
və iltifat görmomişlər”.
Dövlət  müstəqilliyini,  ərazi  biitövlüyünü  itirmiş,  hotta  zaman-za- 
man  fiziki  mövcudiyyoti  bclə  tohliiko  altmda  olan  Azərbaycam  xilas 
etmək  məsəlosi,  yaranmış  əlverişli  şoraitdən  istifado  edorək  vətoni  və 
milləti  xilas  etmok  üçün  no  etmək  vo  nodən  başlamaq  lazımdır  sualı 
qarşıda durmaqda idi.
Milli istiqlal vo azadlığa qovuşmağın dünya, xüsusilo Avropa tocru- 
bəsinə  əsaslanan  M.Ə.Rosulzadə  belə  hcsab  edirdi  ki,  millotin  bütün 
sağlam  qüvvolorini  voton  vo  xalqı  xilas  etmok  uğrunda  miibarizəyə 
hazırlamaq  üçün  birinei  növbodə  güclü  vo  niifuzlu  bir  siyasi  partiya 
təçkilatı  yaratmaq  vaeibdir.  O  yazırdı:  “Siyasi  firqəlori  olmayan  bir 
millotin  siyasi  duyğusu,  siyasi  düşüncosi  olamaz.  Siyasot  mcydanı- 
na  hər  milləti  siyasi  firqolor  çıxarar,  siyasi  fikirlor  siyasi  firqonin  ch- 
timamı  ilo  (səyilo)  xalq  arasmda  intişar  tapar.  Fəqot  bir  firqə  xalqın 
hüsni-rəğbətini o vaxt qazanar, milloti öz başına o vaxt toplaya bilər ki, 
cəmaətin milli amal  və arzularına müvafiq proqramı  yiirüdorok təşkili 
təbiətə (hoyata) yaxm olsun”.  (“Açıq söz”  1917, Ne  599)
Qeyd edim ki, indiyodək tarix ədəbiyyatmda bclo bir mülahizo möv- 
cuddur ki, milli-demokratik “Müsavat” partiyası  1911 -ci ildo gizli olaraq 
Bakıda keçmiş hümmətçilor A.  Ka/ımzado,  T.Nağıoğlu vo Mohəmməd 
Əli  Rəsulzadə torəfindon yaradılmışdır.  M.Ə.Rosulzadonin  osərlorinin 
bu  cildino  daxil  edilmiş,  onun  1917-ci  ilin  m artmda  Lənkəran  və  As- 
taraya rəsmi  sofəri  münasibot  ilo  “Açıq  söz”  qəzctindo  dərc  cdilmiş  “4 
gün  xalq  içində”  sərlövhəli  məqaləsindən  görünür  ki,  M.Ə.Rosulzadə 
1911-ci  ildo  gizli  surətdə  Lənkoram  keçib  paroxodla  Bakıya  gəlmişdi. 
Moqalodə  oxuyuruq:  “Lonkərana bu  ikinci  dəfə  goldiyim  idi.  Bir kərə 
doxi  1911-ci  ildə  golmişdim.  O  zaman  da  bir  gün  Lonkəranda  qalmış- 
dmı.  İrandan  Bakıya golirdik.  Fəqət qorxu  ilo,  əndişo  ilə  sofər edirdik. 
Hər saət və hər dəqiqə gözlüyorduq ki, tutacaqlar. İştə, işlorimizi, bacar-
4
dığımızı  bitirdiyim  zaman  bilaixtiyar  bu  iki  sofor arasmdakı  təfavütii 
müqayisə etdim.” (Na 436)
Belə bir mülahizo söylomok olar ki,  Tehranda Avropa tipli  gündəlik 
siyasi, ictimai “İrani- Nov” (Yeni İran) qəzetini yaradan, onun baş redak- 
toru  olan,  İran  Demokratik  Partiyasmm  yaradıeılarmdan  M.Ə.Rosul- 
zado Rusiyanm təzyiqi ilo İranı tork etmoyə mocbur edildiyi vaxt İstan- 
bula  gctmədon  ovvəl  gizli  surotdo  Bakıya  gəlmiş  vo  burada  da  köhno 
hümmətçi dostları ilo “Müsavat” partiyasmı yaratmışdı.
1917-ci  ilin  mart  günlorindon  açıq  foaliyyətə  başlayan  “Müsa- 
vat”  partiyasınm  yuxarıdakı  osaslar  üzrə  yenidən  toşkil  edilməsi 
M.Ə.Rosulzadənin  bütün  foaliyyotinin  osasmı  toşkil  edirdi.  Əsor- 
lərinin  IV  cildindəki  yazılar  da  bunu  göstormokdədir.  Qısa bir zaman 
kəsiyindo  öz  məslok  arkadaşları  ilo  M.Ə.Rosulzadə  belo  bir  partiyam 
yaratdı.  Hətta  daşnak-bolşevik  güruhunun  başçısı  Şaumyan  belə  eti- 
raf edirdi ki:  “Zaqafqaziyada ən zəif siyasi  partiya olan,  bu  inqilab za- 
mam  təşkil  cdilən,  hcç  bir  toşkilatı,  heç  bir  partiya  ononosi,  heç  bir 
hakimiyyoti olmayan, inqilabm ovvəlindo heç bir yol oynamayan “Mü- 
savat” ikinci ilin əvvollərinə yaxm Zaqafqaziyada on güclü siyasi parti- 
yaya çevrilmişdir...  Bütiin Zaqafqaziyanm taleyini həll edir” (“Bakins- 
ki raboçi” 30 may  1918).
M.Ə.Rəsulzado  “Açıq  söz”do  yazırdı  ki,  hazırkı  vaxtdan  istifadə 
edib Azərbaycanm  110  il  bundan  əvvol  qəsb edilmiş müstoqilliyini, is- 
tiqlalmı borpa ctmok mümkiindür.  Budur hamara  sətirlər:
“Azorbaycan  110  il  bundan  qabaq  havayı-rüzigardan  təqsim  oluıı- 
du  vo  Araz  çayının  Şimal  tərofindo  olan  qitolori  rus  aldıqdan  son- 
ra  Azorbaycan  adını  götürüb  Zaqafqaziya  adlandırdılar  ki,  Məvarayi- 
Qafqaz olsun”.
“Müsavat”  diyor:  bəşoriyyot alomini  toşkil  cdən  millotlorin  biri  do 
Qafqaziya  Azərbaycan  türkləridir.  Azorbayean  türkbri  do  bəşəriyyət 
gülüstanında  özlorinə  moxsus  bir  baxça  ayırıb  Rusiya  istibdadı- 
nın  zülm  pəncəlori  altmda  mohv  vo  nabud  olan  modoni,  odobi,  icti- 
mai  vo  siyasi  güllorini  okib  özlorinindo  varlıqlarmı  bütün  dünyaya 
bildirmok isiyorlar”.  M.O.Rosulzado  hələ  1917-ci  il  iyulun  25-do “Açıq 
söz”də yazırdı “Əcoba, biz nə cür adamlarız ki,  dünyatım on böyük bir 
m ilbtino monsub  ikon,  Rusiyanm  ərazicə  on  böyiik  bir qisminə  malik 
ikon  yer,  yurd  qodrini  bilməz  bir  halo  gəliyoruz.  Yoxsa  bolluq  içindo
5

böyüdüyümüzdon  orköyün  uşaqlar  kibi  ncmotin  qodrini  bilmiyoruz. 
Yoxsa gözlüyoruz ki,  “mövcud”umuzu  itirib  do  sonradan  “mövlud”lar 
arxasınamı düşolim?!”
“Müsavat”  Bakı,  Gonco,  İrovan  vo  qcyri  oyalotlordon  ibarot  olan 
Qafqasiya  Azorbaycanı  üçün  muxtariyyot  vo  istiqlal  istiyor”  (“Açıq 
söz” 2 fevral  1918, Jfe671)
Qeyd edim ki, Azorbaycan tarixinin nozordon kcçirdiyimiz dövrü on 
çox todqiq olunan vo  ən  çoxda tohrif olunan,  saxtalaşdırılaıı  dövrüdür. 
1917-1920-ci illor Azorbaycan tarixino dair on azı  6-7 doktorluq vo 30-a 
yaxın namizodlik dissertasiyası müdafio cdilmiş,  xcyli  monoqrafıya və 
əsərlər  nəşr  olunmuşdur.  Lakin  bunların  hcç  biri  M.O.Rosulzadənin 
tədqiqləri qədər qısa, doqiq vo tutarlı  dcyildir.  Bunu  no/.oro  alaraq man 
M.  Ə.  Rəsulzadonin  1919-cu  ilin  dckabrında  Bakıda  toplanmış  “Mü- 
savat” partiyasının  II  qurultayının  50  minlik  üzvlorinin  göndordikbri 
500  nəforlik  qurultay  nümayondolori  üçün  “Azorbaycan  toşokkülündə 
“Müsavat”  mövzusunda  oxuduğu  mühazirosinin  motnini,  sonralar  - 
yəni  1954-cü ildə “Azorbaycan” jurnalında dorc  olunmuş  “Azorbaycan 
davası”  məqalosini  də  osorlorinin  bu  növboti  IV  cildmdo  oxuculara 
təqdim ctməyi vacib  saydım.
M.Ə.Rəsulzado  qurultay  iştirakçılarına  nıüraciotlo  dcmişdir:  “Mən 
sizə,sizin  də  yaşadığımz,borabor  içindo  bulunduğumuz  vo  kondimiz 
(özümüz) yaratdığımız  tarixdon  söhbot  cdəcoyəm.  Bu  da  bir  türk tari- 
xidir.  Türk tarixinin bir parçasıdır”.
Ümid edirk ki, xalqımızın böyük mütofokkir  oğlu,  görkomli  siyasət 
və  dövlət  xadimi,  müstəqil  demokratik  Azorbaycan  ('ümhuriyyətinin 
yaradılmasına başçılıq etmiş M.O.Rosulzadənin  osərlərinin  növbəti IV 
cildi də oxucu kütləsi torəfındon roğbətlə qarşılanacaq.
Şirməmmod  Hüseynov
6
AZƏRBAYCAN TƏŞƏKKÜLÜNDƏ 
“MÜSAVAT”
(M, Ə. RƏSULZADƏ ƏFƏNDİNİN MÜHAZİRƏSİ)
Əfəndilər!
Bondən  ovvolki  arkaqaşımız  sizo  tiirklügün  uzaq  tarixindon  bəhs 
elodi.  Bən  sizə  sizin  do  yaşadığımz,  borabər içində  bulunduğumuz  və 
kəndimiz yaratdığımız  tarixdən  söhbət  edocəgəm.  Bu  da bir türk  tari- 
xidir. Türk tarixinin bir parçasıdır.
Müvərrixin  on  böyük  məziyyoti  bitəroflikdir.  I'əqət  “Azorbaycan 
toşokkülündə  “Müsavat””  mövzuini  Sizə  anlatdığım  əsnada bir müsa- 
vatçı  vo  həm do  anladacağım tarixdo  iştirak  elomiş bir  şoxs  olmaq ho- 
səbilə  nə  qodər bitərof qala  bilocəgom,  bilomiyorum.  Yalnız  bu  qədər 
ərz edə bilorom ki, bir firqoçinin yapa bilocogi qodor bitorəf olmaya soy 
edəcəgərn. Müvəffoq olarsam, məmnun qalaram.
Əfəndilər,  Azərbaycan  Cümhuriyyoti  böyük  Rusiya  impcratorlu- 
ğunun  inqazi  üzərində  qurulmuş  siyasi  bir  binadır.  Rusiyamn  o  bö- 
yük, onların fikrinco böyük Rusiya gərok zamanın hakim bir fikri olan 
milliyyətə  istor-istomoz  hcsab  vero  idi.  Milliyyət  isə  yalnız  modoni 
məsololərin  idarəsilə  tomin  olunamazdı.  Lazım  idi  ki,  milliyyət  bir 
hökumot  şəklindo  təzahür  ctsin.  Bunun  üçün  do  Rusiya  milli-məholli 
muxtariyyotlərdən  təşokkiil  etmoli  idi.  Rusiya türklügü  doxi  bir parça 
degil,  müxtolif muxtariyyotlərdon  ibarot  olmalı  idi.  Azorbaycan,  Tür- 
kistan,  Başqırdıstan,  Qıığızıstan,  Krım  və  sairo  birər muxtariyyət  ha- 
lında  qurulmalı  idi.  Bu  türk  muxtariyyotləri  daxili  işlərindo  sərbəst 
qalmaqla  borabər,  ümumi  işlər  üçün  bütün  Rusiya  muxtariyyotlori  ilə, 
milli  vo  dini  işlər  üçün  də  türk  və  müsəlman  muxtariyyətləri  ilə  fe- 
derasyona girər və əqdi-ittifaq edərlor.
7

Şəkl etibarib bir az fərqli olaraq bu fikir bütün türk ellərində az-çox 
mövcud olub, getdikcə kəsb-nüfuz etməkdə idi.
Az  zamanda  bütün  Rusiya  türklügüni  qazanmış  olan  bu  fikir,  ilk 
öncə Qafqasiyada təbəələr etmişdi.
Gəncədə yeni  təşəkkül edən  Türk Ədəmi-Mərkəziyyət  firqəsi, Ba- 
kıda nəşr olunan “Açıq söz” qəzetəsi və o zamanə qədər milli bir pröq- 
ramla gizli olaraq icrayi-fəaİiyyət etmiş bulunan “Müsavat” firqəsi bir 
anda  biri-birlərindən  pək  o  qədər  xəbərləri  olmadığı  halda  bir  dürlü 
düşünmüş:  Qafqasiya qurultayında bənim məruzəmlə  Gəncənin proq- 
ramı  və  müsavatın təklifi  tamamilə  bir mənada  zühur  eləmiş,  Rusiya 
üçün  federasyon,  burası  üçün  də  Azərbaycan muxtariyyəti  tələb  edil- 
mişdi (alqışlar).
Qafqasiya  qurultayı  hər  nə  qədər  Rusiyanm  federasyon  əsası  üzə- 
rinə  qurulmasına  qərar  vermişdisə  də,  qurultayda  m üxalif bir  nəzər 
müdafıə  edən  digər  cərəyanlarla  bir  etilaf yaparaq  hərflərin  nöqtəsini 
qoymaqdan  özünü  saxlamış;  milli-məhəlli  muxtariyyətlər və  əzcümlə 
Azərbaycan muxtariyyəti hoqqində sərih bir söz söyləməmişdi.
Bu xüsusdakı qəti sözü daha şümullı bir məclis olan Moskva qurul- 
tayı söyləmiş oldu.
Moskva  qurultayı  həqiqətən  də  möhtəşəm  və  tarixi  bir məclis  idi. 
Minə  qədər  mürəxxəs  vardı.  Rusiya  türklügünün  bütün  elləri,  bütün 
sinifləri, bütün cinsləri burada təmsil olunuyordu.  Qurultay kürsüsünə 
çıxxnca  hakim  bir  qələyə  çıxmış  da  bütün  türk  aləmini  eyni  ilə  seyr 
ediyor  kibi  bir mənzərə  görürdünüz.  İştə  bu  möhtəşəm  məclisdə  türk 
xəlqinin  idealı  bulunan  istiqlal  qədəməsini  təşkil  edən  milli-məhəlli 
muxtariyyət nəzəriyyəsinin müdafiəsi şərəfi -  nə qədər məsudam ki, -  
bəndənizə nəsib olmuşdu (alqışlar).
Yeddi günlük mübarizədən sonra türk federalizmi naminə müdafio 
elədigim  qərarnamənin,  dan yeri  sökülənə  doğru,  əzim bir  əksəriyyət 
qazandığı  zaman  o  zahiri  qiyafələri,  müxtəlif,  fəqət  batinləri  böyük 
duyğu ilə möhtəd türk elləri mürəxxəslərinin ətrafı alıb “bən təslim!” -  
deyə yapdıqları təqdirlərdən aldığım səmimi zövqü heç bir zaman unut- 
mam!  (alqışlar).
Əvət,  əfəndilər, Rusiya çarizminin yerində türklügi təmin edə bilə- 
cək  idarənin  mətlub  bir  şəklini  Rusiya  türklügi  türk  ellərinə  məxsus
8
milli-məhəlli muxtariyyətlər təmin edəcək bir federasyon şəklində gör- 
müşdü. Bu cüzidən olaraq Azərbaycan ləvai cümhuriyyəti dəxi açılmış 
idi (alqışlar).
Azərbaycan  şüarı  ortaya  atılmış,  fəqət  bu  şüarı  bənimsəyən  firqə 
“Müsavat” olmuşdu.
O  zaman  federalizm  və  sonra  da  azərbaycançılıq  pok  də  mərğub 
fikirlərdən  degildi.  Bu  kərə  Qafqasiyada  federalizmdən  bəhs  eləmək 
böyük  Rusiya  inqilabma  qarşı  bir  ihanət  idi.  Kəndilərini  böylə  bir 
ihanətdən  mühafizə  və  müdafiə  edə  bilmək  üçün  bu  gün  ən  qatı  bir 
istiqlalçı  keçinən gürcü sosial-demokratları  gürcü  federalistlərini  “gö- 
züm çıxdı”ya salmışlardı.
Qafqasiya müsəlman qurultaymda isə bu məsələyi açıq məclisdə de- 
gil,  qapalı  iclasda  müzakirə  etmək  təklifi  vaqe  olmuş  və  bu  ehtiyatlı 
tədbir az qala qəbul edilmişdi.  Çünki, bu “nankor” fikrin əvvəlcə Qaf- 
qasiya müsəlmanlarmdan zühur etməsi Rusiyaya qarşı bir təmərrüd və 
küfran kibi tələqqi oluna bilərdi.
Nasıl  ki,  bəzi  siyasi  məhfillər  tərəfindən  öylə  də  tələqqi  edildi.  Bu 
yolda gərək soldatlar və gorək rus əmolələri arasında az təftin edilmədi... 
Fəqət onsuz olacaqmıdı?!...
Azərbaycan  muxtariyyət  şüarını  artıq  günün  məsələsi  halma  qoy- 
muş  olan “Müsavat”  firqəsi hər vasitə  ilə bu məqsədə doğru getməkdə 
idi. İlk dəfə toplanan “Müsavat” firqəsinin qurultayı kəndi qərarı ilə ar- 
tıq Azərbaycan muxtariyyətinin  əsasını  vəz  edəcək məclisi-müəssisan 
dəvəti üçün qərar çıxarıyor və bunu Qafqasiya müsəlman milli komitə- 
sindən tələb ediyordu.  Eyni zamanda müsəlman korpusu təşkili üçün o 
zamanki hökumətlər nəzdində təşəbbüs  ediyordu.
Azərbaycan  muxtariyyəti  şüarımn  düşməni  dostundan  çox  idi.  Bir 
kərə  türk  olmayan  bütün  rus  firqoləri  və  rus  təmayülündə  olan  digər 
xristian  firqələr  bu  fikrə  tamamilə  müariz  idilər.  Rus  burjua  firqələri 
Bakı  sərvətindən əl  çəkmək fikrilə heç bir növlə ülfət edə bilmiyorlar- 
dı. Məsəla, kadet firqəsinin nümayəndələrindən eşitmişdik ki, Abşeron 
yarım cəzirəsini hesabdan çıxarınız da,  gerisində nə istəyirsiniz təmin 
edəlim.  O zaman məhkum millətlərə müsaidkar görünən bolşeviklərin 
yerli  nümayəndələri  isə düşünüyorlardı ki:  “Azərbaycan xəlqi  daha in- 
qilabla təmas  etməmişdir.  Onun üçün də buraya veriləcək muxtariyyət
9

demokrasinin degil, bəgbrin, xanların və ağalarm muxtariyyəti olacaq, 
buna isə  Rusiya demokratiyası  qətiyyon razı olamaz.  Rusiya burjuazi- 
yası doxi başqa sobobbrlo do olsa, yenə bu fikrə razı olamaz. Nəticədə 
müsavatçılar Azərbaycana xarabazardan başqa bir şey alamazlar”.
Xatirimdədir,  Bakı  bəlodiyyəsində  hökumət  təşkili  məsələsi 
müzakirə  olunuyordu.  “Müsavat” naminə buramn hökuməti yerli xəlq 
əlində  olmalıdır,  dedigim  zaman  bütün  firqələri,  bilxassə  Rusiyanı 
təmsil  edən  sol  firqəbri  aeıqlandırmışdım.  O  günə  qədər  bizimlə  bir 
dərəcəyə qədər yola gedən məhəlli bolşevikiər o gündən etibarən başqa 
dürlü rəftar etməgə başlamışlardı.
Axır  böylə  idi.  Fəqət  yar  az  da  vəfakar  degildi.  O  zaman  müsəl- 
man  sosialistlorin  ələmdarı  bulunan  “Hümmət”  firqəsi  başda  dok- 
tor Nəriman  olmaq  üzrə  Azərbaycan  muxtariyyətinin  ədüvv-cam  idi. 
“H üm m əf’ə  görə biz milləti  fəlakətə çəkiyor və mən qeyri həqq millət 
naminə  söz  söyliyormişik.  Azərbaycan  fikri,  türklük  iddiaları  xəlqin 
degil,  bir  taqım  burjuapərəst  “boşboğaz”lann  imiş.  Müsəlmanlarm 
mənfəəti  “qırmızı  əmələ bayrağmm”  altma toplanmaq və  “Rusiya  de- 
mokratiyasından”  ayrılmamaqda imiş.
İslamçılar nəzərində də  biz həqsız idik.  O  zamankı  “Rusiyada mü- 
səlmanhq” bizi təfriqəçilikdə, milləti-islamı parça-parça eləməkdə itti- 
ham ediyordu.
Fəqət biz bütün bu  hücumlara,  bütün bu  ittihamlara rəğmən diyor- 
duq:  Yaşasm Azərbaycan!  (alqışlar).
Bolşeviklərin hökuməti əllərinə alıb Məclisi-Müəssisanı dağıtmala- 
rı üzərinə Rusiya əhvalı başqa bir şəklə girmişdi. Vətəndaş müharibosi 
başlamışdı.  Bu başlanan vətəndaş  müharibəsi  nəticəsində  zühur  etmiş 
və bizə  sirayəti də mühəqqəq bulunan anarşidən Zaqafqasiyayı  qurtar- 
maq  məsələsi  mövzui-bəhs  idi.  Nə  yapılacaqdı?  Zaqafqaziyadan  inti- 
xab  olunan  Rusiya  Məclisi-Müəssisan  əzası  Tiflisdə  toplanmış,  hasil 
olan vəziyyəti müzakirə eləmiş, dört milləti (türk, gürcü, erməni və rus) 
təmsil  və  bütün  siyasi  firqələrin  nümayəndələrindən  təşəkkül  edən  bu 
məclis Zaqafqasiyayi felən mərkəzi idarədən ayrı bir vəziyyətdə tələqqi 
edərək  bolşevik  hökumətini  tanımamaya  qərar  vermiş  və  məmləkəti 
idarə  etmok üçün  Tiflisdə  Rusiya Məclisi-Müəssisan  intixab  istələrini
10
artırmaq  surətilə  bir  “Seym”  təşkil  etməyi  münasib  görmüşdü.  1918 
sənəsi  fevral ayının onunda Zaqafqasiya “Seym”i açılmışdı.
120-ə qədər varan Zaqafqasiya “Seym” əzasmın 44-ü müsəlman idi. 
Burada Müsavat və bitərəflər sosialistlər bloku, “Hümmət” və “İttihad” 
namilə dörd siyasi zümrə var idi.
Hər nə qədər milli məsələlərdə “Seym”dəki müsəlman əza müttəhi- 
dən  hərəkət  ediyorlardısa  da  milli  əməl  mövzuinda  azərbaycançı  olan 
yalnız Müsavat idi. O birilər Rusiya miqyasında düşündüglərini bu dəfə 
o  qədər  yapa  biliyorlardı  ki,  Zaqafqasiya  miqyasmda  düşünüyorlardı. 
“Müsavat”  “Seym”ə  Məclisi-Müəssisan  nəzəri  ilə  bakıyordu.  Bəyan- 
naməsində  Azərbaycan  muxtariyyətini  qəti  bir  şəkildə  qoyub  Zaqaf- 
qasiya  konfederasyonunu  müdafiə  ediyordu.  Digər  firqələrcə  Rusiya 
yok,  qarşıda  Zaqafqasiya  denilən  bir  əmri-vaqe  vardı.  Yalnız  o  əmri- 
vaqei qəbul edərək yenə “demokratiya”, yeno “islam”-  deyə ancaq mil-
li muxtariyyətdən bəhs etmək “cəsarətində” bulunuyorlardı.
Zaqafqasiya  “Seym”i  getdikcə  Rusiyadan  ayrılmaq  fikrini 
ilərlilətiyordu.  Bu  isə  Rusiya  hakimiyyətini  təmsil  edən  Bakı  bolşe- 
viklərini  təlaşa  düşürüyordu.  Digər  tərəfdən  də  cəbhələrdə  bulunan 
rus  soldatları  Qafqasiya  hüdudunu  boşaldıb  evə  dönüyorlardı.  Bunlar 
evlərinə döndükcə  türklər əllərindən  çıkmış  topraqları  birər-birər geri 
alıyorlardı.  Bu isə rusların müttəfiqi olaraq Türkiyə ilə hərb etmiş olan 
erməniləri  qorkutuyordu;  bunun  üçün  də  onlar  Bakıda  bolşeviklərlə 
anlaşaraq Türkiyənin təbii müttəfiqi bulunan Azərbaycan türklügünün 
qəlbgahında bir fitnə hazırlıyorlardı.
Bakıdakı  daşnaq-bolşevik ittifaqı Azərbaycan muxtariyyət fikrinin 
mənbəyi  və  Azərbaycan  türklügünün  qəlbgahı  olan  Bakıyı  əldə  edib 
burasını rus bolşevizminin bir üssülhərakəsi halına qoymaq istiyordu.
Bütün  Qafqasiyaya  fövqəladə  bolşevik komissarı  təyin  olunan  Şa- 
umyan Tiflisdə dikiş tutduramamış, qaçaraq özünü Bakıya salmışdı.
Soldatlar  nizəsinə  istinadla  Müsavat  əksəriyyotini  qaldırıb  süni 
bir  surətdə  bolşevik-daşnaqsaqan  əksəriyyətindən  təşəkkül  edən  so- 
vet gundə bir növ ilə Bakı müsəlmanlarını təzyiq, milli hissiyyatlarmı 
təhqir,  siyasi  hüquqlarını  tohdid  etməkdə  və  bu  vasitə  ilə  xəlqi  acıt- 
maqda idi.
11

M ü\ı komitəyə təzyiq  olumyor, milli  oskor təşkilinə müsaido  edil- 
miyor, bir gün iştab tutuluyor, o biri gün də asksrlərin silahları almıyor- 
du. Halbuki eyni zamanda erməni əskərlərinin nə silahına, nə də iştabə 
bir söz söyləniyordu.
Digər tərəfdən  də  zamanı,  məkanı,  hal və hissiyyatı,  qüvvət və im- 
kanı qalə  almayan bəzi ümum firiblər xəlqi körükliyor düşmənin arzu 
elədigi toqqüşma üçün müsaid bir zəmin hazırlıyordu.
Nəhayət,  martm  17-si  hülul  ediyor.  Müəssif vaqei-hadis  oluyor.  O 
gün  çıkan  “Açıq  söz”  qəzetəsinin  bir  nüsxəsi  önümdədir.  Burada  bir 
məqalə  var  ki,  müsəlmanları  sükunə  dəvət  ediyor.  Başda  “Müsavat” 
olmaq  üzrə  bütün  müsəlman  firqələrinin  dəvətnamələri  var.  Bunlar 
həyəcana  düşməməgi  tövsiyə  ediyorlar.  Fəqət  bu  nüsxə  “Açıq  söz”ün 
son nüsxəsidir.  Çünki  ondan sonrakı  gün və ya bir gün daha  sonra bi- 
nasını yakmış, yurdunu viran etmişlər....
Əvət, bolşeviklər sözlərini tutmuş, daşnaqlarlabirləşmiş, “Müsavat”a 
elani-hərb  edərək  Azərbaycan  xəlqinə  muxtariyyət  əvəzinə  “xaraba- 
zar” vermək istəmişlərdi.
Hər  bir  vasitə  ilə  “hərbin”  önünə  keçmək  istəmiş  olan  “Müsavat” 
bir  əmri-  vaqe  qarşısında  qalınca  istər-istəməz  mübarizə  edən  millə- 
tindən  ayrıla bilməmiş,  həman  səngərlərə yatmış,  bacara bildigi  qədər 
müdafiə  etmişdir.  Fəqət  burjuilərə  elani-hərb  edən  qatillər  fliqərayi- 
nası və münhəsirən müsəlman füqərasım üç günün müddətində mərhə- 
mətsizcəsinə  qılmcdan  keçirdikdən  sonra  “sülh  bağlamış”,  yakdıqları 
“İsmailiyyə”  binasmdakı  idarəmizdən  apardıqları  “Müsavat”  bayrağı- 
nı sovet dairəsində ayaqlar altma salaraq: “Türkiyənin Bakı cəbhəsi ya- 
rıldı!” demişlərdir.
Bakı  Türkiyənin  cəbhəsi  degildisə  də,  türklügün  qəlbi  idi.  Türklü- 
gün qəlbinə gələn zərbəyi bittəbii  Türkiyə  soyuqqanlılıqla tələqqi  edə- 
miyəcəkdi...
Türkçülər bu  ümiddə  ikən  Azərbaycan  fıkrinə  səhl bakan  siyasilər 
bu ümidə gülüyor,  ona istehza ediyorlardı.  “Hümmət”in məfkurəçiləri 
məğlubiyyət acısını  çəkməkdə  olan Azərbaycan  əfkari-ümumiyyəsinə 
təlqin  ediyorlardı  ki:  “müsavatçılar  türkə  ümid  bağlayıb,  Rusiyanm 
darbadağm  olacağını  düşündülər.  Onlar  türklərə  üm id  bağlayıb  tari- 
xi qonşu millətləri özlərindən nifrət etdirdilər.  İkinci Rusiya inqilabmı
12
əlçatmaz  cəzirədə  görüb  daha bununla  tamam  işlor bitdi  deyərək  “ba- 
bam bənə kor dedi, hər gələnə də  vur dedi” politikalar ilə iş gördülər”.
Görünüyor yoldaşları tərəfindən yalandan bizə bağlanan “müharibə” 
nəticəsində  “İsmailiyyə”  binasının,  “Açıq  söz”  yurdunun  başımı- 
za  uçurulan  inqazı  təsirilə  “bolşevik”lər  kibi  zavallı  hümmətçilər  də 
düşünmüşlərmiş  ki,  doğrudan  da  müsavatçılar  muxtariyyət  əvəzinə 
“xərabəzar”larmı aldılar; kəndiləri də, fikirləri də məhv oldu getdi.
Fəqət zavallı adamlar,  başqalarının  sifrei-mərifətindən rizəxar olan 
bu “mütəfəkkirlər” heç olmasa bunu dərk etməli idilər ki, “sovet höku- 
mətinin qüvayi-nariyəsi” hər halda həqqaniyyətini isbat etməz. Niqola- 
yın da qüvayi-nariyəsi  çok idi.  İnqilabçı  ikən bunu xatırlamalıdılar ki: 
“Xune-ərbabe-həmiyyət qərq edər zalimləri 
Məşəle-əfkare-əhraranə sönməz xunilə” (alqışlar).
Fəqət  deyəsən  ki,  bütün  Azərbaycan  xəlqi  də  artıq  hümmətçilərin 
təbliğ elədigi yasa inanmışlardı. Deyəsən ki, doğrudan da azərbaycanhlar 
muxtariyyət degil, yalnız bir xərabəzar görəcək və arzui-milliləri yaralı 
yürəklərində qalacaqdı!
Çünki  qüvvətli  düşmənin  ani  surətdə  endirdigi  zərbə  müdhiş  idi. 
Bakıdan  pərakəndə  düşən  qaçqmlar  səfilanə  bir  surətdə  ətrafa  yayılı- 
yor,  hər  tərəfdə  qüvveyi-mənəviyyənin  azalmasma  səbəb  oluyorlardı. 
Ümid  Tiflisə  idi.  Bivəfa  Tiflis,  Bakı  hadisəsinə  laqeyd  qaldı.  Məsəla, 
müsəlman məbusların dad və fəryadlarına rəğmən o zaman vəziyyətin 
həqiqi hakimləri olan gürcülər və  ermənilər işi təbiri-məxsusla “vələz- 
zalinə” saldılar. Ötədən təcavüz etməkdə olan Türkiyəyə qarşı Batummi 
müdafiə etmək istəyən gürcü müttəfiqlərimiz bu məsələdə kəndilərinə 
zəhir olacaq, deyə düşündükləri bolşevikləri incitılıək istəmədilər. “De- 
mokratik  Bakı”ya  qarşı  “reaksioner”  Gəncəyə  rəsmi  surətdə  kömək 
verməkdən qaçdılar. Fəqət qeyri-rəsmi surətdə vəd elədigləri müavinəti 
də  “leytülhalə”yə  saldılar.  Nəticədə  Bakı  kibi  mühüm  bir  qüvvətə 
qarşı  müdafiə  dəxi  təslihat  və  təşkilatca  naqis  milli  komitənin  kəndi 
himmətinə  qaldı.  Bakı qüvvəti isə fəsadlarmı ilərilətiyor:  Şamaxı,  Sal- 
yan, Lənkəran və Nəvahi qəsəbələri təkrir ediyor, az qala Gəncə də sü- 
qut ediyordu.  Bütün  Şərqi Zaqafqasiya anarşi içində idi.  Kişilər papaq- 
larını,  qadmlar  çarşaflarını  başlarmda  saklaya  bilmiyordu.  Bütün  bu 
fnlakətlərə  məruz  qalan  azərbaycanlılar  “ Seym”dəki  nümayəndələrini
13

ittiham  ediyordular.  Onlar  bu  bəlalara  çaro  etmiyor,  deyə  düşünü- 
yorlardı.  Böylə ümidsizlik içində xəlqə  öyb  fikir gəliyordu ki, bu hal- 
dan  kəndilərini  qurtaracaq  bir  qüvvət  var  isə  o  da  qardaş  Türkiyə 
qüvvətidir.  Türkiyə  qüvvətinə  müraciət  olunmuş,  istimdad  edilmişdi. 
Fəqət onun da vəqti vardı. Gəlinəcək yollar halbuki uzun idi. Cana doy- 
muş xəlq bunu dərk edəmiyordu. Zənn ediyordu ki, “Seym”dəki xainlər 
istiqlal, muxtariyyət və kəndimizə məxsus hökumət şüarlarıyla türkləri 
Qafqasiyaya burakmaq istəmiyorlar.
Bu zəmində millət nümayəndələri ilə millət arasında bir yanlışhqdır 
gediyordu.  Bu  yanlışlığı  süni  surətdə  körükləyənlər  və  əfkari-ümu- 
miyyədə bilxassə “Müsavat” firqəsinə qarşı cərəyan hasil etdirənlər də 
az degildi.
Başda  “Müsavat”  olmaq  üzrə  bütün  müsəlman  fırqələri  Zaqafqa- 
siyayı Rusiyadan qəti surətdə ayırmayı həm bizim, həm də bütün türk- 
lük dünyası ilə  islam aləmi üçün bir qazanc  görmüşdülər.  Bunun üçün 
Zaqafqasiyamn  istiqlahnı müdafiə  etmək və bu əsasm müdafiəsi üçün 
bəyanatda bulunmaq lazım idi.
Halbuki  Şərqi  Zaqafqasiyada  zühur  edən  anarşıdan  mütəvəllid yas 
və  ümidsizlik  bir  taqım  macərapərəstlərə  ilhaqçılıq  deyə,  yanlış  bir 
cərəyan hüsula gətirmək imkanı vermişdi. Türkiyə naminə hərəkət edən 
bir taqım macərapərəstlər,  yerli ürəfadan  azərbaycanlıların kəndi  iste- 
dadlarına  imanı  zəif olanlarla  vəziyyəti-siyasiyyəyi  və  Türkiyə  əhval 
və  təmayülatım  iyicəsinə  bilməyənlər  doğrudan  doğruya bu  cərəyam 
körüklüyürlardi.
İlhaqçılar türklərin Zaqafqasiyaya gəlmələrinin təxirini “Seym”də- 
kilərin istiqlalçılıqları ilə izah ediyor, diyorlardı ki, əgər azərbaycanlılar 
istiqlal  degil,  ilhaq  nəzərində  dursalar,  o  zaman  türklərin  də  buraya 
gəlmələri  mühəqqəqdir.  Sanki  türk  qardaşını  qurtarm aq  üçün  osman- 
lılar təzminat istəyəcək;  sanki buralarım xilas etmək üçün degil yalnız 
zəbt etmək üçün gələcəklərdi.
Həqiqət  tamamilə  bunun  ziddinə  idi.  Türklər  buraya  dəvət  olmuş 
və bir az əvvəl  gəlmələri üçün israr edilmişdi.  Dəvət edənlər də,  dəvət 
etməməklə  töhmətlənən  “müsavatçılar”  idi.  Trabzon  muxtarəsini,  Ba- 
tum  müraciətnaməsini bütün firqə nümayəndələri imza etmişlərdisə də 
məzkur  vəsiqələrin  təhriri  müsavatçı  qələminə  məxsus  idi.  Nəhayət,
14
Məclisi-Milli naminə  və  xariciyyə naziri  naminə türk  ordusunu rəsmi 
surətdə imdada dəvət edənlər yenə müsavatçılar idi.
Hal  böylə  ikən  “Müsavat”ın  türk  düşməni  deyə  adı  çıkmış;  türk- 
çülügün bu  vilayətlərdə  mürəvvici  tanınan  adamlar  türk  ziddi  görül- 
müş,  əvəzinə  daimən  rus  boşqabı  yalamaqdan  başqa  məziyyətləri  və 
türklük  həqqində  zərrə  də  olsa  düşüncələri  olmayan  adamlar  “türko- 
fil” çıkmışlardı.
Təbiidir ki, burada sinfi və şəxsi qərəzlər dəxi zimdəxəl idi.  Məsəla, 
Gəncəyə  qaçıb toplanmış  olan mürtəce  qüvvətlər türk  istixlas  ordusu- 
nu  əhatə  edərək  Şurayi-Milli  əleyhində  bir  cərəyan  hüsula  gətirmiş, 
nəhayət məzkur məclisi kəndisini fəsx etmək dərəcəsinə gətirtmişlərdi. 
Fəqət  o  zamankı  ilhaqçıların  həpsini  də  əhli-qərəz  -   deyə  ittiham 
edərsək, həqsizlik etmiş olurlar.  Çünki bir çokları vardı ki, səmimi ola- 
raq  ilhaqçı  idilər.  Kəndimizi  idarə  üçün  mühəyya  olmadığımıza  qane 
olub,  digər  tərəfdən  də  iki  türk  xəlqinin  bir  idarə  altmda  olmasmda 
məhzur görmiyorlardı.
Halbuki  Ədəmi-Mərkəziyyət  üsuluna  sadiq  qalan  müsavatçılar 
türkiyəli  qardaşlarımızı  imdadə  çağırmaqla  bərabər  keçici  zamanın 
təsirinə  qapılmamışlardı.  Onlar  Türkiyəyi  dəvət  edərkən  Azərbaycan 
istiqlalmı  unutmamışlardı.  Çünki  ilhaqçı  bulunan  zəvatm  altı  ay  son- 
ra  kəndilərinin  qalkıb  da  istiqlalı  arayacaqlarmı  bilirlərdi.  Əlavə  ola- 
raq bunu da biliyorlardı ki, Qafqasiyaya gələn türk ordusu yalnız xilas- 
kar bir ordu sifətilə gəlib niyyətində cahangirlik qəsdi yokdu. Görüşdü- 
gümüz  türk ricalmda  dəxı  buradakı  bir  taqım  türk  zabit və  çavuşları- 
nın  nəşr  elədigləri  ilhaqçılıq  fikrini  görmiyorduq.  Zaqafqasiya  istiqla- 
h  və Zaqafqasiya vəhdətihin tanımasmı Türkiyə siyasi iqtizasmdan ol- 
duğunu Rauf bəy də, Xəlil bəy də, Ənvər paşa da, Camal paşa da həpsi 
söyləyib  duruyorlardı.  Batumı  doldurmuş  olan  bütün  əhali  vəkillərinə 
Xəlil bəyin bir cavabı vardı  “rəsmi  vəkilləriniz  sizi  satmıyor,  onlar si- 
zin hüququnuzu daha iyi' müdafiə ediyorlar”.
Əvət,  əfəndilər,  “Müsavat”  -   bir  çok mühüm  əzalarının  da  bu  xü- 
susda,ayaqları sürüşdügünə rəğmən -  firqə olaraq iddia edə bilər ki, il- 
haqçılıq mərəzinin şiddətinə rəğmən niəsləksizlik etmədi,  Azərbaycan 
nəzəriyyəsi və türk federalizmi binaları üstündə möhkəm durdu.
15

Çtinki  “Müsavat”  inamyordu  ki,  ayrı-ayrı  türk  irmaqlarını  zorla- 
maqla  degil,  yalmz  təbii  bir  yol  ilo  birləşdirmək  mümkündür.  Bunun 
üçün də türk clhrinin  təbii məcrayi-tərəqqilərini təmin etmək kafı  idi. 
Bu olduqdan sonra təbii məcrasıyla akan türk çayları kəndiləri qovuşub 
da böyük bir türk nəhri təşkil edərlər (gurultulu alqışlar).
Bu  nöqteyi-nəzərində  israr  edən  firqə,  həqiqətən  də  fəci  bir 
vəziyyətdə  qalmışdı.  Özümüzkilər  bizi  türk  xaini  ədd  ediyorlardı. 
Halbuki  Tiflis  qəzetələri  Müsavata  Türkiyə  firqəsi  və  liderinə  sulta- 
mn  tabei  deyə  hər  gün  hücumlar  yapıyorlardı.  Bolşeviklər  dəxi  bizi 
Zaqafqasiyayı  Rusiyadan  ayırıb  da  türk  imperializminə  fəda  etm əkb 
töhmətləndiriyorlardı.
Əl-haqqu ya lu və lə yulə əleyh'!
Türklərin mütarikə şəraiti-mucibincə Bakıyı və bütün Zaqafqasiyayı 
tərk edib getm əbri  müqərrər idi.  Türklər çəkiliyordu.  Əvəzinə kəndisi 
i b   hərb  etdigimiz  ənud  bir  düşmən  qüvvəti  gəliyordu.  İngilislər  pay- 
taxta gələcəklərdi. Bu surədə Gəncədə fəsx edilmiş Şurayi-Milli təkrar 
toplanmışdı.  Şurayi-Milli ədədini artıraraq parlaman şəklini iktisab et- 
məkdə idi ki,  ingilislər Bakıya girəcəkbrini teleqrafla bildirdilər.
Vəziyyət  müşkül  idi.  Ümidi-nicat  yalnız  “Azərbaycan  Cümhuriy- 
yətinin vücudunu isbat edə bilməyə” qalmışdx. Bərəkət versin ki, ilhaq- 
çılar tam am ib müvəffəq olmamışlar da cümhuriyyətin ünvan və xüsu- 
satx baqi qalmışdx.
Ənzəliyə  Əhməd  bəy  Ağayev  i b   Nəsib  bəy  əfəndidən  ibarət  gön- 
dərdigimiz  heyət  bir  Azərbaycan  hökumətinin  vücudundan  bəhs  elə- 
mişlərdisə də bunun doğru olub-olmadığmı Tomson məhəllində təhqiq 
edəcəgini anlatmışdı.
Mətləbi  təfsil  etməyəlim.  Siz  də  bilirsiniz  ki,  ingilislər  nə  halda 
şəhərə  girdilər.  Onlar  yalmz  degildi.  Kəndilərilə  bərabər  müttəfiqlərı 
bulunan biçeraxovlar və sair düşmən qüvvətlər dəxi  şəhərə girmişbrdı.
0   qara  gündə  başımız  üzərində  uçuşan  Biçeraxov  ayroplam  gözay- 
dmlıq  kağızları  səpiyordu.  Fəqət  bu  gözaydmlıq  bittəb  türkbrə  və 
müsəlmanlara  degil,  düşmənlərimizə  idi.  Bu  kağızlarda  deyilirdi  ki,
1  Haqq fəqət yüksəlir və heç nə ona çatmaz
16
müvəqqəti  bir  zaman  üçün  ana  vətəndən  ayrı  düşən  rus  şəhəri  Bakı, 
təkrar rus ordusunu görməklə məmnun olsun, şadlansın.
O nə günlər idi! Siz əksəriniz onu görmüşsünüz. Artıq yürəklərinizin 
yarasını  qaşımaq  istəməm.  İngilis  komandanlığına:  burada  istiqlalını 
istəyən  bir  millət  yokdur;  Azərbaycan  hökuməti  Türkiyə  komandan- 
lığımn  zadeyi-siyasətidir,  deyə  fısıldıyorlardı.  Bunu  sadə  bir  Osmanlı 
intriqası qələminə veriyorlardı.
Biçeraxovun bəyannaməsini general Tomsonun bəyannaməsi təvəlli 
etdi.  Bu  bəyannaməsində  o,  Ufada  təşəkkül  edən  müvəqqət  Rusiya 
hökumətinin  müvafiqəti  ilə  buraya  gəldiyini  və  qalib  müttəfiqbr  or- 
dusunun vətənlərinə  dönmədən  əvvəl rus  millətinə  qarşı  son vəzifeyi- 
şükrani əda etmək üçün gəldiyini söylədi.
Dünki ilhaqçılar özlərini itirdilər.  Çarə aramağa başladılar. Türkiyə 
əvəzinə  Ufayı  qəbul  etdilər.  Bakıya  gələn  rus  firqələri  bizə  mərhəmət 
göstəriyor, yeni təşkil  edəcəkləri müvəqqəti hökumətdə bir-iki nəzarət 
yerləri təmin ediyorlardı. Böyük bir cərəyan hasil olmuşdu. İstiqlalımı- 
zı ləğv edək, Ufa hökumətini tanıyaq, tainki “milləti qurtaraq!”.
Bu  idi  dünki  türkçülərin,  Azərbaycan  istiqlalına barmaq  arasından 
bakan  ilhaqçı  əfəndilərin  zehniyyəti.  Onlar  bir  dərəcəyə  qədər  kəndi 
prinsiplərinə  sadiq  qalmışlardı.  İlhaqçı  idilər.  Nə  zərəri  var  İstanbula 
degil də Ufaya olsun.  İlhaq- ilhaq degilmi?!...
Fəqət Müsavat istiqlalçıları bu dəfə də bərk durmuşlardı.  Hökumətə 
əcnəbi  qəbul  etməli,  parlamana erməni  rus  nümayəndələri  zatən bıra- 
kılıyordu.  Fəqət istiqial prinsipini  əldən vermək  olmaz.  Bu kərə müsa- 
vatçılar  ən  səbatlı  rəfiq  olmaq üzrə  islamçıları  degil,  sosyalistləri bul- 
dular.  Bu  da təbii  idi;  çünki  iltihaq edəcəyimiz Rusiya demokratik bir 
Rusiya degildi.
Səbat  politikası  nəticə  verdi.  Məclisi-Məbusan  açıldı.  Fətəli  xanın 
ikinci  kabinəsi  təşəkkül  etdı.  Tomsonun  ilk  qəbulu  elan  olundu.  İngi- 
lis  komandanlığı  Azərbaycanda  Fətəli  xanın  hökumətindən  başqa  bir 
hökumət  tammayor,  dedi.  Digər  məsələlər  isə  Paris  sülh  konfransm- 
da  həll  olunacaq-  deyə  rusiyaçılarm  bizə  qarşı  olan  davasım  fəsl  et- 
miş  oldu.
Azərbaycançılıq  qazanmışdı.  Əcəba.  istialalcılıq  inadı  olmasay- 
dı -  sorarım sızə 
Dİləcəkmidi?  İstanbul
işiə r İdarəsi
17
P R E Z İD E N T   K IT A 3 X A N Ä S I

mütarikəsi  ilə  Qafqasiyayı  tərk  edib  gedən  Türkiyə  ordusu ilə bərabər 
Azərbaycamn hürriyyəti də məhv olub gedəcək, burada bu günki Azər- 
baycan yerində yellər əsəcək və bu günki milli ordu əvəzinə ya Denikin 
ya bolşevik dəstələri gəzəcəkdi (alqışlar).
Dekabrın  yeddisində  parlaman  mütəntən  surətdə  açıldx.  Düşmən 
qüvvətlərin təhdidi və böyük bir xof və rica içində olaraq ilk məclisini 
açan  Azərbaycan parlamanxnda  bütün  firqələr  bilaistisna  Azərbaycan 
istiqlalını göz bəbəyı kibi mühafizə etməyə əhd ediyor və yüksək səslə 
deyirlərdi ki:

Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin