Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

210
işçilər məsələsi  əlbəttə özlərinə aid xüsusi bir işdir.  Onu işçilər syezdi 
həll  etmək  gərəkdir.  Dərs və  təlim  işləri  türk balaları  üçün ümumi öl- 
mağa görə işçilər arasında da təlim işləri yaxşı yola qoyulmaq lazımdır. 
Tatar  işçiləri  ağır bir halda  yaşıyorlar,  onlar təlim  görmüyorlar.  Onla- 
rı unutmamaq gərəkdir.  Onların dili,  dini bizim ilə birdir.  Binaənileyh 
dini  və  milli  ehtiyaclar  bir  olaraq  görülməlidir.  Zənginlər  və  molla- 
lar kibi  onlara  da məktəb,  ədəbiyyat,  musiqi  və  başqalar lazımdır.  Bu 
məsələlərdə  biz  işçilər ilə  şərikiz.  Amma başqa  işlər işçilər  syezdində 
həll edilməlidir. Ömər Əfəndinin bu təklifi səsə qoyulub nəticədə qəbul 
ediliyor.
Sonra  yer  məsələsi  həqqində  Şakir  Əfəndi  Məhəmmədyarov  yer 
şöbəsi  naminə  məruzə  oxuyor.  Yer  məsələsi  həqqində  şöbəriin  təklifi 
ilə aşağıdakı qərar qəbul edildi:
1) 
Bätün yerlər: xəzinə,  xalisə,  monastr yerləri  və həmçinin xüsusi 
mülklərdəki yerlər cəmaətin öz əlinə keçsin, yer üçün vəz edilmiş xüsu- 
si mülk qaidələri bitirilib, yer alıb sätmaq mən edilsin. 2) Öz zəhmətilə 
yer  işlərilə  məşğul  olmaq  istəyən  hər  adam  yerdən  faidələnməgə 
həqlıdir. Bu həqqə ayrı-ayrı adamlarla bərabər yer işçiləri cəmiyyətləri 
və şirkətləri də malik olsunlar. 3) Yer təsərrüf etmək yer əkən cəmaətin 
əlində  olsun.  O  zamanlar,  günlər  və  sair  ümumin  mənfəətdar  oldu- 
ğu  yeriər  geniş  əsas  üzrə  qurulan məhəlli  idarələr  təsərrüfündə  olur. 
4) Yerin cəmaət ixtiyarına keçməsindən zərərdidə olanlara müvəqqəti 
olaraq yardım edilir.  5) Bir yerdən şəhər və ya ki dəmir yoluna yaxın- 
lığı  cəhətdən gələn artıq faidələr cəmaətin məarifi üçün  əxz edilər.  6) 
Yer  almaqda  ən  əvvəl  yer  işlərilə  məşğul  olan  və  həmçinin  mal  sax- 
layan  məhəlli  cəmaətin  həqqi  nəzərdə  tutulmalıdır.  Artıq  olan  yerlər 
başqalarma verildikdə  məhəlli  cəmaətin  bu  yerləri  qan  qardaşlarımı- 
za verilsin  -  deyə  edilən  arzui  yerinə  yetirilsin.  7)  Dövlət  və  məhəlli 
idarələr  yer  məhsulatınm  tərəqqisinə,  mədaxil  götürməsinə  hər  cürə 
müavinətdə bulunmalıdır.
Buna görə yer işləri  üçün məktəblər açmaq və istiqraz işlərini yün- 
gülləşdirmək  lazımdır.  Cəmaətə  yer  üçün  ən  lazım  olan  əkin  maki- 
nələri  qayırmaq üçün  zavodlar,  hər  cür material  skladları  təsis  etmək 
gərəkdir.  Əkin  işlərinə  yardım  etmək  üçün  dəmir  və  şosse  yolları  sa- 
lınsın,  əkiflçi cəmiyyətlərinin birləşmələrinə yardım edilsin.  Cəmaətin
211

kredit  məsələsində  əl  sənətləri  işlərində  hər  cür  təşəbbüsatda  bulun- 
mağa,  cəmaətin  birləşib  işləmələrinə  yol  açılsm.  Əkin  mümkün  olan 
meşəliklərdə  yaşayan  cəmaətin  zəhməti  nəzəri-etibarə  alınsm.  Bat- 
laq  olan  yerlər  qurudulub,  qumluq  olan  yerlər  düzəlsin.  Əkinçilərə 
təcrübə  və  nümunə  üçün  ayrılmış  kiçik  yerlər  və  mədəni  baxçalarm 
bəqası  təmin  edilsin.  Köçərilərə  xəzinədən  yardım  edilsin  və  əlhasil 
yer  işlərinə  o  qədər  yardımlar  edilsin  ki,  yer  işlərilə  məşğul  olan 
cəmaət az zəhmətilə çox mənfəətlər alsın. 8) Yer məsələsi bütün cəmaət 
faidəsinə ancaq Məclisi-Müəssisanda tamam mənasilə həll ediləcəkdir.
9)  Buna  görə  bütün  Rusiya  müsəlmanları  qurultayı  hər  yerdə  asayişi 
mühafizə  edib  müsəlmanlara  rahət  durmalarmı  tövsiyə  etməlidir.  10) 
Məclisi-Müəssisana  qədər  yerə  mütəəlliq  olan  məsələlərdə  bütün  Ru- 
siya  kəndçiləri  syezdinin  qəbul  etdikləri  qərarlara  etibar  edilsin.  Mü- 
səlman  kənçiləri  hər  yerdə  birləşib  əkinçilər  cəmiyyəti  düzəldirlər. 
Bu  cəmiyyətlər  məhəlli  müsəlman  büroları  və  həm  rus  kəndçiləri 
komitələrilə blok düzəldib iş aparıyorlar. Bu cəmiyyətlərə bir mərkəzdə 
birləşib  müsəlman  kəndçiləri  ittifaqı  düzəltmək  lazımdır.  Bu  ittifaqm 
vəkilləri Rusiya müsəlmanları  şurasmda bulunurlar.
Doqquzuncu  məclisin davamı
Yer məsələsi tamam olduqdan sonra Məhəmməd Əmin Əfəndizadə 
növbədən 
X a r i c  
söz alaraq diyordu ki:
“Rusiyada  əsir  düşən  türk  əskərlərinin  halı  pək  ağırdır.  Əski 
hökumətin  zülm  və  cəbrdən  ibarət  qanunları  imdiyə  qədər  təbdil 
edilməyib  beynəlmiləl  qanunlara  müraat  olunmayır.  Samara  və  Sız- 
ran  quberniyalarmda  minlərcə  türk  əsirləri  məşəqqətli  hallara  davam 
gətirməyib öldülər. Biz millətdaşlarımıza böylə zülm vo cəbr edilmosinə 
əsla razı  degilİz.  Rica edirəm,  syezdə  böylə  ağır hallara  diqqət  verilib 
onlara yardım yolunda bir təşəbbüsdə bulunulsun”.
Bu  təklif  onuncu  məclis  tərəfindən  artıq  dərəcədə  təsirlə  qəbul 
edilərək  lazım  gələn  yerlərə  müraciətlə  çarəsinə  baxılmaq  işi  heyəti- 
rəyasətə tapşırılır.
212
Onuncu məclis
10-cuməclis 9 may axşam saət 6-da Ayaz əfəndinin təhti-sədarətində 
açılıyor. Rəis növbətdəki məsələləri elan ediyor:
1) Qadm, qız məsələsi,
2) Əskəri təşkilat.
Bu məclisə qadm və qız məsələsinə dair üç məruzə daxil ediliyor:
1) Kazanda 24-27  apreldə olan müslimələr syezdinin bu məsələ xü- 
susundakı qərarları həqqində İlhamiyə Tutaş Tuqnarovun məruzəsi.
2)  Ümumsyezdin  qadm-qız  məsələsinə  dair  şöbənin  qərarlan 
həqqində Fatimə Tutaş Güləhmədovanm məruzəsi.
3)  Qadın-qız müsavatma  şəriətin nasıl baxdığı  həqqində Musa Ca- 
rullah əfəndinin məruzəsi.
Musa  Carullah  əfəndinin  məruzəsi  ayə,  hədis  və  müctəhidlərin  fi- 
kirlərinə  bina  edilib  qadmların  islam  şəriətincə  kişilər  ilə  bərabər hü- 
quqda olduqlarını söylüyor. Müşarileyhin bu məruzəsi qayət böyük bir 
ciddiyyətlə istima edilib tez-tez alqışlanıyor.
Qadın-qız  məsələsi  həqqində  bir  çox  natiqlərdən  soiıra  İlhamiyyə 
Tutaş xanım müslimələr syezdində qəbul edilmiş atidəki qərarları oxu- 
yor və bu qərarlar tamamilə  əksəriyyəti-ara ilə  qəbul  edilir.  Qadın-qız 
məsələsi həqqində verilən qərarlar bunlardır:
1) 
Şəriətcə  qadın  və  kişi  bərabərdir.  2)  Şəriətcə  qadınlarm  siyasi 
və  ictimai  işlərə  qarışmağa  həqləri  vardır.  Buna  görə  qadmların  seç- 
ki  işlərinə qarışmaları  lazımdır.  3)  Şəriətdə qadmlara hicab yoxdur.  4) 
Qadmları  müsavi  hüquqlu  bulunan  millətlərin  qüvvətli  olmalarından 
və  həm  qadmlar  qanun  qoyan  məhkəmələrdə  hazır  olduqda  özlərinin 
müsavi  hüqüqda  olmalarmı  feliyyətə  çıxarmaq  mümkün  olduğundan 
müslimələr: bütün siyasi hüquqda kişilər ilə bərabər olsunlar.  Qadınlar 
el qurultayına  seçmək və  seçilmək həqqinə malik  olsunlar.  5)  Seçmək 
və seçilmək işləri müslimələr üçün yeni bir işdir.  Binaənileyh əgər qa- 
dmlar bu vəqtə  qədər ictimai  işlərə qarışıb ögronməmiş  olduqlarından 
və  ərlər  də  qadmların  scçki  yerlərinə  getmələrinə  qarşı  durmaq  ehti- 
malı olduğundan xəlqimizin yarısı olan  qadınlarımızın  səsi yox  olma- 
maq üçün el qurultayma seçkilər vəqtində hər bir müslimənin seçkiyə 
qarışması  borc  dsun.  Müslimələrə  səs  vermək  üçün  kişilərdən  ayrı
213

yer  verilsin.  6)  Rusiya  müsəlmanları  arasmda  qız  və  oğlanlar  rizala- 
rı  olmadan  nikah  oxumaq  çox  olub  bu  iş:  ailə  hoyatının  narahatlığı- 
na  və  o  ailədə  böyüyən  balaların  bədboxtliginə  sobob  olduğundan  ni- 
kah  vəqtində  qız  ilə  oğlan  hazır olsunlar.  7)  Çox vəqt  ailədə  ər  ilə  ar- 
vad arasında uyuşmazlıq olduğundan qadm ərindən ayrılıb gediyor. Bu 
surətdə ər arvadma talaq verməyincə bu iş:  qadın üçün cəbr və ailədəki 
balaların tərbiyəsi üçün zərərli olduğundan nikah vəqtində dəftərə qeyd 
etməlidir ki, əgər ər ilə arvad arasında uyuşmazlıq olsa qadmın ərindən 
ayrılmağa həqqi  vardır.  8)  Türkistanda,  Qafqasiyada və  Qazaxıstanda
11-12  yaşmda  qızları  ərə  vermək  adət  hökmünə  girdigindən bu  iş  qa- 
dmlarm zəiflənmələrinə,  vəqtsiz ölmələrinə və həm də zəif bala yetiş- 
dirib  gələcək nəslimizin zəif və  gücsüzliginə  səbəb olduğundan  Rusi- 
yanm gərək şimalxnda və  gərək cənubunda  16 yaşından  əksik bulunan 
qxza nikah oxunmasın. 9) Millət balalarınxn sağlam olması üçün və həm 
də  ailə  bəxtsizliklərinin  məbdəyi  ər və ya  qadmın yoluxma naxoşluq- 
lara mübtəla olduğundan irəli gəldiginə görə öylə bədbəxtliklərin önü- 
nü almaq üçün nikah vəqtində oğlanm da, qızm da yoluxma naxoşluq- 
larınm  olmadxğına  əllərində  şəhadətnamələri  olmalıdır.  10)  Çox  vəqt 
olur  kı,  bir  ər  əvvəlki  qadınm üstünə  ikinci  bir  qadm  almağı  və  həm 
əvvəlki qadınlarınm bir eybi olmadığı halda onları özlərindən ayırma- 
ğı bir adət olaraq qəbul etdiklərindən bu oyun-oyuncaq kibi işlərin sui- 
nəticəyə  səbəb  olduğunu  etibara  alıb  nigah  vəqtində  kişinin  dilindən 
bir kağız almalıdır ki,  arvadınxn üstünə ikinci bir arvad almasm.  Əgər 
başqa bir səbəb ilə ikinci bir qadm alsa əvvəlki arvadını ayırıb nəfoqo- 
sini  versin.  11)  Qazaxıstanda  qız uşaqları  hələ  kiçik  ikən  ataları  onla- 
rı  qalun1 malma  satırlar.  Sonralar ev  qızları  ərlərindən  ayrılmaq  üçün 
təlaş  edirlər,  o  halda  onlar  qalun  mallarmı  qaytarmağa  məcbur  olur- 
lar.  Binaənileyh  qazax  qızlarınm  hüquqlarım  etibara  alıb  onlar  ərə 
getdikləri  vəqt  qalun  malı  alınmasm.  12)  Bəzi  səbəblərdən  dolayı  bir 
çox qadınlar ümumxanələrə girməgə məcbur olurlar.  Ondan sonra on- 
lar  bu  bəladan  qurtarmağa  çärə  axtarırlarsa  da  bir  şey  edə  bilmiyor- 
lar. Çünki fəhş xüsusundakı qanunlara görə onlar ömürlük bədbəxtligə 
məhkumdurlar.  Ona görə  fahişəxanələr və  fəhş  xüsusundakı  qanunlar 
aradan götürülsün.
1  qalun: mehrdən başqa bir şey olub qızı atasmdan aldığı vəqt verilən şeydir.
214
Bu  qərarlar  olduğu  kibi  qəbul  edilir.  Ondan  sonra  yuxarıda  da 
məzkur Fatimə Tutaş Güləhmədovanxn oftıduğu iki maddəli qərar dəxi 
cüzi bir təshih  ilə  qəbul edilib yuxarıdakı  qərardadlara əlavə  edilir.  0  
iki qərar bunlardır:
1)  Müslimə  qadınlar  bütün  siyasi  və  mülki  hüquqda  ərlər  ilə 
bərabərdir.
2)  Təəddüdi-zövcat  insaniyyət  və  ədalətə  müxalif olduğundan  bu: 
qəti surətdə pislənilməlidir.
Burada  15 dəqiqə tənəffüs elan edilir.
Qadm, qız məsələsindən dolayx 203  imza ilə mollalar tərəfındən bir 
protesto elan edilmişdir ki, bunun təfsilatı sabah.
Tənəffüsdən  sonra  əskəri  təşkilat  həqqində  Krımdan  gələn  vəkil 
polkovnik Əliyev rus dilində bir məruzə oxuyur və bu məruzə mənasif 
tərəfindən tərcümə edilir.
Məruzələrdən  sonra  əskəri  təşkilat həqqində  atidəki  qərarlar  qəbul 
edildi:
1) Əskərligə alınmaq bütün-bütünə yetirilsin və imdiki qaidə ilə ol- 
masın.  Militarizmə  qarşı  durmaqla bərabər daimi  əskər  olduqda milli 
əskər olsun.  2) Müharibə qurtanb daimi əskər olduqda ayrı müsəlman 
əskəri  firqələri  düzəlsin.  3)  Bu  firqələrin  komandanları,  zabitləri 
müsəlmandan olmalıdırlar. 4) Bu əskərlər özlərinin alındxqları yerlərdə 
xidmət  etsinlər.  5)  Hal-hazırda müharibə  səfindəki  müsəlman  soldat- 
larmın  bir  diviziyada  olanları  haman  diviziyanın  bir  polkuna  cəm 
edilir.  Qarnizondakı  müsəlman  əskərləri  də  bir  polka  yığılsmlar.  Bu 
polklarda  müsəlman  aşxanaları  olsun.  6)  Müsəlman  əskərləri  yığılan 
hər  alaylara  alay  keşişləri  ilə  bərabər  hüquqda  alay  mollalan  seçilib 
təyin edilsinlər.  7) Müsəlman əskərlərinə yardım üçün müsəlman tibbi 
firqələri düzəlsin. 8) Hər hifzüssihhə qatarxna 2-3 müsəlman xidmətçisi 
qoyulsun. 9) Cəbhəyə yaxxn əskəri xəstəxanələrdə müsəlman xadimləri 
olsun.  10) Bu qərarların 5,6,7, 8 və 9-cu maddələri təxirə salınmayaraq
215

mövqei-ierayə  qoyulsun  və  bunu  tələb  etmək  üçün  hərbiyyə  vəzirinə 
müraciət edilsin. 

Bu  qərarlar  qəbul  edildikdən  sonra  növbətdəki  məsələ  idareyi- 
ruhaniyyəyə müvəqqəti müfti  və  (6)  qazi  seçmək məsələsidir.  Bu  seç- 
ki  məsələsini  idarə  etmək üçün bir komissiyə  tərtib  verilsin.  Müfti  və 
qazılığa  namizədlər təyin  etmək  üçün heyəti-rəyasətə  bir  çox  zapiska 
(müxtərə)lər verilir.  Bu müxtərələrə görə  55  namizəd göstəriiir,  şar  ilə 
seçdikdə  bu  qədər  adamı  səsə  qoymaq  mümkün  olmadığmdan  (çün- 
ki  şar  salman  qutular  14  danədir)  bu  namizədlər  arasmda  səsə  qoyu- 
lacaq  adamları  kağızda  yazmaq  üsuli  ilə  seçməgə  qərar  verilir.  Vəqt 
keçdigindən bu seçki məsələsi  11-ci məclisə təxir edilir.
On birinci məclis - 1 0  may
Məclis  gündüz  saət  11-də  açılır.  Buxara vəkili  Berdiyev növbətdən 
xaric  söz  alaraq  hürriyyətin  Buxarada  nə  cürə  qarşılandığı,  Buxara 
idarəsinə  və  Buxaradakı  tərəqqipərvər  sinfinə  necə  təsir  bağışladığı- 
m  və  Buxara  cavanlarınm nə  kibi hərəkət və  təşəbbüsdə bulunduqları 
həqqində  müfəssəl  bəyanat  verir.  Bu  bəyanat  məclis  tərəfindən  qayət 
ciddi bir təsir ilə dinlənir.
Bundan  sonra mollalar tərəfindən  daxil  edilmiş  203  imzalı  protest 
elart  edilir.  Bu  mollalär  qadm-qızlara  siyasi,  ictimai  və  ailəvi  hüquq- 
lar, fəqət şəriətə sığdığı qədər verilərək ondan artıq verilməməsini tələb 
edirlər.  Bununla bərabər  onuncu  məclisdə  qəbul  edilən  qərarlara  pro- 
test  edib  təəddüdi-zövcat  həqqində  syezdin  qərarma  qoşulmadıqları- 
nı açıqdan-açığa bildiriyorlar. Bu protest intisar edilmədigindən məclis 
tərəfindən gülünc bir hal ilə qarşılamr.
Syezddə  hazır  olan  Türkistan vəkilləri  də növbətdən  xaric  söz  alıb 
syezdin  yer  məsələsi  və  qadm-qız  məsələsi  həqqindəki  qərarlarma 
protest  edirlər.  Bu  vəkillərin  nöqteyi-nəzərlərinə  görə  yeri  mülkdar- 
lär  və  dövlətlilər  əlindən  alıb  kəndçilərə  vermək,  yeri  cəmaət  mül- 
ki  etmək  şəriətə  xilaf imiş.  Buna  görə  bunlar  yer  məsələsinin  böylə 
həll  edilməsini  Türkistan  üçün  qəbul  etmiyorlar və  diyorlar ki,  “Əgər
216
syezdin bu qərarı  Türkistan üçün də  çıxarılmışsa biz buna qarışmıyo- 
ruz. Və əgər Türkistanı istisna edib də Rusiyanın başqa yerləri üçün bu 
qərarları  vermiş  isəniz  o  vəqto  biz  bu  qərarlara  qoşularız”.  Türkistan 
vəkilləri qadın-qız məsələsi həqqindəki qərarlara da məmnuniyyət edib 
şəriətcə iş görməgi lazım bilirlər.  Türkistan vəkillərinin bu iki protestə 
qol qoyan kişilərin sanı 7-8-dən artıq degildir.
Növbədən  xaric  ərznamələr  tamam  olduqda  növbədəki  məsələlərə 
baxılmağa başlanır.
Birinci məsələ “Milli Şura” toşkil etmək həqqində
Bu məsələ xüsusunda  10-cu məclisdə Ömər  əfəndi  Terequlov tərə- 
findən  bir  məruzə  oxunub  məsələ  açıq  qalmış  idi.  Bu  gün  məsələ 
qaldırıldıqda  Ayaz  əfəndi  İshakova  söz  verilir.  Ayaz  əfəridi  mə- 
sələnin  əhəmiyyəti  və  milli  şuranın  necə  təşkil  edilməsi  lazım  oldu- 
ğu  həqqində  mükəmməl  və  müfəssəl  bir  məruzə  oxuyur.  Milli  Şura 
üstünə  yüklənəcək  vəzifələr  və  onunla  məhəlli  təşkilatlar  arasmdakı 
münasibətin necə olması və nə kibi əsaslarüzrə bina edilməsi Məclisi- 
Müəssisana  seçkilər  başlanmcaya  qədər  necə  xətti-hərəkət  tutulması- 
nın  lazım  olduğu həqqində  müfəssəl məlumat veriyor.  Ayaz  əfəndinin 
bu  məruzəsi  bütün  Rusiya  müsəlmanlarmı  birləşdirmək,  uyuşdur- 
maq, bir yola salmaq həqqində olduğundan qayət ixlas ilə istima edilir. 
Məruzəsinin axırmda “Milli  Şura” təşkil etmək üçün syezd tərəfindən 
qəbul  edilməsini xahiş  edib on maddədən ibarət bir qərarnamə təqdim 
edir. (Ayaz əfəndinin təqdim etdigi maddələr on ikinci məclisdə bir-bir 
baxılıb cüzi bir təbəddülat ilə qəbul edildigindən bu maddələr on ikin- 
ci məclisin hesabına qalır).
Ayaz əfəndinin məruzəsi tamam olduqdan sonra bu məsələ həqqində 
müzakirə başlanır.  Bu barədə bir çox natiqlər rəylərini diyorlar.
217

On ikinci məclis
Məclis Fateh əfəndi Korimovun təhti-rəyasətində açılır.
Birinci  məsələ:  Məclisi-Müəssisan  seçki  üsuli  məsələsidir  ki,  bu 
barədə syezd iş bu qərarları qəbul etmişdir;
1)  Seçkilərdən  əvvəl  müsəlmantar  öz  aralarmda  bütün  demokrat 
firqələrin birləşməsindən ibarət bir ittifaq tərtib etmək lazımdır.
2)  Məclisi-Müəssisan  və  məhəlli  idarə  üzvlər  intixab  edildigi  vəqt 
başqa xəlq firqələrilə birləşməli.  Fəqət bu trudoviklərdən  sağda  olma- 
yan firqələr ilə mümkündür. Çünki ancaq ictimaiyyun firqəsi rus olma- 
yan xəlqə həqiqi mənasilə geniş hüquq verir. Bu məsələ tamam olduqdan 
sonra  “Milli  şura”  məsələsinə  keçilir.  Bu  barədə  Ayaz  əfəndi  söz  alıb 
on birinci məclisdə oxuduğu məruzənin maddələrini və qərardadlarını 
oxuyur ki, onlar da bunlardır:
1)  Bütün  Rusiya  müsəlmanlarmın  syezdi,  Rusiya  müsəlmanları 
arasmdakı  bütün  siyasi  uyuşma  və  firqələrin  birlikdə  hərəkət 
etmələrini  və  müştərək bir yol  tapmalarmı  lazim bildi.  2)  Syezd Rusi- 
ya müsəlmanlarmı o müştərək yol ilə aparmağı felə çıxarmaq üçün bü- 
tün sinif və qəbilətərin vəkillərindən mürəkkəb bir şura seçilməsini la- 
zım bildi.  3)  Syezd Milli  Şura əzalmın otuz adamdan mürəkkəb olma- 
sını qəbul  etdi. Bu əzalar aşağıdakı qaidə üzrə təqsim edilir:
a)  Türkistan,  Buxara  və  Xivədən  yeddi  (Buxara  2,  Xivə  2,  Rusiya 
Türkistanı  3),  Qafqasiyadan  5, Krımdan 2,  Qazaxıstandan  5,  Litva ta- 
tarlarından  1, Daxili Rusiya tatarlarından  10.
b) Bu seçki hər bir ölkənin öz ixtiyarma tapşırılmalıdır.
c)  Syezd  hər  bir  ölkədən  mümkün  qədər  qadınlarımızm  şuraya 
seçilmələrini lazım bildi və bu işi ölkənin özünə tapşırdı.
4) 
Syezd  müsəlman  xəlqini  şu  müştərək  yol  ilə  aparmağı  Məclisi- 
Müəssisan  açılmcaya  qədər  “Milli  Şura”  üzərinə  qoydu.  5)  Syezd 
Məclisi-Müəssisana qədər bütün yerli  cəmiyyətlər və təşkilatlarımızm 
syezd  qərardadma  müvafiq  olan  Milli  Şuranın  hər  bir  qərarma  əməl 
etməsini  lazım  bildi.  6)  Syezd  Milli  Şuranın  arasından  12  adamdan 
ibarət  bir  Baş  Komitə  ayrılmasım  lazım  bildi  və  bunu  Mitli  Şuramn 
özünə  həvalə  etdi.  7)  Syezd  Baş  Komitə  ilə  ölkə  komitələri  və  yerli 
komitələr  arasmdakı  münasibətin  nə  üsul  üzrə  olmasını  Milli  Şura-
218
ya  tapşırdı.  8)  Baş  Komitənin  yeri  hökumət  duran yerdir.  Milli  Şura- 
nm  başqa  əzalarımn  yeri  isə  şuranın  qərarı  ilə  təyin  edilir.  9)  Syczd 
Məclisi-Müəssisana  seçki  üsullarım  təyin  etmək  üçün  5-i  avqustdan 
gec olmamaq şərtilə Rusiya müsəlmanları vəkillərinin ikinci syezdinin 
düzəlməsini lazım bildi və bu işi Milli Şuraya tapşırdı.  10) Syezd Milli 
Şuraya “Rusiya Müsəlmanları Şurası” deyə ad verdi.
“Açıq 
söz”,
2 1 ,2 3 ,2 6 ,2 8 ,2 9 ,3 0 ,3 1   may, 2 ,4 , 6, 7 ,8 ,1 2 ,1 3  iyun  1917, 
JV®478, 479,481, 482,483,484, 485,487,488, 
490,491,492,495,496
Şərit -  tent 
Şəbə -  tayfa
Same -- eşı’dən, qulaq asan 
Məşum -  uğursuz, bədbəxt 
Təsərrüf -  zəbt etmə, yiyətənmə 
Ü rf -  adət, hökm, tədbir 
Müvərrix -  tarixçi 
Kəşşaf -  kəşf edən, kəşfiyyatçı 
Müəzzin -  azançı 
Mütəvəlli -  müdir, idarə başçısı 
Mütədəyyin - dindar
Möhtəsib -  dini və əxlaq işlərinə nəzarət edən məmur 
Müxtəri — ixttira edən, icad edon, yaradan 
Məhfuz -  mühafizə olunmuş 
Vase -  geniş
Təşxis -  tanıma, ayırd etmə
Mücəhhəz -  hazırlanmış
Mazi -  keçmiş zaman
Mərcə -  müraciət edilən yer, adam, idarə
Mübəttər -  yarımçıq
Nədvə -  yığıncaq
Mövəddət -  dostluq, xeyirxahlıq
Nəfy -  sürgün, uzaqlaşma
Təəddüdi-zövcat -  çoxarvadlıhq
219

Moskva müsəlman syezdində 
oxunan Salikov məruzəsi1
Siz biliyorsunuz ki, müvəqqoti hökumətin müttəfiqlərimizə xitabən 
vermiş  olduğu  notamn  bu  nöqtolori  məmləkətdə  nə  qədər  narazılığa 
bais olmuşdur.  İş hətta küço müsadimələrino qədər vardı (Petroqradda 
19-21  aprel hadisələri).
Maym  27-də  müvəqqəti  hökumət  tərəfindən  verilmiş  olan 
bəyannaməyi  izah  edəcək  olan  nota  demokratiyanm  protestosundan 
naşı  özü  izahata  məruz  qaldı.  Müvəqqəti  hökuməteə  “qəti  qələbə”  və 
“möhkəm  sülhü  təmin”  sözlərindən  nə  tövr  anlaşıldığı  izah  edilmə- 
li  oldu.  1917  sənəsi  18  apreldə  müvəqqəti  hökumətin  müraciətnaməsi 
verilən izahatm ən maraqlı yerləri budur:
“Məlumdur  ki,  bu  notada  düşmənə  qoti  qələbo  çalmaqdan  bəhs 
edilərkən 27 mart bəyannaməsində qeyd olurimuş məqsədlərə yetişməsi 
nəzərdə tutulmuşdur.  Haman məqsədlər isə böylə bəyan edilmişdir: 
“Müvəqqəti  hökumət  özünün  mənəvi  borcundan  hesab  ediyor 
bəyan  eləsin  ki,  azad Rusiyanm  məqsədi  sair millətlərə  ağalıq  etmək, 
onların  milliyyətinə  əl  atmaq,  zor  ilə  özgələrin  yerini  almaq  degil, 
millətlərin  özü-özünü  idarə  etmələri  əsasilə  möhkəm  sülhə  nail  ol- 
maqdır.  Rus  milləti  öz  qüvvə  və  iqtidarmı  sair  millətlərin  hesabına 
gücləndirmək  istəmiyor.  O  heç  kəsi  təhti-hakimiyyətinə  almaq  və  al- 
çaltmaq istəmiyor.  Ali  ədalət naminə  rus  milləti polyaklann  zəncirini 
açmışdır. Fəqət rus milləti razı olmaz böyük müharibədən onun vətəni 
əzilmiş və həyat qüvvəsi kəsilmiş  çıxsın.  Möhkəm  sülhü təmin  etmok 
sözü  ilə  müvəqqəti  hökumət  təslihatm  azalması,  beynəlmiləl  tribunal 
təsis edilməsindən və sairdən ibarət biliyor”.
Bizə  böylə  gəliyor  ki,  müvəqqəti  hökumətin  bu  bəyanatı  da 
şübhələrin hamısmı izah etmiş olmuyor.
1  1918-ci  il  yanvarm  2-də  “Açıq  söz  qəzetində  ”  Şəkli-idarə  həqqinda  iki  baxış  (İki  cür 
hökumət)”  sərlövholi  bir xəbor  dorc  edilmişdir:  “Moskva  syezdində  şəkli-idarə  hsqqində 
oxunmuş  Əhməd  bəy  Salikov  dokladı  ilə  Məhəmməd  Əmin  Rəsulzadə  məruzəsini  havi 
siyasi bir risalədir.  “Açıq söz” tərəfindən nəşr olunmuşdur. Qiyməti  15  qəpik.  Satıcılara və 
çox alanlara  12 qəpik”.  Ş.H.
220
Rusiyanın  əqd  etmiş  olduğu əhdnamələr və  öhdəsinə  götürdügü  il- 
tizamlar məsələsi haman əvvəlki kibi qeyri-müəyyən bir halda qalıyor. 
Fəqət  Rusiyanın  müttəfiqlər  ilə  bağlamış  olduğu  əhdnamələrin  nədən 
ibarət olduğunu az-çox anlamaq mümkündür.
İştə,  bu  əhdnamələrdir  ki,  müharibənin  həqiqi  məqsədlərini  bizə 
açıq bildiriyor.
Milyukov  özü  “Müharibə  məqsədləri”  ünvanı  ilə  yazmış  olduğu 
bir məqaləsində (“Reç” qəzetəsinin ildə bir nömrə çıxan məcmuəsinin 
1916-cı  sənədə  nəşr  olunan  nömrəsində)  müttəfiqlər  arasında  bağlan- 
mış olan əhdnamənin pərdəsini qaldırmışdır. Məqalədə deniliyor ki:
“...  1916  sənəsi  fevrahnda  doktor  Dellon  birinci  dəfə  olaraq 
müttəfiqlər  arasmda  İstanbul  ilə  Dardanel  həqqində  bağlanmış  olan 
etilafnaməyi  cahana bildirmişdir.  Onun  rəvayətinə  görə  Lamanşın  bir 
tərəfində  Dalqasa  (Fransa),  digər tərəfində  ser Kirey  (İngiltərə)  Rusi- 
yanın bəyanatma diqqət vermişlərdir...  Bəziləri güman ediyorlar ki, bu 
qayət  mühüm  etilaf Puankare  imperatora  müsafir  olan  vəqt  hasil  ol- 
muşdur.  Digərləri  fikir  ediyorlar  ki,  bu  etilafnamə  daha  iləricə  Rusi- 
ya  ilə  Fransa arasında  dəniz  əhdnaməsi  bağlanan zaman  əqd  edilmiş- 
dir.  Bu  xüsusda  eyni  zamanda həm  Parisdə,  həm də  Londonda müza- 
kirat icra ediliyordu.  Böylə bir əhdnamənin bağlandığı  Qərbi  Avropa- 
da  xəbər  verildikdən  sonra  Rusiyada  dəxi  bu  xüsusi  sükuta  keçmək 
lüzumu  qalmıyordu.  Dellonun  bəyanatını  Milyukov  1916  sənəsi  10 
fevralda  Q.Dumamn  iclasmda  xəbər  vermişdir.  Daha  sonra  rus  par- 
laman  vəkillərini  qəbul  edərkən  Askuyet  söylədigi  nitqində  böylə  bir 
etilafnamə  mövcud  olduğunu  açıq  surətdə  təyid  etmişdi.  Askuyet  de- 
mişdir ki: “Bən xatırlıyorum o günləri ki, deniliyordu Avropa və Asiya- 
da  Şərq məsələsinin həllində  iki  imperiyanm mənafeyi  düzəlməyəcək 
qədər  yekdigərinə  ziddir...  Xoşbəxtanə  haman  yekdigərini  anlama- 
mazlıq  günləri  keçdi,  imdi  gərək  İranda və Türkiyədə və  gərəksə  sair 
yerlərdə  mənafeyimiz  toqquşduqda  sədaqət  və  mütəqabil  ehtiramı- 
mızla gözləməgə qərar verdigimiz etilafa gəliyoruz.  Bu xüsusi məşhur 
xariciyyə  vəziriniz  Sazanov  ilə  rəfiqim  Kirey  arasında  əqd  olunmuş 
etilafnamə qiymətsizdir”.
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin