Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

234
sun.  Halbuki  burasına  diqqət  edilməyib  bugünki  “demokratlar”  dün- 
ki  “bürokratlar”m  dililə  danışıyor.  Demokrat  müəssisələri  müsəlman 
xəlqi  nəzərində  etibarlı  edəcək  vəsilələro  yapışmaq  əvəzində  təhdidə 
başlıyor. Qılınc şaqqırdadıyorlar.
İyunun  birində  Bakı  qradonaçalniki  müsəlman  komitəsinə  te- 
lefon  edib  əhalinin  iskatı  üçün  adam  istəmişdi.  Bənimlə  doktor 
Məhəmmədrza  Ağa  Vəkilov  getdik.  Əvvəlcə  ərzaq  komitəsi  ilə  gö- 
rüşdük.  Mümkün  degilmi  ki,  orucluq  münasibətilə  müstəsna  surətdə 
. müsəlman xəlqi üçüri bir tədbir görülsün, dedik.  Stopani bizə rəqəmlər, 
hesablar göstərdi.  Mümkün  olmadığım  anlatdı.  Məəmafiə bir ay daha 
qəndi 2 girvənkə yarıtn miqdarmda vermək mümkün olduğunu söylədi. 
Fəqət  bu  bəya.ndan  sonra  rəftari-kəlamını  dəgişib  “bilmiyorum  Bakı 
əhalisinin nəyə  gərək xatiri  əziz  olsun”  dedi.  “Halbuki  bu xəlq müha- 
ribəyə  iştirak  eləmiyor.  Dər  surətki  Rusiyamn  başqa  böyük  şəhərləri 
çörək böhranı  keçiriyor,  aclıq çəkiyorlar,  ordu acdır.  Sinqa naxoşluğu- 
na tutulüyor”.  Doktor əfəndi Stopani conablarımn bu goftarından nara- 
zı  olduğunu,  siyasətdən bəhs eləmək lazım gələrsə o  zaman bu bəhsin 
daha uzaqlara çəkəcəgini söylədi.
Sonra xəlqi sakit edib də məclisə qayıtmış olan Behbüd Ağa Cavan- 
şir soldatların tüfəngləri patronladığı az qala fəsad və bədbəxtlik çıxar- 
dığmı, soldatlara yalvardığını, onların İsə “biz qətiyyən cəmaətə əl qal- 
dırmayız” dediklərini söylədi.  Əlavə etdi ki, şübhəsiz burada “biri sizə 
aid olub da, o biri  sizə aid olmayan iki səbəb vardır”.  Sizə aid olmayan 
səbəbdə əlbəttə ki, siz günahkar degilsiniz, fəqət sizə aid olanı həqqində 
günahkar tapılmalı, cəzaları verilməlidir.  Yox əgər,  işi  idarədən acizsi- 
niz isə o zaman istefa verməlisiniz. Xanın öz nəfsinə söylədigi bu sözü 
Stopani,  Bekzadyan  və  sairlərini  təkrar  damşdırıb  bu  dəfə  damşıqlar 
“nahaq  qan”,  “ştık”,  “fəhlə  və  soldat  vəkilləri”  ətrafında  dolaşıb  mü- 
hib bir şəkil almış,  Stopani “xəlq rahət olmazsa o zaman onunla başqa 
surətlə danışılır” deyə bir növ təhdiddə bulunmuşdur.
Buna cavab olaraq o məclisdə dedim ki, cəmaət ilə rabitənizi  saxla- 
maq üçün təşkilatmız daxilinə müsəlman nümayəndələri  də salınız və 
o zaman artıq iğtişaşı sakit etməgo, müsolman nümayəndosi çağırmağa 
ehtiyac  qalmaz.  Qərarlarınız  əvvəlcədən  əhalinin  hər  qisminə  məlum 
olar.  Şikayət elədiginiz etimadsızlıq da ortadan qalxar.  Bizim işin xati-
235

ri üçün  söybdigimiz bu təklifə nədənsə təhdidlərlə cavab verilir.  “Na- 
haq qandan” bəhs olunub da qüvvətdən bəhs etdilər.  Fəqət böylə rəsmi 
bir lisan,  lisani-təhdid  hor halda demokratik bir müəssisəyə yaraşmaz. 
Bu dil ilə köhnə hökumət danışa bilərdi.
Həm  həqiqətən  də  böylədir.  Demokratik  müəssisələr  bir  dəfə 
bilməlidirlər  ki,  həqiqi  demokratik  müəssisə  ola  bilmək  üçün  yerli 
cəmaətinmənafeinə, onun əhvali-ruhiyyəsinə, xüsusiyyatma əhəmiyyət 
verib o yolda hərəkət eləsinlər və hər zaman cəmaət və əhali ilə üzvi (or- 
qaniçeski)  münasibətdə  bulunsunlar.  Yoxsa  nə  qədər  qüvvətli  təşkilat 
olsa da, xəlq etimadım qazanmayınca müvəffəq olamaz.
Günahkarların təhqiq olunub eəzalanması tələb olunur.  Bu şübhəsiz 
ki,  olmalı,  fəqət  işin  təbii  yolda  getməsi  üçün  təhdidata  girişmədən 
əvvəl  əsl  demokratik  vasitələrə  müraciət  eləməli,  bunun  üçün  yerli 
xəlqin mənafei  ehmal olunmamahdır.
M.Ə.Rəsulzadə 
“Açıq söz”, 9 iyun  1917, Ka493
İskat -  sakitləşdirmə, susdurma 
Təhmil -  yükləmə; vergi, mükəlləfıyyət 
Goftar -  söhbət, söz; mövzu 
Ehmal -  əhəmiyyət verməmə 
Məəmafiə -  təəssüf ki
n ı i ü ,  
'
236
Tazə dum seçkiləri münasibətilə
Dumu tazələyəcəklər.  Bu tazə dum seçkiləri üçün imdidən tədbirlər 
görülmüşdür. Xəlqi siyahıya başlamışlar.
Tazə dumun əhəmiyyəti nədir? Bu günlərdə  evlərə paylanan siyahı 
vərəqlərinə lazım olan məna və əhəmiyyəti  verə bilmək üçün bu suala 
aydın bir cavab verməlidir.
Şəhər  duması  məlum  etmişdir  ki,  bu  şəhərin  təmizliginə,  abadlı- 
ğına  hər növ  tərtibatə  baxmaq  üçündür.  Ancaq bu  vəqtə  qədər  Rusi- 
yada  olan  şəhər  dumaları  köhnə  Rusiyamn  bütün  başqa  idarələri  kibi 
həqiqi  cəmaət  idarəsi,  xəlq  duması  degildi.  Burada  oturan  qlasnıları 
cəmaət degil, pullar sahibləri mülkədarlar, ağalar, xozeynlər seçirdilər. 
Məlum  işdir  ki,  bunlar  da  ancaq  özlərinin,  öz  taylarınm  dərdinə  qa- 
lır.  Ancaq  şəhərin  ağalar  oturan  məhəllələrini  düşünüyor.  Şəhərin 
kənar bucaqlarındakı  füqəra  məhəllələrinin  hayına  qalmıyor,  mərkəzi 
küçələr döşənib,  süpürülüb  sulandıqda,  onlarm  payı  ancaq yazda  toz, 
qışda  da  palçıq  qalıyordu.  Halbuki  şəhər  vergisinə  gəldikdə  cürbəcür 
qeyri-müstəqim vergilərlə şəhər xərcinin böyük qismi yenə bu bədbəxt 
xəlqdən,  bu öz  şəhərinin  idarəsində  səsi  olmayan demokratiyadan  alı- 
myordu.  Bunun nəticəsində  idi ki,  həmişə  dumadan  şikayət  olunuyor, 
buna görə idi ki, daima füqəranm ahu-zarı eşidilirdi.
Böyük Rusiya inqilabı hər şeyi dəgişdirdigi kibi şəhər idarələrini də 
dəgişdirdi. Müvəqqəti hökumətin qərarına görə şəhər dumaları dəgişib, 
tazə nizam və  qaidə ilə seçilməlidir.  Bu tazə qaydaya görə artıq duma 
şəhərin bir qisminə mal olmayıb  əhalinin hamısı  əlində olacaq.  İgirmi 
yaşına çatan nə qədər vətəndaş varsa, hamısı dumaya adam seçəcək və 
özü  də  seçilə  biləcəkdir.  Arvad-kişi  hamınm,  hamı  millətlərin  həqqi 
olacaq  ki,  seçkilərdə  iştirak  eləsin.  Bundan  əvvəl  xəlq  məcbur  idi  ki, 
dum  iclaslarında  mütləq  rus  dilində  danışsın,  ərizəsini  rusca  versin. 
İmdi  böylə  olmayıb  hər  kəs  öz  dilində  danışa  biləcək  və  ərizəsini  öz 
dilində verə biləcəkdir.
Demək bundan sonra tazə qaidə ilə qurulacaq şəhər duması bir növ 
şəhər xəlq cümhuriyyəti vücudə gətirib şəhərə aid nə kibi məhəlli işlər
237

varsa,  hamısı  onun ixtiyarmda olacaq.  Şohordə ümumin səhhətinə  aid 
nə  kibi  müəssisələr  varsa,  hamısı  onun  idarəsində  olacaq.  Xəlq  üçün 
lazım  miqdarda  xəstəxanələr,  məktəblər,  aptcklər  açılacaq,  bulvarlar, 
təfərrüçgahlar yalnız şəhərin ağalar oturan məhəllələrinə məxsus olma- 
yıb kənar bucaqlar üçün də düşünüləcəkdir.
Bunlardan başqa şəhərin polis idarəsi imdiki təbirlə milisiya təşkili 
şəhər  idarəsinin  öhdəsində  olub,  bu  surətlə  vücudə  gələn  demokratik 
duma icra komitəsinin işlərini  də  öz əlinə  alacaq və  şəhərin həqiqi  sa- 
hib və hakimi olacaqdır.
Tazə  şəhər dumasınm əsası  bir növ odomi-morkəziyyət əsasına qu- 
rulmuşdur.  Şəhərə  məxsus  mərkəzi  duma  və  idarə  olmäqla  bərabər 
şəhər  müəyyən  məhəllələrə  bölünəcək,  hər  məhəllənin  özünəməxsus 
məhəllə  dumaları  olacaqdır  ki,  bu  məhəllə  dumaları  öz  məhəllələrinə 
aid  olan  işlərdə  muxtar  olacaqlar.  Qeyri-ümumi  işlərdə  isə  mərkəzi 
şəhər idarəsinə tabe bulunacaqlardır.
Şəhər  əhli  arasmda  sinif ayrılığmdan  başqa  şübhəsiz  ki,  bu  sinif 
ayrılığmm  müxtəlif rəngli  mənfəətləri  arasmda  bəzi  qövmi  və  milli 
təfavütlər də vardır. Duma seçkilərindən varlılıq istehqaqmı götürməklə 
biz sinif ədalətsizligini bir növ yumşaltmış oluyoruz.  Fəqət qövmiyyət 
və milliyyət təsiri üzündən hasil olan ədalətsizligi dəxi qaldırmaq üçün 
lazımdır  ki,  seçkilər nisbət  qaidəsinə  mərbut  olsun.  Bu  nisbət  qaidəsi 
olmazsa,  o  zaman  yaxşı  təşkil  olunmuş  bir  firqə  nisbi  bir  əksəriyyətə 
malik  olursa,  bu  zaman  bütün  şəhər  işlərini  öz  əlinə  ala  bilər  ki,  bu 
surətlə  bir  sinif o  birisinə  və  yaxud  bir  millət  digərinə  və  yainki  bir 
firqə ikincisinə qələbə edib də milliyyətin hüquqini paymal edə bilər.
İştə,  bu şeylərin heç  birinə  imkan  verməmək üçün vətəndaşlara la- 
zımdır ki, böyük Rusiya vətəndaşlığı üçün təcrübə meydanı olan şəhər 
seçkilərində özlərini göstərsinlər.  Seçkilərə idrakla əlaqədar olduqları- 
nı isbat eləsinlər.  Bundan ötrü hər şeydən əvvəl  lazımdır ki,  siyahılara 
əhəmiyyət verib özlərini qələmdən saldırmasınlar.
Buna  bilxassə  müsəlman  cəmaəti  diqqət  etməlidir.  Müsəlman 
cəmaəti müvəqqəti müsəlman komitəsinin dəvətini eşidib, əlbəttə, bu si- 
yahılardan ürkməməlidir.  1913-cü il siyahısmda xəlq arasına fitnəəngiz 
xəbərlər  nəşr  edib  ayrı  vergi  qoyacaqlar,  soldat  aparacaqlar  -   deyə 
cəmaətimizi  qorxutmaq,  bunun  nəticəsində  dəxi  bir  çoxları  özlərini
238
gizlətmişlərdi.  Bu  əvamlığın  nəticəsində  şəhər  müsəlman  şəhəri  ikən 
siyahılarda az görünmüşlərdi.  Haman  yanlış  siyahıyı  dəstavüz  edərək 
imdi  Bakını heç  bir cəhətlə müsəlman  şəhəri  görmək istəməyənlər  di- 
yorlar ki, “nə səs-küy salmısınız, burası hardan müsəlman şəhəri oldu. 
Budur, statistika ilə yüzdə 30 ancaq varsımz”.
İştə,  vətəndaşlar,  ayıq olunuz, bu siyahılar ancaq duma seçkilərində 
nə  qədər adamın və kimin həqli  olduğunu bilmək üçündür.  Başqa heç 
bir şey üçün degildir.  Özünüzü yazdmmz. Yoxsa sonrakı peşimançılıq 
faidə  verməz.  Həqqinizi,  buna  görə  də  doğru  şəhər  işlərinə  qarışmaq 
səlahiyyətinizi itirərsiniz.
M.Ə.
“Açıq söz”,  12 iyun  1917, JVa495
Təfərrüçgah -  gəzinti yeri, seyrangah
239

Sosializm həqqində
Sosial  demokrat,  sosial  revolyusioner  -   iştə,  Rusiya  meydani-in- 
qilabmda  cövlan  edən  siyasi  firqələr  ki,  nüfuz  bu  gün- onlardadır.  Bu 
firqəb r sosialistdirbr.  Sosialist demək -  sosializm tərəfdarı deməkdir.
Sosiatizm nədir?
Sosializm ictimai bir məsbkdir. Buna göro də tərcümədə bu məsləkə 
ictimaiyyət  və  tərəfdarlarına  ictimaiyyun  denilir.  İctimaiyyun  xüsu- 
si  mülk qüdsiyyətini  münkər olub  bütün  istehsal vasitə  və  abtbrinin, 
məsələn:  yer,  zavod,  fabrika,  mədən və  sairənin xüsusi  əllərdən alınıb 
da ümumi cəmaət idarəsinə, başqa sözlə, hökumət əlində olmasma ça- 
lışıyor.  İctimaiyyunlarca dünya bir mübarizədən  ibarətdir.  Təbiətlə in- 
sanlar arasında vaqe olan bu mübarizə bəşər mədəniyyətini doğurmuş- 
dur.  Mədəniyyət və mədəniyyət aləmindəki  sərvət və  saman insan öv- 
ladının  təbiətə  çaldığı  qələbənin  səmərəsidir.  Fəqət  insan  bir  tərəfdən 
təbiətlə  mübarizə  elədigi  halda,  o  biri  tərəfdən  dəxi  bu  mübarizə 
nəticəsində hasil olan sərvətin bölüşməsi üstündə rəqabət etmişdir. Ya- 
radılışda daha qüvvətli  olanlar özbrindən daha zəif olanlarım  istifadə 
edib  çalışdırmış,  buna  görə  də  insanlar  siniflərə  bölünmüşlərdir. 
Qədim  Hürmüzd ilə Əhrimən əqidəsi,  rəhmən-şeytan təsəvvürü.  Adil 
və  zülm binaları həmin bu  varlı  və  yersi/,  qüvvətli-qüvvətsiz,  hakim- 
məhkum, tabe-mətbu keyfiyyətinin bir növ şairanə rəmzidir. Bu ictimai 
mübarizə vəqtilə qulluq və  sonra kəndçibr əsarəti,  daha sonra üçüncü 
silk denilən burjua məzlumahi, nəhayət -  ticarət və sənaye tərəqqi edib, 
burjua  azad  və  sərmayədarlıq  üsuli  paydar  olunca  -   füqərayi-kasibə 
(proletari) təzyiqini mucib olmuş, tainki məzkur sinfin əsli olmaq üzrə 
sosializm məsləki zühur etmişdir.
Sosializm  insanların  məişət  və  güzəranca  müsavi  olmalarmdan və 
müsavatə meyl  edib də  onu təhsil  eləməkdən  ibarət ictimai bir məslək 
olmaq üzrə bəşəriyyətə  çoxdan məlumdur.  Dinlərin bir çoxundakı  bəs 
bədəlmövt  və  mövtdən  sonra  həyati-cavidani  babındakı  təsəvvürbr 
bəşəriyyətin  sosializm  həqqindəki  düşüncəsindən başqa bir  şey  degil- 
dir.  Bu  sosializm  əhli-dincə  və  dünyada  bərpa  olacaqsa  da,  onun  bu
240
dünyada bərpa olacağına  inanıb  da  o  yolda  cihadlar  etmiş,  təcrübələr 
eləmiş qəhrəmanlar vardır.
Fəqət  məşhur  Marksa  qədər  sosializm  bir  növ  həyatpərvər  və  ha- 
yati  binalar  üzərinə  qurulu  şairanə  bir  təsəvvür  kibi  tələqqi  oluna 
bilər isə də,  Marksdan  sonra  sosializm  əqidəsi  elmi  bir nəzəriyyə  ha- 
lını  almışdır.  Marksizm  məsləki  bütün  sərmayədarlıq  üsuli  ilə  yaşa- 
yan  məmləkətbri  varlı-varsız  sinfindən  ibarət  bilib  bu  iki  sinif ara- 
sında  əbədi  bir  mübarizə  təsəvvür  edər.  Bu  mübarizə  marksizmcə 
sərmayədarlıq  üsulunda  ən  böyük  amil  və  mühərrikdir.  Bu  mübarizə 
başqa  nə  kibi  mədəni,  milli,  hüquqi,  hətta  fənni  cəhətlər varsa,  hamı- 
sına icrayi-təsir ediyor.  Ədəbiyyat özünü bu sinif mübarizəsinin  təsiri 
xaricində bulunduramıyor.
Kapitalizm  (sərmayədarlıq)  geri  qalmış  məmləkətlərdə,  o  yerlərdə 
ki,  hələ  dərəbəglik  (feodalizm)  vardır,  tərəqqipərvər bir rola malikdir. 
Bilnisbə,  hürriyyət  istər elm və  fənnə  tərəfdar olur,  məmləkətin  abad- 
lığmı, yollar çəkilməsini, mədəniyyətin irəliləməsini tələb  eylər. Fəqət 
hər sikkənin iki üzü olduğu kibi kapitalizmin də ikinci üzü vardır. Bu üz 
ondan ibarətdir ki, kapitalizm sayəsində vücuda gələn dövlət və sərvətlə 
bərabər,  füqəra ilə səfalət də tərəqqi ediyor.  Xırda sərvət sahibləri aza- 
lıb  kiçik  sənətkarlar  əmələligə  gediyor,  bunun  əvəzində  isə  sərmayə 
mərkəzbşib milyonlar böyüyür.  Halbuki  milyonlarla xəlq vardan-yox- 
dan  çıxıb  fabrikada  çahşmaq  və  zəhmətini  satmaq  məcburiyyətində 
qalıyor.  Kapitalizm ilə idarə olunan məmləkətlər zahirdə abad, məmur, 
xoşbəxt  görünüyorlarsa  da,  batində  təzadlarla  dolu  səfalətə  məhkum, 
həyatından naməmnun əmələ sinfi və demokratiyadan ibarətdirlər.
Kapitalizmin  tərəqqisi  Marksm  təsəvvürüncə  bir  tərəfdən  sərma- 
yənin  mərkəzbşməsinə,  digər  tərəfdən  cəmaətin  əmələligə  getməsinə 
səbəb olub, nəhayət, bu hal bir dərəcəyə gələcək ki,  istehsal aləti xüsu- 
si maliklərin əlindən çıxıb müstəhsallarm öz əlinə keçəcək.  Demək ki, 
istehsalat cəmaətin  öz malı  olub mədəniyyətin  səmərəsi  xəlq  arasında 
müsavi  surətdə  paylanacaq.  Böylə  olunca  dünyada  artıq  xüsusi  mülk 
qalmayıb üsuli-məişət başqa bir əsas üzrə həqiqi qardaşhq üstünə bina 
olunacaq.  Xüsusi  mülkün  qalxması  ilə  bugünki  ailə,  din,  milliyyət və 
sair məfhumların da hamısı başqa bir məna və rəng alacaqdır.  Bu əsri- 
səadət  təbii  surətdə,  sənaye  və  sərmayədarhğın  təkamülü  nəticəsində
241

istər-istəməz gələcək isə də, bu gəlişi  asanlaşdırmaq zəhmətkeş  cəma- 
ətin  öz  işi  və  öz  borcudur.  Sosialist  əmələ  firqələri  iştə,  bu  borcu- 
nu  ifa  etmək  üçün  təşkil  olunmuşlardır.  Bu  firqələr  bütün  dünyanm 
sərmayədarhq üsuli-məişətindən qurtarıb sosializm üsulinə keçməsinə 
çalışmaqla bərabər hər məmləkətdə olduqları yerin iqtizasına görə siya- 
si həddi-əql məramnaməsi  tərtib  edib bu məramnamənin qövldən-felə 
gətirilməsinə  çalışıyorlar.  Bu  məramnamələrin  tətbiqində  onlar  sinif 
mübarizəsi  tərəfdarı  olub  əmələ  sinfinin,  zəhmətkeş  xəlqin  mənafeini 
gözliyor,  onların  əhvali-iqtisadilərini  asanlaşdırmağa  çalışıyorlar.  Bu 
fırqələr  təbiətlərinə  görə  bir  sinif  firqəsi  isələr  də,  niyyətlərinə  görə 
ümumbəşəriyyətə  xidmət  ediyor  və  dünyanm  ən  böyük  əqsai-amalı 
olan  sosializmə  irməklə  yalnız  zəhmətdəki  əmələ  qismini  degil,  bü- 
tün  bəşəriyyəti  səfalətdən  qurtarmaq  istiyorlar.  Çünki  əməİə  yoxsul- 
luq məşəqqətindən tənkdə isə, varlı da israf üzündən zəhmətdədir. Bi- 
lisi toxVuq, o birisi də ac\ıq üzündən azariıyoT.  Hər ikisi  də  qeyri-təbii 
bir haJ keçirməkdədir.
İştə, bu gün hər tərəfdən eşitməkdə olduğumuz “Yaşasın sosializm” 
şüarı bu xüsusi mülk tanımayan o dövri-səadəti qəsd ediyor.
Kapitalizmin  gördügümüz  bu  surətli  tərəqqisi  nəticəsində  heç 
şübhəsiz ki, bəşəriyyət bu böyük səadəti  dərk edəcək.  Bu dərki-səadət 
tezmı o/acaq, gecmı ofacaq -  o bır başqa məsoiə.  Vazeh olan bir məsələ 
varsa,  o  da budur  ki,  bu  inqilab  birdən  olmayıb,  tədriclə  vaqe.olacaq 
və  sosializm  tamamilə  yetişməyincə  bəşəriyyət  ağacmdan  dərilməyə- 
cəkdir.
Dünyanm bir gün gələcək də sosializm üsuli-ictimaisi üzərinə idarə 
olunacağına  qənaət  yetirməmək  bəncə  mümkün  degildir.  Fəqət  bu 
irişmək yolları  müxtəlifdir.  Bu  ixtilaflı  yollar üstündə  damşıq yeri  də 
var.  Sosialist partiyalarmın biri-birlərindən ayrılması da iştə, bu yollar 
üstündədir.
Sosializm həddi-zalında bir sinif məsləki olduğundan beynəlmiləldir. 
Fəqət  böylə  olmaqla  da  bir  milliyyəti  inkar  etməz,  ona  təhəmmül 
edər.  Sosialistlər  əksərən  mərkəziyyətçidirlər.  Bilxassə  milli-məhəlli 
muxtariyyətlərə  hüsni-təvəccöh  bəsləmiyorlar.  Fəqət  bununla  bərabər 
mütəkamil  bir  şəkli-idarə  olmaq  üzrə  də  federasyon  üsuli-idarəsini, 
milli-məhəlli muxtariyyətləri qəbul edən sosialistlər də vardır. Bilxassə
242
rəyi-aləm üzərinə bir millət özünün istiqlalım belə istəsə sosialistin ona 
heç bir sözü ola bilməz,  biləks  demokratik əsaslar nöqteyi-nəzərindən 
öylə bir qərarı müdafiə belə edər.
Məişət  və  mədəniyyətimizin  xüsusiyyəti  ilə,  sənayeyi-milliyyə  ilə 
əhvali-iqtisadiyyəmizin xüsusi  şərait altında bulunduğuna nəzərən  so- 
sializmin  mühitimizdən  ötrü  ərkən  olduğuna  hökm  verilə  bilərsə  də, 
bu  məslək  tərəfdarlarının  mənafei-milliyəmiz  üçün  zərərli  olduğunu 
kimsə iddia edəməz.
Biz  milliyyət və  millətin  muxtariyyətini  iləri  çəkdikdə  bəzilərinin 
düşündügi  kibi  sosializmə  zidd  getmiyoruz.  Biləks  sosializmi  azad 
millətlərin  azad ittifaqından ibarət bildigimizdən geniş  surətdə tələqqi 
etdigimiz milliyyətpərvərligi, bütün millətlərə bir gözlə baxan sosializ- 
mi hazırlaşdıran vasitələrdən birisi və birincisi ədd ediyoruz.
M.Ə.RəsuIzadə 
“Açıq söz”, 25 Iyun  1917, JV«506
Əqsa -  uzaqda olan
243

Fitnələr həqqində
Həqiqi  sosialist  qəzetəsi  bolşevik  “B:Raboçi”nin  pək  doğru  bir 
təbirincə tazə hürriyyət zamanmda müsəlmanlarm halı köhnə istibdad 
zamanındakı yəhudilərin halına döndü. Heç şübhə etmiyoruz ki, bolşe- 
vik qəzetəsi yuxarıdakı cümləsini həmdərdinin hissilə yazmışdır. Fəqət 
mətləbə  başqa  bir nöqtədən baxılarsa,  bu  sözdən başqa bir məna dəxi 
sezilir.  Yəhudilər  hürriyyətpərvər  olduqlan  üçün  müstəbid  Rusiyada 
fəlakətlərə uğrayorlardı.  Azad Rusiyada müsəlmanlarm fəlakətlərə uğ- 
raması əcəba, necün? Hürriyyət əleyhinə olduqları üçünmü?
Bir  dəqiqə  başqalarınm  nöqteyi-nəzərində  dayamb  müsəlmanları 
şiddətli  din təəssübi  ilə  ruhlanmış bir xəlq -  deyə təsəvvür etsək belə, 
onlarm  hürriyyət  əleyhində  degil,  bütün  varlıqları  ilə  azadlıq  lehində 
olmalarma hökm vermək gərək.  Çünki köhnə üsuli-idarənin ən çox sı- 
xışdırdığı şey məhkum millətlərin, bilxassə müsəlmanlarm hissiyyati- 
diniyyələri  idi.  Halbuki  yalmz  dincə  degil,  müsəlmanlar  hər  cəhətcə 
məhkum və məzlum idilər.
O  halda  nədən  müsəlmanlara  qarşı  bir  növ  məhəbbətsizlik,  daha 
doğrusu bir növ ədavət görülüyor.
Hamımızca  məlumdur  ki,  İkinci  Nikolay  təxtindən  uçuruldu- 
ğu  günə  qədər  Rusiyada  bir  çox  qara  qüvvələr,  soyuzniklər,  rasputin 
becərən  xuliqanlar  vardı.  Hürriyyət  elan  olunması  ilə  artıq  Rusiyada 
ıstibdadpərəst bir kəs  qalmadı.  Bir növ  möcüzə  oldu.  Adamlar bir göz 
qırpımında birər inqilabçı, birər sosialist kəsildilər.
Bəsirət əhlləri heç şübhəsiz bilərlər ki, bir din bizə böylə bir təbdili- 
vaqe  olamaz.  Çox  yaxşı  dərk  ediyorlar  ki,  köhnə  idarənin  adamları 
rahət durmayıb işləyəcəklərdi. Və aşkar işdir ki, bunlar xəlqi qəlbən tazə 
hökumət  əleyhinə  çağıra bilməyəcəklərdi.  O  halda  əllərində bir vasitə 
qalıyordu. Ortaya fəsad salmaq, millətləri çalışdırmaq. Bundan ötrü hər 
şeydən əvvəl bu günün həqiqi qüvvəsini təşkil edən ordunu zəhərləmək 
lazım  idi.  Bundan ötrü də slavafil əskərlərdən  istifadə etmək mümkün 
idi.  Fəqət  ordu  daxilində  hamı  millətlərin  nümayəndələri  mövcud  ol- 
duğundan  bittəbii  müftinlər  ən  az  müqavimət  göstərmək  imkanmda
244
olan tərəfi -  müsəlmanları -  aldılar. Bu xüsusda Qafqasiya gözəl bir zə- 
minə  idi.  Çünki  Qafqasiya müharib  Türkiyə  ilə  sərhəd olub  əhalisinin 
də çoxu türk idi. Əlavə olaraq burada milli hirs və mənfəətlər də fitnəyə 
müsaid idi. O halda niyə durmalı:  “Bu hiyləkar türklər Rusiya əleyhinə 
hazırlanıyorlar”  -   deyə  şayiə  buraxmalı.  Bu  şayiəyi  qüvvətləndirmək 
üçün  dəxi  “İştə,  silahlamyorlar”  -   deyə  göstərməli.  Yalan-yalmş  də- 
lillər iqamə etməlidir.
İştə,  irtica  tərəfdarlarımn  eninə-uzununa  istifadə  elədikləri  mate- 
rial.
Böylə bir  fitnə  əlbəttə  ki,  yəhudilər,  gürcülər,  maloruslar həqqində 
də  edilə bilərdi,  edilər də.  Fəqət faidə vermiyor.  Haman dəf və rəf olu- 
nuyor.  Çünki  ordu  içində  gürcü var,  yəhudi  var.  Fitnə  başlandığı  kibi 
yatırılır.  Halbuki  müsəlmanlar  bu  vəziyyətdə  degiidirlər.  Onlar  ordu 
içində  bulunmadıqlarmdan  bu  fitnələrdən  ancaq  müəssif vaqeələr ha- 
lına yendikdən sonra xəbər tutuyorlar.  Məlum işdir ki, bu surətlə onlar 
fitnə ilə əsaslı surətdə mübarizə edəmiyorlar.
Çox yerdə  fitnələrə  səbəb  olmaq üzrə  müəyyən  bir taifəyə mənsub 
adamlardan  bəhs  olunuyor.  Şübhəsiz  ki,  müsəlmanlar həqqində  möv- 
cud  olan  fitnədə  bu  adamlarm  da  iştirakı  var.  bundan  ötrü  cəhət  də, 
səbəb  də  vardır.  Keçirdigimiz  əhvali-tarixiyyə  öylə  bir  takım  şərait 
meydanə gətirmişdir ki, bu şərait daxilində müsəlmanlar əleyhinə olan 
fitnədə  əksəriyyətlə bir qism  əhali  nümayəndələri  fəzlə  qeyrət göstərə 
bilərlər.  Fəqət bu  fitnələrin  mütləq bir cəmaət və  bir millət tərəfindən 
vaqe  olduğunu  güman  etmək  dəxi  doğru  olamaz.  Çünki  dünyada heç 
bir millət yoxdur ki, başdan-ayağa fitnəkar və müfsid olsun.
Əvvəldən  bəri  söylədiklərimizdən  görülüyor  ki,  müsəlmanlar 
əleyhiə  vaqe  olub  da  bütün  Qafqasiya  müsəlmanlarmı  bir  növ  “asma 
qılınc” altında bulunduran fitnə irtica qüvvətinin zəif bir nöqtə tapıb da 
oradan baş qaldırmaq istəməsindən başqa bir şey degildir. Bu nöqtədən 
müsəlmanlar həqqində xüsusi bir kin və ədavəti olan  şəxslərlə bərabər 
müsəlmanlara məxsus bir kin olmuyub, onların fəlakətilə əlindən acıq- 
h  və yamqlı  olan,  hürriyyətə zərbə vurmaq istəyən xain mürtəcelər də 
az degildir. Bu mürtəcelər ermənilərdə olduğu kibi ruslarda da çoxdur. 
F-htimal müsəlmanlarm öz aralarında da vardır.
245

İştə, fitnədən bəhs olunduğu zaman burasmı daima nəzərdə tutmalı, 
ona görə  də hərəkət  eləməlidir.  Bu xüsusda heç  şübhəsiz ki,  ən  faidəli 
çarə  müdafiəyi-hissə  mühəyya  olmaq,  bundan  ötrü  də  bu  gün  inqilab 
və  əskəri  müəssisələr  ilə  həqiqəti-əhvalı  anlatmaq  lazım.  Zənn  olun- 
masın  ki,  bu  xüsusda  müsəlmanların  səsi  eşidilməz.  Zənn  olunmasm 
ki,  çoxmilyonlu  xəlq  bir  kaç  müfəttin  məqsəd  mürtəcenin  bazıcəyi- 
həvəsati  olub  qərəzkar  bir  takım  adamların  sözünə  böyük  bir  millət 
suyi-zənn altma alınar da fəlakətlərə məruz buraxılar.
Milli  komitənin rəisi Məhəmməd Həsən Hacmskinin Milli  Şura ic- 
lasmda dedigi söz, yerində söylənilmiş sözdür. Qeyri millətlər arasmda 
həqiqi sosialistlər vardır ki, onlar öz təşəbbüslərilə, bizim tərəfimizdən 
heç  bir  xahiş  vaqe  olmadan  müsəlmanlar  həqqində  olunan  fitnələrə 
diqqət edib səslərini onlarm müdafiəsinə qalxızmışlardır.
Əvət,  min  dürlü  fitnələrə  məruz  olduğumuza  baxmayaraq  Bakı 
Əmələ  və  Əskər  Vəkilləri  Şurasınm  nəşri-əfkarı  “sərkeş  başımız”m 
Rusiya inqilabı qarşısmda əgilməsini tələb  edib durduğu zaman ancaq 
“B.Raboçi”  qəzetəsi  idi  ki,  rəfiqinin bu hərəkətinə  “yabançı  sosialist- 
lik” namı verərək protesto eləmişdi.
Fəqət  təəssüf olunuyor ki,  bizi  Fıtnələrə  qarşı  müdafiə  edən həqıqı 
sosialistlər özləri dəxi az fitnələrə məruz degildirlər.
M.Ə.RəsuIzadə 
“Açıq söz”, 30 iyun  1917, JY«509
Bazicə -  oyuncaq 
Suyi-zənn -  pis xəyal 
M üəssif -  təəssüf doğuran
246
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin