Marketinq strategiyası imtahan sualları Marketinq haqqında anlayış


RƏQİBLƏR HAQQINDA İNFORMASİYANIN ALINMASI VƏ YAYILMASI



Yüklə 64,33 Kb.
səhifə8/17
tarix26.06.2022
ölçüsü64,33 Kb.
#62326
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
Marketinq strategiyası imtahan sualları

36. RƏQİBLƏR HAQQINDA İNFORMASİYANIN ALINMASI VƏ YAYILMASIƏmr verənlərin hərbi kəşfiyyatın məlumatlarını almaq və istifadə edə bilməməsi – bu hərbi işdə səriştəsizliyin ən vacib şərtlərindən biridir.
Bu, həm də rəqiblər haqqında kəşfiyyat məlumatlarına aiddir. Həm müharibəyə, həm də kommersiyaya xas olan rəqabət ruhunu nəzərə alsaq, görərik ki, düşmən və ya rəqib haqqında informasiyaların yığılması həm istifadə metodları baxımından, həm də etik nöqteyi-nəzərindən anolojidir. Həm də hər iki halda tətbiq olunan metodların qanunauyğunluğu heç vaxt əngəl olmamışdır. Bu fəsilin son bölməsində rəqiblər haqqında informasiya yığılmasının alternativ üsullarının icmalı təqdim olunmuşdur Təsnifatı tərtib edərkən müəlliflər üsulların əxlaqlılıq dərəcəsinə görə təsvirini veriblər və bu zaman əksər xatırlanan metodlara etiklik baxımından mülahizələr söyləməməyə çalışmışlar. Kompaniya baza səviyyəsində rəqiblər və bazarlar haqqında nəşr edilmiş statistik informasiyaları toplaya bilər. Əksər kompaniyalar belə informasiyaları bazar tədqiqatlarının nəticələrinin uçotundan və ya açıq səhmdar cəmiyyətlərin nəşr edilmiş məlumatlarından əldə edirlər.
4. Rəqiblərin gələcək strategiyalarının proqnozlaşdırılması. Yuxarıda təsvir etdiyimiz təhlilləri birləşdirməklə ən vacib suala cavab tapmaq olar: həmin firma gələcəkdə nə etməyə hazırlaşır? Rəqiblərin təhlilinini hər bir mərhələsi ətraflı surətdə nəzərdən keçiriləcək. O cümlədən, informasiyaların potensial mənbələri, həmçinin, təhlilin aparılmasının mümkün üsulları təqdim olunacaq. Təhlilin məqsədi sadəcə rəqibləri təsvir etmək deyil, onun gələcək niyyətlərini qiymətləndirməyi bacarmaq və ya daha vacibi, rəqibin sizin kompaniyanızın atdığı addımı böyük ehtimalla nə cür qarşılayacağını müəyyənləşdirməkdən ibarətdir.
37.Bazarın seqmentləşdirilməsi-Müasir bazarların iki vacib xüsusiyyəti var. Bunlar mümkün seqmentləşdirmə səviyyəsi (müştərilər və onların tələbatları arasında yeni və yeni fərqlililiklərin yaranması səbəbindən onları ayrı-ayrılıqda nəzərdən keçirmək lazım gəlir) və seqmentləşdirmə strategiyasını reallaşdırmağa imkan verən kommunikasiya, bölüşdürmə və istehsalın daha yaxşı inkişaf etmiş texnologiyasının mövcudluğudur. Bəzi hallarda, bu, hər bir müştərinin ayrıca bazar seqmenti kimi nəzərdən keçirildiyi
“mikroseqmentləşdirməyə” və ya “fərdi marketinqə” gətirib çıxarır.
Əgər bazarda qruplar və ya fərdi şəxslər öz tələbatları və ya arzuları və ya bazar təklifinə münasibəti və meylliliyi ilə fərqlənirsə, onda belə bazarı seqmentləşdirmək olar, başqa sözlə, bütöv böyük bazarı bazar məqsədlərinə xidmət edəcək bölünmüş bazarlara (seqmentlərə) ayırmaq olar.
Seqmentləşdirmə haqqında təsəvvürlər məhsulun diferensiasiyası (diferensiya sözünün mənası parçalanma, müxtəlif ünsürlərə ayrılma) strategiyası ilə (reklam texnologiyasından məhsulun xeyrinə tələb təsir etmək üçün istifadə etmək) bazarın seqmentləşdirilməsi (bazar təklifini müxtəlif müştərilərin tələbatlarına daha dəqiq cavab verməsi üçün müxtəlif üsullarla təshih edilməsi) arasında fərqi aşkara çıxaran Smitdən üzübəri öyrənilir.

Yüklə 64,33 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin