Marketinq strategiyası imtahan sualları Marketinq haqqında anlayış



Yüklə 64,33 Kb.
səhifə11/17
tarix26.06.2022
ölçüsü64,33 Kb.
#62326
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Marketinq strategiyası imtahan sualları

Demoqrafik xüsusiyyətlər-Alıcıların və istehlakçıların yaşı və cinsi kimi amillər bazarın seqmentləşdirilməsinin ən geniş yayılmış əsasları sırasına daxildir:
Cins: qida məhsulları və məişət istehlak malları bazarında bazarın seqmentləşdirilməsinin baza metodu, “ev sahiblərini”, konkret bazar seqmenti kimi müəyyənləşdirməkdən ibarətdir. Marketinq məqsədləri üçün “ev sahibləri” ev işlərini görən və qida məhsulları almağa məsul olan həm kişilər, həm də qadınlar ola bilər. Bütün potensial bazarın belə seqmentləşdirilməsi nəticəsində, deyək ki, yaşlı əhali elə də iri (təxminən ilkin ölçünün yarısında) bazar məqsədi kimi görünməyəcək. Əksər halda bölgü üçün cins əsasında seqmentləşdirmədən ilkin mərhələdə istifadə edilir və bundan sonra seçilmiş kateqoriya daxilində bazar məqsədinin sonrakı dəqiqləşdirilməsi aparılır, misal üçün, ictimai sinfə aidiyyətliliyi.
Yaş: yaş əksər bazarların seqmentləşdirilməsində əsas dəyişən kimi istifadə edilir. Klassik misal kimi asudə və istirahət vaxtının təşkili bazarını göstərmək olar ki, burada kompaniya-operatorlar xüsusi olaraq öz məhsullarını konkret yaş qrupları üçün hazırlayırlar, misal üçün, “30 yaşadək olan adamlar üçün” və ya “böyük yaşlı insanlar üçün”. Seqmentləşdirmənin bu sistemlərində demoqrafiya əlamətləri üzrə seçilmiş seqmentlər arasında və məhsul və xidmətə olan tələblərdə əhəmiyyətli fərqlər üçün əsaslar var.
Sindikatlaşdırılmış kütləvi informasiya vasitələrində aparılmış əldə edilə bilən tədqiqatın nəticələrində, verilmiş kateqoriyaların hər biri üzrə teleyayımlara baxma vərdişləri və nəşr edilmiş məlumatların oxunması haqqında məlumatlara rast gəlmək olar. Buna görə də qeyd edilmiş seqmentlər üçün uyğun kütləvi informasiya vasitərlərinin seçilməsi elə də çətinlik törətmir. Yaşdan həm də ictimai sinif kimi xüsusiyyətlərlə birgə istifadə etmək olar. Məsələn, Taylor Nelson AGB spirtli içkilər bazarını yaş/ictimai vəziyyət qruplarına uyğun bölmüş və hər bir qrup üzrə içkilərin istehlak xarakterini vermişdir:
Bazarın seqmentləşdirilməsində istifadə edilən, yuxarıda təsvir etdiyimiz bütün demoqrafik xüsusiyyətlərin bir əsas çatışmamazlığı var – bu əlamətə görə bazarın bölünməsi nəticəsində əldə edilən seqmentlərin daxili tərkibə görə eyni, bazarın iştirakçıları üçün mühüm əhəmiyyətə malik xarici anlamda isə müxtəlif olduğuna heç bir təminat yoxdur. Eyni demoqrafik sinfə daxil olan insanlar özlərini tamamilə müxtəlif apara və hərəkətlərində qətiyyən bir-birinə oxşamayan arzu və tələbatları əsas tuta bilər. Elə həmin qaydada müxtəlif demoqrafik seqmentlərin nümayəndələrinin davranış və məqsədlərində bir çox oxşarlıqları ola bilər ki, bunun da mühüm əhəmiyyəti var və onlardan istifadə etmək olar. Buna görə də marketinq tədqiqatlarına həsr edilmiş akademik nəşrlərdə demoqrafik xüsusiyyətlərlə davranış arasında əlaqəyə cüzi fikir verilir. Göstərilən çatışmamazlıqlara baxmayaraq asan müəyyənləşdiklərinə görə onlar praktik marketinq mütəxəssisləri arasında geniş yayılıb.
42
Yüklə 64,33 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin