Marketinq strategiyası imtahan sualları Marketinq haqqında anlayış



Yüklə 64,33 Kb.
səhifə2/17
tarix26.06.2022
ölçüsü64,33 Kb.
#62326
1   2   3   4   5   6   7   8   9   ...   17
Marketinq strategiyası imtahan sualları

Strategiya: Marketinq, strategiya kimi, bazar seqmentlərinin müəyyənləşdirilməsi və bu məqsədli bazarlar üçün məhsul təklifinin hazırlanması və mövqeləşdirilməsi yolu ilə bazar şəraitinin dəyişməsinə cavab olaraq səmərəli tədbirlər hazırlamağa yönəlir.
Taktika: Marketinq, taktika kimi, gündəlik olaraq məhsulun idarəedilməsi, qiymətlərin müəyyənləşdirilməsi, elan, fərdi satış, reklam və satışın stimullaşdırılması kimi bölgü və marketinq kommunikasiyası ilə məşğul olur. Eyni vaxtda müştərilərin ehtiyaclarının ödənilməsinə təşkilatın yönəlməsi (mədəniyyət), rəqabətli mövqeləşdirmə və dəyərlərin təklifinin yaradılması(strategiya) və marketinqin müfəssəl proqramının işlənməsi(taktika) vəzifələrinin qoyulması geniş və mürəkkəb məsələyə çevrilir. Təşkilatlarda marketinq reallıqlarının bu tələblərə uyğun gəlməməsinə təəccüblənmək lazım deyil.
13.Marketinq konsepsiyası və bazara istiqamətlənmə- Marketinq tərifinin təkamülü Marketinqin elmi tərifinin sistemləşdirilməsi və ifadə edilməsi ilk cəhdlərindən marketinq konsepsiyası ilə bağlı olmuşdur. Marketinq konsepsiyasına görə, getdikcə daha çox rəqabətli və dinamik olan bazarlarda, müştərilərin tələbatlarını, arzularını və gözləntilərini nəzərə alan və onları rəqiblərinə nisbətən daha yaxşı ödəyən kompaniya və ya təşkilat daha əlverişli mövqelər qazanacaq. Marketinq konsepsiyasına görə, müştərinin hər hansı təşkilatın məhsulunun almasının yeganə səbəbi təklif olunan məhsulun rəqib təşkilatın təklifinə nisbətən onun arzu və tələbatları üçün daha yararlı olmasıdır. Marketinqin mahiyyəti və tərifi məsələsi hələ də mübahisəlidir. 1985-ci ildə Amerika marketinq assosiasiyası bu və ya digər dərəcədə hamı tərəfindən qəbul edilən tərifini verməzdən öncə 25-dən çox marketinqə verilən tərifi öyrənmişdir. “Marketinq-bu, fərdlərin və təşkilatların məqsədlərinə cavab verən mübadilənin təşkil edilməsi üçün konsepsiyaların planlaşdırılması və reallaşdırılması, qiymətəmələgəlmə, ideya, əmtəə və xidmətlərin planlaşdırılması və yayılması prosesidir”. Belə tərif marketinqi təşkilatdaxili həyata keçirilən proses kimi təqdim edir. Marketinqin yeni konsepsiyasının quruluşu:

  1. Bütün təşkilatı müştərilərin ehtiyaclarının ödənilməsinə istiqamətləndirmək.

  2. Müştəriləri dinləmək.

3.Təşkilatın fərqləndirici səriştəlilik növlərini müəyyənləşdirmək və təyin etmək.
4.Marketinqi bazar haqqında informasiya kimi müəyyən etmək.

  1. Məqsədli müştərilərlə işləmək üçün onları dəqiq müəyyənləşdirmək.

  2. İdarəetməni satışın həcminə deyil, rentabelliyə əsaslanaraq həyata keçirmək.

  3. Müştərilər üçün dəyər prinsipini əsas kimi qəbul etmək

  4. Loyallıq dedikdə nəyi başa düşmək lazım gəldiyini müştərilərin müəyyənləşdirməsinə şərait yaratmaq.

  5. Müştərilərin gözləntilərini qiymətləndirmək və onları idarə etmək.

  6. Müştərilərlə əlaqələr qurmaq və onların loyallığını təşkil etmək.

  7. Fəaliyyəti xidmət fəaliyyəti kimi müəyyən etmək.

  8. Daima təkmilləşmək və yenilikçilik fəaliyyəti ilə məşğul olmaq öhdəliyini qəbul etmək.

  9. Strategiya və strukturla bərabər mədəniyyəti də udarə etmək.

  10. Öz əməkdaşları və müttəfiqləri ilə birgə inkişaf etmək.

  11. Marketinq sahəsində bürokratizmin kökünü kəsmək.

Bazara istiqamətlənmə :
1990-cı illərdə marketologiya İnstitutunda aparılan tədqiqatlar zamanı marketinq fəlsəfəsinin reallığa, yəni ki, bazara istiqamətlənməyə çevirəcək xüsusi fəaliyyət növlərinin müəyyənləşdirilməsinə cəhd göstərilirdi. Müasir marketinq sahəsində daha tez-tez istinad edilən tədqiqatçılar olan Koli və Yavorski bazara istiqamətlənməni aşağıdakı kimi müəyyən etmişlər: Bazara istiqamətlənmə dedikdə 1) bir və ya bir neçə bölmənin müştərilərin cari və gələcək tələbatlarını və onlara təsir göstərən amilləri aşkara çıxarmaq istiqamətində işlərin aparılması, 2) digər bölmələrin bu mövqeyi anlamasını, 3) müxtəlif bölmələrin seçilmiş müştərilərin tələbatlarını ödəməklə məşğul olması nəzərdə tutulur”. Bu yanaşmada bazara istiqamətlənmə bütün təşkilat çərçivəsində bazarı anlamanın məhsulu kimi çıxış edir və menecerlər qarşısında bazarı anlamanın üsullarının tapılması kimi kifayət qədər ciddi tələblər qoyur
Paralel olaraq Narver və Sleyter bazara istiqamətlənməni aşağıdakı kimi müəyyənləşdirmişlər: “Təşkilati mədəniyyət ... müştərilər üçün ən yüksək dəyər yaratmaq məqsədilə daha səmərəli və qənaətli zəruri davranış modelini formalaşdırır və nəticədə təşkilatın işində daimi yüksək nəticələrin təmin edilməsinə şərait yaradır”. Bazara istiqamətlənmənin komponentləri: 1. Rəqibə istiqamətlənmə 2. Müştəriyə istiqamətlənmə 3. Korporativ mədəniyyət 14.Resurslar baxımından marketinqə yanaşma-Müştəriyə istiqamətlənən marketinq-
Resurslar baxımından marketinqə yanaşma-Təxminən son on il ərzində elmi tədqiqatçılar və marketinq menecerləri “bazara istiqamətlənmə”nin mahiyyətinin (bu cür istiqamətin qiymətləndirilməsi və ona çatmanı) anlaşılmasında mühüm irəliləyişlər əldə etmiş və strateji menecment sahəsində inqilab baş veməkdədir. 1980-ci illərdə Harvard biznes məktəbinin nümayəndəsi Maykl Porterin strategiya haqqında baxışları hakim mövqe tutmuşdur və o hesab edirdi ki, satrategiyanın açarı sahənin xüsusiyyətlərində və dinamikasındadır. Porter hesab edirdi ki, bir sahə digər sahəyə nisbətən daha cəlbedicidir və rentabelliyi müəyyənləşdirən əsas amillər sahəvi rəqabəti yaradan amillərdən qaynaqlanır. Lakin iş nəticələrinin müxtəlifliyini izah edən səbəblərə yeni yanaşma diqqəti firmanın xarici mühitindən (onun fəaliyyət göstərdiyi sahə) firmanın özünə yönəltdi. Məhsulu irəlilədən marketinq. Bu yanaşmada təşkilat öz diqqətini hazır məhsul və xidmətlərə yönəldir və alıcıların onları alması üçün həvəsləndirmə və hətta inandırma üsullarını axtarır. Bu, resurslar baxımından marketinqə yanaşmanın bəsit izahıdırbizdə rəqiblərin təklif etdiyindən fərqlənən və bizim yaxşı istehsal edə bildiyimiz resurs (bizim məhsul və ya təklif etdiyimiz xidmət) var. Başlıcası, müştərini bizim yaxşı hazırlaya bildiyimiz məhsulu almağa inandırmaqdır.
Müştəriyə istiqamətlənən marketinq- Digər yanaşma müştərilərə istiqamətlənən marketinqdir. Bu yanaşmada təşkilat nəyin bahasına olursaolsun öz müştərilərini əldə etməyə çalışır. Belə təşkilatların məqsədimüştərilərin istədiklərini müəyyən etmək və onlara istədikləri məhsulları təqdim etməkdir. Belə yanaşmada da problemlər yaranır. 1980-cı illərdə Procter və Gamble rəqiblərinin kütləvi hücumlarına və getdikcə güclənən pərakəndə tacirlərin təzyiqinə məruz qaldı. Kompaniyanın cavab tədbirlərinə müştərilərə geniş azad seçim imkanının verilməsi, məhsullaraın fəal sürətdə irəlilədilməsi, alışın stimullaşdırılması üçün sövdələşmələr həyata keçirilməsi, həmçinin satıcıların qarşısında ciddi məqsədlərin qoyulması daxil idi. Nəticədə misli görülməyən dərəcədə məhsul növləri əmələ gəldi(hətta elə vəziyyət yaranmışdı ki, kompaniya eyni zamanda müştərilərə 35 adda Bounce kondisionerləri təqdim edirdi). Yaxın məhsulların assortimentlərinin genişlənməsi istehsal prosesində tamamilə hərc-mərclik yaratdı: madditexniki təchizatda ciddi çətinliklər yarandı.Müştərilərə əsaslandırılmamış istiqamətlənmə kompaniyanı qısamüddətli məqsədlərə yuvarlandıra, mənasız əlavə məhsulların yaradılmasının genişləndirilməsinə və gələcəyi nəzərə almayan tədqiqatların və işləmələrin həyata keçirilməsinə səbəb ola bilər . Kristensen və Bauer öz fikirlərində irəliyə gedərək qeyd edirlər ki, belə “firmalar sənaye liderliyi mövqeyini itirirlər.Çünki onlar öz müştərilərinin istədiklərini edirlər”.
15. Təşkilatda maraqlı olan iştirakçılar ( tərəflər)- Təşkilat nə üçün mövcuddur? Kommersiya təşkilatları üçün cavab sadədir: təşkilatın mülkiyyətçiləri və səhmdarları üçün qoyulmuş investisiyaya görə mənfəət qazandırmaq. Xeyriyyə təşkilatları, vəkil edilmiş təşkilatlar, ictimai xidmət və digər bu kimi qeyri-kommersiya təşkilatlarında isə onun mövcudluq səbəbi müəyyən qrup insanlara xidmət etmək istəyidir. Lakin həm kommersiya, həm də qeyri-kommersiya təşkilatları çox nadir hallarda belə sadə məqsədlər üçün idarə edilir. Qərarlar, əksər vaxtlarda, ya bir-birini tamamlayan, ya da öz aralarında bir-birilə rəqabət aparan çoxsaylı tələbatlara uyğun qəbul edilir.Bütün təşkilatlar ümumi işin çoxsaylı iştirakçılarına xidmət göstərir Lakin, resursların bölüşdürülməsi və qərarların qəbulu zamanı onlardan biri digərlərinə nisbətən daha böyük əhəmiyyət kəsb edir. Misal üçün, Mərkəzi və Şərqi Asiyanın keçid iqtisadiyyatının öyrənilməsi zamanı müəyyənləşmişdir ki, dövlət müəssisələrinin əksəriyyətində ümumi işdə maraqlı olan iştirakçılar əsasən işçilər idi və təşkilatların məqsədi işəgötürmə prosesinin fasiləsizliyini təmin etməkdən ibarət olmuşdu. Bu istiqamət əksər dövlət müəssisələrində onların özəlləşdirilməsi və kommersiya sektoruna satılmasından sonra da saxlanmışdır. Tədqiq edilmiş əksər kommersiya təşkilatlarında məqsəd rentabellik və investisiyaya görə mənfəət idi.
16.Təşkilatda Təchizatçılar və distribyutorlar kimlərdir- Təchizatçılar və distribyutorların da təşkilatda öz maraqları var. Təchizatçılar kompaniyalara xidmət edərkən öz maraqlarını güdürlər. Təchizatçılar həm də davamlılıq, gözlənilən və qəbul edilə bilən həddə(alışa) də ümid edə bilərlər. 1999-2000ci illərdə Birləşmiş Krallıqda fəaliyyət göstərən pərakəndə ticarət müəssisəsi Marks & Spenser (M&S ) maliyyə problemləri ilə qarşılaşdıqda Courtaulds kimi təchizatçılar ilə uzunmüddətli əlaqələri pozuldu. M&S xərcləri aşağı salmaq üçün çoxsaylı mənbələrdən materiallar almağa başladı və nəticədə uzun illər əməkdaşlıq etdyi təşkilatların etibarını itirdidi, bəzi hallarda isə kompaniyaya qarşı məhkəmə iddiaları qaldırıldı. Distribyutorlar da təşkilatın fəaliyyətində maraqlı ola bilərlər. Abtomobil istehsalı sənayesində avtomobil satışı üzrə satış distribyutorları, adətən, eksklyuziv françayz avtomobillərinin fərdi istehsalçıları sıx əlaqədə olurlar baxmayaraq ki, Avropa Məhkəməsi, ehtimal ki, bu qanunu dəyişdirəcək. Distribyutorlar birbaşa olaraq həmin bazar üçün uyğun olan məhsulların istehsal və satışı ilə məşğul olan istehsalçıların müvəffəqiyyətinə və ya uğursuzluğuna təsir göstərir. Distribyutorlar da müəyyən hədd daxilində davamlı və gözlənilən əməkdaşlıqda maraqlı ola bilərlər. Qeyri-kommersiya təşkilatları üçün ümumi biznes iştirakçılarını və onların tələbatlarını təyin etmək daha mürəkkəbdir.
17. MARKETİNQİN ƏSASLARI- Marketinqin yuxarıda qeyd etdiyimiz bazar konsepsiyasına, resurslara istiqamətlənən marketinqin qanunauyğunluqlarına və ümumi biznesin iştirakçılarının alternativ maraqlarına əsaslanaraq marketinq nəzəriyyə və praktikasında əsaslanıla biləcək bir sıra əsas və yüksək səviyyəli tətbiqi marketinq prinsiplərini irəli sürmək olar. Bu prinsiplər dəyərə əsaslanan və Vebster tərəfindən təsvir olunan proseslərin məntiqinə tabedir. Bu prinsiplərin hər biri o qədər aydındır ki, onların ifadə edilməsinə ehtiyac qalmır. Buna baxmayaraq bu prinsiplərin qəbul edilməsi və təşkilatın fəaliyyətində tətbiq edilməsi təşkilatın müştərilərin ehtiyaclarına reaksiyasında və müştərilərlə qarşılıqlı əlaqələrində köklü dəyişikliklərə səbəb ola bilər.
1-ci prinsip. Müştərilərin ehtiyaclarına yönəlin
2-ci prinsip. Üstünlük əldə edə biləcəyiniz bazarlarda rəqabət aparın
3-cü prinsip. Müştərilər məhsulları almır
4-cü prinsip. Marketinq –o qədər vacib sferadır ki, onu təkcə marketinq bölməsinə(əgər belə xidmət hələ mövcuddursa) həvalə etmək olmaz
5-ci prinsip. Bazarlar tərkibinə görə müxtəlifdir
6-cı prinsip. Bazar və müştərilər daimi olaraq dəyişir.

Yüklə 64,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin