Marketinq strategiyası imtahan sualları Marketinq haqqında anlayış



Yüklə 64,33 Kb.
səhifə4/17
tarix26.06.2022
ölçüsü64,33 Kb.
#62326
1   2   3   4   5   6   7   8   9   ...   17
Marketinq strategiyası imtahan sualları

İqtisadi və siyasi mühit- Son on ildə ən yüksək inkişaf etmiş ölkələrdə iqtisadi artımın zəifləməsi bir çox nəticələrə səbəb oldu. Şübhəsiz ki, artım – bu tsiklik hadisədir. Lakin, buna baxmayaraq, inkişaf etmiş iqtisadiyyatlar çətin ki, İkinci dünya müharibəsindən sonrakı onillik ərzində müşahidə olunan anoloji artım tempini əldə edə bilsinlər. Bir çox təşkilatlar özlərinin heç vaxt canlanmayan bazarlarında mötədil inkişaf şəraitində yaşamağı öyrənməlidirlər. İnkişafla bağlı menecerləri maraqlandıran məqsədlərin yerini mənfəətlilik kimi digər meyarlar tutur. Bazarların seçilməsi radikal təsir göstərə bilər. İqtisadi artım tempi və biznesin inkişaf tsikli İqtisadi artım tempi zamanzaman və dünya xəritəsindəki məkanlardan asılı olaraq tərəddüd edir. 2002-ci ilin martında illik hesablanan ümimi daxili məhsulun (ÜDM) artım tempi müxtəlif olmuşdur: Türkiyə və Sinqapurda 7%-lik azalmadan tutmuş Çində 6, Rusiya və Hindistanda 5%-dən çox artım olmuşdur. Avropa daxili fərqlər də son dərəcə heyrətamizdir. Məşğulluq və işsizlik səviyyəsi də iqtisadiyyatın və biznesin inkişaf tsiklindən asılıdır. İqtisadi böhran zamanı bir çox firmaların sifariş portfeli daha nazik olur, bu da firmaları məhsuldarlıq siyasətini davam etdirmək üçün ixtisarlar aparmaq məcburiyyəti qarşısında qoyur. İşsizlik səviyyəsi alıcılıq qabiliyyətinə və o da öz növbəsində biznesin mövcudluğunun ümumi mühitinə təsir göstərir. 1999-cu ildə Avropada rəsmi işsizlik səviyyəsi Niderlandda 3%-dən İspaniyada 16% arası tərəddüd edirdi. Ştatların ixtisarı qorxusu istehlakçı davranışına təsir edir, çünki, müştərilər iqtisadi qeyrisabitlik dövründə alışları təxirə salmağa meyllidirlər. Vergiqoyma siyasəti İqtisadi və siyasi mühitin tələbə ən güclü təsir vasitələrindən biri hakim rejimin maliyyə-büdcə və ya vergi siyasəti hesab oluna bilər. Yüksək vergi dərəcələri şəxsi gəlirlərin səviyyəsini azaldır və bu da tələbin azalmasına səbəb ola bilər. Aşağı vergilər adətən artımı stimullaşdırır. Lakin, iki əsas vergi növü var və onların təsirləri müxtəlif ola bilər. Birbaşa vergilərə gəlir vergisi aiddir. Uyğun olaraq da o, bütünlükdə şəxsi gəlirlərə, alışlara xərclənə biləcək vəsaitə təsir göstərir. Dolayı vergilər alışdan vergilərdir. Belə verginin selektiv tətbiqinin mümkünlüyü tələbin bir sferadan digərinə keçməsinə şərait yarada bilər.


  • Yüklə 64,33 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   17




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin